Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-87/2024 24.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1986-cı il tarixdə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:40 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, etibarnaməsi olmadan ayıq vəziyyətdə idarə etdiyi “VAZ-21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masall-Qızlağac avtomobil yolunun Göyəçöl kəndi ərazisindən keçən hissəsində Ələt-Astara avtomobil yolunun üzərində inşa edilmiş körpünün üzərində Masallı şəhəri istiqamətində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobili “3.24 Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 65 km/saat sürətlə idarə edib "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunlara əməl etməyib həmin avtomobil yolunda onunla eyni istiqamətdə hərəktədə olan velosipedçi, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsindən idarə etdiyi avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, hadisə nəticəsində sonuncu sağ bud sümüyünün aşağı 1/3-nin açıq sınığı ilə nəticələnən həyat üçün təhlüləki olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti almış, Təqsirləndirilən şəxs "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərini pozmaqla velosipedçi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurduqdan sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Masallı rayonu, Yeddioymaq kənd sakini mərhum X8 əvvəllər tanımamış və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı Masallı rayonu, Təzəkənd kəndindən dayısı X2 adına olan, lakin istifadəsində olan “VAZ-21074” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobillə özünə məxsus debit kartındakı pulu bankomat vasitəsi ilə çıxarmaq üçün "xxxx" ASC-yə məxsus Masallı rayonu, Yeddioymaq kəndi ərazisində yerləşən bankomatın yanına getmişdir. Orada həmin bankomatdan pul çıxardıqdan sonra günorta radələrində “Hacı Mazanın YDM”-nin yaxınlığında yerləşən adını bilmədiyi kafedə işləyən adını Ramindən bir neçə gün əvvəl satdığı quzunun pulu olan 200 manatı almaq üçün Raminin kafesinin olduğu istiqamətdə hərəkət etmişdir. Həmin vaxt idarə etdiyi “VAZ- 21074” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobili ilə Masallı-Qızılağac avtomobil yolunun Göyəçöl kəndi ərazisindən keçən hissəsində Ələt-Astara avtomobil yolunun üzərində inşa edilmiş körpünün üzərində saatda təxminən 60-65 km/saat sürətlə hərəkətdə olan zaman körpünün eniş hissəsində onun hərəkətdə olduğu zolaqda adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin velosipedlə hərəkətdə olduğunu anidən görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi velosipedlə onun hərəkətdə olduğu zolaqda düzünə hərəkət etdiyindən, o, velosipedçinin əks hərəkət zolağına doğru hərəkət edəcəyini düşündüyü üçün avtomobilinin sükanını çevirib istiqamətini təxminən 1 metr sağa doğru dəyişib öz yolu ilə hərəkətinə davam etməyə çalışsa da, Zərərçəkmiş şəxs anidən onun hərəkət zolağına doğru istiqamətini dəyişdiyi üçün o, avtomobili ilə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs velosipedin üzərində olan zaman sağ ayaq nahiyəsindən, velosipedin də sağ yan hissəsindən vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs zərbənin təsirindən velosipeddən yolun orta hissəsində hərəkət axınını ayıran düz xəttin kənarında onun hərəkətdə olduğu zolaqda avtomobilindən sol tərəfdə yerə yıxılmışdır. Həmin vaxt o, həyəcanlı olduğu üçün orada dayanmayıb avtomobili ilə hərəkətini davam etdirib təxminən 100 metr irəlilədikdən sonra avtomobilinin ön alt hissəsindən qığılcım çıxdığını görüb nə baş verdiyinə baxmaq üçün avtomobili dayandırmış və yerə enmişdir. Daha sonra avtomobilin ön hissəsinə keçib baxan zaman avtomobilin ön alt hissəsində Zərərçəkmiş şəxs məxsus velosipedin ilişib qaldığını görmüş və Zərərçəkmiş şəxs xəsarət ala biləcəyini tam dərk etmədiyi üçün geriyə dönüb onu vurduğu istiqamətə baxan zaman Zərərçəkmiş şəxs yerdə uzandığını və tərpəndiyini görmüşdür. Bundan sonra o, əli ilə avtomobilin altından velosipedi çıxarmağa çalışsa da, çıxara bilməmiş və avtomobili qısa məsafədə irəli-geri hərəkət etdirdikdə təxminən 1 dəqiqə müddətində avtomobilə ilişən velosiped avtomobilin altından çıxıb yolun kənarında qalmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs tərpəndiyi üçün onun ölə biləcəyini düşünməmiş, lakin baş vermiş hadisəni hər hansı bir şəxsin görmüş ola biləcəyindən ehtiyat edərək oradan uşaqlaşıb yaşadığı kənd istiqamətində getməyə başlamışdır. Yolunun üzərində olan Raminin işlədiyi kafeyə gedərək sonuncudan quzunun pulu olan 200 manatı alıb yaşadığı evə getmişdir. O, evinə gedən zaman hadisənin baş verdiyi istiqamətdə polislərin avtomobillərinin getdiklərini görmüşdür. Həmin gecə qorxduğu üçün hadisə barədə heç kimə heç bir məlumat verməmişdir. Hadisədən bir gün sonra evinin həyətində avtomobilinin ön hissəsinə baxan zaman ön buferin kauçuk hissəsinin bir parçasının qopub düşdüyünü görmüşdür. xx.xx.2023-cü il tarixdə kənd sakinlərindən baş vermiş hadisə barədə eşitmiş və hadisə nəticəsində Masallı rayonu, Yeddioymaq kənd sakini Zərərçəkmiş şəxs ölməsini bilmişdir. O, həmin vaxt yolda “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görmədiyi üçün həmin avtomobilin Zərərçəkmiş şəxs üzərindən keçib-keçmədiyini deyə bilməz. Hazırda etdiyi əməldən peşmandır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, vurduğu ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayəti və tələbi olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini və Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə isə həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsindən görünür ki, Masallı rayonu, Yedioymaq kənd sakini, xx.xx.1969-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs onun əridir. Zərərçəkmiş şəxs onunla ailə həyatı qurduqdan bir müddət sonra işləmək üçün Rusiya Federasiyasına gedib orada yaşamışdır. Təxminən 4 il əvvəl əri Zərərçəkmiş şəxs RF-dan deportasiya olunmuşdur. O, maddi vəziyyətləri yaxşı olmadığı üçün 27 iyun 2023-cü il tarixdə özü Rusiya Federasiyasının Murmansk şəhərinə qohumlarının yanında işləməyə getmişdir. xx.xx.2023-cü il tarixdə axşam radələrində Murmansk şəhərində kirayədə yaşadığı evdə olduğu zaman bacısı Zahirə Musayevə ona mobil telefonla zəng edib həyat yoldaşı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində avtomobillə vurulması və hadisə nəticəsində ölməsi barədə məlumat vermişdir. O, bundan sonra dərhal Azərbaycana gəlmişdir. Burada ona məlum olmuşdur ki, əri Zərərçəkmiş şəxs Masallı-Qızılağac avtomobil yolunun Göyəçöl kəndi ərazisindən keçən hissəsində Ələt- Astara avtomobil yolunun üzərində inşa edilmiş körpünün üzərində velosipedlə hərəkətdə olan zaman onu adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçmış, sonra arxadan gələn adını sonradan bildiyi Şahid2 idarə etdiyi avtomobil ilə əri Zərərçəkmiş şəxs üzərindən keçmiş və sonuncu ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək, Rusiya Federasiyasına getməsi ilə əlaqədar məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Astara rayon sakini X7 məxsus “Toyota Prius” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində “Bolt” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olur. O, həmin avtomobili "BC" dərəcəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edir. Daha əvvəl isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çörək sexində işləmişdir. xx.xx.2023-cü il tarixdə həmişə olduğu kimi həmin çörək sexinə baş çəkən zaman orada işləyən keçmiş iş yoldaşı Masallı rayonu, Yeddioymaq kənd sakini Sevinc adlı qadına xx.xx.2023-cü il tarixdə qohumunun xx.xx.2023-cü il tarixdə keçiriləcək toy məclisində iştirak etmək üçün yaşadığı Astara rayonuna gedəcəyini bildirmişdir. Həmin vaxt Sevinc adlı qadın onun da xx.xx.2023-cü il tarixdə Masallı rayonuna getmək fikrinin olduğunu və onu rayona apara bilib-bilməyəcəyini soruşduqda, o, Sevincin maddi imkanının zəif olduğunu bildiyi üçün həmin gün Sevinci də aparmağa söz vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Sevinci yaşadığı Hövsan qəsəbəsindən götürüb yaşadığı Astara rayonu, Vaqu kəndinə getmək üçün idarə etdiyi “Toyota Prius” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb Bakı-Ələt- Astara avtomobil yolu ilə Astara rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Həmin gün saat 18 radələrində Masallı rayonu ərazisinə çatdıqda Sevincin istəyi ilə o, avtomibil ilə Bakı-Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Göytəpə şəhəri və Masalı rayonu, Həsənli kəndləri istiqamətinə çıxışı olan qovşağından Masallı rayonu ərazisinə daxil olub Sevincin göstərdiyi yolla sonuncunu yaşadığı Masallı rayonu, Yeddoymaq kəndinə aparmışdır. Saat 18:30 radələrində Sevinci yaşadığı ünvana aparıb düşürdükdən sonra həmin yerdən Astara rayonuna getmək üçün yola düşmüşdür. Həmin vaxt idarə etdiyi “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 50 km/saat sürətlə hərəkətdə olduğu zaman Bakı-Ələt-Astara avtomobil yolunun üzərində inşa edilmiş körpüdə hərəkətini davam etdirən zaman körpünün orta hissəsini ötüb keçdikdən sonra təxminən 1 metr məsafədən onun hərəkətdə olduğu zolaqda yolun orta hissəsinə yaxın aslfat yolun üzərində ağ rəngə çalan bir cismin uzandığını görmüşdür. O, bir anda hərəkət sürətini azalda bilmədən avtomobillə həmin cismin üzərindən ötüb keçmiş və avtomobilin bir anlıq havaya qalxıb-endiyini hiss etmişdir. Həmin vaxt o, avtomobillə nəyin üzərindən keçdiyini bilməsə də, özlüyündə hansısa bir əşyanın və ya ölmüş heyvanın üzərindən keçmiş ola biləcəyini düşünmüşdür. Lakin, körpünün üzərində olan asfalt yolun bitməsinə bir qədər qalmış yolun kənarında sağ ehtiyat hissəsinə yaxın bir ədəd velosipedin olduğunu görmüş və həmin vaxt bir neçə saniyə əvvəl avtomobillə üzərindən keçdiyi cismin insan ola biləcəyini düşünmüşdür. Həmin vaxt psixoloji gərginlik keçirdiyi üçün həyəcanlanmış və qorxmuşdur. Bu səbəbdən ani qərar verib yaşadığı Astara rayonuna getmişdir. O, yaşadığı rayona getdikdən sonra yeznəsi X10 yaşadığı Astara rayonu, Siyəkü kəndində yerləşən evinə gedib ona Bakı şəhərindən qayıdan zaman Masallı rayonu ərazisində görmədiyi bir cismin üzərindən avtomobillə keçdiyini və avtomobildən enməyib rayona gəldiyini bildirmişdir. Həmin vaxt Azər ona həyəcanlanmamasını, ola bilsin ki, hər hansı bir heyvanın üzərindən keçmiş ola biləcəyini bildirmiş və əgər həmin cismin insan olacağı təqdirdə bundan polisin xəbərdar olacağını, həmin təqdirdə polisə gedib baş vermiş hadisə barədə məlumat verməli olduğunu demişdir. Bundan sonra Azərlə avtomobilinin çöl hissəsinə nəzər yetirən zaman orada hər hansı bir ciddi zədə izinin olmadığını, lakin avtomobilin ön sağ aşağı hissəsində yerləşən işığın ətrafında olan kauçuk materialından buferin bir hissəsinin qopduğunu görmüşdür. Bundan sonra o, idarə etdiyi avtomobillə öz evinə getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında onu Masallı RPŞ-nə dəvət etdikdə, o, şöbəyə gəlmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində Masallı-Qızlağac avtomobil yolunun Göyəçöl kəndi ərazisindən keçən hissəsində Ələt-Astara avtomobil yolunda inşa edilmiş körpünün üzərində idarə etdiyi “Toyotota Prius” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzərindən keçdiyi şəxs Masallı rayonu, Yeddioymaq kənd sakini Zərərçəkmiş şəxs olmuşdur. O, idarə etdiyi avtomobillə həmin şəxsin üstündən keçsə də, ona heç bir xəsarət yetirməməşdir. Zərərçəkmiş şəxs ölmündə günahı yoxdur. O, insan üzərindən keçdiyini hiss etməmişdir. O, həmin yolun üzərində ağ rəngə çalan cismin uzandığını təxminən 1 metr məsafədən görsə də, onun İsa Sulatov olduğunu bilməmişdir. Həmin vaxt körpüyə təxminən 500-600 metr qalmış ondan öndə eyni istiqamətdə təxminən 1 km məsafədə və əks istiqamətdə hərəkətdə olan bir neçə avtomobilin olduğunu görsə də, onların markalarını və dövlət qeydiyyat nişanlarını xatırlamır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Masallı rayonu, Yeddioymaq kənd sakini Zərərçəkmiş şəxs qonşusu Nəriman Musayevin bacısının əri kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə, saat 18:40 radələrində həmkəndlisi X4 Masallı şəhərində Musaküçə körpüsünün yaxınlığından yaşadığı evə gətirmək üçün özünə məxsus “Opel Astra” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxmış və həmin vaxt Masallı-Qızılağac avtomobil yolunun Göyəçöl kəndi ərazisindən keçən hissəsində Ələt-Astara avtomobil yolunun üzərində inşa edilmiş körpünün üzərində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman onunla əks hərəkət istiqamətində olan bir neçə avtomobilin onun hərəkət zolağında hərəkətdə olduqlarını görmüşdür. O, həmin avtomobillərin hansı səbəbdən əks zolaqda hərəkət etdikdlərini başa düşməyib uzaq işıq yandırmaq vasitəsi ilə onlara xəbərdarlıq edib hərəkətinə asta sürətlə davam edən zaman körpünün üzü Masallı şəhəri istiqamətində eniş hissəsində yolun tam ortasında Qasımlı kənd sakini Şahid1 əlində olan mobil telefonla uca səslə kiminləsə danışdığını və onun yanında yerdə bir nəfər şəxsin uzandığı görmüşdür. Həmin vaxt orada başqa avtomobillərin olduğunu görüb hərəkətinə davam etdikdən sonra həmkəndlisi X18 kəndinin girişində öz avtomobilinə götürüb yaşadığı kəndə qayıdan zaman Şahid1 yanında uzanmış şəxsi naməlum avtomobilin vurmasını və həmin şəxsin hadisə yerində ölməsini bilmişdir. Həmin vaxt artıq hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili də gəlmişdir. O, daha sonra həmin ölmüş şəxsin qonşusu Nəriman Musayevin yeznəsi Masallı rayonu, Yeddioymaq kənd sakini Zərərçəkmiş şəxs olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxs hansı avtomobilin nə zaman vurmasını görməmişdir. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Yeddioymaq kənd sakini Zərərçəkmiş şəxs qonşu kənd sakini kimi tanımış və onun fəhləliklə məşğul olmasından məlumatı olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində özünə məxsus “VAZ-2104” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Masallı rayonu, Qasımlı kəndindən çıxıb Masallı şəhərinə gedən zaman idarə etdiyi avtomobillə Masallı-Qızılağac avtomobil yolunun Göyəçöl kəndi ərazisindən keçən hissəsində Ələt-Astara avtomobil yolunun üzərində inşa edilmiş körpünün üzərində təxminən 50 km/saat sürətlə hərəkətdə olan vaxt körpünün eniş hissəsində onunla əks hərəkət zolağında yolun hərəkət hissələrini ayıran düz xəttin kənarında bir cisim olduğunu görmüşdür. Həmin vaxt sürəti aşağı olduğundan o, həmin cismə toxunmadan öz hərəkət zolağında hərəkətini davam etdirib körpünü enib avtomobili yolun sağ ehtiyat hissəsində saxladıqdan sonra avtomobildən düşüb həmin cimsə yaxınlaşıb onun nə olduğunu aydınlaşdırmaq üçün geriyə qayıdan zaman həmin cismin insan olduğunu başa düşmüşdür. O, həmin cismə yaxınlaşdıqda onun baş və ayaq nahiyələri əzilmiş insan meyiti olduğunu görmüşdür. O, həmin şəxsin naməlum avtomobil tərəfindən vurulmasını və üzərindən avtomobillərin keçəməsini başa düşüb dərhal istifadəsində olan mobil telefonunun işiğını yandırıb əli ilə yuxarıya qaldıraraq yolda hərəkətdə olan nəqliyyat vasitələrinə işarə edib onların meyitin üzərindən keçməsinə mane olmağa çalışmışdır. O, həmçinin istifadəsində mobil telefonla DİN-nin 102 zəng xidmətinə zəng edib naməlum şəxsin avtomobil tərəfindən vurulması barədə məlumat verib hadisə yeri haqqında bildirmişdir. O, hadisə yerinə çatanda onun hərəkətdə olduğu istiqamətdə və əks hərəkət istiqamətində heç bir avtomobil hərəkətdə olmamışdır. Lakin o, hadisə yerinə çatdıqdan sonra meyitin yanında dayandığı zaman bir neçə avtomobil yanından gəlib getmişdir. Təxminən 10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Sonradan ona məlum olmuşdur ki, körpünün üzərində meyitini aşkarladığı şəxs Masallı rayonu, Yeddioymaq kənd sakini Zərərçəkmiş şəxsdur. Zərərçəkmiş şəxs hansı avtomobilin nə zaman vurmasını görməmişdir. Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, Masallı rayonu, Yeddioymaq kənd sakini Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində “Opel Astra” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 8-ci sinif şagirdi olan oğlu X13 rayonu, Göyəçöl kəndində riyaziyyat fənni üzrə məşğələyə aparmaq üçün yaşadığı evdən çıxmışdır. Həmin vaxt oğlu avtomoblin ön sərnişin oturacağında oturmuşdur. O, idarə etdiyi “Opel Astra” markalı,**-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Qızılağac avtomobil yolunun Göyəçöl kəndi ərazisindən keçən hissəsində Ələt-Astara avtomobil yolunun üzərində inşa edilmiş körpünün üzərinə çatan zaman yolun sağ ehtiyat hissəsində bir nəfər şəxsin velosipedlə hərəkət etdiyini görmüşdür. O, həmin şəxsin solundan öz yolunda hərəkətini davam etdirib körpünü aşağı enərək təxminən saat 18:45 radələrində oğlunun müəlliminin yaşadığı evə çatmışdır. O, oğlunu məşğələdə qoyub həmin məşğələdən həmkəndliləri Aytac və Rəhimə adlı qız uşaqlarını öz avtomobilinə əyləşdirib həmişə olduğu kimi öz evlərinə aparmaq üçün kəndə geri qayıtmışdır. Həmin vaxt o, saat 19:20 radələrində həmin körpünün üzərində olan zaman orada polis əməkdaşlarının və təcili tibbi yardım avtomobilinin olduğunu, həmin yerdə bir nəfər şəxsin uzandığını görmüş, lakin həmin şəxsin gördüyü velosipedçi olduğunu bilməmişdir. O, yaşadığı evə getdikdən sonra Yeddioymaq kənd sakini Zərərçəkmiş şəxs naməlum avtomobil tərəfindən vurulması və hadisə yerində ölməsini bilmişdir. Sonradan o, avtomobilində quraşdırdığı videoregistrator vasitəsi ilə Zərərçəkmiş şəxs olduğunu bildiyi velosipedçinin hadisə baş verməzdən əvvəl yanından ötüb keçdiyi anın qeydə alındığı görüntüləri istintaqa təqdim etmişdir. Şahid5 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Qəriblər kəndində yerləşən “X26”-də sürücü işləyir. O, idarə etdiyi “FORD” markalı, **-AA- *** dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə oteldə xadimə işləyən qadınları səhər 08 radələrində yaşadıqları Masallı rayonu, Yeddioymaq kəndindən otelə gətirir və saat 18 radələrində isə işdən sonra evlərinə aparır. Masallı rayonu, Yeddioymaq kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə, saat 18:40 radələrində o, hər gün olduğu kimi idarə etdiyi “FORD” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə Yeddioymaq kəndi istiqamətində hərəkətdə olan zaman Masallı-Qızılağac avtomobil yolunun Göyəçöl kəndi ərazisindən keçən hissəsində Ələt-Astara avtomobil yolunun üzərində inşa edilmiş körpüyə yaxınlaşan vaxt körpünün eniş hissəsində bir nəfər şəxsin əlindəki mobil telefonunun işığını yandırmış halda gələn avtomobillərə işarə etdiyini görmüşdür. O, həmin şəxsi görüb avtomobilinin sürətini azaldıb ona yaxınlaşan zaman həmin şəxsin yanında yerdə uzanmış bir nəfər şəxsin olduğunu görmüşdür. O, həmin vaxt sol hərəkət zolağı ilə hərəkətini davam etdirib həmin şəxsin yanından ötüb keçdikdən sonra avtomobili yolun kənarında saxlayıb yerə enmiş və telefonun işığı ilə işarə edən həmin tanımadığı şəxsə yaxınlaşmışdır. O, həmin şəxsdən polisə məlumat veribvermədiyini soruşduqda, həmin şəxs ona 102 xidmətinə zəng edib məlumat verdiyini bildirmişdir. O, bundan sonra avtomobilində olan qadınları yaşadıqları evə aparmaq üçün təkrar avtomobilə əyləşmiş və həmin şəxsləri Yeddioymaq kəndinə apardıqdan sonra geriyə qayıtmışdır. O, qayıdanda artıq hadisə yerində polis əməkdaşlarının olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, körpünün üzərində olan meyit Masallı rayonu, Yeddioymaq kənd sakini Zərərçəkmiş şəxs məxsus olmuşdur. O, hadisənin hansı şəraitdə baş verməsini və Zərərçəkmiş şəxs hansı avtomobilin nə zaman vurmasını görməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Masallı RPŞ-də xidmətdə olduğu zaman Masallı-Qızılağac avtomobil yolunun Göyəçöl kəndi ərazisindən keçən hissəsində Ələt-Astara avtomobil yolunun üzərində inşa edilmiş körpünün üzərində bir nəfər şəxsin naməlum avtomobil tərəfindən vurularaq ölməsi darədə Masallı RPŞ-nin növbətçi hissəsindən ona məlumat daxil olmuşdur. Bu səbəbdən o, əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda Masallı-Qızılağac avtomobil yolunun Göyəçöl kəndi ərazisindən keçən hissəsində Ələt-Astara avtomobil yolunda inşa edilmiş körpünün üzərində bir nəfər kişi meyitinin olduğunu görmüşdür. Həmin vaxt onun iştirakı ilə hadisə yeri müayinə olunan zaman hadisə yerində insan meyitindən başqa iki ədəd avtomobil hissələrinin sınmış parçaları və hadisə yerinin yaxınlığında körpünün aşağısında yolun kənarında zədələnmiş halda bir ədəd velosiped aşkar edilərək götürülmüşdür. Sonradan müəyyən olunmuşdur ki, həmin meyit Masallı rayonu, Yedioymaq kənd sakini Zərərçəkmiş şəxsdur və Zərərçəkmiş şəxs həmin körpünün üzərində velosipedlə hərəkətdə olan zaman naməlum avtomobil tərəfindən vurulduqdan sonra hadisə yerində vəfat etmişdir. İsa Sulatovu vuran şəxs isə avtomobillə hadisə yerindən qaçmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2024-cü il tarixli 8/3717-3/2148 saylı rəyində görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən velosipedin üzərində olan zədələr velosipedin VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinə ilişdikdən sonra asfalt yolla sürtünmə nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş "1" rəqəmi ilə nömrələnmiş plastmas hissə "Toyota Prius" markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq fartukunun sağ dönmə işığının eynəyinə, "2" rəqəmi ilə nömrələnmiş plastmas hissə isə "VAZ-21074" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin qırılmış hissəsinə uygun gəlir və vahid bütövlük təşkil edirlər İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2024-cü il tarixli 8/193 saylı rəyində görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 <<Maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Toyota Prius markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahid2 hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X11 X24 Masallı MTE və PA şöbəsinin 01 dekabr 2023-cü il tarixli 28 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarət müəyyən olundu: açıq kəllə-beyin travması, baş beyin toxumasına və yumşaq qişasına qansızma, sağ gicgah sümüyünün sınığı, sol almacıq və alt çənə sümüyünün sınığı, döş qəfəsinin və qarnın küt travması, sol ağciyərin, ürək kisəsinin, ürəyin, dalağın və sol böyrəyin zədələnməsi, döş sümüyünün, sol İİ ,İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların sınıqları, sağ bud sümüyünün aşağı 1/3-nin açıq sınığı, başın, sağ qulaq seyvanının, döş qəfəsinin sol ön hissəsinin, qarnın ön divarının və sağ dizaltı nahiyənin əzilmiş yaraları, başın alın nahiyəsinin, sağ budun, sağ baldırın, sol diz və sağ ayağın içəri topuq nahiyəsinin sıyrığı, sağ göz nahiyəsinin qançırı. Müəyyən olunan xəsarətlər həyati olub ağır bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer səthinə çırpılma və nəqliyyat vasitəsinin onun başının, döş qəfəsinin və qarnının üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə açıq kəllə-beyin travması, baş beyin toxumasına və yumşaq qişasına qansızma, sağ gicgah sümüyünün sınığı, döş qəfəsinin və qarnın küt travması, sol ağ ciyərin ürək kisəsinin, ürəyin, dalağın və sol böyrəyin zədələnməsi, döş sümüyünün, sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların sınıqları, sağ bud sümüyünün aşağı 1/3-nin açıq sınığı, başın, sağ qulaq seyvanının, döş qəfəsinin sol ön hissəsinin, qarnın ön divarının və sağ dizaltı nahiyənin əzilmiş yaraları və sağ göz nahiyəsinin qançırı ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Sol almacıq və alt çənə sümüyünün sınığı dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Başın alın nahiyəsinin, sağ budun, sağ baldırın, sol diz və sağ ayağın içəri topuq nahiyəsinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsi və qarın boşluğu üzvlərinin (sol ağciyər, ürək, ürək kisəsi, dalaq və sol böyrək) cırılması nəticəsində əmələ gəlmiş qan itirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-5 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda 1,4% etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda aşkar olunan bu konsentrasiyası canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 121 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahlarından 2010-cu il təvəllüdlü X14 və 2012-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan AE № 416831 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «B» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portalından olan çıxarışdan və AC № 895236 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyayt nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyayt nişanlı avtomobil mülkiyyətçisi X6 qaytarılmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışdığından, ona vurulmuş ziyanı tamamilə ödədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1- 1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmə dövlət ittihamçısını dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməl az ağır cinayətdir. Həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsində bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs hadisələrin təsadüfü axırı zəmnində ilk dəfə olaraq az ağır cinayət əməlini törətmiş, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməklə barışaraq bu barədə məhkəməyə yazılı müraciət etmiş, müraciətində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axırı zəmnində ilk dəfə olaraq az ağır cinayət etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb belə qərara gəlir ki, o, Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə isə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəyiş ziyanı aradan qaldırmasını Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüququi varisinin ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, ailəli olmaqla ailəsinin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Ekspertiza tədqiqatının dəyəri olan 388 (üç yüz səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyayt nişanlı avtomobilin X6 qaytarılması və iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əsas cəzasının başlanğıcı həmin orqanda qeydiyyata alındığı vaxtdan, əlavə cəzasının müddəti isə hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 388 (üç yüz səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-87/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-87/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver