Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-70/2024 19.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəli oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə. xx xxxxxx 1975-ci ildə Masallı rayonu, İİ Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə hazrlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyədək sadələşdirlimiş icraat materialı üzrə yekun protokolda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində yaşadığı Masallı rayon Təzəkənd kəndində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs qəsdən bir neçə zərbə vurub sonuncuya üzün sol yarısının və burnun yumşaq toxumalarının əzilib şişkinləşməsi, burnuz sağ yan hissəsinin, sol gözaltı nahiyənin, sağ yanağın, sol əlin İV və V barmağının sıyrığı, sol gözaltı-yanaq nahiyəsinin və burnun qançırı, aşağı dodağın iç səthinə və sol göz almasının ağlı qişasına yayılmış qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib, Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı tam ödəməsini bildirib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın tam ödənilməsini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı bildirdi ki, zərərçəkmiş və cinayət əməli törətmiş şəxs barışmışlar, dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs özünü təqsirli bilir. Ona görə də cinayət təqibindən imtina etdiyini və məhkəmə hazırlıq iclasında material üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2024-cü il tarixli, 161 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzün sol yarısının və bumun yumşaq toxumalarının əzilib şişkinləşməsi,burnun sağ yan hissəsinin, sol gözaltı nahiyənin,sağ yanağın, sol əlin İV və V barmağının sıyrığı,sol gözaltı-yanaq nahiyəsinin və bumun qançırı,aşağı dodağın iç səthinə və sol göz almasının ağlı qişasına yayılmış qansızma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 21 fevral 2024-cü il tarixə uyğun gəlir,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tam ödədiyi və sonuncunun ona qarşı şikayət və tələbi olmadığı üçün o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; Azərbaycan Respublikasının CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; Azərbaycan Respublikasının CPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikasının CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması və dəymiş ziyanın tam öödənilməsi barədə məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyəfək sadələşmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və məhkəməyədək sadələşdirilmiş icaart materialı üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-70/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-70/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver