Məhkəmə qərarları › İş №1(050)-88/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-88/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-88/2023 03.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Azər Şəmsəddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi-Nümayəndə, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxx 1999-cü il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(050)-58/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olan, Masallı rayonu, Ağakişibəyli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə 21 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Ağakişibəyli kəndi ərazisində yerləşən fərdi yaşayış evinə pəncərənin açılması üsulu ilə qanunsuz daxil olaraq oradan 30 manat dəyərində 3 parçadan ibarət “Tefal” markalı çuqun materialından hazırlanmış tava dəstini, bir ədəd qiyməti 30 manat olan 1.90x2.10 sm. ölçüdə yataq örtüyünü, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 15 manat təşkil edən 3 ədəd əl-üz dəsmalı, bir ədəd qiyməti 25 manat olan kişi qış gödəkçəsini, bir ədəd qiyməti 40 manat olan qadın qış gödəkçəsini, bir cüt qiyməti 60 manat olan iki təkərli «M» markalı motosikletə məxsus mühərrikin silindirini, bir ədəd qiyməti 75 manat olan iki təkərli «M» markalı motosikletə məxsus mühərrikin valını, bir ədəd qiyməti 40 manat olan iki təkərli «M» markalı motosikletə məxsus mühərrikin qazpaylayıcı valını, bir ədəd qiyməti 34 manat olan iki təkərli «M» markalı motosikletə məxsus feredonu, qiyməti 20 manat olan bir cüt iki təkərli «M» markalı motosikletə məxsus porşeni, bir ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 20 manat təşkil edən 2 ədəd iki təkərli «M» markalı motosikletə məxsus halqanı(kolça), bir ədəd qiyməti 25 manat olan iki təkərli «M» markalı motosikletə məxsus qazpaylayıcının dişli çarxını (şestirna), bir ədəd qiyməti 10 manat olan iki təkərli «M» markalı motosikletə məxsus dinamanın dişli çarxını(şestirna), bir ədəd qiyməti 10 manat olan iki təkərli «M» markalı motosikletə məxsus yağ nasosunun dişli çarxını(şestirna), bir ədəd qiyməti 15 manat olan iki təkərli «M» markalı motosikletə məxsus mühərrikin valının dişli çarxını(şestirna), bir ədədinin qiyməti 70 manat olmaqla cəmi qiyməti 140 manat təşkil edən 2 ədəd iki təkərli «M» markalı motosikletə məxsus dinamanı, bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 120 manat təşkil edən 2 ədəd iki təkərli «M» markalı motosikletə məxsus 12 mm ölçüdə təkər diskini, bir ədəd qiyməti 100 manat olan “DAEWO” markalı 60 diaqonallı televizoru gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 809 manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu, Ağakişibəyli kənd sakini Zərərçəkmiş şəxs təxminən 2 ilə yaxın müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi qaynatası Şahid3 Sadıx oğluna məxsus Masallı rayonu, Ağakişibəyli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin qonşuluğunda yerləşir. O, həyat yoldaşı və qız övladı ilə birlikdə qaynatası Şahid3 məxsus fərdi yaşayış evində yaşayarkən Tural ilə tanış olmuş, lakin aralarında dostluq münasibəti olmamışdır. Maddi imkanı zəif olduğundan oğurluq edib pul qazanc əldə etmək niyyətinə düşmüşdür. Zərərçəkmiş şəxs Bakı şəhərinə köçüb orada yaşadığından məlumatı olduğu üçün ona məxsus fərdi yaşayış evinə daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə saat 23 radələrində qaynatasının fərdi yaşayış evinin həyətindən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini ayıran dəmir torların üzərindən keçərək Turalın həyətinə daxil olmuşdur. Daha sonra Turalın evini təxminən 10 dəqiqə müşahidə edərək evdə heç bir şəxsin olmadığını tam müəyyənləşdirib evin arxa hissəsinə keçmiş və plastik materialdan hazırlanmış pəncərəni əliylə vurub açaraq içəriyə daxil olmuşdur. Həmin vaxt ora oğurlamaq istədiyi əşyaları içərisinə yığımaq üçün özü ilə böyük həcimli kisə aparmışdır. Evə daxil olduqdan sonra evin içərisində yerləşən otaqlardan birinə daxil olduğu zaman orada bir ədəd televizorun olduğunu görüb həmin televizoru götürüb evə daxil olduğu pəncərədən həyətə qoymuşdur. Daha sonra geri qayıdıb evin mətbəxt kimi istifadə edildiyini bildiyi otağa daxil olub oradan üç parçadan ibarət “Tefal” markalı tava dəstini götürüb ora apardığı kisənin içərisinə yerləşdirmiş və evə geri qayıdıb digər otağına daxil olub oradan bir ədəd yataq örtüyünü, 3 ədəd dəsmalı, bir ədəd kişi gödəkçəsini və bir ədəd qadın gödəkçəsini götürüb digər əşyaların yanına yığmışdır. Bundan sonra evin giriş hissəsində yerə qoyulmuş motosikletə aid ehtiyyat hissələrini,yəni bir cüt mühərrikin silindirini, bir ədəd mühərrik valını, bir ədəd mühərrikin qazpaylayıcı valını, bir ədəd feredonu, bir cüt proşeni, 2 ədəd kolsanı, bir ədəd qazpaylayıcı şestirnanı, bir ədəd dinama şestirnasını, bir ədəd yağ nasosu şestirnasını, bir ədəd mühərrikin valının şestirnasını, 2 ədəd dinamanı, 2 ədəd təkər diskini götürüb kisənin içərisinə tavaların yanına yerləşdirmiş, sonra həmin əşyaları hissə-hissə dəmir torların üzərindən keçirərək Zərərçəkmiş şəxs evinin yaxınlığında yerləşən istifadə edilməyən və kimə məxsus olduğunu bilmədiyi yardımçı tikilinin içərisinə aparmışdır. Həmin tikilinin içərisində motosikletin ehtiyyat hissələrini və 3 parçadan ibarət “Tefal” markalı tava dəstini ayrıca kisəyə yığıb orada gizlətmiş, bir ədəd televizoru isə Turalın evindən oğurladığı yataq örtüyünə bükərək 3 ədəd dəsmalı da yataq örtüyünün içərisinə qoymuşdur. Daha sonra televizoru, bir ədəd kişi gödəkçəsini və bir ədəd qadın gödəkçəsini də orada digər əşyalardan ayrı qoyaraq qaynatasının evinə qayıdıb həmin gecəni yatmışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yuxudan ayılıb bir sıra işlərini gördükdən sonra Turalın evindən oğurlayıb yardımçı tikilidə gizlətdiyi yataq örtüyünə büküb saxladığı bir ədəd televizoru, 3 ədəd dəsmalı, bir ədəd kişi və bir ədəd qadın gödəkçələrini oradan çıxarıb piyada hərəkət edərək Şərəfə kəndinin mərkəzi yoluna aparmış və yolda hərəkət edən taksi fəaliyyətilə məşğul olan tanımadığı şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ 21060” markalı avtomobilə əliylə işarə edib saxlatdırmışdır. Daha sonra həmin şəxsin avtomobili ilə Masallı şəhəri ərazisində yerləşən “Köhnə Bazar” adlanan əraziyə gəlmiş, orada yataq örtüyünə bükülmüş vəziyyətdə bir ədəd televizoru, 3 ədəd dəsmalı, bir ədəd kişi və bir ədəd qadın gödəkçələrini yerə qoyub satmağa çalışmışdır. Həmin vaxt əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb nə satmaq istədiyini soruşduqda, o, həmin şəxsə özünə məxsus olan bir ədəd televizoru, 3 ədəd dəsmalı, bir ədəd kişi və bir ədəd qadın gödəkçələrini satmaq istədiyini bildirmişdir. Həmin şəxs televizoru, 3 ədəd dəsmalı, bir ədəd kişi və bir ədəd qadın gödəkçələrini hansı qiymətə satdığını soruşduqda, o, ümumilikdə 80 manat pul müqabilində satmaq istədiyini demişdir. Həmin şəxs əvvəlcə televizora, sonra kişi və qadın gödəkçələrinə baxıb onunla razılaşmış və cibindən 80 manat pul çıxararaq ona təqdim etmiş və həmin əşyaları ondan almışdır. Daha sonra oradan uzaqlaşıb yaşadığı qaynatasına məxsus evin yaxınlığına gəlmişdir. xx.xx.2023-cü il tarixdə Turala məxsus evdən oğurlayıb yardımçı tikilidə gizli olaraq saxladığı motosikletə məxsus ehtiyyat hissələrini və 3 parçadan ibarət “Tefal” markalı tava dəstini Masallı şəhəri Digah küçəsində yerləşən dəmir alqı-satqısı ilə məşğul olan əvvəllər tanıdığı Cavid adlı şəxsin işlətdiyi dəmir alqı-satıqısı məntəqəsinə aparıb orada həmin əşyaları ümumilikdə 78 manat pula Cavidə satmışdır. Lakin, Cavidin onun həmin əşyaları oğurluq yolu ilə əldə etməyindən heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs fərdi yaşayış evindən oğurluq cinayət əməlini törətməsi nəticəsində ümumilikdə 158 manat pul qazanc əldə etmiş, həmin pulu ayrı-ayrı tarixlərdə öz şəxsi istifadəsi üçün xərcləmişdir. Oğurluq cinayət əməlini törədərkən ona heç bir şəxs köməklik göstərməmiş və bu niyyətini yerinə yetirərkən kənardan heç bir şəxs onu görməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, bundan sonra işləyərək vurduğu ziyanı hissə-hissə ödəyəcəyini nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi və elan olunmuş şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə DİN-in 102 zəng xidməti mərkəzinə və Masallı RPŞ-yə o, müraciət etmişdir. Masallı rayonu, Ağakişibəyli kəndi ərazisində oğlu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi vardır. Oğlu Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığından ona məxsus fərdi yaşayış evinə o, nəzarət edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Turalın evinə gedib baxdığı zaman evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb dərhal evdəki əşyaların yerində olubolmadığına baxmışdır. Həmin vaxt Turalın evindən bir ədəd televizorun oğurlandığını zənn edib Masallı RPŞ-yə verdiyi ərizədə də televizorun oğurlanmasını göstərmişdir. Daha sonra bu barədə mobil telefon vasitəsilə oğlu Turala zəng edərək məlumat vermiş və Masallı rayonu ərazisinə gəlib evinə baxmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs Bakı şəhərindən Masallı rayonu ərazisinə gəlib Ağakişibəyli kəndində yerləşən evinə baxan zaman, evdən bir ədəd “DAEWO” markalı 60 sm diaqonallı televizorun, 3 parçadan ibarət Tefal markalı tava dəstinin, bir ədəd eni 1.90x2.10 sm. ölçüdə yataq örtüyünün, 3 ədəd əl-üz dəsmalının, bir ədəd kişi qış gödəkçəsinin, bir ədəd qadın qış gödəkçəsinin, iki təkərli “M” markalı motosikletə məxsus bir cüt mühərrikin silindirlərinin, bir ədəd mühərrik valının, bir ədəd mühərrikin qazpaylayıcı valının, bir ədəd feredonun, bir cüt porşenin, 2 ədəd kolçanın, bir ədəd qazpaylayıcı diyircəkli valın (şestirna), bir ədəd dinama diyircəkli valının (şestirna), bir ədəd yağ nasosu diyircəkli valının (şestirna), bir ədəd mühərrikin valının diyircəkli valın (şestirna), 2 ədəd dinamanın və 2 ədəd hər biri 12 mm ölçüdə təkər diskinin oğurlanmasını aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, oğlu Zərərçəkmiş şəxs fərdi yaşayış evindən sonuncu dəfə oğurluq hadisəsi Turalın evinin qonşuluğunda yaşayan Arifin kürəkəni Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs və ailə üzvləri oğlu Turala vurulan ziyanı ödəyəcəklərini söz versələr də, hal-hazıradək ziyan ödənilməmişdir. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ona qarşı şikayətçidir, bu səbəbdən də barəsində qanuni cəza təyin edilməsini xahiş etdi. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı şəhəri Digah küçəsində yerləşən dəmir və əlvan metalların alqı-satqısı məntəqəsini işlədir. xx.xx.2023-cü il tarixdə əvvəllər tanıdığı Masallı rayonu, Ağakişibəyli kəndində yaşayan Qulu adlı şəxs onun işlətdiyi dəmir metalların qəbulu məntəqəsinə gəlmişdir. Orada Qulu əlində olan kisəni göstərib həmin kisənin içərisində dəmir əşayaların olduğunu və satmaq istədiyini bildirdikdə, o, Qulunun təqdim etdiyi kisəyə baxdığı zaman həmin kisənin içərisində üç ədəd tefal tavanın və ehtiyyat hissələrinin olduğunu görmüşdür. Həmin o, Quludan həmin ehtiyyat hissələrinin nəyə aid olduğunu soruşduqda, sonuncu ehtiyyat hissələrinin motosikletə aid olduğunu və maddi ehtiyacı olduğuna görə motosikletinin işlənmiş və yararsız vəziyyətdə olan ehtiyyat hissələrini satmaq istədiyini demişdir. O, sadəcə dəmirin çəkisinə görə pul verdiyi üçün Qulunun ona təqdim etdiyi əşyaları tərəziyə qoyaraq çəkmişdir. Həmin əşyaların hansı çəkidə olmasını xatırlamır, lakin o, Quluya orada 78 manat pul vermiş və Qulu da pulu ondan alıb yanından kənarlaşıb getmişdir. Onun həmin əşyaların Qulu tərəfindən oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə o, Quludan aldığı əşyaları əridərək yenidən emalı üçün digər şəxslərdən aldığı işlənmiş əşyalarla birlikdə Sumqayıt şəhərinə göndərmişdir. Həmin əşyaların heç biri hazırda onda qalmamışdır. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Təqsirləndirilən şəxs bir neçə ay bundan əvvəl ona məxsus Masallı rayonu, Ağakişibəyli kəndi ərazisində yerləşən fərdi yaşayış evinə köçərək onunla birlikdə yaşamağa başlamışdır. Nümayəndə onun həmkəndlisi, Zərərçəkmiş şəxs isə qonşusudur. Həmin şəxslərlə arasında əvvəllər heç bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə daxil olaraq oradan bir ədəd “DAEWO” markalı 60 sm diaqonallı televizoru, 3 parçadan ibarət Tefal markalı tava dəstini, bir ədəd eni 1.90x2.10 sm. ölçüdə yataq örtüyünü, 3 ədəd əl-üz dəsmalını, bir ədəd kişi qış gödəkçəsini, bir ədəd qadın qış gödəkçəsini, iki təkərli “M” markalı motosikletə məxsus bir cüt mühərrikin silindirlərini, bir ədəd mühərrik valını, bir ədəd mühərrikin qazpaylayıcı valını, bir ədəd feredonu, bir cüt porşeni, 2 ədəd kolçanı, bir ədəd qazpaylayıcı diyircəkli valını (şestirna), bir ədəd dinama diyircəkli valını (şestirna), bir ədəd yağ nasosu diyircəkli valını (şestirna), bir ədəd mühərrikin valının diyircəkli valını (şestirna), 2 ədəd dinamanı və 2 ədəd hər biri 12 mm ölçüdə təkər diskini oğurlamışdır. Təqsirləndirilən şəxs etdiyi oğurluq əməlinə görə onunla Nümayəndə və Zərərçəkmiş şəxs arasında inciklik, yəni soyuq münasibət yaranmışdır. Dəfələrlə Nümayəndə evinə gedirək Qulunun əvəzində üzr istəməsinə baxmayaraq, onlar Qulunu bağışlamamışlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əhmədov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(050)-58/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, bir nəfər azyaşlı uşagı var, barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən (arayış) görünür ki, qeyd olunmuş bir ədəd “DAEWO” markalı 60 sm diaqonallı televizorun qiyməti 70 manatdır, 3 parçadan ibarət “Tefal” markalı tava dəsti qiyməti 16 manatdır, bir ədəd eni 1.90x2.10 ölçüdə yataq örtüyünün qiyməti 20 manatdır, 3 ədəd dəsmalın bir ədədinin qiyməti 3 manat olmaqla, cəmi qiyməti 9 manatdır, bir ədəd qadın qış gödəkçəsinin qiyməti 30 manatdır, bir ədəd kişi qış gödəkçəsinin qiyməti 20 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus bir cüt mühərrikin silindirinin qiyməti 60 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus bir ədəd mühərrik valının qiyməti 75 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus bir ədəd mühərrikin qazpaylayıcı valının qiyməti 40 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus bir ədəd feredonun qiyməti 30 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus bir cüt proşenin qiyməti 15 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus 2 ədəd kolsanın bir ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 20 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus bir ədəd qazpaylayıcı şestirnanın qiyməti 20 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus bir ədəd dinama şestirnasının qiyməti 10 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus bir ədəd yağ nasosu şestirnasının qiyməti 10 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus bir ədəd mühərrikin valının şestirnasının qiyməti 15 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus 2 ədəd dinamanın bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 120 manatdır, iki təkərli “M” markalı motosikletə məxsus 2 ədəd hər biri 12 mm ölçüdə təkər diskinin bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 100 manatdır. Qeyd olunan əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə mütəxəssis rəyi alınmasına baxmayaraq, dəymiş maddi ziyan zərərçəkmiş şəxsə yetirildiyindən əmlak dəyəri də zərərçəkmiş şəxsin göstərdiyi məbləğdə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə əvvəllər eyni əmələ görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsi və ya götürülməməsini, cinayət nəticəsində vurduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 17 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 25 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 25 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar