Məhkəmə qərarları › İş №1(050)-81/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-81/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-81/2025 30.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonu Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 03 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,357 qram təşkil edən psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, onun narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və daşımaqla cinayət törətməsi barədə əsaslı məlumatlar əldə etmiş Masallı RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 01:14-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, Füzuli küçəsi ərazisində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,150 qram, 0,092 qram olmaqla ümumi təmiz çəkisi 0,357 qram olan xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılanadək 3 ay müddət olardı ki, narkotik vasitə əsasən də psixotrop maddə metamfetamin istifadə etmişdir. Üzərində aşkar olunmuş 3 ədəd ayrı-ayrı bükümdə olan metafetamini Lənkəran rayonunda tanımadığı şəxsdən 10 manat pul qarşılığında almışdır. O, metamfetamini alan zaman 3 ədəd ayrı-ayrı bükümdə olduğunu bilməmişdir. Lənkəran rayonunda metafetamini satan şəxs ona bir bükümdə metafetamin vermişdir. Polis əməkdaşları həmin bükümü açan zaman içərisində 3 ədəd ayrı-ayrı bükümdə metamfetamin olduğunu görmüşdür. Psixotrop maddəni alıb Lənkəran rayonundan qayıtdıqdan sonra Masallı şəhəri, Fizuli küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq, Masallı Rayon Polis Şöbəsinə gətirilmişdir. Üzərində aşkar olunan metamfetamini satmaq niyyətində olmamış, öz istifadəsi üçün almışdır. Bundan başqa o, Şahid3 narkotik və ya psixotrop maddə verməsi ilə bağlı onu qeyd edir ki, Şahid3 əvvəllər ona 10 manat pul vermiş, o, həmin pula Lənkəran rayonunda psixotrop maddə metamfetamin alaraq sonuncu ilə birgə istifadə etmişdir. O, Şahid3 başqasına narkotik və ya psixotrop maddə satmamışdır. Polis şöbəsində saxlanılan zaman və sonradan fiziki zorakılığa, işgəncəyə və təzyiqə məruz qalmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmiş ittihamla özünü təqsirli bilmir, narkotik və psixotrop maddələrinin satışı ilə məşğul olmamışdır. Üzərində aşkar olunan maddəni öz istifadəsi üçün əldə etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilərək, elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Belə ki, o, əsasən psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, narkotik və psixotrop maddələrdən istifadə etdiyinə görə əvvəllər məhkum olunmamışdır. 22 yanvar 2025-ci il tarixdə saat 16 radələrində o, Masallı rayon Ərkivan qəsəbəsində yerləşən evindən çıxıb, Masallı rayon mərkəzinə gəlmişdir. Buradan yol maşınları ilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. O, Qumbaşı kəndinə gedib oradan psixotrop maddə metamfetamin almaq niyyətində olmuşdur. O, alacağı metamfetaminin bir hissəsini özü istifadə edib, digər hissəsini isə tanışlarından istəyən olsa satmaq niyyətində olmuşdur. O, Qumbaşı kəndinə çatdıqdan sonra orada bir nəfər adını bilmədiyi şəxslə görüşüb salamlaşmışdır. O, həmin şəxslə bir qədər söhbət etdikdən sonra öz istifadəsi üçün metamfetamin istəmişdir. Həmin şəxs də ona üzərində 03 ədəd bükümdə metamfetamin olmasını bildirmiş və 03 ədəd büküm üçün 30 manat pul istəmişdir. O, isə 20 manat pulunun olduğunu demiş və onlar razılaşmışlar. O, 20 manat pulu həmin şəxsə verib, 03 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və əynində olan şalvarının sol yan cibinə qoyub, geri Masallı rayonu ərazisinə qayıtmışdır. O, Masallı rayonuna çatdıqdan sonra bir neçə saat evə getməmiş və rayon ərazisində bir qədər gəzmişdir. 23 yanvar 2025-ci il tarixdə saat 01:14 dəqiqədə o, Masallı şəhər, Füzuli küçəsi ərazisində piyada hərəkətdə olduğu zaman tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib, özlərinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını və bununla bağlı üzərinə yoxlama aparılacağını bildirmişlər. O, həmin vaxt müdafiəçinin yardımına ehtiyacı olmadığını və üzərinə yoxlama aparılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra özünü Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili kimi təqdim edən Şahid1 ona üzərində hər hansı bir qanunsuz predmet varsa, təqdim etməyini təklif etmişdir. O da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxardıb, təqdim etmişdir. O, həmin vaxt özünə məxsus olan 01 ədəd POCO markalı mobil telefonu da çıxardıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümlərin içərisinə baxıldığı zaman sellofan bükümlərin içərisində ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminə bənzər kütlələr olması aşkar edilmişdir. Şahid1 həmin bükümləri əvvəlcə ayrı-ayrılıqda elektron tərəzidə çəkmiş və bu zaman 1-ci bükümün çəkisinin 0,19 qram, 2-ci bükümün çəkisinin 0,20 qram və 3-cü bükümün çəkisinin 0,09 qram olması ona aydın olmuşdur. Həmin 03 ədəd büküm birlikdə elektron tərəzidə çəkildiyi zaman ümumi çəkilərinin 0, 42 qram olmaları müəyyən olunmuşdur. Onun təqdim etdiyi metamfetamin 03 ədəd sellofan bükümlərlə birlikdə ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq, möhürlənmişdir. Həmçinin onun təqdim etdiyi 01 ədəd POCO markalı mobil telefon da başqa bir ağ rəngli kağız zərfə qoyulmuş və üzəri imzalanmaqla möhürlənmişdir. Şahid1 təqdim olunan bükümlərdə olan metamfetaminlə bağlı suallar vermişdir. O da həmin 03 ədəd bükümlərdə olan psixotrop maddə metamfetamini Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən aldığını, üzərində şəxsi istifadə etmək məqsədilə daşıyaraq, gəzdirdiyini bildirmişdir. Bundan sonra Şahid1 tərəfindən üzərinə yoxlama aparılmış və hər hansı başqa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onlar birlikdə Masallı RPŞnin inzibati binasına gəlmiş və burada Şahid1 tərəfindən yoxlama aparılması ilə bağlı protokol tərtib edilmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. O, Masallı RPŞ-nin inzibati binasında olduğu zaman Xalid Qurbanov adında təhqiqatçı ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını və bununla bağlı tutulacağını bildirib, ona hüquq və vəzifələrini elan etmişdir. O, tutulduğu zaman müdafiəçinin yardımına ehtiyacı olduğunu və dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra ona öz seçimi əsasında dövlət hesabına Müdafiəçi təyin edilərək, çağrılmışdır. Müdafiəçi gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş və Masallı RPŞ-nin MSY-yə təhvil verilmişdir. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, üzərində psixotrop maddə metamfetamin daşıması barədə heç kimə bir söz deməmişdir. O, həmin şəxsin adını və dəqiq olaraq hansı ünvanda yaşamasını bilməmişdir. O, metamfetaminin bir hissəsini özü istifadə etmək, qalan hissəsini isə tanışlarından istəyən olsa onlara da pay vermək, satmaq niyyəti ilə üzərində daşıyaraq saxlamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş və o, həmin mobil nömrəni təxminən 1 ilə yaxın müddətdə istifadə etmişdir. O, Şahid3 tanımış və Şahid3 dedikləri ilə razı olmuşdur. O, Şahid3 istəyi ilə 2024-cü ilin sonlarında bir dəfə Lənkəran rayonuna gedib orada tanımadığı şəxsdən Şahid3 üçün psixotrop maddə metamfetamin almış və gətirib Zakirə 10 manat pul qarşılığında vermişdir. Belə ki, o, Zakirin narkotik və psixotrop maddələrin aludəçisi olduğunu bilmiş və aralarında dostluq münasibətləri olduğuna görə Zakir ondan bir neçə dəfə psixotrop maddə metamfetamin istəmişdir. Çünki Zakir onun da psixotrop maddə istifadə etdiyini bilmişdir. O da Zakirlə arasında olan dostluq münasibətlərinə görə Zakirin istədiyini yerinə yetirmiş və bir dəfə Zakir üçün 10 manat pul qarşılığında psixotrop maddə metamfetamin əldə edərək, Zakirin özünə gətirib vermişdir. O, Şahid3 heç bir narkotik və ya psixotrop maddə almamışdır. O, Şahid3 başqa heç kəsə narkotik və psixotrop maddə satmamışdır. O, həmin ***-***-**-** saylı mobil nömrə sahibinin kim olduğunu və harada qaldığını bilməmişdir. O, həmin şəxslə Ərkivan qəsəbəsi ərazisində təsadüfən tanış olmuşdur. Söhbət əsnasında həmin şəxs onun narkotik və psixotrop maddələrin istifadəçisi olduğunu bilmiş və ondan metamfetamin istəmişdir. O da 10 manat pul qarşılığında metamfetamin alıb gətirəcəyini həmin şəxsə demişdir. Həmin şəxs ona 10 manat pul vermişdir. O da gecə saatlarında Lənkəran rayonuna getmiş və orada 10 manat pul qarşılığında psixotrop maddə metamfetamin almışdır. Lakin geri qayıtdığı zaman artıq gec olduğu üçün həmin şəxslə görüşə bilməmişdir. Həmin şəxs də səhəri gün ona həmin sms-i göndərmişdir. Daha sonra onlar Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində görüşmüş və o, aldığı 10 manatlıq metamfetamini həmin şəxsə vermişdir. Bundan sonra o, həmin şəxsi bir daha görməmişdir. O, həmin vaxt əvvəllər kimlərəsə narkotik və ya psixotrop maddələr satdığını təsdiq edən sübutların əldə olmadığını düşündüyü üçün ilkin dindirmə zamanı narkotik və psixotrop maddələri satdığını təkzib etmişdir. Tutulduğu gün Şahid3 onun üzərində 0, 357 qram çəkidə metamfetamin olması barədə heç bir xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Masallı rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 23 yanvar 2025-ci il tarixdə onun icraatına Masallı rayon Qızılağac kəndində qeydiyyatda olmaqla Masallı rayon, Ərkivan qəsəbəsində faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıması və saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əvvəlcə adiyyəti üzrə yuxarı rəhbərliyə məruzə edilmişdir. xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-nin rəhbərliyinin əmri əsasında əməliyyat qrupu yaradılmışdır. O, həmin əməliyyat qrupuna rəhbər təyin edilmişdir. Masallı RPŞ-nin PPXB-in polis nəfəri Şahid2 və X1 baş inspektoru X14 isə qrupun üzvləri təyin edilmişlər. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:14 dəqiqədə Masallı şəhəri, Fizuli küçəsi ərazisində saxlanılmışdır. Onlar əvvəlcə Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını demiş və onun narkotik vasitələrin qanunsuz olaraq əldə etmə, istifadə etmə və daşımasında şübhəli olmasını və bununla bağlı üzərinə yoxlama və götürmə aparılmalı olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs müdafiəçiyə ehtiyacı olub-olmadığını və yoxlama aparılmasına etirazı olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə müdafiəçiyə ehtiyacı olmadığını və yoxlama aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd sellofan bükümləri və əynindəki cins şalvarının sağ yan cibindən isə 01 ədəd “POCO” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxdıqları zaman hər birinin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olması aydın olmuşdur. O, bükümləri elektron tərəzidə çəkdiyi zaman 1-ci bükümün çəkisinin 0,19 qram, 2-ci bükümün çəkisinin 0,20 qram və 3-cü bükümün çəkisinin 0,09 qram olmalarını görmüşlər. Həmin 03 ədəd büküm birlikdə elektron tərəzidə çəkildiyi zaman ümumi çəkilərinin 0, 42 qram olmaları müəyyən olunmuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlələri bükümlərlə birlikdə ağ rəngli kağız zərfə qoymuş və üzəri imzalanmaqla möhürlənərək qablaşdırılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd POCO markalı mobil telefon da digər ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. O, Təqsirləndirilən şəxs həmin təqdim etdiyi 03 ədəd bükümlərdə olan metamfetamini haradan və nə məqsədlə əldə etməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs həmin 03 ədəd bükümlərdə olan psixotrop maddə metamfetamini Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən aldığını və üzərində şəxsi istifadə məqsədilə daşıyaraq, saxladığını bildirmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara yoxlama keçirmiş və həmin vaxt hər hansı başqa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Onlar daha sonra birlikdə Masallı RPŞ-nin inzibati binasına gəlmişlər. Masallı RPŞ-nin inzibati binasında olduqları zaman yoxlama və götürmə aparılmasına dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanaraq, təsdiq edilmişdir. Onlar protokol tərtib edildikdən sonra Təqsirləndirilən şəxs Masallı RPŞ-nin növbətçi hissəsinə təhvil vermiş və yoxlama və götürmə aparılması ilə bağlı tərtib edilmiş sənədləri, içərisində 03 ədəd büküm olan 01 ədəd kağız zərfi, içərisində 01 ədəd mobil telefon olan kağız zərfi və aparılmış video yazının qeyd olunduğu 01 ədəd DVD diski Masallı RPŞ-nin baş təhiqatçısı Xalid Qurbanova təqdim etmişlər. Xalid Qurbanov tərəfindən təqdim edilən zərflərə və 01 ədəd DVD diskə təkrar baxış keçirilmiş, 03 ədəd bükümlər yenidən çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün ağ rəngli başqa bir kağız zərfdə qablaşdırılmışdır. X21 tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldıqda, RPŞ-yə gətirildikdə, üzərində yoxlama və götürmə aparıldıqda ona heç bir zor və ya güc tətbiq olunmamışdır. Onlar xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlayan zaman Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümlərdə olan metamfetamini həmin yerdə elektron tərəzini torpağın üzərinə qoyaraq çəkmişlər. Həmin vaxt elektron tərəzinin yerdə sabit və düz qalmaması səbəbindən onlar ölçü aparan zaman psixotrop maddənin çəkisində fərqli rəqəmlər görünmüşdür. Lakin ekspertiza tədqiqatı zamanı həmin psixotrop maddə olan metafetamin təmiz halda çəkilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Təqsirləndirilən şəxs daim narkotik maddələrdən istifadə edən və əvvəllər narkotik maddələrdən istifadəyə görə məhkum edilmiş şəxslərlə sıx əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər kimlərə narkotik vasitələr satması barədə ona əməliyyat məlumatı daxil olmamışdır . Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, 5 il bundan əvvəl az yaşlı övladı dünyasını dəyişdikdən sonra rahatlıq tapmaq və övlad itkisini unutmaq üçün narkotik maddələrdən istifadə etməyə başlamışdır. Belə ki, o, əsasən şüşə deyə bildiyi psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, Təqsirləndirilən şəxs işi ilə bağlı son 1 il ərzində tanımışdır. Sadiqlə bir neçə dəfə görüşüb söhbət edən zaman öz problemlərini ona demiş, Sadiq də ona yazığı gələrək, psixotrop maddə metamfetamin təşkil edə biləcəyini bildirmişdir. O, da Sadiqlə razılaşmış və Sadiq 10 manat qarşılığında metamfetamini ona verməklə birlikdə istifadə etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq, üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Masallı Rayon Polis X18 Bölüyünün polis nəfəri Şahid2, Masallı RPŞ-nin X1 baş inspektoru, polis baş leytenantı X14 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, üzərində narkotik vasitə daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə, saat 01:14 radələrində Masallı şəhəri, Füzuli küçəsi ərazisində saxlanılmış və yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd şəffaf rəngli sellofan bükümdə metamfetaminə bənzər kütlə və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “POCO” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərində aşkar olunmuş, psixotrop maddə olan metamfetaminə oxşar kütləni Lənkəran şəhəri, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin psixotrop maddə olan 3 bükümdə metamfetaminə oxşar kütlə elektron tərəzidə tək-tək və ümumilikdə çəkilmiş bükülülərin ayrı-ayrılıqda çəkiləri 1-ci büküm 0.19, 2-ci büküm 0.20, 3-cü büküm 0.09 və ümumilikdə büküm ilə birlikdə çəkisi isə 0.42 qram olması müəyyən edilmişdir. Daha sonra həmin 3 ədəd bükümdə metamfetaminə oxşar maddə və “POCO” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Xalid Qurbanov tərəfindən Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Masallı Rayon Polis X18 Bölüyünün polis nəfəri Şahid2, Masallı RPŞ-nin X1 baş inspektoru, polis baş leytenantı X14 tərəfindən əməliyyataxtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, qablaşdırılmış maddə olan 2 ədəd zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 03 bükümdə metamfetaminə bənzər kütlə olmuş və həmin büküm elektron tərəzidə çəkilmiş, təqdim edilmiş “POCO markalı telefona, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD disklərə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq xx.xx.2025-ci il tarixdə Lənkəran rayonunda aralarında söhbət zamanı tanımadığı şəxsin ona 20 manat pul qarşılığında 3 ədəd bükümdə psixotrop maddə verdiyini, həmin 3 ədəd bükümü şəxsi istifadəsi üçün aldığını, satmaq niyyətində olmadığını bildirmişdir. Eləcə də onun polis əməkdaşları tərəfindən saxlanılan zaman təqibə, təzyiqə və işgəncəyə məruz qalmamasını bildirməsi müəyyən olunmuşdur. Azercell MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3836 saylı məktuba əlavə olan 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrədə müxtəlif tarixlərdə zənglər edilmiş, həmçinin narkotik və psixotrop maddələrin satışına dəlalət edən müxtəlif məzmunda smslər göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 19/26 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 büküm meamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan zərfdəki, ayrı-ayrılıqda təmiz çəkiləri:- 0,115 qram, 0,150 qram, 0,092 qram; ümumi təmiz çəkisi 0,357 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X15 Yoxlamanın nəticələrinə dair 23 yanvar 2025-ci il tarixli, 37 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis baş leytenantı X20 tərəfindən Şahid3 şahid qismində dindirilməsinin görüntülərini əks etdirən CD disklərə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 ona verilən suallara cavab olaraq öz istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs mobil nömrəsinə müxtəlif məzmunlu sms mətinləri göndərməsini təsdiq edir. Həmin məzmunlu mesajların yazmasına səbəb Sadiqin ona borcunun olması olmuş, bundan başqa 5 il bundan əvvəl azyaşlı övladı dünyasını dəyişdiyi üçün narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də metafetamindən istifadə etmişdır. Təqsirləndirilən şəxs işlə əlaqədar tanımış və pul qarşılığında metamfetamin təşkil etdiyini bilmişdir. Təqsirləndirilən şəxs 10 manat pul qarşılığında metamfetamin almış, istifadə etmiş həmin hadisədən sonra 20 manat Sadiqə vermişdir ki, yenə metafetamin təşkil etsin lakin, Təqsirləndirilən şəxs ona metafetamin almamışdır. Sadiqə ünvanladığı söyüş xarakterli sms-lər həmin 20 manata görə olmuşdur. Bundan başqa Şahid3 baş müstəntiq tərəfindən ona verilən “Təqsirləndirilən şəxs sizin yanınızda narkotik vasitədən istifadə etmişdirmi?” sualına “xeyr, mən Sadiqin narkotik vasitə istifadə etdiyini görməmişəm” cavabını vermişdir. Həmçinin Şahid3 ifadəsində əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs pul qarşılığında öz istifadəsi üçün psixotrop maddə olan metamfetamin almasını bildirmişdir. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilən əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 23 yanvar 2025-ci il tarixdə aşkar edilərək götürülmüş 03 ədəd sellofan bükümlərdə olan ümumi təmiz çəkisi 0,357 qram psixotrop maddə olan metamfetamini o, Masallı rayon ərazisində satışını həyata keçirmək məqsədilə, hələlik məlum olmayan mənbədən əldə etmiş və satış məqsədilə üzərində daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs əsasən Masallı rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 2024-cü il ərzində tanışı olan Şahid3 da bir neçə dəfə psixotrop maddə olan metamfetamin pay vermişdir. Təqsirləndirilən şəxs çox vaxt narkotik maddə aludəçiləri və psixotrop maddələrin qanunsuz dövriyyəsində məhkum edilmiş şəxslərlə telefon əlaqələri qurmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini dəqiq olaraq harada, hansı vaxtda və kimdən alması ilə bağlı hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan əlavə tapşırıqda qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə X3 adına qeydiyyatdan keçmişdir. Bəhruz Əsgərov hazırda dünyasını dəyişmişdir. Həmin mobil nömrənin faktiki kimin istifadəsində olması və həmin şəxsin olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis baş leytenantı X20 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs qismində əlavə dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, istifadəsində olan ***-***- **-** mobil nömrədə aparılmış telefon danışıqları ilə bağlı onu qeyd edir ki, Şahid3 15 manat pul verərək, metamfetamin almasını xahiş etmişdir. Həmin puldan 5 manat yol pulu kimi xərcləmiş, qalan 10 manat müqabilində isə Lənkəran rayonu, Bazar adlanan ərazidən metamfetamin alaraq Zakirə vermişdir. Eləcə də başqa bir nömrədən “gətir pulu ver, ya da daşı ver” məzmumunda sms yazışmasına münasibətdə onu qeyd edir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində adını bilmədiyi təsadüfən tanış olduğu şəxs ona 10 manat pul verərək, psixotrop maddə alıb gətirməsini xahiş etmiş, o da həmin pul müqabilində Lənkəran rayonunda axşam saatlarında metamfetamin alaraq geri qayıtmış, axşam saatları olduğu üçün o həmin şəxslə görüşə bilməmiş, təsadüfən tanış olduğu şəxs ona həmin mesajı yazmış, daha sonra həmin günün səhər onlar Masallı rayonu, Ərkivan qəsəbəsində görüşmüş, 10 manatlıq metamfetamini təsadüfən tanış olduğu şəxsə vermişdir. Əlavə olaraq bildirir ki, qeyd edilən şəxslərdən başqalarına narkotik vasitə satmamışdır. Həmin şəxslərə də qazanc məqsədilə narkotik vasitə verməmişdir. Həmçinin sonuncu dəfə aldığı metamfetamindən nə Zakirin, nə də digər şəxsin xəbəri olmamışdır. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 0,357 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,237 qram qalmış metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılır. Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama və götürmə aparılması zamanı qeydə alınmış video yazının olduğu 01 ədəd DVD disk, baxış və götürmə aparılan zaman qeydə alınmış olan video yazının olduğu 01 ədəd DVD disk, şübhəli şəxsin dindirilməsi zamanı qeydə alınmış video yazının olduğu 01 ədəd DVD disk, təqsirləndirilən şəxsin əlavə dindirilməsi zamanı qeydə alınmış video yazının olduğu 01 ədəd DVD disk, Şahid3 dindirməsi zamanı qeydə alınmış video yazının olduğu 01 ədəd DVD disk və Azercell MMC-dən daxil olmuş 01 ədəd CD cinayət işinin matriallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qızılağac kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, İsmiyev X12 rayonu, Qızılağac kəndində qeydiyyatdadır. xx.xx.2020-ci il təvəllüdlü X7, xx.xx.2022-ci il təvəllüdlü X11 və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı üç azyaşlı uşaqları var. Yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Masallı Rayon Mərkəzi X10 Şəxs tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 18-1- 60/2-245/2025 saylı məktubdan görünür ki, İsmiyev X12 Rayon Mərkəzi X10 Şəxsin psixonevroloji və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 115 saylı məktubdan görünür ki, Masallı rayonu, Qızılağac kənd sakini İsmiyev X8 şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Elvin Muradovdan özünə məxsus olan 1 ədəd “POCO” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, şübhəli şəxs kimi saxlanılarkən üstünün yoxlanılmasına və əşyaların götürülməsinə, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsinə, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair video çəkiliş aparılması barədə və Azercell MMC-dən alınmış telefon məlumatlarını özündə əks etdirən CD disklər, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşımış, belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra keçirilən istintaq hərəkətləri zamanı ilkin ifadələrində əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddələr satmadığını, eləcədə üzərində aşkar olunan 3 ədəd bükümdə metamfetamini şəxsi istifadəsi üçün üzərində daşımasını göstərmişdir. Lakin cinayət işi üzrə araşdırma aparılan zaman əldə edilmiş telefon danışıqları məlumatları, Şahid3 ifadəsi və Təqsirləndirilən şəxs əvvəllər narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olması bağlı digər sübutlar tədqiq edilmişdir. Həmin sübutlar ona elan edilmiş yalnız bundan sonra Təqsirləndirilən şəxs əvvəllər bir neçə şəxsə metamfetamin satdığını, eləcə də üzərində aşkar olunan 3 ədəd metafetamini öz istifadəsi üçün, qalan hissəsini isə pay vermək, satmaq niyyətində olması barədə etirafedici ifadələr vermişdir. Habelə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsində Lənkəran rayonunda tanımadığı şəxsdən 10 manat pul qarşılığında bir bükümdə metamfetamin aldığını, onun içərisində 3 ədəd ayrı-ayrı bükümdə metamfetamin olduğunu bilmədiyini, qeyd etsə də məhkəmə iclasında onun yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarına 03 ədəd bükümdə metamfetamini təqdim etməsi müəyyən olunur. Həmçinin İ.Təqsirləndirilən şəxs məhkəmə iclasında 10 manat qarşlığında Şahid3 metamfetamin alaraq birgə istifadə etdiyini qeyd etsə də, ibtidai istintaq zamanı video çəkiliş vasitəsilə sorğu-sual edilən zaman Şahid3 metamfetamin satdığını, birgə istifadə ilə bağlı hər hansı xüsusatı qeyd etməmişdir. Beləliklə, yuxarıdakı qeyd edilən xüsusatlar və iş materiallarında olan sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı aparılan zaman səmimi və obyektiv davranmayaraq, ona verilən ittiham üzrə məsuliyyətdən yaxa qurtarmağa cəhd etmişdir. Odur ki, məhkəmə onun ifadəsini mümkün sübutetmə vasitəsi kimi rədd edir. Bundan başqa Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun üçün əvvəllər 10 manat qarşılığında psixotrop maddə metamfetamin aldığını və həmin maddəni birgə istifadə etdiyini qeyd etsə də, ibtidai istintaqda Şahid3 baş müstəntiq tərəfindən ona verilən “Təqsirləndirilən şəxs sizin yanınızda narkotik vasitədən istifadə etmişdirmi” sualına cavab olaraq “xeyr, mən Sadiqin narkotik vasitə istifadə etdiyini görməmişəm” cavabını vermişdir. Bu da onun məhkəmə iclasında ifadəsində göstərdiyi bu xüsusatda qeyri-obyektiv olduğu anlamına gəlməlidir. Beləliklə məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144- 146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinə əsasən məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 5-ci bəndində göstərilir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Həmin Qanunun 8-ci bəndinin 4-cü abzasında göstərilir ki, Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qanunun 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; - törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdən 24 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti cəza saxlanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirirlərək, barəsində həbs qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs “stimulyatorların” qəbulu nəticəsində yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,237 qram ağ kristallardan ibarət olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə, X4 şahid qismində dinidirilməsi barədə videogörüntüləri özündə əks etdirən və Azercell MMC-dən alınmış telefon məlumatlarını özündə əks etdirən, təqsirləndirilən şəxsin əlavə dindirilməsini özündə əks etdirən ümumilikdə 06 (altı) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd “POCO” markalı mobil telefonun özünə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 9 (doqquz) saat 30 (otuz) dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 104.50 (bir yüz dörd manat 50 qəpik) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdən 24 yanvar 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 30 aprel 2025-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs “stimulyatorların” qəbulu nəticəsində yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Maddi sübut- Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,237 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə, X4 şahid qismində dinidirilməsi barədə videogörüntüləri, Azercell MMC-dən alınmış telefon məlumatlarını, təqsirləndirlən şəxsin əlavə dindirilməsini özündə əks etdirən ümumilikdə 06 (altı) ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd “POCO” markalı mobil telefonun özünə qaytarılması nəzərə alınsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 104.50 (bir yüz dörd manat 50 qəpik) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar