Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-85/2025 26.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-X1, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında 01 avqust 2005-cı ildə Masallı rayonu, Sığdaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonu, Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə, saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyərək, yəni Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnu sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olduğu halda sürücülük vəsiqəsi olmadan idarə etdiyi atası Şahid2 məxsus “Vaz 21010” markalı, B476kp/164 rus dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Masallı rayonu, Kolatan kənd ərazisində yerləşən kəndlərarası asfalt avtomobil yolunda Kolatan kəndindən üzü Bədəlan kəndi istiqamətində saatda təxminən 70-80 kilometr surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda bunlara əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da, avtomobili yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən yüksək surətlə hərəkət etdirərək idarə etdiyi avtomobil ilə eyni hərəkət zolağında qarşıda saatda təxminən 40-50 kilometr surətlə hərəkətdə olan Masallı rayonu, Sığdaş kənd sakini Zərərçəkmiş şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmuş, nəticədə “Vaz 2106” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, sol təpə sümüyünün yerdəyişən sınığı, epidural hematoma, sol orbita sümüyünün bayır divarının yerdəyişən sınığı, sol təpə və sol göz nahiyəsinin hematoması, başın alın və sol gicgah nahiyəsinin əzilmiş yarası və döş qəfəsinin arxa hissəsinin sol yarsının sıyrığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Rusiya Federasiyasında yaşayan qohumu Səlimə adlı şəxs özünə məxsus Vaz-21010 markalı avtomobilini onun atası Şahid2 təxminən 5-6 il bundan əvvəl etibarnamə əsasında satmışdır. Atası Mansur həmin vaxt Rusiya Federasiyasında yaşamış və sonra oradan Masallıya gələrkən avtomobili də özü ilə gətirmişdir. Atası Şahid2 sürücülük vəsiqəsinin müddəti bitdiyinə görə 2 ilə yaxındır ki, maşını həyətdə saxlamış və maşının açarını da evə qoymuşdur. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində o, atası Mansura zəng edib 01 avqust doğum günü olduğuna görə avtomobili sürmək istədiyini bildirmiş və ondan icazə istəmişdir. Atası Mansur da ona avtomobili idarə etmək üçün icazə vermişdir. Bundan sonra o, avtomobilin açarını evdən götürüb idarə edərək Sığdaş-Bədəlan avtomobil yolunun Kolatan kəndi ərazisindən keçən hissəsi ilə hərəkət etmişdir. Həmin vaxt qarşısında həmkəndlisi Qudrət Sadıqovun idarə etdiyi Vaz-2106 markalı avtomobil olmuşdur. Bir qədər getdikdən sonra Qudrətin idarə etdiyi avtomobilin yolun hərəkət hissəsində dönməsini görüb özünü itirmiş və arxa tərəfdən məsafə saxlamadan gəldiyi üçün Qüdrətin avtomobilinin orta hissəsindən vurmuşdur. Nəticədə o, özündən getmiş və gözünü açdıqda Masallı Rayon mərkəzi xəstəxanasında olduğunu görmüşdür. Orada həkimlər ona ilkin-tibbi yardım göstərmiş və daha sonra evə buraxmışlar. Hadisə vaxtı o, avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Hadisənin qarşısını almaq üçün texniki imkandan istifadə etsə də, aralarında olan məsafə az olduğundan və Qudrət qəflətən əyləci basıb avtomobilin sürətini aşağı salararaq onun qarşısına çıxdığı üçün o, hadisənin qarşısını ala bilməmiş və Qudrətin idarə etdiyi avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Ekspertin rəyinə görə hadisənin baş verməsində hər ikisinin təqsiri olmuşdur. Hadisə nəticəsində o və digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs, həmçinin həmin avtomobildə sərnişin olan Şahid1 bədən xəsarətləri almışlar. Hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Onun həmin avtomobili idarə etmək üçün heç bir rəsmi sənədi və sürücülük vəsiqəsi yoxdur. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətməsini və gəncliyini nəzərə alaraq mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Masallı rayonu, Sığdaş kəndində yaşayır. Onun Vaz-2106 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili 2024-cü ilin may ayında etibarnamə əsasında almış və öz mülkiyyətinə keçirmişdir. Sürücülük vəsiqəsi olmadığından o, avtomobili yaşadığı kənd ərazisində idarə edərək öz işlərini görürmüşdür. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində o, evdən çıxıb avtomobilini Masallı rayonu, Kolatan kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinə aparmaq istəmişdir. Bu vaxt onunla qonşuluqda yaşayan Şahid1 adlı şəxs də yolda olmuş və onu görərək onunla gəlmək istəmişdir. O və Şəmistan Sığdaş kəndindən keçib Kolatan kəndi ərazisində yerləşən avtomobil yolu ilə hərəkət etməyə başlamışdır. Şahid1 onun idarə etdiyi avtomobilinin ön sərnişin oturacağında oturmuşdur. Hərəkətdə olarkən onun idarə etdiyi avtomobilin qarşısına toyuq qaçaraq çıxmışdır. O, bunu görən kimi toyuğu vurmamaq üçün avtomobilin əyləcini basıb biraz sola doğru çəkmək istəmiş və bu zaman qəflətən onun maşınının arxa tərəfindən hansısa avtomobilin vurmasını görmüşdür. Hadisə qəflətən baş verdiyindən o, idarəetməni itirmiş və onun avtomobili yolun hərəkət hissəsində fırlanaraq yolun sağ kənarında dayanmışdır. Hadisə nəticəsində o və Şahid1 maşının salonuna dəymiş və xəsarət almışlar. Hadisə nəticəsində huşunu itirdiyi üçün nə baş verdiyini xatırlamır. O, özünə gəldikdə isə artıq Masallı rayon mərkəzi xəstəxanasında olmasını bilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə onun idarə etdiyi avtomobili vurması olmuşdur. Hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onun qonşusudur. Lakin, buna baxmayaraq hal-hazıradək ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Şahid X2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Sığdaş kəndində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində o, yaşadığı evin yaxınlığında küçədə olarkən qonşusu Zərərçəkmiş şəxs ona birlikdə Kolatan kəndinə gedib atası Rəsulu götürmələrini demişdir. O da Qudrətlə razılaşmış və onlar maşınla Sığdaş kəndi ərazisində yerləşən avtomobil yolu ilə Kolatan kəndi istiqamətinə getməyə başlamışlar. Masallı rayonu, Kolatan kəndi ərazisində yerləşən avtomobil yolunda olarkən qəflətən Zərərçəkmiş şəxs idarə etdiyi Vaz- 2106 markalı avtomobilin qarşısına toyuq qaçaraq çıxmışdır. Qüdrət də toyuğu vurmamaq üçün maşının əyləcini basmış və idarə etdiyi avtomobili sola tərəf çəkmişdir. Bu zaman Qüdrətin avtomobilinin arxa tərəfdən kiminsə avtomobil ilə vurmasını görmüşlər. Hadisə nəticəsində Zərərçəkmiş şəxs idarəetməni itirmiş və Qudrətin maşını yolda fırlanmağa başlamışdır. Onun baş nahiyəsi avtomobilin salonundakı hissələrə dəymiş və o, özündən getmişdir. O, özünə gəldikdə artıq xəstəxanada olduğunu görmüşdür. O, bir müddət Masallı RMX-nın reanimasiya şöbəsində yatmışdır. Sonradan ona məlum olmuşdur ki, Qudrətin idarə etdiyi avtomobili arxa tərəfdən həmkəndlisi Təqsirləndirilən şəxs vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs yüksək sürətlə getməmiş, təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Hadisə Masallı rayonu, Kolatan kəndi ərazisindən keçən avtomobil yolunda baş vermişdir. Avtomobildə ondan başqa heç bir sərnişin olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2025-ci il tarixli 8/2536 saylı rəyində görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21010 markalı B476kp/164 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riyayət etməklə hadisənin qarşısının almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəri haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2106 markalı 55BU918 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu X1 hərəkətlərində “Yol hərəkəri haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsində tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riyayət etməklə onun hadisənin qarşısının almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 Masallı MTE və PA şöbəsinin 26 avqust 2024-ci il tarixli 787 saylı rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsinə, onun adına tərtib edilmiş tibbi sənəddəki qeydlərə əsasən, onda qapalı kəllə beyin travması, sol təpə sümüyünün bayır divarının yerdəyişən sınığı, sol təpə və sol göz nahiyəsinin hematoması, başın alın və sol gicgah nahiuyəsinin əzilmiş yarası və döş qəfəsinin arxa hissəsinin sol yarısının sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 02 avqust 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 02 avqust 2024-cü il tarixli, 02841 qeydiyyat nömrəli alkotesterin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı spirtli içki təsiri altında olmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin 26 fevral 2025-ci il tarixli, 3-13-16-5/2-2072/2025 saylı məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Masallı rayonu, Sığdaş kənd sakinləri Təqsirləndirilən şəxs və X1 adına sürücülük vəsiqəsinin verilmədiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzalarını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən müəyyən edir. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-85/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-85/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver