Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-83/2025 28.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu, Şatıroba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evlihimayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədilə, tamah niyyəti ilə qohumu olan Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Şatıroba kəndi ərazisində yerləşən fərdi yaşayış evinə pəncərəni açaraq qanunsuz daxil olub sonuncuya məxsus 1 ədədinin qiyməti 250 manat olmaqla ümumi dəyəri 750 manat olan 3 ədəd yumşaq stul, qiyməti 240 manat olan “Moulimex” HV8 markalı 1 ədəd elektrik ətçəkən maşın, qiyməti 240 manat olan 12x50 Multi-coated optice 87M/1000M markalı çoxqat örtüklə işlənmiş 50 mm-lik linza ilə 12 dəfə böyütmə qabiliyyətinə malik 1 ədəd optik durbin, qiyməti 65 manat olan 1 ədəd “Tefal” markalı ütü, 1 ədədinin qiyməti 14 manat olmaqla cəmi qiyməti 42 manat olan “Avon attraction” markalı 3 ədəd 50 mq-lıq ətir, qiyməti 150 manat olan 1 ədəd “Braun” markalı blender və qiyməti 3 manat olan 1 ədəd adi qıfılı gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1490 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayon, Şatıroba kəndi ərazisində özünə məxsus evdə tək yaşamış və heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntıları çox olmuşdur. Masallı rayon, Şatıroba kəndi ərazisində yaxın qohumları olan qardaşları X5 və X1 ayrı-ayrı evləri vardır. Onların hər ikisi Rusiya Federasiyası ərazisində yaşayırlar. O da əvvəllər qardaşları ilə birlikdə Rusiya Federasiyası ərazisində yaşamışdır. Lakin, daha sonra Azərbaycan Respublikasına qayıtmışdır. Qardaşlarının evlərinə daxil olmaqla bağlı ona icazə verilməmişdir. Çünki o, əvvəllər məhkum olunduğuna görə qardaşları ilə arasında narazılıq yaranmış və qardaşları onun öz evlərinə daxil olmağa qadağa qoymuşlar. Bu səbəbdən qardaşı Taleh Nəzərli evinə baxmağı və nəzarət etməyi qaynı Nümayəndə tapşırmışdır. Digər qardaşı Əlizamin isə öz evinə nəzarət etməyi baldızı Ruqiyyə adlı qadına tapşırmışdır. Pula ehtiyacı olduğu üçün oğurluq etməyə qərar vermişdir. Bu məqsədlə qardaşı Taleh Nəzərlinin evinə qanunsuz daxil olub orada olan satıla biləcək qiymətli əşyaları oğurlamağı qərara almışdır. 05 fevral 2025-ci il tarixdə gecə saatlarında tək yaşadığı evdən çıxıb qardaşı Talehin Masallı rayon, Şatıroba kəndində yerləşən evinə getmişdir. Evlərinin arasındakı məsafə təxminən 100-150 metr olar. Həmin vaxt küçədə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə tullanmış və evin birinci mərtəbəsinə yaxınlaşmışdır. Həmin vaxt o, evin qapısını aça bilməyəcəyini düşünüb evin pəncərəsini əli ilə güc tətbiq edib içəriyə doğru itələmişdir. Pəncərə açıldıqdan sonra o, evin birinci mərtəbəsinə daxil olmuşdur. O, evin içərisində olan zaman bir qədər evdəki əşyaları müşahidə etmiş və özü ilə aparıb sata biləcəyi əşyaları seçməyə başlamışdır. O, həmin vaxt evdən 3 ədəd mebel örtüklü stulu, 1 ədəd optik durbini, 1 ədəd elektrik ətçəkən maşını, 1 ədəd ütünü, 3 ədəd 50 mq-lıq ətirləri, 1 ədəd blenderi və adi qapı qıfılını oğurlamışdır. O, həmin əşyaları hissə-hissə pəncərədən çölə çıxarmış və hasardan bayırda küçəyə yığmışdır. Daha sonra isə həmin əşyaları özünə məxsus olan evə aparıb gizlətmişdir. O, həmin əşyaları bir-bir olmaqla kənd ərazisində “dəmir yığan” deyə tanıdıqları səyyar satıcılara satmaq üçün ara-sıra küçəyə gəzməyə çıxmışdır. Qarşısına motosikletlə dəmir yığan səyyar satıcılar çıxdığı zaman həmin səyyar satıcılara satılıq əşyalarının olduğunu demiş və satmışdır. O, həmin əşyaları satdığı motosiklet sürən səyyar satıcıları tanımamışdır. Lakin, həmin şəxslərin Cəlilabad rayonundan gəldiklərini və aldıqları əşyaları Cəlilabad bazarında satmağa apardıqlarını bilmişdir. O, satışla bağlı problem olmaması və hər bir şey tez zamanda öz həllini tapması üçün oğurladığı əşyaları dəyərindən ucuz qiymətə satmışdır. O, bu əməli təkbaşına törətmişdir. Onun oğurluq etməyindən heç kimin xəbəri olmamışdır. O, satdığı əşyaların qarşılığında təxminən 50-60 manata qədər pul əldə etdiyini xatırlayır. Oğurluq hadisələrində əvvəlcədən və ya sonradan heç kim kömək etməmişdir. O, törətdiyi əməllə bağlı heç kimə bir söz deməmişdir. Qardaşının evindən evindən cəmi bir dəfə oğurluq etmişdir. O, qardaşının evindən oğurladığı bütün əşyaları Şatıroba kəndi ərazisində kəndə ara-sıra səyyar şəkildə dəmir yığımı üçün gələn motosiklet sürücülərinə satmışdır. Lakin o, həmin şəxslərin kim olmalarını xatırlamamışdır. Hazırda əməlindən peşmandır, dəymiş ziyan məbləği zərərçəkmiş şəxsə ödənilmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Ona qarşı şikayət və tələbin olmadığını bildirib barəsində həbslə əlaqədar olmayan ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxs ərinin qardaşıdır. X9 rayon, Şatıroba kəndi ərazisində yerləşən əri ilə birlikdə özlərinə məxsus fərdi yaşayış evi olsa da, lakin sonra uzun müddətdir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyası ərazisində yaşamışdır. Bacısı İlkiyyə ildə bir neçə dəfə Masallı rayonuna gələrək evinə və qohumlarına baş çəkir. Bacısı Zərərçəkmiş şəxs Masallı rayon, Şatıroba kəndi ərazisində yerləşən evinə nəzarət etməyi ona tapşırmış və açarların birini ona vermişdir. Bundan əlavə Taleh Nəzərli onun səhhəti imkan vermədiyi üçün həyətinə qulluq etməyi dostu olan Şahid1 tapşırmışdır. Həmin evə Məhbubla ondan başqa qardaşı Mətləbə də daxil olmağa icazə verilmişdir. Məhbubda da başqa bir açar olmuşdur. Məhbub da həyətə Talehin tapşırığı ilə vaxtaşırı ilə daxil olmuş və həyətdə ağaclara qulluq etdikdən sonra çıxıb getmişdir. O da ayda bir neçə dəfə həmin evə gedib hansısa bir işin görülməli olubolmadığını, hər hansı bir hadisənin baş veri vermədiyini yoxlamışdır. Sonuncu dəfə o, 04 fevral 2025-ci il tarixdə həmin həyətə getmiş və evə daxil olmuşdur. O, həmin vaxt orada olan zaman hər hansı bir şübhəli hal və ya vəziyyət görməmişdir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində övladı xəstə olduğu üçün Masallı RMX-ya aparmışdır. O, xəstəxanada olduğu zaman qardaşı Şahid2 ona mobil telefon vasitəsilə zəng edərək bacısı Zərərçəkmiş şəxs evindən oğurluq olması barədə məlumat vermişdir. O, Mətləbdən oğurluq olması barədə ətraflı məlumat aldıqdan sonra bacısının evinə gəlmişdir. O, həmin yerə gəldiyi zaman qardaşı Şahid2 və Məhbub Tağıyev orada olmuşlar. Məhbub və Mətləb onunla birlikdə evə daxil olmağı gözləmişlər. O, həyətə daxil olduqdan sonra evin birinci mərtəbəsində olan və bağa tərəf açılan arxa pəncərənin açıq olmasını görmüşlər. O, evin qapısını açarla açıb içəri daxil olmuşdur. Bacısı ilə mobil telefon əlaqəsi yaratdığı zaman İlkiyyə ona evdə olan əşyaların yerlərini demişdir. O da bacısının dediyi yerlərə baxdığı zaman deyilən əşyaların orada olmadığını görmüş və beləcə oğurluq edildiyindən əmin olmuşlar. Həmin vaxt onlar bacısı İlkiyyənin evindən 3 ədəd yumşaq stul, 1 ədəd elektrik ətçəkən maşın, 1 ədəd optik durbin, 1 ədəd “Tefal” markalı ütü, “Avon attraction” markalı 3 ədəd 50 mq-lıq ətir, 1 ədəd “Braun” markalı blender və 1 ədəd adi qıfılın oğurlandığını müəyyən etmişlər. Həmin evdə digər əmlaklar yerində olmuş və oğurluq evin birinci mərtəbəsindən edilmişdir. O, həmin gün baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs evdən oğurluq etdiyi müəyyən edilmişdir. Bacısı Zərərçəkmiş şəxs Masallı rayon, Şatıroba kəndində yerləşə fərdi yaşayış evindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalara görə bacısına ümumilikdə 1490 manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək bacısı Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxsla barışdığını, bacısına dəymiş 1490 manat maddi ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib cəza təyin edilməsi zamanı nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-in CAB-ın əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Masallı rayon, Şatıroba kənd sakin Zərərçəkmiş şəxs məxsus olan həmin kənddə yerləşən fərdi yaşayış evindən oğurluq olmasına dair onun icraatına xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixlə əməliyyat tapşırıqları daxil olmuşdur. O, həmin əməliyyat tapşırıqlarının icrası ilə bağlı oğurluq baş vermiş evin yerləşdiyi məhəllədə və Şatıroba kəndində bir neçə dəfə olmuşdur. O, həmin kənddə qonşuluqda yaşayan şəxslərlə, kəndin mərkəzində gündəlik alver işləri ilə məşğul olan şəxslərlə, həmçinin əvvəllər oğurluq, soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş şəxslərlə fərdi söhbətlər aparmışdır. Həmçinin evin sahibəsi olan Zərərçəkmiş şəxs və əri Taleh Nəzərli ilə də telefon əlaqəsi yaratmışdır. Daha sonra əməliyyat-axtarış fəaliyyəti haqqında qanunda göstərilən və məxfi olan digər qanuni yollarla əldə edilmiş məlumatlara əsasən Zərərçəkmiş şəxs məxsus olan Masallı rayon, Şatıroba kəndi ərazisində yerləşən yaşayış olmayan fərdi yaşayış evindən oğurluq cinayətini onun qohumu Təqsirləndirilən şəxs törətməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin evin həyətinə hasardan aşaraq qanunsuz keçmiş və evin arxa tərəfində olan pəncərəni fiziki güc tətbiq edərək açmaqla evin içərisinə qanunsuz daxil olmuşdur. Əşrəf Nərəzov həmin evə sonradan sata biləcəyi əşyaları oğurlamaq niyyəti ilə daxil olmuş və evin içərisindən 3 ədəd yumşaq stul, “Moulimex” HV8 markalı 1 ədəd elektrik ətçəkən maşın, 1 ədəd optik durbin, 1 ədəd “Tefal” markalı ütü, “Avon attraction” markalı 3 ədəd 50 mq-lıq ətir, 1 ədəd “Braun” markalı blender və 1 ədəd adi qıfılı oğurlamışdır. Təqsirləndirilən şəxs ona daxil olan əməliyyat məlumatlarına əsasən oğurladığı əmlakları Cəlilabad və Lənkəran rayonlarından olan və ara-sıra Masallı rayon kəndlərinə dəmir-metal yığımı üçün gələn səyar satıcılara Masallı rayon, Şatıroba kəndi ərazisində dəyərindən ucuz qiymətə satmış və maddi qazanc əldə etmişdir. Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirmişvə yaşadığı evdə tək qalmışdır. Təqsirləndirilən şəxs bu cinayət əməlini tək şəkildə törətmiş, başqa şəxslər tərəfindən kömək olunmamış və oğurladığı əşyaları da özünə məxsus olması adı ilə satmışdır. Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlləri törətməsi barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, X3 və arvadı Zərərçəkmiş şəxs tanıyır, onlarla həmkəndlidir, aralarında heç bir narazılıq, ədavət və düşmənçilikləri olmamışdır. Taleh Nəzərli və Zərərçəkmiş şəxs uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar. Zərərçəkmiş şəxs və X10 rayon, Şatıroba kəndi ərazisində yerləşən fərdi yaşayış evləri vardır. Taleh evinə nəzarət etməyi qaynı Nümayəndə tapşırmışdır. Lakin, Nümayəndə səhhətində problemlər olduğu üçün Taleh həyətdə fiziki güc tələb edən işləri görməyi ona tapşırmışlar. Həmin həyətə hər gün baş çəksə də, lakin 2025-ci ilin fevral ayının əvvəllərində səhhətində problemlər olduğu üçün təxminən 10 gün ərzində həmin həyətə gedə bilməmişdir. Taleh Nəzərli evin açarlarından birini ona vermişdir. xx.xx.2025-ci il tarixdə o, saat 10 radələrində həmin həyətə darvazadan daxil olmuşdur. Həyətdə bir qədər gəzdikdən sonra evin birinci mərtəbəsində arxadakı bağ tərəfə açılan pəncərənin açıq olmasını görmüşdür. Şübhələndiyi üçün əvvəlcə Zərərçəkmiş şəxs qardaşı Nümayəndə zəng vurmuşdur. Lakin, zəngləri cavabsız qaldığı üçün o, Zərərçəkmiş şəxs digər qardaşı olan Şahid2 zəng etmişdir. Bu dəfə də zənglərinə cavab verilmədiyi üçün məcbur qalıb Taleh Nəzərlinin özünə zəng edib bu barədə məlumat vermişdir. Bir qədər sonra Mətləb onunla əlaqə saxlamış və həmin həyətə gəlmişdir. Mətləb də evin pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan bir qədər sonra isə Nümayəndə gəlmiş və onlar üçü birlikdə Zərərçəkmiş şəxs evinin qapısını açıb içəri daxil olmuşlar. Onlar evin içərisində olduqları zaman Hikmət bacısı İlkiyyənin dediyi əşyaların olduğu yerlərə baxmış və həmin əşyaların evin içərisində olmadığını görmüşlər. Bundan sonra onlar evin içərisinə pəncərədən qanunsuz daxil olaraq əşyaların oğurlandığını başa düşmüşlər. Hikmət Ababsov baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş; CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs whatsapp tətbiqində video çəkiliş aparılmaqla dindirilməsi zamanı ifadəsində göstərmişdir ki, ona məxsus olan Masallı rayon, Şatıroba kəndi ərazisində yerləşən fərdi yaşayış evindən ümumi qiyməti 750 manat olan 03 ədəd yumşaq stulun, qiyməti 240 manat olan 01 ədəd elektrik ətçəkən maşının, 240 manat dəyərində 01 ədəd optik durbinin, qiyməti 65 manat olan 01 ədəd tefal markalı ütünün, qiyməti 150 manat olan 01 ədəd blenderin, qiyməti 3 manat olan 01 ədəd qıfıl, ümumi qiyməti 42 manat olan 50 mq-lıq 03 ədəd ətirlərin oğurlanmışdır. Ona qaynı Təqsirləndirilən şəxs tərəfindən oğurluq nəticəsində vurulmuş maddi ziyanın qarşılığında heç bir məbləğ ödənilməmişdir. Qaynı Təqsirləndirilən şəxsla onun arasında barışıq əldə edilməmişdir. Bundan əlavə o və ailə üzvləri olmadığı vaxtlarda Masallı rayon, Şatıroba kəndi ərazisində yerləşən fərdi yaşayış evinə nəzarət etməyi qardaşı Nümayəndə tapşırmışdır. O, qaynı Təqsirləndirilən şəxs o və ailə üzvləri olmadığı təqdirdə ona məxsus olan Masallı rayon, Şatıroba kəndi ərazisində yerləşən fərdi yaşayış evinə daxil olmağa icazə verməmişdir. O, iş üzrə heç bir etirazının olmadığını, lakin oğurlanmış əmlakın tapılmasını xahiş etdiyini bildirmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Əli Şiriyev tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Hadisə yerinə keçirilmiş xx.xx.2025-ci il tarixli baxış protokollarından görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs məxsus olan Masallı rayonu, Şatıroba kəndi ərazisində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsidir. Həmin tikili saxlanc yeri hesab edilir. Həmin evə öndən və arxadan olmaqla iki giriş qapısı vardır. Oğurluq zamanı evə arxadakı pəncərədən qanunsuz daxil olunmuşdur. Oğurluq hadisəsinin baş verdiyi yer Nümayəndə tərəfindən təqdim edilmiş və fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nümayəndə ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmışdır. xx.xx.2025-ci il tarixdə şübhəli şəxsin dindirilməsi istintaq hərəkətinin aparılmasının videogörüntülərini əks etdirən CD diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə müstəntiq tərəfindən dindirilən zaman törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılmasının videogörüntülərini əks etdirən CD diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştitrakı ilə şübhəli şəxs qismində dindirmə zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs məxsus olan Masallı rayon, Şatıroba kəndində yerləşən fərdi yaşayış evinə daxil olmağa ona qardaşı Taleh Nəzərli və qardaşının ailə üzvləri tərəfindən icazə verilmədiyini, həmin həyətə hasardan aşaraq daxil olduğunu, evin arxa tərəfində olan pəncərəni əli ilə fiziki güc tətbiq edib açdıqdan sonra evə qanunsuz daxil olduğunu və evin içərisindən 3 ədəd yumşaq stul, “Moulimex” HV8 markalı 1 ədəd elektrik ətçəkən maşın, 1 ədəd optik durbin, 1 ədəd “Tefal” markalı ütü, “Avon attraction” markalı 3 ədəd 50 mq-lıq ətir, 1 ədəd “Braun” markalı blender və 1 ədəd adi qıfılı oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin oğurladığı əmlakları əvvəlcə öz yaşadığı evə aparmış, sonra isə hissə-hissə olmaqla kəndə gələn digər rayon səyyar satıcılarına dəyərindən ucuz qiymətə sataraq maddi qazanc əldə etmişdir. Fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. Sorğu əsasında xx.xx.2025-ci il tarixdə daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Masallı rayon, Şatıroba kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs Rusiya Federasiyası ərazisində ailəsi ilə birlikdə yaşadığı üçün Masallı rayon, Şatıroba kəndi ərazisində yerləşən fərdi yaşayış evinə nəzarət etməyi qardaşı Nümayəndə tapşırmışdır. Təqsirləndirilən şəxs oğurluq etdiyi fərdi yaşayış evinə Zərərçəkmiş şəxs və onun ailə üzvləri tərəfindən onlardan xəbərsiz daxil olmağa icazə verilməmişdir. Təqsirləndirilən şəxs qohumu olan Zərərçəkmiş şəxs evindən 3 ədəd yumşaq stul, “Moulimex” HV8 markalı 1 ədəd elektrik ətçəkən maşın, 1 ədəd optik durbin, 1 ədəd “Tefal” markalı ütü, “Avon attraction” markalı 3 ədəd 50 mq-lıq ətir, 1 ədəd “Braun” markalı blender və 1 ədəd adi qıfılı evə pəncərədən qanunsuz daxil olmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs həmin oğurladığı əmlakları hissə-hissə olmaqla kənd ərazisində dəmir-metal yığımı üçün gəlmiş olan şəxsiyyətləri hələki məlum olmayan səyyar satıcılara dəyərindən ucuz qiymətə sataraq maddi qazanc əldə etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində hasardan keçərək daxil olmuş, həyətdə yerləşən evə isə pəncərəni fiziki güc tətbiq edərək açmaqla qanunsuz daxil olmuşdur. Təqsirləndirilən şəxs bu cinayət əməlini tək şəkildə törətmiş, ona başqa şəxslər tərəfindən kömək olunmamış və o, oğurladığı əşyaları da özünə məxsus olması adı ilə satmışdır. Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlləri törətməsi barədə hər hansı bir məlumat daxil olmamışdır. Əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə hələlik müsbət nəticə əldə edilməmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 12 fevral 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Qeyd olunmuş 3 ədəd yumşaq stulun 1 ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 150 manat, 1 ədəd “Moulimex” HV8 markalı elektrik ətçəkən maşının qiyməti 240 manat, 1 ədəd 12x50 Multi-coated optice 87M/1000M markalı çoxqat örtüklə işlənmiş 50 mm-lik linza ilə 12 dəfə böyütmə qabiliyyətinə malik optik durbinin qiyməti 240 manat, 1 ədəd Tefal markalı ütünün qiyməti 65 manat, 3 ədəd “Avon attraction” markalı 50 mq-lıq ətirlərin bir ədədinin qiyməti 14 manat olmaqla cəmi qiyməti 42 manat, 1 ədəd Braun markalı blenderin qiyməti 150 manat və 1 ədəd adi qıfılın qiyməti 3 manat qiymətləndirilmişdir. Həmin rəyin Qeyd hissəsində göstərilmişdir ki, qiymətlərin müəyyən edilməsində halhazırki bazar qiyməti əsas götürülmüşdür. Aparılan hesablamalarda Tap.az, Lalafo.az, Tezbazar.az. Chat GPT saytlarından istifadə edilmişdir. Qiymətləndirmə metodu olaraq müqayisəli yanaşma metodu tətbiq edilmişdir. Tələb və təklifə əsasən qeyd olunan qiymətlər dəyişə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü ilə CMnin 180.2.1; 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 8 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra 2014-cü il tarixdə barəsində CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən cinayət işinin icraatına CPM-nin 40.2.2-ci madddənin tələbləri əsas götürülməklə xitam verilmişdir. Sonuncu dəfə Rusiya Federasiyası X2 Yuqra Surqut Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 3-cü hisəssinin Q bəndi, 115-ci maddəsinin 2-ci hissəsinin V bəndi 69-cu maddəsinin 3-cü hissəsi, 71-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Rusiya Federasiyası X2 Yuqra şəhər istintaq təcridxanası tərəfindən həbsdə saxlanılan şəxsin azad edilməsinə dair xx.xx.2023-cü il tarixli 046651 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məlumatından görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası X2 Yuqra Surqut Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq tanınıb-tanınmaması barədə təqdimat məhkəməyə daxil olmamışdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Nəzərov X4 rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla yaşayır, üç nəfərdən ibarət ailə üzvü (onlardan ikisi azyaşlı uşaqdır) vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə imzası ilə təsdiq edərək yazdığı xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, qardaşı Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində bacısı Zərərçəkmiş şəxs vurulmuş 1490 maddi ziyanı tam şəkildə ödədiyindən onunla barışmış, hazırda ona qarşı şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi- oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamağa (CM-nin 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-cü maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə cinayət əməllərini törətmiş, həmin əməllərə görə məhkumluğu ödənilsə də, bu hallar onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə mülkiyyət əleyhinə olan soyğunçuluq və oğurluq cinayətlərini törətmiş, sonuncu dəfə Rusiya Federasiyasının ərazisində olduğu zaman cinayət əməlini törətməsi, qeyd edilən əməllərə görə ən ağır cəza hesab edilən azadlıqdan məhrumetmə cəzaları təyin edilsə də, sonradan yenidən mülkiyyət əleyhinə cinayəti törətməsi onu göstərir ki, o, islah olunmamış, təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamış, hazırda törətdiyi əməllə doğma qardaşına məxsus yaşayış evinə daxil olmaqla oğurluq etməklə şəxsiyyətinin nə qədər təhükəli olduğunu göstərmişdir. Odur ki, o, daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən ona yüngül cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil edir. Təqsirləndirilən şəxs şəxsiyyəti ictimai təhlükəlidir, onda analoji cinayət əməlləri törətməkdə özünəməxsus “vərdiş” əmələ gəlmişdir və hər dəfə belə cinayətlərin törədilməsi bu vərdişin dayanıqlılığına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun hökm elan olunduğu gündən, yəni 28 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qiymətləndirmə xərclərinə dair 25 (iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. İş üzrə 1490 (bir min dörd yüz doxsan) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 22 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 28 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə 1490 (bir min dörd yüz doxsan) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs qiymətləndirmə xərclərinə dair 25 (iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi müvafiq olaraq 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************).ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-83/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-83/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver