Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-82/2023 10.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2002-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Paşayev X2 Rayon Polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə 19 sentyabr 2022-ci il tarixdə hüquq və vəzifələri, həmçinin bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-cı maddəsində nəzərdə tutulan məsuliyyət elan olunmaqla şahid qismində dindirilərkən, Arzuman Sarxanovun narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi qəsəbədə tanındığını, mobil telefonla danışıb narkotik vasitə olub olmadığını dəqiqləşdirdikdən sonra yaşadığı evə gedib Arzumandan narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etdiyini və bunun müqabilində hər dəfə ona 10 manat pul verdiyini göstərmiş, lakin 25 yanvar 2023-cü il tarixdə Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Masallı Rayon Məhkəməsinin inzibatı binasında keçirilən məhkəmə iclası zamanı ona yenidən hüquq və vəzifələri izah olunmasına baxmayaraq o, təqsirləndirilən şəxs Arzuman Sarxanovu törətmiş olduğu cinayətə görə məsuliyyətdən yayındırmaq məqsədi ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsim təkzib edərək ondan heç vaxt narkotik vasitə almadığını və Arzuman Sarxanovun ona narkotik vasitə satmadığını bildirməklə məhkəmədə bilə-bilə yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır. Masallı rayonu, Ərkivan qəsəbəsində avtomobil təmiri ilə məşğul olmuşdur. Təxminən bir ildən artıqdır ki, narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etmişdir. X6 Ərkivan qəsəbə sakini kimi tanıyır. Arzuman əsasən narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi qəsəbədə tanınmışdır. Atası Fərahimin adına olan ***-***-**-** saylı mobil telefon nömrəsinin isitfadə edir. Həmin mobil telefon nömrəsi ilə Arzumana məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlayaraq, ondan narkotik vasitə olan qurudulmuş marxiauana əldə etmişdir. Arzumanla əlaqə saxlayıb narkotik vasitə olub-olmamasını soruşmuşdur. Arzumanda narkotik vasitə olub-olmamasını dəqiqləşdirdikdən sonra onun yaşadığı ünvana getmiş, sonuncu isə evinin həyətinə düşərək ona qurudulmuş marixuana vermişdir. Hər dəfə isə aldığı narkotik vasitə qurdulmuş marxiauanaya görə Arzumana 10 manat pul vermişdir. O, təxminən son beşaltı ay bundan əvvəllərə qədər narkotik vasitələrdən istifadə etmişdir, istifadə etdiyi narkotik vasitə qurdulmuş marixuana olmuş, başqa növ narkotik vasitələrdən istifadə etməmişdir. Arzumandan ancaq qurudulmuş marixuana almış, ondan əlavə Arzumandan kimin narkotik vasitə alıb-almamasını bilməmişdir. Lakin ümumilikdə onun narkotik vasitələrin satışı ilə məşğul olmasından Ərkivan qəsəbəsində yaşayanların əksəriyyətinin məlumatı olmuşdur. O, narkotik vasitə istifadə etməyə başlayan ərəfələrdən Arzumandan pul qarşılığında narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etmişdir. Bu hal dəfələrlə baş vermişdir. Arzuman Sarxanov üzərində narkotik vasitələr gəzdirdiyinə görə Masallı Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və şübhəli şəxs kimi tutulmuşdur. Səhv etmirsə 2022-ci ilin sentyabr ayının ortalarında istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng olunaraq özünü Masallı RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Şahid2 kimi təqdim edən şəxs Arzuman Sarxanovun barəsində olan cinayət işi üzrə dindirilməsi üçün onu polis şöbəsinə dəvət etmişdir. Ona görə də o, 19 sentyabr 2022-ci il tarixdə Masallı Rayon Polis şöbəsinə gedərək, şöbənin istintaq bölməsinin müstəntiqi Şahid2 xidməti iş otağında onunla görüşmüşdür. Şahid2 tərəfindən ifadəsi alınarkən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Arzuman Sarxanov tutulmamışdan əvvəl sonuncunun ***-***-**-** saylı mobil telefon nömrəsinə bir neçə dəfə zəng etdiyini, narkotik vasitələrin istifadəçisi olması və bir neçə dəfə pul müqabilində Arzuman Sarxanovdan şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana alması ilə bağlı ifadə vermişdir. 25 yanvar 2023-cü il tarixdə o, X5 barəsində olan cinayət işi üzrə şahid qismində ifadə vermək üçün Masallı Rayon Məhkəməsinə çağırılmışdır. Həmin gün keçirilən məhkəmə iclasında Arzuman Sarxanovun işi üzrə istintaqda verdiyi ifadəni təkzib edərək, avtomobil təmiri ilə məşğul olduğundan “Vaz” markalı avtomobil üçün işlənmiş ehtiyat hissəsi almaqdan ötrü Arzuman Sarxanovun yaşadığı evin həyətinə getməsi, bu səbəbə görə onunla telefonla danışması, lakin ondan narkotik vasitə almaması və Arzuman Sarxanovun ona narkotik vasitə satmaması ilə bağlı ifadə vermişdir. Halbuki, Arzuman Sarxanovun barəsində istintaq olunan cinayət işi ibtidai istintaq zamanı sonuncunun əleyhinə ifadə vermək üçün işi aparan müstəntiq və yaxud digər bir şəxs ona təziq etməmiş, hədə-qorxu gəlməmiş, döyməmiş və digər bir qanunazidd hərəkətlərə yol verməmişlər. Arzuman Sarxanovun barəsində istintaq olunan cinayət işi üzrə şahid qismində dindirilməmişdən əvvəl işi aparan müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tələbləri ona izah olunaraq iş üzrə bilə-bilə yalan ifadə verəcəyi təqdirdə məsuliyyət daşıması ilə bağlı ona xəbərdarlıq edilmiş, o həmin müddəa ilə tanış olduqdan sonra iş üzrə sərbəst ifadə vermiş və verdiyi məzmunu ilə tanış olandan sonra onu imzalayıb təsdiq etmişdir. Ona heç bir təziq və təsir göstərilməmişdir. Lakin 25 yanvar 2023-cü il tarixdə şahid qismində Masallı Rayon məhkəməsində dindirilməmişdən əvvəl məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tələbləri ona oxunmuş və iş üzrə bilə-bilə yalan ifadə verəcəyi təqdirdə həmin maddədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması ilə bağlı ona xəbərdarlıq edilmişdir. O, sadalanan hallarla tanış olub müvafiq iltizamı imzaladıqdan sonra Arzuman Sarxanovdan narkotik vasitə almadığı və sonuncunun ona narkotik vasitə satmadığı barədə bil-bilə yalan ifadə vermişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, həbs olunacağından qorxaraq bilə-bilə yalan ifadə verdiyini, ilk dəfə cinayət məsuliyətinə cəlb edildiyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin İstintaq bölməsində müstəntiqi vəzifəsində işləyir. Masallı rayonu, Ərkivan qəsəbə sakinləri X8 və Təqsirləndirilən şəxs birincinin barəsində icraatında istintaqı aparılmış cinayət işi üzrə tanımış, adları çəkilmiş şəxslərlə əvvəllər narazılığı və ziddiyyəti olmamışdır. 29 iyul 2022-ci il tarixdə Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ərkivan qəsəbə sakini X8 narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və üzərində gəzdirməsi ilə bağlı şübhəli olduğundan Masallı rayon polis şöbəsinə gətirilmiş, şöbədə keçirilmiş şəxsi axtarış zamanı Arzuman Sarxanovun üzərindən 06 ədəd bükümdə ümumi çəkisi 13,28 qram narkotik vasitə hesab edilən tiryəkə bənzər, 03 ədəd kibrit qutusunda ümumi çəkisi 19,54 qram və 08 ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 3,52 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin faktla bağlı toplanmış material üzrə araşdırmanın aparılması ona həvalə edildiyindən 30 iyul 2022-ci il tarixdə tərəfindən Arzuman Sarxanovun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır. 31 iyul 2022-ci il tarixdə Arzuman Sarxanov iş üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Aparılmış istintaq zamanı Arzuman Sarxanova məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə apardığı danışıqların çıxarışları öyrənilərkən Masallı rayonu, Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Arzumanın yuxarıda göstərilən mobil telefon nömrəsinə dəfələrlə zəng edib danışması müəyyən olunmuşdur. Odur ki, istintaq zərurəti ilə əlaqədar ifadəsinin alınması üçün Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə Masallı rayon polis şöbəsinin istintaq bölməsinə dəvət olunmaqla həmin gün tərəfindən videoçəkiliş vasitəsi ilə dindirilmişdir. Şahid qismində dindirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tələbləri izah olunaraq iş üzrə bilə-bilə yalan ifadə verəcəyi təqdirdə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs həmin müddəa ilə tanış olduqdan sonra iş üzrə sərbəst ifadə verərək təxminən bir ildən artıq müddətdir ki, narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etdiyini, X5 narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi Ərkivan qəsəbəsində tanındığını, atası Fərahimin adına olmaqla onun tərəfindən istifadə edilən ***-***-**-** saylı mobil nömrəsindən Arzumana məxsus olan ***- ***-**-** saylı mobil telefon nömrə ilə dəfələrlə əlaqə saxlayıb ondan narkotik vasitə olub olmasını dəqiqləşdirdikdən sonra onun yaşadığı ünvana gedib Arzumandan narkotik vasitə olan qurudulmuş marixuana əldə etdiyini, hər dəfə aldığı narkotik vasitəyə görə Arzumana 10 manat pul verdiyini, təxminən iki ay bundan əvvələ qədər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, digər narkotik vasitələrdən istifadə etmədiyini və Arzumandan ancaq qurudulmuş marixuana aldığını göstərmişdir. Həmin məzmunda ifadəni verməsi üçün tərəfindən Təqsirləndirilən şəxs heç bir təklfi verilməmiş, təzyiq olunmamış və hədə-qorxu gəlinməmişdir. Sonuncu verdiyi ifadənin məzmunu ilə tanış olduqdan sonra onu imzası ilə təsdiq etmişdir. İbtidai istintaq başa çatdıqdan sonra Arzuman Sarxanovun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Masallı Rayon Prokurorluğu vasitəsi ilə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin işə məhkəmədə baxılmaqla Arzuman Sarxanovun barəsində ittiham hökmü çıxarılmış və o, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Düşünür ki, Təqsirləndirilən şəxs Arzuman Sarxanovun cinayət məsuliyyətindən kənarda qalmasına kömək etmək məqsədi ilə məhkəmə iclasında yalan ifadə verməklə iş üzrə ibtidai istintaqa verdiyi ifadəsini təkzib etmişdir. Məhkəmə iclasında zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 29 iyul 2022-ci il tarixdə Masallı Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Ərkivan qəsəbə sakini X5 qanunsuz olaraq üzərində narkotik vasitələri gəzdirməsi, qəbulu və satışı ilə məşğul olmasında şübhəli bilinərək rayon polis şöbəsinə gətirilmiş, şöbədə keçirilmiş şəxsi axtarış zamanı Arzuman Sarxanovun üzərindən 06 ədəd bükümdə ümumi çəkisi 13,28 qram narkotik vasitə hesab edilən tiryəkə bənzər, 03 ədəd kibrit qutusunda ümumi çəkisi 19,54 qram və 08 ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 3,52 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin faktla bağlı toplanmış material üzrə 30 iyul 2022-ci il tarixdə rayon polis şöbəsinin istintaq bölməsində Arzuman Sarxanovun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin işin istintaqını aparan müstəntiq Şahid2 tərəfindən Arzuman Sarxanovun barəsində olan cinayət işi üzrə şöbənin cinayət axtarış bölməsinə əməliyyat tapşırığı verilmiş və tapşırığın icrası ona həvalə edilmişdir. Müstəntiq tərəfindən verilmiş tapşırığın icrası ilə bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Masallı rayonu, Ərkivan qəsəbə sakini Paşayev X3 Sarxanovdan 10 manat müqabilində dəfələrlə narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etməsi müəyyən edilmişdir. Bu barədə tərəfindən raport tərtib edilərək şöbənin istintaq bölməsinə təqdim edilmişdir. Arzuman Sarxanovun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin müvafiq hökmü ilə Arzuman Sarxanovun barəsində ittiham hökmü çıxarılmış və o, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Adları çəkilən hər iki şəxslə əvvəl narazılığı və ziddiyyəti olmamışdır. Düşünür ki, Təqsirləndirilən şəxs Arzuman Sarxanovun cinayət məsuliyyətindən kənarda qalmasına kömək etmək məqsədi ilə məhkəmə iclasında yalan ifadə verməklə iş üzrə ibtidai istintaqa verdiyi ifadəsini təkzib etmişdir. Çünki Təqsirləndirilən şəxs Arzuman Sarxanovun barəsində olan cinayət işi üzrə şahid qismində dindirilərkən videoçəkiliş vasitəsi ilə verdiyi ifadəsində Arzuman Sarxanovu narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığını, ondan dəfələrlə narkotik vasitə olan qurudulmuş marixuana aldığını, bunun müqabilində hər dəfə ona 10 manat pul verdiyini göstərmişdir. İş materiallarında olan: Videoçəkiliş vasitəsi ilə aparılmış xx.xx.2022-ci il tarixli şahidi dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs onun narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, Arzuman Sarxanovun narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi qəsəbədə tanındığını, atası Fərahimin adına olmaqla istifadə etdiyi ***-***- **-** saylı mobil nömrə ilə Arzumanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə əlaqə saxlayıb ondan narkotik vasitə olub olmadığını soruşduğunu, Arzumanda narkotik vasitənin olduğunu dəqiqləşdirdikdən sonra onun yaşadığı ünvana getdiyini, sonuncunun həyətə düşüb ona qurudulmuş marixuana verməsi, hər dəfə aldığı narkotik vasitəyə görə Arzumana 10 manat pul verdiyini, istifadə etdiyi narkotik vasitənin qurudulmuş marixuana olduğunu, başqa növ narkotik vasitələrdən istifadə etmədiyini, narkotik vasitə istifadə etməyə başlayandan bəri Arzumandan dəfələrlə pul qarşılığında narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etdiyini göstərmişdir. Həmin videoçəkiliş diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Cinayət işinə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(050)-6/2023 nömrəli hökmün surətindən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 09 fevral 2023-cü il tarixli, 65 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Paşayev X2 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla atası - xx.xx.1969-cu il təvəllüdlü X4, anası xx.xx.1977-ci il təvəllüdlü X7 və bacısı xx.xx.2005-ci X1 ibarət ailə tərkibində yaşayır, onun barəsində Masallı rayon İHBnın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, videoçəkiliş vasitəsi ilə aparılmış xx.xx.2022-ci il tarixli şahidi dindirmə protokolundan, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək, törətdiyi əmələ görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13.03. 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-82/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-82/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver