Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-69/2024 01.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon Hüquq bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1999-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində etibarnamə və sürücülük hüququnu təsdiq edən sənədi əsasında idarə etdiyi “Nissan Juke minik” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masalı şəhəri H.Əliyev prospektindən Masallı şəhəri Qarabağ küçəsi istiqamətində saatda təqribən 20 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla təhlükənin yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, həmin vaxt “Docha” markalı velosipedlə təxminən 5 km/saat sürətlə hərəkətdə olan və yolun sol kənarından qarşı tərəfə üfüqü şəkildə keçmək istəyən Masallı rayon Köhnə Alvadı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncunun sol bud sümüyünün kiçik burmasının qapalı sınığı, bel nahiyəsinin sıyrığı və ənsə təpə nahiyəsinin dərialtı hematoması ilə müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə dayısı qızı Lalə ilə birlikdə "xxxx" MMC-nin mülkiyyətində olan, lizing müqaviləsinə əsasən onun adına özgələşdirilən “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Masallı şəhəri ərazisində müxtəlif iaşə obyektlərinə getmişlər. Həmin tarixdə saat təxminən 16 radələrində “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Bazar store” mağazalar şəbəkəsindən çıxdıqdan sonra Masallı şəhəri H.Əliyev prospekti boyunca üzü Masallı şəhəri Təhsil Şöbəsinə doğru hərəkət edirmiş. Yolun Təhsil şöbəsinə çatmamış hissəsində dördtərəfli işıqfora yaxınlaşarkən işıqforun qırmızı işığının yanmasını görüb avtomobili işıqforun qarşısında saxlamışdır. Yolu Masallı şəhəri Qarabağ küçəsi istiqamətinə olduğu üçün avtomobilin sol xəbərdarlıq işığını yandıraraq gözləmişdir. İşıqforun qırmızı işığı yaşıl işıqla əvəzləndikdən sonra avtomobili Masallı şəhəri Qarabağ küçəsi istiqamətinə döndərib hərəkətini davam etdirmişdir. Avtomobili Masallı şəhəri Qarabağ küçəsi istiqamətinə döndərdikdən sonra isə avtomobili saatda təxminən 20 km/saat sürətlə hərəkət etdirrməyə başlamışdır. Bu zaman yolun sol tərəfindən onun hərəklət istiqamətinə doğru anidən velosipedlə adının sonradan Zərərçəkmiş şəxs olmasını öyrəndiyi şəxs çıxaraq avtomobilinə çırpılmışdır. Həmin vaxt o sərt tormoza basmışdır. Lakin toqquşma qaçılmaz olduğu üçün Zərərçəkmiş şəxs avtomobilin qabaq sol tərəfinə və ön alın şüşəsinə çırpılıb yerə yıxılmışdır. Həmin vaxt o avtomobildən düşüb Zərərçəkmiş şəxs yaxınlaşmış və eyni zamanda hadisə yerinin yaxınlığında olan post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlmişlər. Bu zaman onlar dərhal Zərərçəkmiş şəxs xidməti avtomobilə qoyaraq onu Masallı Rayon Mərkəzi xəstəxanasına aparmışlar. O, isə dərhal Zərərçəkmiş şəxslə maraqlanmaq üçün Masallı rayonu Mərkəzi xəstəxanasına getmişdir. Hazırda o, tutuduğu əməldən səmimi olaraq peşmançılıq keçirir, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona dəymiş ziyan tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus olan “Decho” markalı velosipedlə Masallı şəhəri H.Əliyev prospektində yerləşən iş yerindən çıxmış və səki ilə Masallı şəhəri Qarabağ küçəsi ilə H.Əliyev prospektində yolun kəsişməsində yerləşən işıqfora yaxınlaşmışdır. İşıqforun yanından digər tərəfə keçmək üçün sola, yəni Masallı şəhəri Qarabağ küçəsi istiqamətinə tərəf dönüb avtomobillərin əks hərəkəti istiqamətinə doğru təxminən 10 metr hərəkət etmişdir. Bu zaman işıqforun qırmızı işığıının yandığına görə dayanan avtomobillərin arxa tərəfindən keçərək yolun digər tərəfinə keçmək istəmişdir. Bu zaman anidən Təqsirləndirilən şəxs idarə etidyi ağ rəngli “Nissan Juke” markalı avtomobil ilə toqquşmuşdur. Həmin vaxt o həmin avtomobilin alın şüşəsinə çırpılmış və yerə dəymişdir. Daha sonra isə yaxınlıqda olan və hadisəni görən polis əməkdaşları hadisə yerinə yaxınlaşaraq onu xidməti avtomobilləri ilə Masallı rayon xəstəxanasına aparmışlar. Xəstəxanada isə ona tibbi yardım göstərilmişdir. “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da xəstəxanaya gəlmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəməklə aralarında barışıq əldə edilmiş, Zəhra xanıma qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyan ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin omadığını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Masallı RPŞ-nin PPXB-nün manqa komandiridir, polis baş serjantıdır. xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin PPBX-nün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə xidməti avtomobil ilə Masallı şəhəri Qarabağ küçəsində xidmətdə imişlər. Həmin tarixdə saat təxminən 16 radələrində xidməti avtomobil ilə Masallı şəhəri Qarabağ küçəsi ilə Masallı şəhəri H.Əliyev prospekti istiqamətinə doğru gələrək yolun kəsişməsində olan işıqfora təxminən 50 metr məsafədə avtomobili saxlamışlar. Onların avtomobili saxlamalarından təxminən 4-5 saniyə keçmiş Masallı şəhəri H.Əliyev prospektindən Qarabağ küçəsi istiqamətində dönərək əks istiqamətli hərəkət zolağı ilə hərəkət edən “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə yolu üfüqü şəkildə əks istiqamətə keçmək istəyən velosipedçinin toqquşmasını və velosiped sürən şəxsin “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin ön alın şüşəsinə çırpılıb yerə yıxılmasını görmüşlər. Bundan sonra Ziyarətlə birlikdə dərhal hadisə yerinə yaxınlaşmışlar. “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili adının sonradan Təqsirləndirilən şəxs olmasını öyrəndikləri şəxs idarə edirmiş. Belə ki, hadisədən sonra sürücü Təqsirləndirilən şəxs narahat olmasını gördükləri üçün onlar dərhal xəsarət alan, adının sonradan Zərərçəkmiş şəxs olmasını öyrəndikləri şəxsi xidməti avtomobilləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada Zərərçəkmiş şəxs tibbi yardım göstərilməyə başlanmışdır. Daha sonra isə sürücü Təqsirləndirilən şəxs da özü rayon mərkəzi xəstəxanasına yaxınlaşmışdır. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X2 oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cu il tarixli 1171 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sol bud sümüyünün kiçik burmasının qapalı sınığı, bel nahiyəsinin sıyrığı və ənsətəpə nahiyəsinin dərialtı hematoması müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin və zərbənin təsirindən tullanılaraq yer səthinə çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 27 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası 30 dekabr 2023-cu il tarixli 8/3764 saylı rəyindən görünür ki, Nissan Juke markalı, 77PD340 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Velosiped yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından, velosipedçinin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. Əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı şəhəri Qarabağ küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobil ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Docha” markalı velosipedin toqquşması və Zərərçəkmiş şəxs bədən xəsarətləri alaraq Masallı RMX-nə daxil olmuşdur. Zərərçəkmiş şəxs rayon mərkəzi xəstəxanasına həmin ərazidə xidməti avtomobil ilə xidmət aparan və baş vermiş hadisənin şahidi olan Masallı RPŞ-nin PPXB-nün polis nəfərləri Şahid2 və Şahid3 aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Juke” markalı **-PD- *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobildə özündən əlavə bir sərnişin, Masallı şəhər sakini Şahid1 olmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs başqa hər hansı başqa bir şəxs xəsarət almamışdır. Qeyd edilən yol-nəqliyyat hadisəsinin videogörüntüləri Masallı şəhəri Qarabağ küçəsi ilə Masallı şəhəri H.Əliyev prospektinin kəsişməsində quraşdırılmış “Təhlükəsiz şəhər kameraların”nda qeydə alınmışdır. Həmin görüntülər mobil telefonla çəkilərək bir ədəd DVD diskə köçürülmüşdür. 17 yanvar 2024-cü il tarixli əşyannın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etiyi “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili və Zərərçəkmiş şəxs idarə etdiyi “Docha” markalı velosiped cinayət işi üzrə maddi sübut hesab edilmiş, Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs, “Docha” markalı velosiped isə X3 geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Lənkəran RQİ və TBŞ-nın 22 yanvar 2024-cu il tarixli, 3-13-16-5/2- 561/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 27 avqust 2020-ci il tarixdə AD-402751 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsini özündə əks etdirən 1 ədəd CD diskə “HP” markalı kompüter vasitəsi ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Masallı şəhəri H.Əliyev prospekti ilə hərəkət edərək prospektdə quraşdırılmış işıqforun qırmızı işığında avtomobili saxlayaraq avtomobilin sola dönmə işıq sıqnalını yandırarıb gözləmişdir. İşıqforun yaşıl işığı yandıqdan sonra Təqsirləndirilən şəxs avtombili hərəkətə gətirib yaşıl işıq yandıqdan sonra üzü Masallı şəhəri Qarabağ küçəsinə dönmüş, bu zaman Masallı şəhəri Qarabağ küçəsindən Masallı şəhəri H.Əliyev prospektinə doğru hərəkət edən Mersedes markalı avtomobilin arxa tərəfindən yolun digər tərəfində keçmək istəyən velosipedçi Zərərçəkmiş şəxs öz hərəkəti istiqamətində vurmuş, Zərərçəkmiş şəxs avtomobilin ön alın şüşəsinə çırpılaraq yerə dəymiş, Təqsirləndirilən şəxs isə avtomobili yolun nisbətən sağ kənarında öz hərəkəti istiqamətində saxlamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxs və şahid ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxsnun törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 263.1ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı RİHB-nın Masallı Şəhər Ərazi inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Masallı rayon polis şöbəsində xx.xx.2023-cü tarixli qərarla Azərbaycan Respublikası CPM 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 8/3764 saylı rəyindən görünür ki, cinayət işi üzrə 85 manat ekspertiza xərci vardır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hadisədən 6 gün əvvəl eyni növ yol nəqliyyat hadisəsi törətmiş, lakin barışıq olduğu üçün CM-nin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət işinin balanması rədd edilmişdir. Bundan sonra o, islah olunmamaqla, yenidən eyni növ ictimai təhlükəli əməl törətmişdir. Ona görə də cəza təyin olunarkən həmin hal nəzərə alınmalıdır. Bununla belə təqsirləndirlən şəxsin əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, o cümlədən şəxsiyyəti ona əsas verir ki, ona yüngül cəza təyin oluna bilər. Bu səbəblə də, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə islah işləri növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci təqsirləndirilən şəxs İsmayıl Məmmədov tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Maddi sübut “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Təqsirləndirilən şəxs, “Docha” markalı velosiped isə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 03 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların başlandığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut “Nissan Juke” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Təqsirləndirilən şəxs, “Docha” markalı velosiped isə X3 qaytarılması nəzərə alınsın. 85 (səksən beş) manat məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-69/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-69/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver