Məhkəmə qərarları › İş №1(050)-71/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-71/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-71/2023 17.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi və zərərçəkmiş Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Masallı rayonu Qədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı rayonu Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 29 yanvar 2023-ci il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.1, 133.2.2, 133.2.4, 133.2.5 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tomarov X8 şəhəri Qarabağ küçəsi bina 24, ev 5 ünvanında qeyri-rəsmi nikah münasibətində olmaqla ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs1 və sonuncunun başqa nikahdan doğulmuş qızı xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 həmin mənzildə mütəmadi olaraq yəni 2022-ci ilin avqust ayından etibarən döyməklə onlara qarşı sair zorakı hərəkətlər edib güclü fiziki ağrı və psixi iztirablarla müşayət olunan hərəkətlər etmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində qeyd edilən ünvanda Zərərçəkmiş şəxs2 onlarla birlikdə yaşamasına narazılığını bildirməklə bunu bəhanə edib aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs1 ilə mübahisə edib sonuncunu mobil telefonun qidalandırıcısının naqili ilə döyərək ona sol saidin, sol əlin arxa səthinin, sağ saidin, sol bazunun sıyrılmış yarası və sol budun və baldırın bayır səthinin çoxsaylı qançırı ilə nəticələnən dərəcələri təyin edilməyən bədən xəsarətlərini qəsdən yetirmiş, bununla kifayətlənməyərək o, qanunsuz hərəkətlərini davam etdirib həmin vaxt orada olan aşkar surətdə yetkinlik yaşına çatmayan və köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 gözləri qarşısında döyərək sonuncunun əzab çəkdiyini dərk edib bunu arzulayaraq əvvəl Zərərçəkmiş şəxs2 saçlarını evdə məişətdə istifadə olunan bıçaqla kəsmiş, Zərərçəkmiş şəxs2 qışqıraraq ona yalvarmasına baxmayaraq sonuncunun sol bazu və sol çiyin nahiyəsini dişləməklə güclü fiziki ağrı və psixi iztirablarla müşayət olunan hərəkətlər edərək əzab vermiş, həmin vaxt ictimai və analıq borcunu yerinə yetirməyə çalışan Zərərçəkmiş şəxs1 övladını onun əlindən almağa çalışarkən sonuncunun sağ baldır nahiyəsini dişləməklə ona sağ baldırın aşağı üçdə birinin bayır səthinin dişlənmiş yarası ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib ona qarşı digər zorakı hərəkətlər edərək özündən kənarlaşdırıb, aşkar surətdə köməksiz vəziyyətdə qalmış Zərərçəkmiş şəxs2 qarşı hərəkətlərini davam etdirib sonuncunun qışqıraraq ona işgəncə verməməsi ilə bağlı yalvarışlarına əhəmiyyət vermədən ona əzablar verməyə davam edib sol baldır nahiyəsinə məişətdə istifadə olunan qayçının kəsici hissəsilə iki zərbə vurmuş, daha sonra evdə olan digər əşyaları Zərərçəkmiş şəxs2 başına çırpmış, bununla kifayətlənməyərək həyətdən götürdüyü daş parçası ilə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq ona başın təpə nahiyəsinin(cərrahi tikişə ehtiyacı olan) əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, həmçinin sol qulaq seyvanının arxa yuxarı qövsünün toxuma defekti olan dişlənmiş yara izi, sağ bazu oynağının arxa səthinin, sağ bazunun aşağı 1/3-nin ön səthinin, sol bazunun orta 1/3-nin iç səthinin dişlənmiş yara izləri, sağ dirsək oynağının arxa səthinin, sol bel nahiyəsinin və onurğanın 1-ci bel fəqərəsi nahiyəsinin sıyrılmış yara izləri, hər iki əlin arxa səthlərinin, hər iki baldırın və ayaq pəncələrinin ön-üst səthlərinin çoxsaylı sıyrıq izləri ilə nəticələnən, ümumilikdə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə hər iki şəxsə yəni aşkarı surətdə hamilə vəziyyətdə olan Zərərçəkmiş şəxs1 və aşkarı surətdə yetginlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qarşı, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan hərəkətlər edərək mütəmadi olaraq onları döyməklə əzab və işgəncə vermişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.1, 133.2.2, 133.2.4, 133.2.5 və 133.2.6-cı maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.1, 133.2.2, 133.2.4, 133.2.5 və 133.2.6-cı maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilmiş, lakin məhkəmə iclas zalında ifadə verməkdən imtina etdiyini, ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini, əməlindən peşman olmasını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşıdır. Zərərçəkmiş şəxs2 isə Natavanın əvvəlki ərindən olan qızıdır. O, 2009-2022-ci illər ərzində Masallı rayonu Qədirli kənd sakini X4 ilə rəsmi nikahda olsa da, təxminən 2012-ci il tarixdən Sahibə ilə birlikdə yaşamamışdır. Belə ki, keçmiş arvadı Sahibə Fətullayeva onun Natavanla münasibətindən xəbər tutduqdan sonra həmin tarixdən etibarən münasibətləri pisləşmiş və onlar 2022-ci il tarixdə rəsmi qaydada boşanmışlar. O, ikinci həyat yoldaşı Natavanı 2012-ci ildən tanıyır, onunla Bakı şəhərində tanış olmuşdur. O, 2017-ci ilin oktyabr ayında Natavanla faktiki olaraq qeyri-rəsmi qaydada ailə həyatı qurmuş və onunla birlikdə yaşamağa başlamışdır. Həmin vaxt Natavanın birinci evliliyindən olan 2011-ci il təvəllüdlü qızı Əlizadə X9 rayonu Xınıslı kəndində Natavanın anası ilə birlikdə yaşayırmış. Onlar Natavanla birlikdə 2017-ci ildən 2022-ci ilədək Abşeron rayonu Sulutəpə qəsəbəsində kirayə evdə yaşamışlar. Ailə qurduğu vaxt əvvəllər münasibətləri yaxşı olsa da, sonradan o, müxtəlif məsələlərdə əsəbləşərək Natavanla mübahisələr edib onu dəfələrlə döymüşdür. Lakin Natavan heç vaxt onun barəsində şikayət etməmişdir. Natavan cəmi bir dəfə 2022-ci ilin iyul ayının 6-da onun onu döyməyi haqqında Nizami RPİ-nin 26cı PB-nə şikayət etsə də, daha sonra onunla barışıb şikayətini geri götürmüşdür. 2022-ci ilin iyul ayında Natavan ondan hamilə olduğunu bildirmişdir. O, bu xəbəri eşitdikdən sonra ona birlikdə Masallı rayonuna köçərək orada yaşamaq istədiyini demişdir. Həmin vaxt Natavan onunla razılaşmış və onlar xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Masallı şəhərinə köçmüşlər. Onlar burada Masallı şəhəri Qarabağ küçəsində kirayə tutduğu mənzilə köçüb yaşamağa başlamışlar. Həmin tarixdən sonra 2022-ci ilin avqust ayında Natavan qızı Zəhranı nənəsinin yanından onların evinə gətirmişdir. Həmin vaxt o, Natavana rayon yerində onun uşaqlı qadınla ailə münasibətində olduğunu, onun qızı Zəhranı qəbul etdiyini eşidən tanışlarının bunu bir mənalı qarşılamayacağını deyib Zəhranı ya nənəsinin, ya da dayısının yanına göndərməsini istəmişdi. Lakin Natavan onunla razılaşmayıb Zəhranın onunla birlikdə yaşayacağını bildirmişdir. Bu səbəbdən o, Natavanla bir neçə dəfə Masallı şəhərində yaşadığı evdə mübahisələr etməyə başlamışdır. Həmin mübahisələr zamanı o, Natavanı bir neçə dəfə şillə və yumruqla, eləcə də evdə olan telefon adapterinin naqili ilə vuraraq döymüşdür. Lakin Natavan onun haqqında heç bir orqana şikayət etməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o, Masallı şəhəri Qarabağ küçəsində kirayədə yaşadığı evdə Natavana qızı Zəhranı dayısının yanına göndərməsini yenidən tələb edən zaman Natavan onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt o, evdə mobil telefonunun adapterinin naqili vasitəsilə Natavanın sağ və sol bazu nahiyələrinə, daha sonra sol və sağ baldır və diz nahiyələrinə zərbələr vuraraq onu döymüşdür. Həmin vaxt Zəhra da ağladığı üçün o, evdə olan süpürgənin plastik materialından olan dəstəyi ilə Zəhranın bədəninin hazırda xatırlamadığı nahiyəsinə bir neçə zərbə vurmuşdur. Lakin o, Zəhraya başqa heç bir xəsarət yetirməmişdir. Həmin gündən bir neçə gün keçdikdən sonra, o, yenidən Natavana qızı Zəhranı anasının və qardaşının yanına göndərməsini desə də, Natavan ona yenə əhəmiyyət verməmişdir. Bundan sonra o, Natavana qızı Zəhranı Natavanın Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yaşayan qardaşı Bilal Azaylının yanına göndərəcəyini demişdir. Bu zaman Natavan ona heç bir etiraz etməmişdir. O, xx.xx.2022ci il tarixdə Zəhranı Masallı şəhəri Seybətin dairəsindən tanımadığı şəxsə məxsus taksiyə əyləşdirib taksiyə Bilal Azaylının telefon nömrəsini və Bakı şəhərində yaşadığı ünvanı təxmini izah edib Zəhranı Bakı şəhərinə yola salmışdır. Həmin vaxt taksi sürücüsünə Zəhranı dediyi ünvanda dayısının qarşılayacağını bildirmişdir. O, daha sonra oradan evə qayıtmışdır. Həmin vaxt Natavan evdə olmuşdur. O, evə qayıtdıqdan sonra çimmək üçün hamama girmiş, həmin vaxt o, hamamda olduğu zaman Natavanın evdən çıxıb getdiyini hiss etmişdir. Lakin onun həyətə düşə biləcəyini düşünüb Bakı şəhərinə Zəhranın arxasınca gedə biləcəyini fikirləşməmişdir. O, hamamdan çıxdıqdan sonra Natavanın getdiyini görmüşdür. Həmin gündən bir neçə gün sonra özü də Bakı şəhərinə getmişdir. O, Bakıda Natavanı və qızı Zəhranı axtarsa da, onları tapa bilməmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Zəhra dayısı Bilalgilə gedib çıxa bilməmişdir. Həmin vaxtdan bir neçə gün sonra o, Bakı şəhərində işləməyə başlamışdır. Həmin ərəfələrdə istifadəsində olan ***-***-**-** saylı nömrəyə adını xatırlamadığı, özünü Masallı RPŞ-nin əməkdaşı kimi təqdim edən şəxs bir neçə dəfə zəng edib onu Masallı RPŞ-nə dəvət edən zaman, o, Natavanın onun haqqında şikayət etməsini başa düşüb daha sonra telefonuna gələn zəngləri açmamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, Bakı şəhəri Nardaran qəsəbəsi ərazisində olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, onun barəsində Masallı RPŞ-nin İstintaq Bölməsində istintaq olunan cinayət işi üzrə axtarış elan olunduğunu və onlarla birlikdə Masallı rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-yə gəlmişdir.Polis əməkdaşları ona yaxınlaşan vaxt və onu Masallı RPŞ-nə gətirərkən, eləcə də RPŞ-də olduğu müddətdə ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər.Heç bir psixi xəstəliyi yoxdur və heç bir yerdə hər hansı xəstəliyi ilə bağlı qeydiyyata durmamışdır. O, öz hərəkətlərini tam dərk edir və hərəkətlərini sərbəst idarə etmək iqtidarındadır. Qeyri-rəsmi nikah münasibətində yaşadıqları müddətdə Zərərçəkmiş şəxs1 bir neçə dəfə döymüşdür. Bir dəfə isə süpürgənin dəstəyi vasitəsilə Natavanın azyaşlı qızı Zərərçəkmiş şəxs2 bədəninin hazırda xatırlamadığı müxtəlif nahiyələrinə vurmuşdur. O, Zərərçəkmiş şəxs1 kirayə yaşadığı evlərdə döymüş bu barədə heç kimə bildirməmiş və heç kimin bundan məlumatı olmamışdır. Eləcə də, o sonuncu dəfə xx.xx.2022-ci il tarixdə də yaşadığı Masallı şəhəri Qarabağ küçəsində yerləşən mənzildə Zərərçəkmiş şəxs1 mobil telefonun adapterinin naqili ilə döyən zaman və Natavanın qızı Zərərçəkmiş şəxs2 bədəninə süpürgənin plastik materialından olan dəstəyi ilə vuran zaman baş vermiş münaqişədən heç kimin xəbəri olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla qeyri-rəsmi ailə həyatı qurmuşdur. Rais onun ikinci dəfə alə qurduğu şəxs olmuşdur. Onun birinci evliliyindən bir azyaşlı övladı Zərərçəkmiş şəxs2 adlı qızı vardır. O, Raislə ailə həyatı qurduğu zaman qızı Zəhra anası X6 himayəsində Kürdəmir rayonu Xınıslı kəndində yaşamağa başlamışdır. Raislə 2017-ci ildən 2022-ci ilədək Bakı şəhəri Abşeron rayonu Sulutəpə qəsəbəsində kirayə evdə yaşamışdır. Ailə qurduğu vaxt əvvəllər Raislə münasibətləri yaxşı olsa da, sonradan Rais onun mütəmadi döyməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə Rais onu Bakı şəhəri ərazisində döydüyü üçün o, Raisin barəsində Nizami RPİ-nin 26-cı Polis bölməsinə şikayət etmişdir. Lakin, sonradan Raislə barışdığı üçün təkrar ərizə ilə müraciət edib ona qarşı etdiyi şikayəti geri götürmüşdür. Raisdən hamilə qalmış, bundan sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Masallı şəhəri Qarabağ küçəsində Raisin kirayə tutduğu evə köçərək orda yaşamağa başlamışlar. Rais bundan sonra da mütəmadi olaraq onu döyməyə davam etmişdir. 2022-ci ilin avqust ayından etibarən qızı Zəhraya anası baxa bilmədiyi üçün o, Zəhranı öz yanına Masallı şəhərinə gətirmişdir. Elə həmin vaxtdan Rais onu və azyaşlı qızı Zərərçəkmiş şəxs2 döyərək və müxtəlif zorakılıqlar etməklə onlara fiziki ağrılar yetirməyə və psixi iztirablar verməyə başlamışdır. Rais gündəlik olaraq qızı Zəhranın ev işləri görməməsini bəhanə edərək onun bədəninin müxtəlif nahiyələrini dişləməklə, şillə ilə vurmaqla Zəhraya fiziki ağrılar yetirmişdir. Raisin bunu etməkdə məqsədi onu qızı Zəhranı təkrar olaraq anasının himayəsinə verməyə məcbur etmək olmuşdur. Belə ki, Rais qızı Zəhranın onlarla Masallı şəhərində yaşamasını istəmədiyini ona bildirmişdir. Raisin ona və qızı Zəhraya əzab verici hərəkətləri barədə polisə şikayət etmək istəsə də, Raisdən qorxduğu üçün heç kimə bu barədə deməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Rais Masallı şəhəri Qarabağ küçəsində kirayədə yaşadıqları evdə onunla mübahisə edərək qızı Zəhranın yanında mobil telefonunun adapterinin naqili vasitəsilə onun əvvəlcə sağ və sol bazu nahiyəsinə, daha sonra sol və sağ baldır və diz nahiyələrinə zərbələr vuraraq bədən xəsarətləri yetirmişdir. Həmin vaxt o, Raisə onu vurmamasını bildirsə də, Rais, onu naqillə bərk döymüşdür. Həmin vaxt Rais həmçinin qızı Zərərçəkmiş şəxs2 saçlarını evdə olan mətbəx bıçağı vasitəsilə kəsmişdir. Daha sonra Rais qızının sol bazu nahiyəsini, sol çiynini dişləməklə qızı Zəhraya işgəncələr vermişdir. O, həmin vaxt yenə Raisə mane olmağa çalışsa da, Rais onun sağ baldırının aşağı hissəsini dişlədikdən sonra onu özündən kənarlaşdırmaqla qızına fiziki əzablar verərək bədəninə xəsarətlər yetirməyə davam etmişdir. Rais daha sonra evdə olan qayçını götürüb qayçının kəsici hissəsilə qızı Zəhranın sol baldır nahiyəsinə iki dəfə vuraraq xəsarət yetirmişdir. Sonra Rais evdə olan süpürgəni götürüb süpürgənin plastik dəstəyi ilə Zəhranın başının orta nahiyəsinə zərbələr vurmuşdur. Həmin vaxt da o, Raisin qarşısını almağa çalışsa da, Rais ona imkan verməyib onu yenə özündən kənarlaşdırmışdır. Həmin vaxt o, bərk qorxduğu üçün heç bir bir yolla Raisin qarşısını ala bilməmişdir. Münaqişə zamanı Zəhra özü də bərk qorxu içində olmuş və ağlayaraq Raisdən ona əzab verməməsini istəsə də, Raisin Zəhranın ağlamağına məhəl qoymamışdır. Rais daha sonra təkrarən əsəbi halda evdə olan mətbəx bıçağını götürüb Zəhranın sol qulaq nahiyəsinin seyvanını kəsərək Zəhraya xəsarət yetirmişdir. Zəhra aldığı xəsarətlərin ağrısından ağlasa da, qorxduğu üçün Raisə heç bir müqavimət də göstərə bilməmişdir. Daha sonra Rais həyətə düşüb bir neçə dəqiqə sonra həyətdən götürdüyü daş parçası ilə geri qayıdaraq Zəhranın sağ ayaq barmaqlarına daş parçası ilə zərbələr vuraraq Zəhraya təkrar bədən xəsarətləri yetirməyə başlamışdır. Həmin vaxt Zəhra qışqıraraq Raisə yenə yalvarsa da, Rais Zəhranın yalvarışlarına əhəmiyyət verməyib Zəhraya əzablar vermişdir. Rais daha sonra evdəki qayçını götürüb təkrar Zəhranın sağ ayağının baş barmağının ətini kəsərək Zəhraya işgəncə etmişdir. Rais həmin gün təxminən 2 saat müddətində qızı Zəhraya fiziki ağrılar yetirməklə əzab vermişdir. Rais daha sonra evdən çıxıb evin giriş qapısını kilidləyərək getmişdir. Həmin vaxt Rais ona hədə-qorxu gəldiyi üçün o, Raisin barəsində şikayət etməmişdir. Həmin gecə Rais təkrar evə qayıdıb yenə onu və qızı Zəhranı döyərək söyüb təhqir etmişdir. Rais qızı Zəhranı evdən qovacağı ilə hədələyib ondan qısa müddətdə Zəhranı anasının və ya qardaşının yanına göndərməyini tələb etmişdir. Həmin vaxtdan sonra da, Rais bir neçə gün onu və Zəhranı döyüb əzab vermişdir. Lakin o, Raisə qızının onunla birlikdə yaşayacağını bildirmişdir. Bundan sonra Rais xx.xx.2022-ci il tarixdə qızı Zəhranı taksi vasitəsilə Bakı şəhərinə qardaşı Bilal Azaylının yanına göndərəcəyini demişdir. Həmin gün səhər radələrində Rais adını bilmədiyi taksi ilə qızını qardaşının yanına göndərəcəyi adı ilə Bakı şəhərinə yola salmışdır. Həmin vaxt o, qorxduğu üçün Raisə mane ola bilməmiş və Raisin qızını evdən çıxarmasına heçnə deyə bilməmişdir. Həmin gün o, daha sonra evdən qaçaraq qızının yanına getmək üçün Masallı şəhəri Seybətin dairəsinə gedib oradan tanımadığı şəxsə məxsus taksi ilə Bakı şəhərinə yola düşmüşdür. Həmin tanımadığı şəxsin köməkliyi ilə qızı Zəhranı Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında tapıb qızı Zəhra ilə birlikdə Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə gedərək orada ərinin onu küçəyə atdığını bildirmişdir. O və qızı Zəhra daha sonra oradan polis əməkdaşlarının köməkliyi ilə Azərbaycan Uşaqlar İctimai Birliyinə aparılmışdır.Orada onun və qızı Zəhranın vəziyyətini görən İctimai Birliyinin işçiləri ondan qızının vəziyyəti ilə maraqlanan zaman o, Raisin onun haqqında şikayət etdiyini bildiyi halda onu və qızını tapıb yenidən əzab verəcəyindən qorxduğu üçün onlara ilk vaxtlar hər hansı məlumat verməmişdir. Lakin sonradan Raisin onu tapa bilməyəcəyinə əmin olub xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən qızının və özünün döyülməyi barədə Azərbaycan Uşaqlar İctimai Birliyinin əməkdaşına bildirmişdir. Bundan sonra İctimai Birliyinin əməkdaşı 102 xidmətinə zəng edib onun və qızı Zəhranın Təqsirləndirilən şəxs tərəfindən döyülməyi barədə məlumat vermişdir. O, daha sonra Masallı RPŞ-nə ərizə ilə müraciət etmişdir. O, Raislə 2017-ci il tarixdən bir evdə qeyri-rəsmi nikah münasibətində yaşamışdır. Onun Raislə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Lakin Rais onu mütəmadi olaraq döyərək əzablar vermişdir. Eləcə də, Rais 2022-ci ilin avqust ayının ortalarından etibarən 2022-ci ilin noyabr ayınadək olan müddətdə qızı Zəhranı mütəmadi olaraq döyüb əzab verməklə Zəəhraya fiziki ağrılar və psixi iztirablar yetirmişdir. Rais hamiləliyinin ilk ayından etibarən bundan məlumatlı olmuş, Rais onu sonuncu dəfə döyən zaman o, hamiləliyinin 5-ci ayında olmuşdur. Rais onu birlikdə yaşadığı müddətdə döydüyü vaxtlarda yanlarında başqa şəxs olmamışdır. Eləcə də,onlar Masallı şəhərində yaşadıqları müddətdə Rais onu və qızını mütəmadi olaraq döysə də, yanlarında kənar heç kim olmadığından Raisin hərəkətlərini heç kim görməmişdir və o, Raisdən qorxduğu üçün Raisin ona və qızına əzab verməsi barədə ailə üzvlərinə və qonşularına heç kimə məlumat verməmişdir. Hal-hazırda uşaq sağlam dünyaya gəlmişdir, qızı Zəhra ilə birlikdə Azərbaycan Uşaqlar İctimai Birliyində məskunlaşmışdır. Raid Tomarovdan şikayətçidir, onunla barışmaq istəmir, qanuni cəza təyin edilməsini tələb edir. Zərərçəkmiş şəxs2 ifadə verərkən, psixoloji olaraq çətinlik çəkdiyi üçün ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmişdir, həmin ifadədə qeyd olunmuşdur ki, 2017ci ilin oktyabr ayında anası Salmanova X5 rayonu Qədirli kənd sakini Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə həyatı qurduqdan sonra o, Raisi tanımışdır. Həmin vaxtlarda anası Raislə birlikdə yaşamağa başlasa da, o, ana nənəsi Nigar Heydərova ilə birlikdə Kürdəmir rayonunda yaşamağa başlamışdır. Hazırda dəqiq tarixini xatırlamadığı vaxt anası Natavan Raislə birlikdə Masallı rayonu ərazisinə köçdükdən sonra nənəsinin maddi vəziyyəti ona baxmağa imkan vermədiyi üçün anası 2022-ci ilin avqust ayının ortalarında onu da gəlib Masallı şəhərinə aparmışdır. Həmin vaxtdan o, anası və Raislə Masallı şəhərində yaşamağa başlamışdır. Elə həmin vaxtdan Rais onu iş görə bilmədiyi üçün döyməyə başlamış və ona işgəncə vermişdir. Rais mütəmadi olaraq dəmir parçası ilə onun kürək nahiyəsinə, sağ və sol bazu nahiyələrinə, sağ və sol baldır nahiyələrinə vuraraq, qollarını dişləyərək ona xəsarətlər yetirmişdir. Həmin vaxtlarda Rais onu döyən zaman anası ona mane olmağa çalışsa da, Raisi anası Natavanı da döyüb ona da işgəncələr vermişdir. Belə ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Qarabağ küçəsində yerləşən kirayə yaşadıqları evdə anası ilə yenidən münaqişə edib anası Natavanı telefonunun adapterinin naqili ilə vuraraq döyməyə başlamışdır. Rais daha sonra Natavandan ayrılıb onun üzərinə hücum edib tutduqdan sonra evdə olan mətbəx bıçağını götürərək onun saçlarını kəsmişdir. Daha sonra Rais onun sol qolunu və sol çiynini dişləməklə ona işgəncə verməyə başlamışdır. Həmin vaxt anası Raisə mane olmağa çalışsa da Rais bu dəfə anası Natavanın sağ baldırını dişlədikdən sonra onu özündən kənarlaşdırmaqla ona fiziki əzablar verərək bədəninə xəsarətlər yetirməyə davam etmişdir. Rais daha sonra evdə olan qayçını götürüb qayçının kəsici hissəsilə onun sol baldır nahiyəsinə iki dəfə vuraraq xəsarət yetirmişdir. Sonra Rais evdə olan süpürgəni götürüb süpürgənin plastik dəstəyi ilə onun başının orta nahiyəsinə zərbələr vurmuşdur. Həmin vaxt da anası Natavan Raisə mane olmağa çalışsa da, Rais ona imkan verməyib anası Natavanı özündən kənarlaşdırmışdır. Münaqişə zamanı o, ağlayaraq Raisdən ona əzab verməməsini xahiş etsə də, Rais onun ağlamağına məhəl qoymamışdı. Rais daha sonra təkrarən əsəbi halda evdə olan mətbəx bıçağını götürüb onun sol qulaq nahiyəsinin seyvanını kəsərək ona xəsarət yetirmişdir. Daha sonra Rais həyətə düşüb bir neçə dəqiqə sonra həyətdən götürdüyü daş parçası ilə geri qayıdaraq onun sağ ayaq barmaqlarına daş parçası ilə zərbələr vuraraq təkrar bədən xəsarətləri yetirməyə başlamışdır. Həmin vaxt o, ağrıdan qışqıraraq Raisə yenə yalvarsa da, Rais əhəmiyyət verməyib ona əzablar vermiş, daha sonra evdəki qayçını götürüb təkrar onun sağ ayağının baş barmağını kəsərək ona işgəncə etmişdir. Rais həmin gün təxminən 2 saat müddətində ona və anası Natavana fiziki ağrılar yetirməklə onlara əzab vermişdi. Rais daha sonra evdən çıxıb evin giriş qapısını kilidləyərək getmişdir. Bir neçə gün belə davam etdikdən sonra Rais xx.xx.2022-ci il tarixdə onu Bakı şəhərinə dayısının yaşadığı ünvana göndərmək üçün evdən çıxarmış, həmin gün onu adını bilmədiyi yerdən tanımadığı şəxsin idarə etdiyi taksiyə əyləşdirib Bakı şəhərinə yola salmışdır. Lakin, Rais onu dayısının yanına deyil küçəyə atmaq istəmişdir. Buna baxmayaraq o, yolda olarkən anası Natavan onun əyləşdiyi taksi sürücüsünə zəng edərək Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında gözləməsini, orada onu qarşılayacağını demişdir. Daha sonra 20 Yanvar metrostansiyasının yaxınlığında anası Natavan onu qarşılamışdır və onlar əvvəlcə oradan Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə, daha sonra Azərbaycan Uşaqlar İctimai Birliyinə getmişlər. O, hazırda 1 X1r və orada ona köməklik göstərilir, o, hal-hazırda heç bir fiziki təzyiqə və psixi təsirə məruz qalmır Şahid məhkəməyə teleqramla müraciət edərək ilkin istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, Azərbaycan Uşaqlar İctimai Birliyində sosial işçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 və onun 2011-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdən tanıyır. Belə ki, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər işlədiyi sığınacağa gətirildikləri zaman onları o qəbul etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 və anası Zərərçəkmiş şəxs1 bədəninin gözlə görünən nahiyələrinə baxıdığı zaman hər iki şəxsdə müxtəlif xəsarət izlərinin olduğunu görüb mobil telefonunun kamera funksiyası vasitəsilə həmin xəsarətlərin ayrı-ayrılıqda fotoşəkillərin çəkmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onların başına hansı hadisəninin gəlməsini soruşan zaman, onlar ilk əvvəl sadəcə olaraq Zərərçəkmiş şəxs1 əri Təqsirləndirilən şəxs onları küçəyə atdığını bildirsələr də, sonradan sığınacaqda olduqları bir neçə gün ərzində onlarla zəruri profilaktiki söhbətlər əsnasında Zərərçəkmiş şəxs1 əri Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs2 və qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs1 Masallı şəhəri ərazisində yaşadıqları müddətdə mütəmadi olaraq döyməklə əzab və işgəncə verdiyini bildirmişlər. Bundan sonra o, bu barədə xx.xx.2022-ci il tarixdə DİN-in 102 zəng xidmətinə zəng edib məlumat vermişdir. Akademik M.Ə.Mirqasımov adına olan Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli Ultrasəs müayinəsinin aparılmasından görünür ki, Zərərçəkmiş şəxs1 mütəmadi əzablar gördüyü dövrdə hamiləliyinin 17-18-ci həftəsində olmuşdur. Üzləşmənin aparılması haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları deyərək bir daha təsdiq etmişdir. Üzləşmənin aparılması haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları deyərək bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 507/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 başın təpə nahiyəsinin əzilmiş səthi yara izi olan çapığı, sol qulaq seyvanının arxa yuxarı qövsünün toxuma defekti olan dişlənmiş yara izi, sağ bazu oynağının arxa səthinin, sağ bazunun aşağı 1/3-nin ön səthinin, sol bazunun orta 1/3-nin iç səthinin dişlənmiş yara izləri, sağ dirsək oynağının arxa səthinin, sol bel nahiyəsinin və onurğanın 1-ci bel fəqərəsi nahiyəsinin sıyrılmış yara izləri, hər iki əlin arxa səthlərinin, hər iki baldırın və ayaq pəncələrinin ön-üst səthlərinin çoxsaylı sıyrıq izləri müəyyən olundu, qeyd olunan çoxsaylı əzilmiş, sıyrılmış yaralar bərk küt əşyaların (dəmir parçası, dəmir şotka, tinli predmetin və s.) təsirindən yetirilə bilərdilər, törənmə müddətləri müayinədən 2- 3 həftə əvvəl olmaqla müayinə olunanın göstərdiyi və qərarın təsviri hissəsində qeyd edilən tarixə və şəraitə uyğun gəlir, başın təpə nahiyəsinin (cərrahi tikişə ehtiyacı olan) əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 508/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol saidin, sol əlin arxa səthinin, sağ saidin, sol bazunun sıyrılmış yara izləri, sol baldırın aşağı 1/3-nin bayır səthinin dişlənmiş səthi yara izi, sol budun və baldırın bayır səthinin çoxsaylı qançır(hematoma) izləri müəyyən olundu, qeyd olunan çoxsaylı xəsarətlər bərk küt əşyaların(dəmir parçası, telefon şunuru, tinli predmet və s.) təsirindən yetirilə bilərdilər, törənmə müddətləri müayinədən 2-3 həftə əvvəl olmaqla müayinə olunanın göstərdiyi və qərarın təsviri hissəsində qeyd edilən tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixatirik Ekspertiza mərkəzi X12 tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 399 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmək barəsindən anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 90 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 11/77 nömrəli rəyindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 hadisə zamanı qorxu ilə müşayiət olunan emosional gərginlik halı keçirmişdir. xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 əqli inkişafına və fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 133.2.1, 133.2.2, 133.2.4, 133.2.5 və 133.2.6-cı maddələri ilə ona elan olunmuş ittiham üzrə, yəni iki və ya daha çox şəxsə qarşı, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı işgəncə xarakterili hərəktlərlə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə cinayət əməlini törətməsi, o cümlədən Zərərçəkmiş şəxs2 həmin cinayət əməli ilə yüngül bədən xəsarəti yetirməsi üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.1, 133.2.2, 133.2.4, 133.2.5 və 133.2.6-cı maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 29 yanvar 2023-cü il tarixli protokoldan və Masallı Rayon Məhkəməsinin 4(050)-15/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə tutulmuş, haqqında həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesab edilmişdir. Masallı RİHB-nın Masallı rayon Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Tomarov X8 rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericilik ilə nəzərdə tutulmuş qaydada götürülməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində AR CM-nin 59.1.-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar yoxdur, lakin məhkəmə həmin Məcəllənin 59.2.-ci maddəsini əsas götürərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində əzab cinayətinin təkrar törədilmsi və cinayətin residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1 və 83.3.3-cü maddələrinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. CM-in 18.4.4-cü maddəsinin tələbinə uyğun olaraq, onun əvvəlki məhkumluğu azadlıdan məhrum etmə cəzası olduğu üçün, hazırkı əməli həmin Məcəllənin 18.1-ci maddəsinə görə cinayətin residivini yaradır. Qeyd olunan maddədə göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dörd dəfə cinayət törətməyə görə məhkum olunmuş, sonuncu dəfə törətmiş olduğu cinayətə görə azadlıqdan məhrum etmə cəzası çəksə də, islah olunmamış, yenidən ağırlıq dərəcəsi baxımından ictimai təhlükliliyi ilə seçilən qəsdən cinayət əməli törətmişdir. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə, bu yolla cəzanın məqsədinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə onun şəxsiyyətini, cəmiyyyət üçün ictimai təhülkəli şəxs olmasını, islah olunmamasını, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, cinayətin törədilmə üsullarını və xarakterini nəzərə alaraq hesab edir ki, ona daha ciddi azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1 və 56.1.3-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-100 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.2, 133.2.4, 133.2.5 və 133.2.6-cı maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X3 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********00 00003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE**********000 ******* hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar