Məhkəmə qərarları › İş №1(050)-74/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-74/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-74/2025 22.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclasının katibi X8, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Masallı Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Masallı rayonu Banbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində spirtli içkilərin qəbulundan yaranmış sərxoşluq vəziyyətində, “B” dərəcəli sürücülük hüququnu təsdiq edən sənəd və etibarnamə olmadan istifadəsində olan “Mersedes Benz E240 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhər-Köhnə Alvadı kənd avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində, Köhnə Alvadı kəndi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunlara əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ehtiyatsızlıqdan idarəetməni itirib həmin vaxtı qarşı tərəfdən Masallı şəhəri istiqamətində 60 km/saat sürətlə gələn, Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs “B” dərəcəli sürücülük hüququnu təsdiq edən sənəd və ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21214 minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxıb onunla toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs sol sirkə kəsasının arxa damının qəlpəli sınığı, sol qalça sümüyünün minimal yerdəyişmiş xətti sınığı, sol qasıq sümüyünün arxa hissəsinin xətti sınığı, sol bud oynağının arxaya doğru çıxığı və oturaq sinirinin zədələnməsi ilə müəyyən edilən və dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə “İlqar Plaza” şadlıq sarayında keçirilən toy şənliyinə getmişdir. Toy şənliyində olduğu zaman spirtli içki qəbul etmişdir. Təxminən saat 21:30 radələrində idarə etdiyi Mercedes Benz markalı avtomolillə toy şənliyindən yaşadığı evə qayıdarkən qarşıdan gələn maşının işıqları gözünə düşdüyünə görə o, idarəetməni itirmiş avtomobili yolun sağ tərəfinə çəkməli olduğu halda yolun soluna çəkərək qarşı hərəkət zolağına keçmişdir və idarə etdiyi avtomobillə qarşıdan gələn avtomobili vurmuşdur. Həmin vaxt hava qaranlıq olmuşdur. Hadisə zamanı o, avtomobildə tək olmuşdur. Toqquşduğu avtomobildə isə beş nəfər şəxs olmuşdur. Niva markalı avtomobilin ön sol tərəfindən, yəni sürücü olan tərəfindən vurduğuna görə sürücü xəsarət almışdır. Hadisə nəticəsində özüdə alın və diz nahiyəsindən xəsarət almış, eləcədə üç qabırğası sınmışdır. Hadisə baş verdikdən sonra hadisə yerinə gələn şəxslər X15 zəng vurmuşlar, X17 gəlib xəsarət almış şəxsləri xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxsə 15000 manat civarında maddi köməklik etmişdir. Pullar qardaşı oğlu Fərid tərəfindən verilmişdir. Yaxın qohumları dəfələrlə zərərçəkmiş şəxsə baş çəkmişlər, barışıq üçün cəhd etmişlər. Onun gəlməsini istəmədiklərinə görə o, zərərçəkmiş şəxsin yanına getməmişdir. Müdafiəçinin çıxışı zamanı qeyd etdikləri ilə razıdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun səmimi ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, dostunun ad günü olduğu üçün Masallı şəhərinə çay içməyə getmişlər. Yolda Vərəm xəstəxanasına çatmamış olan döngədə idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş Fərid ona qarşıdan üzərlərinə maşın gəldiyini demişdir. O, ilk öncə zənn etmişdir ki, həmin avtomobilin qarşısına hansısa heyvan çıxıb və həmin şəxs manevr edir. Sonra görmüş ki, vəziyyət onun zənn etdiyi kimi deyil həmin avtomobil onların üzərinə gəlir. O, bu zaman avtomobili yol kənarına çəkmək istəmiş, lakin macal tapmadan məlum hadisə baş vermişdir. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Hadisədən sonra olanları tam xatırlamır, bircə onu xatırlayır ki, onu avtomobildən çıxaran zaman sol tərəfinin ağrıdığını, sol ayağını hiss etmədiyini bildirmişdir. Həmin vaxt dostları bildirmişlər ki, “maşın pis yerdə qalıb sənin ayağın qopsa belə biz səni çıxarmalıyıq maşın aşa bilər”. Bundan sonra sinif yoldaşı Fərib X15 zəng vurmuş X17 gəldikdən sonra onu xəstəxanaya aparmışlar. Mülki iddia ərizəsini müdafiə etdiyini bildirərək iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu Böyük Xocavar kəndindən Zərərçəkmiş şəxs və digər dostları ilə birlikdə Zərərçəkmiş şəxs özünə məxsus və Həşim idarə etdiyi “Niva” markalı avtomobili ilə Masallı şəhərinə getmişlər. Oda həmin avtomobildə arxa sərnişin oturacağının sol hissəsində oturmuşdur. Həmin vaxt axşam olduğu üçün hava qaranlıq idi. Masallı şəhəri istiqamətində hərəkətdə olduqları zaman qarşıdan gələn “Mercedes” maraklı avtomobil onun olduğu avtomobilin ön hissəsinə vurmaqla toqquşdular. Hadisə nəticəsində o və Həşim xəsarət almışlar və X17 maşını ilə onu və Həşimi xəstəxanaya aparmışlar. O, həmin günü xəstəxanadan çıxmışdır. Hadisə onlar öz yolları ilə hərəkətdə olduqları zaman “Mercedes” markalı avtomobilin onların yoluna çıxması nəticəsində baş vermişdir. Hadisə zaman o, başının axra nahiyəsindən xəsarət almışdır. Qəzadan sonra heç bir şeydən xəbəri olmayıb. Məhkəmə istintaqında iştirak etməsədə ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə istintaqında tədqiq edilməklə elan olunmuş ifadələrindən görünür ki, onlar oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Masallı rayonu Böyük Xocavar kəndində dostlarından birinin ad günü münasibəti ilə toplaşmışlar və orada Masallı şəhərinə gedib çay içmək üçün razılaşmışlar. Bu məqsədlə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə oturub Masallı şəhəri istiqamətində hərəkət etmişlər. Həmin vaxt o, avtomobilin ön sərnişin oturacağında Həşimin yanında əyləşmişdir. X7 az qalmış döngədə qarşı tərəfdən gələn maşın onların yoluna çıxmış həmin vaxt Həşim manevr etməyə macal tapmamış qarşıdan gələn avtomobil onların olduğu avtomobili vurmuş və nəticədə avtoqəza baş vermişdir. Avtoqəza nəticəsində onun olduğu avtomobil orada olan su bəndinə çırpılmışdır. Sonra təcili şəkildə xəsarət alanları avtomobildən endirib xəstəxanaya yola salmışlar. Hadisə nəticəsində ən yüngül xəsarət o, almışdır, demək olarkı xəsarəti olmamışdır. Digər şəxslər yüngül bədən xəsarətləri almışdılar. Aralarında ən ağır xəsarəti sürücü Zərərçəkmiş şəxs almışdır. Sürücünü görməmişdir, nədəki o vəziyyətdə olmamışdır ki, sürücü ilə maraqlansın çünki hadisə zamanı xəsarət almış dostları ilə başı qarışmışdır. Lakin toqquşduqları “Mercedes” markalı avtomobil hadisə yerində olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, həmin gün evdə olmuş, dostları ona zəng vurmuşlar ki, çay içmək üçün rayon mərkəzinə getsinlər. Dostları ilə çay içmək məqsədi ilə rayon mərkəzinə getdikləri zaman yolda avtoqəza olduğunu görmüşlər. Bu zaman qəza törətmiş avtomobillərdən birinində atasının idarə etdiyi avtomobil olduğunu görmüşdür. Həmin vaxt hadisə nəticəsində atasınında xəsarət aldığını görmüşdür. Daha sonra atası xəstəxanaya getmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 11 sentyabr 2024-cü il tarixdə saat təxminən 22 radələrində Masallı şəhəri ərazisində xidmətdə olduğu vaxt RPŞ-nin növbətçi hissəsindən Masallı şəhər-Köhnə Alvadı kənd avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almışdır və dərhal xidməti avtomobillə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda “Mersedes Benz E240 minik” markalı, **-CJ-*** qeydiyyat nişanlı avtomobilin Masallı şəhəri istiqamətində yolun sağ hərəkət zolağının üzərində ön hissəsi Masallı şəhəri istiqamətdə düzünə, “VAZ 21214 minik” markalı, **-XB-*** qeydiyyat nişanlı avtomobilin isə Masallı şəhəri istiqamətində yolun sağ ehtiyat hissəsinin kənarında olan beton su çəninə çırpılaraq ön hissəsi asfalt yola doğru perpendikulyar dayanmış halda olduğunu, hər iki avtomobilin ön və ön sol tərəflərinin möhkəm əzildiyini və ətrafında bir neçə nəfər tanımadığı şəxsin toplaşdığını görmüşdür. Toqquşan avtomobillərin kimə məxsus olduğunu və hadisə zamanı həmin avtomobilləri kimlərin idarə etməsini müəyyən edərkən, məlum olmuşdur ki, “Mersedes Benz E240 minik” markalı, **-CJ-*** qeydiyyat nişanlı avtomobil Masallı rayonu Banbaşı kənd sakini Şahid5 məxsusdur və hadisə zamanı həmin avtomobili onun atası Təqsirləndirilən şəxs idarə etmişdir, “VAZ 21214 minik” markalı, **- XB-*** qeydiyyat nişanlı avtomobil isə Masallı rayon Böyük Xocavar kənd sakini Zərərçəkmiş şəxs məxsusdur və hadisə zamanı həmin avtomobili özü idarə etmişdir. Həmçinin ilkin yoxlama zamanı onu da müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs “Mersedes Benz E240 minik” markalı avtomobildə tək, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21214 minik” markalı avtomobildə isə əlavə olaraq sərnişin qismində Masallı rayonu Böyük Xocavar kənd sakinləri Şahid1, Şahid3, Şahid2 və Şahid4 olmuşdur və Şahid4 başqa adları çəkilən hər bir şəxs hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Masallı rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Daha sonra hadisə yerində zəruri ölçmə və sənədləşmə işləri aparılaraq hər iki nəqliyyat vasitəsinin Masallı RPŞ-nin müvəqqəti duracağına gətirilməsi tərəfindən təmin edilmişdir və ərazidə nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Bundan sonra o, göstəriş əsasında Masallı RMXna gedib orada müalicə olunun “Mersedes Benz E240 minik” və “VAZ 21214 minik” markalı avtomobillərin sürücülərini alkotester müayinəsindən keçirmişdir və “Mersedes Benz E240 minik” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ağır dərəcəli sərxoş olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslərlə arasında heç bir ədavəti olmamışdır. Məhkəmə baxışında dindirilmiş məhkəmə-tibb eksperti X5 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 1092 nömrəli rəyi müdafiə edərək ona verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs sol sirkə kəsasının arxa damının sınığı və oturaq qasıq sümüyü sınmışdır. Bunun nəticəsində də sol bud oynağı yerin dəyişmişdir. Sonradan əməliyyat olunaraq çəkilib yerinə qoyulmuşdur. Çanaq sümüklərinin sınığı iki halda ağır olur, ya ağır dərəcəli travmatik sokla müşahidə olunmalıdır, yadakı sidik kasasının zarlı hissəsi cırılmalıdır. Əks halda az ağırdır. Zərərçəkmiş şəxs iki xəstəxanada müayinə və müalicə olunmuşdur və hər iki xəstəxanadan nə onun travmatik sokda olduğu, nədəki sidik kisəsinin zarlı hissəsinin zədələnməsi barədə heç bir məlumat yoxdur. İrinli spektik vəziyyətin bu işə aidiyyəti yoxdur. Az ağır xəsarətin fabulasında qeyd edilir ki, sağlamlığın uzun müddətə pozulmasına görə. Bu o deməkdir ki , 21 gündən çox, amma sonu yoxdur. Ola bilər 6 ay olsun, ola bilər 3 il olsun. Əgər həyat üçün təhlükə yoxdursa müddətindən aslı olmayaraq az ağırdır. Qeyd edildi ki, iki ay antibiotik qəbulu nəticəni dəyişmir, az ağırdır. Çünki ağır xəsarət iki halda ola bilər, ya ağır dərəcəli travmatik sok olmalıdır, yadakı sidik kasasının zarlı hissəsi zədələnməlidir. Ağır xəsarətin beş növü vardir ki, onunda biri odur ki, həyat üçün təhlükəli olan xəsarətlər. Həyat üçün təhlükəli travmalarda ya ağır dərəcəli travmatik sok olmalıdır. Ələlxüsusda çanaq sümüklərinin patalogiyasında sidik kisəsinin zarlı hissəsi cırılmalıdır. Bu ikisi yoxdursa o zaman az ağırdır. Dirsək və incik sümüklərinin açıq sınıqları az ağırdır, bazu sümüyünün açıq sınığı ağırdır. Mil və dirsək sümüklərinin açıq sınıqları az ağırdır. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının ağır xəsarətlərə dair 1.2.16-cı maddəsinin qeyd hissəsində yazılanlar o halda ağır xəsarət ola bilər ki, yalançı oynaq deyilən bir patalogiya yaranmış olsun. Belə ki, bəzən sümük sınıqları zamanı düzgün həkim müdaxiləsi olmadığı zaman sınıq fraqmentləri arasında yumşaq toxuma qalır müəyyən müddət keçəndən sonra orda yeni bir oynaq yaranır. Bu zaman şəxs əmək qabiliyyətini itirir. Əmək qabiliyyətini itirdiyinə görə onun dərəcəsi hesablanır. Əgər əmək qabiliyyətinin 1/3 hissəsindən çox itirilmişdirsə o zaman ağır xəsarətlərə aiddir, 1/3 hissəsindən az itirilmişdirsə az ağır xəsarətdir. Həyat üçün təhlükə yoxdursa orda ağır xəsarətə səbəb yoxdur. 1.3.7-ci maddəsində qeyd olunan irinli-septik vəziyyətin onun vermiş olduğu rəyə heç bir aidiyyəti yoxdur, orda həkim səhvi kimi iddia qaldıra bilər komission ekspertiza zamanı həkim səhlənkarlığını, həkim səhvini var aydınlaşdırılacaqdır. Öz günahıdımı, müalicəyə düzgün riayət etməyibmi, yoxsa həkim səhvidir. Birdə 120 gün məsələsi vardır ki, 120 gün müddətinə xəsarət sağalmırsa o zaman ekspert nəticəyə gəlirki alınmış xəsarət daimidir. Oda hazırkı işə şamil deyildir. Zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixində qardaşı ilə birlikdə rayon mərkəzindən yaşadıqları evə doğru getdikləri zaman telefonuna zəng olunmuşdur ki, həmkəndliləri avtonəqliyyat qəza törətmişlər. Qardaşı ilə birgə hadisə yerinə getmişlər və orada Həşimin olduğu maşının çevrildiyini və şəxslərin avtomobilin içində olduğunu görmüşlər. Köməkləşib həmin şəxsləri avtomobildən çıxarmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Sonradan Təqsirləndirilən şəxs hadisə yerindən yoxa çıxdığını görmüşdür. Həmin vaxt hadisə yerinə Cəlilin oğlu Röyal gəlmişdir. Bibisinin yeznəsi Anarda həmin vaxt avtomaşının içində olmuşdur. Onlar maşına minib harasa getmişlər. Sonra hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəlmişlər. Cəlil hadisə yerində olmadığı üçün polis əməkdaşları ilə birgə onun yaşadığı evinə getmişdir. Cəlil həmin vaxt yaşadığı evdə olmuşdur. Sonra isə o, yaşadığı evə getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilməklə sxem tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, toqquşmanın baş verdiyi yer Masallı şəhər-Köhnə Alvadı kənd avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində, Köhnə Alvadı kəndi istiqamətində asfalt yolun sol hərəkət zolağının üzərində yerləşir. Hadisə yeri müayinə edilərkən müəyyən olunmuşdur ki, yolun asfalt hissənin ümumi eni 6 metrdir, yol 2 tərəfli olmaqla hər tərəfində 1 hərəkət zolağı vardır və hər zolağın eni 3 metrdir. Avtomobil yolunda qarşıqarşıya nəqliyyat axınını ayırmaq üçün hər hansı bir nişanlama xətti yoxdur. Köhnə Alvadı kəndi istiqamətində götürdükdə yolun sağ ehtiyat hissəsinin eni 2,5 metr, sol ehtiyat hissəsinin eni isə 3,2 metrdir. Yol asfaltbeton örtüklü, düz, hamar olub, qurudur. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, “Mersedes Benz E240 minik” markalı, **-CJ- *** qeydiyyat nişanlı avtomobil Masallı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı üzərində ön hissəsi Masallı şəhəri istiqamətdə düzünə dayanmış halda, eyni zamanda “VAZ 21214 minik” markalı, **-XB-*** qeydiyyat nişanlı avtomobil də Masallı şəhəri istiqamətində yolun sağ ehtiyat hissəsinin kənarında ön hissəsi asfalt yola doğru perpendikulyar dayanmış haldadır. Köhnə Alvadı kəndi istiqamətində götürdükdə toqquşmanın baş verdiyi yerdən yolun sağ ehtiyat hissəsinə qədər məsafə 3,8 metr, sol ehtiyat hissəsinə qədər məsafə isə 2,2 metrdir. Bundan başqa toqquşma yerdən “Mersedes Benz E240 minik” markalı, **-CJ-*** qeydiyyat nişanlı avtomobilin hadisədən sonrakı dayandığı ön sol hissəsinə qədər məsafə 8,2 metr, “VAZ 21214 minik” markalı, **- XB-*** qeydiyyat nişanlı avtomobilin hadisədən sonrakı dayandığı ön sol hissəsinə qədər olan məsafə isə 13,4 metrdir. Hər iki nəqliyyat vasitəsinin hadisədən sonra dayandığı ön tərəfləri arasındakı məsafə 19,5 metrdir. Hadisə gecə vaxtı qaranlıq havada, işıqlandırılmamış yolda baş vermiş və həmin vaxtı hava yağmursuz olmuşdur. Hadisə yerində tormuz izləri aşkar edilməmişdir. Toqquşma yerində hər iki nəliyyat vasitəsinə aid detal qırıntıların olması, həmçinin toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinin ön və ön sol tərəflərinin əzilməsi müəyyən edilmişdir. Hadisə yaşayış məntəqəsindən kənar baş vermiş və orada maksimum sürət həddi 60 km/saat olmuşdur. Hadisə yeri Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid6 tərəfindən təqdim edilmişdir. Hadisə yerinin yaxınlığında müşahidə kameraları olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 00175 saylı alkoqolun miqdarının təyin edilməsinə dair alkotrseter cihazının qəbzindən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zamanı sərxoş vəziyyətdə olmuşdur (alkoqolun miqdarı 4,177%). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/2750 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Mersedes Benz E240 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü C.X14 E240 markalı avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü C.X14 E240 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü C.X14 E240 markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21214 markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X12 xx.xx.2024-cü il tarixli 853 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs başın alın nahiyyəsinin və sol diz nahiyyəsinin sıyrıqları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan 11 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlət olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X12 xx.xx.2024-cü il tarixli 1092 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol sirkə kəsasının arxa damının qəlpəli sınığı, sol qalça sümüyünün minimal yerdəyişmiş xətti sınığı, sol qasıq sümüyünün arxa hissəsinin xətti sınığı, sol bud oynağının arxaya doğru çıxığı və oturaq sinirinin zədələnməsi müəyyən olundu, müəyyən olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 11 sentyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16-5/2-1200/2025 saylı məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Masallı rayonu Banbaşı kənd sakini xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2016-cı il tarixdə “C” kateqoriyalı AF-120507 saylı sürücülük vəsiqəsinin xx.xx.2026-cı il tarixə qədər 10 il müddətinə verildiyi müəyyən olunmuşdur. İş materiallarında olan AF № 120507 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «C» dərəcəsi ilə nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Masallı rayonu Banbaşı kənd sakini Təqsirləndirilən şəxs məxsus “Mersedes Benz E240 minik” markalı, **-CJ-*** qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və saxlanılması üçün sahibi Şahid5 geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21214” markalı, **-XB-*** qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan BD № 547203 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz E240 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid5dur. İş materiallarında olan BD № 340833 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz-21214” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxsdur. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Banbaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Vəliyev X6 rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan AZ-1 № 827567 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında xx.xx.2013-cü il tarixdə Masallı RİHB-nin Banbaşı ərazisi üzrə nümayəndəliyində 10 nömrəli nikah akt qeydi bağlanmış və qadına Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəsx “Masallı Rayon Mərkəzi Xəstəxanası” X19i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-60/2-964/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arvadı Vəliyevə (Ağayeva) İradə Həsənağa qızı “Şizofreniya paranaoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu ilə “Masallı Rayon Mərkəzi Xəstəxanası” X19in ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olmaqla hər ay müvafiq qaydada mütəmadi olaraq ambulator müalicələr alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə bildirişdən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X2 ikinci dərəcəli əlildir, əlillik müddətsizdir, əmək qabiliyyətsizdir, xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Diaqnozu: -Paranoid şizofreniya, şizofreniya paranaoid forma, fasiləsiz gedişli psixi qüsur halı. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:35-də Masallı RMX-nın həkimi Z.Zərbəliyev Növbətçi hissəyə zəng edərək bildirmişdir ki, Masallı rayonu Banbaşı kənd sakini 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs başın təpə nahiyyəsinin kəsilmiş didilmiş yarası diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:15-də Masallı RMX-nın TTYX-dən həkimi R.İsayev Növbətçi hissəyə zəng edərək bildirmişdir ki, Masallı rayonu Böyük Xocavar kənd sakini 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol bud çanaq oynağın əziyi və sirkə kasasının sınığı diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X19 "Masallı Rayon Mərkəzi Xəstəxanası" X12 19 İyun 2025-ci il tarixli 18-1-60/2- 1132/2025 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 21:40-da “Bədənin küt travması, sol sirkə kasasının sınığı” diaqnozu ilə, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:50-də “Baş təpə nahiyyəsinin kəsilmiş didilmiş yarası” diaqnozu ilə “Masallı Rayon Mərkəzi Xəstəxanası” X19in X17 şöbəsinə daxil olmuşlar. İş materiallarında olan məlumatların götürülməsi ilə bağlı "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş CD disk məhkəmə iclasında tədqiq olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:01-dən saat 23:23-ədək Masalli r-nu, Seybətin, Masalli r-nu, Masallı ray., Ərkivan kəndi, Masallı r-nu Abbasbəyli, Masalli r-nu Gullutepe, Masallı ray., Alvadi kəndi anten dairəsində olmuşdur. İş materiallarında olan məlumatların götürülməsi ilə bağlı "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş CD disk məhkəmə iclasında tədqiq olunarkən müəyyən edilmişdir ki, Şahid7 xx.xx.2024-cü il tarixdə saat 21:04:10-da, 21:20:59-da və 22:27:13-də Masallı ray., Alvadı kəndi anten dairəsində olmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə, himayəsində şizofreniya xəstəliyi olan arvadının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən müəyyən edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus “Vaz-21214” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs və hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz E240 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid5 qaytarılması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı 14662 (on dörd min altı yüz altımış iki) manat məbləğində maddi ziyan və 133.99 (bir yüz otuz üç, doxsan doqquz) manat məbləğində ödənilmiş dövlət rüsümunun tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin törətdiyi cinayət əməli nəticəsində onun mükiyyətinə və sağlamlığına ziyan dəymişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, idarə etdiyi “VAZ 21214 minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6233 (altı min iki yüz otuz üç) manat maddi ziyan dəymişdir. Bu rəqəm ibtidai istintaq zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş rəqəmdir. Amma avtomaşına dəymiş ziyan bundan artıqdır. Belə ki, “Avtoservis Masallı” TXS-nin 21 sentyabr 2024-cü il tarixli arayışı vizual baxış nəticəsində tərtib edilmişdir. Vizual baxış nəticəsində isə avtomobilin ayrı-ayrı hissələrinin zərər görməsi barədə fərqli mövqe olduğu halda, avtomobilin ixtisaslı mütəxəssis tərəfindən müasir avadlıqla təchiz edilmiş təmir yerlərində müayinə edilməsi nəticəsində böyük ehtimal ki, fərqli mövqe olacaqdır. Eləcədə zədə görmüş bir avtomobil və onun ayrı-ayrı hissələrinin dəyişdirilməsi həmin avtomobilin əmtəə dəyərinin itirilməsinədə səbəb olur. Eləcədə Masallı Rayon Mərkəzi xəstəxanasında psixoloq işləməklə aylıq 700 manat civarında əmək haqqı alır. Subay olsa da, himayəsində valideynləri vardır və ailələrinin dolanışığını təmin edir. Törədilmiş nəqliyyat nadisəsinin nəticəsində isə o, 6 ay işləyə bilməmiş, buda onun 4000 (dörd min) manat gəlirdən məhrum olmağına gətirib çıxarmışdır. Çünki hadisə zamanı xəsarətlər almış və aldığı xəsarətlər nəticəsində yerişində problemlər yarandığı üçün işə gedə bilməmişdir. Aprel ayının 1-dən işə başlamışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə baş vermiş nəqliyyat hadisəsi zamanı bir müddət xəstəxanada yatmış, bir neçə dəfə əməliyyat olunmuşdur. Hazırda da ambulator şəraitdə müalicəsi davam edir. Bu da dərman preparatlarının alınmasına və müalicəsi ilə bağlı xərclər deməkdir. Cavabdehin cinayət əməli nəticəsində sağlamlığı uzun müddət pozulduğundan 6 ay işləyə bilməmişdir. Sol sirkə kasasının arxa damının qəlpəli sınığı, sol qalça sümüyünün minimal yerdəyişmiş xətti sınığı, sol qasıq sümüyünün arxa hissəsinin xətti sınığı, sol bud oynağının arxaya doğru çıxığı və oturaq sinirinin zədələnməsi nəticəsində aldığı xəsarətlərdən yaranmış problemlərin aradan qaldırılması ilə bağlı olunduğu müayinə, müalicə və cərrahiyyə əməliyyatlarına xeyli miqdarda xərci çıxmışdır. Belə ki, həmin xərclərdən 939 (doqquz yüz otuz doqquz) manatı X17ın gəlməsinə (Medistayl Hospital), 8000 (səkkiz min) manat müalicə və müayinə xərclərinə, 2635 (iki min altı yüz otuz beş) manat əməliyyat zamanı qoyulmuş implantın alınmasına və 2000 manatda West Hospitalda cərrahiyyə əməliyyatına sərf olunmuşdur. Lakin buna baxmayaraq hələdə sağlamlığına tam qovuşmamışdır. Qeyd edir ki, cavabdeh olan təqsirləndirilən şəxs ona təxminən 9145 (doqquz min bir yüz qırx beş) manat civarında köməklik etmişdir. Hazırda da ambulator şəraitdə müalicəsi davam edir. Bu da dərman preparatlarının alınmasına və müalicəsi ilə bağlı əlavə xərclər deməkdir. Cavabdehin törətdiyi cinayət əməli ibtidai istintaq zamanı sübuta yetirilmişdir. Beləliklə cavabdehin cinayət əməli nəticəsində ona ümumilikdə 23807 (iyirmi üç min səkkiz yüz yeddi) manat maddi ziyan dəymişdir. Cavabdeh olan təqsirləndirilən şəxs isə həmin dəymiş ziyanın bir hissəsini qarşılamışdır, yəni 9145 manat ona bu günədək köməklik etmişdir. Ona dəymiş ziyandan cavabdehin ödədiyi məbləği çıxdığı zaman hazırda cavabdehin dəymiş ziyan olan 14 662 (on dörd min altı yüz altımış iki) manat pul ödəməlidir. Göründüyü kimi cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona həm maddi, həm mənəvi, həm də fiziki ziyan yetirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı doğru düzgün hərəkət edə bilmədiyi və səhəti ilə məşğul olduğu üçün mülki iddia verə bilməmişdir. Lakin bu hal onun məhkəmədə mülki iddia vermək hüququnu istisna etmir. Odur ki, cinayət hadisəsi zamanı ona dəymiş 23807 (iyirmi üç min səkkiz yüz yeddi) manat maddi ziyanın cavabdehin ödədiyi hissəsini çıxmaqla 14 662 (on dörd min altı yüz altımış iki) manat maddi ziyan tutulmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X19 "Masallı Rayon Mərkəzi Xəstəxanası" X12 28 aprel 2025-ci il tarixli 18-1-60/2- 782/2025 saylı məktubundan görünür ki, “Masallı Rayon Mərkəzi Xəstəxanası” X19ində psixoloq vəzifəsində işləyən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi əmək qabiliyyətinin olmaması səbəbindən işə çıxmamışdır. Bu müddət ərzində "Masallı Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfində ona əmək haqqı hesablanmamış, işləmədiyi müddət üçün ona sonradan bülleten pulu (kompensasiya) ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X19 "Masallı Rayon Mərkəzi Xəstəxanası" X12 02 may 2025-ci il tarixli 18-1-60/2- N-305-42-268/2025 saylı arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası" X19ində aylıq əmək haqqı 813.20 (səkkiz yüz on üç manat iyirmi qəpik) manat olmaqla 6 ay müddətinə 4879.20 (dörd min səkkiz yüz yetmiş doqquz manat iyirmi qəpik) manat olmuş, işləmək qabiliyyətinin olmaması səbəbindən işə çıxmamış və ona əmək haqqı hesablanmamışdır. İş materiallarında olan 21 sentyabr 2024-cü il tarixli, 2244 saylı “AvtoServis” T.X.S Masallı tərəfindən tərtib edilmiş arayışdan görünür ki, ** XB *** dövlət qeydiyyat nişanlı, “Vaz-21214” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan ehtiyat hissələr və bərpa qiyməti olmaqla, ümumilikdə 6233 (altı min iki yüz otuz üç) manat məbləğindədir. İş materiallarında olan “West Hospital” LLC xx.xx.2025-ci il tarixli 78 saylı arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə “West Hospital”-da olmuş, pasientin klinikada yatışı zamanı xidmətlərin icrası üçün (labarator analizlər, yatış, müayinələr, dərman, əməliyyat və s.) ümumilikdə klinika xəzinəsinə 1996 (bir min doqquz yüz doxsan altı) manat ödəniş daxil edilmişdir. Həmçinin mülki iddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, aparılmış müayinə xərcinə, ambulans xidmətindən istifadəyə görə və müalicə üçün alınmış dərman preparatlarına görə mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ümumilikdə 10065.74 (on min altımış beş, yetmiş dörd) manat pul xərcləmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə mülki iddiaya münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçı (zərəçəkmiş şəxs) Zərərçəkmiş şəxs maddi ziyanın dəymiş olması işin mübahisəsiz halıdır. İddiaçı iddia tələbində ona dəymiş ziyanın ümumilikdə 23807 manat təşkil etdiyi qeyd edir. Lakin iddiaçının iddia ərizəsinə əlavə etdiyi və məhkəməyə təqdim etdiyi, eləcədə məhkəmə araşdırılması zamanı əldə olunmuş sübutlarla iddiaçıya 23173.94 (iyirmi üç min bir yüz yetmiş üç manat, doxsan dörd qəpik) manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Belə ki, iş materiallarında olan avtoservis tərəfindən verilmiş arayışdan görünür ki, törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs mülkiyətində olan ** XB *** dövlət qeydiyyat nişanlı, “Vaz-21214” markalı avtomobilə 6233 (altı min iki yüz otuz üç) manat ziyan dəymişdir. Eləcədə Zərərçəkmiş şəxs Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də həkim-psixoloq kimi xx.xx.2024-cü ildən xx.xx.2025-cil ilədək olan 6 ay müddətində işləməməsi nəticəsində aylıq 813.20 manat ümumilikdə 4879.20 manat gəlirdən məhrum olmuşdur. Həmçinin törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almışdır ki, sağlamlığının bərpası üçün həkim müayinəsinə, müalicə xərclərinə, ambulans xidmətinə, cərrahiyyə əməliyyatı olunmasına və sairə çəkilmiş xərclərə görə ümumilikdə 12061.74 manat məbləğində pul xərclədiyi müəyyən olunur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı vermiş olduğu iddia ərizəsində cavabdeh olan təqsirləndirilən şəxsin ona dəymiş ziyan məbləğindən 9145 (doqquz min bir yüz qırx beş) manat ona ödədiyini, bu səbəbdəndə iddia tələbindən həmin məbləği çıxdığını bildirmişdir. Eləcədə keçirilmiş məhkəmə iclasınlarında cavabdeh olan təqsirləndirilən şəxs mülki iddiaçı olan zərərçəkmiş şəxsə dəymiş ziyan qarşılığında zərərçəkmiş şəxsə on iki min – on beş min manat civarında maddi yardım etdiyini bildirmiş olsa da, bu halı sübut edəcək hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri ilə isə 5500 (beş min beş yüz) manat pul ödədiyi müəyyən olunur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş CD diskdə olan səs yazısında iki şəxs arasında gedən dialoqun nəticəsində konkter olaraq hansı məbləğdə pulu ödənildiyi öz təsdiqini tapmır. Çünki bir tərəf iddia edir ki, 12900 manat ödəniş olunmuşdur, digər tərəf isə həmin müxtəlif ödənişlər olunduğunu bildirmiş olsa da, konkret olaraq nəticədə nə qədər pulun ödənildiyini bildirmədən təqdim olunmuş səs yazısı sonlanır. Lakin tərəflər arasında olan dialoqun isə davamı etdiyi, lakin təqdim olunan diskdə isə həmin dialoqun tam olmadığı müəyyən olunur. Həmçinin təqdim olunmuş diskdə tərəflər arasında danışıq olmasına baxmayaraq həmin şəxslər kim olduğu müəyyən deyildir. Bu səbəbdən də məhkəmə təqdim olunmuş CD diski sübut kimi qəbul etmir. İş materiallarında olan "xxxx" ASC-nin terminalı vasitəsi ilə ödənilmiş 25519 saylı, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, mülki iddianın verilməsi üçün mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən 134 (bir yüz otuz dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə mülki iddiaya münasibətdə qeyd edir ki, məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləğinin 14000 (on dörd min) manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 134 manat məbləğində dövlət rüsumunun 132 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə mülki iddia qismən təmin edilməklə Təqsirləndirilən şəxs 14000 (on dörd min) manat zərər məbləği və 132 (bir yüz otuz iki) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs 14000 (on dörd min) manat məbləğində zərər məbləği və 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 14132 (on dörd min bir yüz otuz iki) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus “Vaz-21214” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs və hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz E240 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid5 qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar