Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-8/2025 10.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi-Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Sığdaş kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki o, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində bacısı Şahid5 yaşadığı evdə sonuncunun əri Şahid1 ilə arasında baş vermiş ailədaxili mübahisəyə müdaxilə etmək məqsədilə Şahid1 yaşadığı sonuncunun anası Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Sığdaş kəndində yerləşən fərdi yaşayış evin həyətinə gedib həmin vaxtı həyətdə olan Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 ilə əvvəlcə sözlə mübahisə etmiş, həmin şəxslər onu sakitləşdirib həyətdən küçəyə çıxartmaq istəyərkən, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında Zərərçəkmiş şəxs və ailə üzvlərinin ünvanına ucadan söyüşlər söyməklə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edib yerdən əlinə götürdüyü istintaqa məlum olmayan daş parçasını silah qismində istifadə edərək zor tətbiq etməklə sonuncunun sağ ayağı tərəfinə yaxın məsafədən qəsdən atıb zərbə vuraraq, ona sağ baldır-diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmiş, 20-25 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid5 bacısıdır. O, 2011-ci ildə Masallı rayonu Sığdaş kənd sakini Şahid1 ilə ailə həyatı qurmuşdur və birgə nikahdan iki azyaşlı övladları vardır. İlhamə ailə həyatı qurduqdan sonra Sığdaş kəndində yerləşən qaynanası Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli evdə əri Şahid1, qaynı Şahid2 və qaynanası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. İlhamə ilə Saleh ailə həyatı qurduqdan sonra əvvəllər aralarında münasibətləri yaxşı olsa da, son zamanlar onların arasında mütəmadi ailəməişət zəmnində mübahisələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində otlaq sahəsindən Sığdaş kəndində yerləşən evinə gəldiyi vaxt arvadı Şahid8 ona bacısı İlhamə ilə əri Saleh, qaynı Taleh və qaynanası İstəməz arasında yenə münaqişə baş verdiyini, bacısının əri tərəfindən döyüldüyünü bildirmişdir. O, nə baş verdiyini aydınlaşdırmaq məqsədilə piyada yaxınlıqda yerləşən bacısı İlhamənin yaşadığı Zərərçəkmiş şəxs evinə doğru getməyə başlamışdır. Yolda həmkəndlisi Şahid3 ilə qarşılaşmışdır. Tükəz ondan hara getdiyini soruşduqda, ona bacısı İlhamə ilə əri və qaynanası arasında yenə münaqişə baş verdiyini və bunun səbəbini aydınlaşdırmaq üçün oraya getdiyini demişdir. Tükəz ona İstəməzin evindən gəldiyini, İlhamə ilə əri Salehin arasında olan münaqişəyə başa çatdığını və ora getməməyini bildirmişdir. Buna baxmayaraq o, nə baş verdiyini dəqiq bilmək üçün İstəməzin evinə getməyə davam etmişdir. Evin həyətinə darvazadan daxil olduqda həyətdə yerləşən yardımçının tikilinin qarşısında yeznəsi Salehin, qardaşı Talehin və anası İstəməzin oturduqlarını görmüşdür. Həmin vaxt evin qarşısında iş görən bacısı İlhamə də onu görən kimi yanına gəlmişdir. Orada İlhamədən, əri Salehdən, qaynı Talehdən və qaynanası İstəməzdən yenə aralarında nə baş verdiyini və nə üçün münaqişə yaratdıqlarını soruşmuşdur. İlhamə ona səhər yeməyinin gec hazırlanmasını bəhanə edən əri Salehin onu döyüb xəsarət yetirdiyini və onu evdən qovduqlarını bildirmişdir. O, İstəməzə və oğlanlarına bacısını döyüb incitdikləri üçün öz etirazını bildirmişdir və bu zaman aralarında münaqişə baş vermişdir. Həmin zaman Şahid1 əlinə dəmir lomu, anası Zərərçəkmiş şəxs isə daş parçası götürüb onu vurmaq istəmişdir, lakin bunu görən bacısı İlhamə qaynanası İstəməzə yaxınlaşıb onun əlindən daş parçasını alıb yerə atmışdır və onu vurmağa imkan verməmişdir. Buna baxmayaraq Saleh, qardaşı Taleh və anası İstəməzlə aralarında nalayiq sözlərdən istifadə etməklə münaqişə davam etmişdir. Həmin vaxt oraya Şahid4, arvadı Tükəz, həmçinin Rəvayət İsayeva gəlmişdir. Onların köməkliyi ilə münaqişə dayanmışdır və o həmin vaxtı baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bu zaman əvvəlcə arvadı Pakizə piyada, sonra isə oğlu Elşən və qohumu Hikmət avtomobillə yanına gəlmişdir və onu evinə aparmışdır. Münaqişə zamanı xəsarət almamış, Zərərçəkmiş şəxs ilə arasında əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamış, münaqişə təxminən 10-15 dəqiqə müddətdə davam etmiş, həmin vaxtı daş parçası ilə Zərərçəkmiş şəxs vurmamış və onun hansı şəraitdə ayağından xəsarət almasını görməmişdir. Sonda Təqsirləndirilən şəxs heç bir təqsiri olmadığını bildirib barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, baş vermiş hadisənin şəxsi münasibətlər zəminində baş verməsinə baxmayaraq, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, onun Masallı rayonu, Sığdaş kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır və həmin evdə oğlanları Şahid1, Şahid2, gəlini Şahid5 və iki azyaşlı nəvələri ilə birlikdə yaşayır. Oğlu Saleh 2011-ci ildə özündən 15 yaş böyük həmkəndlisi İlhamə ilə ailə həyatı qurmuşdur. Oğlu Saleh ilə gəlini İlhamə arasında böyük yaş fərq olduğundan gəlini çox vaxt oğlunun ər kimi sözlərini qəbul etməmiş və buna görə də aralarında mütəmadi sözlü mübahisələri baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Saleh yuxudan durub evin ikinci mərtəbəsində yerləşən qonaq otağında onun və digər oğlu Talehin yanında arvadı İlhaməyə səhər yeməyi hazırlamasını demişdir. İlhamə əvəzində əri Salehə özünün səhər yeməyini hazırlamasını bildirmişdir. Bu zaman aralarında yenə mübahisə yaranmışdır, İlhamə həmin vaxtı masanın üzərində olan dəmir çaydanı götürüb Salehə tərəf atmışdır və çaydan Salehin sağ qoluna dəymişdir. İlhamə bununla kifayətlənməyib Salehin rəhmətə getmiş atasını, yəni onun mərhum ərini söyməyə başlamışdır. Bundan sonra Saleh əsəbləşərək İlhamənin üz nahiyəsinə əli ilə bir sillə vurmuşdur. İlhamə bundan sonra tək evin həyətinə düşərək qardaşı Təqsirləndirilən şəxs kəndə yerləşən yaşadığı evi istiqamətində getmişdir. Bundan sonra o da oğlanları Saleh və Talehlə birlikdə evin həyətinə düşərək həyətdə olan yardımçı tikilinin qarşısında oturmuşdur. Bundan təxminən 20 dəqiqə sonra qohumu Şahid4 avtomobili ilə İlhaməni evə gətirmişdir. Bu zaman Orduxanın arvadı Tükəz də hadisədən xəbər alıb həyətinə gəlmişdir. Orduxan və Tükəz İlhamə ilə Salehi dalaşdıqları üçün böyük kimi bir qədər tənbeh etmişlər və sonra evlərinə getmişlər. İlhamə də onlara həyətdə əlavə heç bir söz demədən evin ikinci mərtəbəsinə çıxmışdır. Bundan təxminən 15 dəqiqə sonra İlhamənin qardaşı Təqsirləndirilən şəxs ucadan söyüşlər söyərək yaşadığı evin həyətinə gəldiyini görmüşdür. Xudaddin evin həyətinə girən kimi ona oğlu Salehin nə üçün İlhaməni vurduğunu demişdir. Xudaddinə onların ailə işlərinə qarışmamasını, ər-arvad kimi özlərinin nə etdiklərini yaxşı bildirdiklərini demişdir. Bu zaman gəlini İlhamə qardaşı Xudaddinin yanına gəlib ona əri ilə arasında olan söz-söhbətə qarışmamasını və həyətdən getməsini bildirmişdir. Buna baxmayaraq, Xudaddin onun və oğlanlarının ünvanına söyüşlər söyüb təhqir etmişdir. Buna görə də o, oğlanları Saleh və Talehlə Xuddadin arasında münaqişə baş vermişdir. O və oğlanları Xudaddinə heç bir cavab verməyib onun həyəti tərk edib getməsini gözləmişdir. İlhamə Xudaddini həyətdən çölə çıxartmaq istəmiş, bu zaman Xudaddin qəfil yerdən daş parçasını əlinə götürərək oğlu Salehi vurmaq məqsədi ilə onun olduğu istiqamətdə atmış, həmin vaxt o, oğlunun yanında olduğundan daş onun sağ ayağının baldır-diz oynağı nahiyəsinə dəyərək xəsarət yetirmişdir. Xudaddinin ona daş parçası ilə xəsarət yetirməsini və həyətindən çıxıb getməməsini görüb onu həyətindən qovmaq üçün o da əlinə daş parçası götürmüşdür, lakin Xudaddinə tərəf atmadan ona həyətini tərk etməsini bildirmişdir. Xudaddin üzərinə hücum edərək həyətini tərk etməyib münaqişə yaratmaqda davam etmişdir. Yaranmış səs-küyə həyətə gələn qonşuluqda yaşayan Rəvayət İsayeva və Şahid4 arvadı Tükəzlə köməkləşib Xudaddini çətinliklə darvazadan çölə, yəni küçəyə çıxartmışdır. Xudaddin həyətindən küçəyə çıxsa da, küçədə də uca səslə onun və oğlanlarının ünvanına nalayiq şöyüşlər işlədərək qonşuların və küçədən keçən insanlara narahatlıq yaratmışdır. Bundan sonra Xudaddin ora gəlmiş arvadı Pakizə, oğlu Elşən və qohumu Hikmətin köməkliyi ilə evinə aparılmışdır. Münaqişə zamanı xəsarət aldığından əvvəlcə oğlu Şahid2 mobil telefonla DİNnin 102 ximdətinə zəng edib məlumat vermişdir, sonra isə özü ərizə yazıb şikayət etmişdir. Xudaddinin Əliyevin həyətinə hücum edib münaqişə yaratmasının bir hissəsini həmin vaxtı orada olan nəvəsi Rüqəyya əlində olan mobil telefonla video çəkiliş aparmışdır. Təqsirləndirilən şəxslə arasında əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamış, münaqişə təxminən 20-25 dəqiqə müddətdə davam etmişdir. Xudaddin onu daşla vuran zaman orada oğlanları Saleh və Taleh, gəlini İlhamə və qonşusu Şahid3 olmuşdur. Münaqişə davam edən müddətdə oraya əlavə olaraq nəvəsi Rüqəyya, qonşuları Şahid4 və Rəvayət İsayeva, mübahisə başa çatdıqdan sonra isə Xudaddinin arvadı Pakizə, oğlu Elşən və qohumu Hikmət gəlmişdir. Münaqişə həmin şəxslərin, onun, ailə üzvlərinin, qonşuların, küçədən keçən insanların və yaxınlıqda yaşayan kənd sakinlərinin narahatlığına səbəb olmuşdur. O, əlavə olaraq məhkəmə istintaqında Xudaddin həyətə daxil olduqdan sonra onların üzərinə hücum etdiyindən oğlu Saleh Əliyevin əlinə dəmir lom aldığını və Xudaddindən həyəti tərk etməsini tələb etdiyini bildirmişdir. Eyni zamanda göstərmişdir ki, onun qonşuluğunda evlər olsa da, həmin evlərdə yaşayış olmamış, yalnız üzbəüz qonşuluqda yataq vəziyyətində olan xəstə şəxsin yaşadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmadığını, lakin Təqsirləndirilən şəxs qarşı maddi tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə uyğun məzmunlu ifadə verib, eyni zamanda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onların həyətinə daxil olduqdan sonra anasının ünvanına nalayiq sözlərdən istifadə etdiyindən onu vurmaq məqsədi ilə əlinə mantrofka (dəmir aləti) alaraq ondan həyəti tərk etməsini tələb etmiş, qardaşı onun əlindən dəmir aləti alaraq kənara tullamışdır. Məhkəmə istintaqında Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Zərərçəkmiş şəxs və qardaşı Şahid1 Əldalət oğlunun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Təvəkkül qızı ifadəsində göstərmişdir ki, o, 2011-ci il tarixdə Masallı rayonu Sığdaş kənd sakini Şahid1 ilə ailə həyatı qurmuşdur və bir nigahdan iki azyaşlı övladı olmuşdur. Ailə həyatı qurduqdan sonra Sığdaş kəndində yerləşən qaynanası Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli evdə qaynanası İstəməz, əri Saleh, qaynı Şahid2 və iki azyaşlı övladı ilə birlikdə yaşayır. Salehlə ailə həyatı qurduqdan sonra əvvəllər arasında münasibətlər yaxşı olsa da, son zaman ailə məişət zəminində mübahisələri baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Saleh yuxudan durub evin ikinci mərtəbəsində yerləşən qonaq otağında anası İstəməzin və qardaşı Talehin yanında ona səhər yeməyi hazırlamasını demişdir. O, Salehə bir az gözləməsini, səhər yeməyi hazır olduqdan sonra verəcəyini bildirmişdir. Həmin vaxtı Saleh ona nə üçün səhər yeməyinin hazır olmadığını deyərək söyməyə başlamışdır. Bu zaman aralarında mübahisə baş vermiş və əri Saleh onu saçından tutub yerə yıxaraq döyməyə başlamışdır. Saleh əvvəlcə üzünə sillə vurmuşdur, sonra yerdə təpiklə sağ bud və bədəninin digər nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxtı qaynanası İstəməz və qaynı Taleh ona əri Salehi guya çaydanla vurub xəsarət yetirdiyini deyərək evdən getməyini bildirmişdir. Bundan sonra o, məcbur olub yaşadığı evi tərk edib yaxınlıqda yerləşən əmisi qızı Umnisənin yaşadığı evə doğru getməyə başlamışdır. Yolda piyada hərəkətdə olduğu zaman Şahid3 yaşadığı evdən ona səslənərək nə baş verdiyini soruşmuşdur. O, Tükəzə əri Salehlə dalaşdığını deyərək yoluna davam etmişdir. Əmisi qızı Umunisə evdə olmadığından yaşadığı evə geri qayıtmaq istəyərkən yolda qardaşı Xudaddinin arvadı Pakizə və əri Salehin qohumu Orduxan ilə qarşılaşmışdır. Orada Pakizəyə və Orduxana əri ilə dalaşdığını və evdən çıxarıldığını demişdir. Pakizə və Orduxan ona səbrli olmağını və evinə geri qayıtmağını bildirmişdir. Bundan sonra o, Orduxanın avtomobilinə oturub yaşadığı evə geri qayıtmışdır. Evin həyətinə daxil olan zaman əri Salehin, qaynı Talehin və qaynanası İstəməzin evin həyətində olan yardımçı tikilinin qarşısında oturduğunu və Tükəzin də həyətə gəldiyini görmüşdür. Orduxan və Tükəz Salehlə onu mübahisə etdikləri üçün böyük kimi tənbeh etmişdir və sonra həyəti tərk edib getmişdir. Bundan sonra o, ərinə və qaynanasına heç bir söz demədən evin ikinci mərtəbəsinə qalxıb öz işləri ilə məşğul olmuşdur. Bundan təxminən 10-15 dəqiqə sonra əlini yumaq üçün evin həyətinə düşdüyü zaman qardaşı Xudaddinin yaşadığı evin həyətinə gəldiyini və həyətdə olan əri Salehin, qaynı Taleh və qaynanası İstəməzin onunla mübahisə etdiyini görmüşdür. Qardaşına yaxınlaşıb onu sakitləşdirmək istəyərkən qardaşı ondan Salehin hansı səbəbdən onu döydüyünü soruşmuş, o da hadisəni olduğu kimi ona danışmışdır. Həmin zaman qaynanası Zərərçəkmiş şəxs yerdən daş parçası götürərək Xudaddini vurmaq istədikdə tez İstəməzə yaxınlaşıb onun əlindən daş parçasını alıb yerə atmışdır. Buna baxmayaraq əri, qaynı və qaynanası ilə qardaşı arasında nalayiq sözlərdən istifadə edilməklə münaqişə davam etmişdir. Həmin vaxt oraya Tükəz, Orduxan və Rəvayət gəlmişdir. Bundan sonra o, həmin şəxslərin köməkliyi ilə çətinliklə onları sakitləşdirib bir-birilərindən ayırmışdır və qardaşı Xudaddini evin darvazasından küçəyə çıxartmışdır. Sonra qardaşı arvadı Pakizə, oğlu Elşən və qohumu Hikmət gəlib Xudaddini küçədən evə aparmışdır. O, verilən suallara cavab olaraq qardaşı Xudaddinin Əliyevin qayınanası İstəməzi daşla vurmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləridir, onlarla münasibətləri hər zaman yaxşı olmuşdur. Şahid5 2011-ci il tarixdə İstəməzin oğlu Şahid1 ilə ailə həyatı qurmuşdur və birgə nikahdan iki azyaşlı övladları vardır. İlhamə ailə həyatı qurduqdan sonra Sığdaş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli evdə əri Şahid1, qaynı Şahid2, qaynanası Zərərçəkmiş şəxs və iki azyaşlı övladı ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Sığdaş kəndində yerləşən evində olduğu zaman Şahid5 küçə ilə qardaşı Xudaddinin evinə tərəf tələsik getdiyini görmüşdür. Uzaqdan ona səslənərək nə baş verdiyini soruşmuş və İlhamə ona əri Salehlə dalaşdığını demişdir. Bundan sonra o, nə baş verdiyini bilmək üçün tək piyada İstəməzin evinə getmişdir. Əri Orduxan isə İlhaməni evinə geri qaytarmaq üçün avtomobillə onun arxası ilə getmişdir. O, İstəməzin həyətinə çatdığı vaxt əri Orduxan da avtomobillə İlhaməni tapıb evinə gətirmişdir. Həmin vaxtı İstəməz oğlu Saleh və Talehlə evin həyətində olan yardımçı tikilinin qarşısında oturmuşdur. O və Orduxan İlhamə ilə Salehi mübahisə etdikləri üçün böyük kimi tənbeh etmişdir və onlar arasında olan mübahisəyə son qoyduqdan sonra əvvəlcə Orduxan avtomobillə yaşadığı evə, sonra isə özü piyada geri qayıtmışdır. O, piyada yaşadığı evə geri qayıdan zaman yolda Xudaddinin əsəbi formada İstəməzin evinə tərəf getdiyini görmüşdür. Xudaddinə geriyə qayıtmasını, İlhamə ilə Saleh arasında olan münaqişənin bitdiyini bildirmişdir. Xudaddin ona heç bir əhəmiyyət verməyib yoluna davam etmişdir. O da Xudaddinin gedib orada dava salacağını ehtimal etdiyi üçün onun ardınca İstəməzin evinə getmişdir. O, İstəməzin həyətinə daxil olduğu vaxt Təqsirləndirilən şəxs həyətdə İstəməzin, oğlanları Salehin və Talehlə qarşılıqlı şəkildə söyüşlər söydüyünü görmüşdür. O, Xudaddinə etdiyi hərəkətin düzgün olmadığını, həyətdən çıxıb getməsini demişdir. O, həmin vaxtı İlhamə ilə Xudaddini evin həyətindən küçəyə çıxartmağa çalışmış, qonşuluqda yaşayan Rəvayət İsayeva da həyətə gəlmişdir. Bu zaman əri Orduxan da oraya gəlmişdir. Bundan sonra onlar birlikdə köməkləşib Xudaddini çətinliklə İstəməzin həyətindən küçəyə çıxartmışdır. Sonra Xudaddinin arvadı Pakizə, oğlu Elşən və qohumu Hikmət gələrək onu yaşadığı evə aparmışdır. Həyətdə baş vermiş münaqişəni həmin vaxtı Salehin qızı Rüqəyya mobil telefonla çəkmişdir. Təqsirləndirilən şəxslə arasında əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamış, münaqişə təxminən 20-25 dəqiqə müddətdə davam etmişdir. Xudaddinin İstəməzi daşla vurmasını görməmiş, onlar arasında sözlü mübahisə olmuşdur. O, verilmiş suallara cavab olaraq yolda Xudaddini İstəməzgilə getdiyi zaman əsəbi halda olduğunu görmüş, lakin nalayiq sözlərdən istifadə etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı müstəntiqdən qorxuduğuna görə Xudaddinin küçədə hərəkətdə olarkən nalayiq sözlərdən istifadə etdiyini, onun İstəməzi daşla vurmasını gördüyünü izahatında göstərmiş, qorxu içində olduğundan müstəntiqin dediyi tərzdə izahat verərək imzası ilə təsdiq etmişdir. Əsl həqiqətdə isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi doğrudur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləridir , onlarla münasibətləri hər zaman yaxşı olmuşdur. Şahid5 2011-ci il tarixdə İstəməzin oğlu Şahid1 ilə ailə həyatı qurmuşdur və birgə nigahdan iki azyaşlı övladları vardır. İlhamə ailə həyatı qurduqdan sonra Sığdaş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli evdə əri Şahid1, qaynı Şahid2, qaynanası Zərərçəkmiş şəxs və iki azyaşlı övladı ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Sığdaş kəndində yerləşən evində olduğu zaman Şahid5 küçəylə qardaşı Xudaddinin evinə tərəf tələsik getdiyini görmüşdür. Uzaqdan ona səslənərək nə baş verdiyini soruşmuşdur və İlhamə ona əri Salehlə dalaşdığını demişdir. Bundan sonra o, nə baş verdiyini bilmək üçün tək piyada İstəməzin evinə getmişdir. Əri Orduxan isə İlhaməni evinə geri qaytarmaq üçün avtomobillə onun arxası ilə getmişdir. O, İstəməzin həyətinə çatdığı vaxt əri Orduxanda avtomobillə İlhaməni tapıb evinə gətirmişdir. Həmin vaxtı İstəməz oğlu Saleh və Talehlə evin həyətində olan yardımçı tikilin qarşısında oturmuşdur. O və Orduxan İlhamə ilə Salehi mübahisə etdikləri üçün böyük kimi tənbeh etmişdir və onlar arasında olan mübahisəyə son qoyduqdan sonra əvvəlcə Orduxan avtomobillə yaşadığı evə, sonra isə özü piyada geri qayıtmışdır. O, piyada yaşadığı evə geri qayıdan zaman yolda Xudaddinin qışqıra-qışqıra İstəməzin evinə tərəf getdiyini görmüşdür. Xudaddinə geriyə qayıtmasını, İlhamə ilə Saleh arasında olan münaqişənin bitdiyini bildirmişdir. Xudaddin ona heç bir əhəmiyyət verməyib yoluna davam etmişdir. O da Xudaddinin gedib orada dava salacağını bildiyi üçün onun ardınca İstəməzin evinə getmişdir. O, İstəməzin həyətinə daxil olduğu vaxt Təqsirləndirilən şəxs həyətdə İstəməzin, oğlanları Salehin və Talehin ünvanına ucadan ağır söyüşlər söydüyünü görmüşdür. O, Xudaddinə etyi hərəkətin düzgün olmadığını, yaşlı qadını və sağır uşaqları söyməsinin ona yaraşmadığını deməyinə baxmayaraq, Xudaddin söyməyə və münaqişə yaratmağa davam etmişdir. Həmin zaman İstəməz və oğlanları Xudaddinə heç bir cavab verməsələr də, Xudaddin qəfil yerdən əlinə daş parçası götürüb gözünün qarşısında təxminən 2-3 metr məsafədən İstəməzə tərəf atmışdır və həmin daş İstəməzin sağ ayağına dəyərək ona xəsarət yetirmişdir. O, həmin vaxtı İlhamə ilə Xudaddini evin həyətindən küçəyə çıxartmağa çalışsa da, bunu bacarmamışdır və darvazadan çölə çıxıb qonşuluqda yaşayan Rəvayəti köməyə çağırmışdır. Bu zaman əri Orduxan da oraya gəlmişdir. Bundan sonra onlar birlikdə köməkləşib Xudaddini çətinliklə İstəməzin həyətindən küçəyə çıxartmışdır. Xudaddin küçəyə çıxsa da, sakitləşməyib uca səslə nalayiq ifadələr işlətməkdə davam etmişdir. Sonra Xudaddinin arvadı Pakizə, oğlu Elşən və qohumu Hikmət gələrək onu yaşadığı evə aparmışdır. Həyətdə baş vermiş münaqişəni həmin vaxtı Salehin qızı Rüqəyya mobil telefonla videoya çəkmişdir. Təqsirləndirilən şəxslə arasında əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamış, münaqişə təxminən 20-25 dəqiqə müddətdə davam etmişdir. Xudaddin İstəməzi daşla vuran zaman orada Taleh, Saleh və arvadı İlhamə olmuşdur. Münaqişə davam edən müddətdə oraya əlavə olaraq Rüqəyya, əri Orduxan və Rəvayət İsayeva, sonuna yaxın isə Xudaddinin arvadı Pakizə, oğlu Elşən və qohumu Hikmət gəlmişdir. Münaqişə onun və həmin şəxslərin, həmçinin yaxınlıqda yaşayan kənd sakinlərinin narahatlığına səbəb olmuşdur. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Şahid5 baldızıdır, o, 2011-ci il tarixdə Masallı rayonu Sığdaş kənd sakini Şahid1 ilə ailə həyatı qurmuşdur. İlhamə ailə həyatı qurduqdan sonra Sığdaş kəndində yerləşən qaynanası Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli evdə əri Şahid1, qaynı Şahid2, qaynanası Zərərçəkmiş şəxs və iki azyaşlı övladı ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evin küçəsində olduğu zaman baldızı İlhamənin piyada qonşuluqda yaşayan əmisi qızı Umnisənin evinə getdiyini görmüşdür. Həmin zaman Şahid1 qohumu Orduxan da avtomobillə gəlib ondan İlhamənin harada olduğunu soruşmuşdur. O, Orduxana İlhamənin əmisi qızı Umnisənin evinə getdiyini demişdir və nə üçün onu axtardığını soruşmuşdur. Orduxan ona İlhamə ilə əri Salehin arasında münaqişə baş verdiyini və onu tapıb evinə aparmaq istədiyini demişdir. Bu zaman İlhamə əmisi qızı Umnisənin evindən geriyə qayıtmışdır. Orada o və Orduxan İlhaməyə səbrli olmağını demişdir və yaşadığı evə geri qayıtmasını xahiş etmişdir. Bundan sonra İlhamə Orduxanın avtomobilinə oturaraq evinə getmişdir. Daha sonra o, öz yaşadığı evə getmişdir və otlaq sahəsindən evə gələn əri Xudaddinə bacısı İlhamə ilə əri Saleh arasında yenə münaqişə baş verdiyini bildirmişdir. Xudaddin onlar arasında baş vermiş münaqişənin səbəbini aydınlaşdırmaq üçün piyada Zərərçəkmiş şəxs evinə tərəf getmişdir. O, Xudaddinlə yeznəsi Saleh arasında münaqişə baş verə biləcəyindən ehtiyat etdiyi üçün, tez mobil telefonla qardaşı oğlu Hikmətə zəng edib bu barədə ona məlumat vermiş və oğlu Elşəni tapıb İstəməzin evinə gedib Xudaddini oradan gətirməsini demişdir. Buna baxmayaraq, narahat olduğu üçün özü də piyada evdən çıxıb İstəməzin yaşadığı evə tərəf getmişdir. İstəməzin yaşadığı evə çatdıqda, əri Xudaddinin darvazanın çölündə olan qaz borusunun üstündə əsəbi halda oturduğunu görmüşdür. Xudaddindən nə baş verdiyini soruşduqda, ona Zərərçəkmiş şəxs və oğlanları Saleh və Talehlə aralarında münaqişə baş verdiyini və polisə zəng edib şikayət etdiyini bildirmişdir. Bundan sonra oraya oğlu Elşən və qardaşı oğlu Hikmət avtomobillə gəlmişdir. O və oğlu Elşən həyətə daxil olmayıb çöldə Xudaddinin yanında gözləmişdir, Hikmət isə İstəməzin yaşadığı evin həyətinə daxil olub ona və oğlanlarına mehriban olmalarını, dava-dalaşın ailə üçün heç nə verməyəcəyini demişdir. Sonra o, oğlu Elşən və qardaşı oğlu Hikmət qaz borusunun üzərində oturan əri Xudaddini Hikmətin avtomobili ilə yaşadığı evə gətirmişdir. Münaqişə zamanı orada olmadığından əri Təqsirləndirilən şəxs daşla Zərərçəkmiş şəxs vurub-vurmadığını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 oxşar məzmunlu ifadə verərək şahid Şahmarov PakizəTalıb qızının ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndlisidir, onlarla münasibətləri hər zaman yaxşı olmuşdur. Şahid5 2011-ci il tarixdə İstəməzin oğlu Şahid1lə ailə həyatı qurmuşdur və onlar arasında mütəmadi ailədaxili mübahisələr olduğunu eşitmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində Sığdaş kəndində yerləşən yaşadığı evin yaxınlığından keçən yol kənarında inək təzəyi düzəltdiyi vaxtı həmkəndlisi Şahid3 İstəməzin darvazasında küçəyə çıxıb onu və qonşuları səsləyərək Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs və oğlanları arasında münaqişə baş verdiyini və kömək etmək üçün gəlməyini demişdir. Bundan sonra o, işini yarımçıq qoyub tez İstəməzin həyətinə getmişdir. Həyətə girdikdən sonra Xudaddinin bacısı İlhamə ilə, İstəməzin isə oğlanları Saleh və Talehlə sakit formada söhbət etdiklərini görmüşdür. Lakin, Xudaddinin İstəməz və onun oğlanları ilə mübahisə etməsini, mübahisə zamanı söyüşlər söyərək İstəməzin ayağına daşla vurmasının şahidi olmamışdır. İbtidai istintaq zamanı müstəntiq yaşadığı ünvana gəlmiş, ondan izahat alınmış, ona izahatı oxunduqdan sonra imzalanmışdır. Lakin, ifadəsində nə yazıldığını savadı olmadığından bilməmişdir. Hazırda məhkəmə iclasında verdiyi ifadəsi doğrudur. Şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadə ilə hazırki ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndlisidir, onlarla münasibətləri hər zaman yaxşı olmuşdur. Şahid5 2011-ci il tarixdə İstəməzin oğlu Şahid1lə ailə həyatı qurmuş və aralarında ailədaxili mübahisələr olduğunu eşitmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində Sığdaş kəndində yerləşən yaşadığı evin yaxınlığından keçən yol kənarında inək təzəyi düzəltdiyi vaxtı İstəməzin həyətindən səs-küyün gəldiyini, kiminsə uca səslə qışqırıb nalayiq ifadələr işlətdiyini eşitmişdir. Qadın olduğu üçün həmin qeyri-etik sözləri deyən şəxsin kim olduğunu görüb-bilmək istəməmişdir və başını aşağı salıb küçədə öz işini görməyə davam etmişdir. Təxminən 10-15 dəqiqə sonra həmkəndlisi Şahid3 İstəməzin darvazasında küçəyə çıxıb onu və qonşuları səsləyərək Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs və oğlanları arasında münaqişə baş verdiyini və kömək etmək üçün gəlməyini demişdir. Bundan sonra o, işini yarımçıq qoyub tez İstəməzin həyətinə getmişdir. Orada Xudaddinin uca səslə söyüşlər söyə-söyə İstəməzin, oğlanları Saleh və Talehin üzərinə hücum etdiyini görmüşdür. O, Tükəz və İlhamə ilə birlikdə bir müddət Xudaddini sakitləşdirib onu həyətdən küçəyə çıxartmağa çalışsa da, Xudaddin hər birinə qarşı müqavimət göstərərək münaqişə yaratmaqda davam etmişdir. Bu zaman Tükəzin əri Orduxan da səsküyü eşidib həyətə gəlmişdir. Bundan sonra onlar birlikdə köməkləşib Xudaddini çətinliklə İstəməzin həyətindən küçəyə çıxartmışdır. Xudaddin küçəyə çıxsa da, sakitləşməyib uca səslə nalayiq ifadələr işlətməkdə yenə davam etmişdir. Sonra Xudaddinin arvadı Pakizə, oğlu Elşən və qohumu Hikmət gələrək onu yaşadığı evə aparmışdır. Münaqişə təxminən 20-25 dəqiqə müddətdə davam etmiş və onun, həmçinin yaxınlıqda yaşayan şəxslərin narahatlığına səbəb olmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndə Masallı rayon İHBA-nın X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının uşaqlarla iş üzrə böyük məsləhətçisi X5 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış şahid X7 ifadəsində göstərmişdir ki, o, Masallı rayonu Sığdaş kəndində yerləşən nənəsi Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli fərdi yaşayış evdə nənəsi İstəməz, atası Saleh, anası İlhamə, bacısı Nərmin və əmisi Talehlə birlikdə yaşayır və Masallı rayonu Sığdaş kənd tam orta məktəbin 6-cı sinifində təhsil alır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yuxudan durub anası İlhamənin evdə olmadığını görmüşdür və atası Salehdən onun harada olduğunu soruşmuşdur. Atası ona İlhamənin evdə onunla dalaşdığını və dayısı Xudaddinin evinə getdiyini bildirmişdir. Bundan təxminən bir saat sonra evdə bacısı Nərminlə oynadığı zaman həyətdən səs-küyün gəldiyini eşitmişdir. Əvvəlcə nə baş verdiyini bilməyib həyətə düşmək istəməmiş, lakin 10-15 dəqiqə keçməsinə baxmayaraq, səs-küyün bir azda çoxaldığını eşitmişdir. Bundan sonra pəncərədən həyətə baxmışdır və dayısı Xudaddinin yaşadığı evin həyətinə gələrək orada olan atası Salehin, əmisi Talehin və nənəsi İstəməzin üzərinə hücüm edib onlarla dalaşdığını görmüşdür. Xudaddin həyətə söyüşlər söyərək gəlmiş, mübahisə zamanı daşı götürüb nənəsi istəməzin ayağına vurduğunu görmüşdür. Həmin vaxtı həyətdə qonşuluqda yaşayan Tükəz və Rəvayət olmuş, onlar dayısı Xudaddini küçəyə çıxartmaq istəmişlər. Dava-dalaşdan qorxduğu üçün ağlamağa başlamış və atası onu sakitləşdirmişdir. Dayısı Xudaddinin həyətdən çıxıb getməməsini və pis sözlər işlədib münaqişə yaratmaqda davam etməsini görüb həmin vaxtı əmisi Talehin mobil telefonu ilə onu videoyaya çəkmişdir. Sonra Xudaddin qonşuların köməkliyi ilə çətinliklə darvazadan küçəyə çıxarılmışdır. Şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadə ilə hazırki ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Masallı rayonu Sığdaş kəndində yerləşən nənəsi Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli fərdi yaşayış evdə nənəsi İstəməz, atası Saleh, anası İlhamə, bacısı Nərmin və əmisi Talehlə birlikdə yaşayır və Masallı rayonu Sığdaş kənd tam orta məktəbin 6-cı sinifində təhsil alır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yuxudan durub anası İlhamənin evdə olmadığını görmüşdür və atası Salehdən onun harada olduğunu soruşmuşdur. Atası ona İlhamənin evdə onunla dalaşdığını və dayısı Xudaddinin evinə getdiyini bildirmişdir. Bundan təxminən bir saat sonra evdə bacısı Nərminlə oynadığı zaman həyətdən səs-küyün gəldiyini eşitmişdir. Əvvəlcə nə baş verdiyini bilməyib həyətə düşmək istəməmişdir, lakin 10-15 dəqiqə keçməsinə baxmayaraq səs-küyün bir azda çoxaldığını eşitmişdir. Bundan sonra pəncərədən həyətə baxmışdır və dayısı Xudaddinin yaşadığı evin həyətinə gələrək orada olan atası Salehin, əmisi Talehin və nənəsi İstəməzin üzərinə hücüm edib onlarla dalaşdığını görmüşdür. Həmin vaxtı həyətdə qonşuluqda yaşayan Tükəz və Rəvayətin olduğunu və Xudaddini küçəyə çıxartmaq istədiyini də görmüşdür. Sonra həyətə düşüb oraya getmişdir və nənəsinin ayağının əzildiyini bilmişdir. Dava-dalaşdan qorxduğu üçün ağlamağa başlamışdır və atası onu sakitləşdirmişdir. Dayısı Xudaddinin həyətdən çıxıb getməməsini və pis sözlər işlədib münaqişə yaratmaqda davam etməsini görüb həmin vaxtı əmisi Talehin mobil telefonu ilə onu videoyaya çəkmişdir. Sonra Xudaddin qonşuların köməkliyi ilə çətinliklə darvazadan küçəyə çıxarılmışdır. Daha sonra dayısı arvadı Pakizə, oğlu Elşən və qohumu Hikmət gəlib küçədən Xudaddini evə aparmışdır. İş materiallarında olan: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD-yə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Masallı rayonu Sığdaş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində olduğu, Zərərçəkmiş şəxs və onun oğlanları ilə qarşılıqlı şəkildə uca səslə mübahisə etdikləri, Şahid5 Təqsirləndirilən şəxs həyətdən çölə çıxartmağa çalışdığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, hadisənin baş verdiyi yer Masallı rayonu Sığdaş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətidir. Hadisə yerinin fotoşəkilləri çəkilməklə protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Şahid5 arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid5 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid3 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid1 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid2 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları hadisə yerində olduğu kimi əyani göstərməklə təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ********* saylı cinayət işi üzrə təyin edilərək cinayət işinə əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 746 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ baldır-diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 11 avqust 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Masallı rayonu Sığdaş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs və sonuncunun oğlanları ilə mübahisə etdikləri, Şahid5 Xudaddini həyətdən çölə çıxartmağa çalışması görüntülərini əks etdirən bir ədəd video disk xx.xx.2024- maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan ititham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayonu, Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X1 rayonu, Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayır, beş nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində bacısı Şahid5 əri Şahid1 tərəfindən aralarında baş vermiş mübahisə zamanı döyülməsini xəbərini eşidib, məsələni aydınlaşdırmaq üçün Şahid1 yaşadığı anası Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Sığdaş kəndində yerləşən fərdi yaşayış evinə getmiş, həyətə daxil olduqdan sonra bacısı Şahid5 hansı səbəbdən əri tərəfindən döyüldüyünü soruşmuş, sonuncu da əri ilə aralarında baş vermiş mübahisəni ona danışmışdır. Bundan sonra o, uca səslə acıqlı formada həyətdə olan Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 ilə sözlü mübahisə etmiş, həmin vaxt yeznəsi Şahid1 əlinə dəmir alət götürərək onun üzərinə gəlmək istədiyini görmüş, eyni zamanda Zərərçəkmiş şəxs da nalayiq sözlərdən istifadə edərək ondan həyəti tərk etməsini tələb etdiyi üçün həmin vaxt həyətdə olan daş parçasını yerdən götürüb Şahid1 və Zərərçəkmiş şəxs dayandığı istiqamətdə atmış, daş parçası Zərərçəkmiş şəxs ayaq nahiyəsinə dəymiş, həmin zərbə nəticəsində sonuncu “sağ baldır-diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan” sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri almışdır. Bundan sonra Zərərçəkmiş şəxs da əlinə daş parçasını götürərək onun üzərinə gəlmiş, lakin Şahid5 onun əlindən daşı alaraq yerə ataraq vurmağa imkan verməmişdir. Aralarında yaranmış mübahisə zamanı tərəflər nalayiq sözlərdən istifadə edərək bir-birilərini təhqir etmişdilər. Həmin vaxt oraya gələn əvvəlcədən ailədaxili münaqişədən xəbərdar olan Şahid3, Şahid4 və kömək üçün çağırılmış Rəvayət İsayeva köməkləşib Təqsirləndirilən şəxs həyətdən çölə çıxarmışdılar. Mübahisə 15-20 dəqiqə olmaqla davam etmiş, həmin vaxtı orada bu şəxslərdən başqa heç kim, o cümlədən kəndin digər sakinləri olmamışdır. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətini xarakterizə edən zəruri əlamətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsində göstərilmiş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumunun bir sıra qərarları bu cinayətin səciyyəvi əlamətlərinin şərhi və izahına həsr olunmuşdur. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Bundan başqa “Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla onun vətəndaşların gözü qarşısında Zərərçəkmiş şəxs və ailə üzvlərinin ünvanına nalayiq sözlər işətməklə hər hansı əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etdiyini göstərərək, təqsirləndirilən şəxsin yol verdiyi əməlin törədilməsinə dəlalət edən halları və hadisənin baş verdiyi şəraiti səhv təfsir etməklə ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması qənaətinə gəlmişdir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində bacısı Şahid5 yaşadığı evdə sonuncunun əri Şahid1 tərəfindən döyülməsinin səbəbini müəyyən etmək məqsədilə Şahid1 yaşadığı sonuncunun anası Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Sığdaş kəndində yerləşən fərdi yaşayış evinin həyətinə getmiş, lakin həmin vaxt həyətdə olan Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 onu dinləmədən həyəti tərk etməsini tələb etdiklərindən, eyni zamanda yeznəsi Şahid1 əlinə dəmir lom alaraq onun üzərinə gəlmək istədiyini gördüyü üçün yerdən daş parçası alaraq həmin istiqamətdə atmış, daş parçası Zərərçəkmiş şəxs dəyərək xəsarət yetirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və ifadələri alınmış şahidlər həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadələrində İlhamənin Salehdən 15 yaş böyük olması səbəbindən sonuncununu əri kimi sözlərini qəbul etmədiyi səbəbindən mütəmadi olaraq ailədaxili münaqişələrinin olduğunu, qeyd edilən münaqişələr mütəmadi baş versə də, Təqsirləndirilən şəxs bu barədə məlumat verilməmişdir. Ümumiyyətlə, Xudaddin bacısının əri və qayanası tərəfindən mütəmadi incidilməsi səbəbindən onlara qarşı küsgün olmuş, ona görə də bacısıgilə ara-sıra bayramlarda gedib-gəlmişdir. Sonuncu dəfə Şahid1 mübahisə zəminində bacısı İlhamə Quliyevaya qarşı zor tətbiq edərək xəsarət yetirib evdən qovmasını bildiyindən artıq bu hala son qoyulması üçün Salehə və onun ailə üzvlərinə qəti şəkildə narazılığını ifadə etmək üçün onların yaşadığı ünvana getmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq, “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz edirlər. Anlayışların bu şəkildə “əvəzləşdirilməsi” isə icraatı aparan orqanlara həddindən artıq geniş mülahizə sərbəstliyi verməklə təqsirkarın hərəkətlərini şərtləndirən istənilən səbəbi müstəsna olaraq özünün “süzgəcindən” keçirərək “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirməyə, təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini isə (hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başladığı hallarda belə) nəzərə almamağa imkan yaradır. Təqsirləndirilən şəxsin bacısının mübahisə zamanı əri tərəfindən döyülməsini sonuncunun cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirmələri isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir”. Halbuki, “doğma bacısının əri tərəfindən əri olsa da belə döyülməsi” halı cəmiyyət tərəfindən ümumi formada qəbul edilən davranış modeli olmadığından təqsirkarın bacısının ona ən yaxın qohumu olmasından, onun bacısının ərinə və ailə üzvlərinə narazılığını ifadə etməsi ağlabatan kimi qəbul edilməli və bununla əlaqədar tərəflərin arasında mübahisənin yaranmasının istisna olunmaması subyektiv qiymətləndirmədir və açıq-aydın təqsirləndirilən şəxsin cinayəti zərərçəkmişə qarşı olan şəxsi münasibəti zəminində törətdiyini göstərir.” Qanun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı etdiyi əməlin məqsədi yalnız bacısının zərərçəkmiş şəxsin oğlu Saleh tərəfindən döyülməsinin düzgün olmadığına narazılığını ifadə etməsi və bu hərəkətlərə son qoyulmasını tələb etməsidir. (qəsdi məhz bu məqsədin realizə edilməsinə yönəlib, nə hadisədən bilavasitə əvvəl, nə onun başlanğıcından, nə də ki gedişində birbaşa ictimai qaydanın kobud şəkildə pozulmasına və cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmədiyindən) və əvvəlcədən İlhamənin döyülməsindən xəbərdar olan uzaq qohumların məhz hadisə yerində olmaları hadisənin kənar şəxslərin müşahidə etməsi nəticəsinə gəlməyə imkan vermir və bu hal Təqsirləndirilən şəxs hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri xuliqanlıq çevirən hal olaraq qəbul edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, bu məsələnin həllində əhəmiyyət kəsb edən şərt əməl törədilərkən hadisə ilə əlaqədar onun baş verdiyi yerə insanların toplaşıbtoplaşmaması, baş verənləri görüb-eşitmələri (zahiri əlamət) yox, təqsirkarın hərəkətlərində birbaşa ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönələn niyyətinin, xuliqanlıq motivinin (bu cinayət üçün zəruri olan subyektiv cəhətin əlamətinin) aşkar edilib-edilməməsidir. İbtidai istintaq orqanı təqsirəndirilən şəxsin vətəndaşların gözü qarşısında zərərçəkmiş şəxs və onun oğlanlarına qarşı nalayiq sözlər işlədərək daş parçasından silah qismində istifadə etməklə zor tətbiq etməsi qənaətinə gəlsə də, dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq Zərərçəkmiş şəxs, onun övladları və qonşuluqda yaşayan uzaq qohumları (zərərçəkmiş şəxsin qaynatasının qardaşı Orduxan, Orduxanın arvadı Şahid3 və Şahid3 tərəfindən köməyə çağrılmış Rəvayət İsayeva ilə) məhdudlaşdırmış, kənar insanlardan bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Bununla belə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətlərini, yəni ictimai qaydanın pozulması və cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə edildiyini göstərmiş, lakin onun tərəfindən konkret olaraq ictimai qaydanın pozulması və cəmiyyətə hörmətsizli edilməsi ilə bağlı hansı hərəkətlərin edilməsi göstərilməmişdir. Yalnız təqsirləndirilən şəxsin “oradakı şəxslərin gözü qarşısında nalayiq sözlərdən istifadə etməsini” əsas götürməklə şəxsin ictimai qaydanı pozması qənaətinə gəlmişdir. Lakin, müstəntiq orada olan şəxslərin mübahisə tərəfləri olmasını, kənar şəxslərin orada olmamasını, yəni mübahisənin konkret şəxslər dairəsi ilə məhdudlaşdığını nəzərə almamışdır. İstintaq orqanının kənar şəxs qismində ifadələrini aldığı şəxslərdən Şahid3 ifadəsində bildirmişdir ki, “Zərərçəkmiş şəxs onun qaynının gəlini olmaqla qohumluq münasibətində olmuş, İstəməzin oğlu Saleh tərəfindən Şahid5 döyüldüyünü və İlhamənin evdən çıxaraq getdiyini bildiyindən əri Şahid4 bu barədə məlumat vermiş, bundan sonra Orduxan İlhaməni tapıb evlərinə geri qaytarmışdır. Bir neçə dəqiqə sonra yolda olduğu zaman Təqsirləndirilən şəxs İstəməzgilin evinə doğru getdiyini görmüş, mübahisə yaranacağını ehtimal etdiyindən özü də sonradan onlara getmişdir. Mübahisə zamanı küçədə olan Rəvayəti də özü sonradan köməyə çağırmışdır”. Rəvayət də məhkəmə istintaqı zamanı ifadəsində təxminən İstəməzin evindən 50 metr məsafədə küçədə işlədiyi zaman heç bir səs-küy eşitmədiyini, Tükəz onu köməyə çağırdığından İstəməzin həyətinə getdiyini və tərəflərin sözlü mübahisə etməsinin şahidi olduğunu bildirmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən mübahisə tərəfləri ilə qohumluq münasibətində olan və yaxud qeyd edilən münaqişəli vəziyyətdən əvvəlcədən xəbərdar olan şahidlərin ifadələrini almış, hər hansı kənar şəxslərin ifadələrini almamışdır. Zərərçəkmiş şəxs özü də ifadəsində göstərmişdir ki, onun qonşuluğunda evlər olsa da, həmin evlərdə yaşayış olmamış, yalnız üzbəüz qonşuluqda yataq vəziyyətində olan xəstə şəxsin yaşadığını bildirmişdir. İş üzrə toplanmış ifadələrin qiymətləndirilməsi Məhkəmə hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda, Təqsirləndirilən şəxs əməlini tövsif edərkən hadisənin qohumlar arasında (bacısının əri, qaynı və qaynanası arasında), şəxsi münasibətlər zəminində bacısının əri tərəfindən döyülməsinə görə haqlı etirazını bildirməsi, hadisənin həyət daxilində baş verməsini nəzərə almamışdır. Belə ki, qohumlar arasında, şəxsi münasibətlər zəminində Masallı rayonu Sığdaş kəndində yerləşən fərdi yaşayış evinin həyətində baş verən münaqişə zamanı Təqsirləndirilən şəxs yeznəsi Saleh və anasının olduğu istiqamətdə daşı Salehə vurmaq məqsədi ilə atmış, daş parçası Zərərçəkmiş şəxs ayaq nahiyəsinə dəyərək xəsarət yetirmiş, həmin hadisənin kənar şəxslərin gözü qarşısında baş verdiyi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdikləri ilə yanaşı əlavə olaraq məhkəmə istintaqında ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs məhz həyətə daxil olduqdan sonra oğlu Talehin üzərinə doğru gəlməyə başlamış, o, oğlunu qorumaq üçün oğlunun yanına getmiş, Xudaddin yerdən götürdüyü daşı Salehə vurmaq məqsədi ilə Salehin olduğu istiqamətdə atmış, həmin vaxt o da Salehin yanında olduğundan daş onun ayağına dəymişdir. Həmçinin, Şahid1 ibtidai istintaqda bildirməsə də, məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, Xudaddin həyətə daxil olduqdan sonra nalayiq sözlər işlətməsi səbəbindən əlinə mantrofka (dəmir aləti) alaraq ondan həyəti tərk etməsini tələb etmiş, bu zaman Xudaddin yerdən daş götürərək onun dayandığı istiqamətdə atmış və daş onun yanında olan anasının ayağına dəymişdir. İbtidai istintaq orqanı kənar şəxslər kimi qələmə verdikləri Şahid3 məhkəmə istintaqı zamanı ifadəsində mübahisənin əvvəlindən orada olmadığını, Təqsirləndirilən şəxs daşla Zərərçəkmiş şəxs vurduğunun şahidi olmadığını, sonradan oraya gəldiyini, həmin vaxt tərəflərin sözlü mübahisə etdiklərinin şahidi olduğunu bildirmişdir. Məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə qiymət verərək qeyd edir ki, Şahid3 yazılı ifadə verərkən mübahisənin əvvəlindən orada iştirak etdiyini, Təqsirləndirilən şəxs küçədən söyüşlər söyə-söyə Zərərçəkmiş şəxs evinə getdiyini, özünün də onun arxasınca oraya getdiyini və Xuddədin Əliyevin daşla Zərərçəkmiş şəxs vurduğunu göstərsə də, ibtidai istintaq zamanı videoçəkiliş vasitəsi ilə verdiyi ifadəsində yazılı ifadəsində göstərdiklərini bildirməmiş, yalnız müstəntiq əvvəlcədən verdiyi yazılı ifadəsini ona xatırlaraq, “daşı götürdü Xudaddin atdı da”? sualını verdikdən sonra o, “bu da deyir vurdu da mənim ayağıma” ifadəsini işlədir. Bundan sonra müstəntiq yenidən onu istiqamətləndirərək “ama Xudaddin daşnan vurdu da İstəməzi” sualına “deyir vurdu da” ifadəsi ilə yenə də üçüncü şəxsin adından cavablar vermişdir. Bundan sonra müstəntiq “vur da deyir yox, gördüz da daşı vurdu? sualını verdikdən sonra Şahid3 bu dəfə təkrar-təkra suallar verildiyini görüb “hə gördüm” ifadəsini işlətmişdir. Müstəntiq hətta Şahid3 ondan yazılı ifadəsini bir az əvvəl aldığını xatırladaraq, onu bir növ ifadə verməyə məcbur edərək istədiyi cavabları almağa çalışmışdır. Müstəntiqin verdiyi yönləndirici suallarından görünür ki, o, Şahid3 videoçəkiliş vasitəsi ilə ifadəsini alarkən sanki onun şahid qismində orada əvvəldən axıradək iştirak etdiyini, qeyd edilən hadisələrin kənar şəxs kimi şahidi olmasını təsdiq etməyə çalışmışdır. Bütün bunlar göstərir ki, Şahid3 yazılı ifadəsində göstərdiyi, yəni Təqsirləndirilən şəxs küçədən söyüşlər söyə-söyə İstəməzgilə getdiyi və İstəməzi daşla vurduğunu gördüyü kimi məlumatlar həqiqəti əks etdirən məlumatlar olmamış, hadisənin reallığı məhkəmə istintaqında ifadəsində göstərdiyi kimi olmuşdur. Bundan başqa, Rəvayət İsayeva məhkəmə istintaq zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən tam fərqli ifadə verərək Təqsirləndirilən şəxs İstəməzgilin həyətində səsküy salmaqla nalayiq sözlərdən istifadə etməsini küçədə olduğu zaman eşitmədiyini, həmi ərəfədə yaxınlıqda küçədə iş gördüyünü, yalnız Şahid3 onu köməyə çağırdıqdan sonra İstəməzgilin həyətinə gəldikdən sonra Xudaddinlə İstəməz və oğlanlarının arasında münaqişə olduğunu, bir-birinin ünvanına nalayiq sözlər işlətdiyinin şahidi olmuşdur. Rəvayət İsayevanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsində göstərdikləri məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, həmin ifadə əlyazma yolu ilə Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə yazılmış, izahatın sonunda Rəvayət İsayeva tərəfindən kiril qrafikalı əlifba ilə “izahatımı oxudum, düzgün yazılmışdır, başqa əlavəm yoxdur, imzamla təsdiq edirəm” sözləri qeyd edilmişdir. İzahatın latın qrafikalı əlifba ilə yazılan hissəsi ilə kiril qrafikalı əlifba ilə yazılan hissələrini müqayisə etdikdə yazı xəttinin bir-birindən kəskin şəkildə fərqləndiyi aşkar görünür. Bu onu göstərir ki, izahat müstəntiq tərəfindən yazılmış, Rəvayət İsayeva isə izahatın sonluğunu yazaraq təsdiq etmişdir. İzahatın axırında mütəxəsis kimi iştirak edən Saleh Əsədov da imzalamışdır. Saleh Əsədovun həmin izahatın axırıncı vərəqini imzalamaqla Rəvayət İsayevaya latın qrafikalı əlifba ilə oxuya bilməməsi, yazılmış izahatın onun üzünə oxunması üçün mütəxəssis qismində iştirak etməsi bəllidir. Lakin, Saleh Əsədovun izahatın digər vərəqlərini deyil, yalnız axırıncı vərəqini imzalaması halı Saleh Əsədovun həmin izahatı ümumiyyətlə Rəvayət İsayevaya oxumadığı, oxumuşdursa da yalnız axırıncı vərəqini oxuması vəziyyətini təsdiq edir. Eyni zamanda Rəvayət İsayeva “izahatım mənə oxundu” məzmunlu deyil, “izahatımı oxudum” ifadəsini yazmışdır. Bu hal da Saleh Əsədovun ifadə alınarkən orada iştirak etmədiyi, iştirak etmişdirsə də, şəxsin ifadəsini oxumadığını, sadəcə olaraq izahatı imzaladığını təsdiq edir. Həm də ki, Rəvayət İsayevadan məhkəmə iclasında ibtidai istintaq zamanı fərqli ifadə verməsinin səbəbi soruşulduğu zaman o, həmin ifadəni polis şöbəsində deyil, onun yaşadığı ünvanda müstəntiqin avtomobilinin salonunda əyləşərək oxumadan imzaladığını göstərmişdir. Qeyd edilən ziddiyyətlər səbəbindən Rəvayət İsayevanın ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Bütün qeyd edilənlərə əsasən cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, hadisə qohumlar arasında, şəxsi münasibətlər zəminində baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və sonuncunun oğlanları arasında olan münaqişə ailə, qohumlar arasında və şəxsi münasibətlər zəminində yarandığından təqsirləndirilən şəxsin hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin ailə, qohumlar arasında və şəxsi münasibətlər zəminində olduğunu, onun hərəkətləri sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzərə alıb, onun əməlinin Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Təqsirləndirilən şəxs özünü ümumiyyətlə təqsirli bilməyərək Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini bildirsə də, onun ifadəsində göstərdikləri digər sübutlarla təsdiqini tapmamış, əksinə təqsirləndirilən şəxsin həyətdən əlinə daş götürərək qəsdən mübahisə etdiyi şəxslərin dayandığı istiqamətdə atdığı, daşın Zərərçəkmiş şəxs ayağına dəyərək xəsarət yetirdiyi Zərərçəkmiş şəxs özünün və hadisənin birbaşa şahidləri olmuş Şahid2 və Şahid1 ifadələri, eləcə də ekspert rəyi kimi mötəbər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda Şahid5 ifadəsinə qiymət verərək göstərir ki, onun qardaşı Təqsirləndirilən şəxs daşla Zərərçəkmiş şəxs vurmadığı ilə bağlı ifadəsində göstərdikləri digər şahid ifadələri və sübutlarla təkzib edilmişdir. Məhkəmə belə hesab edir ki, Şahid5 qardaşının məsuliyyətdən azad olunması üçün məhz o cür ifadə vermişdir. Bu səbəbdən Şahid5 həmin hissə ilə bağlı ifadəsində göstərdiklərini həqiqi məlumatlar kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində əməlini etiraf etməməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd edərək qeyri-səmimilik etdiyindən onun ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qəbul edir və sübut kimi qiymətləndirmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyəti sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması tam sübuta yetirilir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 59.2-ci maddəsinə əsasən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmə müddətinin əvvəli Masallı Rayon Probasiya və İcra Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut hesab edilən hadisənin videogörüntüsünü əks etdirən 01 ədəd CD disk və dindirmə və üzləşdirmə protokollarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən hadisənin videogörüntüsünü əks etdirən 01 ədəd CD disk və dindirmə və üzləşdirmə protokollarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-8/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-8/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver