Məhkəmə qərarları › İş №1(050)-76/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-76/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-76/2023 02.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs müdafiəçi “Faiq Nağıyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə. xx.xx.1975-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Masallı rayon Boradigah qəsəbəsində yerləşən X8 inzibati binasında iş yoldaşı idman mərkəzində xadimə işləyən Zərərçəkmiş şəxs ondan tabeli və idman zalının açarını istəməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı sonuncunun sağ bilək nahiyəsini əli ilə burub qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ mil-bilək oynağı və əl nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Masallı rayon X9 gözətçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs isə əvvəllər orada xadimə işləmişdir. Nüşabə işlədiyi müddət ərzində onunla və digər işçilərlə yola getməmiş, narazılıqlar yaratmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 08:30 radələrində işə getmiş və gözətçi üçün nəzərdə tutulmuş otaqda oturduğu zaman Nüşabə onun yanına gələrək, ondan tabel dəftərini istəmişdir. Tabel dəftəri onun əyləşditi stolun üzərində olur. O, həmin dəftəri stolun üzərinə qoymuşlakin Nüşabə mobil telefonla tabel dəftərinin şəklini çəkmək istəmişdir. O, Nüşabənin hərəkətinə mane olmuş və dəftəri stolun üzərindən cəld götürüb rəfə qoymuşdur. Nüşabə onun üzərinə qışqıraraq dəftəri ona verməyini tələb etmişdir. O, isə Nüşabəyə dəftəri veməmişdir. Bu səbəblə Nüşabə onunla mübahisə etməyə başlamışdır. Daha sonra Nüşabə idman kompleksinin əvvəlcə idman zalına, sonra isə həyətinə getmişdir. Həmin vaxt Rahim, Elmir, Aydan və İlham da oraya gəlmişdir. Nüşabə həmin şəxslərə guya ki, onun Nüşabənin qolunu sındırmasını demişdir. Daha sonra Nüşabə İdman kompleksində tibb bacısı işləyən Şahid1dan qoluna baxmasını istəmişdir. Aydan isə Nüşabəyə, gözlə görünən xəsarəti olmadığını və xəstəxanaya getməsini bildirmişdir. Nüşabə xəstəxanaya getmiş, qolunu bağlatdırmış və işə gəlmişdir. Həmin gün təhqiqatçı idman zalına gəlmiş və ondan bədənində olan xəsarətlə bağlı ifadə alınan zaman Nüşabə bildirmişdir ki, idman zalında döşək silən zaman ehtiyatsızlıqdan yıxılmış və qolu əzilmişdir. Zərərçəkmiş şəxs ona böhtan atır. O, hadisədən sonra işdən azad edilmişdir. Nüşabə hesab edir ki, işdən çıxarılmasına əsas onun şikayətidir. Nüşabə öz işinə bərpa olunmaq istəyir. Bu səbəblə onunla ədavət aparır və işə bərpa olunduğu halda onuna barışacağını bildirir. O, Zərərçəkmiş şəxs heç vaxt vurmamış, ona fiziki ağrı yetirməmişdir. Nüşabə qolunun əzilməsində onu günahkar hesab etdiyinə görə, xx.xx.2022-ci ildə Nüşabə, bacısı Nəzakət və özü doktor Şahid7 yanına getmişlər. Çünki Nüşabə qolunun sındığını bildirmiş və o, da doktora iradını bildirmişdir ki, niyə qolunun sınmasını qeyd etməmişdir. Qolunu əzilməsinə görə Nüşabə ondan pul tələb etmiş, o, da bundan imtina etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 göstərmişdir ki, onun əvvəllər Təqsirləndirilən şəxsla heç bir ədavəti olmamışdr. Əvvəllər Masallı rayon X9 xadimə vəzifəsində işləmişdir. İbrahimov İlqar isə həmin idarədə mühafizəçi işləyir. Halhazırda işdən azad edilmişdir. İşlədiyi müddətdə aldığı əmək haqqı 45 manat əskik olmuşdur. O, bu barədə Boradigah idman zalının mühasibinə işə gəlməyən işçilərin əmək haqqının tam olmasına, onun əmək haqqının əskik olmasına etirazını bildirmişdir. xx.xx.2022-ci il tarixdə, səhər saat 09 radələrində o, X15 MMC-yə gedərək qapının şəkilini çəkib binaya daxil olmuş, həmin vaxt Təqsirləndirilən şəxs mühafizəçiyə ayrılmış yerdə əyləşmişdir. O, İlqara salam vermiş, lakin İlqar cavabını verməmişdir. Yenidən o, İlqara salam verərək onun oturduğu yerdə, əlini uzadıb asılı vəziyyətdə olan açarı götürmək istəmişdir. Bu zaman İlqar onun üstünə qışqırmış və onu söyərək bildirmişdir ki, “Kimsən ki, qapının şəkilini çəkmisən, ondan şikayət etmisən.” Açarı götürmək istəyərkən İlqar onun əlidən tutaraq şkafa sıxmışdır Bu zaman başı soyducuya da dəymişdir. Həmin vaxt qolundan səs gələrək əzilmişdir. İlqar bu səsi eşitdikdən sonra onun buraxmışdır. Hadisə baş verdikdən sonra həmin yerə ilk olaraq bacısı Nəzakət və digər işçilər gəlmişdir. O, idman kompleksində tibb bacısı işləyən Şahid1dan qoluna baxmasını istəsədə, Aydan onun əlinə baxmamışdır. Həmin vaxt İlqar vəziyyətinin pis olduğunun görüb iş yoldaşlarına onu həkimə aparılmasını istəmişdir. İlham və bacısı Nəzakətlə həkimə getmişdir. Həkimə qolunun əzilərək sındığını demişdir. Həkim Şahid7 qolundakı xəsarətin sınıq olduğunu təsdiqləyərək qolunu sarımışdır. Xəstəxandan sonra iş yerinə gəlmişdir. Həmin gün polis tədqiqatçısı ora gələrək ondan ərizə yazmasını istəmişdir. Həmin vaxt qqolunda ağrılar olduğundan Şahid6 onun əvəzini ərizə yazmış, o da imzalamışdır. Bədənində ağrılar olduğundan ərizəni oxumamışdır. Hadisədən bir neçə gün keçdikdən sonra İlqar törətdiyi cinayə əməlinə xitam verildiyini bildirmişdir. O, da bunu eşitdikdən sonra İlqardan şikayət etmişdir. Hazırda İlqarla barışmamış və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı rayon X9 tibb bacısı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs orada əvvəllər xadimə işləmişdir. Təqsirləndirilən şəxs isə İdman Mərkəzində nəzarətçi işləyir. Nüşabə heç kimlə yola getmir, onlarla münaqişələr edir və onların iş fəaliyyətinə mane olmaqla yanaşı, bir neçə dəfə onun şəklini də xəbəri olmadan mobil telefonu vasitəsilə çəkmişdir. xx.xx.2022ci il tarixdə səhər saatlarında o, işə getmiş və qapıdan içəri daxil olan kimi Nüşabə ona əlinin sağ bilək nahiyəsinə baxmasını istəmişdir. O, isə Nüşabəyə sınıqçı olmadığını və xəstəxanaya müraciət etməsini bildirmişdir. Daha sonra onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Boradigah PB-nə ərizə yazaraq, Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Masallı rayon X9 qeydiyyatçı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs orada əvvəllər xadimə işləmişdir. Təqsirləndirilən şəxs isə İdman Mərkəzində nəzarətçi işləyir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, evdə olarkən Nüşabə ona zəng edərək, təcili olaraq iş yerinə gəlməsini istəmişdir. O, Nüşabəyə ona iş yerinə çatmaq üzrə olduğunu bildirmiş, az sonra o, müəssisəyə getmiş və orada İlqarla Nüşabənin sözlə mübahisə etdiyini görmüşdür. O, nə baş verdiyini soruşduqda, Nüşabə ona tabel dəftərinə imza atmaq istədiyini, lakin İlqarın ona dəftəri vermədiyini və həmçinin onun qolunu buraraq xəsarət yetirdiyini demişdir. O, İlqardan deyilənlərin həqiqətə uyğun olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs Nüşabənin dediklərini təkzib etmiş və belə bir hadisənin olmadığını bildirmişdir. Daha sonra isə müəssisədə idmana nəzarətçi işləyən Şahid3 ora gəlmiş və Nüşbəni xəstəxanaya aparmışdır.Günorta yeməyindən sonra onlar işə gəlmişlər. Həmin vaxt polis təhqiqatçı X19 xanımın bədən xəsarəti ilə bağlı polis şöbəsinə daxil olmuş məlumatla bağlı gəldiyini bildirmişdir. X19 xanımdan nə baş verdiyini soruşmuş o, qolunun əzildiyini bildirmişdir. Təhqiqatçı onda şikayətinin olmamağı ilə bağlı ərizə yazmasını bildirmişdir. Nüşabə bədənində ağrı olduğuna görə ərizə yaza bilmədiyi üçün, ona olunan təklifə əsasən Nüşabə xanım üçün ərizə yazmışdır. Təhqiqatçı ərizəni ücadan oxuyaraq Nüşabə xanıma qol çəkdirmişdir. Daha sonra onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Boradigah PB-nə ərizə yazaraq, Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Masallı rayon X9 idmana nəzarət vəzifəsində işləyir. Zərərçəkmiş şəxs həmin idarədə xadiməç işləmişdir. Təqsirləndirilən şəxs isə İdman Mərkəzində nəzarətçi işləyir. Nüşabə heç kimlə yola getmir, onlarla dəfələrlə münaqişələ etməklə yanaşı iş fəaliyyətlərinə mane olur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, iş yoldaşı Şahid5la birlikdə işə getmiş və orada İlqarla Nüşabənin bir-birilə sözlə mübahisə etdiyini görmüşdür. O, nə baş verdiyini soruşduqda, Nüşabə ona tabel dəftərinə imza atmaq istədiyini, lakin İlqarın ona dəftəri vermədiyini və həmçinin onun qolunu buraraq xəsarət yetirdiyini demişdir. O, İlqardan deyilənlərin həqiqətə uyğun olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs Nüşabənin dediklərini belə bir hadisənin olmadığını bildirmişdir. Buna görə də o, Nüşabəni bacısı Nəzakətlə birlikdə xəstəxanaya aparmışdır. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Boradigah PB-nə ərizə yazaraq, Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsussatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi, Təqsirləndirilən şəxs isə kürəkənidir. Nüşabə və İlqarla onun arasında əvvəllər heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, “X15”nin qarşısından keçərkən Nüşabənin onun kürəkəni İlqarla mübahisə etməsini görmüşdür. Həmin vaxt Nüşabə onu görüb çağırmış və o, Nüşabəyə yaxınlaşan zaman İlqar ona, Nüşabənin bu həmişəki halıdır ona baş qoşmayın sözlərini demiş və ondan çıxıb getməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra ora adlarını bilmədiyi İlqarın iş yoldaşları yaxınlaşmış və o, oradan uzaqlaşıb getmişdir. Orada olarkən Nüşabə ona İlqarın ona xəsarət yetirməsi ilə bağlı heç bir söz deməmişdir. O da Nüşabənin şər-böhtan atmaq xarakterinin olduğunu bildiyi üçün onunla əlavə söhbət etməmişdir. Daha sonra isə İlqar ona Nüşabənin ərizə yazaraq, şikayət etməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Masallı rayon Boradigah xəstəxanasında həkim işləmişdir. Nüşabə Baxışəliyevanın bacısı Nəzakət Baxşəliyeva həmin xəstəxanada xadimə işləyir. xx.xx.2023-cü il tarixdə Nəzakət və Nüşabə ilə onun yanına gəlmişlər. Həmin vaxt Nüşabənin əlinə baxarkən onun sağ bilək nahiyəsində qansızma nəticəsində şişkinlik olduğunu görmüşdür. Tibb elminə görə həmin şişkinlik əzilmə nəticəsində yaranır. O, Nüşabədən əlinin harada əzildiyini soruşmuşdur. Nüşabə əvvəlcə işə gedəndə əzildiyini desə də, inanmadığına görə bacısı Nəzakət ona bildirmişdir ki, şikayətçi deyil, lakin işdə iş yoldaşı ilə münaqişə zəmnində əli əzilmişdir. Onların dediyinə görə Nüşabə tabel dəftərinə qol çəkmək istəyərkən iş yoldaşı əlini burmuş və bu zaman əlindən səs gələrək sınmışdır. O, Nüşabəni rentgen müayinəsinə göndərmiş, özü isə onda olan bədən xəsarəti ilə bağlı polisə məlumat vermişdirə. Həmin günün səhəri İlqar, Nüşabə və Nəzakət birlikdə xəstəxanaya onun yanına gəlmişlər. İlqar aqressiv şəkildə ona “Nüşabədə sınıq xəsarəti varsa niyə rəydə qeyd etməmisən” demişdir. Həmin vaxt Nəzakət İlqarın başına qırşqıraraq “Sən kimsən ki, həkimlə bu tonla daşırsan, doktor yazmayıbsa sənin xeyrinədir” demişdir. İlqarın Nəzakət və Nüşabə ilə qohum olmadığını bilmiş və onu otqından çıxarmışdır. Nəzakətdən bu şəxsin kim olduğunu soruşduqda bildirdi ki, Nüşabəyə xəsarət yetirən şəxsdir demişdir. Daha sonra o Nüşabənin əlindəki olan xəsarətlə bağlı resept yazmışdır. Nəzakətdə həmin kağızı İlqara uzadaraq xəsarəti sən yetirmisən yetirmisən, dərmanıda almalısan desə də, İlqar bundan imtina etmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, O Masallı Rayon Polis Şöbəsinin TB-nin tədqiqatçısı vəzifəsində işləyir. Nüşabə Baxşıliyevanın bədən xəsarəti alması ilə bağlı Polis şöbəsinə məlumat daxil olmuş və o, X13 getmişdir. Həmin vaxt Nüşabə ilə sorğu-sual edilmiş və o, yıxılaraq əzildiyini bildirmişdir. O, da Nüşabə xanımdan əzilməsi ilə bağlı ərizə almışdır. Ertəsi gün o, döyülməyi ilə bağlı Polis şöbəsinə müraciət etmişdir. Onun tərəfindən Zərərçəkmiş şəxs Polis şöbəsinə çağırılmış və izahatı alınmışdır. İzahatında aldığı bədən xəsarətinin Təqsirləndirilən şəxs tərəfindən yetirildiyi bildirmişdir. Ondan ilkin olaraq əzildiyini söyləməsinin səbəbini soruşmuş, Nüşabə işdə ondan xahiş olunduğuna görə İlqrarın adını demədiyini bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1021 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ mil-bilək oynağı və əl nahiyəsinin yumşaq toxumalarının əzilməsi müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan 07 dekabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar olunan xəsarət əlavə sürətləndirici qüvvənin təsiri altında onun öz boyu hündürlüyündən yerə yıxılması zamanı müvafiq nahiyəsinin yer səthinə və ya hər hansı bir küt əşyaya çırpılması nəticəsində əmələ gələ bilməsi inkar olunmur. Üzləşmənin aparılması haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Masallı rayonu Boradigah qəsəbəsi ərazisində yerləşən X8 girişində işə gec gəlmək ilə əlaqədar mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ mil-bilək nahiyəsini qəsdən buraraq ona bədən xəsarəti yetirmiş, tərəflər arasında yaranmış mübahisədən sonra həmin yerə Şahid1, Şahid6, Şahid3, X4 və Şahid5 gəlmiş, lakin qeyd olunan şəxslərin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyini görməsi faktı əməliyyat yolu ilə müəyyən edilməmişdir. Baş vermiş hadisə qısa müddətdə davam etdiyi üçün həmin vaxt ora kənar şəxslər gəlməmiş, ictimai qayda pozulmamış və kənar şəxslərin narahatlığına səbəb olmamışdır. Müdafiə tərəfinin vəsatəti üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs ifadəsinə uyğun, baş vermiş hadisəni əyani təsvir etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş və şahid ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayəti üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək zərərçəkimş şəxs X2 xəsarət yetirmədiyini bildirməsi barədə ifadəsinə münasibətdə qeyd edir ki, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmə tibbi ekspertizasının rəyi ilə onun ifadəsi təkzib olunmuşdur. Belə ki, şahidlər hadisədən dərhal sonra Zərərçəkmiş şəxs ona xəsarrət yetirən şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişlər və məhkəmə onların ifadələrini mümkün və mötəbər sübut kimi qəbul edir. Bu səbəblə məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə ifadəsini özünü müdafiə kimi qiymətləndirir və sübut kimi rədd edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayon İHB-nin Masallı RİHB Boradigah qəsəbə İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası xx.xx.1953-cü il tarixdə doğulmuş X17, həyat yoldaşı X6, qızı xx.xx.2005-ci il tarixdə doğulmuş X5, oğlu xx.xx.2008-ci il tarixdə doğulmuş X11, qızı xx.xx.2017-ci tarixdə doğulmuş X12 adında ailə üzvləri var və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cimlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladının olması Cinayət Məcəlləsinin 59.1.4.-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən haldır, məhkəmə onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində əlavə 4 nəfər ailə üzvünün olmasını Cinayət Məcəlləsinin 59.2.-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-ci bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin nəzərə alınmış yüngülləşədirici hallarının nəzərə alınması və rəsmi iş yeri olması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutmaların başlandığı gündən hesablansın və o, cəzasını iş yerində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar