Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-71/2025 15.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 07 avqust 1971-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti alına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə, saat 23 radələrində “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus olan “VAZ 21074 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kosakül-Ərkivan kəndlərarası avtomobil yolunun Masallı rayonu, Ərkivan qəsəbə ərazisindən keçən hissəsində saatda 20-30 kilometr surətlə Masallı rayonu Kosakül kəndindən üzü Ərkivan qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Bu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək qarşı istiqamətdə asfalt yolun üzərində piyada hərəkətdə olan əvvəllər tanıdığı, Masallı rayonu, Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs avtomobilin ön hissəsinin sağ yan tərəfi ilə ehtiyatsızlıqdan vurmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, başın alın-təpə nahiyəsinin əzilmiş yarası, başın alın və hər iki təpə nahiyəsinin hematoması, C2 (İİ boyun fəqərəsi) fəqərəsinin sağ yan çıxıntısının və sağ yuxarı-aşağı artikulyar fasetinin yerdəyişən sınığı, sol burun sümüyünün sınığı, sağ kürək sümüyünün yerini dəyişməyən sınığı, sol İİ və Vİİİ, sağ İİİ və İV qabırğaların sınığı və sağ budun yumşaq toxumalarının əzilməsi ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid olan bədən xəsarətlərini ehtiyatsızlıqdan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 06 iyul 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhəri istiqamətində saatda 40-50 kilometr surətlə hərəkətdə olarkən yolun sağ tərəfində hərəkətdə olan piyadanı avtomobilin ön sağ yan tərəfi ilə vurmuşdur. Hadisədən sonra piyadanın həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Piyada xəsarət aldığı üçün təcili tibbi yardım avtomobili çağıraraq Zərərçəkmiş şəxs xəstəxanaya yola salmış, özü isə hadisə yerində qalıb polis əməkdaşlarının oraya gəlməsini gözləmişdir. Sonra polis əməkdaşları gələrək sənədləşmə işləri aparmış və idarə etdiyi avtomobili müvəqqəti saxlama duracağına aparmışlar. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də, barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərşəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 06 iyul 2024-cü il tarixdə, saat 23 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən Ramazanlı adlanan məhəllədə asfalt yolun kənarı ilə yaşadığı ev istiqamətində piyada hərəkət etmişdir. Bu zaman onunla üz-üzə hərəkətdə olan “VAZ 21074 minik” markalı, **- MC-*** dövlət qeydiyyat nişanlı avtomobil onu asfalt yolun üzərində vurmuşdur. Sonradan sürücünün əvvəllər tanıdığı Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs ona ilkin tibbi yardım göstərdikdən sonra onu Masallı rayon Mərkəzi xəstəxanasına gətirmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X2 Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının 29 iyul 2024cü il tarixli, 685 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, başın alın-təpə nahiyəsinin əzilmiş yarası, başın alın və hər iki təpə nahiyəsinin hematoması, C2 (İİ boyun fəqərəsi) fəqərəsinin sağ yan çıxıntısının və sağ yuxarı-aşağı artikulyar fasetinin yerdəyişən sınığı, sol burun sümüyünün sınığı, sağ kürək sümüyünün yerini dəyişməyən sınığı, sol İİ və Vİİİ, sağ İİİ və İV qabırğaların sınığı və sağ budun yumşaq toxumalarının əzilməsi müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 06 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yоl-nəqliyyаt hаdisələri ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 8\2243 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21074” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomoblin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 15 fevral 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə, saat 23 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kosakül-Ərkivan kəndlərarası avtomobil yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində Kosakül kəndindən üzü Ərkivan qəsəbəsi istiqamətində hərəkətdə olarkən hərəkət istiqamətindəki asfalt yolun üzərində qarşıdan gələn piyada hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobilin ön hissəsinin sağ yan tərəfi ilə ehtiyatsızlıqdan asfalt yolun üzərində vurmuş, nəticədə Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri almış, yol-nəqliyyat hadisəsi baş verən ərazinin ətrafında müşahidə kamerası olmamış, hadisə vaxtı asfalt yolda kimsə hadisənin şahidi olmamış, hadisə vaxtı sürücülərin avtomobili təhlükəsiz idarə etmələrinə mane olan hər hansı bir iqlim şəraiti olmamış və sürücü Təqsirləndirilən şəxs avtomobildə tək olmuşdur. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Miramil Baxışovun 20 iyul 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və Masallı rayon Polis şöbəsinin avtomobillər müvəqqəti saxlama duracağında saxlanılmışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Miramil Baxışovun 10 avqust 2024-cü il tarixli maddi sübutun mülkiyyətçiyə qaytarılması haqqında qərarından görünür ki, “VAZ 21074 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs geri qaytarılmışdır. - qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “VAZ 21074 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli, 20 nömrəli məktubdan görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan Nəcəfov X1 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Baş dövlət Yol Polis İdarəsinin 06 yanvar 2025-ci il tarixli, 3-13-16-5/2-70/2025 nömrəli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə “B1, B, C1, C” kateqoriyalı BD064888 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. - Masallı rayon İcra hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli, 15 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır, ailəlidir, ailə üzvləri Ərkivan qəsəbəsində qeydiyyatda yoxdur. - Masallı rayon İcra hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hal-hazıra kimi şikayət və təqsirləndirici material Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 07 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, 07 avqust 1971-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.1-1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut “VAZ 21074 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut “VAZ 21074 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №1(050)-71/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-71/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver