Məhkəmə qərarları › İş №1(050)-7/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-7/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-7/2023 18.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1, müdafiəçiləri Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Masallı rayonu, Sirəbil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sirəbil kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Masallı rayonu, Sirəbil kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində anası X1 təhqir etməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 qızı Şahid2 Mais qızının və qardaşı Zərərçəkmiş şəxs2 orada olmasına əhəmiyyət verməyərək onların gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək Mailə Əliyevə və Zərərçəkmiş şəxs2 aşkar surətdə xüsusi əzab verib iztirab çəkdirdiyini dərk edib bunu arzulayaraq Zərərçəkmiş şəxs1 sol qolunu burub ona sol mil sümüyünün tipik yerində və dirsək sümüyünün bizvari çıxıntısında yerini dəyişmiş qapalı sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş az ağır bədən xasarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulan oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Gülsarə Qasımova ilə evlənmiş, lakin daha sonra Gülsarə Qasımova atası Zərərçəkmiş şəxs2 yaşadığı evə getmiş və həmin vaxtdan da orada yaşamış və həmin vaxtdan sonra da Zərərçəkmiş şəxs2 yaxınları ilə onun ailəsi arasında münasibət olmamışdır. 20 avqust 2022-ci il tarixdə saat 20 radələrində o, ailə üzvləri ilə birlikdə Masallı rayonu, Sirəbil kəndində yerləşən yaşadığı evdə olduğu vaxt xalası Südabə İsgəndərova mobil telefonuna zəng etmiş və Gülsarə Qasımovanın bibisi Zərərçəkmiş şəxs1 anası Esmira Əzizova barəsində nalayiq ifadələrdən istifadə etdiyini bildirmişdir. Həmin vaxt o, mobil telefonunun mikrafonunu işə salmış və buna görə də xalası Südabə İsgəndərovanın həmin vaxt dediyi sözləri anası Esmira Əzizova və qardaşı Təqsirləndirilən şəxs2 eşitmişdir. Qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 anası Esmira Əzizova barəsində dediyi sözlərə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs1 Sirəbil kəndində yerləşən yaşadığı evə getməyi ona təklif etmiş və o, da qardaşı Təqsirləndirilən şəxs2 bu təklifi ilə razılaşmışdır. Saat 21 radələrində o, qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə ona məxsus avtomobil ilə Zərərçəkmiş şəxs1 Sirəbil kəndində yerləşən yaşadığı evin həyətinə getmiş və onlar həmin evin həyətinə daxil olduqdan sonra qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 səsləməyə başlamışdır. Daha sonra üzünü görmədikləri bir nəfər qadın qardaşının səsinə hay vermiş və onlar Zərərçəkmiş şəxs1 görmək istədiklərini həmin qadına bildirmişdir. Həmin qadın evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs1, sonra isə Zərərçəkmiş şəxs2 və Şahid1 evdən həyətə düşmüş və bundan sonra qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 anası Esmira Əzizovanı nə üçün təhqir etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 da anası Esmira Əzizova barəsində nalayiq sözlərdən istifadə etdiyini bildirdikdən sonra qardaşı Təqsirləndirilən şəxs2 qayınatası Zərərçəkmiş şəxs2 kənara çəkilərək bu barədə söhbət etməyi və həmin söz-söhbətə son qoymağı təklif etmişdir. Zərərçəkmiş şəxs2 isə qardaşı Təqsirləndirilən şəxs2 “ananı mən təhqir etmişəm, lap əcəb etmişəm” demiş və Zərərçəkmiş şəxs2 bu cümləsindən sonra qardaşı Təqsirləndirilən şəxs2 arasında sözlü mübahisə yaranmışdır. Daha sonra Zərərçəkmiş şəxs2 ilə qardaşı Təqsirləndirilən şəxs2 yaxalaşmış və sonra hər ikisi də yerə yıxılmışdır. Bundan sonra o, onları bir-birindən kənarlaşdırmağa başlamış və bu vaxt Zərərçəkmiş şəxs2 yerdən daş parçası götürərək qardaşı Təqsirləndirilən şəxs2 vurmaq istədiyini görmüşdür. O, dərhal Zərərçəkmiş şəxs2 yaxınlaşmış və bel nahiyəsindən tutmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 onu bel nahiyəsindən itələmiş və o, Zərərçəkmiş şəxs2 ilə birlikdə yaxınlıqdakı içərisində kolluq olan kanala yıxılmışdır. Bundan sonra Şahid1 uca səslə qışqıraraq ətrafda yaşayan qonşuları səsləməyə başlamış və o, qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə baş vermiş mübahisənin daha da böyüməməsi üçün həmin yeri tərk edib birlikdə yaşadıqları evə getmişdir. Sonda Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs1 ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, maddi ziyanın zərərçəkmiş şəxsə tam şəkildə qaytarılmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşı Zərərçəkmiş şəxs2 qızı Gülsarə Qasımovanın əri, Təqsirləndirilən şəxs1 isə qardaşı qızı Gülsarə Qasımovanın qaynı olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə əvvəllər hər hansı münasibəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə X8 Əzizov ilə ailə həyatı qurmuş və xx.xx.2022-ci il tarixdə Gülsarə Qasımova yaşadığı ər evindən çıxaraq həmin tarixdən qardaşı Zərərçəkmiş şəxs2 evində yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində qızı Şahid2 ilə birlikdə yaşadığı evdə olduğu vaxt qardaşı Zərərçəkmiş şəxs2 və arvadı Şahid1 yaşadığı evə qonaq gəlmiş və onlar birlikdə söhbət edərək vaxt keçirməyə başlamışdır. Saat 21 radələrində yaşadığı evin həyətindən kiminsə çağırış səsini eşitmiş, qızı Şahid2 yaşadığı evdən bayıra çıxmış və sonra yenidən evə daxil olub 2 nəfər şəxsin onu çağırdığını demişdir. O, evin həyətinə düşdüyü vaxt Zaman və Təqsirləndirilən şəxs2 qardaşlarının orada olduqlarını görmüş və onlardan nə üçün yaşadığı evin həyətinə gəldiklərini soruşmuşdur. Onlar da qardaşı Zərərçəkmiş şəxs2 qızı Gülsarə Qasımovanın cehizlərini geri qaytarmağı onlardan tələb etdiyini soruşmuş və daha sonra onu nalayiq söyüşlər ilə təhqir etməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 onun sol qolunu tutaraq burmuş və o, da yerə yıxılmışdır. Sonra Təqsirləndirilən şəxs1 sol baldır nahiyəsinə təpiklə bir dəfə, Təqsirləndirilən şəxs2 isə sağ baldır nahiyəsinə bir dəfə zərbə vuraraq ona bədən xəsarəti yetirmiş və o, da yerdə uzanmış vəziyyətdə əli ilə üz nahiyəsini tutmağa başlamışdır. Qardaşı Zərərçəkmiş şəxs2 Qüdrət və Təqsirləndirilən şəxs1 qardaşlarına yaxınlaşaraq onları onun yanından uzaqlaşdırmağa başlamış və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 ilə yaxalaşmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 təpə nahiyəsinə yumruq ilə bir dəfə zərbə vurmuş və Zərərçəkmiş şəxs2 həmin zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs1 təpiklə Zərərçəkmiş şəxs2 sağ gözünə bir dəfə, Təqsirləndirilən şəxs2 isə sol qulaq seyvanına təpiklə bir dəfə zərbə vurmuş, qardaşı arvadı Şahid1 onlara yaxınlaşdığı vaxt Təqsirləndirilən şəxs2 Şahid1 üzərinə gedib vuraraq bədən xəsarəti yetirmiş, sonra isə Qüdrət və Təqsirləndirilən şəxs1 qardaşları hadisə yerindən uzaqlaşaraq getmişdir. Sonda Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əridir, onlar 1995-ci ildən etibarən evli olmuş və o, həmin vaxtdan etribarən Zərərçəkmiş şəxs2 məxsus evdə əri ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs2 qızı Gülsarə Qasımovanın əri, Təqsirləndirilən şəxs1 isə qızı Gülsarə Qasımovanın qaynı olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qardaşları ilə əvvəllər münasibəti yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə qızı X8 Əzizov ilə evlənmiş, lakin onların rəsmi nikahı olmamışdır. Əvvəllər onların arasında münasibətlər yaxşı olsa da, sonradan ailə münasibətləri müəyyən səbəblərdən korlanmışdır. xx.xx.2022-ci il tarixdə qızı Gülsarə Qasımova hamilə olduğunu öyrəndikdən sonra yaşadığı ər evindən çıxıb onların yaşadığı evə gəlmiş, həmin vaxtdan onlarla birlikdə yaşamağa başlamış və bundan sonra qızı Gülsarə Qasımovanın əri Təqsirləndirilən şəxs2 ilə münasibətləri korlanmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində onlar yaşadığı evdə olduğu zaman əri Zərərçəkmiş şəxs2 ona baldızı Zərərçəkmiş şəxs1 yaşadığı evə qonaq getməyi təklif etmiş, o da əri Zərərçəkmiş şəxs2 təklifi ilə razılaşmış, onlar birlikdə baldızı Zərərçəkmiş şəxs1 yaşadığı evə getmiş və orada söhbət edib birlikdə vaxt keçirməyə başlamışdır. Saat 21 radələrində həmin evin həyətindən kiminsə çağırış səsini eşitmiş və bundan sonra baldızı Zərərçəkmiş şəxs1 qızı Şahid2 evdən bayıra doğru çıxmışdır. Şahid2 yenidən evə daxil olaraq 2 nəfər şəxsin baldızı Zərərçəkmiş şəxs1 çağırdığını demiş, sonra baldızı Zərərçəkmiş şəxs1 evin həyətinə getmiş və daha sonra həyətdən Zərərçəkmiş şəxs1 qışqırıq səsini eşitmişdir. O, da əri Zərərçəkmiş şəxs2 ilə birlikdə dərhal evin həyətinə çıxmış, orada baldızı Zərərçəkmiş şəxs1 evin həyətində torpaq səthin üzərində uzanmış vəziyyətdə olduğunu, Qüdrət və Təqsirləndirilən şəxs1 qardaşlarının Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbə vurduqlarını görmüşdür. Bundan sonra o, uca səslə qışqırmağa başlamış və sonra əri Zərərçəkmiş şəxs2 Qüdrət və Təqsirləndirilən şəxs1 qardaşlarına yaxınlaşaraq onları baldızı Zərərçəkmiş şəxs1 yanından uzaqlaşdırmışdır. Daha sonra isə Zaman və Təqsirləndirilən şəxs2 qardaşları əri Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə zərbə vurmağa başlamış və sonra o, onlara doğru yaxınlaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 onun üzərinə gələrək sağ və sol qoluna yumruq və təpiklə vuraraq ona bədən xəsarəti yetirdikdən sonra Qüdrət və Təqsirləndirilən şəxs1 qardaşları hadisə yerindən uzaqlaşıb getmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun həmkəndliləridir, lakin o, həmin şəxsləri əvvəllər tanımamışdır. xx.xx.2021-ci il tarixdə X8 Əzizov ilə evlənmiş, lakin xx.xx.2022-ci il tarixdə Gülsarə Qasımova ər evindən çıxaraq həmin tarixdən etibarən ata evində yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, anası Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadığı evdə olduğu vaxt dayısı Zərərçəkmiş şəxs2 arvadı Şahid1 ilə birlikdə yaşadığı evə qonaq gəlmiş, o, mətbəxə keçərək qonaqlara çay qoymuş və sonra yenidən onların yanına geri qaytmışdır. Saat 21 radələrində evin həyətindən kiminsə çağırış səsini eşitmiş, o, da yaşadığı evdən bayıra çıxmış, Qüdrət və Təqsirləndirilən şəxs1 qardaşlarının anası Zərərçəkmiş şəxs1 çağırdığını görmüşdür. Sonra isə yaşadığı evə daxil olub 2 nəfər şəxsin anası Zərərçəkmiş şəxs1 çağırdığını demiş və daha sonra anası Zərərçəkmiş şəxs1 ilə birlikdə həyətə düşmüşdür. Anası Zərərçəkmiş şəxs1 onlardan hansı məqsədlə həyətə gəldiklərini soruşmuş və onlar da nə üçün Gülsarə Qasımovanın cehizlərini geri qaytarmağı onlardan tələb etdiyini soruşduqdan sonra həmin şəxslər anasını təhqir etməyə başlamışdır. Sonra Təqsirləndirilən şəxs1 anasının sol qolunu burmuş və anası da yerə yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 anası Zərərçəkmiş şəxs1 sol baldır nahiyəsinə təpiklə bir dəfə, Təqsirləndirilən şəxs2 isə sağ baldır nahiyəsinə bir dəfə zərbə vurmuş və sonra dayısı Zərərçəkmiş şəxs2 Qüdrət və Təqsirləndirilən şəxs1 yaxınlaşıb onları oradan uzaqlaşdırmışdır. Dayısı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 ilə yaxalaşmağa başlamış və bundan sonra Təqsirləndirilən şəxs1 dayısı Zərərçəkmiş şəxs2 təpə nahiyəsinə yumruq ilə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs2 da həmin zərbənin təsirindən yerə yıxılmış, sonra Təqsirləndirilən şəxs1 təpiklə dayısı Zərərçəkmiş şəxs2 sağ gözünə bir dəfə, Təqsirləndirilən şəxs2 isə sol qulaq seyvanına təpiklə bir dəfə zərbə vurmuşdur. Sonra isə dayısı arvadı Şahid1 onlara yaxınlaşmış və bu vaxt Təqsirləndirilən şəxs2 Şahid1 üzərinə gedib vurmuşdur. Daha sonra isə Qüdrət və Təqsirləndirilən şəxs1 qardaşları hadisə yerindən uzaqlaşaraq çıxıb getmiş və xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəni görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi” X10 xx.xx.2022-ci il tarixli, 660 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs1 sol mil sümüyünün tipik yerində və dirsək sümüyünün bizvari çıxıntısında yerini dəyişmiş qapalı sınıq, sağ və sol baldır nahiyyəsinin yumşaq toxumalarının əzilməsi və geniş qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 20 avqust 2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs1 aşkar olunan sol mil sümüyünün tipik yerində və dirsək sümüyünün bizvari çıxıntısında yerini dəyişmiş qapalı sınıq dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sağ və sol baldır nahiyyəsinin yumşaq toxumalarının əzilməsi və geniş qançırı isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində baş vermiş hadisə isə Masallı rayonu, Sirəbil kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətində baş vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 261 saylı arayış və xasiyyətnamədən görünür ki, Əzizov X5 rayonu, Sirəbil kəndində qeydiyyatda olmaqla atası xx.xx.1966-cı il təvəlüdlü X7, anası xx.xx.1967-ci il təvəllüdlü X3 və qardaşı xx.xx.1996-cı il təvəllüdlü X4 ibarət ailə tərkibində yaşayır. Ərazidə yaşadığı müddətdə özünü yaxşı aparmış, onun barəsində şikayət və narazılıq olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs1 törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 127.2.2-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini onun məsuliyyətini məsuliyyətini yüngülləşdirilən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2 və 3-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdiran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxur. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Zərərçəkmiş şəxs1 dəymş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar