Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-76/2024 08.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Pircana kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Pircana kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan 448,847 qram, yəni xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib şəxsi istifadəsi üçün bir hissəsini üzərində, digər əsas kütləsini isə Masallı rayonu, Pircana kəndində yerləşən yaşadığı fərdi yaşayış evində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Masallı rayonu, Musaküçə kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,174 qram və 4,673 qram, ümumi təmiz çəkisi 8,847 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və həmin tarixdə saat 20 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı Masallı rayonu, Pircana kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman oradan 01 ədəd bağlamada ümumi təmiz çəkisi 440,0 qram olan bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin may ayının əvvəllərində dəqiq xatırlamadığı gündə yaşadığı Masallı rayonu, Pircana kəndindəki su kanalında tək balıq tutarkən orada kanalın kənarında bir ədəd kibrit qutusunu görmüş, qutunu yerdən götürüb baxarkən içərisində təxminən çoxlu sayda çətənə bitkisi tumlarını olduğunu görmüşdür. Narkotik vasitə marixuanaya şəxsi təlabatını ödəmək üçün həmin tapdığı çətənə tumlarını özüylə aparıb yaşadığı Masallı rayonu, Pircana kəndində yerləşən özünə məxsus yaşadığı evin həyətyanı sahəsində, evinin arxa tərəfində heç kimin görə bilməməsi üçün kolluqların içərisində əkmişdir. Bir müddət sonra həmin çətənə tumlarından 2 ədədi cücərib boy atmağa başlamış və o, bitkiləri yetişdirmək üçün aqrotexniki qaydada qulluq etmişdir. 2023-cü ilin sentyabr ayında həmin 2 ədəd çətənə bitkisi tam yetişdiyi üçün onun yarpaqlarını toplayıb şəxsi istifadəsi üçün qurudaraq qurudulmuş marixuana formasına gətirmiş və onu bir ədəd qara rəngli sellofan bağlamanın içərisinə yığıb daha sonra tərəzidə çəkmişdir. Həmin vaxt bağlamada olan qurudulmuş marixuananın çəkisinin təxminən 490 qram olduğunu müəyyən etmiş, həmin qurudulmuş marixuana olan bağlamanı yaşadığı evin birinci mərtəbəsində yerləşən zirzəmi kimi istifadə etdiyi otaqda məişət əşyalarının arasında gizlətdikdən sonra arabir həmin marixuanadan az-az götürüb ailə üzvləri evdə olmadıqları zaman yaşadığı evdə, eləcə də kənddən bir qədər uzaqda heç kimin görmədiyi yerlərdə gizlində bədənində olan ağrıları azaltmaq üçün istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində həyat yoldaşı və azyaşlı qızının qayınatasının evinə bir neçə günlük qonaq getməsindən istifadə edib evinin birinci mərtəbəsindəki zirzəmidə gizlətdiyi sellofan bağlamanın içərisində olan qurudulmuş marixuanadan bir miqdar götürüb iki ədəd içərisi boş olan kibrit qutularının içərisinə doldurmuşdur. Daha sonra bağlamanın ağzını bağlayıb yerinə qoyduqdan sonra həmin iki ədəd kibrit qutusunu əynində olan göy rəngli gödəkçənin sağ yan cibinə qoymuş, həmin vaxt götürüdüyü iki ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı istifadə etmək üçün uyğun yer tapmaqdan ötrü yaşadığı evdən çıxaraq qonşu kənd olan Musaküçə kəndinə piyada getmişdir. Musaküçə kəndi ərazisində piyada hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxsin ona yaxınlaşdığını görmüş, həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb üzərinə şəxsi-axtarış keçirilməsindən ötrü onlarla birlikdə Masallı Rayon Polis şöbəsinə getməli olduğunu ona bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin polis əməkdaşları onu xidməti otağa aparmış, xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Abbasağa Paşayev kimi təqdim etmişdir. X2suz olaraq narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq Masallı RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. İstəyinə əsasən müdafiəçi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmiş, sonra təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt o, da, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən iki ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularını çıxarıb təqdim edərək təqdim etdiyi kibrit qutularında olan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı bir müddət əvvəl öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi çətənə bitkilərindən toplayaraq bir hissəsini Masallı rayonu, Pircana kəndində yerləşən fərdi yaşayış evində gizlətdiyini və bir hissəsini isə şəxsi istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi iki ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən ayrı-ayrılıqda və birlikdə elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 8 qram və 7,5 qram olmaqla ümumi çəkilərinin 15,5 qram olması məlum olmuşdur. Sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Həmin vaxtı təhqiqatçı tərəfindən üzərində şəxsi-axtarış davam etdirilən zaman əynində olan gödəkçənin sol yan cibindən özünə məxsus bir ədəd ekranı zədəli vəziyyətdə olan qara rəngli “HTC” markalı mobil telefonu aşkar edilərək götürülsə də, lakin üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilən “HTC” markalı mobil telefonu da təhqiqatçı tərəfindən içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, həmin protokol uca səslə oxunmuş, o, da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı ona yaşadığı Masallı rayonu, Pircana kəndində yerləşən fərdi yaşayış evində gizli olaraq saxladığı narkotik vasitəni təqdim edə bilib-bilməyəcəyini soruşmuş, o, da həmin narkotik vasitə qurudulmuş marixuananı təqdim edə biləcəyini bildirmişdir. Buna görə də o, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə yaşadığı Masallı rayonu, Pircana kəndində yerləşən fərdi yaşayış evinin həyətinə aparılmış, orada ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı yaşadığı evdə gizli olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın olduğu yeri təqdim etməyini ona təklif etmiş, o, da yaşadığı evə evinin birinci mərtəbəsində olan giriş qapısının kilidini açmaqla daxil olub evinin birinci mərtəbəsində yerləşən müxtəlif təyinatlı ev əşyalarının olduğu əşya anbarı kimi istifadə etdiyi zirzəmidə gizlətdiyi bir ədəd sellofan bağlamada olan qurudulmuş marixuananı onlara təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 455 qram olması müəyyən edilmiş, sonra həmin bir büküm qurudulmuş marixuana təhqiqatçı tərəfindən içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək imzalanmışdır. Fərdi yaşayış evinə baxış keçirilməsi haqqında təhqiqatçı protokol tərtib olunmuş, protokol uca səslə oxunmuş, o, da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Sonda E.V.Əliyev əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Pircana kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib qəbul etməkdə, yaşadığı evdə saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin günü raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr imzalanmış, o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin təhqiqatçısı Abbasağa Paşayev və RPŞ-nin CAB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 təyin edilmişlər. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Musaküçə kəndi ərazisində piyada hərəkətdə olması barədə məlumat əldə edib Şahid2lə birlikdə həmin kəndə getmişdir. Təqsirləndirilən şəxs kənd yolu ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, yaşadığı evdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra ondan şifahi formada üzərində narkotik vasitə və yaxud psixotrop maddə olubolmamasını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Masallı Rayon Polis şöbəsinə gəlmişdilər. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçı Abbasağa Paşayevin xidməti otağına aparıb bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra təhqiqatçı Abbasağa Paşayev ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə ona bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirib istəyinə əsasən müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçısı A.Paşayev ona üzərində videoçəkiliş vasitəsilə şəxsi-axtarış aparılacağını deyərək əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən iki ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularını çıxarıb təqdim edərək təqdim etdiyi kibrit qutularında olan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı bir müddət əvvəl öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi çətənə bitkilərindən toplayaraq bir hissəsini Masallı rayonu, Pircana kəndində yerləşən fərdi yaşayış evində gizlətdiyini və bir hissəsini isə şəxsi istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən ayrı-ayrılıqda və birlikdə elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 8 qram və 7,5 qram olmaqla ümumi çəkilərinin 15,5 qram olması məlum olmuşdur. Sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Həmin vaxtı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış davam etdirilən zaman onun əynində olan gödəkçənin sol yan cibindən bir ədəd ekranı zədəli vəziyyətdə olan, qara rəngli “HTC” markalı mobil telefonu aşkar edilərək götürülsə də, lakin üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən “HTC” markalı mobil telefon təhqiqatçı tərəfindən içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, həmin protokol uca səslə oxunmuş və o da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı X9 Əhədovdan yaşadığı fərdi yaşayış evində gizli olaraq saxladığı narkotik vasitəni özünün təqdim etmək istəyib-istəməməsini soruşmuş və həmin şəxsdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onlarla birlikdə Təqsirləndirilən şəxs Masallı rayonu, Pircana kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətinə getmişdir. Təqsirləndirilən şəxs orada ərizə ilə müraciət edərək polis əməkdaşlarının yaşadığı evə və həyətyanı sahəsinə daxil olub baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxtı təhqiqatçı Abbasağa Paşayev ona şəxsiaxtarış zamanı qeyd etdiyi yaşadığı evdə gizli olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın olduğu yeri təqdim etməyini təklif etdi. Bundan sonra o, yaşadığı evə evinin birinci mərtəbəsində olan giriş qapısının kilidini açmaqla daxil olub evin birinci mərtəbəsində yerləşən zirzəmi kimi istifadə edilən yerə daxil olub orada gizlətdiyi bir ədəd sellofan bağlamada olan qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra təhqiqatçı Abbasağa Paşayev tərəfindən həmin qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 455 qram olması müəyyən edilmişdir. Sonra həmin aşkar edilərək götürülmüş bir büküm qurudulmuş marixuana təhqiqatçı tərəfindən içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək imzalanmışdır. Daha sonra X9 Əhədovdan təqdim etdiyi qurudulmuş marixuanadan başqa yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir maddə, predmet və ya əşya olub-olmadığını soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs dayandıqları əşya anbarı kimi istifadə olunan zirzəmidə təxminən 1 ay əvvəl aldığı sənədsiz ov tüfənginin olduğunu, həmin ov tüfəngini də təqdim edə biləcəyini bildirmişdir. Daha sonra Vüsal zirzəmidə saxladığı patron yuvasında bir ədəd dolu patron olan təklüləli ov tüfəngini təhqiqatçıya təqdim etmişdir. Həmin vaxt onun təqdim etiyi ov tüfənginə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra həmin tüfəng patronu ilə birlikdə bir ədəd içərisi boş olan kisənin içərisinə qoyularaq qaplaşdırılmış, kisənin üzəri Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs fərdi yaşayış evinin digər yerlərinə və evinin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilməsi haqqında təhqiqatçı Abbasağa Paşyev tərəfindən protokol tərtib olunmuş, protokol uca səslə onlara oxunmuş, o da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi və fərdi yaşayış evində axtarış və götürülmə aparılmasına dair video çəkilişin aparılmasına dair CD-lərə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən iki ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularını çıxarıb təqdim edərək təqdim etdiyi kibrit qutularında olan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı bir müddət əvvəl öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi çətənə bitkilərindən toplayaraq bir hissəsini Masallı rayonu, Pircana kəndində yerləşən fərdi yaşayış evində gizlətdiyini və bir hissəsini isə şəxsi istifadə məqsədi ilə üzərində saxladığını bildirməsi və Masallı rayonu, Pircana kəndində yerləşən, yaşadığı evə təhqiqatçı və polis əməkdaşları tərəfindən baxış keçirilən zaman evin birinci mərtəbəsində yerləşən müxtəlif təyinatlı ev əşyalarının olduğu əşya anbarı kimi istifadə etdiyi zirzəmidə gizlətdiyi bir ədəd sellofan bağlamada olan qurudulmuş marixuananı onlara təqdim etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 26 yanvar 2024-cü il tarixli, 19/70 nömrəli saylı rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, təqdiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 4,174 qram və 4,673 qram, ümumi təmiz çəkisi 8,847 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış zamanı təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi 440,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitələr qurudulmuş marixuanadır. Beləliklə tədqiqata təqdim olunmuş “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr.....” və “Şübhəli şəxs Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış zamanı təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd paketdəki ümumilikdə 3 ədəd olmaqla ümumi təmiz çəkisi 448,847 qram marixuanalar, bioloji koponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi 448,847 qram, cəmi tədqiqta sərf olundu 0,3 qram ( hər ob. 0,1 qram), qalıq 448, 547 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Mərkəzi X1 X8 Yoxlamanın nəticələrinə dair 27 yanvar 2024-cü il tarixli, 61 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 448,548 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunduğu görüntünü əks etdirən 02 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İHB-ın Lürən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Əhədov X7 rayonu, Lürən kəndində qeydiyyatda olmaqla arvadı X5 və qızı-X3 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs 1993-cü ildə F.Şükürov adına Lürən kənd tam orta məktəbin İ sinfinə daxil olmuş, 2003-cü ildə həmin məktənbin 11-ci sinfini bitirmişdir. 2004- 2006-cı illərdə hərbi xidmətdə olmuşdur. 2006-2007-ci illərdə Embavood şirkətində fəhlə kimi çalışmış, 2007-2008-ci illərdə Bakı şəhəri, Binəqədi rayonunda süd məhsulları zavodunda işləmiş, 2008-2016-cı illərdə fərdi əməklə məşğul olmuş, 2016-2017-ci illərdə Kolin şirkətində fəhlə kimi çalışmışdır. 2017-ci ildən fərdi əməklə məşğuldur. Ailəlidir, bir övladı var. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən və fərdi yaşayış evindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında törədilmiş əmələ görə ilk növbədə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə şəxsə ilk növbədə həmin cəzanın təyin edilməsinin mümkünlüyü məsələsini qiymətləndirməlidir. Məhkəmə tərəfindən cəza təyin edilərkən şəxsə daha ağır cəzanın təyin edilməsi o halda məqbul hesab edilə bilər ki, təyin ediləcək yüngül cəza cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 yanvar 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 448,547 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk və Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış və götürmə aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 25 yanvar 2024cü il tarixindən 27 yanvar 2024-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 448,547 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk və Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış və götürmə aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-76/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-76/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver