Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-72/2025 05.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1-da yaşayış yeri üzrə qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 18:25-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri “Azərbaycan” küçəsində saxlanılaraq həmin yerdə üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellefon bükümdə, təmiz çəkisi 0,592 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir. Narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə əvvəllər məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə Masallı şəhərində yerləşən “Mübarək” şadlıq sarayının arxasında piyada hərəktdə olarkən qara rəngli “Hyundai Sonata” markalı avtomaşın yanında saxladıdan sonra həmin avtomobildən 3 nəfər düşərək ona yaxınlaşmış, polis əməkdaşları olduqları bildirmiş, üzərində narkotik vasitə olmasını soruşduqda, üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları zorla onu maşına mindirib Masallı RPŞ-yə aparmışlar. Masallı RPŞ-yə aparıldıqdan sonra inzibati binanın ikinci mərtəbəsində yerləşən otağa aparılmışdır. Polis əməkdaşları cibindən bir büküm çıxarıb ona göstərmiş, psixotrop maddə metamfetamin olduğunu dedikdən sonra həmin bükümü götürməsini və üzərində psixotrop maddə olması barədə etiaf etməsini təkidlə tələb etmişlər. Psixotrop maddəni qəbul etmədiyindən polis əməkdaşları xidməti otaqda ona zor tətbiq etməklə döyülmüş, fiziki işgəncələrə məruz qalmışdır. Təqdim edilmiş bükümü üzərinə götürmədiyi və videoçəkiliş zamanı etiraf etmədiyi halda, daha ağır maddə ilə ittiham olunacağını demişlər. Təxminən 40 dəqiqə ərzində Masallı RPŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən fiziki zor və işgəncələrə məruz qaldığından psixotrop maddəni üzərinə götürmək məcburiyyətində qalmışdır. Bundan sonra yenidən polis əməkdaşları tərəfindən Masallı şəhərində yerləşən “Mübarək” şadlıq sarayının arxasındakı “Azərbaycan” küçəsinə aparılmışdır. Əvvəlcədən polis əməkdaşlarının dedikləri qaydada ona təqdim edilmiş bükümü əynində olan göy rəngli şalvarın sol yan cibinə qoyduqdan sonra küçə ilə hərəkət etməyə başlamış, əvvəlcədən onu polis şöbəsinə aparmış Masallı RPŞ-nin Şahid1, Şahid3, Şahid2 adlı polis əməkdaşları videoçəkilişdən istifadə etməklə ona yaxınlaşmışlar. Əvvəlcədən polis əməkdaşlarıın dediyi qaydaya uyğun olaraq videoçəkiliş zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus “Huawei” markalı mobil telefonunu və göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellefon bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu xx.xx.2025-ci il tarixdə saat təxminən 15 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində tanımadığı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Halbulki üzərində heç bir psixotrop maddə olmamışdır. Sonda Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir. Son zamanlar əsasən psixotrop maddə olan metamfetamin qəbul edir. Narkotikdən qanunsuz istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib Masallı Rayon Məhkəməsinin hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonra yenə narkotik maddələr qəbul etməkdə davam edirmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 15 radələrində bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmək qərarına gəlmiş və bu məqsədlə həmin vaxtı yaşadığı ünvan 1 ünvanında yerləşən evdən tək çıxıb piyada Masallı şəhəri, Seybətin dairəsi adlanan əraziyə gəlmişdir. Oradan tanımadığı şəxsə məxsus mikroavtobusla sərnişin qismində Cəlilabad rayonu Göytəpə şəhərinə gedib şəhərin mərkəzinə yaxınlığında mikroavtobusdan yerə düşmüş, orada bir qədər piyada gəzdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsi görüb ona yaxınlaşaraq bədənində ağrılar olduğunu demiş və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməyini xahiş etmişdir. Həmin tanımadığı şəxs ona bir qədər diqqətlə baxıb fikirləşdikdən sonra onda psixotrop maddə metamfetaminin olduğunu və istəsə əgər ona sata biləcəyini demişdir. Həmin şəxslə razılaşmış və o cibindən bir ədəd şəffaf sellefon bükümdə maddəni çıxardıb göstərək həmin şəffaf sellefon bükümün içində təxminən bir qram ağırlığında metamfetamin olduğunu, həmin metamfetamini 20 manata sata biləcəyini bildirmişdir. Həmin zaman qarşılıqlı razılıq əsasında tanımadığı şəxsdən bir ədəd şəffaf sellefon bükümdə psixotrop maddə metamfetamini 20 manat pulun müqabilində heç kimin görmədiyi şəraitdə alıb əynində olan göy rəngli şalvarın sol yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Sonra yenə tanımadığı yol avtomobili ilə Masallı şəhəri “Seybətrin” dairəsi adlanan yerə gəlib avtomobildən düşüb piyada Masallı şəhər, ərazisində gəzməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində tanımadığı şəxsdən aldığı üzərində olan bir ədəd şəffaf sellefon büküm psixotrop maddə metamfetamindən istifadə etmək üçün Masallı şəhəri, Azərbaycan küçəsinə gedib özünə uyğun yer axtarmağa başlamışdır. Həmin küçədə tək gəzdiyi zaman üç nəfər şəxsin videokamera ilə mənə yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Şahid1, Şahid3, Şahid2 adlı polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdirlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşdur. O, üzərində psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarının artıq bildiklərini başa düşdüyündən və yalan danışmağın heç bir mənasının olmadığını dərk etdiyindən onlara üzərində psixotrop maddə metamfetamin olduğunu demişdir. Sonra həmin yerdə əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus “Huawei” markalı mobil telefonunu və göy rəngli şalvarın sol yan cibindən bir ədəd bir ədəd şəffaf sellefon bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi bir ədəd şəffaf sellefon bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu, həmin metamfetamini xx.xx.2025-ci il tarixdə saat təxminən 15 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində tanımadığı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 təqdim etdiyi həmin bir ədəd şəffaf sellefon bükümü açıb yaxından baxdıqda onun həqiqətəndə psixotrop maddə metamfetamin olduğunu görmuşdür. Sonra həmin metamfetamin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,74 (sıfır tam yüzdə yetmiş dörd) qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin psixotrop maddə metamfetamin və “Huawei” markalı mobil telefon ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə gətirmiş, orada əməliyyat müvəkkili Şahid1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə əlaqədar protokol yazmış, həmin protokolu ucadan oxumuş və hər şey düzgün qeyd edildiyi üçün o, da həmin protokolu imzalamışdır. X7 təhqiqatçısı Vasif Ağazadə qanunsuz olaraq üzərində psixotrop maddə metamfetamin saxladığı üçün onu şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək maddi imkanın olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müdafiəçisi gəldikdən sonra təhqiqatçı zəruri sənədləşmə işlərini aparmış və o, həmin sənədləri də müdafiəçisilə birlikdə imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 və RPŞ-nin KTQ-nin baş inspektoru Şahid2 təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Azərbaycan küçəsində piyada hərəkətdə olması barədə məlumat əldə etdikdən sonra Şahid3 və Şahid2la birlikdə həmin əraziyə getmişdir. Həmin Azərbaycan küçəsində saat 18:25-də Təqsirləndirilən şəxs asfalt yolun kənarı ilə tək piyada hərəkətdə olduğunu görmüş və həmin vaxtı videoçəkilişlə yaxınlaşımış orada Təqsirləndirilən şəxs saxlamışdır. Xidməti vəsiqələrini göstərib özülərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduğlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və könüllü olaraq əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellefon bükümü və əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Huawei” markalı mobil telefonu çıxardıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu, həmin metamfetamini xx.xx.2025-ci il tarixdə saat təxminən 15 radələrində Cəlilabad rayonu Göytəpə şəhərindən tanımadığı şəxsən 20 manat pulun müqabilində şəxsi istifadə üçün alıb üzərində gəzdirdiyini demişdir. Təqdim olunmuş həmin bir ədəd şəffaf sellefon bükümü açıb yaxından baxmış və onun həqiqətəndə psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər maddəni şəffaf sellefonla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,74 (sıfır yüzdə yetmiş dörd) qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni və “Huawei” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmış və üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürləyərək imzalatdırmışdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair protokolun yazılmasına şərait olmadığından onu aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə və mobil telefonla birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdir. Polis şöbəsində bununla əlaqədar tərəfindən protokol yazılmışdır. Həmin protokolu Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuş, protokol həmin şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin metamfetaminə bənzər kütləni, mobil telefonu və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Ağazadəyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 və Masallı RPŞ-nin KTQ-nin baş inspektoru Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:25-də Masallı şəhəri Azərbaycan küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellefon bükümü və əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Huawei” markalı mobil telefonu çıxarıb təqdim etmiş, təqdim etdiyi selofan bükümün içərisində bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2025-ci il tarixdə saat təxminən 15 radələrində Cəlilabad rayonu Göytəpə şəhərindən tanımadığı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş sellofan bükülüyə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər psixotrop maddən olan bükümü elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,74 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin metamfetaminə bənzər maddə və “Huawei” markalı mobil telefonu orada ayrı-ayrılıqda qablaşdırılaraq polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirak edən şəxslər tərəfindən imzalanmışdır. X5 üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Ağazadə tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 və Masallı RPŞ-nin KTQ-nin baş inspektoru Şahid2 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirə CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 ədəd şəffaf selofan bükümdə metamfetaminə bənzrə maddi aşkar olmuş və həmin büküm elektron tərzidə çəkilərkən 0,76 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X8 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmə iclasında CD disklərə baxış keçirildikdən sonra təqsirləndirilən şəxs CD disklərdə olan görüntülərə heç bir etiraz bildirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə kimyəvi ekspertizasının 26 fevral 2025-ci il tarixli, 19/84 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,592 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,592 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,542 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 105 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetdə qediyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınmasl və təhvil verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalan 0,542 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-244/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş, və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İHB-nın Masallı şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abdinov X4 şəhəri, Qarabağ küçəsi ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayır, iki nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsin psixotrop maddənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərək özünü təqsirli bilməyərək xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq əvvəlcə polis şöbəsinə aparıldığını, ona psixotrop maddə verilərək üzərində saxlaması tələb edildiyini, buna etiraz etdikdən isə zor tətbiq edildiyini və bundan sonra məcbur qalıb psixotrop maddəni götürdüyünü və daha sonra “Mübarək” şadlıq sarayının qarşısına gətirilərək orada videoçəkiliş vasitəsi ilə üzərində axtarış aparıldığını bildirdiyi üçün onun dəqiq tutulma vaxtının və yerinin müəyyən edilməsi üçün həm onun, həm də onu saxlayan polis əməkdaşlarının xx.xx.2025-ci il tarixdə olan müddət ərzində saatlar göstərilməklə hansı anten dairəsində olması ilə bağlı məlumatlar "xxxx" MMC-dən alınmış, həmin məlumatlar öyrənilərəkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və polis əməkdaşları xx.xx.2025ci il tarixdə 15 radələrindən etibarən saxlanıldığı saat 18 radələrinədək Masallı şəhəri (rayonu) ərazisində olmuşlar. Masallı Rayon Polis şöbəsinin yerləşdiyi ünvan ayrıca olaraq fərqləndirilməmiş, yəni qeyd edilən vaxt ərzində şəxslərin Masallı Rayonunun ərizisində olduqları müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksinə qəbul olunan zaman Tibbsanitariya hissəsində onun üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Həmçinin, Masallı Rayon Prokurorluğundan daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Masallı RPŞ-nin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması faktı əsasında Masallı rayon Məhkəməsi tərəfindən göndərilmiş məlumat üzrə araşdırma aparılmış, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edilənlərdən başqa qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi zaman psixotrop maddənin ona aid olmamasını bildirmək imkanı olduğu halda bildirməmiş, daha sonra 27 fevral 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilmiş, məhkəmə iclasında ifadə verərkən polis şöbəsinə ona qarşı hər hansı təzyiq edilmədiyini, döyülmədiyini, sərbəst şəkildə ifadə verdiyini qeyd etmişdir. Daha sonra istintaq təcridxanasına köçürülmüş, istintaq təcridxanasına qəbul edilərkən ona qarşı zor tətbiq edilməsi ilə bağlı məlumat vermədiyini özü ifadəsində bildirmişdir. O, faktiki olaraq 27 fevral 2025-ci il tarixdən etibarən polisin müvəqqəti saxlama yerindən çıxarılmış, kifayət qədər vaxtı olduğu halda, məhkəmə baxışının keçirildiyi vaxtadək hər hansı orqana onun qanunsuz ittiham olunması ilə bağlı məlumat verməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməsi təsdiqini tapmamış, o, məhkəmə baxış iclası zamanı bəhanələr edərək təqsirini boynuna almamaqla cinayət məsuliyyətdən azad edilməsi üçün səmimi olmayaraq, yalan ifadə vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disklər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,592 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət əməlində görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,) o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran halı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə saat 18:25-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 25 fevral 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,542 qram psixotrop madə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 7 saat üçün nəzərdə tutulan 77 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 25 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,542 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılmasını, aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi 7 saat üçün nəzərdə tutulan 77 (yetmiş yeddi) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************).ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-72/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-72/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver