Məhkəmə qərarları › İş №1(050)-73/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-73/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-73/2025 30.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2003-cü ildə Masallı rayonu, Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti alına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində Masallı-Xallıcallı avtomobili yolunun Masallı rayonu, Qarğalıq kəndi ərazisindən keçən hissəsində yol kənarında olarkən, həmin vaxtı istifadəsində olan “Mersedes Benz 190” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən Masallı rayonu, Xallıcallı kəndində qeydiyyatda olmaqla yaşayan, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs əli ilə işarə edib dayandıraraq həmin avtomobil yolunun üzərində sonuncuya oğlu Röyal Səfərovla arasında əvvəllər baş vermiş narazılığa görə iradlar bildirərək qəsdən mübahisə və münaqişə yaradıb öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq birgəyaşayış qaydalarını və əxlaq normalarını pozub ətrafdakı insanlara laqeyidlik nümayiş etdirməklə xuliqanlıq niyyəti ilə qəsdən təpik və başla Zərərçəkmiş şəxs sağ əlinə və üz nahiyəsinə vuraraq sonuncuya sağ əlin V barmağının orta falanqa sümüyünün yerinidəyişən sınığı, burnun və sağ əlin İİ barmağının sıyrığı və aşağı dodağın dişlərə baxan səthinə qansızma ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 17 dekabr 2024-cü il tarixdə dostu Şahid3 ilə yolun kənarında, evin qarşısında siqaret çəkmişdir. Elvin velosipedini sürmək üçün ona gətirmişdir. Hazırki hadisədən əvvəl xalası oğlu Fərid ilə Zərərçəkmiş şəxs oğlu Röyal qız söhbəti üstündə dalaşmışlar. Həmin vaxt o, Fəridlə birlikdə getmişdir, lakin Röyala xəsarət yetirməmişdir. Hadisə ilə bağlı 300 manat cərimə olunmuşdur. Hadisə günü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə yoldan keçərkən avtomobili saxlatdırmış və avtomobildən düşüb ona yaxınlaşaraq oğlu ilə nə probleminin olduğunu soruşmuşdur. O isə oğlu ilə arasında heç bir problemi olmadığını demişdir. Lakin o, Zərərçəkmiş şəxs işarə verib onun maşınını saxlatdırmamışdır. Zərərçəkmiş şəxsla ümumiyyətlə dalaşmaq niyyətləri olmamışdır. Əvvəl söz ilə mübahisə etmişlər, sonra sözləri bir-birilərinə xoş getmədiyindən dalaşmışlar. İlk olaraq Zərərçəkmiş şəxs ona kəllə atmış, o isə əvvəlcə Elburusun sinə nahiyəsinə əli ilə vurmuş, sonra isə üzünə vurmuşdur. Ümumilikdə Elburusu 4-5 dəfə vurmuşdur. Həmin vaxt yaxınlıqda olan dostu Elvin onları ayırmışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs yanında iki nəfər adam olmuşdur. Mübahisə nəticəsində Zərərçəkmiş şəxs barmağı sınmış və burnu əzilmişdir. Onun isə çənəsi şişmiş və əli sıyrılmışdır. Mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, sonra Zərərçəkmiş şəxs onunla gələn şəxslərlə maşına minib getmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək həbslə bağlı olmayan cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərşəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğlu Röyal Vüqarın toyuna getmişdir. Toydan əvvəl oğlunu kənara çəkmişlər və həmin yerdə söhbətləri olmuşdur, bu dava məsələsi ordan başlamışdır. O, həmin yerə gedərkən təxminən 5 nəfər adam olmuş və hamısı onu görüb qaçmışdır. Orada yalnız Vüqar qalmışdır. Vüqara birdə belə hərəkət etməməsini bildirmiş və sonra atasına təhvil vermişdir. Sonra oğlu Vüqarın toyuna getmək üçün evdən icazə almışdır. Kənd yeri olduğundan hamı bir-birinin toyunda iştirak edir. Yarım saat keçəndən sonra oğlu əli kəsilmiş vəziyyətdə evə gəlmişdir, toyda onu döymüşlər. Elə vəziyyətdə olmuşdur ki, demək olar toyda hamı onu döymüşdür. Sonra bununla bağlı polisə gedib şikayət etmiş, lakin şəhidin bibisi oğlu gəlib ondan xahiş etdiyindən o, məsələni böyütməmişdir. Hadisə günü avtomobil ilə kəndinə gedərkən Vüqar yolda ona əl edərək idarə etdiyi avtomobili saxlatmışdır. Həmin vaxt yanında Namiq və Ramin olmuşdur. Vüqarın yanında isə Şahid3 adlı şəxs olmuşdur. Maşından enib Vüqardan oğlundan nə istədiyini soruşmuşdur. Vüqar isə onun özünün oğlu ilə arasında heç bir problemi olmadığını, lakin oğlunun onunla problemi olduğunu demişdir. Ola bilər Vüqar onu başa düşməmişdir, ya o, dəlidir, ya da, ki, Vüqar özü dəlidir. Sözləşmişlər və Vüqar onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, maşına minib getmək istəyərkən Vüqar arxadan ona təpik atmış və barmağını sındırmışdır. Sonra Vüqar söyüş söyə-söyə kəlləsi ilə vurmuş və burnu əzilmişdir. Daha sonra qarşılıqlı dalaşmışlar, ancaq əli yaralı olduğu üçün çalışmışdır ki, Vüqar onu vurmasın. Hadisə təxminən 10 dəqiqə davam etmiş və Elvin onları gəlib ayırmışdır. Hadisədən sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Dayısı ilə işdən gələrkən maşında tefonda mesajlara baxmışdır. Dayısı maşını saxladıqdan sonra dava düşdüyünü görüb onları ayırmışlar və sonra evlərinə getmişlər. Onun başı telefona qarışdığından Vüqarın maşını necə saxlatmasını bilməmişdir. Hadisə zamanı dayısının barmağı əzildiyi üçün işə getməmişdir. Dayısından Vüqar ilə nə üçün davalaşmalarını soruşmamışdır, lakin dayısı oğlu Röyalın Vüqarın toyunda dalaşdığını bilir, ancaq onun da, səbəbini bilmir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, gecə saatlar işdən gəlmişlər və kəndə az qalmışdır. Elburus ilə Vüqar bir-birinə rast gəlmişlər. Vüqar Elburusa əl edərək idarə etdiyi avtomobili saxlatdırmış və Elburus söhbət etmək üçün maşından düşmüşdür. Maşından düşən kimi telefonda bir-birinə nəsə göstərmişlər. Ancaq o, maşından düşməmiş, Şahid1 ilə maşında oturmuşdur. Bir-biri ilə dalaşdıqları üçün səsküyə maşından çıxıb onları ayırmış və Elburusu maşına aparmışdır. Sonra maşına minərək çıxıb getmişlər. Hadisə zamanı Elburus və Vüqardan birinci kimin kimi vurmasını görməmişdir. Mübahisənin hansı səbəbdən baş verməsini bilmir, lakin bildiyi qədər Elburusun oğlu Röyalı Vüqarın toyunda vurmuşlar, ancaq hadisənin necə baş verməsini bilmir. “Elektron Məhkəmə” sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2025-ci ildə Tbilisi sərhəd postundan ölkə ərazisindən çıxmışdır. Ona görə də, onun istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndli, Zərərçəkmiş şəxs isə qonşu kənd sakini kimi tanımışdır, həmin şəxslərlə arasında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Elburusun oğlu X12 Abdullayev arasında əvvəllər qız sevmək üstündə mübahisələrinin baş verdiyini eşitmişdir. 17 dekabr 2024-cü il tarixdə saat 18 radələrində o, Təqsirləndirilən şəxslə birlikdə onun Masallı rayonu Qarğalıq kəndində yerləşən yaşadığı evin yaxınlığından keçən avtomobil yolunun kənarında dayanıb söhbət etmişdir. Həmin zaman yolda avtomobili ilə hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobili saxlayıb tək yerə düşərək onlara doğru gəlməyə başlamışdır. Zərərçəkmiş şəxs Vüqarla nəsə söhbət edib aydınlaşdırmaq istədiyini başa düşdüyü üçün Təqsirləndirilən şəxs yanından təxminən 10- 15 metr uzaqlaşıb gedərək kənarda dayanmışdır. Zərərçəkmiş şəxs Vüqarın yanına çatıb əvvəlcə sakit tərzdə onunla söhbət etməyə başlamışdır. Qısa müdətdən sonra X10 Abdullayevin bir-birilərinə qarşı qeyri-etik ifadələr dediyini və bir-birilərinin üzərilərinə hücum edib dalaşdıqlarını görmüşdür. O, münaqişə və davanın böyüməməsi üçün tez həmin şəxslərə yaxınlaşıb onları ayırmağa başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs avtomobilində olan adlarının sonradan Şahid2 və Şahid1 olduğunu bildiyi şəxslər də, avtomobildən yerə düşüb davanın baş verdiyi yerə gəlmişdir. Həmin şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş verən dava-dalaş dayandırılmışdır və Elburus avtomobilinə oturub yoluna davam etmişdir. Həmin vaxtı Vüqar ona dava zamanı Elburusun başla onun üz-çənə nahiyəsinə vurduğu üçün, o da yumruqla Elburusun bədənin üz və digər nahiyələrinə vurduğunu demişdir. Bundan bir müddət sonra Elburusla Vüqar aralarında baş vermiş münaqişə və davaya görə bir-birindən polisə şikayət etdiyini eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Ramal Nuriyevin “tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 07 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Masallı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X6 Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının Masallı rayon şöbəsinin 18 dekabr 2024-cü il tarixli, 1148 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin V barmağının orta falanqa sümüyünün yerinidəyişən sınığı, burnun və sağ əlin İİ barmağının sıyrığı və aşağı dodağın dişlərə baxan səthinə qansızma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 17 dekabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın üzün müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 05 mart 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Xallıcallı kəndində qeydiyyatda olmaqla yaşan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində avtomobillə yaşadığı kəndə gedərkən, Masallı rayonu Qarğalıq kəndi ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs avtomobili saxlatdırıb ona oğlu Röyal Səfərovla əvvəllər arasında baş vermiş mübahisələrə görə irad bildirərkən aralarında münaqişə baş vermiş və həmin vaxtı baş və təpiklə Zərərçəkmiş şəxs üz və sağ əl nahiyəsinə qəsdən vuraraq xəsarət yetirmişdir. Həmçinin münaqişə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs da başı ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə vurmuşdur. Dava vaxtı orada Qarğalıq kənd sakini Şahid3 və Xallıcallı kənd sakinləri Şahid1 və Şahid2 olmuşdur. Münaqişə zamanı Şahid1 və orada olan digər şəxslərin Təqsirləndirilən şəxs döyməsi barədə əməliyyat məlumatı daxil olmamışdır. Münaqişə və dava 6-7 dəqiqə müddətdə davam etmişdir və həmin vaxtı ictimai qayda pozulmamışdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli, 128 nömrəli məktubdan görünür ki, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli, 918 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: atası X5, anası X1, arvadı X3 və bacısı X4. - Masallı rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü intizamlı, işgüzar, bacarıqlı aparmış, müsbət iş xüsusiyyətləri ilə fərqlənmişdir. Ailədə və ictimaiyyət arasında özünü səmimi aparır. Ərazidə yaşadığı müddətdəı onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 11 fevral 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 2003-cü ildə Masallı rayonu, Qarğalıq kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdən 07 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat vaxt sərf etmişdir. Ona görə də, 154 (yüz əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdən 07 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Masallı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonu, Qarğalıq kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 154 (yüz əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar