Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-7/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Masallı şəhərində anadan olmuş, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 1(050)- 174/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin höküm üzrə hazırda çəzasını çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs 5000 manat pul müqabilində Masallı şəhər ərazisində yerləşən 0,04 ha (4 sot) torpaq sahəsini satacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 25 avqust 2024-cü il tarixdə yaşadığı, Masallı şəhəri, D.Əbilova küçəsi yerləşən fərdi yaşayış evinin həyətində sonuncudan 5000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Əvvəllər etdiyi dələduzluq əməllərinə görə Masallı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona azadlıqdan məhrumetmə cəzası verilmişdir. O, torpaq və ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığı Şahid1 ilə Masallı şəhər ərazisində yerləşən parkların birində rastlaşmış aralarındakı söhbət zamanı o, Nəcibə özünə məxsus 4 sot torpaq sahəsini və üzərində fərdi yaşayış evini satdığını bildirmişdir. Daha sonra Şahid1 onunla birlikdə satmaq istədiyi torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə baxmış və almaq istəyən olsa xəbər edəcəyini demişdir. Bir müddət sonra Şahid1 ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Onlar görüşən zaman o, əmisi Zərərçəkmiş şəxs torpaq və onun üzərindəki tikilini almaq istədiyini demişdir. Nəciblə aralarındakı söhbət zamanı həmin 4 sot torpaq sahəsinin və üzərindəki tikilinin Zərərçəkmiş şəxs adına keçirəcəyi şərti ilə əvvəlcədən 500 manat beh verməklə, 58.000 manata satacağı ilə bağlı aralarında razılığa gəlmişlər. Zərərçəkmiş şəxs evinə gedib qayıdaraq onunla yenidən görüşmüş və 500 manat pul vermiş və sağollaşmışlar. Həmin hadisədən bir neçə müddət keçdikdən sonra Şahid1 onunla görüşmüş və ona onları aldatdığını bildirmişdir. O, da Şahid1 onu və əmisi Zərərçəkmiş şəxs aldatmadığını demişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində polis şöbəsinə şikayət etmişdir. O, Zərərçəkmiş şəxs aldadaraq 5000 manatını deyil, 500 manatını ələ keçirdiyini etiraf etdir. Cinayət işi materiallarında ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs 5000 manat alması ilə bağlı verdiyi ifadəsi səhv göstərilmişdir. O, ibtidai istintaq dövründə təqib, təzyiqə və hədə qorxuya məruz qalmamışdır. Hazırda tutduğu əməlindən peşmandır, mülki iddianı qismən qəbul edir, dəymiş ziyanı gələcəkdə ödəyəcəkdir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü qismən təqsirli bilsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, o, 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Əvvəllər etdiyi dələduzluq əməllərinə görə Masallı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanmış və həmin cinayət işi məhkəməyə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona azadlıqdan məhrumetmə cəzası verilmişdir. Masallı rayon Ərəb kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış və Zərərçəkmiş şəxslə aralarında heç bir ədavəti olmamışdır. 2024-cü ilin avqust ayının axırlarında Masallı şəhər ərazisində olarkən əvvəllər tanımadığı Nəcib adlı şəxs ona yaxınlaşıb onun özünə məxsus torpaq sahəsinin olub-olmadığını soruşmuşdur. Bu zaman o, Nəcibə özünə məxsus ümumilikdə 10 sot torpaq sahəsinin olmasını və satmaq istədiyini demişdir. Nəcib adlı şəxs ona demişdir ki, Ərəb kəndində əmisi vardır və həmin şəxs torpaq sahəsi almaq istəyir. O, da Nəcibə demişdir ki, əmisi Zərərçəkmiş şəxslə birlikdə gəlib torpaq sahəsinə baxa bilərlər. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Nəcib əmisi Həmid adlı şəxslə onun yaşadığı evə gəlmiş və evin arxasında olan 4 sot torpaq sahəsini o, Zərərçəkmiş şəxs göstərərək həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Həmidlə aralarında olan uzun söhbətdən sonra 4 sot torpağı ümumilikdə 25000 manata razılaşmışdır. Onun bir neçə nəfər şəxsə pul borcu və digər xərcləri olduğundan qərara gəlmişdir ki, Həmid adlı şəxsdən əvvəlcədən 5000 manat pul alsın və öz xərclərini qarşılasın. Həmid də onunla razılaşmış və Ərəb kəndində yerləşən evinə gedib təxminən 1 saat sonra geri qayıtmış və 5000 manat pulu evinin həyətində ona vermişdir. Həmidin həmin gün axşam saatlarında gəlib yenidən torpaq sahəsinə baxması planlaşdırılmışdır. Lakin o, telefonu söndürmüş və bu səbəbdən də Zərərçəkmiş şəxs ona zəng etsə də, onunla əlaqə saxlaya bilməmişdir. Onun torpaq sahəsinin kupçası və digər zəruri sənədləri olmadığından əslində həmin torpaq sahəsini Zərərçəkmiş şəxs adına keçirmək üçün təxminən 3 ay müddət lazım olmalı imiş. Lakin Zərərçəkmiş şəxs bununla razılaşmamış və ondan pulunu geri istəmişdir. O, isə Həmidə demişdir ki, aldığı 5000 manat pulu borclarına vermiş və buna görə də onun pulunu qaytara bilməz. Daha sonra isə o, Həmidin telefonlarına cavab verməmiş və Zərərçəkmiş şəxs də bu səbəbdən Masallı RPŞ-nə şikayət ərizəsi yazaraq onun Həmidə qarşı dələduzluq etməsini bildirmişdir. O, 5000 manat pulu Zərərçəkmiş şəxs, özünə məxsus 4 sot torpağı satacağı vədini verərək Masallı şəhəri, D.Əbilova küçəsində yerləşən fərdi yaşayış evinin həyətində 25 avqust 2024-cü il tarixdə almış və həmin pulu şəxsi məsrəfləri üçün xərcləmişdir. Həmin vaxt onların yanında Zərərçəkmiş şəxs qohumu Nəcib adlı şəxs də olmuşdur. Zərərçəkmiş şəxs satacağını vəd etdiyi torpaq sahəsi onun yaşadığı Masallı şəhəri, D.Əbilova küçəsində yerləşən evinin həyətində, yəni evin arxa tərəfində yerləşir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan torpağın onlara məxsus olmasına dair rəsmi sənədləri yoxdur, onun və ya ailə üzvlərindən heç kimin adına rəsmiləşdirilməmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs aldadıb pulunu almaq və şəxsi ehtiyaclarını ödəmək olmuşdur. Buna görə də Zərərçəkmiş şəxs pulu aldıqdan sonra isə hər hansı hərəkət etməmişdir. Zərərçəkmiş şəxs aldatmaq fikrinin olması barədə Nəcib adlı şəxsin məlumatı olmamış və aldığı puldan Nəcibə verməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, 2004-cü il tarixdən bəri Masallı rayonu, Ərəb kəndində yerləşən M.Hacıyev adına tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq işləyir. O, özü üçün Masallı şəhər ərazisində torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bu barədə bir neçə nəfər şəxsə, eləcə də qohumu Şahid1 məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında qohumu Şahid1 ona zəng edib demişdir ki, Masallı şəhər sakini Faiq adlı şəxs özünə məxsus torpaq sahəsi satır. O, yaşadığı Ərəb kəndindən çıxıb Masallı şəhər ərazisinə gəlmiş və Şahid1lə görüşmüşdür. Həmin vaxt Nəcibin yanında adını sonradan bildiyi Təqsirləndirilən şəxs da olmuşdur. Nəcib Faiq adlı şəxsi göstərib torpaq sahəsi satan şəxsin həmin şəxs olduğunu demişdir. Faiq ona demişdir ki, 4 sot torpağını ona sata bilər. Onlar birlikdə Faiqin yaşadığı evin arxa tərəfində yerləşən torpaq sahəsinə getmiş və Faiq həmin torpaq sahəsini ümumilikdə 25000 manata satacağını bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmışdır. Faiq sonra ona demişdir ki, hazırda 5000 manat pul borcu vardır, əvvəlcədən 5000 manat pulu versin, qalan pulu isə torpağı ona satıb sənədləşdirəndən sonra verəcəkdir. Səhəri gün onlar Cəlilabad şəhərində yerləşən Reyestr İdarəsinə gedəcəkmişlər ki, 4 sot torpaq sahəsini sənədləşdirsinlər. O, kəndə qayıdıb 5000 manat pulu götürüb gətirib, Təqsirləndirilən şəxs vermişdir. Həmin gün axşam tərəfi o, yenidən Faiqin yaşadığı evə gəlmişdir ki, Faiqlə yenidən görüşsün və torpaq sahəsinə yenidən baxsın. Lakin Faiqə bir neçə dəfə zəng etsə də, Faiq telefonu açmamışdır. O, evin həyətinə baxaraq Təqsirləndirilən şəxs səsləsə də, Faiq evi tərk edib qaçmışdır. Səhəri gün isə, yəni xx.xx.2024-cü il tarixdə isə o, Təqsirləndirilən şəxs onu aldatmasını öyrənmış və bu barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Təqsirləndirilən şəxs ona 4 sot torpaq satacağı adı ilə ondan 5000 manat pul almışdır. Lakin verdiyi vədinə əməl etməmiş və ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs pulu Masallı şəhər, D.Əbilov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində almış və həmin vaxtı onların yanında qohumu Şahid1 olmuşdur. Hazırda təqsirləndirlən şəxslə barışmamış və ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilmədiyi üçün mülki iddianın tam təmin edilməsini və ona ittiham verilən maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş etdi Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Masallı şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyir. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımış və aralarında heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs həmçinin müharibə iştirakçısıdır və “Qazi” satusunu aldığından bir neçə tədbirlərdə Təqsirləndirilən şəxs görmüşdür. Zərərçəkmiş şəxs isə əvvəllər ümumiyyətlə görməmiş və Həmidlə hər hansı tanışlığı olmamışdır. Masallı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər özünü hüquqazidd əməllərdən uzaq biri kimi, yaşadığı yerdə müsbət xarakterizə edilən şəxs kimi tanıtsa da, lakin son 1 ilə yaxındır ki, o, Təqsirləndirilən şəxs barəsində ayrı-ayrı şəxslər tərəfindən cinayətə meyilli şəxs olması barədə məlumatlar almışdır. Təqsirləndirilən şəxs yaşadığı evin kənarında, yəni Masallı şəhəri, D.Əbilova küəsində yerləşən 12 sot ərazidən torpaq sahəsini özününkü olmadığı halda öz şəxsi mülkiyyəti kimi təqdim edərək bir neçə nəfərə satacağı adı ilə həmin şəxsləri aldatmış və müxtəlif məbləğdə pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs və ailə üzvlərinin həmin torpaq sahəsi ilə bağlı heç bir rəsmi sənədləri yoxdur və Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ olmamışdır. Çünki torpaq sahəsi mülkiyyətindədir və Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinin sərhədlərinə aid deyildir. Həmin torpaq sahəsi hal-hazırda Masallı şəhər bələdiyyəsinin mülkiyyətindədir və Təqsirləndirilən şəxs tərəfindən hər hansı müraciət daxil olmamışdır. Təqsirləndirilən şəxs torpaq sahəsi ilə bağlı heç bir mülkiyyət hüququ yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisidir. Təqsirləndirilən şəxs isə əvvəllər ümumiyyətlə tanımamış və Təqsirləndirilən şəxsla aralarında heç bir ədavəti olmamışdır. Təxminən 1 il bundan əvvəl Masallı rayonu Ərəb kəndində yaşayan əmisi Zərərçəkmiş şəxs ona demişdir ki, Masallı şəhər ərazisində torpaq sahəsi almaq istəyir. 1 il ərzində bir neçə dəfə bir neçə şəxsə məxsus torpaq sahəsinə baxmışdır. Lakin əmisi Həmidlə həmin mülkiyyətçilər arasında qiymətlə bağlı razılıq olmadığından əmisi Zərərçəkmiş şəxs torpaq ala bilməmişdir. O, Masallı şəhər ərazisində bir neçə nəfər şəxsə əmisi üçün torpaq sahəsi axtarması barədə məlumat vermişdir. Bu məlumat Təqsirləndirilən şəxs çatmış və buna görə də xx.xx.2024-cü il tarixdə axşam saatlarında onun mobil telefonuna zəng gəlmişdir. O, telefona cavab verdikdə ona zəng edən şəxs adının Faiq olmasını və özünə məxsus 4 və 6 sot satılıq torpaq sahəsinin olmasını bildirmişdir. O, da bu barədə əmisi Həmidə zəng edib məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, özü əvvəlcə tək Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişdir. Faiqlə görüşmüş və Faiq onu evinin arxa tərəfində yerləşən torpaq sahəsinə aparmışdır. O, torpaq sahəsinə baxmış və əlverişli yerdə olmasını görüb əmisi Həmidə zəng etmişdir. Həmin gün günorta saatlarında əmisi Zərərçəkmiş şəxs Masallı şəhərinə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş və onunla birlikdə Faiqin dediyi torpaq sahəsinə baxmışdır. Əmisi Zərərçəkmiş şəxs torpaq sahəsindən xoşu gəldiyinə görə Təqsirləndirilən şəxs torpağı almaqda fikrinin qəti olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əmisi Həmidə demişdir ki, ilkin olaraq ona 5000 manat pul versin. Qalan pulu isə sənədləşmədən sonra verər. Əmisi Zərərçəkmiş şəxs də Faiqə inanmış və Masallı rayon Ərəb kəndinə gedib yaşadığı evdən 5000 manat pulu götürüb gətirib Faiqə vermişdir. Pulu verdikdən sonra əmisi Həmid və o, Faiqdən torpaq sahəsinin sənədlərinin harada olmasını soruşduqda, Faiq demişdir ki, torpağın sənədləri hazırda Cəlilabad rayonunda yerləşən kadastr idarəsindədir. Səhəri gün isə, əmisi Zərərçəkmiş şəxs guya ki, Təqsirləndirilən şəxsla birlikdə Cəlilabad rayonuna gedib torpaq sahəsinin sənədlərini götürəcəkdilər. Lakin sonradan o, Faiqdən şübhələnib Masallı şəhər ərazisində Təqsirləndirilən şəxs barəsində bir neçə nəfərdən maraqlanmışdır. Bu vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər də bir neçə nəfər şəxsi aldadıb pulunu ələ keçirmişdir. Bunu eşidən kimi o, əmisi Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat vermişdir. Əmisi Zərərçəkmiş şəxs də Masallı RPŞ-nə gedərək şikayət ərizəsi yazmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan təbirinin seçilməməsinin nəzərə alınması barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda Masallı RPŞ-nin MSY-də saxlanılması qətimkan tədbirinin seçilməməsi üçün nəzərə alınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan 19 oktyabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 4 sot torpaq sahəsini onun adına keçirmək adı ilə ilkin olaraq 5000 manat pul verdiyini, lakin pulu Təqsirləndirilən şəxs verdikdən sonra onun telefonlarına cavab verməyərək onu aldatdığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı dediyi sözlərin həqiqət olduğunu 4 sot torpaq sahəsinin Zərərçəkmiş şəxs borcları olduğu üçün 5000 manat almaq istədiyini, onun Zərərçəkmiş şəxs göstərdiyi torpaq sahəsinin əslində bələdiyyə mülkiyyətində olduğunu biraz vaxt qazanıb torpağın sənədlərini düzəltdirməyi və bələdiyyədən torpağı almağı düşünmüş, lakin mümkün olmadığına görə telefonlara cavab vermədiyini bir-birilərinin üzünə demişlər. Cinayət işinin materiallarında olan 19 oktyabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs Masallı şəhərində yerləşən torpaq sahəsinin əmisi Zərərçəkmiş şəxs satmaqla adına sənədləşdirilməsinə görə 5000 manat pul verdiyini, əmisinə satdığı torpaq sahəsinin sənədlərinin olduğunu bildirdiyini, həqiqətdə isə satmaq istədiyi torpaq sahəsinin sənədlərinin olmadığını və onları aldatdığını Təqsirləndirilən şəxs Şahid1 üzünə dediyi sözlərin doğru olduğunu bir-birilərinin üzünə demişlər. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Eyvazov X4 şəhəri, D.Əbilov küçəsi ev 22 ünvanında qeydiyyatda olmaqla yaşayır. Yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Elektron çıxarışdan görünür ki, 25 noyabr 2019-cu il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsində iştirakçına görə 80 manat müavinət alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 1(050)-174/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.1- maddəsi və 66.5-ci maddəsi nəzərə alınmaqla qəti olaraq 01 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Masallı Rayon Mərkəzi X3 Şəxs tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli, 18- 1-60/2-1513/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” X6 psixo-nevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatda durmurlar. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 634 saylı məktubdan görünür ki, Eyvazov X1 Xəstəxanasında qeydiyyatdır. Masallı bələdiyyəsindən alınmış xx.xx.2024-cü il tarixli, 263 saylı məktubdan görünür ki, Masallı şəhəri, D.Əbilova küçəsində yerləşən torpaq sahəsi Masallı bələdiyyəsinin mülkiyyətindədir. Məhkəmə-psixiatrik ekspertizasının 03 oktyabr 2024-cü il tarixli, 2881 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən “ üzvi mənşəli emosional labil pozuntu” müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi mənşəli emosional labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nın 21-ci maddəsinin təsiri altına düşmür. Beləliklə, məhkəmə CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, üzləşdirmə protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə, bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin Qeyd hissəsinin birinci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin Zərərçəkmiş şəxs aldadaraq özünə məxsus olmasını, torpaq sahəsini ona sataraq adına sənədləşdirəcəyini bildirmiş və bunun müqavilində əvvəlcədən Zərərçəkmiş şəxs 5000 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin Zərərçəkmiş şəxs özünə məxsus olduğunu bildirib onu aldadaraq pulunu ələ keçirmək niyyətinin olduğunu etiraf etsə də, Zərərçəkmiş şəxs aldığı pulun məbləğini ibtidai istintaqda verdiyi ifadəsindən fəqli yəni 5000 manat deyil, 500 manat olduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsinə münasibət bildirərək qeyd etdir ki, qüvvədə olan cinayət qanunvericiliyin tələbinə əsasən əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı maddi ziyan vurulduqda Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti yaranır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 500 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etməsini bildirməsini bir növ ona elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış hərəkət kimi qiymətləndirilməli və sübut növü kimi qəbul edilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs aldadaraq 5000 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etdiyini etiraf etmişdir. Odur ki, məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini zərərçəkmiş şəxs, şahid ifadələri, eləcə də cinayət işi materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etmədiyi üçün əsas kim götürərək sübut növü kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və Vətən müharibəsi iştirakçısı olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmuş şəxsdir, şəxsiyyətinə görə cinayətə meyillidir. Bu halda məhkəmə hesab edir ki, ona bu cinayət əməli üzrə yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin ona Masallı Rayon Məhkəməsinin 1(050)-174/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli hökmü üzrə təyin olunmuş cəzaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)- 174/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Məhkəmə mülki iddiaya münasibətdə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddia əsaslıdır. Buna görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 5000 (beş min) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə, iş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək, müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə maddi sübut, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Masallı Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 08 (səkkiz) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 1(050)-174/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınsın. İş üzrə mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 5000 (beş min) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №1(050)-7/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-7/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver