Məhkəmə qərarları › İş №1(050)-8/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-8/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-8/2024 12.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Hüeynbala oğlunun və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxxxx 1967-ci ildə Yardımlı rayonu Horavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Yardımlı rayonu A.İ.Alyarov adına Horavar kənd tam orta məktəbində tarix fənni üzrə müəllim işləyən, Yardımlı rayonu Horavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 6000 manat pul müqabilində sonuncunun əvvəllər əlilliklə bağlı təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Xətai» parkında 4000 manat nağd pulu, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF X17 həyətində 2000 manat nağd pulu, ümumilikdə vahid niyyətlə 6000 manat nağd pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 6000 manat pul müqabilində sonuncunun tanışı Şahid1 üçün əvvəllər əlilliklə bağlı təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Xətai» parkında Zərərçəkmiş şəxs2 6000 manat nağd pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 4000 manat pul müqabilində sonuncunun tanışı Şahid2 üçün əvvəllər əlilliklə bağlı təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Xətai» parkında Zərərçəkmiş şəxs2 4000 manat nağd pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 4000 manat pul müqabilində sonuncunun tanışı Zərərçəkmiş şəxs3 üçün əvvəllər əlilliklə bağlı təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Xətai» parkında Zərərçəkmiş şəxs3 4000 manat nağd pulunu Zərərçəkmiş şəxs2 vasitəsilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 5000 manat pul müqabilində sonuncunun tanışı Zərərçəkmiş şəxs4 üçün əvvəllər əlilliklə bağlı təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Xətai» parkında Zərərçəkmiş şəxs4 5000 manat nağd pulunu Zərərçəkmiş şəxs2 vasitəsilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 4000 manat pul müqabilində sonuncunun tanışı Şahid3 üçün əvvəllər əlilliklə bağlı təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Xətai» parkında Zərərçəkmiş şəxs2 4000 manat nağd pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs5 2000 manat pul müqabilində sonuncunun oğlu Tahir Ağayevə əlilliklə bağlı pensiya təyin etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs5 Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Xətai» parkında 2000 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 3000 manat pul müqabilində əlilliklə bağlı təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Masallı şəhəri «Xətai» parkında 2000 manat nağd pulu, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Masallı rayonu Qarğalıq kəndində yerləşən “Qarğalıq market” ərzaq mağazasındaki milliön ödəmə terminalı vasitəsilə istintaqa məlum olmayan kart hesabına köçürülmə yolu ilə 500 manat pulu, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Masallı rayonu Qarğalıq kəndində yerləşən “Qarğalıq market” ərzaq mağazasındaki milliön ödəmə terminalı vasitəsilə istintaqa məlum olmayan kart hesabına köçürülmə yolu ilə 500 manat pulu, ümumilikdə 3000 manat pulu vahid niyyətlə Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X15 ilə Bakı şəhərində yerləşən Topçubaşov adına xəstəxanada tanış olmuşlar. Aralarında olan razılaşmaya əsasən Cəvahirə sənəd almaq üçün ondan 1000 manat pul almışdır. Həmin günün səhəri Cəvahirin pulunu qaytarsa da, aralarında olan anlaşılmazlıq üzündən Cavahir Masallı Rayon Polis Şöbəsinə onun barəsində şikayət etmişdir. Daha sonra Cavahir polis şöbəsinə teleqram göndərərək ondan heç bir şikayəti olmadığını bildirmişdir. O, zərərçəkmiş Zərərçəkmiş şəxs5 qarşı törətdiyi epizodla bağlı bildirdi ki, Zərərçəkmiş şəxs5 övladının pensiyaya çıxarılması adı ilə ondan 2000 manat pul almışdır. Həmin günün səhərisi o, zəng edərək uşağı xəstə olduğu üçün həmin pulun geri qaytarılmasını istəmiş, o, da həmin puldan 1000 manat qaytarmışdır. Daha sonra qaytarılmamış qalan 1000 manat puldan hisə-hissə qaytarmış, hazırda Zərərçəkmiş şəxs5 200 manat qaytarılmamış maddi ziyanı qalmışdır. Zərərçəkmiş şəxs4 qarşı törətdiyi dələduzluq əməli üzrə bildirdi ki, Zərərçəkmiş şəxs4 əlilik dərəcəsini bərpa etdirəcəyi vədini verməklə ondan 5000 manat pul almışdır. Həmin puldan xx.xx.2024-cü il tarixdə 700 manat, daha sonra ayrı-ayrı vaxtlarda müəyyən məbləğdə pul qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs4 2900 manat qaytarılmamış dəymiş ziyanı mövcuddur. Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 vasitəsi ilə 4000 manat pulu əlilliklə bağlı təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verməklə xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Xətai» parkında almışdır. Həmin puldan 800 manat qaytarmış, 3200 manat borclu qalmışdır. Zərərçəkmiş şəxs2 ayrı-ayrı vaxtlarda 6000 manat əlilliklə bağlı dayandırılmış pensiyasının bərpa etdirəcəyi üçün pul almışdır. Həmin puldan verdiyi vədə əməl edə bilmədiyi üçün 1800 manat qaytarmışdır. Qalan pulu da qaytaracaqdır. O, Zərərçəkmiş şəxs2 Şahid1 əlilliyi ilə bağlı 28 fevral 2022-ci ildə 6000 manat, Şahid2 əlilliyi ilə bağlı 28 fevral 2022-ci ildə 4000 manat və Şahid3 əlilliyi ilə bağlı 08 mart 2022-ci ildə 4000 manat pulunu almamışdır. Həmin pulları Zərərçəkmiş şəxs2 alsa da, ona verməmişdir. O, yalnız Salehin özünün əlilliyi ilə bağlı pensiyasının bərpa olunması ilə bağlı 12 fevral 2022-ci ildə 4000 manat, 30 mart 2022-ci ildə isə 2000 manat, cəmi 6000 manat pulunu almışdır. Halhazırda Zərərçəkmiş şəxs2 4200 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, aralarındakı razlığa əsasən Zərərçəkmiş şəxs5 dəymiş ziyana görə 200 manat, Zərərçəkmiş şəxs3 dəymiş ziyana görə 3200 manat, Zərərçəkmiş şəxs2 dəymiş ziyana görə 4200 manat, Zərərçəkmiş şəxs4 dəymiş ziyana görə 2900 manat hissə-hissə ödəyəcəkdir. Şahid1, Şahid2 və X1 pulunu Zərərçəkmiş şəxs2 özü ödəmişdir. Onun arvadı və üç övladından ikisi anadangəlmə lal və kardır, 3-cü dərəcə əlildirlər, bir övladı isə kordur, psixi xəstədir, 2-ci dərəcə əlildir. Ailə üzvləri hamısı onun himayəsindədir, onların sosial təlabatlarını, gündəlik qayğılarını o, icra edir. Göstərilənləri və ailəsində 4 nəfər əlil şəxsin olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara vurmuş olduğu ziyanın bir qismini ödəməsini nəzərə alaraq barəsində həbslə ələqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Birinci Qarabağ döyüşlərində xəsarət aldığına görə xx.xx.2014-cü il tarixdə ona İİ dərəcə müharibə əlili statusu verilmiş və aylıq 470 manat pensiya və 350 manat prezident təqaüdü almışdır. 2022-ci ilin yanvar ayından onun İİ qrup müharibə əlilliyi statusu ləğv edilmişdir. Bundan sonra o, dolayı yollarla əlilliyini bərpa etdirməyə çalışmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 6-cı mikrorayon Cavadxan küçəsində yerləşən X19 getmiş, orada əlilliyinin ləğv edilməsinin səbəbini aydınlaşdırmaq istəyərkən həmin mərkəzdə onun müraciətinə baxılmamış və buna görə də o, əsəbi halda mərkəzdən çölə çıxmışdır. Həmin vaxt bir nəfər şəxs ona yaxınlaşıb əsəbləşməsinin səbəbini soruşduqda o, həmin şəxsə ümumi vəziyyəti izah etmişdir. Həmin şəxs özünü Ramazan kimi təqdim edərək ərzaq mağazasından ona su alıb vermişdir. Ramazan onun Masallı rayonundan olmasını bildikdən sonra, özünün də Yardımlı rayonundan olduğunu bildirmişdir. Ramazan ona pul qarşılığında əlilliyini bərpa etdirə biləcəyini və deputat Razi Nurullayev ilə tanışlığının olduğunu, Yardımlı rayonunda müəllim işlədiyini bildirmişdir. O, Ramazanın danışığından ziyalı bir insana oxşamasına inanıb nə qədər pul lazım olduğunu soruşmuş, Ramazan ona 6000 manat pul müqabilində onun əlillik dərəcəsini bərpa etdirə biləcəyinə dair söz vermişdir. O, Ramazana xx.xx.2022-ci il tarixdə qızına toy məclisi keçirəcəyini və toydan sonra həmin pulu ona verə biləcəyini bildirmişdir. Daha sonra razılaşmışlar və o, oradan uzaqlaşıb yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə Ramazanla razılaşdığı 6000 manat pulun 4000 manatını düzəldib ona zəng edərək bu barədə məlumat vermişdir. Ramazan ona Masallı rayonuna getməyini və «Xətai» parkında görüşüb pulu ona təqdim etməyini demiş, bundan sonra o, həmin gün Bakı şəhərindən Masallı şəhəri ərazisində yerləşən «Xətai» parkına gedib saat 15 radələrində Ramazanla görüşmüşdür. Həmin parkda yerləşən çay evində ona 4000 manat pulu vermiş və qalan 2000 manat pulu isə 1 ay ərzində verəcəyini demişdir. Ramazan ondan 4000 manat pulu aldıqdan sonra qalan 2000 manat pulu da ona qısa müddətə verməyini, əlillik dərəcəsini 3 ay müddətində bərpa edəcəyinə dair söz vermişdir. Həmçinin orada Ramazan ona əlavə nə qədər adam olsa işinin daha da tez həll olunacağını bildirmişdir. O, da Ramazana öz tanışlarına deyəcəyini razı olarlarsa onunla tanış edəcəyini demişdir. Bundan sonra birinci Qarabağ müharibəsində döyüş yoldaşları olan Masallı rayon Qodman kənd sakini Şahid1, Masallı rayonu Kürdəbaz kənd sakini Əlikömək Bünyatova və Masallı rayonu Şərəfə kənd sakini Zərərçəkmiş şəxs3 məlumat vermişdir. Həmin şəxslərin də əlillik dərəcəsinə görə təyin edilmiş pensiyaları kəsildiyindən onunla razılaşmışlar. O, da buna görə Ramazana zəng edib həmin şəxslərin barəsində müvafiq məlumatları vermişdir. Daha sonra Ramazan ona Əlikömək Bünyatovun və Zərərçəkmiş şəxs3 ondan az pensiya alması səbəbindən onların əlillik dərəcələrini bərpa etdirmək üçün hər birinin 4000 manat pul verməsini, Şahid1 isə onunla eyni miqdarda pensiya aldığı üçün onun 6000 manat pul verməli olduğunu bildirmişdir. O, da həmin şəxslərin hər birinə bu barədə məlumat vermişdir. Əlikömək Bünyatov, Zərərçəkmiş şəxs3 və Şahid1 onunla razılaşmışlar. Həmçinin həmin ərəfələrdə o, Masallı rayon Mərkəzi Xəstəxanasında olarkən Masallı rayonu Yelağac kənd sakini Şahid2la tanış olmuşdur. Şahid2 ona əlillik dərəcəsinə görə təyin edilmiş pensiyasının dayandırıldığını və bu məqsədlə xəstəxanaya getdiyini demiş, sonra onlar İ Qarabağ döyüşlərindən danışmışlar və Nazimyə Ramazan adlı tanışının olduğunu və bu işləri həll edə biləcəyini bildirmişdir. Nazim ondan nə qədər pul müqabilində pensiyasını bərpa etdirə biləcəyini soruşduğu üçün o, yanında Ramazana zəng edib məlumat vermiş, Ramazan da ona 4000 manat pul müqabilində Nazimnin pensiyasını bərpa etdirə biləcəyinə dair söz vermişdir. Daha sonra o, telefon danışığını yekunlaşdırıb Nazimə bu barədə məlumat vermişdir. Nazim onunla razılaşdıqdan sonra təxminən iki ay sonra həmin pulu ona verə biləcəyini bildirmişdir. O, yenidən Ramazana bu barədə məlumat verib Nazimlə sağollaşıb oradan uzaqlaşıb getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Bakıdan Masallı rayonuna gəmiş, həmin gün saat 11 radələrində Masallı şəhəri Köhnə Bazar adlanan ərazidə İsmayılla görüşüb ondan 6000 manat pulu götürmüşdür. Daha sonra yenə Köhnə Bazar adlanan ərazidə saat 13 radələrində Nazimlə görüşüb ondan 4000 manat pulu almış və oradan birbaşa Masallı rayonu Şərəfə kəndinə yola düşüb orada da Rövşəndən 4000 manat pulu alıb ümumilikdə 14000 manat pulu hazır etmişdir. Lakin, onun Ramazanın onlara qarşı dələduzluq niyyətinin olmasından məlumatı olmamışdır. Həmçinin tanışları Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs3 onların əlillik dərcələrinin bərpa etdirilməsi məqsədilə aldığı pulu da Ramazana vermək üçün alıb götürmüşdür. Həmin gün axşam saatlarında Ramazana zəng edib Əlikömək Bünyatovdan başqa digərlərinin pulunu hazır etdiyini bildimişdir. Ramazan da ona növbəti gün 10:30-da Masallı şəhər «Xətai» parkında onunla görüşəcəyini və həmin saatda orada olmağını bildirmişdir. O, da telefonu söndürmüş və xx.xx.2022-ci il tarixdə saat 10:30-da Masallı şəhər «Xətai» parkında yerləşən çay evinə getmişdir. Həmin vaxt Ramazan ora gəlib stola əyləşmədən ondan 14000 manat pulu alıb onların işləri ilə əlaqədar Bakı şəhərinə gedəcəyini demişdir. O, Ramazana inanıb pulu verib oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Abşeron rayonu Xırdalan şəhərində tanışı Əlikömək Bünyatov ilə görüşmüş və orada Əlikömək ona 4000 manat pulu vermişdir. Bundan sonra o, Ramazana zəng edib bu barədə ona məlumat vermişdir. Ramazanla təyin etdiyi gün yəni, xx.xx.2022-cü il tarixdə səhər saatlarında Bakı şəhərindən Masallı rayonu ərazisinə gəlib saat 13:30 radələrində Masallı şəhəri Köhnə Bazar adlanan yerdə Ramazanla görüşüb ona Əlikömək Bünyatovdan aldığı 4000 manat pulu ona vermişdir. Həmin gündən təxminən 10 gün sonra Ramazan ona zəng edib ona qalıq qalmış 2000 manat pulu nə vaxt verəcəyini soruşmuşdur. O, da Ramazana qısa zaman ərzində həll edəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə o, tanışlarından borc aldığı 2000 manat pulu Bakı şəhəri Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF park yaşayış massivinin həyətində yerləşən çay evində Ramazan ilə görüşüb ona həmin pulu vermişdir. Bundan sonra Ramazanla xoş münasibəti bir müddət davam etmişdir. Lakin, o, onların işlərinin alınmadığını görmüşdür və Ramazan haqqında tanışlarından maraqlanmışdır və onun dələduz olmasını öyrənmişdir. Buna görə Ramazana zəng edib ona geri istəmişdir. Ramazan isə hər dəfə onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Təxminən bir il ərzində o, Ramazandan pulunu ala bilmədiyi üçün 2023-cü ildə məcbur olub tanışlarından borc alıb Şahid1 aldığı 6000 manat pulu, Şahid2 aldığı 4000 manat pulu və Əlikömək Bünyatovdan aldığı 4000 manat pulu geri qaytarmışdır. Maddi imkanı olmadığından Zərərçəkmiş şəxs3 aldığı 4000 manat pulu geri qaytara bilməmişdir. Buna görə də hər gün Ramazana zəng etməyə başlamışdır. Ramazan da buna görə Zərərçəkmiş şəxs3 yaşadığı ünvana gedərək 4000 manat pulu özünün geri qaytaracağını söz vermişdir. Bu səbəbdən o, Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bundan başqa 2022-ci ilin fevral ayının əvvəllərində Masallı rayonu Həsənli kənd sakini Zərərçəkmiş şəxs4 ilə Masallı şəhəri «Xətai» parkında yerləşən “Çay evində” söhbət edərkən o, Siyavuşa əlilliklə bağlı ona təyin olunmuş pensiyanın dayandırıldığını və Yardımlı rayonundan olan Ramazan adlı tanışının ona pul müqabilində pensiyasını bərpa etdirəcəyinə dair söz verdiyini, istəyirsə ona da bu istiqamətdə kömək edə biləcəyini bildirmişdir. Sonra o, Siyavuşun xahişiylə Ramazanla danışmışdır. Ramazanda ona 5000 manat pul müqabilində Siyavuşun pensiyasını bərpa edə biləcəyinə dair söz vermişdir. Siyavuş onunla razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Masallı şəhəri ərazisində yerləşən «Xətai» parkında onunla görüşüb həmin 5000 manat nağd pulu ona vermişdir. O da həmin gün həmin yerdə Ramazanla görüşüb pulu ona vermişdir. O, Şahid2, Şahid1 və X3 qaytarmış olduğu pulları tələb etmir. Lakin öz əlilliyi üçün Ramazanın ondan aldığı 6000 manat puldan 1800 manat ödəniş etmişdir. Aralarında razılaşmalara əsasən qalan 4200 manat maddi ziyan ona hissə-hissə qaytaracaqdır. Ailə vəziyyəti ilə əlaqədar təsdirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə ələqədar olmayan cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə ona dəymiş 4200 manat maddi ziyan pulun hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə edildiyini və X4 azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2lə 1-ci Qarabağ müharibəsində birlikdə döyüş yoldaşı olmuşlar. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Saleh vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs pensiya düzəltmək işi ilə məşğul olur. O, dayandırılmış əlilik pensiyasının bərpa edilməsi məqsədilə Zərərçəkmiş şəxs2 4000 manat pul vermişdir ki, Ramzan Tarverdiyevə versi. Özünündə iştirakı ilə Saleh Ramazana əlilik pensiyasının bərpa edilməsi məqsədilə 4000 manat pul vermişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq işinin alınmadığını görüb Zərərçəkmiş şəxs2 pulunu tələb etməyə başlamışdır. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs evinə gələrək, onun Salehə verdiyi 4000 manat pulu özünün aldığını və yaxın müddətdə qaytaracağını söz vermişdir. Sonradan Ramazanla telefon əlaqəsi saxlaya bilməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona olan borcundan 700 manat ödəniş etmiş və 3300 manat ödənilməmiş pulu qalmışdır. Aralarında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs ona 3300 manat vurmuş olduğu maddi ziyanı hissə-hissə ödəyəcəkdir. Ailə vəziyyətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə ələqədar olmayan cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə ona dəymiş 3200 manat maddi ziyan pulun hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə edildiyini və X4 azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 1-ci Qarabağ döyüşlərində iştirak edərkən sağ çiyin nahiyəsindən güllə yarası xəsarəti aldığı üçün 2001-ci ildə ona İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. O, hər ay 300 manat pensiya almışdır. 2021-ci ilin fevral ayında ona təyin edilmiş pensiya dayandırılmış, buna görə də o, pensiyasını bərpa etdirməyə çalışmışdır. Bu məqsədlə bir neçə dəfə Bakı şəhərində yerləşən X19 getmiş və heç bir nəticə əldə etməmişdir. Zərərçəkmiş şəxs2 uzun müddətdir tanıyır. 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ilə Masallı şəhəri «Xətai» parkında yerləşən “Çay evində” söhbət edərkən Saleh ona əlilliklə bağlı ona təyin olunmuş pensiyasının dayandırıldığını və Yardımlı rayonundan olan Ramazan adlı tanışının ona pul müqabilində pensiyasını bərpa etdirəcəyinə dair söz verdiyini, istəyirsə 5000 manat pul müqabilində onun pensiyasını bərpa etdirə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Salehə zəng edərək onunla görüşmək istədiyini bildirmiş, həmin gün saat 15 radələrində Masallı şəhəri ərazisində yerləşən «Xətai» parkında Salehlə görüşüb ona 5000 manat nağd pulu vermişdir. Həmin söhbətdən təxminən bir ay sonra Saleh ona zəng edərək Ramazanın onu Bakı şəhərində yerləşən X14 gözlədiyini demişdir. O da razılaşıb növbəti gün həmin yerə getmiş, orada Ramazan adlı şəxslə tanış olmuş və onunla söhbət etdikdən sonra Ramazan içəri daxil olub təkrar 10 dəqiqə sonra çölə çıxmış və ona işinin qısa zaman ərzində həll olunacağını bildirmişdir. Sonra o, oradan uzaqlaşıb Ramazanla sağollaşıb yaşadığı ünvana geri qayıtmışdır. Lakin, uzun müddət keçməsinə baxmayaraq onun pensiyası bərpa olunmamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yerləşən X14 komissiyadan keçdikdən sonra xx.xx.2023-cü il tarixdə ona imtina cavabı verilmişdir. O, həmin vaxt Ramazanın onu aldatdığını düşünüb Salehə zəng etmiş, Saleh ona Ramazanın onunla yanaşı bir neçə nəfər şəxsi də aldatdığını və pulları öz şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurmuş olduğu 5000 manat maddi ziyanı ibtidai istintaq dövründə və məhkəmə istintaqı dövründə bir qismini ödəmiş, qalan 2900 manatı hissə-hissə ödəməsi barədə aralarında razılıq əldə edilmişdir. Təqsirləndirilən şəxs X2 ailə vəziyyəti ilə əlaqədar olaraq, barəsində azadlıqdan məhrumetmə ilə ələqədar olmayan cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə ona dəymiş 2900 manat maddi ziyan pulun hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə edildiyini və X4 azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, xx.xx.2004-cü il təvəllüdlü oğlu Tahir Ağayevə xəstəliyinə görə pensiya təyin etdirmək istəmişdir. Bu məqsədlə o, uşağının xəstəlik sənədlərini götürərək Masallı şəhəri «Xətai» parkında yerləşən pensiya təyin edilən idarəyə gedərək uşağına pensiya düşüb düşməməsini aydınlaşdırsın. O, «Xətai» parkında yerləşən çayxanada olan zaman Ramazan adlı şəxslə tanış olmuş, aralarındakı söhbət zamanı o, Ramazana oğlunun xəstə olduğunu və ona pensiya təyin etdirmək istədiyini, buna görə də pensiya təyin edilən idarəyə gəldiyini bildirmişdir. Ramazan ona bildirmişdir ki, oğlunun xəstəlik sənədlərini pensiya təyin edilən idarənin rəhbərinə pensiya düşüb düşmədiyini aydınlaşdırmaq göstərib gəlir. Bir müddət keçdikdən sonra Ramazan qayıdaraq oğluna pensiya düzəldəcəyini, pensiya təyin etdirmək üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. O, da Ramazana inanıb bir neçə gün sonra «Xətai» parkında yerləşən çay evində Ramazana əvvəlcə 1800 manat, daha sonra 200 manat pul vermişdir. Lakin, vaxt keçdikcə Təqsirləndirilən şəxs onu aldatdığını və oğluna dair sənədləri heç bir orqana təqdim etmədiyini görüb Ramazana zəng edərək pulunu geri qaytarmasını tələb etmişdir. xx.xx.2023-cü il tarixdə Ramazan ona zəng edib şikayət etməməyini və aldığı puldan 500 manatı qaytarmaq istədiyini, qalan 1500 manat pulu isə yaxın günlərdə qaytara biləcəyini və ona kart hesab nömrəsi atmağını xahiş etmişdir. O, yenə Ramazana inanıb pulunu almaqdan ötrü oğlu Tahir Ağayevin adına olan plastik kartın ön şəkilini çəkib whatsapp ani danışıq sistemi vasitəsilə Ramazana göndərmişdir. Həmin gün Ramazan həmin kart hesabına 500 manat pul ödəmişdir. Daha sonra Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ona dəymiş ziyandan hissə-hissə ödəmişdır. X7 ödənilməmiş 200 manat məbləğində dəymiş ziyan qalmışdır. Aralarında razılığa əsasən həmin pulun hissə-hissə ödənilməsi təmin ediləcək. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq barəsində həbslə ələqədar omayan cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə ona dəymiş 200 manat maddi ziyan pulun hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə edildiyini və X4 azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Ona 2009-cu ildə xəstəliklə bağlı pensiya təyin olunmuşdur. 2021-ci ilin iyun ayında pensiyası dayandırılmışdır. Buna görə də bir neçə dəfə Bakı şəhərində yerləşən X19 gedib pensiyasının bərpa edilməsinə çalışsa da heç bir nəticə əldə etməmişdir. Sonuncu dəfə 2023-cü ilin mart ayının sonlarında yenə də Bakı şəhərində yerləşən X19 getmiş və özünə aid müvafiq sənədləri təqdim etdikdən sonra çıxıb Masallı rayonuna gəlmək üçün taksi faəliyyətilə məşğul olan tanımadığı şəxsə məxsus avtomobilə əyləşərkən sonradan adının Ramazan olduğunu bildiyi şəxsin də həmin avtomobildə olduğunu görmüşdür. Yolboyu söhbət edərkən Ramazana xəstəliklə bağlı pensiyasının dayandırıldığını və bərpa etmək istədiyini bildirmişdir. Ramazan ona yüksək vəzifədə işləyən tanışlarının olduğunu və onun pensiyasını bərpa etdirə biləcəyini və bunun müqabilində 3000 manat pul lazım olduğunu bildirmişdir. O, da Ramazana əri X13 ilə məsləhətləşdikdən sonra məlumat verəcəyini bildirmişdir. Həmin vaxt Ramazan ana mobil telefon nömrəsini bir kağıza yazıb vermişdir. O, həmin gün Masallı rayonu Qarğalıq kəndində yerləşən fərdi yaşayış evinə gəldikdən sonra əri Firdovsi Fərəcov ilə məsləhət edib ərinin razılığını almışdır. Sonra öz tanışlarından 2000 manat borc pul alıb xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Masallı şəhəri «Xətai» parkında Ramazanla görüşüb ona 2000 manat nağd pulu əlbəl vermişdir. Daha sonra qalan pulu isə hissə-hissə verə biləcəyini bildirmişdir. Ramazan da onunla razılaşmış və o, oradan uzaqlaşıb yaşadığı evə geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə yenə 500 manat pul düzəldib Ramazana zəng etdiyi zaman Ramazan hazırda xatırlamadığı kart hesabının nömrəsini ona demiş və həmin gün Masallı rayonu Qarğalıq kəndində yerləşən “Qarğalıq market” adlı ərzaq mağazasında saat 20:34-də milliön ödəmə terminalı vasitəsilə Ramazanın ona dediyi kart hesabına göndərmişdir.Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yenə 500 manat pul düzəldib Ramazana zəng etdiyi zaman Ramazan əvvəllər dediyi kart hesabını təkrar ona deyərək həmin hesaba pulu ödəməyini bildirmiş və o, da Ramazana görə həmin gün saat 14 radələrində Masallı rayonu Qarğalıq kəndində yerləşən “Qarğalıq market” adlı ərzaq mağazasında milliön ödəmə terminalı vasitəsilə Ramazanın dediyi kart hesabına 500 manat pulu göndərmişdir. Sonradan Ramazanın onun işini həll etmədiyini görüb Ramazandan pulunu geri qaytarmağını tələb etdiyi zaman, Ramazan onun verdiyi 3000 manat pulun 1000 manatını ona geri qaytarmışdır. Lakin, hazıradək Ramazan onun 2000 manat pulunu geri qaytarmadığı üçün o, Masallı RPŞ-yə yaxınlaşıb Ramazanın barəsində şikayət etmişdir. Hazıradək Ramazan onun 2000 manat pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona xəstəliklə bağlı təyin edilmiş pensiyaım bərpa etdirəcəyinə dair vəd verərək ondan 3000 manat pul istəmiş, o, həmin pulun 2000 manat məbləğini xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Masallı şəhəri «Xətai» parkında Ramazana əlbəl, xx.xx.2023-cü il saat 20:34-də verdiyi kart hesabına 500 manat, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yenə həmin karta 500 manat ödəməklə vermişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş, teleqram vuraraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O, 1-ci Qarabağ döyüşlərində iştirak edərkən qapalı kəllə-beyin travması almış və 2016-cı ildə ona İİ dərəcə əlillik təyin edilərək aylıq 130 manat pensiya almışdır. 2021-ci ilin iyun ayında ona təyin edilmiş pensiya dayandırılmışdır. Buna görə o, yenidən pensiyanı bərpa etdirməyə çalışmışdır. O, həmin ərəfələrdə Masallı rayon Mərkəzi Xəstəxanasına gedərkən orada Masallı rayonu, Xallıcalı kənd sakini Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 orada ona əlillik dərəcəsi ilə bağlı pensiyasını ancaq pul verəcəyi təqdirdə bərpa ediləcəyini əks halda əliliyini bərpa olunmayacağını bildirdi. O, Salehə əlilik pensiyasının bərpa edilməsi adı ilə 4000 manat pul vermişdir. Saleh ona 3 ay ərzində əlilik məsələnin həllini tapacağını bildirmiş, həmin müddət ötdükdən sonra Salehə zəng edərək əlilik pensiyasının bərpa olunması məsələsi ilə maraqlandıqda Saleh ona işinin alınmadığını bildirmişdir. O, da Salehdən pulunun geri qaytarılmasını tələb etmiş və hissə-hissə pulu geri qaytarılmışdır. O, ümumiyyətlə Ramazan adlı şəxsi tanımır, onu birinci dəfə görür. Salehdə Ramazan haqqında ona heç bir söz deməmişdir. Onun əlillik pensiyasının bərpa etməsini Saleh öhdəsinə götürmüşdür. Onun hazırda nə Zərərçəkmiş şəxs2, nə də ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1992-ci ildə 1-ci Qarabağ döyüşlərində iştirak edərkən sol bud nahiyəsindən qəlpə yarası aldığı üçün 2005-ci ildə ona İİ dərəcə əlillik təyin edilmiş, aylıq 279 manat pensiya təyin edilmişdir. 2021-ci ilin avqust ayında ona təyin edilmiş pensiya dayandırılmışdır. O, Zərərçəkmiş şəxs2 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi tanıyır, aralarında səmimi münasibət yaranmışdır. Əlillik pensiyasının dayandırılması ilə bağlı ara-sıra Zərərçəkmiş şəxs2lə söhbətləri olmuş, Zərərçəkmiş şəxs2 ona bir tanışının olduğunu, onun əlillik pensiyasının bərpa edə biləcəyini söyləmişdir. O, da əlillik pensiyasının bərpa olunması üçün Salehə 4000 manat pul vermişdir. Saleh onun yanında müxtəlif vaxtlarda dağlı ləhcəsi olan tanımadığı adamla əlillik pensiyası ilə bağlı danışmışdır. Özü də Saleh vasitəsi ilə həmin adamala danışsada adının kim olduğunu bilməmişdir. Əlillik pensiyasının bərpa olunmadığını gördükdə Salehə verdiyi pulu qaytarmasını tələb etmiş, o, da qaytarmışdır. Onun hazırda nə Zərərçəkmiş şəxs2, nə də ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 Masallı RPŞ-yə etdiyi şikayətin məzmunu ilə tanış olmuşam. Zərərçəkmiş şəxs2 1993-cü ildə İ Qarabağ döyüşlərində iştirak edərkən tanımış və döyüş yoldaşı olmuşlar. Zərərçəkmiş şəxs2lə hal-hazıradək aralarında heç bir ədavət, düşmənçilik və qərəzli münasibəti olmamışdır. O, 1994-cü ildə İ Qarabağ döyüşlərində iştirak edərkən sağ kürək nahiyəsindən qəlpə yarası və qapalı kəllə-beyin travması xəsarətlərini almış və 2010-cı ildə ona təyin edilmiş İİ qrup əlillik dərəcəsinə görə aylıq 700 manat pensiya almışdır. 2021-ci ilin dəqiq xatırlamadığı ayında ona təyin edilmiş pensiya dayandırılmışdır. Buna görə o, yenidən pensiyasını bərpa etdirməyə çalışmışdır. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs2 də pensiyası dayandırılmışdır. Salehlə mobil telefon da danışan zaman Saleh ona Ramazan adlı tanışının pul müqabilində pensiyalarını bərpa etdirə biləcəyini bildirmişdir. O, da Salehdən Ramazan adlı şəxsin onun əlillik dərəcəsinə görə təyin edilmiş pensiyasını hansı pul miqdarında bərpa etdirə biləcəyini soruşmuşdur. Saleh ona Ramazan adlı tanışı ilə danışdıqdan sonra dəqiq miqdarı deyə biləcəyini bildirmişdir. Həmin gündən 2-3 gün sonra Saleh ona zəng edərək Ramazan adlı tanışının ona əlillik dərəcəsinə görə təyin edilmiş pensiyanı 6000 manat pul müqabilində bərpa etdirə biləcəyini demişdir. O, da Salehlə razılaşmış və dəqiq xatırlamadığı tarixdə Masallı şəhəri ərazisində yerləşən «Xətai» parkında Salehlə görüşüb heç bir şəxsin onları görmədiyi yerdə Salehə 6000 manat pulu vermişdir. Lakin, təxminən 1 il müddətində o, pensiyasının bərpa edilmədiyini görüb Salehdən 6000 manat pulumu geri qaytarmasını tələb etmişdir. Saleh də 2022-ci ilin mart ayının əvvəllərində Masallı şəhəri ərazisində yerləşən «Xətai» parkında görüşdükləri zaman Zərərçəkmiş şəxs2 ona Ramazan adlı şəxsin onu aldatdığını və verdiyi vədə əməl etmədiyini, Ramazanın 6000 manat pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini bildirib həmin pulu öz hesabından ona qaytardığını bildirmişdir. O da Salehə narazılığını bildirməmiş, Salehdən 6000 manat pulu alıb oradan uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır və Salehlə arasında heç bir münasibət olmamışdır. O, Zərərçəkmiş şəxs2 tanımış və Saleh ona Ramazan adlı tanışının əlillik dərəcəsinə görə təyin edilmiş pensiyasını bərpa etdirəcəyini və verdiyi 6000 manat pulu da həmin şəxsə verdiyini, lakin, həmin şəxsin verdiyi pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini və ona qaytardığı 6000 manat pulu öz hesabından verdiyini demişdir. Onun hazırda nə Zərərçəkmiş şəxs2, nə də ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan 11 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pensiyasının bərpa edilməsi üçün 3000 manat verdiyini onun üzünə qarşı deməklə təsdiq etmişdir. Cinayət işi materiallarında olan 11 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs3 Rasim oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədı dindirmə istintaq protokolundan görünür ki, Abbasov X16 Tarverdiyevə pensiyasının bərpa edilməsi üçün 4000 manat verdiyini onun üzünə qarşı deməklə təsdiq etmişdir. Cinayət işi materiallarında olan 11 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq protokolundan görünür ki, Ağayev X24 Tarverdiyevə Şahid1 əlilik pensiyasının bərpa edilməsi üçün 6000 manat, Şahid2 üçün 4000 manat, Şahid3 üçün 4000 manat, Zərərçəkmiş şəxs4 üçün 5000 manat, Zərərçəkmiş şəxs3 üçün 4000 manat pul verdiyini onun üzünə qarşı deməklə təsdiq etmişdir. Cinayət işi materiallarında olan 11 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pensiyasının bərpa edilməsi üçün 5000 manat verdiyini onun üzünə qarşı deməklə təsdiq etmişdir. Cinayət işi materiallarında olan 11 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pensiyasının bərpa edilməsi üçün 5000 manat verdiyini onun üzünə qarşı deməklə təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində göstərilən cinayətlər üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan, tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 oktyabr 2023-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və 16 may 2019-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2009cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına, xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına, xx.xx.2018-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələri tətbiq edilməklə 1 il 5 ay 16 gün azadlığın məhdudlaşdırılması və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Sonuncu məhkumluğu üzrə Biləsuvar rayon məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 il 06 ay azadlığın məhdudlaşdırılması və 3181 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qutarmış, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Yardımlı rayonu İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs icra olunmamış məhkəmə hökmü və ya qərarı yoxdur. Yardımlı RİHB-nın Horavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və Yardımlı rayonu A.İ.Alyarov adına Horavar kənd tam orta məktəbinin direktoru Z.İbrahimov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yardımlı rayonu, Horavar kəndində qeydiyatda olmaqla həyat yoldaşı-xx.xx.1968-cü il təvəllüdlü X23, oğlu-25 may 1993-cü il təvəllüdlü X8, oğlu-27 iyul 1994-cü il təvəllüdlü X9, oğlu-05 fevral 1998-ci il təvəllüdlü X5 ibarət ailə üzvləri vardır, bundan başqa Yardımlı rayonu A.İ.Alyarov adına Horavar kənd tam orta məktəbində müəllim işləyir və işlədiyi məktəbdə müsbət xarakterizə olunur. Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, xx.xx.1968-cü il təvəllüdlü X23 “Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki koxlear nevrit, eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İkitərəfli neyrosensor ağıreşitmə, sağda İV (dördüncü), solda İİİ-İV dərəcə” diaqnozu ilə İİİ dərəcə əlil kimi qeydiyyatdadır. Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, 25 may 1993-cü il təvəllüdlü X8 “Anadangəlmə lal-karlıq” diaqnozu ilə İİİ dərəcə əlil kimi qeydiyyatdadır. Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, 27 iyul 1994-cü il təvəllüdlü X9 “Anadangəlmə lal-karlıq, əqli inkişafdan geri qalma” diaqnozu ilə İİ dərəcəli əlil kimi qeydiyyatdadır. Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, 05 fevral 1998-ci il təvəllüdlü X10 “H35.5 irsi retinal distrofiyalar, OU-Piqmentli tapeto-retinal distrofiya, ağırlaşma H54.1 binokulyar, ağırgörmə pozğunluğu, binokulyar, ağırgörmə pozğunluğu, yanaşı xəstəliklər H93.3 eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki koxlear nevrit, yanaşı xəstəliklər H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, neyrosensor ağıreşitmə İİİ- İV dərəcə” diaqnozu ilə İİ dərəcəli əlil kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və dəymiş ziyanın qismən ödənilməsi Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən halllar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək Təqsirləndirilən şəxs arvadı və övladlarının əlil olmalarını, qulluğa ehtiyaclarının olmasnı və işlədiyi məktəbdə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayət əməlinə görə bir neçə dəfə məhkum olunmuş olsa da, onun hazırkı ailə vəziyyəti, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, maddi ziyanı qismən ödəməsi, qalan məbləğlərin sonradan hissə-hissə ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi, zərərçəkmiş şəxslərin heç birinin azadlıqdan məhrum edilməsini tələb etməmələrini, habelə məhkəmə cəza təyini zamanı təyin olunacaq cəzanın ailə üzvlərinin həyat şəraitinə təsirinə görə daha hümanist yanaşaraq hesab etmişdir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş və ödənilməmiş hissədə maddi ziyanla bağlı gələcəkdə mübahisə yaranarsa mülki icraat qaydasında məhkəməyə müracitə etmək hüququları izah olunmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 08 oktyabr 2023-cü il tarixdən 10 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə həbsə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Hökmün icrası Yardımlı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş və ödənilməmiş hissədə maddi ziyanla bağlı gəlcəkdə mübahisə yaranarsa, mülki icraat qaydasında məhkəməyə müracitə etmək hüququları izah edilsin. Hökm elan olunduqdan sonra 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar