Məhkəmə qərarları › İş №1(050)-87/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-87/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-87/2023 07.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə X1, təqsirləndirilən şəxs X16 və müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə. xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu Diryan kəndində anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Diryan kəndində qeydiyyatda olan, Masallı rayonu Sirəbil kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 177.2.1, 177.2.2, 177.2.3. və 177.2.4.-cü maddələri ilə; 31 avqust 1994-cü il tarixdə Masallı rayonu Sirəbil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sirəbil kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs2nmun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3, 177.2.4. və 194-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs X16 19 avqust 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 razılığı ilə birlikdə qonaq gəldiyi qardaşı X8 Cəlilabad rayonu, Yaqublu kəndində müvəqqəti yaşadığı evində Zərərçəkmiş şəxs2 ilə birlikdə yataq otağına keçdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs2 bakirəliyinin pozulacağından qorxduğu üçün arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmağa razı olduğundan əynində olan paltarlarını soyunub yatmaq üçün ayrılmış yerdə uzanaraq sərtləşmiş cinsi orqanını xx xxxxxx 2007-ci ildə anadan olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs2 razılığı ilə sonuncunun arxa keçəcək dəliyinə (anal dəliyinə) 5-6 dəqiqə ərzində salıb çıxartmaqla öz spermasını onun kürək nahiyəsinə boşaltmış, bununla da o, onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs2 qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində özgənin əmlakını gizli olaraq talamaqla ələ keçimək məqsədilə, tamah niyyəti ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 məxsus olan, Masallı rayonu Bədəlan kəndi ərazisində yerləşən fermaya qanunsuz daxil olub sonuncuya məxsus bir ədədinin orta bazar təklif qiyməti 280,5 manat olmaqla, 3 aylıq, ət çəkisi təxminən 17 kq olan, dişi cinsli 3 baş quzunu manat gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumlikdə 841,5 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən xx.xx.2023-cü il tarixdə, saat 04:30 radələrində özgənin əmlakını gizli olaraq talamaqla ələ keçimək məqsədilə, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 məxsus olan, Masallı rayonu Bədəlan kəndi ərazisində yerləşən fermaya qanunsuz daxil olub sonuncuya məxsus bir ədədinin orta bazar qiyməti 360 manat olmaqla, sarımtıl rəngli, 3-4 yaş arası, ət çəkisi təxminən 40 kq olan, 10 baş dişi qoyunu, bir ədədinin orta bazar qiyməti 328 manat olmaqla, bənövşəyi rəngli 4 yaşlı, ət çəkisi təxminən 41 kq olan 10 baş dişi qoyunu, bir ədədinin orta bazar qiyməti 360 manat olmaqla, qırmızımtıl rəngli, 5 yaşlı,ət çəkisi təxminən 45 kq olan 5 baş dişi qoyunu və bir ədədinin orta bazar qiyməti 328 manat olmaqla, boz rəngli, 4 yaşlı, ət çəkisi təxminən 41 kq olan 4 baş dişi qoyunu gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumlikdə 10000 manat məbləğində maddi ziyan vurmuşdur. Bu əməllərinə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 152.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 oğurluq cinayəti yolu ilə əldə edildiyini bilə-bilə tanışı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan, Masallı rayonu Bədəlan kəndi ərazisində yerləşən fermadan gizli yolla talama yolu ilə əldə etdiyi bir ədədinin orta bazar təklif qiyməti 280,5 manat olmaqla, 3 aylıq, ət çəkisi təxminən 17 kq olan, dişi cinsli 3 baş quzunu həmin tarixdə qanuni əsaslar olmadan əldə edib sahiblik etməklə onlara sərəncam verərək istifadə etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə, saat 04:30 radələrində özgənin əmlakını gizli olaraq talamaqla ələ keçimək məqsədilə, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 məxsus olan, Masallı rayonu Bədəlan kəndi ərazisində yerləşən fermaya qanunsuz daxil olub sonuncuya məxsus bir ədədinin orta bazar qiyməti 360 manat olmaqla, sarımtıl rəngli, 3-4 yaş arası, ət çəkisi təxminən 40 kq olan, 10 baş dişi qoyunu, bir ədədinin orta bazar qiyməti 328 manat olmaqla, bənövşəyi rəngli 4 yaşlı, ət çəkisi təxminən 41 kq olan 10 baş dişi qoyunu, bir ədədinin orta bazar qiyməti 360 manat olmaqla, qırmızımtıl rəngli, 5 yaşlı,ət çəkisi təxminən 45 kq olan 5 baş dişi qoyunu və bir ədədinin orta bazar qiyməti 328 manat olmaqla, boz rəngli, 4 yaşlı, ət çəkisi təxminən 41 kq olan 4 baş dişi qoyunu gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumlikdə 10000 manat məbləğində maddi ziyan vurmuşdur. Bu əməllərinə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 194.1-ci maddələrində ilə nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X17 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, onun tanışı Təqsirləndirilən şəxs2 Mətəb oğluna pul borcu olmuşdur. 05 yanvar 2023-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək pulunun olub-olmamasını soruşmuşdur. O, da pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün 05 yanvar 2023-ci il tarixdə, saat 02 radələrində münasibətdə olduğu Zərərçəkmiş şəxs2 atası Qanuni nümayəndə işlədiyi Zərərçəkmiş şəxs1 məxsus 3 baş qoyunu oğurlayaraq tanışı Vüsalın həyətinə salmış, borcunun əvəzində qoyunları satıb pulunu götürməsini bildirmiş, Vüsal da onunla razılaşmışdır. Daha sonra o, Vüsala bildirmişdir ki, Gülaxana məxsus fermadan yenə qoyun oğurlaya bilər, lakin onun köməyi lazımdır, pulunu bölərlər. Bundan sonra Vüsal onunla razılaşmışdır. Razılaşmalarına əsasən Vüsal Zərərçəkmiş şəxs1 fermasının ətrafında heç kimin yaşamadığı evdə gözləmişdir ki, ətrafa nəzarət etsin. O, saat 04:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus fermaya daxil olmuş və oarad saxlanılan qoyunlardan 29 başını tövlədən çıxarmışdır. Həmin heyvanlardan 10 baş qoyunu Vüsala vermiş, 19 baş qoyunu isə özünün işlədiyi yerə, Sirəbil kəndinin çöllük sahəsinə aparmışlar. Vüsala verdiyi qoyunlardan Masallı rayon Polis Şöbəsinin əməkdaşları işlədiyi yerə gələrək qoyunların görüb-görməməsini soruşduqda o da qoyunları yerini demiş və özünün oğurladığını etiraf etmişdir. Hal-hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə təqsirləndirilməsinə barədə izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2019-cu ildə Cəlilabad rayonu Mikayıllı kəndi ərazisində yerləşən Arif adlı şəxsə məxsus fermada işləyərkən tanımış, Zərərçəkmiş şəxs2 ilə münasibəti həmişə yaxşı olmuş və sonradan Zərərçəkmiş şəxs2 ilə aralarında sevgi münasibəti yaranmışdır. 2022-ci ilin iyul ayının əvvəllərində o, Zərərçəkmiş şəxs2 ilə nişanlanmağa qərar vermiş, lakin Baharın atası Qanuni nümayəndə əvvəlcə Baharı ona ərə verməyə razı olsada, sonradan müxtəlif bəhanələr gətirərək qızı Baharı ona ərə verməyə razılıq verməmişdir. Bu səbəblə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 razılığı ilə onu Cəlilabad rayonu Yaqublu kəndində yeləşən qardaşı Şahin Əhmədovun çoban qaldığı evə qaçırtmışdır. X40 ilə söhbət edib vaxt keçirməyə başlamış və şam yeməyini yedikdən sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində Şahin Əhmədov yatmaq üçün onlara otaq təqdim etmişdir. O da Zərərçəkmiş şəxs2 ilə həmin otağa daxil olmuş və Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin otaqda yerə sərilmiş döşəkçənin üzərində uzanmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs2 cinsi əlaqəyə girmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs2 da onunla cinsi əlaqəyə girməyə razı olduğunu, lakin bakirəliyinin pozulacağından qorxduğunu bildirmişdir. O da Bahara arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmağı təklif etmiş və Zərərçəkmiş şəxs2 da onun bu təklifi ilə razılaşmışdır. Daha sonra onlar soyunandan sonar cinsi orqanını Zərərçəkmiş şəxs2 anus dəliyinə salaraq cinsi əlaqədə olmağa başlamışdır. O, təxminən 5-6 dəqiqə Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonda spermasını Zərərçəkmiş şəxs2 bədəni üzərinə boşaltmış və kənarlaşmışdır. O Zərərçəkmiş şəxs2 ilə dörd gün qardaşı X32 evində qalmışlar. Zərərçəkmiş şəxs2 atası Qanuni nümayəndə onun mobil telefonuna zəng edərək qızı Zərərçəkmiş şəxs2 nə üçün qaçırmağını soruşmuş, o isə Baharı qaçırmadığını, Bahar ilə birlikdə qardaşı evinə qonaq getdiyini Qanuni nümayəndə bildirmişdir. Qanuni nümayəndə polisə şikayət etməsi barədə məlumat vermiş və buna görə də Bahar atasının evinə geri qaytarmışdır. Hal-hazırda həmin əməlindən peşmandır, zərərçəkmiş tərəflə barışmışdır, ona qarşı şikayət yoxdur, yüngül cəza verilməsini xahş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əhatəli ifadə vermədiyi üçün, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadədə qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs2 2019-cu ildə Cəlilabad rayonu Mikayıllı kəndi ərazisində yerləşən Arif adlı şəxsə məxsus fermada işləyərkən tanımış, Zərərçəkmiş şəxs2 ilə münasibəti həmişə yaxşı olmuş və sonradan Zərərçəkmiş şəxs2 ilə aralarında sevgi münasibəti yaranmışdır. 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 atası Qanuni nümayəndə və anası X26 ilə birlikdə Masallı rayonu Bədəlan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermada işləməyə başlamış, o da 2022-ci ilin ferval ayında Cəlilabad rayonu Yaqublu kəndində yerləşən işlədiyi fermadan çıxmış və Lənkəran rayonu Diryan kəndinə geri qayıtmışdır. 2022-ci ilin iyul ayının əvvəllərində o, Zərərçəkmiş şəxs2 ilə nişanlanmağa qərar vermiş və buna görə də atası X4 İbadovaya elçi düşmək məqsədilə Baharın yaşadığı Masallı rayonu Bədəlan kəndinə getmişdir. X33 Qanuni nümayəndə qızı Zərərçəkmiş şəxs2 ilə onun evlənməyinə razılıq verməsini xahiş etmiş, Qanuni nümayəndə isə buna narazılıq etməsə də, Zərərçəkmiş şəxs2 18 yaşı tamam olandan sonra onunla evlənəcəyini bildirmişdir. Həmin vaxtdan sonra o, Zərərçəkmiş şəxs2 ilə sözlənmiş və sonradan Zərərçəkmiş şəxs2 ilə mobil telefon ilə zəng edərək danışmışdır. Təxminən 2022-ci ilin avqust ayının ortalarında o, Zərərçəkmiş şəxs2 yaşadığı evə getmiş və həmin ərəfədə işsiz olduğu üçün Zərərçəkmiş şəxs2 və atası Qanuni nümayəndə ondan onlarda qalıb işləməyini xahiş etmişdir. O da işsiz olduğu üçün maddi vəziyyətində olan çətinliyi nəzərə alıb onların təklifi ilə razılaşmış və onlar birlikdə yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Cəlilabad rayonu, Yaqublu kəndində yaşayan qardaşı Şahin Əhmədov ilə mobil telefonda danışan zaman onu yaşadığı fermaya qonaq kimi dəvət etmiş və o da qardaşının bu təklifi ilə razılaşmışdır. Həmin gün Zərərçəkmiş şəxs2 Cəlilabad rayonu Yaqublu kəndində yaşayan qardaşı Şahin Əhmədovun işlədiyi fermaya qonaq getmək istədiyini və onunla birlikdə həmin yerə getməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 da onun bu təklifi ilə razılaşmış və o, Bahara dəqiq olaraq hansı tarixdə həmin fermaya gedəcəkləri barədə heç bir söz deməmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, Zərərçəkmiş şəxs2 qardaşının yaşadığı fermaya getmək lazım olduğunu və hazırlaşmasını bildirmişdir. Zərərçəkmiş şəxs2 da onunla razılaşmış, valideynlərinə heç bir söz demədən paltarlarını geyinib onunla birlikdə yola çıxmış, lakin onlar Cəlilabad rayonu Yaqublu kəndinə getmək üçün avtomobil tapa bilmədikləri üçün geri qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, Zərərçəkmiş şəxs2 ilə birlikdə Boradigah-Sirəbil avtomobil yoluna çıxmış və Masallı rayonu, Sirəbil kəndində yerləşən körpünün üzərində taksi fəaliyyəti ilə məşğul olan, lakin dövlət qeydiyyat nişanını xatırlamadığı qırmızı rəngli VAZ 21011 markalı avtomobilin dayandığını görmüşdür. O, həmin avtomobilin sürücüsünə yaxınlaşmış və 40 manat pulun qarşılığında Cəlilabad rayonu, Yaqublu kəndinə gəlmək barədə razılaşmışdır. Onlar həmin avtomobil ilə Cəlilabad rayonu Yaqublu kəndində qardaşı Şahin Əhmədovun işlədiyi fermaya getmiş və xx.xx.2022-ci il tarixdə saat təxminən 00:30-da qardaşı Şahin Əhmədovun yaşadığı fermaya çatmışdır. X40 ilə söhbət edib vaxt keçirməyə başlamış və şam yeməyini yedikdən sonra saat təxminən 02 radələrində Şahin Əhmədov yatmaq üçün onlara otaq təqdim etmişdir. O da Zərərçəkmiş şəxs2 ilə həmin otağa daxil olmuş və Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin otaqda yerə sərilmiş döşəkçənin üzərində uzanmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs2 cinsi əlaqəyə girmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs2 da onunla cinsi əlaqəyə girməyə razı olduğunu, lakin bakirəliyinin pozulacağından qorxduğunu bildirmişdir. O da Bahara arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmağı təklif etmiş və Bahar İbadeova da onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 əynində olan paltarlarını çıxardıqdan sonra o da əynində olan şalvarı və alt geymi də çıxarıb Zərərçəkmiş şəxs2 yanına uzanmışdır. O, Zərərçəkmiş şəxs2 bir daha onunla cinsi əlaqəyə girmək istədiyini soruşmuş və Zərərçəkmiş şəxs2 da onunla cinsi əlaqəyə girmək istədiyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs2 əli ilə onun cinsi orqanını tutduqdan sonra onun cinsi orqanı sərtləşmiş formaya gəlmiş və o, cinsi orqanını Zərərçəkmiş şəxs2 anus dəliyinə salaraq cinsi əlaqədə olmağa başlamışdır. O, təxminən 5-6 dəqiqə Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonda spermasını Zərərçəkmiş şəxs2 bədəni üzərinə boşaltmış və kənarlaşmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmamış, lakin həmin gecə onlar birlikdə qalmışdır. Ertəsi gün səhər saatlarında Zərərçəkmiş şəxs2 atası Qanuni nümayəndə onun mobil telefonuna zəng edərək qızı Zərərçəkmiş şəxs2 nə üçün qaçırmağını soruşmuş, o isə Baharı qaçırmadığını, Bahar ilə birlikdə qardaşı evinə qonaq getdiyini Qanuni nümayəndə bildirmişdir. Qanuni nümayəndə polisə şikayət etməsi barədə məlumat vermiş və buna görə də xx.xx.2022-ci il tarixdə axşam saatlarında Masallı rayonu Sirəbil kəndinə onlar geri qayıtmışdır. O, Zərərçəkmiş şəxs1 bir neçə aydır tanımış və Zərərçəkmiş şəxs1 ilə hər hansı düşmənçiliyi olmamışdır. 2022-ci ilin noyabr ayının əvvəlindən etibarən Masallı rayonu Sirəbil kəndi ərazisində yerləşən X18 məxsus fermada çoban kimi işləmiş və qayınatası X2 rayonu Bədəlan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermada çoban işləmişdir. O, bir neçə dəfə həmin fermaya qayınatası Cavad Bəkvediyevi görmək məqsədilə getmiş, həmin fermada olduğu zaman orada çoxlu sayda iribuynuzlu və xırdabuynuzlu heyvanların olduğunu görmüşdür. 2022-ci ilin yanvar ayının əvvəllərində ona təcili pul lazım olmuş və maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək barədə düşünmüşdür. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında qayınatası Cavad Bəkvediyev ilə işi olduğu üçün işlədiyi fermaya getmiş, orada qayınatası Cavad Bəkvediyevin çoban olaraq işlədiyi fermada olan qoyun-quzunu görüb həmin heyvanları oğurlamağa qərarına gəlmiş və bunun üçün də gecə saatlarını gözləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində o, yaşadığı evdən tək çıxmış və qayınatası Cavad Bəkvediyevin işlədiyi fermaya piyada getməyə başlamışdır. Bundan sonra fermaya yaxınlaşmış və fermanın giriş hissəsinə bərkidilmiş sellofan materialı aralayıb içəri daxil olmuşdur. Daha sonra fermada olan quzulardan 3 başını ayırmış və sonra həmin quzuları fermadan çıxarıb Sirəbil kəndinə doğru getməyə başlamışdır. Sonra həmin quzuları tanışı Təqsirləndirilən şəxs2 satmağa qərar vermiş və bunun üçün də Təqsirləndirilən şəxs2 yaşadığı evə doğru getməyə başlamışdır. Yolda Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefona zəng etmiş və 3 baş quzunu Vüsala satmaq istədiyini bildirmişdir. Vüsal da quzulara baxmaq istədiyini ona demiş və sonra o, Vüsalın yaşadığı evə çatmışdır. O, Təqsirləndirilən şəxs2 3 baş quzunu hansı qiymətə ondan ala biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs2 da həmin quzuları satdıqdan sonra pulunu verəcəyini ona bildirmiş və o da Vüsalın bu təklifi ilə razılaşmışdır. Sonra 3 baş quzunu Zərərçəkmiş şəxs1 məxsus fermadan oğurluq yolu ilə əldə etdiyini, oğurluq etdiyi Zərərçəkmiş şəxs1 məxsus fermada çoxlu sayda qoyunquzu olduğunu və həmin qoyunları birlikdə oğurlayaraq qazanc əldə etməyi Təqsirləndirilən şəxs2 təklif etmişdir. Təqsirləndirilən şəxs2 da onun bu təklifi ilə razılaşmış və onlar birlikdə Zərərçəkmiş şəxs1 məxsus fermanın yaxınlığında yerləşən dəmir körpünün yaxınlığına getmişdir. Orada onların arasında olan razılaşmaya görə Təqsirləndirilən şəxs2 onu gözləməyə başlamış və o da həmin fermadan yenidən oğurluq etmək üçün Zərərçəkmiş şəxs1 məxsus fermaya doğru yaxınlaşmışdır. Saat 04:30 radələrində o, fermanın giriş hissəsindən içəriyə daxil olduqdan sonra fermanın içərisində olan 29 baş qoyunu ayırmış və fermanın arxa tərəfinə doğru aparmışdır. Fermanın arxa hissəsində olan dəmir qapını açmış və oğurladığı 29 baş qoyunu həmin qapıdan bayıra çıxarmışdır. Daha sonra həmin qoyunları Təqsirləndirilən şəxs2 dayandığı körpüyə doğru aparmış və sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə 29 baş qoyunu Vüsalın Sirəbil kəndində yerləşən yaşadığı evə doğru aparmağa başlamışdır. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə 29 baş qoyunun 10 başını Vüsalın yaşadığı evin həyətinə salmış və qalan 19 baş qoyunu isə səhər tezdən götürmək məqsədilə Vüsalın evinin yaxınlığında yerləşən otlaq sahəsinə buraxıb işlədiyi fermaya getmişdir. Lakin sonradan baş vermiş oğurluq barədə qayınatası Cavad Bəkvediyev və Zərərçəkmiş şəxs1 məlumatı olması barədə eşitdiyi üçün 19 baş qoyunun arxasınca getməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əvvəcə ifadəsində göstərmişdir ki, İznaillə telefonla danışan zamanı oğurluq etmək üçün razılaşmışlar. Oğurluq etməyə gedən zaman o, gözləmiş İznail gedib Zərərçəkmiş şəxs1 fermasından 3 baş qoyun gətirmiş, daha sonra birlikdə qoyunları onların həyətinə aparmışlar. Daha sonra təkrarən İznail demişdir ki, yenə oğurluq etsinlər. İznailə bildirmişdir ki, “mən gələ bilmərəm, etdiyimiz hərəkət düzgün deyil bizi tutarlar.” İznail isə bildirmişdir ki, “tutmazlar, bizi tutsalarda sənin adını hallandırmayacam”. İznaillə yenidən birlikdə getdik o, körpünün yanında gözləmiş İznail isə Ataxan Əliyevə məxsus fermadan təkrarən 29 baş qoyun çıxararaq onun yanına gətirib birlikdə qoyunları onların küçəsində həyətlərinin darvazanı açıb 10 baş qoyunu həyətə salmışlar. Ondan qabaqda Zərərçəkmiş şəxs1 oğurlanmış 3 baş qoyun var idi. Həmin qoyunların birini satmış, digər satılmamış iki baş qoyunları öz qoyunları ilə birlikdə sahəyə sürmüşdür. Sonucu gətirdiyi 10 qoyunu aparıb qəssabın evində satmışdır.X13 məxsus 19 baş qoyun önun özünə qaytarılıb. Onun tərəfindən satılan 13 baş qoyunun əvəzinə başqa qoyun alınıb Zərərçəkmiş şəxs1 verilmişdir. Zərərçəkmiş şəxs1a dəymiş 10841,5 manat dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində ziddiyət yarandığı üçün onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edilmiş və həmin ifadəsini təsdiq edərək sonradan ibtidai Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə olan ittiham üzrə məsuliyyətdən yayınmaq üçün qəsdən ibtidai istintintaqda vermiş olduğu ifadədən fərqli ifadə verdiyini, hazırda isə məsuliyyətini dərk etdiyini, ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü tam olaraq təqsirli bilməsini, göztərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş edir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə istintaq zamanı elan edilərək tədqiq edilmişdir. Həmin ifadədən görünür ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 194.1-ci maddələrində nəzərdə tutulan ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs1 2022-ci ilin dekabr ayında yaşadığı Masallı rayonu Sirəbil kəndi ərazisində yerləşən otlaq sahəsində mal-qara otardığı zaman tanımışdır. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs1 ilə münasibəti yaranmış, sonradan da Təqsirləndirilən şəxs1 ilə münasibəti həmişə yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində o, Masallı rayonu Sirəbil kəndində yerləşən yaşadığı evdə olduğu vaxt Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona zəng etdiyini görmüş və Təqsirləndirilən şəxs1 təcili pul lazım olduğu üçün 3 baş quzu satmaq istədiyini ona bildirmişdir. O da quzulara baxmaq istədiyini və buna görə də yaşadığı evə gəlməsini Təqsirləndirilən şəxs1 bildirmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 3 baş quzunu yaşadığı evin həyətyanı sahəsinə gətirmiş və həmin quzuları qaynatası Qanuni nümayəndə işlədiyi fermadan oğurladığını bildirmişdir. Bundan sonra o, 3 baş quzunu Təqsirləndirilən şəxs1 almış və daha sonra isə Təqsirləndirilən şəxs1 oğurluq etdiyi fermada çoxlu qoyun-quzu olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin fermadan qoyun oğurlamağı və həmin qoyunları sataraq qazanc əldə etməyi ona təklif etmiş və o da Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə Masallı rayonu Sirəbil kəndi ərazisində yerləşən dəmir körpünün yaxınlığına getmiş, onların razılaşmasına əsasən o, orada gözləməli, Təqsirləndirilən şəxs1 isə fermaya daxil olaraq oradan qoyunları oğurlamalı olmuşdur. Buna görə də o, həmin körpünün yaxınlığında gözləməyə başlamış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 məxsus fermaya doğru getmişdir. Saat 04:30 radələrində Təqsirləndirilən şəxs1 geri qayıtmış və fermadan 29 baş qoyunu oğurladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə 29 baş qoyunu onun yaşadığı evə doğru piyada aparmağa başlamış və daha sonra 29 baş qoyunun 10 başını onun yaşadığı evin həyətyanı sahəsinə salmışdır. Təqsirləndirilən şəxs1 29 baş qoyundan qalan 19 baş qoyunu otlaq sahəsinə aparacağını bildirmiş və həyətdən çıxaraq getmişdir. Daha sonra o, yaşadığı evə getmiş, saat 07 radələrində yuxudan ayılmış və 3 baş quzunu satmağa qərar vermişdir. Bundan sonra xatırlamadığı şəxsin avtomobili ilə Masallı şəhərində yerləşən mal bazarına getmiş, orada 3 baş quzunu əvvəllər tanımadığı şəxsə 370 manata satmış və yaşadığı evə geri qayıtmışdır. Saat 09 radələrində o, yenidən yuxudan ayılmış və 10 baş qoyunu sataraq qazanc əldə etməyə qərar vermişdir. O, həmin qoyunları Masallı şəhərində yaşayan və mal-qara alveri ilə məşğul olan Alim adlı şəxsə satmağa qərar vermiş, lakin Alimin mobil nömrəsi onda olmadığı üçün həmkəndlisi Şahid2 mobil telefonuna zəng edərək Alimin nömrəsini öyrənmişdir. Daha sonra Alimə zəng edərək şəxsi təsərrüfatında 10 baş qoyunu olduğunu və həmin qoyunları satmaq istədiyini bildirmişdir. Alim də hal-hazırda vaxtı olmadığını və qoyunlara gəlib baxdıqdan sonra almaq barədə söhbət edəcəyini ona bildirmişdir. O da Alimə qoyunları istədiyi yerə gətirə biləcəyini bildirmiş və Alim də onun bu təklifi ilə razılaşmışdır. O, Şahid2 zəng edərək idarə etdiyi yük avtomobil ilə yaşadığı evə gəlməsini xahiş etmiş və daha sonra Şahid2 idarə etdiyi yük avtomobili ilə yaşadığı evə gəlmişdir. O, 10 baş qoyunu Şahid2 ilə birlikdə həmin avtomobilə yükləmiş və onlar birlikdə Alimin Masallı şəhərində yerləşən yaşadığı evə getmişdir. Alim 10 baş qoyuna baxdıqdan sonra 1 baş qoyunu 165 manata ala biləcəyini bildirmiş və o da Alimin bu təklifi ilə razılaşmışdır. Onlar köməkləşib 10 baş qoyunu avtomobildən yerə saldıqdan sonra o, Alimdən 1650 manat pulu almış və daha sonra yaşadığı evə gəlmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs X23 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, Lənkəran şəhərində olduğu zaman çoban Qanuni nümayəndə mobil telefonuna zəng edərək bildirmişdir ki, qoyunlarının yarısı yoxdur. Evinə qayıtdıqdan sonra Cavad bildirmişdir ki, “qoyunların bəziləri yoxdur. Bundan sonra o, hadisə ilə bağlı tanıdığı qoyun satanlara və qəssablara zəng vurmuş, zəng vurduğu adamlarda biri ona bildirmişdir ki, Sərçuvar tərəfdən biri ona zəng etmişdir ki, qoyun satır. O da nömrəni almış, aldığı nömrəyə zəng edərkən görmüşdür ki, nömrə İznailə məxsusdur. Bu barədə polis şöbəsinə məlumat vermiş və polislər gedib oğurlanmış 19 baş qoyunu sahədən götürmüşlər. Qalan 13 baş qoyunun iki başı kəndin qoyunaları ilə birlikdə, digər 11 baş qoyunu isə Vüsal satsada əvəzinə başqa qoyun alıb ona vermişdir. Ona dəymiş 10841.,50 manat ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilmiş qanuni nümayəndəsinin işirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, atası Cavad 2019-cu ildə Cəlilabad rayonu Mikayıllı kəndində yerləşən Arif adlı şəxsə məxsus fermada işləyərkən o İznail ilə tanış olmuş və onlar həmin vaxt Arifə məxsus fermada işləmişlər. Həmin vaxtdan Təqsirləndirilən şəxs1 ilə aralarında sevgi münasibəti yaranmağa başlamışdır. 2021-ci ilin oktyabr ayında atası Masallı rayonu Sirəbil kəndində yerləşən adını bilmədiyi şəxsə məxsus fermada iş taparaq orada işləməyə başlamış və onlar da birlikdə həmin yerə köçmüşdür. 2022-ci ilin yay aylarında İznailin atası Nağdiəli Əhmədov arvadı ilə birlikdə onun yaşadığı evə onun üçün elçi gəlmiş, lakin atası Qanuni nümayəndə onun 18 yaşı tamam olduqdan sonra evlənməyinə icazə verəcəyini bildirmişdir. Bundan sonra bir neçə gün İznail ilə mobil telefon vasitəsilə zənglə danışmağa başlamış, İznail ona “iphone 5” markalı mobil telefon ilə sim nömrə alıb verdikdən sonra İznaillə tez-tez əlaqə saxlamışlar. Atası onu İznailə vermədiyi üçün o, İznaillə qoşulub qaçmağa qərarına gəmişdir. xx.xx.2022-ci il tarixdə o, İznaillə birlikdə Cəlilabad rayonu Yaqublu kəndində İznailin qardaşı Şahin Əhmədovun işlədiyi fermaya getmişdir. Gecə saatlarında Şahinin yaşadığı fermaya çatmışlar, orada Şahin ilə biraz söhbət edib yemək yedikdən sonra saat təxminən 02 radələrində Şahinin yatmaq üçün onlara təqdim etdiyi otağa daxil olmuşlar və İznail ilə birlikdə həmin otaqda yerə sərilmiş döşəkçənin üzərində uzanmışlar. Həmin vaxt İznail ona cinsi əlaqəyə girmək istədiyini bildirmiş, o İznail ilə cinsi əlaqəyə girmək istədiyi üçün İznailə cinsi əlaqəyə girməyə razı olduğunu, lakin bakirəliyinin pozulacağından qorxduğunu bildirmişdir. İznail arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olacaqları təqdirdə heç bir problemin olmayacağını ona demiş və bundan sonra o, İznail ilə razılaşmışdır. Həmin vaxt İznail ondan bir daha cinsi əlaqəyə girmək istəyib-istəmədiyini soruşmuş və o da cinsi əlaqəyə girmək istədiyini İznailə bildirmişdir. Bundan İznail onu arxadan qucaqlamış və cinsi orqanını onun anus dəliyinə salmışdır. İznail bu formada onunla cinsi əlaqədə olmağa başlamış və qeyri-təbii yolla təxminən 5-6 dəqiqə cinsi əlaqədə olmuşdur. Atası Qanuni nümayəndə mobil telefon vasitəsilə polisə şikayət etməsi barədə məlumat vermiş və o, da bu səbəbdən atasının yaşadığı evə geri qayıtmışdır. O, Təqsirləndirilən şəxs1 şikayətçi deyil, onunla ailə qurmaq istəyir. Məhkəmədə istintaq zamanı Zərərçəkmiş şəxs2 tam ifadə vermədiyi üçün, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. O, həmin ifadəsində qeyd etmişdir ki, atası Cavad 2019-cu ildə Cəlilabad rayonu Mikayıllı kəndində yerləşən Arif adlı şəxsə məxsus fermada işləyərkən o İznail ilə tanış olmuş və onlar həmin vaxt Arifə məxsus fermada çalışmışdır. İznail də həmin ərəfələrdə Arifə məxsus fermada fəhlə kimi işlədiyindən səhərdən axşama qədər onlarla birlikdə olmuş və həmin vaxtdan Təqsirləndirilən şəxs1 ilə aralarında sevgi münasibəti yaranmağa başlamışdır. 2021-ci ilin oktyabr ayında atası Masallı rayonu Sirəbil kəndində yerləşən adını bilmədiyi şəxsə məxsus fermada iş taparaq orada işləməyə başlamış və onlar da birlikdə həmin yerə köçmüşdür. 2022-ci ilin iyul ayının əvvəllərində Lənkəran rayonu Diryan kəndində yaşayan İznailin atası Nağdiəli Əhmədov arvadı ilə birlikdə onun yaşadığı evə onun üçün elçi gəlmiş, Nağdiəli Əhmədov ilə ailə üzvləri arasında uzun müddətdir dostluq münasibəti olmuş və atası Qanuni nümayəndə Nağdiəli Əhmədov ilə razılaşaraq onun 18 yaşı tamam olduqdan sonra evlənməyinə icazə verəcəyini bildirmişdir. Bundan sonra bir neçə gün İznail ilə mobil telefon vasitəsilə zənglə danışmağa başlamış, İznail mənə ona “iphone 5” markalı mobil telefon ilə sim nömrə alıb verdikdən sonra İznail mobil nömrəsinə zəng etməyə başlamış və onlar danışmışdır. Təxminən 2022-ci ilin avqust ayının ortalarında İznail onların yaşadığı evə gəlmiş və İznail həmin vaxtlar işsiz olduğu üçün o və atası Cavad onlarla birlikdə yaşayıb işləməyini İznaildən xahiş etmişdir. İznail də işsiz olduğu üçün maddi vəziyyətində olan çətinliyini nəzərə alıb onlarla razılaşmış və birlikdə yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində İznail Cəlilabad rayonu Yaqublu kəndində yaşayan qardaşı Şahin Əhmədovun işlədiyi fermaya qonaq getmək istədiyini və onunla birlikdə həmin yerə getmək istədiyini bildirmiş, o da İznail ilə razılaşmış, lakin İznail ona dəqiq olaraq hansı tarixdə gedəcəkləri barədə heç bir məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 15 radələrində İznail getmək lazım olduğunu və hazırlaşmağını ona demiş, o İznail ilə razılaşmış, valideynlərinə heç bir söz demədən paltarlarını geyinib İznail ilə birlikdə yola çıxmış, lakin Cəlilabad rayonu Yaqublu kəndinə getmək üçün taksi tapa bilmədikləri üçün geri qayıtmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrində İnzail ilə birlikdə Masallı rayonu Boradigah qəsəbəsi yoluna çıxmış və Masallı rayonu, Sİrəbil kəndində yerləşən körpünün üzərində üstündə taksi işarəsi olan dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı qırmızı rəngli VAZ 21011 markalı avtomobilin dayandığını görmüşdür. Onlar həmin avtomobilin sürücüsünə yaxınlaşıb 40 manat pulun qarşılığında Cəlilabad rayonu, Yaqublu kəndinə gəlmək barədə razılaşmış və tanımadığı şəxsə məxsus həmin avtomobillə Cəlilabad rayonu Yaqublu kəndində İznailin qardaşı Şahin Əhmədovun işlədiyi fermaya getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 00:30-da Şahinin yaşadığı fermaya çatmış, orada Şahin ilə biraz söhbət edib yemək yedikdən sonra saat təxminən 02 radələrində Şahinin yatmaq üçün onlara təqdim etdiyi otağa daxil olmuş və İznail ilə birlikdə həmin otaqda yerə sərilmiş döşəkçənin üzərində uzanmışdır. Həmin vaxt İznail ona cinsi əlaqəyə girmək istədiyini bildirmiş, o İznail ilə cinsi əlaqəyə girmək istədiyi üçün İznailə cinsi əlaqəyə girməyə razı olduğunu, lakin bakirəliyinin pozulacağından qorxduğunu bildirmişdir. İznail arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olacaqları təqdirdə heç bir problemin olmayacağını ona demiş və bundan sonra o, İznail ilə razılaşmışdır. O, əynində olan şalvarını və şalvarın altında olan alt geymimi əynindən çıxartdıqdan sonra İznail əynindəki şalvarı və alt geyimi çıxarıb onun yanına uzanmışdır. Həmin vaxt İznail ondan bir daha cinsi əlaqəyə girmək istəyibistəmədiyini soruşmuş və o da cinsi əlaqəyə girmək istədiyini İznailə bildirmişdir. Bundan sonra özü sağ əliylə İznailin cinsi orqanını tutmuş və bir müddət sonra İznailin cinsi orqanının sərtləşdiyini görmüşdür. İznail onu arxadan qucaqlamış və cinsi orqanını onun anus dəliyinə salmışdır. İznail bu formada onunla cinsi əlaqədə olmağa başlamış və qeyri-təbii yolla təxminən 5-6 dəqiqə cinsi əlaqədə olmuşdur. Yekunda öz spermasını onun bədəni üzərinə boşaltmış və kənarlaşmışdır. Bundan sonra onlar həmin gecəni birlikdə qalmış, lakin bir daha cinsi əlaqədə olmamışdır. Həmin gün səhər saatlarında atası Qanuni nümayəndə mobil telefon vasitəsilə İznailə zəng edərək hansı səbəbdən onu qaçırmağını soruşduqda İznail Cavada onu qaçırmadığını, sadəcə olaraq onunla birlikdə qardaşı evinə qonaq getdiklərini demişdir. Bundan sonra atası Cavad İznailə şikayət etməsi barədə məlumat vermiş və onlar da bu səbəbdən xx.xx.2022-ci il tarixdə axşam radələrində Masallı rayonu Sirəbil kəndinə geri qayıtmışdır. Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətlərinin olmadığını, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişlər. Məhkəmə istintaqında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Qazel” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır, o, həmin avtomobil ilə yük daşımaqla məşğul olmuş və bu yolla qazanc əldə etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər də tanımış, Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. xx.xx.2023-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olduğu zaman Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng edərək 10 baş qoyunu şəxsi ehtiyacı üçün satdığını bildirmiş, Təqsirləndirilən şəxs2 ondan qəssab Alim Şamıyevin mobil nömrəsini istəmiş və o da Alim Şamıyevin mobil nömrəsini Təqsirləndirilən şəxs2 vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 mobil onun telefonuna zəng edərək şəxsi təsərrüfatında olan 10 baş qoyunu ona məxsus avtomobil ilə Alim Şamıyevin yaşadığı evə aparmağı xahiş etmiş, Təqsirləndirilən şəxs2 avtomobilinə 15 manatlıq yanacaq vuracağını bildirmiş və o da Vüsalın bu təklifi ilə razılaşmışdır. Sonra o, idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş və orada 10 baş qoyunu Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobilin yük yerinə yükləmişdir. Bundan sonra onlar Alim Şamıyevin yaşadığı evin qarşısına getmiş və Alim Şamıyev ilə Təqsirləndirilən şəxs2 həmin qoyunları 1650 manata alğısatqı etməyə razılaşmış, Alim Şamıyev 10 baş qoyunu avtomobildən düşürdükdən sonra oradan çıxıb getmiş və sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 həmin qoyunları tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamışdır. Təqsirləndirilən şəxs2 10 baş qoyunu satarkən həmin qoyunların oğurluq olmasını bilməmiş, Təqsirləndirilən şəxs2 10 baş qoyunun özünə məxsus olduğunu demişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X27 ifadəsində göstərmişdir ki, 2008-ci ildən etibarən mal-qara alqı-satqısı ilə məşğul olmuş və bu yolla qazanc əldə edib ailəsinii dolandırmışdır. Onun özünə məxsus yük avtomobili olmamış və o, ayrı-ayrı vətəndaşlardan mal-qaranı alıb üzərinə qazanc əlavə edərək mal bazarında satmışdır. Təqsirləndirilən şəxs2 və Şahid2 əvvəllər tanımış, onun Şahid2 ilə münasibəti olmuşdur, Təqsirləndirilən şəxs2 ilə hər hansı münasibəti olmamışdır. xx.xx.2023-ci il tarixdə saat 12 radələrində o, yaşadığı evdə olduğu zaman Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng edərək 10 baş qoyunu şəxsi ehtiyacı üçün satdığını bildirmiş, o isə Təqsirləndirilən şəxs2 işi olduğunu və daha sonra qoyunlara baxa biləcəyini demişdir. Təqsirləndirilən şəxs2 isə Şahid2 yanında olduğunu və Zamana məxsus yük avtomobili ilə gətirdikdən sonra istədiyi yerə gələrək qoyunlara baxa biləcəyini demişdir. O da Vüsala yaşadığı evdə olduğunu və gələrsə yaşadığı evin yaxınlığında qoyunlara baxa biləcəyini demişdir. Təxminən 15-20 dəqiqə sonra Təqsirləndirilən şəxs2 Şahid2 idarə etdiyi Qazel markalı avtomobil ilə yaşadığı evin yaxınlığına gəlmiş və o, Qazel markalı avtomobilin yük yerində 10 baş qoyunun olduğunu görmüşdür. O, qoyunlara yaxından baxdığında 4 başının qoca olduğunu görmüş və o, Təqsirləndirilən şəxs2 qoyunları neçəyə satdığını soruşduqda Vüsal ona qoyunun 1 başını 220 manata satdığını bildirmişdir. O isə Vüsala qoyunları baha satdığını və qounun 1 başını 160 manata ala biləcəyini demişdir. Lakin sonda onlar qoyunun 1 başını 165 manatdan alqı-satqı etməyə razılaşmış və daha sonra onlar köməkləşib 10 baş qoyunu avtomobilin yük yerindən yaşadığı evin həyətyanı sahəsinə boşaltmışdır. Sonra o, 1650 manat pulu Şahid2 vermiş, Şahid2 da həmin pulu Təqsirləndirilən şəxs2 vermiş və sonra onlar çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə o, aldığı 10 baş qoyunu Masallı şəhərində yerləşən mal bazarı adlanan yerə aparmış və o, saat 10 radələrində 10 baş qoyunu tanımadığı şəxsə ümumilikdə 2100 manata satmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 həmin qoyunları tanışı ilə birlikdə oğurlamış, Təqsirləndirilən şəxs2 10 baş qoyunu alarkən həmin qoyunların oğurluq olmasını bilməmişdir. Cinayət işində hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, oğurluq hadisəsi Masallı rayonu Bədəlan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermada baş vermişdir. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 32 baş xırda buynuzlu qoyunun Masallı rayon Sirəbil kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlaması müəyyən edilmişdir. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanmış üç baş quzunu Təqsirləndirilən şəxs2 tanımadığı şəxsə satması, həmçinin həmin tarixdə oğurluq yolu ilə əldə edilmiş 10 baş qoyunu isə Masallı şəhəri ərazisində X3 müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 656 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs2 qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər (şüavari büküşlərin bir qədər hamarlaşması, düz bağırsaq girəcəyinin büzücü əzələlərinin boşalması və s. bunu sübut edir) vardır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1055 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs1 xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3485 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış ekspermental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosionla-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsi baş verən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsir edə və bu barədə məlumat verə bilər. Eqosentrizm, inadkarlıq, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən hadisəni törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3486 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs2 primitiv şəxsdə pedaqoji baxımsızlıq müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış ekspermental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs2 primitiv şəxs olduğu, həmçinin pedoqoji baxımsızlıq müəyyən edilir. Buna baxmayaraq o, iş üçün əhəmiyyət kəsb edəcək halları qavramaq, təsvir etmək, dərk etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 hadisədən əvvəl və hadisə anında hərəkətlərinin faktiki xarakterini dərk etmək, özünü idarə etmək iqtidarında olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. Zərərçəkmiş şəxs2 primitiv şəxsdə pedaqoji baxımsızlıq müəyyən edilir. Zərərçəkmiş şəxs2 təfəkkürünün təhlil-tərkib proseslərində primitivlik, maraq dairəsinin məhdudluğu, mühakimələrinin səthiliyi, dünyagörüşünün aşağı olması, xarakterik xüsusiyyətlərində səthilik, sadəlöhvlük aşkar olunmaqla primitiv şəxsdə pedaqoji baxımsızlıq müəyyən edilir. Zərərçəkmiş şəxs2 psixi-emosional vəziyyətində ona qarşı seksual xarakterli məcburi hərəkətlər törədilərkən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs2 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Zərərçəkmiş şəxs2 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, qeyd olunnmuş 10 baş sarımtıl rəngli, 3-4 yaş arası, ət çəkisi təxminən 40 kq olan dişi qoyunun bir ədədinin orta bazarda təklif qiyməti 360 manat olmaqla cəmi qiyməti 3600 manatdır. Qeyd olunnmuş 10 baş bənövşəyi rəngli 4 yaşlı ət çəkisi təxminən 41 kq olan dişi qoyunun bir ədədinin orta bazarda təklif qiyməti 328 manat olmaqla cəmi qiyməti 3280 manatdır. Qeyd olunnmuş 5 baş qırmızımtıl rəngli, 5 yaşlı,ət çəkisi təxminən 45 kq olan dişi qoyunun bir ədədinin orta bazarda təklif qiyməti 360 manat olmaqla cəmi qiyməti 1800 manatdır. Qeyd olunnmuş 4 baş boz rəngli, 4 yaşlı,ət çəkisi təxminən 41 kq olan dişi qoyunun bir ədədinin orta bazarda təklif qiyməti 328 manat olmaqla cəmi qiyməti 1312 manatdır. Qeyd olunnmuş 3 aylıq 3 baş quzunun,ət çəkisi təxminən 17 kq olan dişi quzunun bir ədədinin orta bazarda təklif qiyməti 280,5 manat olmaqla cəmi qiyməti 841,5 manatdır. Azərbaycan Respublikasının Cünayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, maddi sübut, ekspert rəyləri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər X7 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1., 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 194.1-ci maddələrində göstərilən cinayət üzrə təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini X16 və Təqsirləndirilən şəxs2 törətmişdir, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, X7 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, eləcədə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri əsasında təqsirləndirilən şəxslərə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri əsasları yoxdur, odur ki, onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin həbsdən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2023-cü il tarixdə azad edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-87/2023 saylı qərarından və görünür ki, Təqsirləndirilən şəxs1 haqqında axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcəbədi rayonu ərazisində 08 iyun 2023-cü il tarixdə tutularaq Masallı Rayon Polis Şöbəsinə gətirilmişdir. Lənkəran RİHB-nın Gəgiran kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 2012-ci il tarixədək Lənkəran rayonu, Diryan kəndində yaşamışdır və orda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən məlum olur ki, X16 əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin həbsdən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2023-cü il tarixdə azad edilmişdir. Masallı RİHB-nın Sərçuvar kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Masallı rayonu, Sirəbil kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cünayət Məcəlləsinin 8.1-cü maddəsinin tələblərinə görə cünayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cünayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cünayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cünayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-cü maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-cü maddəsində qeyd olunmuşdur ki, cünayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cünayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cünayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs X7 əməlində Cinayət Məcəlləsinin 59.1.12. və 59.1.13.-cü maddələrində nəzərdə tululmuş zərərçəkmiş şəxslərlərlə barışıq əldə edilməsi və törətmiş olduğu oğurluq cinayətinə münasibətdə dəymiş ziyanı tamamilə aradan qaldırılması cəzanı yüngülləşdirən halları vardır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2.-ci maddəsinə əsasən X7 əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X7 əməlində Azərbaycan Respublikasının Cünayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13.-cü maddələrində nəzərdə tululmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və dəymiş ziyanı tamamilə aradan qaldırılması cəzanı yüngülləşdirən hallar vardır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirrən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cünayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-cü bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cünayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-cü maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cünayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-cü maddəsinə görə cünayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cünayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birincü növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cünayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti, cinayətin törətdilməsini digər şəxsləri cəlb etməsi, 16 yaş tamam olmamış şəxsə qarşı şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət əməli törətməsi, cinayət əməməllərinin ictimai təhlükəliliyi əsasə verir ki, ona azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin etməklə o, islah oluna bilər. Əməlindən peşman olması, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailəsinin həyat şəraitinə təsirini, əməllərin törədilmə şəraitini və xarakterini nəzərə alaraq, məhkəmə ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin olunmasını ədalətli və qanuni, cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına uyğun hesab edir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 verilmiş ittihamlar üzrə CM-nin 152.1.-ci maddəsi ilə cəzanı, Cinayət Məcəlləsinin 10.1. və 10.2-ci maddələrinin tələbələrini nəzərə alaraq qeyd edir ki, həmin ittihama üzrə törədilmiş cinayət əməli 19 avqust 2022-ci il tarixdə baş verdiyinə görə, həmin vaxt qüvvədə olan CM-nin 152.1-ci maddəsinin sanksiyasına uyğun cəza təyin edilməlidir. Belə ki, 27 dekabr 2022-ci il tarixli Qanuna əsasən CM-nin 152.1-ci maddəsinin dispozisiyası və cəzası yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanın ödənilməsi, özünün davranışı və ondan şikayətin olmaması, cinayət əməlinin törədilməsindən əvvəl və sonrakı davranışları əsas verir ki, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan, azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də o, islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs2 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut 19 baş qoyunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. X6 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə xərci 40 (qırx) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod504357, VÖEN**********, M\h;AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN, AZ11BRES******************** hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi ziyanın tam 10841,5 manat olmaqla Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cünayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nini 66.2.-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzaları cinayətlərin məcmusu ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixə qədər saxlanıldığı müddət, bir günə bir gün hesablanmaqla Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlqıdan məhrumetmə cəzası müddətinə daxil edilsin və üzərində 02 il (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nini 66.2.-ci maddəsinə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzaları tam toplanılmaqla, X14 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə hesablanmaqla 04 gün X14 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X10 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. X10 cəzaçəkmə müddətinin əvvəli hökmü icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzasını yaşayış yeri üzrə çəksin. X24 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X14 münasibətdə hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut 19 baş qoyunun saxlanılması üçün zərərçəkmiş X15 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə xərci 40 (qırx) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN**********, M\h;AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN, AZ11BRES******************** hesabına köçürülsün. Cinayət işi üzrə 10841,50 manat maddi ziyanın Zərərçəkmiş şəxs1 tam ödənilməsi nəzərə alınsın. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar