Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-77/2023 12.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1980-cı il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin Boradigah PBnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində saxlanılaraq Boradigah PB-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qəhvəyi-qara rəngli gödəkçənin sol iç hissəsindən üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli sellofan bağlamadan ümumi təmiz çəkisi 375 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əsasən narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə bədənində kəskin ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə təxminən saat 08 radələrində yaşadığı evdən çıxaraq Lənkəran şəhəri “Ləvəngi” adlanan yerə getmişdir. Təxminən saat 09 radələrində “Ləvəngi” adlanan yerdə olan zaman xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs onda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, istəsə ona verə biləcəyini bildirdikdə, o, həmin şəxslə razılaşmış və həmin şəxs bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamanı göstərərək, bağlamada olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin bağlamanı 230 manata satdığını bildirmişdir. O, həmin şəxslə razılaşaraq 230 manat pulu verib 01 ədəd qara rəngli sellofan bağlamanı ondan almış və üzərində olan qəhvəyi-qara gödəkçənin sol iç hissəsində gizlədərək Masallı rayonu, Boradigah qəsəbəsi ərazisinə gəlmişdir. Gün ərzində Boradigah qəsəbəsi ərazisində olmuş və havanın qaralmasını gözləmişdir. Təxminən saat 18 radələrində Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində piyada hərəkət edən zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Masallı RPŞ-nin Boradigah PB-nin polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, o, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmiş və polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-nin Boradigah PB-yə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Boradigah PB-nə getmişdir. PB-nə gəldikdən sonra təhqiqatçı Nəsimi Ağayev qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq PB-nə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdikdə, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı Nəsimi Ağayev ona üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirərək, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o, əynində olan qəhvəyi-qara rəngli gödəkçənin sol iç hissəsində saxladığı üzəri yapışqan lentlə bağlanmış içərisində qara rəngli sellofan bağlamanı çıxararaq təhqiqatçıya təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərində axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkmiş, çəkisinin 404 qram olduğu müəyyən olunmuşdur. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis X7 Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik kütləsi daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın realizə edilməsi məqsədilə PB-nin rəisinin əmri ilə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində polis nəfərləri Şahid2 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs Masallı rayonu, Boradigah qəsəbəsi, C.Cabbarlı küçəsində piyada hərəkətdə olmasını görüb ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Sonra Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, sonuncu heç bir cavab verməyib özünü daha da şübhəli apardığı üçün Boradigah PB-nə dəvət edilmişdir. Bölmədə təhqiqatçı X10 Ağaliyevə tutulma səbəbini, şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə yazılı bildiriş vermişdir. Bu zaman Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Sonra təhqiqatçı X10 Ağaliyevə videoçəkilişlə üzərində şəxsi-axtarış keçiriləcəyini bildirərək, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif etdikdə, sonunucu əynində olan qəhvəyi-qara rəngli gödəkçəsinin sol iç hissəsindən bir ədəd üzəri yapışqanlı lentlə bağlanmış qara rəngli sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs bağlamanın içərisində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, təxmini çəkisinin 350-400 qram olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərində yerləşən “Ləvəngi dairəsi” adlanan ərazidə tanımadığı şəxsdən 230 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi-axtarış davam etdirilsə də, sonuncunun üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı əşya, maddə və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 404 qram müəyyən olunmuş, zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunmuş və imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin Bordigah PBnin polis nəfərləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Masallı RPŞ-nin Boradigah PB-nin polis nəfərləri Şahid2 və Şahid3, Masallı RPŞ-nin baş inspektor kriminalisti, polis leytenantı X5 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X6 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi-qara rəngli gödəkçəsinin sol iç hissəsindən bir ədəd üzəri yapışqanlı lentlə bağlanmış qara rəngli sellofan bağlamanı çıxarıb təqdim edərək, bağlamanın içərisində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərində yerləşən “Ləvəngi dairəsi” adlanan ərazidə tanımadığı şəxsdən 230 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim edilmiş bir bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkmiş, ümumi çəkisinin 404 qram olduğunu müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və üzərinə imzalar edilmişdir. Həmçinin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(050)-156/2019 saylı hökmündən və Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.3,234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 9 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilmişdir. İş materiallarinda olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4 (050)- 22/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 fevral 2023cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 11 fevral 2023-cü il tarixli 19/182 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Masallı rayon Boradigah qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə qurudulmuş marixuana.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi:- 375 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Marixuananın təmiz çəkisi-0,375 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-374,95 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 13 fevral 2023-cü il tarixli 179 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni əvvələr də eyni xarakterli cinayət əməli törətdiyi üçün məhkum olunmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, narkotik vasitələrin aludəçisi olduğunu, polinarkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 374,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 374,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-77/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-77/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver