Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-83/2023 03.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci il də Masallı rayonu, Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Masallı rayonu, Səmidxan kəndindəki fərdi yaşayış evinin mətbəxt otağında anası Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əllərindən qəsdən tutub sıxandan sonra sol əl nahiyəsindən baltanın dəstəy ilə vuraraq sonuncuya sol mil-bilək oynağı nahiyəsinin əzilmiş yaralan, sağ və sol bazu nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ailə münasibətlər zəmində mübahisələri olmuşdur. Elnur ailəsi birlikdə Masallı rayonu, Səmidxan kəndində yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Elnurun yanına gəlmiş, həmin vaxt həyət qapısının, 1500 ədəd mişar daşlardan 1158 ədədinin, 5 ton tutumda olan su çəninin, 1 ton tutumda olan plastik su çənin, 800 metr uzunluqda dəmir hasarın, iki dədəd taxtadan ev qapılarının, bir ədəd samovarın, iki ədəd dəmirdən əl üz yuyan çanaqların, bir ədəd qaz sobasının, 50 ədəd çəngəllərin və 50 ədəd qaşıqların və çay dəstlərinin olmadığlarını aşkar edib Elnurdan həmin əşyalarının harda olduğunu soruşmuş, Elnur ona demişdir ki, “pul lazım olduğu üçün əşyaları satmışam”. Elnura demişdir ki, “pul lazım olanda mənə deyərdin, gedək kimə satmısan geri alım”. Elnur isə ona demişdir ki, “satdığım əşyalar mənə aiddir, özüm bilərəm”. O, Elnura heç nə deməmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evin yataq otağında olduğu zaman Elnur otağına gəlib ona demişdir ki, evdə olan əşyaları satmışam yaxşı etmişəm, özüm bilərəm, sonuncuya demişdir ki, kişi evdə olanlarını satmaz, gedib qazanar, bu sözləri deyib evin mətbəx otağına getmiş, həmin vaxt Elnur arxasınca mətbəx otağına gəlmiş və otaqda olan baltanı götürüb qollarından tutmuş və sol bilək nahiyəsindən baltanın dəstək hissəsi ilə vurmuş, ikinci dəfə baltanı onu vurmaq istəyən zaman özünü toplayıb əllərini Elnurun əllərindən dartıb çıxartmış və əli ilə baltanı tutub sonuncunun əlindən almış, bundan sonra tez baltanı pəncərədən tullamışdır. Sonuncu isə əli ilə saçlarından tutub yerə yıxıb dartmağa başlamış, o, özünü toplayıb Elnura polisə şikayət edəcəyini demişdir. Bu sözdən sonra Elnur ondan kənara çəkilib otaqda olan qabları yerə atıb sındıraraq demişdir ki, mən evi və evdə olan əşyaları hamısını satacağam. O, Elnurun dediklərinə əhməyyət verməyib istifadəsində olan mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib döyülməsi barədə məlumat vermiş, 4-5 dəqiqədən sonra verdiyi məlumat əsasında polis əməkdaşları gəlmişlər və o, döyülməsi barədə ərizə yazmışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, onun həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əri, Zərərçəkmiş şəxs isə qayınanasıdır. Əvvəllər aralarında mübahisə və ədavətləri olmamışdır. Lakin son zamanlar Zərərçəkmiş şəxs mütəmadi narazılıqlar yaratmış, onları Masallı rayonu ,Səmidxan kəndində evdə rahat yaşamağa imkan verməmiş, Bakı şəhərində yaşamağa evi olsa da, həmin şirkət bir il müddətinə almış, evi əlində saxlamaq üçün Ruqiyyə hər ay pul ödəmək məcburiyyətindədir. Lakin Ruqiyyənin pulu olmadığından məqsədi onları Səmidxan kəndindəki evdən çıxarmaq, özünü həmin evdə yaşamasını təmin etməkdır. Onların isə yaşamağa başqa yerləri yoxdur. Ailəsi ilə birlikdə Masallı rayonu, Səmidxan kəndində əri Təqsirləndirilən şəxs valideyinlərinə məxsus evdə yaşadıqları müddət ərzində evə müxtəlif əşyalar almışlar. Lakin sonradan maddi imkanları pisləşdiyindən, həm də uşağı xəstə olduğundan Elnur onları satıb pul əldə etmiş, müalicəyə xərcləmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdə olduğu zaman Ruqiyyə Bakı şəhərindən gəlmiş, gəldikdən təxminən 4-5 dəqiqə sonra əri Elnurdan həyət və ev əşyalarının harada olduğunu soruşmuş, Elnur ona maddi imkanı olmadığından bəzi əşyaları satmaq məcburiyyətində qaldığını demişdir. Bu səbəbdən aralarında xırda mübahisə yaranmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində yaşadıqları evdə olduğu zaman Ruqiyyə yenidən əri Elnur və onunla əşyaların satılmasına görə mübahisə etməyə başlamış, mübahisəni qohumları sabiq polis əməkdaşı olan Kazım adlı şəxs də görmüş, istintaqda adı hallanmasın deyə ifadələrində onu qeyd etməmişlər. Mübahisə zamanı Ruqiyyə mətbəxə keçərək qabları sındırmağa başlamış, sınmış qablarla özünə xəsarət yetirmiş, özü-öz əlləri ilə saçlarını yolmuş, üzünə və başına xəsarət yetirmişdir, qışqırmağa başlamış, daha sonra telefonla 102 xidmətinə zəng edərək Elnur tərəfindən döyülmıəsi barədə əsassız şikayət etmiş, bundan sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. Baş vermiş hadisəni azyaşlı qızı da görmüşdür. Təhqiat zamanı verdiyi ifadəsindəki imzalar ona məxsus olsa da, lakin oxumadan imzalamış, tətjhqiat zamanı verdiyi ifadəsi həqiqəti əks etdirmir. Belə ki, Elnur Ruqiyyəyə heç bir xəsarət yetirməmiş, onu döyməmiş, xəsarəti Ruqiyyə özü-özünə yetirmişdir. Şahid qismində ifadə vermiş Şahid təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, qayınanası Zərərçəkmiş şəxs və əri Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında mübahisələri və ədavətləri olmamışdır. Ailəsi ilə birlikdə Masallı rayonu, Səmidxan kəndində əri Təqsirləndirilən şəxs valideyinlərinə məxsus evində yaşadıqları müddət ərzində evə yeni həyət qapısı, hasar üçün mişar daşları və digər əşyalar almışlar, lakin sonradan pula ehtiyacı olduğundan aldıqlarını satmağa başlamışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdə olduğu zaman Ruqiyyə gəlmiş, o, gələndən təxminən 4-5 dəqiqədən sonra əri Elnura demişdir ki, həyət və ev əşyaları hardadır, Elnur Ruqiyyəyə demişdir ki, “pul lazım olduğu üçün əşyalarımı satmışam.” Ruqiyyə ona demişdir ki, pul lazım olanda mənə deyərdin, gedək kimə satmısan geri alım. Elnur Ruqiyyəyə demişdir ki, satdığı əşyalar ona aiddir, özü bilər. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı evdə olduğu zaman Elnur yataq otağında olan Ruqiyyənin yanına getmiş, ona demişdir ki, “evdə olan əşyaları satmışam yaxşı etmişəm, özüm bilərəm”, Ruqiyyə Elnura demişdir ki, kişi evdə olanlarını satmaz, gedib qazanar, bu sözləri deyib Ruqiyyə evin məxtbəxt otağına getmiş, onun ardınca Elnurun getdiyini görüb ona sakitləşməsini demişdir. Lakin o, anası ilə onun işinə qarışmamasını demişdir. Bu sözdən sonra Elnur mətbəxt otağına getmiş, mətbəx otağında Elnur otaqda olan baltanı götürmüş və Ruqiyyənin qollarından tutub sol bilək nahiyəsindən baltanın taxta hissəsi ilə vurmuş, Ruqiyyə əllərini Elnurun əllərindən dartıb çıxartdımış və baltanı Elnurun əlindən almış, Ruqiyyə baltanı pəncərədən tullayan zaman Elnur onun saçından tutmuş və dartmışdır. Lakin Ruqiyyə baltanı pəncərədən atmış və yerə yıxılmışdır. Həmin vaxt Ruqiyyə polisə şikayət edəcəyini demiş və Elnur ondan kənara çəkilib mətbəx otağında olan qabları sındıraraq ona demişdir ki, “mən evi və evdə olan əşyaları hamısını satacağam”. Ruqiyyə isə mobil telefonda rəqəmləri yığmağa başlamış, Elnur isə otaqdan çıxıb getmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında ailə münasibətlər zəmində mübahisələri olmuşdur. Zərərçəkmiş şəxs mütəmadi narazılıqlar yaratmış, onları Masallı rayonu, Səmidxan kəndində evdə rahat yaşamağa imkan verməmiş, Bakı şəhərində yaşamağa evi olsa da, həmin şirkət bir il müddətinə almış, evi əlində saxlamaq üçün Ruqiyyə hər ay pul ödəmək məcburiyyətindədir. Lakin Ruqiyyənin pulu olmadığından məqsədi onları Səmidxan kəndindəki evdən çıxarmaq, özünü həmin evdə yaşamasını təmin etməkdır. Onların isə yaşamağa başqa yerləri yoxdur. Ailəsi ilə birlikdə Masallı rayonu, Səmidxan kəndində valideyinlərinə məxsus evdə yaşadıqları müddət ərzində evə yeni həyət qapısı, hasar üçün mişar daşları və digər əşyalar almışlar əşyalar almışlar. Lakin sonradan maddi imkanları pisləşdiyindən, həm də uşağı xəstə olduğundan onları satıb pul əldə etmiş, müalicəyə xərcləmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdə olduğu zaman Ruqiyyə Bakı şəhərindən gəlmiş, gəldikdən təxminən 4-5 dəqiqə evdə söz-söhbət yaradaraq həyət və ev əşyalarının harada olduğunu ondan soruşmuş, anasına maddi imkanı olmadığından bəzi əşyaları satmaq məcburiyyətində qaldığını demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində yaşadıqları evdə olduğu zaman Ruqiyyə yenidən onunla əşyaların satılmasına görə mübahisə etməyə başlamış, mübahisəni qohumları sabiq polis əməkdaşı olan Kazım adlı şəxs də görmüş, hansı ki, istintaqda adı hallanmasın deyə ifadəsində onu qeyd etməmişdir. Mübahisə zamanı Ruqiyyə mətbəxə keçərək qabları sındırmağa başlamış, sınmış qablarla özünə xəsarət yetirmiş, özü-öz əlləri ilə saçlarını yolmuş, üzünə və başına xəsarət yetirmişdir, hətta Kazımda onu sakitləşdirməyə çalışsa da, lakin Ruqiyyə qışqırmağa başlamış, daha sonra telefonla 102 xidmətinə zəng edərək döyülməsi barədə əsassız şikayət etmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. Baş vermiş hadisəni azyaşlı qızı da görmüşdür. Təhqiqat zamanı verdiyi ifadəsindəki imzalar ona məxsus olsa da, lakin oxumadan imzalamış, təhqiqat zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, o, Ruqiyyəni vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Ona qarşı irəli sürülən ittiham əsassızdır, heç bir cinayət əməli törətməmişdir. Xəsarəti Ruqiyyə özü-özünə yetirmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, anası Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında ailə münasibətlər zəmində mübahisələri olmuşdur. Ailəsi ilə birlikdə Masallı rayonu, Səmidxan kəndində valideyinlərinə məxsus evində yaşadıqları müddət ərzində yeni həyət qapısı, hasar üçün mişar daşları və digər əşyalar almışlar, lakin sonradan pula ehtiyacı olduğundan aldıqlarını satmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evdə olduğu zaman anası Ruqiyyənin gəldiyini görmüş, 4-5 dəqiqədən sonra Ruqiyyə ona demişdir ki, həyət və ev əşyaları hardadır, Ruqiyyəyə demişdir ki, pul lazım olduğu üçün əşyalarımı satmışam. Ruqiyyə ona demişdir ki, pul lazım olanda mənə deyərdin, gedək kimə satmısan geri alım. Ruqiyyəyə demişdir ki, satdığı əşyalar mənə aiddir, özüm bilərəm. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olduğu zaman yataq otağında olan Ruqiyyənin yanına gedib demişdir ki, evdə olan əşyaları satmışam yaxşı etmişəm, özüm bilərəm, Ruqiyyə ona demişdir ki, kişi evdə olanlarını satmaz, gedib qazanar, bu sözləri deyib evin məxtbəxt otağına getmişdir. Ruqiyyənin dediyi sözünə hirslənib arxasınca mətbəxt otağına getmiş, həmin vaxt arvadı İlahə ona sakitləşməsini demiş, lakin İlahəyə şəxsi işlərinə qarışmamasını demiş, bu sözdən sonra mətbəxt otağına gedib orada baltanı götürüb Ruqiyyənin qollarından tutmuş və sol bilək nahiyəsindən qəsdən baltanın taxta hissəsi ilə vurmuş, həmin vaxt Ruqiyyə əllərini əllərindən dartıb çıxartmış və baltanı əlindən almış, baltanı Ruqiyyədən almaq üçün saçından tutmuş, lakin Ruqiyyə baltanı pəncərədən atmış və yerə yıxılmışdır. Həmin vaxt Ruqiyyə polisə şikayət edəcəyini dediyi üçün o, Ruqiyyədən kənara çəkilmiş və əsəbdən mətbəxt otağnda olan qabları sındıraraq demişdir ki, mən evi və evdə olan əşyaları hamısını satacam. Ruqiyyə isə mobil telefonda rəqəmləri yığmağa başlamış, o, isə başqa otağa getmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, 175 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol mil-bilək oynağı nahiyəsinin əzilmiş yaraları, sağ və sol bazu nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sol mil-bilək oynağı nahiyəsindəki yaralar balta ilə vurulma, sağ və sol bazu nahiyəsindəki qançırlar əllə sıxılma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 27 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Şaliyev X5 rayonu, İ Səmidxanlı kəndində qeydiyyatda olmaqla arvadı xx.xx.1982-ci il təvəllüdlü X2, qızı xx.xx.2015-ci il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır və ərazidə yaşadığı müddət ərzində onun barəsində İ Səmidxanlı ərazi nümayəndəliyinə dəfələrlə şifahi şikayətlər daxil olmuşdur. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqında protokoldan görünür ki, aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baş vermiş hadisə Masallı rayonu, İ Səmidxanlı kəndindəki vermişdir. Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərərvurması tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə, maddi sübut, mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-83/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-83/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver