Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-84/2023 19.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclasının katibi X8, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1955-ci ildə Masallı rayonu Hüseynhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsində həkim-uroloq vəzifəsində işləyən, Masallı şəhəri, Z.Əliyeva küçəsi 5,1-ci döngədə qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Masallı Rayon Mərkəzi Xəstəxanası X12in poliklinika şöbəsində həkim-uroloq vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanıdığı Masallı rayon Yeyənkənd kənd sakini Zərərçəkmiş şəxs əmlakını etibardan istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə sonuncunun atası Şahid1 1500 manat pulun müqabilində əlillik dərəcəsinin təyin edilməsindən ötrü müvafiq tibbi sənədləri toplayıb verəcəyini yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs aldadıb özünə inandırdıqdan sonra 2021-ci ilin dekabr ayının sonlarında Masallı rayon Boradigah sahə xəstəxanasında Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs 100 manat pulunu, 2022-ci ilin yanvar ayının əvvəllərində yenə Boradigah sahə xəstəxanasında 200 manat pulunu, 2022-ci ilin mart ayının əvvəllərində Masallı RMX-da xidməti iş otağında 200 manat pulunu və həmin ilin mart ayının ortalarında Masallı RMX-nın həyətində 550 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1050 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.1988-ci ildən hazırki vaxtadək Masallı Rayon Mərkəzi Xəstəxanası X12in Poliklinika Şöbəsində həkim-uroloq vəzifəsində işləyir. Masallı rayonu Yeyənkənd sakini Şahid1 böyrək xəstəsi oluğundan onun pasienti olmuş və buna görə o, əvvəllər İİ dərəcəli əlil kimi pensiya almışdır. 2021-ci ilin dekabr ayının sonlarında dəqiq xatırlamadığı gündə pandemiya ilə əlaqədar müvəqqəti Boradigah sahə xəstəxanasında fəaliyyət göstərdiyi vaxt Şahid1 ora gəlib ona pensiyasının dayandırıldığını demiş və xəstəliyi ilə əlaqədar yenidən əlillik dərəcəsi təyin edilib pensiya almasından ötrü müvafiq tibbi sənədləri toplayıb verməyini xahiş etmişdir, Şahid1 xahişini nəzərə alıb xəstəliyi ilə əlaqədar yenidən əlillik dərəcəsi təyin edilib pensiya almasından ötrü müvafiq tibbi sənədləri toplayıb ona verəcəyini bildirmiş və həmin vaxt Səlim ona ilkin olaraq həmin sənədləri toplamağına görə 100 manat pul vermişdir. Bundan təxminən 10 gün sonra, yəni 2022-ci ilin yanvar ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə yenə Boradigah sahə xəstəxanasında olduğu vaxt Şahid1 oğlu Zərərçəkmiş şəxs xəstəxanya gələrək iş otağında onunla görüşüb atası Səlimin əlillik dərəcəsinin təyin edilməsi üçün verəcəyi tibbi sənədlərin müqabilində konkret olaraq nə qədər pul istədiyini soruşmuş və həmin vaxt o, Əliqismətə atasının əlillik dərəcəsinin təyin edilməsindən ötrü toplayıb verəcəyi tibbi sənədlərin müqabilində xırda xərclər üçün ümumilikdə 500 manat pul alacağını ona bildirmişdir. Əliqismət bu işin müqabilində 500 manat pulun çox olduğunu demiş və bir az qiyməti aşağı salmağını ondan xahiş etmişdir. O, Əliqismətə sənədləri toplayıb verməyi üçün 500 manat xırda xərclərinin çıxacağını, bundan aşağı qiymətə edə bilməyəcəyini dedikdən sonra Əliqsmət onunla razılaşmışdır. Sonra Əliqismət 500 manat puldan 100 manatını atası Səlimin 2021-ci ilin dekabr ayının sonlarında ona verdiyini, öz üzərində isə hazırda 200 manat pulu olduğunu bildirmiş və üzərində olan 200 manat pulu çıxardıb ona vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs yanına çağırıb atası Səlimin xroniki uroloji xəstə olması barədə topladığı bir neçə tibbi sənədi ona verərək həmin sənədləri Masallı RMX-nın “Həkim Məsləhət Komissiyasına” təqdim etməsini bildirmişdir. 25 yanvar 2022-ci il tarixdə Masallı RMX-dakı iş otağında olduğu zaman Əliqismət mobil telefonuna zəng edərək əlilliklə bağlı toplayıb verdiyi tibbi sənədləri HMK-nın qəbul etmədiyini demişdir. O, həmin tibbi sənədlərə yenidən baxmaq üçün Əliqisməti mərkəzi xəstəxanada olan öz iş otağına çağırmışdır. Əliqismət iş otağına gəldikdən sonra o, tibbi sənədlərə yenidən baxaraq xəstəliklə əlaqədar müəyyən sənədlərin çatmadığını görərək həmin tibbi sənədləri də tolaması üçün atası Səlimi Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb orada stasionar qaydada yoxlanışdan keçirərək zəruri tibbi sənədləri alıb gətirməsini bildirmiş və bunun üçün ona köməklik etməsindən ötrü həmin xəstəxanada işləyən tanışı Şadoğlan Cabbarov adlı həkimin mobil nömrəsini ona vermişdir. 2022-ci ilin fevral ayının sonlarında Əliqismət mobil telefonuna zəng edərək atası Şahid1 Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb orada stasionar qaydada bir həftəyə yaxın müalicə etdirib müvafiq tibbi sənədləri alaraq həmin sənədləri yenidən Masallı RMX-nın HMK-ya təqdim etdiyini və HMK-nın sədri Eşqin Əliyevin sənədlərə baxaraq atasının əlillik dərəcəsi üçün uroloji sahədə ixtisaslaşmış Akademik M.Cavadzadə adı ilə tanınan xəstəxanada müalicə etdirib oranın həkim komisiyası tərəfindən verilən tibbi sənədləri təqdim etməyi ona bildirdiyini demişdir. Həmin vaxt o, telefonda X2 adına Respublika Klinik Xəstəxanasından toplayıb gətirdiyi tibbi sənədləri baxmaq üçün ona gətirməsini, həmin sənədləri özü “Həkim Məsləhət Komissiyasına” təqdim edəcəyini və atası Səlimin əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərcəyini bildirmiş, lakin əlavə olaraq əvvəlcədən razılaşmaya əsasən 500 manat puldan qalan 200 manatı da ona verməsini demişdir. Bundan bir neçə gün sonra təxminən 2022-ci ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs Respublika Klinik Xəstəxanasından gətirdiyi tibbi sənədləri və 200 manat pulu Masallı RMX-na gətirib orada olan iş otağında ona vermişdir. Əliqismət sənədləri və 200 manat pulu ona verdikdən sonra bu qədər sənəd və pul verməsinə baxmayaraq atası Səlimin əlilliklə bağlı nədən pensiya almasının gecikdiyini ondan soruşmuşdur. O, Əliqismətə bir az da səbrli olmasını, atası Səlimin pensiya almasından ötrü yenidən köməklik göstərcəyini ona bildirmişdir. Bundan sonra o, Səlimin xəstəliyi ilə əlaqədar pensiya almasından ötrü zəruri olan əlavə tibbi sənədləri də toplayıb Zərərçəkmiş şəxs təqdim etsə də, Şahid1 ondan asılı olmayan səbəblərə görə pensiya təyin edilməmişdir. Əliqismət atasına pensiya təyin olunmadığını görərək dəfələrlə ona müraciət edib səbəbini bilmək istədikdə o, hər dəfə Əliqismətə lazımı tibbi sənədləri verdiyini, əlillik dərəcəsinin təyin olunubolunmamasının onun səlahiyyətləri çərçivəsində olmadığını bildirmişdir. Bundan sonra Əliqismət ona verdiyi güya ümumilikdə 1050 manat və onun tələbi əsasında Bakı şəhərində Şadoğlan Cabbarova verdiyi 500 manat pulu geri qaytarmağı tələb etməyə başlamış, o hər dəfə Əliqismətə ondan ümumilikdə cəmi 500 manat pul aldığını, həmin pulları da toplayıb verdiyi sənədlərə xərclədiyini deyərək pulu qaytarmayacağını demişdir. 2022-ci ilin oktyabr ayında Yeyənkənd kənd icra nümayəndəsi Şahid4 ona zəng edərək Əliqsmət Məcidovun barəsində şikayət etmək istədiyini deyərək məsələnin sülh yolu ilə həll etmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, Əliqismətin barəsində şikayət etməsindən və məsələnin uzanmasından qorxduğu üçün 2022-ci ilin oktyabr ayının ortalarında dəqiq xatırlmadığı gündə Masallı RMX-da öz cibindən Əliqismətdən aldığı 500 manat pulu ona geri qaytarmışdır. Lakin Zərərçəkmiş şəxs bununla kifayətlənməyib ondan güya ümumilikdə 1050 manat pul almağı və əlavə olaraq tələbi əsasında 500 manat pulu Bakı şəhərində Şadoğlan Cabbarova verməyi ilə əlaqədar barəsində Masallı rayon prokurorluğuna şikayət etmişdir. O, Şahid1 100 manat, Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda 400 manat olmaqla həmin şəxslərdən ümumilikdə 500 manat pul alsa da Zərərçəkmiş şəxs əlavə olaraq 550 manat pul almamış və ona Bakı şəhərində olan Şadoğlan Cabbarov adlı həkimə 500 manat pul verməsini tələb etməmişdir. Lakin buna baxmayaraq ittiham üzrə müəyyən edilmiş maddi ziyanı zərərçəkmiş şəxsə tam şəkildə ödəmişdir. Hazırda dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Əməlindən səmimi peşmandır. Odur ki, məhkəmədən ədalətli hökm çıxarılmasını, mülki iddianın isə əsassız olduğundan rədd olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, atası Şahid1 böyrək xəstəsi olması səbəbindən ona İİ dərəcəli əlillik müəyyən edilmişdir. Atası 2021-ci ilin dekabr ayınadək İİ dərəcə əlillik pensiyası alsa da, dekabr ayında ona təyin olunmuş pensiya məlum olmayan səbəblərdən dayandırılmışdır. Atasının əlilliklə bağlı yenidən pensiya alması üçün o 2021-ci dekabr ayında dəqiq tarixini xatırlamadığı gündə Masallı RMX-nın həkim məsləhət komisyasına (HMK) müraciət etmişdir. Həkim məsləhət komisyasının sədri Eşqin Əliyev ona atasının xəstəliyinə uyğun olaraq müvafiq sənədləri toplayıb HMK təqdim etməli olduğunu demişdir. Bundan sonra o, yaşadığı evə gedib bu barədə atası Səlimə məlumat vermiş və həkimi uroloq Təqsirləndirilən şəxs olduğu üçün onun yanına gedib müvafiq sənədləri toplayıb verməsini xahiş etməsini bildirmişdir. Bundan bir neçə gün sonra, yəni dekabr ayının sonlarında dəqiq xatırlamadığı gündə o, atası Şahid1 100 manat pul verib onu müvafiq sənədləri almasından ötrü həmin vaxt pandemiya olduğu üçün Boradigah sahə xəstəxanasında fəaliyyət göstərən Masallı RMX-nın uroloq həkimi olan Təqsirləndirilən şəxs yanına göndərmişdir. Atası Səlim həmin günü həkim Təqsirləndirilən şəxs yanına gedib ondan xəstəliyi ilə əlaqədar yenidən əlillik dərəcəsi təyin edilib pensiya almasından ötrü müvafiq sənədləri toplayıb verməsini xahiş etmiş və həmin vaxt Təqsirləndirilən şəxs atasına sənədləri toplayıb verməsi üçün 1500 manat pulun lazım olduğunu demişdir. Atası həkim uroloq Təqsirləndirilən şəxs hazırda üzərində 100 manat pul olduğunu, həmin pulu indi ona verə biləcəyini, qalan pulu da oğlu Əliqismətin onunla görüşüb danışacağını bildirmiş və həmin vaxt Vidadi heç bir etiraz etmədən atasından ilkin olaraq 100 manat pulu almışdır. Bundan təxminən 10 gün sonra, yəni 2022-ci ilin yanvar ayının əvvəllərində o, Boradigah sahə xəstəxanasına gedib orada Təqsirləndirilən şəxs iş otağında Vidadi ilə görüşüb ondan atası Səlimin əlillik dərəcəsinin təyin edilməsi üçün verəcəyi sənədlər müqabilində konkret olaraq nə qədər pul istədiyini soruşmuş, həmin vaxt Vidadi ona atası Səlimə əlillik dərəcəsinin təyin edilməsindən ötrü toplayıb verəcəyi sənədlərin müqabilində ondan 1500 manat pul alacağını demişdir. O Vidadi həkimə həmin məbləğin çox olduğunu bildirmiş və bir az qiyməti aşağı salmasını xahiş etmişdir. Vidadi ona sənədləri toplayıb verməsi üçün 1500 manat pulun yaxşı olduğunu, bundan aşağı qiymətə edə bilməyəcəyini demiş və o da məcbur olub həmin qiymətə Vidadi ilə razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs 1500 manat puldan 100 manatını atası Səlimin 2021-ci ilin dekabr ayının sonlarında ona verdiyini, öz üzərində isə hazırda 200 manat pul olduğunu bildirmişdir. Vidadi ona 200 manat pulu indi verməsini, qalan pulu da hissə-hissə sənədləşmə prosesində alacağını demiş və o da həmin vaxt üzərində olan 200 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə gün sonra Vidadi həkim onu çağırıb atasının həqiqətən də xroniki uroloji xəstə olması barədə bir neçə sənədi ona vermiş və oda atası ilə birlikdə həmin sənədləri 25 yanvar 2022-ci il tarixdə Masallı RMX-nın HMK-ya təqdim etmişdir. Eşqin Əliyev həmin sənədlərə baxaraq uroloji sahədə Respublikda ixtisaslaşdırılmış Akademik M.Cavadzadə adına Uroloji Xəstəxanadan atasının xəstəliyi ilə bağlı sənəd almalı olduğunu, Vidadi həkimin verdiyi sənədlərin əlillik dərəcəsinin təyin olunması üçün keçərli olmadığını bildirmişdir. HMK-dan çıxdıqdan sonra o, Vidadi həkimə zəng edib sənədləri HMK-nın qəbul etmədiyini demiş və həmin vaxt Vidadi ona hazırda Masallı RMX-dakı iş otağında olduğunu deyərək yanına çağırmışdır, Təqsirləndirilən şəxs yanına getdikdən sonra Vidadi ona Akademik M.Cavadzadə adına xəstəxanaya yox, Bakı şəhəri Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gedib orada Şadoğlan adı ilə tanıtdığı həkim dostuna 500 manat pul verib lazımi sənədləri almasını demişdir. Bundan sonra o, məcbur olub Vidadi həkimin dediyinə uyğun olaraq 2022-ci ilin fevral ayının əvvəllərində öz işi ilə əlaqədar vaxtı olmadığından atası Səlimə həkim Şadoğlan adlı şəxsə çatacaq 500 manat pulu verib onu anası Gülbacı ilə birlikdə Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərmişdir. Orada atası həkim Şadoğlana 500 manat pul verib bir həftəyə yaxın adı çəkilən xəstəxanada stasionar müalicə aldıqdan sonra rayona qayıtmışdır. X7 adına xəstəxanadan evə buraxıldıqdan sonra 2022-ci ilin fevral ayının sonlarında o, atası ilə birlikdə Təqsirləndirilən şəxs ondan pul alaraq guya toplanmasına kömək etdiyi sənədləri götürüb yenidən Masallı RMX-nın HMK-ya müraciət etmişdir. Eşqin Əliyev sənədlərə baxıb ona əlillik dərəcəsi üçün uroloji sahədə ixtisaslaşmış Akademik M.Cavadzadə adı ilə tanınan xəstəxanada müalicə alaraq oranın həkim komisiyası tərəfindən verilən sənədlərin lazım olduğunu, nəyə görə ora getmədiyini soruşduqda, o Eşqin Əliyevə həkim Təqsirləndirilən şəxs onu M.Cavadzadə adına xəstəxanaya deyil, məhz Akademik Mirqasımov adına xəstəxanaya yönəltdiyini bildirmişdir. Həmin vaxt Eşqin Əliyev ona həkim Təqsirləndirilən şəxs məsləhəti ilə topladıqları sənədlərin hansı səbəbdən keçərli olmadığını izah etdikdən sonra o Təqsirləndirilən şəxs zəng etmişdir. Vidadi ona topladığı sənədləri ona gətirməyini, atasına əlillik dərəcəsi təyin edilməsinə köməklik edəcəyini və əlavə olaraq əvvəlcədən razılaşmaya əsasən qalan puldan 800 manat pulu da gətirməyini telefon danışığı zamanı bildirmişdir. Bundan sonra o, 2022-ci ilin mart ayının əvvəllərində 200 manat pul düzəldib həmin sənədləri də özü ilə götürüb Masallı RMX-na gedib orada Təqsirləndirilən şəxs iş otağında onunla görüşmüş və sənədlərlə birlikdə əlavə olaraq 200 manat pulu da ona vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs bu qədər pulları hissə-hissə ondan almasına baxmayaraq atası Səlimin əlilliklə bağlı sənədlərini nə üçün düzəltmədiyini soruşduqda, Vidadi ona sənədlərin düzəlməsi ondan asılı olmayan səbəblərdən gecikdiyini, verdiyi pulların rəsmi dövlət rüsumu olduğunu, onun öz qulluq mövqeyindən kənara çıxaraq kömək göstərmək istədiyini və qalan pulları da tam ödəyib qurtardıqdan sonra əlillik sənədlərini verəcəyini demişdir. Vidadi daha sonra ona qalan puldan 600 manatı da verməsini demiş və o pulu olmadığından borc tapmaq üçün 1-2 gün möhlət verməsini ondan xahiş etmişdir. Bundan 2 gün sonra o, dayısı Şahid5 400 manat borc alıb qalan 150 manat pulu da özü əlavə edərək 2022-ci ilin mart ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə Təqsirləndirilən şəxs sonrakı zəngi əsasında Masallı RMX-a getmişdir. Xəstəxananın həyətində Təqsirləndirilən şəxs zəng edib otaqda olub-olmadığını soruşduqda Vidadi ona birazdan evə getmək üçün həyətə düşəcəyini deyərək orada gözləməyini bildirmişdir. Təqsirləndirilən şəxs Masallı RMX-nın həyətində gözləyərkən həmkəndlisi və dostu olan Şahid3 orada görmüşdür. Zaid ondan xəstəxanaya nə səbəbə gəldiyini soruşduqda, o, Zaidə atası Səlimə əlillik dərəcəsinin verilməsi üçün atasının həkimi ilə görüşməkdən ötrü gəldiyini demişdir. Zaidlə ayaqüstü bir az söhbət etdikdən sonra Təqsirləndirilən şəxs onlara yaxınlaşmış və o dostu Şahid3 gözləri qarşısında 550 manat pulu cibindən çıxardıb Vidadiyə vermişdir. Təqsirləndirilən şəxs pulu ondan alıb uzaqlaşıb getdikdən sonra dostu Zaid ondan Vidadiyə nə qədər və niyə pul verdiyini soruşduqda o, Zaidə atasının əlillik dərəcəsi üçün Təqsirləndirilən şəxs 550 manat pul verdiyini və əvvələrdə ona bununla əlaqədar hissə-hissə ümumilikdə 500 manat pul verdiyini demişdir. Həmin vaxt Zaid ona Təqsirləndirilən şəxs nahaq pul verdiyini demişdir. Bu məsələlərin üzərindən bir xeyli müddətin keçməsinə və bu vaxta qədər Təqsirləndirilən şəxs atasının əlillik dərəcəsinin təyin olunmasından ötrü sənədləri toplayıb verəcəyinə dair köməklik göstərəcəyini bildirərərk ondan ümumilikdə 1050 manat pul almasına, razılaşmaya əsasən 1500 manatdan qalan 450 manatı da tələb etməsinə baxmayaraq atasına əlillik dərəcəsinin təyin edilmədiyini görüb Vidadi həkimdən ona ayrı-ayrı vaxtlarda vermiş olduğu 1050 manat pulunu və onun istəyi əsasında Bakı şəhərində Şadoğlan adlı həkimə atası Səlimdən göndərdiyi 500 manat pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs onun pulunu qaytarmadığını görüb ondan pulunu almağına köməklik etməsi üçün Yeyənkənd kənd icra nümayəndəsi Şahid4 bu barədə deyib köməklik göstərməsini xahiş etmiş, Şahid4 də onun sözünü yerə salmayaraq Təqsirləndirilən şəxs zəng edərək bu məsələni həll etməyini və ondan aldığı pulları qaytarmasını ona demişdir. Təqsirləndirilən şəxs həmin vaxt telefonda Ramizə ondan aldığı pulları qaytaracağını bildirdikdən sonra o, 2022-ci ilin oktyabr ayının ortalarında dəqiq xatırlmadığı gündə Masallı RMX-ya getmişdir. Xəstəxanada Təqsirləndirilən şəxs iş otağında onunla görüşmüş, həmin vaxt Vidadi ondan aldığı ümumilikdə 1050 manat pulun 500 manatını geri qaytarmış və qalan pulları isə qaytarmayacağını ona bildirmişdir. Bundan sonra o, məcbur olub Təqsirləndirilən şəxs barəsində Masallı rayon prokurorluğuna şikayət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə hazırlıq iclasından sonra Təqsirləndirilən şəxs poçt vasitəsi ilə ona 500 manat pul göndərmişdir. Eləcədə məhkəmə iclası zamanı ondan aldığı 1050 manat puldan qalmış 50 manatınıda qaytarmışdır. Bununlada Təqsirləndirilən şəxs atası Səlim üçün pensiya düzəldilməsi ilə əlaqədar ondan almış olduğu və ittiham katında qeyd edilmiş 1050 manatı tam şəkildə ona qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəməmişdir. Belə ki, atası üçün pensiya düzəldilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs göstərişi ilə Bakı şəhəri Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında işləyən Şadoğlan adlı həkimə vermiş olduğu 500 manat pulu bu günə kimi qaytarmamışdır. Həmçinin Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona mənəvi ziyan dəymişdir. Çəkdiyi mənəvi ziyana görə isə təqsirləndirilən şəxsdən 2000 manat pul tələb edir. Ona dəymiş maddi və mənəvi ziyanı tam ödəyəcəyi və etdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs atası Şahid1 üzr istəyəcəyi təqdirdə təqsirləndirilən şəxslə barışacaqdır. Əks təqdirdə təqsirləndirilən şəxslə barışmayacaq və ondan şikayətçidir. Odur ki, məhkəmədən mülki iddianın tam şəkildə təmin edilməsi və təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, İİ dərəcəli əlil kimi 2021-ci ilin dekabr ayınadək pensiya almışdır və dekabr ayında ona təyin olunmuş pensiya məlum olmayan səbəblərdən dayandırılmışdır. Həmin vaxt oğlu Zərərçəkmiş şəxs onun əlilliklə bağlı yenidən pensiya almağından ötrü Masallı RMX-nın həkim məsləhət komisyasına (HMK) müraciət etmişdir. Həkim məsləhət komisyasının sədri X3 xəstəliyinə uyğun olaraq müvafiq sənədləri toplayıb HMK təqdim etməli olduğunu demişdir. Bundan sonra Əliqismət bu barədə ona məlumat vermiş və həkimi uroloq Təqsirləndirilən şəxs olduğu üçün onun yanına gedib müvafiq sənədləri toplayıb verməsini ondan xahiş etməyi bildirmişdir. Bundan bir neçə gün sonra Əliqismət ona 100 manat pul verib müvafiq sənədləri almağından ötrü Boradigah sahə xəstəxanasında fəaliyyət göstərən Masallı RMX-nın uroluq həkimi olan Təqsirləndirilən şəxs yanına göndərmişdir. Həmin günü həkim Təqsirləndirilən şəxs yanına gedib ondan xəstəliyi ilə əlaqədar yenidən əlillik dərəcəyi təyin edilib pensiya almağından ötrü müvafiq sənədləri toplayıb verməsini xahiş etmiş və həmin vaxt Təqsirləndirilən şəxs ona sənədləri toplayıb verməsi üçün 1500 manat pulun lazım olduğunu demişdir. O, həkim uroluq Təqsirləndirilən şəxs hazırda üzərində 100 manat pul olduğunu, həmin pulu indi ona verə biləcəyini, qalan pulu da oğlu Əliqismətin onunla görüşüb danışacağını bildirmiş və həmin vaxt Vidadi heç bir etiraz etmədən ondan ilkin olaraq 100 manat pulu almışdır. Bundan sonra oğlu Əliqismət Təqsirləndirilən şəxs yanına getmiş və həkimlə görüşüb onun əlillik dərəcəsinin təyin edilməsi üçün verəcəyi sənədlər müqabilində konkret olaraq nə qədər pul istədiyini soruşmuş və həmin vaxt Vidadi Əliqismətdən 1500 manat pul alacağını ona bildirmişdir. Əliqismət Təqsirləndirilən şəxslə razılaşmış və həmin vaxt üzərində olan 200 manat pulu Vidadiyə vermişdir, daha sonra oğlu Əliqismət ona Təqsirləndirilən şəxs göstərişi ilə Bakı şəhəri Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gedib orada Şadoğlan adlı həkimə çatacaq 500 manat pulu verib arvadı Gülbacı ilə birlikdə onu Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərmişdir. Xəstəxanada o, arvadı Gülbacı vasitəsilə həkim Şadoğlana 500 manat pul verib bir həftəyə yaxın adı çəkilən xəstəxanada stasionar müalicə aldıqdan sonra rayona qayıtmışdır. Eləcədə oğlu Əliqismət Vidadi həkimə ona əlillik dərəcəsinin təyin edilməsi üçün ayrı-ayrı vaxtlarda 200 manat və 550 manat pul vermişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs ona əlillik dərəcəsinin təyin edilməsi üçün heç bir iş görməmişdir. Bu səbəbdən də oğlu Əliqismət ona əlillik dərəcəsi təyin edilmədiyini görüb Vidadi həkimdən ona vermiş olduğu 1050 manat pulu və Şadoğlan adlı həkimə verməyi tələb etdiyi 500 manat pulu geri istəmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs oğlu ilə Masallı RMX-da görüşərək ondan aldığı puldan 500 manatını geri qaytarsada qalan pulları qaytarmayacağını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 2022ci ilin mart ayının ortalarında oğlu Nahidi revmatizm xəstəliyi ilə əlaqədar müayinə olunması üçün Masallı RMX-a aparmışdır. Həkim tərəfindən oğlu müayinə olunmuşdur, həkimin yanından ayrılıb Masallı RMX-nın həyətinə çıxdıqda həmkənlisi Zərərçəkmiş şəxs xəstəxananın həyətində gözlədiyini görmüşdür. Oğlu Nahidi həyətdə gözlədib Əliqismətin yanına yaxınlaşıb ondan nə üçün burda gözlədiyini soruşmuşdur. Həmin vaxt Əliqismət ona atası Səlimin xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs adlı həkimi gözlədiyini və əlillik dərəcəsi təyin olunmasından ötrü ona köməklik etməsinə görə həkimə pul verəcəyini demişdir. Bu səpgidə Əliqismətlə 1-2 dəqiqə söhbət etdikdən sonra Vidadi həkimin xəstəxananın həyətində onlara yaxınlaşdığını görüb Əliqismətdən kənara çəkilmişdir. Vidadi Əliqismətə yaxınlaşıb bir neçə saniyə söhbət etdikdən sonra Əliqismət əlini cibinə salıb cibindən çıxardığı pulları Vidadiyə vermiş və Vidadi də Əliqismətdən pulları alıb cibinə qoyduqdan sonra onunla sağollaşıb getmişdir. Bundan sonra Əliqismətə yaxınlaşıb ondan həkimə nə qədər pul verdiyini soruşduqda Əliqismət ona atasına əlillik dərəcəsinin təyin olunmasında müvafiq sənədləri toplayıb verməsinə görə Vidadi həkimin köməklik göstərəcəyini ona vəd etdiyini və buna görə də həkimə 550 manat pul verdiyini, daha əvvəllərdə Vidadiyə ümumilikdə 500 manat pul verdiyini bildirmişdir, Əliqismətə Vidadi həkimi şəxsən tanımasa da, lakin onun adının əvvllər də pensiya düzəltməsi barədə dələduzluqda hallanmasını eşitdiyini demiş və buna görə də Təqsirləndirilən şəxs çox da etibar etməməsini tapşırmışdır. Bundan bir neçə ay sonra Təqsirləndirilən şəxs Əliqismətdən pul almasına baxmayaraq atası Şahid1 əlillik dərəcəsi təyin olunmasına köməklik göstərməyib pullarını ələ keçirməsini bilmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2020-ci ilin oktyabr ayından 2022-ci ilin noyabr ayındadək Masallı RİHB-nın Yeyənkənd kənd icra nümayəndəsinin müavini, xx.xx.2022-ci il tarixdən isə hazırki vaxtadək həmin kəndin icra nümayəndəsi vəzifəsində işləyir. 2022-ci ilin oktyabr ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə kənddə vətəndaş qəbulu zamanı Zərərçəkmiş şəxs ona yaxınlaşaraq problemi olduğundan ona kömək etməyini xahiş etmişdir, Əliqismətdən nə baş verdiyini sourşduqda Əliqismət ona Masallı RMX-nın poliklinika şöbəsində həkim-uroloq işləyən Təqsirləndirilən şəxs ondan atası Şahid1 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyini bildirərək ayrı-ayrı vaxtlarda ümumilikdə 1050 manat pul aldığını, lakin bu günə kimi atasının əlillik pensiya təminatını düzəltmədiyini, habelə Təqsirləndirilən şəxs ondan almış olduğu 1050 manat pulu qaytarmadığını qeyd edərək kömək etməyini demişdir. O, məsələni öyrəndikdən sonra Əliqismətdən Vidadi həkimin mobil nömrəsini alıb vətəndaşın şikayəti əsasında Təqsirləndirilən şəxs zəng edərək Əliqismətin şikayətçi olduğunu, ondan aldığı 1050 manat pulu qaytarmasını və məsələnin sülh yolu ilə həll etmək lazım olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs bu gün yanına, yəni Masallı RMX-ya getməsini, ondan almış olduğu 1050 manat pulu qaytaracağını demişdir. Zərərçəkmiş şəxs bu barədə bildirərək Təqsirləndirilən şəxs yanına getməsini demişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs ona zəng edərək həkim Təqsirləndirilən şəxs ondan almış olduğu 1050 manat puldan 500 manatını geri qaytardığını bildirmişdir. Bundan yenə bir müddət sonra o, kənd ərazisində Zərərçəkmiş şəxs gördükdə ondan məsələnin nə yerdə qaldığını soruşduqda həmin vaxt Əliqismət ona həkim Təqsirləndirilən şəxs qalan 550 manat pulu ona geri qaytarmadığını və bu səbəbdən də barəsində rayon prokurorluğuna şikayət etdiyini demişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs bacısı oğludur, onunla münasibətləri hər zaman yaxşı olmuşdur. Masallı RMX-nın həkim uroloqu Təqsirləndirilən şəxs əvvəllər tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin mart ayında dəqiq xatırlamadığı gündə Yeyənkənd kəndində yaşayan bacısı Gülbacının evinə qonaq getmişdir. Orada söhbət əsnasında bacısı Gülbacı ona əri Şahid1 əlillik dərəcəsinin təyin olunması üçün oğlu Əliqismətin həkim uroloq Təqsirləndirilən şəxslə danışdığını, müvafiq sənədləri toplayıb verməsindən ötrü ona müəyyən məbləğdə pul verdiyini, Səlimə əlillik dərəcəsinin tezliklə təyin olunacağını, lakin həkim Vidadinin bunun üçün əlavə olaraq oğlu Əliqismətdən 550 manat pul istədiyini və həmin məbləğdə pulu olmadığından ona borc pul verməyini demişdir. Həmin vaxt o, üzərində olan 400 manat pulu cibindən çıxarıb Əliqismətə verməsi üçün bacısı Gülbacıya vermişdir. Sonradan aldığı məlumata görə bacısı oğlu Əliqismət ondan borca aldığı 400 manat pulun üzərinə özü də 150 manat əlavə edərək həmin ilin mart ayının ortalarında Masallı RMX-nın həyətində həmkəndliləri olan Şahid3 yanında həkim Təqsirləndirilən şəxs vermişdir. Bundan bir müddət sonra bacısı oğlu Zərərçəkmiş şəxs ondan aldığı 400 manat pulu geri qaytaran zaman Əliqismətdən atası Səlimin əlillik dərəcəsinin verilib-verilməməsi soruşmuş və həmin vaxt Əliqismət ona atasına əlillik dərəcəsinin təyin olunmadığını, həkim Təqsirləndirilən şəxs buna görə ondan ümumilikdə 1050 manat pul alsa da verdiyi vədə əməl etməyib pulunu ələ keçirdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-fonoskopik eskpertizasının 27 yanvar 2023-cü il tarixli, 4/1723-4/1736-4/1828 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici təhqiqat üçün yararlıdır, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur və ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 “Masallı Rayon Mərkəzi Xəstəxanası” X12in xx.xx.2023-cü il tarixli PHŞ-6-60/2- 172/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1988-ci il tarixdən halhazıra kimi “Masallı Rayon Mərkəzi Xəstəxanası” X12in poliklinika şöbəsində həkim-uroloq vəzifəsində işləyir. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Z.Əliyeva küçəsi, ev 1/5-də ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* nömrəli poçt qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 500 manat pul göndərilmiş və pulun göndərilməsi ilə əlaqədar 9 manat poçt xidməti haqqı ödənilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, ilk dəfə cinayət əməli törətməsini, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə və qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayəti Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 “Masallı Rayon Mərkəzi Xəstəxanası” X12in poliklinika şöbəsində həkim-uroloq vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə törətmişdir. Odur ki, onun gələcəkdə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutma hüququnun saxlanılması məqsədə müvafiq deyildir. Bu səbəbdən ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut olan 01 (bir) ədəd “Verbatim” markalı CD cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-fonoskopik ekspertizanın dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək dəymiş maddi ziyana görə 550 (beş yüz əlli) manat, 2000 (iki min) manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumuna görə isə 46 manat, ümumilikdə 2596 (iki min beş yüz doxsan altı) manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia ərizəsinin maddi ziyan hissəsi ilə əlaqədar qeyd edir ki, mülki iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs tərəfindən verilmiş izahatlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu və ibtidai istintaq zamanı təsdiq olunmuş 1050 manat məbləğində maddi ziyanı zərərçəkmiş şəxsə tam şəkildə ödəmişdir. Lakin Zərərçəkmiş şəxs iddia tələbində qeyd etdiyi Təqsirləndirilən şəxs tələbi əsasında Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına xəstəxanada işləyən Şadoğlan Cabbarov adlı həkimə 500 manat pul verməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bildirməsinə görə 500 manat pulu Vidadinin sözü ilə Şadoğlana verilmişdir. Odur ki, mülki iddia maddi ziyan hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın mənəvi ziyan hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh tərəfindən mülki iddiaçıya mənəvi zərər vurulmuş və mülki cavabdeh tərəfindən törədilən cinayət nəticəsində mülki iddiaçı maddi, psixoloji və mənəvi iztirablar və sarsıntı keçirmiş, ona mənəvi zərər vurulmuşdur. Bununla yanaşı, məhkəmənin qənaətinə görə, iddiaçının 2000 (iki min) manat məbləğində mənəvi zərər tələbi ona vurulmuş mənəvi zərərə mütənasib hesab oluna bilməz və xeyli dərəcədə yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, mülki cavabdehin əməli nəticəsində mülki iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına mülki cavabdehdən mülki iddiaçının xeyrinə 200 (iki yüz) manat tutulması ağlabatan və ədalətlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-3206, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 01 (bir) ədəd “Verbatim” markalı CD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs mənəvi zərərə görə 200 (iki yüz) manat tutularaq Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-84/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-84/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver