Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-71/2024 28.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X32 Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Xüsusi ittihamçılar X18, X7 və X9, Barəsində şikayət verilən şəxs X3 iştirakları ilə “7GÜN XƏBƏR” və “7GÜN.org” saytların rəhbərliyi və sosial şəbəkələrdə bu paylaşımların həqiqi müəllifi olan X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1nun, X7, X9, X4 və X8 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1, X15, X19, X10 və X16 xüsusi ittiham qaydasında şikayətlə Masallı Rayon Məhkəməsinə müraciət edərək “7GÜN XƏBƏR” və “7GÜN.org” saytlarının rəhbərliyinin və sosial şəbəkələrdə bu paylaşımların həqiqi müəllifi olan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək barələrində ittihamedici hökm çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırmışdır ki, barəsində şikayət verilən şəxslər və kütləvi informasiya vasitələrində Masallı rayon Ərkivan qəsəbəsində fəaliyyət göstərən 3 saylı tam orta məktəb əsas hədəf olmaqla pedaqoji kollektivə və 2023-2024-cü tədris ili başladıqdan sonra məktəbə direktor təyin edilmiş X6 qarşı jurnalist Cavid Şirəliyev və onun əməkdaşlıq etdiyi internet saytları olan 7GÜN XƏBƏR” və “7GÜN org” kimi kütləvi informasiya vasitələrində işlədikləri kollektivin əməyinə hörmətsizlik, təhqir və böhtandan ibarət olan qərəzli, birtətərəfli yazılar dərc edilmişdir. Kollektiv və onun rəhbərliyi barədə ilk yazı hələ dərs ilinin əvvəllərində 14 oktyabr 2023-cü ildə “Təhsil.az” saytında dərc olunmuş, 2024-cü ilin 14 fevralından başlayaraq qeydiyyat ünvanı bəlli olmayan “7GÜN Xəbər”, “7GÜN.az” və “7GLİN.org” saytlarında getmiş həqiqətə uyğun olmayan, vulqar ifadələrdən istifadə edilməklə, şəxsiyyət əleyhinə, kollektiv və onun rəhbərliyi barədə nəlayiq ifadələr işlədilmiş təhqir və böhtanlarla dolu yazılar dərc olunmuşdur. Həqiqətdən uzaq olan bu cür yazılar kollektivin heysiyyətinə, toxunur. Ərazidə yaşayan insanların şəhid ailələrinin, valideynlərin, ictimaiyyətin nifrət və hiddətinə səbəb olmuşdur. Famil İsmayılovun direktor təyin edilməsindən sonra təlim-tərbiyə sahəsində keyfiyyətin yüksəldilməsi, şagirdlərin məktəbə davamiyyətinin yaxşılaşdırılması, əmək imtizamının möhkəmləndirilməsi ilə bağlı görülən ciddi tədbirlər kollektivin ürəyincədir. Belə ki, 14 yanvar 2024-cü il tarixdə “7GÜN XƏBƏR’in sosial şəbəkə hesablarında “Masallının təhsilindən bixəbər nazir-Emin Əmrullayev gələcəyimizi məhv edir?" başlıqlı yazıda, nazir E.Əmrullayevdən Lənkəran-Astara Regional Təhsil İdarəsinə, ordan Masallı Təhsil Sektorunun müdiri Qoşqar Hətəmova, nəhayət, Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin direktoru Famil İsmayılovun fəaliyyətinə qara yaxmaqla nalayiq, böhtan və təhqir dolu ifadələrlə dolu səs yazısı və onun yazı forması paylaşılmışdır. Həmin yazının 1 -ci abzasındakı sonuncu cümlədə “Elm və Təhsil naziri Emin Əmrullayev savadsız kadrlara üstünlük verir. Onları yüksək postlara təyin edir. Həmin savadsız kadrlar da təhsilə gəlir mənbəyi kimi baxır, elə buna görə də təhsil ocaqlarını bazar qaydaları ilə idarə edirlər” cümləsindən sonra - yazının 4-cü abzasından başlayaraq sonrakı mətn belədir: "Keçək təhsili məhv edənlərdən biri - Lənkəran regional təhsil idarəsinin Masallı təhsil sektorunun müdiri Qoşaqar Hətəmova. Bu adamı kim belə bir mühüm posta təyin edib? Yuxarıda sadaladıqlarını, yəni təhsilə gəlir mənbəyi kimi baxmaq, elə buna görə də təhsil ocaqlarını bazar qaydaları itə idarə etmək Qoşqar Hətəmovun başlıca məqsədlərindəndir. O, məktəb direktorlarından hər ay aylıq alır. Məhz buna görədir ki, Masallının məktəblərində acınacaqlı vəziyyət hökm sürür. X36 sektor müdiri təyin ediləndən sonra rayon ictimaiyyəti narazılıq edirmiş ki, Emin Əmrullayev bu əxlaqsızı niyə belə yüksək posta təyin edib. Famil İsmayılov məktəb direktoru olmaq üçün Qoşqar Hətəmova 3-dən 5-dən verir. Hamı kimi Famil İsmayılov da imtahana gedir. Onun imtahandan keçməsi barədə çox ziddiyyətli məlumatlar dolaşır. Bəziləri onun imtahandan yaxşı nəticə əldə etdiyini desə də, lakin çoxları bunu yalan adlandırırlar. Yəni, Famil İsmayılovun direktorluq imtahanından keçib-keçmədiyi müəmmalıdır. Hətta belə bir məlumat da var ki, imtahandan keçə bilmədiyi üçün Famil İsmayılovla sektor müdiri Qoşqar Hətəmov arasında möhkəm narazılıq olub. Deyilənlərə görə hətta X26 Hətəmovu döyüb. Onların "ağsaqqallarının” işə müdaxiləsindən sonra tərəflər sakitləşib. Daha doğrusu X37 İsmayılovu tez-bazar Bağlaküçə kənd 3 saylı orta məktəbinə direktor təyin etdirəndən sonra narazılıq aradan qaldırılıb. Famil İsmayılovdan sonra Bağlaküçə kənd 3 saylı orta məktəbində özbaşınalıq və haqsızlıq hökm sürür. Direktorun öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması və dövlətin vəsaitlərini mənimsəməsi barədə çox ciddi məlumatlar var. Famil İsmayılovun direktorluq imtahanında iştirak etməsi, onun nəticələri və sair məsələlər barədə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.” Yazıya həmin gün Masallı Təhsil sektorunun müdiri Qoşqar Hətəmov tətəfindən təkzib verilib. Fevralın 15-də “Masallı rayonu üzrə təhsil sektorunun “təkzibinə cavab gecikmədi-Sektor müdiri Qoşqar Hətəmov “sudan quru çıxmaq" istəyir yazısında əvvəlki yazının müəllifi də bəlli olur-Cavid Şirəliyev. “7GÜN Xəbər” yazı müəllifinin - X13 hesabında yazdıqlarını təqdim edir.” Belə bir adamın mənim barəmdə danışmasına “...hürər, karvan! keçər” deyib əhəmiyyət verməyə də bilərdim. Amma düşündüm ki, olmaz. Cavab verilməlidir.” Qoşqar Hətəmov açıqlamasında nə üçün işin əsl səbəbi barədə bir cümlə olsun belə yazmayıb? O, mövzudan yayınmaq üçün məzeri mənim direktor müavini olan kürəkənimə və onun həyat yoldaşına, yəni bacıma yönəldib. Bəlkə ona həqiqətləri demək sərf eləməyib, yoxsa buna cəsarəti çatmayıb?! Elə isə mən onun deyə bilmədikləri barədə deyim. Belə ki, yuxanda adı qeyd edilən media orqanında "Masallı rayon Mərkəzi Xəstəxanası" X38 direktoru İlqar Ramizoğlu barəsində bir neçə tənqidi məqalə dərc edilib. Onun rəhbərlik etdiyi tibb ocağındakı problemlərdən yazılıb. Həmin yazıların heç biri sözügedən şəxs tərəfindən təkzib edilməyib. Axı, bunu necə edə bilər? İlqar Ramizoğlu barəsində olan tənqidi yazılara münasibət bildirmək əvəzinə başqa vasitələrə əl atmalı olun O, bu yazılara görə Masalla rayon Ərkivan qəsəbə 3 saylı orta məktəbin direktoru vəzifəsində işləyən əmisi oğlu vasitəsilə həmin məktəbin kimya-biologiya İçbarantı işləyən bacımı hədələyir. X22 bacıma açıq-aşkar deyib ki, qardaşın əmim oğlu, Masallı rayon X14 Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu barəsində olası yazılan silib, ondan üzr istəməsə, burada sənin gününü qara edəcəm. Ondan sonra məktəb direktoru məktəbin bütün problemlərini bir kənara qoyub, başlayır bacıma təzyiq eləməyə. Famil İsmayılov hətta öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bacımın maaşından qanunsuz pul tutur. Bunu heç nailə əsaslandıra bilməyən dsrektor “Yaxşı eləmişəm, get hara istəyirsən şikayət elə. X2 yüksək vəzifədə adamlarım var. Ona görə istədiyim hərəkəti edə bilərəm. Buranın “ağa”sı mənəm” deyərək, bildirib. X27 Ramizoğlunun dəstəyi ilə Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edildiyi deyilir. Bu və digər məsələlər barədə növbəti dəfə məlumat verəcəm. Hələlik bu qədər... Nəhayət, “7GÜN XƏBƏR’in sonuncu yazısı. Emin Əmrullayev, yesəndə özün bilərsən, yeməsən də... Bizim Masallının təhsili ilə bağlı yazımız deyəsən Elm və Təhsil Naziri Emin Əmrullayevə çox təsir edib?! Buna görə də o, yazımızın qərəzli olduğunu sübut etmək üçün Lənkəran- Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Qoşqar Hətəmova tapşırıq verib. Olsun. Təkzib etmək olar. Söhbət təhqirdən gedir. Emin Əmrullayev, bizim əvvəlki yazılarımıza diqqətlə bax. Gör hardasa kobud və aşağılayıcı sözlər yazmışıq? Heç vaxt. Biz tənqidin nə olduğunu yaxşı bilirik. Hər şeydən əvvəl özümüzə hörmət qoyuruq, sonra qarşımızdakına. Bil ki, sektor müdiri Qoşqar Hətəmovla məktəb direktoru Famil İsmayılov sənin aşağılanmağın üçün necə də canfəşanlıq edirlər, onlar buna görə dəridən-qabıqdan çıxırlar. Sənin tapşırığını icra etdiyini hər yerdə dilinə gətirən Qoşqar Hətəmov özünə oxşayan, yəni cəmiyyətdə zərrə qədər hörməti olmayan, yeri gələndə rəhbər şəxslərdən aldığı 3-5 manat müqabilində insanların üzünə duran bir şərəfsiz və ləyaqətsiz "jurnalist"ə və ona bənzər üç-dörd "müəlSimrfə bizim ünvanımıza hədələyici və təhqiramiz sözlər yazdırır. Həmin o sürü təhsilin inkişaf etdiyini, bu sahədə heç bir problemin olmadığını sübut etməyə çalışır. Rəhbərlik etdiyiniz sahənin hansı ağır vəziyyətdə olduğunu hər kəs bilir axı. Bir-iki nəfərin təkzib etməyi ilə olmur e... İndi and-aman edəcəksən ki, mənim onlardan xəbərim yoxdur və.s... Yalansa sənin... X40 deyir ki, mən Emin Əmrullayevdən xəbərsiz heç bir addım atmıram. Onun göstərişlərini yerinə yetirirəm. Biz kimə inanaq? Vay, vay, vay... Sən nə cılız adam imişsən, ay Emin Əmrullayev. Bizim üzərimizə göndərdiyin sürünün cəmiyyətdə olan nüfuzundan xəbərin varmı? Ayıb olsun sənə. Yekə kişisən... Heç olmasa azacıq da olsa şəxsiyyəti, ləyaqəti, qüruru, mənliyi və kişiliyi olanları mənim qarşıma çıxaraydın da... Biz də fəxrlə onlarla mübarizə aparardıq. Bütün əmr və tapşırıqların sənin tərəfindən verildiyini üçün biz ürək sözlərimizi onlara deyil, bilavasitə sənə deyəcəyik. Xoşuna gəlsə də, gəlməsə budur, yesəndə özün bilərsən, yeməsən də... Bizim fəaliyyətimizə bələd olanlar yaxşı bilirlər ki, özbaşınalığa və haqsızlığa, həmçinin rüşvətxorluğa və korrupsiyaya qarşı olmuşuq. İnsan haqlarının müdafiəsi üçün əlimizdən gələni etmişik və edəcəyik. Biz sizlərən fərqli olaraq alnıaçıq, üzü ağıq. Emin Əmrullayev, Masallı rayon ictimaiyyəti kimin-kim olduğunu yaxşı bilir. Hamı-hamını yaxşı tanıyır. Emin Əmrullayev, sən məni üç-beş cındır-mındıra söydürürsən. Buna görə heçmi utanmırsan? Niyə özünə hörmət etmirsən, Emin Əmrullayev? Heç bilirsənmi təhsili məhv etdiyin üçün səni nə qədər adam söyür? Bunu bilmək istəyirsən? Elə isə təhsillə bağlı sorğunun nəticələrini izlə. Gör sorğuda iştirak edənlər sənə nələr deyir, gər arzu edirsənsə gəl sənlə birlikdə çıxaq sorğuya. Hər şeyi özün eşit, gör... Bizim təhqir olunmağımızın məsuliyyəti sənin üzündədir. Bunu unutma. Sənə olan ürək sözlərimizi bundan sonra deyəcəyik, çox "hörmətli" nazir. Mirzə Natiq” Yuxanda təqdim etdiyimiz yazı materiallarından aydın olur ki, onun müəllifləri reket fəaliyyəti ilə məşğul olur, insanlara şər-böhtan atmaqla, təhqir etməklə onların ictimai nüfuzuna ağır zərbələr vurmaqla layiq olmadıqlarını, lakin istədiklərini əldə etməyə çalışırlar. Məsələm, “Mirzə Natiq” imzası ilə gizləməm Cavid Şirəliyev yazır ki, “bizim fəaliyyətimizə bələd olanlar yaxşı bilirlər ki, özbaşınalığa və haqsızlığa, həmçinin rüşvətxorluğa və korrupsiyaya qarşı olmuşuq.” Lakin “jurnalist” adından istifadə etməklə Cavid Şirəliyev özü 22 may 2016-cı ildə hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum edilib. Hesab edirik ki, ictimai məzmunu bir qara qəpiyə dəyməyən, jurnalist etikasına yad olan, milçək kimi ürək bulandıran bu cızmaqaraların sosial şəbəkələrdə paylaştlması əxlaq normalarını aşıb cəmiyyətə meydan oxumaqdır, ona görə də onların qanun əsasında cəzalandırılmasına ehtiyac vardır. Hazırkı cinayət əməli 7GÜN azvə 7GÜN org internet saytlarında yayımlandğından verilmiş şikayət həmin televiziya kanalının fəaliyyət göstərdiyi hüquqi ünvan üzrə həmin ərazi üzrə fəaliyyət göstərən məhkəmələrdə baxılmalıdır. Hazırda bu saytların fəaliyyət göstərdiyi hüquqi ünvanlar bəlli olmadığından, yazı müəllifləri və təşkilatçılarının yaşadığı yer üzrə yerləşdiyi məhkəmələr tərəfindən baxılmalıdır. X28 -də tərcüməyi halında “hazırda Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış ”7GÜN Xəbər” qəzetinin və həmin qəzetin internet səhifəsi olan “7Gün. az" saytının təsisçisi (quruçusu) və baş redaktoruyam” yazmışdır. Biz başqa sahələrdə olduğu kimi təhsil sahəsində də müəyyən çətinliklərin olduğunu bilirik. Lakin təhsillə bağlı rəhbərliyin ünvanına C. Şirəliyevin qərəzli, birtərəfli böhtan və təhqirləri təhsilimizə rəhbərli edənlərin, bu sahədə çalışan minlərlə insanın, o cümlədən Masallı rayonunun Ərkivan 3 saylı tam orta məktəbin kollektivinin, ərazidə yaşayan insanların narahatlığına, hiddətinə səbəb olduğundan baş verənlərlə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Məhkəmə iclasında çıxış edən şikayətçi X31 izahat verərək bildirdi ki, ”7GÜN Xəbər” saytında işlədiyi məktəb və həmin məktəbin direktoru Famil İsmayılov haqqında xoşagəlməz ifadələr yazılmışdır. Hamı kimi oda işlədiyi məktəbin hüquqlarını müdafiə etməyin borcu olduğunu düşünərək öz fikirlərini bildirmişdir ki, həmin yazılar əsassızdır və həqiqətə uyğun deyildir. Bundan sonra həmin yazıları yazan şəxs məktəbi unudub onun barəsində yazılar yazmağa başlamışdır. O, sonradan bilmişdir ki, həmin saytın redaktoru Cavid Şirəliyevdir. O, fikrini bildirdikdən sonra səhəri gün barəsində müəyyən yalan və təhqiramiz ifadələrin yazıldığının şahidi olmuşdur. Həmin yazılmış məlumatlar bütün internet istifadəçiləri tərəfindən oxunmuşdur. O, artıq təhqir olunduğunu görüb bu barədə rəhbərliyinə bildirmişdir. Eyni zamanda məktəbin psixoloqu İ.Nəzərovada müraciət edərək ona köməklik etməsini xahiş etmişdir. İ.Nəzərov ona səbrli olmasını bununla bağlı tədbir görüləcəyini bildirmişdir. Onun barəsində edilmiş təhqiramiz ifadələr son bir həftəyə kimi davam etmişdir, bir həftə olar ki, artıq barəsində belə bir yazılar yazılmır. Məhkəmədən tələbi və xahişi ondan ibarətdir ki, təhqir olunduğu və hüquqlarının tapdandığı üçün tədbir görülsün və vermiş olduğu şikayət təmin olunsun. Məhkəmə iclasında çıxış edən şikayətçi X15 izahat verərək bildirdi ki, son zamanlar işlədiyi məktəblə bağlı bir çox qanunsuz, lazımsız yazılar yazılmışdır. Həmin yazıların hamısı böhtan, təhqirdir. Qanunla jurnalistlərə bu tipli sözlər işlətmələri qadağan olunmuşdur. Həmçinin ilin əvvəlində əvvəlki məktəb direktoru vəfat etmiş və bir ay sonra məktəbə yeni direktor təyin olunmuşdur. Yeni təyin olunmuş direktor cavan olmaqla işgüzar bir insandır. Eləcədə yaşadıları qəsəbədən deyildə başqa bir kənddəndir, lakin buna baxmayara qəsəbə sakinləri onu normal qəbul etmişlər. Yeni təyin olunmuş direktor ilk günlərdən həqiqətəndə sağlam bir mühit yaratmaq istədiyini biruzə vermiş, normal şəkildə işlərə başlamış, ilk olaraq əmək intizamından başlamışdır. Davamiyyəti yaxşı olmayan müəllimlər əmək intizamına məruz qalaraq cəzalanmışlar. Onların əmək haqqından müəyyən tutulmalar olunaraq Dövlət nəfinə keçirilmişdir. Həmin şəxslərdən biridə məktəbdə labarant işləyən Cavid Şirəliyevin bacısıdır. Məktəb köhnə olduğu üçün məktəbdə labaratoriya otağı yoxdur. Yeni təyin olunmuş direktor Famil müəllim gəldikdən sonra məktəbin binasinin köhnə olması ilə bağlı valideyn şurası ilə birlikdə bir çox müraciətlər olunub, televiziya əməkdaşları çağırılmışdır. Bütün bunlar Famil müəllimin təşəbbüsü ilə olmuşdur. Məktəb artıq nizam-intizama düşmüşdür. Eyni zamanda Masallı rayonunda bu il üçün iki məktəb tikintisi nəzərdə tutulmuşdur ki, onlardan biridə onun işlədiyi məktəbdir. Cavid Şirəliyev bacısı Pərvanə xanımın əmək haqqından tutulmalar aparıldıqdan bir neçə gün sonra şikayətdə qeyd edilmiş yazılar yazılmağa başlanılmışdır. Həmin yazılar ilk olaraq Elm və Təhsil naziri Emin Əmrullayev, daha sonra Lənkəran- Astara təhsil şöbəsi, ordan Masallı Təhsil Sektorundan və nəhayət Ərkivan qəsəbə 3 saylı tam orta məktəbindən olmuşdur. Həmin yazılar məktəb direktoru Famil İsmayılovun saxta sənədlərlə direktor olması, onun imtanahdan keçmədiyi halda direktor olması, Masallı Təhsil Sektorunun müdiri ilə Famil İsmayılov savaşması, kimi isə aldadaraq pul alması, Masallı Təhsil Sektorunun müdiri Qoşqar Hətəmova pul verməsi, lakin Qoşqar Hətəmovun bir iş görməməsi nəticəsində onunla savaşması Q.Hətəmovu döyməsi, nəhayət müəyyən şəxslərin işə qarışması, Lənkəran-Astara təhsil şöbəsinə pul verildikdən sonra Famil İsmayılovun məktəbə direktor təyin olunması ilə bağlı olmuşdur. O cümlədən onun özü haqqındada müəyyən yazılar yazılmışdır. Yazılmış yazıların mahiyyətinə və yazılma üslubuna baxıldığı zaman həmin yazıların eyni şəxs tərəfindən yazıldığı müəyyən olunur. Həmin yazıların mənşəcə kökü Cavid Şirəliyevə gedib çıxır. Çünki eyni adam, eyni xəttdir. Ola bilərki Cavid Şirəliyev özü deyildə Mirzə Natiq və Aygün adlı bir xanım Cavid Şirəliyevin adından yazır yazıları. Onlar sadəcə bilmək istəyirlər ki, həmin yazıları yazan kimdir. X39 və Aygün adlı xanım kim olduğunu bilmirlər. Onlar həmin şəxslərin kim olduğunu bilmək istəyirlər ki, hüquqi müstəvidə həmin şəxslərlə məsələni həll etsinlər. Bu səbəbdən məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən şikayətçi X19 izahat verərək bildirdi ki, o, şikayətdə qeyd olunanlara və digər şikayətlərin dediklərinə qoşularaq bildirir ki, doğrudanda yeni təyin olunmuş direktor məktəbə gəldikdən sonra məktəbdə normal abuhava yaranmışdır. Lakin buna baxmayaraq müəyyən sosial şəbəkələrdə məktəb barədə təhqiramiz sözlər yazılmışdır. O, məktəbdə valideynlər komitəsinin sədridir. Bütün valideynlər yazılan həmin yazılardan çox narahat olurlar. Odur ki, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X11 bildirdi ki, o, şikayətçiləri dinləmişdir. Onları dinlədiyi zaman təhsilin belə bir insanların əlində olmasından məyus olur. Onun həmin şəxslər tərəfindən məhkəməyə verilməsinə etiraz etmir. Məhkəməyə müraciət etmək hər bir şəxsin konstitutsion hüququdur. Lakin o, 2021-ci ildə rəsmi qaydada imtina vermişdir. Şikayətçilər əsassız danişırlar. Həmin saytla bağlı ölkənin hüquq mühafizə orqanlarına bir neçə dəfə araşdırılma aparılmışdır. O, bununla bağlı polis şöbəsinə getmiş və həmin yazıların ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Həmin saytın istifadəçiləri Hollandiyada olurlar. İlk dəfə belə bir yazılar olduğu zaman həmin şəxslərə instaqram vasitəsi ilə yazmışdır ki, “sizin yazılardan sonra mənim ailəm təqib altındadır”. İndidə müəyyən şəxslər həmin saytın onun olduğunu bilirlər. Halbuki həmin sayıt ona məxsus deyildir. O dununla bağlı dəfələrlə ifadə vermiş, etirazını bildirmişdir. Şikayətçilərin şikayətində yazdıqları heç bir möhtəbər sübutla sübut olunmur, onlar belə bir sübutu təqdim edə bilmirlər, yazdıları yalnız sözdən ibarətdir. Şikayətçilər ilk öncə saytın kimin olmasını araşdırmalı idilər, ondan sonra məhkəməyə müraciət etməli idilər. Şikayətçilərin hər üçü izahatlarında Famil İsmayılov barəsində yazılanlar barədə danışdılar, onlar konkret olaraq yazıda olan hansı sözlərlə şərəf və ləyaqətlərinin alçalmasını qeyd etməmişlər. Konkret olaraq hansı yazıda, hansı cümlədə, hansı ifadənin onların şərəf və ləyaqətlərini alçalması məsələsi qeyd olunmur. Şikayət məqsədli şəkildə olunmuşdur ki, ona təziq olunsun. O, lazımı sənədləri məhkəməyə təqdim etmişdir. Odur ki, verilmiş xüsusi ittiham qaytasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X11 tərəfindən məhkəməyə təqdim edilmiş etiraz onunla əsaslandırmışdır ki, X5, X24, X15, X16 və X19 barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət başdan ayağa əsassız və qərəzlidir. Ona görə də rədd edilməlidir. 3 saylı orta məktəbin müxtəlif vəzifələrdə işləyən Azər Mehdiyev, İldırım Nəzərov, Sübhan Şiriyev və Müşfiq Nuriyev direktor Famil İsmayılovdan asılı vəziyyətdə olmaqla yanaşı, ona birbaşa tabedirlər. Buna görə də onların təsir altında barəsində şikayət verdikləri şübhə doğurmur. Ümumi sözlərdən ibarətdir və heç bir sübut təqdim edilməyən şikayətin mətnindən də görünür ki, onlar məqsədli şəkildə onu hədəf seçiblər. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə onun əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci, yəni hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirli bilinərək, 5 il müddətində azadlıqdan məhrum edildiyi qeyd edildiyi üçün oda məhz həmin məsələdən başlamaq istəyir. Bəli, o, jurnalist peşə fəaliyyətinə görə həbs edilmiş və siyasi məhbus olmuşdur. Belə ki, o, 2012-ci ildə Ədliyyə Nazirliyində rəsmi qaydada dövlət qeydiyyatına alınmış “7GÜN XƏBƏR” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. Təxminən bir il ərzində həftəlik nəşr edilən qəzet müxtəlif səbəblərdən çapını dayandırmışdır. Bundan sonra media qurumu onlayn rejimdə 7gun.az domeni üzərindən işini davam etdirmişdir. Tənqdinçi jurnalist olduğu üçün sırf peşə fəaliyyətinə görə ona qarşı dəfələrlə təqib, təhdid və təzyiqlər olmuşdur. Bütün bunların məntiqi nəticəsi olaraq 2014-cü ildə saxlanılmış və ona qarşı AR CM-nin 182-ci, yəni hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülmüşdür. İstər ibtidai istintaq, istərsə də məhkəmə araşdırmaları qərəzli, qeyri-obyektiv və kobud qanun pozuntuları ilə aparılmış, cinayət işində olan rəsmi sənədlərə və digər sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Beləliklə o, ədalətsiz məhkəmə hökum ilə azadlıqdan məhrum edilmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci hökmünü qüvvədə saxlamışdır. Daha sonra o, Ali Məhkəməyə kasassiya şikayəti vermişdir. Ali Məhkəmə onun kassasiya şikayətini qismən təmin edərək, cinayət işini məhkəmə istintaqı aparmaq şərtilə apellyasiya məhkəməsinə geri qaytarmışdır. Cinayət işi apellyasiya instansiya məhkəməsində istintaq aparılmaqla araşdırılmış və bir daha təqsirsiz olduğu rəsmi sənədlərlə və digər mötəbər sübutlarla təsdiq olunmuşdur. Barəsində bəraətverici əsaslarla qərar qəbul edilməli olduğu halda, kənar təsirlər olduğu üçün məhkəmə yalnız cinayət məcəlləsinin müvafiq maddəsini tətbiq edərək, onu vaxtından əvvəl azadlığa buraxdı. Barəsində olan həmin cinayət işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdir. Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxdıqdan sonra xx.xx.2018-ci il tarixdə 7gun.az saytının fəaliyyətini bərpa edib, sözügedən media qurumunun təsisçisi və baş redaktoru olmuşdur. xx.xx.2021-ci il tarixə müəyyən səbəblərdən təsisçisi və baş redaktoru olduğu qəzetin fəaliyyətini dayandırmışdır və bu barədə özünün Facebook sosial şəbəkə hesabında açıqlama yazmışdır. Hazırda müstəqil jurnalistdir. O, rəhbəri olduğu “7GÜN XƏBƏR” qəzetinin fəaliyyətini dayandırdıqdan bir neçə ay sonra eyni adlı onlayn media qurumu fəaliyyətə başlamışdır və o hazırda da 7gun.org domeni üzərindən azərbaycan dilində oxuculara xəbərlər və jurnalist araşdırmaları təqdim edir. Xüsusi ittiham qaydasında verilmiş şikayət barədə bəzi məsələlər barədə mümkün qədər qısa məlumat verir. X29 2009-cu ildən Masallı rayon Ərkivan qəsəbə 3 saylı orta məktəbində kimya-biologiya laborantı vəzifəsində işləyir. O, nümunəvi və nizam-intizamlı işçi olmuşdur. Bacısı qeyd etdiyi vəzifədə işlədiyi 15 il ərzində onun barəsində bircə dəfə də olsun tənbeh tədbirləri tətbiq edilməmişdir. Famil İzmayılov sözügedən məktəbə direktor təyin edildikdən sonra məktəbin bütün problemlərini bir kənara qoyub, işi-gücü ancaq onun bacısını təqib etmək və onu hədələmək olmuşdur. Bunun da öz səbəbləri vardır. Belə ki, 7GÜN XƏBƏR-in Facebook, YouTube, İnstagram və TikTok sosial şəbəkə hesablarında “Mr.Javid” imzası ilə Masallı rayon Mərkəzi Xəstəxanasında hökm sürən özbaşınalıqlar və haqsızlıqlar, direktor İlqar Ramizoğlunun öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və digər məsələlər barədə silsilə tənqidi məqalələr dərc edilib. Buna görə Famil İsmayılov bacısı X23 Ramizoğlu ilə yaxın qohum olduğunu, sonuncu barəsində dərc edilmiş materialların silinməsini və ondan üzr istənilməsini kobudcasına tələb edib. O, tələbinin icra edilməyəcəyi təqdirdə qisas məqsədilə bacısı üçün müxtəlif problemlər yaradacağı ilə onu hədələyib ki, bu da tamamilə əsassız və qanunsuzdur. Famil İsmaylov X29ya yersiz iradlar tutmaqla ona təsir etməyə başlamışdır. Sonra ardınca heç bir hüquqi əsas və səbəb olmadığı halda bacısının maaşından 80 (səksən) manat pul tutmuşdur. Bu məsələ ilə bağlı o, 7GÜN XƏBƏR-lə əlaqə saxlamışdır. X30 barəsindəki materiallara görə ailə üzvlərinin təqib və təhdid edildiyini demişdir. Bundan sonra sözügedən media qurumunda “Masallının təhsilindən bixəbər nazir-Emin Amrullayev gələcəyimizi məhv edir?” başlıqlı məqalə dərc edilmişdir. Bu yazı ilə bağlı Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektoru mövzuya aidiyyatı olmayan açıqlama verərək, o, aşağılamışdır. Onların “təkzib”inə öz Facebook sosial şəbəkə hesabında münasibət bildirmişdir. Elə bundan sonra ona qarşı planlaşdırılmış hücumlar başlamış, sosial şəbəkələrdə barəsində təhqiramiz yazılar yayılmışdır. Şikayətçilər 7GÜN XƏBƏR-in və oradakı yazıların ona məxsus olduğunu israr etsələr də, lakin bu barədə məhkəməyə hansısa mötəbər sübut təqdim edə bilməmişdirlər. Ancaq o, onlardan fərqli olaraq, müəyyən sənədlərlə sözügedən media qurumunun ona məxsus olmadığına dair bəzi sənədləri məhkəməyə təqdim etməyi vacib bilir. 7GUN XƏBƏR-in rəsmi saytı olan 7gun.org-da əlaqə bölməsində təsisçinin redaksiya heyəti və baş redaktorun Mirzə Natiq olduğu yazılmışdır. Bundan başqa, media qurumunun Facebook hesabının və YouTube kanalının “haqqında” bölməsində də təsisçinin redaksiya heyəti və baş redaktorun Mirzə Natiqin olduğu göstərilmişdir. Beləliklə də 7GÜN XƏBƏR-in (buraya 7gun.org və həmin media qurumunun sosial şəbəkələrdəki hesablan da daxildir) ona heç bir aidiyyatı yoxdur və şikayətçilərin bildirdiyi yazılar da onun tərəfindən yazılmamışdır. Belə olan halda şikayətçilər onu nədən hədəf seçmişlər? Bunun qisasçılıqdan başqa bir adı varmı? Düşünür ki, xeyir! Bütün bunlara və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən barəsində olan xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin hazırlıq iclasında rədd etməyinizi xahiş edir. Məhkəmə, xüsusi ittihamçıları və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyərək, xüsusi ittiham qaydasında verilmiş materialı araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), həmin Məcəllənin 293.3.2-ci maddəsində törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), həmin Məcəllənin 293.3.3-cü maddəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, həmin Məcəllənin 293.3.4-cü madəsində şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, həmin Məcəllənin 293.3.5-ci maddəsində cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, həmin Məcəllənin 293.3.6-cı maddəsində şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Lakin iş materiallarından görünür ki, hazırkı iş üzrə şikayət CPM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Həmin Məcəllənin 293.3.1 və 293.3.4-cü maddələrində şikayəti vermiş şəxs haqqında məlumatlarda onun doğulduğu il, yaşayış yeri (ünvanı) və məşğuliyyət növü, vəzifəsinin göstərilməsi və şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi tələb edildiyi halda, hazırkı şikayətdə barəsində şikayət olunmuş Mirzə Natiq və “7GÜN org”, “7GÜN XƏBƏR”, “7GÜN.az” internet saytları haqqında məlumatların heç biri qeyd edilməmişdir. CPM-nin 293.3.2-ci maddəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt, harada törədilməsinin göstərilməsi tələb edildiyi halda, şikayətdə həmin xüsusatlar da qeyd edilməmişdir. Xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər Mirzə Natiq və “7GÜN org”, “7GÜN XƏBƏR”, “7GÜN.az” internet saytlarının ünvanları barədə hər hansı sübuta istinad edilməmişdir. Bu da barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin ünvanının düzgün müəyyənləşdirilməməsini, bununla da şikayətdə CPM-nin 293.3.3-cü maddəsində tələb edilən arqumentlərin qeyd edilməməsini göstərir. Şikayətdə bir çox xüsusatlar sadalanmış, lakin həmin xüsusatları təsdiq edən yetərincə sübutlar şikayətə əlavə edilməmişdir. Halbuki CPM-nin 293.3.4-cü maddəsi bunu tələb edir. Şikayətdə onun verildiyi yer göstərilməmişdir. Halbuki CPM-nin 293.3.6-cı maddəsinə əsasən şikayətin verilmə tarixi ilə yanaşı onun verildiyi yer də göstərilməlidir. Bütün bunlar xüsusi ittiham qaydasında şikayətin CPM-nin 293.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığnı göstərir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən isə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Şikayətdə konkret olaraq böhtanın nədə ifadə edilməsi əsaslandırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından X31, X15, X19, X10 və X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.1.6, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “7GÜN XƏBƏR” və “7GÜN.org” saytların rəhbərliyinin və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittihamçılar X31, X15, X19, X10 və X16 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Qərardan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-71/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-71/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver