Məhkəmə qərarları › İş №1(050)-85/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-85/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-85/2024 15.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1989-cu ildə Masallı rayonu, Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 azyaşlı uşağı olan, İ dərəcəli əlil, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, H.Əliyev prospektinə saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd şəffav sellofan bükümdə, təmiz çəkisi 0,450 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində bədənində ağrılar olduğundan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin əldə etmək məqsədilə vatsap sosial şəbəkəsi ilə əlaqə saxladıqdan sonra yaşadığı Masallı rayonu, Yeddioymaq kəndində yerləşən evindən çıxıb Masallı rayonu, Digah kəndində yaşayan “Nehrə” ləqəbilə tanınan narkotik istifadəçisi olan Vüqar adlı şəxsin evinə getmişdir. Əvvəllər də Vüqardan bir neçə dəfə narkotik vasitə alıb istifadə etmişdir. Vüqara 10 manat pul vermiş, ona istifadəsi üçün narkotik vasitə heroin təşkil etməsini xahiş etmişdir. Vüqar pulu aldıqdan sonra ona gözləməsini, gedib narkotik vasitə gətirəcəyini bildirmişdir. 15-20 dəqiqə keçdikdən sonra Vüqar ona zəng edərək, onu Masallı şəhəri, Digah qəbiristanlığının yanında gözlədiyini demişdir. Vüqarla görüşdükdən sonra ondan bir büküm narkotik vasitə heroini alıb cibinə qoyumuş, qəbristanlığın qapısından çıxmaqla Masallı Rayon Polis şöbəsinin keçmiş inzibati binasının həyətinə daxil olub piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin İbrahim və Aqil adlı polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdir. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Polis əməkdaşları ona yaxınlşan anda üzərindəki narkotik vasitə olan heroin bükümünü yerə atmış, lakin polis əməkdaşları həmin bükümü götürüb onun cibinə qoymuş, polis əməkdaşları cavab vermədiyini görüb üzərinə şəxsi axtarış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu demişdilər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı Rayon Polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmışdılar. Polis şöbəsində əməliyyatçılar ondan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda Aqil adlı polis əməkdaşına narkotik vasitəni Masallı rayonu, Digah kəndində yaşayan “Nehrə” ləqəbli narkotik istifadəçisi olan Vüqar adlı şəxsdən istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Samir Məmmədov kimi təqdim etmişdir. Sonra baş təhqiqatçı S.Məmmədov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra istəyinə əsasən Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçısı S.Məmmədov ona üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Əvvəlcə təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt o, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd şəffav sellofan bükümdə olan maddəni çıxardıb təqdim edərək, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinin olduğunu demişdir. Polis əməkdaşları tərəfindən daha ağır maddə ilə yüklənəcəyindən qorxduğu üçün təqdim etdiyi heroini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Masallı şəhəri ərazisində yerləşən qəbiristanlığın yanından taparaq şəxsi istifadəsi üçün üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı S.Məmmədov təqdim etdiyi bir ədəd sellofan bükümü açıb içinə baxmış və onun həqiqətəndə narkotik vasitə heroin olduğunu görmüşdür. Sonra həmin təqdim etdiyi narkotik vasitə heroin baş təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,64 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə olan heroin içi boş kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra üzərində olan paltarlarına şəxsi-axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baş təhqiqatçı S.Məmmədov üzərində həyata keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmiş, həmin protokolu uca səslə oxumuş və o, da müdafiəçi və digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olmamışdır. İstintaq zamanı Aqil adlı polis əməkdaşından başqa heç kimə, o, cümlədən müdafiəçisinə narkotik vasitəni Vüqar adlı şəxsdən alması barədə bildirməmiş, məhkəmə iclasında əsl həqiqəti deyəcəyini düşünmüşdür. Latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarır, sərbəst şəkildə ifadə vermişdir. Videoçəkiliş zamanı aşkar edilmiş narkotik vasitə ona məxsus olmuş, üzərindən aşkar edilmişdir. Narkotik istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb olunmuşdursa, hansı səbəbə ona narkotik satan şəxs məsuliyyətdən kənarda qalmalıdır. Sonda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olmasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 5 aydır narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən narkotik vasitə heroin qəbul edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində bədənində ağrılar olduğundan şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin əldə etmək məqsədilə yaşadığı Masallı rayonu, Yeddioymaq kəndində yerləşən evindən çıxıb tanımadığı şəxsə məxsus taksi ilə Masallı şəhərinə gəlmişdir. Masallı şəhəri köhnə polis şöbəsinin yaxınlığında yerləşən “təpə qəbirstanlığı” deyilən yerin ətrafında tək gəzişib narkotik vasitə sata bilən şəxs axtarmağa başlamışdır. Qəbirtsanlığın yaxınlığındakı səki ilə piyada gedən zaman yerdə bir ədəd səffav sellofan bükülü görmüşdür. Həmin sellofan bükülünü götürüb içinə baxmış və içində təxminən bir qrama yaxın narkotik vasitə heroin olduğunu müəyyən etmişdir. Həmin tapdığı bir büküm narkotik vasitə heroini əynində olan gödəkçənin sağ yan cibinə qoyaraq tez oradan yaşadığı kənddə yerləşən evinə qayıtmış və yorğun olduğu üçün yatıb dincəlmişdir. Həmin günü yəni, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində üzərində gizli olaraq saxladığı bir büküm narkotik vasitə heroini qəbul etməkdən ötrü yaşadığı evdən çıxıb tanımadığı şəxsə məxsus taksi ilə yenidən Masallı şəhərinə gəlmişdir. Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkət edib üzərində olan heroini qəbul etmək üçün uyğun yer axtaran zaman iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin İbrahim və Aqil adlı polis əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdir. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olubolmadığını soruşmuşdur. O, həmin vaxt qorxduğu üçün polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb üzərinə şəxsi axtarış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı Rayon Polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Samir Məmmədov kimi təqdim etmişdir. Sonra baş təhqiqatçı S.Məmmədov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra ərizə ilə müraciət edərək, maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra istəyinə əsasən Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçısı S.Məmmədov ona üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Əvvəlcə təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt o, da əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd şəffav sellofan bükümdə maddəni çıxardıb təqdim edərək təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinin olduğunu və həmin heroini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Masallı şəhəri ərazisində yerləşən qəbirstanlığın yanından taparaq şəxsi istifadəsi üçün üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı S.Məmmədov təqdim etdiyi bir ədəd sellofan bükümü açıb içinə baxmış və onun həqiqətəndə narkotik vasitə heroin olduğunu görmüşdür. Sonra həmin təqdim etdiyi narkotik vasitə heroin baş təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,64 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə olan heroin içi boş kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra üzərində olan paltarlarına şəxsi axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baş təhqiqatçı S.Məmmədov üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib etmiş, həmin protokolu uca səslə oxumüş, o, da müdafiəçi və digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitə heroin özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-in CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə ona Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr hazırlanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin baş təhqiqatçısı Samir Məmmədov və CAB-nin əməliyyat müvəkkili Şahid2 təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində olması barədə məlumat əldə etdikdən sonra Şahid2 ilə birlikdə həmin yerə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğu üçün yaxınlaşdıqlarını bildirmişlər. Sona ondan şifahi formada üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona üzərinə şəxsi axtarış keçirilməsi üçün birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Masallı Rayon Polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu baş təhqiqatçı Samir Məmmədovun xidməti otağına aparmış və bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra baş təhqiqatçısı S.Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra istəyinə əsasən müdafiəçi qismində Müdafiəçi RPŞyə dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçısı S.Məmmədov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Baş təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffav sellofan bükümdə maddəni çıxardıb təqdim edərək təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinin olduğunu və həmin heroini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Masallı şəhəri ərazisində yerləşən qəbirstanlığın yaxınlığından taparaq şəxsi istifadəsi üçün üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı S.Məmmədov təqdim olunmuş bir ədəd sellofan bükümü açıb içinə baxmış və onun narkotik vasitə heroinə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin narkotik vasitə heroinə bənzər maddə baş təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,64 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin aşkar edilmiş maddə içi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan paltarlara baxış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baş təhqiqatçı S.Məmmədov şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib etmiş, həmin protokolu uca səslə oxumuş, o, da digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2024-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdə və orada üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinə dair video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynindəolan gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə maddəni çıxardıb təqdim edərək təqdim etməsini, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinin olduğunu və həmin heroini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Masallı şəhəri ərazisində yerləşən qəbirstanlığın yanından taparaq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 10 mart 2024-cü il tarixli, 19/231 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffav sellofan bükümdə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,450 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,450 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,400 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 250 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin VMAS-da yoxlama zamanı Masallı RPŞ-nin operatorunun təqdim etdiyi arayışa əsasən İ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,400 qram qalmış narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut kimi tanınaraq Masallı RPŞ-in saxlanc saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd CD disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İHB-ın Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Həmidov X3 rayonu, İkinci Yeddioymaq kəndində qeydiyyatda olmaqla anası X2 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs hazırda heç bir faydalı əməklə məşğul deyil, heç bir ictimai tədbirlərdə iştirak etmir. Boşanıb. Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində istər qonşuları tərəfindən, istərsə də kənd sakinləri tərəfindən heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. VMAS-da yoxlamanın nəticəsi barədə xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən İ dərəcəli əlildir. Hemofiliya irsi ailəvi forma. Ağır gedişli. Diz, dirsək, topuq-daban, mil-bilək oynaqlarının hemartrozu. Yerişin hərəkətin pozulması.Tez-tez mədə-bağırsaq, ağciyər qanaxması dəmir fol və B12 defisitli anemiya. Xr. Enterokolit, sorulmanın pozulması İİİ dərəcə. Kaxeksiya ilə. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindəki məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşağı var. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi və götürlümə aparılması barədə video çəkiliş aparılmasına dair CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, CMnin 59.2-ci maddəsinə əsasən İ dərəcə əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə saat 22:05-də şübhəli şəxs qismində tutulmuş və 11 mart 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 250 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Lakin VMAS-da yoxlama zamanı Masallı RPŞ-nin operatorunun təqdim etdiyi arayışa əsasən İ dərəcəli əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş olduğundan Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi maddi sübut-Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,400 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 09 mart 2024-cü il tarixindən 11 mart 2024-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,400 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar