Məhkəmə qərarları › İş №1(050)-89/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-89/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-89/2024 07.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X10, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 qızının, Zərərçəkmiş şəxs9 nümayəndəsi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1963-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07 radələrində AF-130600 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi “Zil” markalı, 325000 avtobus modelli, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Astara-Ələt şose yolunun Masallı şəhəri, Bakı prospekti ərazisindən keçən hissəsində, Cəlilabad rayonu istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, onun hərəkət istiqamətində yolun nisbətən sağ kənarına doğru hərəkətsiz vəziyyətdə dayanmış Lənkəran rayonu, Şirinsu kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şahid1 etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Kamaz” markalı 55111 yük modelli **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsinə ehtiyatsızlıqdan vurmuş, nəticədə “Zil” markalı, 325000 avtobus modelli **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs1 açıq kəllə beyin travması, baş beynin əzilməsi, baş beynin yumşaq qişasının cırılması, baş beyin toxumasına və yumşaq qişasına qansızma, kəllə əsası sümüklərinin sınığı, sağ said nahiyəsinin əzilmiş yaraları, sağ gicgah və sağ bud nahiyəsinin sıyrıqları kimi müəyyən olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almasına və sonuncunun baş beyin əzilməsi, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma nəticəsində ölməsinə, Zərərçəkmiş şəxs9 müştərək travma, qapalı fəqərə sütunu onurğa beyni travması, onurğa beyninin ağır dərəcəli əzilməsi, Th9- Th10 fəqərələrin kompression, qəlpəli, fəsadlaşmış sınığı, aşağı paraplegiya, döş qəfəsinin küt travması, hər iki X qabırğa başının yerdəyişmiş sınıqları və sağ tərəfli hemotoraks kimi müəyyən olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs2 sol İ qabırğanın yerini dəyişmiş sınığı və alın nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün aşağı 1/3-nin yerini dəyişən sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs4 sol mil sümüyünün tipik yerində sınığı və döş qəfəsinin küt travması kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, X1 kürək sümüyünün sınığı, üst dodağın və sol budun əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs6 döş qəfəsinin küt travması, sol V, Vİ, Vİİ, Vİİİ-İX qabırğaların yerdəyişmiş sınığı, sol kürək sümüyünün sınığı, sağ mil sümüyünün tipik yerdən sınığı və sol tərəfli hemotorak kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs7 sağ qamış sümüyünün yuxarı 1/3-nin qapalı qəlpəli sınığı və sol bud nahiyəsinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs8 sağ bud sümüyünün kondilusunun oynaqdaxili qapalı sınığı, sağ qamış sümüyünün bayır kondilusunun qapalı sınığı, sağ 6-cı və 7-ci qabırğaların sınığı, burun sümüklərinin sınığı, əng sümüyünün sınığı, sol göz yuvasının alt divarının sınığı, sağ sirkə kasasının arxa divarının sınığı, burnun əzilmiş yarası kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs10 alt çənənin sol parasimfiz və sağ bucaq nahiyəsinin sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs11 qızının sol bud sümüyünün qapalı sınığı kimi müəyyən olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almalarına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayının 18-də Cəlilabad rayonu, Şıxlar qəsəbəsindən olan X7 mülkiyyətində olan ZİL markalı, 325000 avtobus modelli **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 7500 manata almışdır. Lakin aralarında olan razılığa əsasən o həmin avtomobilin 7500 manat olan pulunu 2024-cü ilin yay aylarına qədər verməli imiş. Buna görə də avtomobilin mülkiyyətçisi Tofiq Quliyev ona nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. O, həmin avtomobil ilə yaşadıqları qəsəbədən və Lənkəran rayonunun onlara yaxın olan kəndlərindən Cəlilabad rayonunda çiyələk parniklərində işləmək üçün fəhlələr aparmalı imiş. Həmin fəhlələrin toplanmasını isə yəni, briqadirliklə həmkəndliləri olan avtoqəza nəcitəsində vəfat etmiş Zərərçəkmiş şəxs1 məşğul olmalı imiş. Belə ki, hər bir fəhlə qadın parnikdə işləyib zəhmət haqqını aldıqdan sonra ona gediş haqqı kimi 3 manat pul verməli imişlər. Bu minvalla qabaqcadan Mahirə onunla əlaqə saxlayıb razılaşdıqdan sonra onlar xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonuna parnikə fəhlələri aparmalı imişlər. xx.xx.2023-cü il tarixdə səhər saat 05 radələrində idarə etdiyi ZİL markalı, 325000 avtobus modelli **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə arvadı Şahid4 ilə birlikdə evdən çıxıb İstisu qəsəbəsindən Mahirəni avtobusa mindirdikdən sonra yolboyu fəhlələri götürə-götürə köhnə Astara-Ələt yolu ilə Cəlilabad rayonu istiqamətinə doğru hərəkət edirmiş. Hava dumanlı, çiskin yağışlı imiş və nisbətən gec işıqlanırmış. Avtobusda Mahirə ön sənişin oturacağında, digərləri isə Mahirədən və ondan arxada yerləşdirilmiş sərnişin oturacaqlarında əyləşmişlər. Saat təxminən 07 radələrində idarə etdiyi ZİL markalı, 325000 avtobus modelli **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə köhnə Astara-Ələt yolunun Masallı şəhəri ərazisindən keçən hissəsinə daxil olmuşdur. Masallı şəhəri Bakı prospekti ilə hərəkətdə olarkən qarşıda üzü Cəlilabad rayonu istiqamətində Kamaz markalı avtomobilin olmasını görmüşdür. Lakin həmin yük avtomobilinin hər hansı bir xəbərdarlıq işıqları yanmadığından onun hərəkətdə olub olmamasını bilməmişdir. Bundan əlavə Kamaz markalı yük avtomobili yolun sağında olan səkidən təxminən bir metr məsafədə mərkəzə doğru imiş. Buna görə də o avtomobilin hərəkətdə olub olmamasını bilməmişdir. O, avtomobili yaxın görmə işıqlarında idarə edirmiş. Həmin Kamaz markalı avtomobilə yaxınlaşmağa az qalmış qarşı hərəkət zolağından, yəni əks tərəfdən gələn avtomobilin uzaq görmə işıqları gözünə düşdüyü üçün o bir anlıq özünü itirmiş və Kamaz markalı yük avtomobilinə yaxınlaşan zaman artıq gec olmasını görmüşdür. Buna görə də tormoza basaraq avtomobili saxlamaq istəsə də artıq avtomobili saxlamaq üçün məsafə qalmamışdır. Tormoz verməmişdir. Buna görə idərə etdiyi ZİL markalı, 325000 avtobus modelli **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, yük yerində mişar daşları yığılmış həmin Kamaz markalı, 55111 yük modelli **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmışdır. Hadisədən sonra ön sərnişin oturacağında əyləşmiş Mahirə oturacaqla kabinə arasında sıxılıb hərəkətsiz vəziyyətdə qalmışdır. O, isə oturacaqla sükan arasında sıxılıb qalmışdır. Buna görə də qapını açıb düşə bilmirmiş. Hadisədən bir qədər sonra isə Kamaz markalı, 55111 yük modelli avtomobilin sürücüsünün avtomobildən aşağı düşməsini görmüşdür. Hadisə nəticəsində idarə etdiyi avtobusda olan qadınlar xəsarət almışlar. Hadisədən sonra ətrafda xeyli avtomobillər saxlamışlar. X28 X26 Xidmətinin əməkdaşları və başqa polis əməkdaşları hadisə yerinə gəlmişlər. Ətrafda olan şəxslər isə təcili tibbi yardım mərkəzinə zəng edib məlumat vermişlər. Hadisə yerinə gəlmiş FHN-nin əməkdaşları isə kabinədə sıxışıb qalmış Mahirəni və onu oradan çıxarmışlar. Lakin Mahirə hadisə yerində artıq vəfat etmişdir. Hadisə nəticəsində özü də daxil olmaqla xəsarət alan şəxsləri təcili tibbi yardım mərkəzinin avtomobilləri ilə xəstəxanaya aparmışlar. Lakin Zərərçəkmiş şəxs1 artıq hadisə yerində ölmüşdür. Hadisə xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Masallı şəhəri Bakı prospektində asfalt yolda baş vermişdir. O, Kamaz markalı, 55111 yük modelli **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini təxminən 20 metr məsafədən görmüşdür. O, hadisənin qarşısnı almaq üçün tormoza bassa da artıq Kamaz markalı, 55111 yük modelli avtomobillə demək olar ki, məsafəsi qalmamışdır. O, ZİL markalı, 325000 avtobus modelli **-BL-*** dövlət saatda təxminən 50 km/saat surətlə idarə etmişdir. Hazırda törətmiş olduğu cinayət hadisəsinə görə özünü təqsirli bilir, zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə etmişdir, onların heç bir şikayət və tələbi yoxdur. Hadisə nəticəsində özü də az ağır dərəcəli bədən xəsarəti almışdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, baxış protokolu, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun arvadıdır. Mahirə uzun müddətdir ki, briqadir kimi yaxın rayonlara parniklərdə, əkin sahələrində işləmək üçün işçi toplayaraq aparıb-gətirmişdir. Adətən Mahirəni və digər işçiləri getdikləri yerə Masallı rayonu İstisu qəsəbəsindən olan həmkəndliləri sürücü, Təqsirləndirilən şəxs aparıbgətirirmiş. Həmişəki kimi əvvəlcədən razılıq əsasında Mahirə işləmək məqsədi ilə gecə saat təxminən 05 radələrində evdən çıxmışdır. Axşamdan arvadı Mahirənin xx.xx.2023-cü il tarixdə Sakitağanın idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə işləmək üçün Cəlilabad rayonuna gedəcəyini bilirmiş. Sakitağa ilk öncə onlara gələrək Mahirəni götürürmüş və yolboyu onlar işləmək üçün getməli olan digər şəxsləri də götürürmüşlər. Həmin tarixdə saat təxminən 08 radələrində qohumlarından Sakitağanın idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Masallı şəhəri Bakı prospekti ilə üzü Cəlilabad rayonu istiqamətində hərəkətdə olarkən həmin yolda hərəkətsiz vəziyyətdə dayanmış “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını, hadisə nəticəsində arvadı Zərərçəkmiş şəxs1 ölməsini və avtobusda olan sərnişlərin müxtəlif bədən xəsarətləri almasını öyrənmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X16 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasının olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Uzun illərdir ki, Sakitağa əkin sahələrində işləmək üçün fəhlələri aparıb-gətirir. Onlara isə mərhum həmkəndliləri Zərərçəkmiş şəxs1 briqadirlik etmişdir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində İstisu qəsəbəsində yolun kənarında Sakitağa idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu yoldan avtobusa mindirmişdir. Bundan sonra isə Sakitağa yol boyu fəhlələri avtobusa mindirə-mindirə köhnə Astara-Ələt yolu ilə Cəlilabad rayonu istiqamətinə doğru hərəkət etmişdir. Həmin vaxt avtobusda ondan başqa həmkəndiləri və Lənkəran rayonun digər kəndlərindən olan fəhlələr olmuşdur. Hava dumanlı, ciskin yağışlı və nisbətən gec işıqlanmışdır. Mahirə avtobusda ön sağ sərnişin oturacağında, onlar isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Səhər saatları olduğuna görə və yuxudan tez oyandıqları üçün Cəlilabad rayonuna çatana qədər hamısı əyləşdikləri oturacaqlarda yuxulamışlar. Saat təxminən 07 radələrində anidən avtobusun içərisində oturacaqlara və avtobusun kənarlarına çırpılıb şok vəziyyətində oyanmışdır. Bu zaman Sakitağanın idarə etdiyi “Zil” avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını və özü də daxil olmaqla avtobusda olan şəxslərin əksəriyyətinin xəsarət almasını görmüşdür. Mahirə avtobusun qabaq sərnişin oturacağında kabinədə sıxışıb hərəkətsiz vəziyyətdə qalmışdır. Sakitağa isə rol arxasında kabinədə sıxışıb qalmış və kabinədən bayıra çıxa bilməmişdir. Sonradan baş verən hadisənin Masallı rayonu ərazisində Bakı prospektində baş verməsini bilmişdir. Hadisə nəticəsində alın və qabırğa nahiyələrindən xəsarətlər almışdır. Buna görə də təcili tibbi yardım mərkəzinin həkimləri ona tibbi yardım edilməsi üçün onu Masallı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Lakin sonradan baş verən hadisə nəticəsində Zərərçəkmiş şəxs1 hadisə yerində ölməsini eşitmişdir. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görməmişdir. Çünki hadisə zamanı yuxulu vəziyyətdə imiş. Lakin hadisə baş verən gün hava dumanlı, çiskin yağışlı imiş və səhər saatları olmasına baxmayaraq hava hələ tam işıqlanmamışdır. Hadisə nəticəsində o, sol tərəf qabırğa sınığı və alın nahiyəsinin yaralanması xəsarətləri almışdır. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasının olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu da daxil olmaqla digər yaxın rayonlarda əkin sahələrində ot, alaq təmizləməklə günəmuzd işçi kimi çalışır. Təqsirləndirilən şəxs onunla qonşu kənddə yaşayır. Sakitağa istifadəsində olan avtobus ilə fəhlələri əkin sahələrində işləmək üçün aparıb gətirirmişdir. Lənkəran rayonu İstisu qəsəbəsindən olan mərhum Zərərçəkmiş şəxs1 isə briqadir kimi onları iş olduqca yığıb əkin sahəsinə aparırmışdır. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Havzava kəndində yolun kənarına çıxmışdır. Sakitağagil isə onun idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu yoldan avtobusa mindirmişlər. Yol boyu isə işləmək üçün gedən fəhlələlər avtobusa minirmişlər. Cəlilabad rayonuna isə köhnə Astara-Ələt yolu ilə hərəkət edirmişlər. Hava dumanlı, ciskin yağışlı olmuş və nisbətən gec işıqlanmışdır. Mahirə sürücünün sağ tərəfində, yəni ön sağ sənişin oturacağında, onlar isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Səhər saatları olduğuna görə və yuxudan tez oyandıqları üçün Cəlilabad rayonuna çatanadək əyləşdikləri oturacaqlarda yuxulayırmışlar. Saat təxminən 07 radələrində anidən avtobusun içərisində oturacaqlara və salonda digər qabarıq hissələrə çırpılıb şok vəziyyətində oyanmışdır. Bu zaman Sakitağanın idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını və özü qarışıq avtobusda olan şəxslərin əksəriyyətinin xəsarət almasını görmüşdür. Mahirə avtobusun qabaq sərnişin oturacağında kabinədə sıxışıb hərəkətsiz vəziyyətdə qalmışdır. Sakitağa isə rol arxasında kabinədə sıxışıb qalmış və kabinədən bayıra çıxa bilmirmiş. Sonradan baş verən hadisənin Masallı rayonu ərazisində Bakı prospektində baş verməsini bilmişdir. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görməmişdir. Çünki hadisə zamanı yuxulu olmuşdur. Lakin hadisə baş verən gün hava dumanlı, çiskin yağışlı imiş və səhər saatları olmasına baxmayaraq hava alaqaranlıq olmuşdur. Hadisə nəticəsində o, sağ bazu sümüyünün sınığı xəsarəti almışdır. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasını olmadığını odur ki, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə həmkədlidirlər. Mərhum həmkəndliləri Zərərçəkmiş şəxs1 briqadir imiş. Əkin sahələrində, parniklərdə iş olduqdca Mahirə onlara xəbər etmişdir. Həmişəki kimi xx.xx.2023-cü il tarixdə Mahirə ona zəng edərək Cəlilabad rayonunda parnikdə iş olmasını, növbəti gün Cəlilabad rayonuna fəhlə aparacağını, getmək istəyib istəmədiyini soruşmuşdur. O, Mahirəyə getmək üçün razılıq vermişdir. Bundan sonra növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 05 radələrində İstisu qəsəbəsində yolun kənarına çıxmışdır. Sakitağa idarə etdiyi “Zil” avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu yoldan avtobusa mindirmişdir. Bundan sonra isə Sakitağagil yol boyu fəhlələri avtobusa mindirə-mindirə köhnə Astara-Ələt yolu ilə Cəlilabad rayonu istiqamətinə doğru hərəkət edirmişlər. Hava dumanlı, çiskin yağışlı imiş və nisbətən gec işıqlanmışdır. Avtobusda Mahirə ön sağ sənişin oturacağında, onlar isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Səhər saatları olduğuna görə və yuxudan tez oyandıqları üçün əyləşdikləri oturacaqlarda yuxulamışlar. Saat təxminən 07 radələrində anidən avtobusun içərisində oturacaqlara çırpılıb şok vəziyyətində oyanmışdır. Bu zaman Sakitağanın idarə etdiyi “Zil” avtobus markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını və avtobusda olan şəxslərin əksəriyyətinin xəsarət almasını görmüşdür. Mahirə avtobusun qabaq sərnişin oturacağında kabinədə sıxışıb hərəkətsiz vəziyyətdə qalmışdır. Sakitağa isə rol arxasında kabinədə sıxışıb qalmış və kabinədən bayıra çıxa bilməmişdir. Sonradan baş verən hadisənin Masallı rayonu ərazisində Bakı prospektində baş verməsini bilmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 hadisə yerində artıq ölmüşdür. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görməmişdir. Çünki hadisə zamanı yuxulu olmuş, hadisə baş verən gün hava dumanlı, çiskin yağışlı imiş və səhər saatları olmasına baxmayaraq hava ala qaranlıq olmuşdur. Hadisə nəticəsində o, sol mil sümüyünün sınığı və döş qəfəsinin küt travması kimi xəsarətlər almışdır. Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasının olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Uzun illərdir ki, Sakitağa icarəyə götürdüyü avtobuslarla əkin sahələrində işləmək üçün fəhlələri aparıb gətirir. Mərhum həmkəndliləri Zərərçəkmiş şəxs1 isə briqadir imiş və iş olduqca onlara məlumat verirmiş. Həmişəki kimi xx.xx.2023-cü il tarixdə Mahirə ona zəng edərək Cəlilabad rayonunda parnikdə ot alaq təmizləmək üçün sahibkarla danışdığını, buna görə də növbəti gün Cəlilabad rayonuna fəhlə aparacağını bildirib, getmək istəyib istəmədiyini soruşmuşdr. O isə Mahirəyə getmək üçün razılıq vermişdir. Bundan sonra növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 05 radələrində İstisu qəsəbəsində yolun kənarına çıxmışdır. Sakitağagil isə onun idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə məni yoldan avtobusa mindirmişlər. Bundan sonra isə Sakitağagil yol boyu fəhlələri avtobusa mindirəmindirə köhnə Astara-Ələt yolu ilə Cəlilabad rayonu istiqamətinə doğru hərəkət edirmişlər. Hava dumanlı, ciskin yağışlı idi və nisbətən gec işıqlanırmış. Avtobusda Mahirə ön sağ sənişin oturacağında, onlar isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Səhər saatları olduğuna görə və yuxudan tez oyandıqları üçün əyləşdikləri oturacaqlarda yuxulayırmışlar. Saat təxminən 07 radələrində anidən avtobusun “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılması nəticəsində oyanmışdır. Sonradan baş verən hadisənin Masallı rayonu ərazisində Bakı prospektində baş verməsini bilmişdir. Hadisə nəticəsində xəsarət alan şəxsləri tibbi yardım etmək məqsədi ilə Masallı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sonradan Zərərçəkmiş şəxs1 hadisə yerində öldüyünü eşitmişdir. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görməmişdir. Çünki hadisə zamanı yuxulu vəziyyətdə imiş. Lakin hadisə baş verən gün hava dumanlı, çiskin yağışlı imiş və səhər saatları olmasına baxmayaraq hava alaqaranlıq olmuşdur. Hadisə nəticəsində o, sağ kürək sümüyünün sınmış, üst dodağı və sol budu əzilmiş yarası xəsarətləri almışdır. Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasının olmadığını odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs6 ifadə verərək bildirdi ki, Lənkəran və digər yaxın rayonlarda əkin sahələrində ot, alaq təmizləmək üçün işçi lazım olduqca günəmuzd işçi kimi həmin əkin sahələrinə gedib-gəlir. Əvvəlcədən tanıdığı, onları əkin sahələrinə işləmək üçün aparan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə ona zəng edərək Cəlilabad rayonunda parnikdə ot alaq təmizləmək üçün sahibkarla danışdığını, buna görə də növbəti gün Cəlilabad rayonuna fəhlə aparacağını bildirib, getmək istəyib istəmədiyini soruşmuşdur. O, isə Mahirəyə getmək üçün razılıq vermişdir. Mahirə isə xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Lənkəran rayonu Ürgə kəndində asfalt yolun kənarına çıxmağını, Təqsirləndirilən şəxslə onun idarə etdiyi avtomobil ilə yol boyu digər fəhlələri avtobusa mindirə-mindirə onu da yolun kənarından avtobusa mindirəcəklərini demişdir. Əvvəllər də Sakitağagil ilə ot alaq təmizləmək üçün sahələrə getmişlər. Yəni qabaqadan aralarında tanışlıq olmuşdur. Bundan sonra növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 06 radələrində Lənkəran-Masallı avtomobil yolunun Ürgə kəndi ərazisindən keçən hissəsində yolun kənarına çıxmışdır. Sakitağagil isə onun idarə etdiyi “Zil” avtobus markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu yoldan avtobusa mindirmişlər. Bundan sonra isə Masallı rayonu ərazisinə daxil olub köhnə Astara-Ələt yolu ilə Cəlilabad rayonu istiqamətinə doğru hərəkət edirmişlər. Hava dumanlı, ciskin yağışlı olmuş və nisbətən gec işıqlanmışdır. Avtobusda Mahirə ön sağ sənişin oturacağında, onlar isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Səhər saatları olduğuna görə və yuxudan tez oyandıqları üçün əyləşdikləri oturacaqlarda yuxulamışdır. Saat təxminən 07 radələrində anidən avtobusun içərisində oturacaqlara çırpılıb şok vəziyyətində oyanmışdır. Bu zaman Sakitağanın idarə etdiyi Zil avtobus markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını və avtobusda olan şəxslərin əksəriyyətinin xəsarət almasını görmüşdür. Mahirə avtobusun qabaq sərnişin oturacağında kabinədə sıxışıb hərəkətsiz vəziyyətdə qalmışdır. Sakitağa isə rol arxasında kabinədə sıxışıb qalmış və kabinədən bayıra çıxa bilməmişdir. Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüşdür. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görməmişdir. Çünki hadisə zamanı yuxulu vəziyyətdə olmuşdur. Hadisə nəticəsində o, döş qəfəsinin küt travması, sol qabırğalarının bir neçəsinin, sol kürək sümüyünün, sağ mil sümüyünün sınığı kimi xəsarətlər almışdır. Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasının olmadığını odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla həmkəndlidir. Uzun illərdir ki, Sakitağa əkin sahələrində işləmək üçün fəhlələri aparıb gətirir. Mərhum Zərərçəkmiş şəxs1 isə briqadir kimi iş olduqca onlara məlumat verirmiş. Həmişəki kimi xx.xx.2023-cü il tarixdə Mahirə ona zəng edərək Cəlilabad rayonunda parnikdə ot alaq təmizləmək üçün sahibkarla danışdığını, buna görə də növbəti gün Cəlilabad rayonuna fəhlə aparacağını bildirib, onun da getmək istəyib istəmədiyini soruşmuşdur. O isə Mahirəyə getmək üçün razılıq vermişdir. Bundan sonra növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 05 radələrində İstisu qəsəbəsində yolun kənarına çıxmışdır. Sakitağagil isə onun idarə etdiyi Zil avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu yoldan avtobusa mindirmişlər. Bundan sonra isə Sakitağagil yol boyu fəhlələri avtobusa mindirə-mindirə köhnə Astara-Ələt yolu ilə Cəlilabad rayonu istiqamətinə doğru hərəkət etmişdir. Hava dumanlı və yağışlı olmuş, lakin səhər saatlarına doğru olmasına baxmayaraq hava gec işıqlanmışdır. Mahirə avtobusda ön sağ sənişin oturacağında, onlar isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Səhər saatları olduğuna görə və yuxudan tez oyandıqları üçün əyləşdikləri oturacaqlarda yuxulamışlar. Saat təxminən 07 radələrində anidən avtobusun içərisində oturacaqlara və salonun digər qabarıq hissələrinə çırpılıb şok vəziyyətində oyanmışdır. Bu zaman Sakitağanın idarə etdiyi zil avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını və avtobusda olan şəxslərin əksəriyyətinin xəsarət almasını görmüşdür. Mahirə avtobusun qabaq sərnişin oturacağında kabinədə sıxışıb hərəkətsiz vəziyyətdə qalmışdır. Sakitağa isə rol arxasında kabinədə sıxışıb qalmış və kabinədən bayıra çıxa bilmirmiş. Sonradan baş verən hadisənin Masallı rayonu ərazisində Bakı prospektində baş verməsini bilmişdir. Hadisə nəticəsində o sağ ayaq nahiyəsindən xəsarət almışdır. Hadisə yerinə gələn Təcili-tibbi yardım mərkəzinin həkimləri onu dərhal rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada ona ilkin tibbi yardım göstərildikdən bir müddət sonra isə evə buraxılmışdır. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görməmişdir. Çünki hadisə zamanı yuxulu vəziyyətdə olmuşdur. O, hadisə nəticəsində sağ qamış sümüyünün qəlpəli sınığı və sol bud nahiyəsinin əzilmiş yarası kimi xəsarətlər almışdır. Zərərçəkmiş şəxs7 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasının olmadığını odur ki, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə həmkəndlidir. Uzun illərdir ki, Sakitağa əkin sahələrində işləmək üçün fəhlələri aparıb gətirir. Mərhum Zərərçəkmiş şəxs1 isə briqadir kimi iş olduqca onlara məlumat verirmiş. Həmişəki kimi xx.xx.2023-cü il tarixdə Mahirə ona zəng edərək Cəlilabad rayonunda parnikdə ot alaq təmizləmək üçün sahibkarla danışdığını, buna görə də növbəti gün Cəlilabad rayonuna fəhlə aparacağını, getmək istəyib istəmədiyini soruşmuşdur. O isə Mahirəyə getmək üçün razılıq vermişdir. Bundan sonra növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 05 radələrində İstisu qəsəbəsində yolun kənarına çıxmışdır. Sakitağagil isə onun idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu yoldan avtobusa mindirmişlər. Bundan sonra isə Sakitağagil yol boyu fəhlələri avtobusa mindirə-mindirə köhnə Astara-Ələt yolu ilə Cəlilabad rayonu istiqamətinə doğru hərəkət etmişdir. Avtobusu isə Təqsirləndirilən şəxs idarə etmişdir. Hava dumanlı, ciskin yağışlı olmuş və nisbətən gec işıqlanmışdır. Avtobusda Mahirə ön sağ sənişin oturacağında onlar arxa sərnişin oturacaqlarında əyləşmişlər. Səhər saatları olduğuna görə və yuxudan tez oyandıqları üçün əyləşdikləri oturacaqlarda yuxulayırmışlar. Saat təxminən 07 radələrində anidən avtobusun içərisində oturacaqlara çırpılıb şok vəziyyətində oyanmışdır. Bu zaman Sakitağanın idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını və avtobusda olan şəxslərin əksəriyyətinin xəsarət almasını görmüşdür. Mahirə avtobusun qabaq sərnişin oturacağında kabinədə sıxışıb hərəkətsiz vəziyyətdə qalmışdır. Sakitağa isə rol arxasında kabinədə sıxışıb qalmış və kabinədən bayıra çıxa bilmirmiş. Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüşdür. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görməmişdir. Çünki hadisə zamanı yuxulu vəziyyətdə imiş. Lakin hadisə baş verən gün hava dumanlı, çiskin yağışlı olmuş və səhər saatları olmasına baxmayaraq hava hələ tam işıqlanmamışdır. O, hadisə nəticəsində sağ bud sümüyünün, sağ qamış sümüyünün sınığı, sağ 6-cı və 7-ci qabırğalarının, burun sümüklərinin, əng sümüyünün, sol göz yuvasının alt divarının, sağ sirkə kasasının arxa divarının sınıqları və burnun əzilmiş yarası xəsarətləri almışdır. Zərərçəkmiş şəxs8 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasının olmadığını odur ki, onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Uzun illərdir ki, Sakitağa əkin sahələrində işləmək üçün fəhlələri aparıbgətirir. Onlara həmkəndliləri, baş vermiş yol nəqliyyat hadisəsi nəcitəsində ölən Zərərçəkmiş şəxs1 isə iş olduqca məlumat verirmişdir. Həmişəki kimi xx.xx.2023-cü il tarixdə Mahirə ona zəng edərək Cəlilabad rayonunda parnikdə ot alaq təmizləmək üçün sahibkarla danışdığını, buna görə də növbəti gün Cəlilabad rayonuna fəhlə aparacağını, getmək istəyib istəmədiyini soruşmuşdur. O isə Mahirəyə getmək üçün razılıq verib özündən əlavə qızı Aynuru da fəhlə kimi qeyd etməsini bildirmişdir. Əlavə olaraq Mahirədən avtobusda yer olarsa kiçik qızı Elladanı da özü ilə birlikdə gətirməyini və onun Masallı rayonunda avtobusdan düşəcəyini, xalasıgilin onu Masallı rayonunda qarşılayacaqlarını demişdir. Mahirə isə razılıq vermişdir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində qızların Aynur və Ellada ilə birlikdə yolun kənarına çıxmışlar. Sakitağagil isə onun idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onları yoldan avtobusa mindirmişlər. Bundan sonra isə Sakitağagil yol boyu fəhlələri avtobusa mindirə-mindirə köhnə Astara-Ələt yolu ilə Cəlilabad rayonu istiqamətinə doğru hərəkət edirmişlər. Hava dumanlı, ciskin yağışlı olmuş və nisbətən gec işıqlanmışdır. Avtobusda Mahirə ön sağ sənişin oturacağında onlar arxa sərnişin oturacaqlarında əyləşmişlər. Səhər saatları olduğuna görə və yuxudan tez oyandıqları üçün əyləşdikləri oturacaqlarda yuxulamışdır. Saat təxminən 07 radələrində anidən avtobusun içərisində oturacaqlara çırpılıb şok vəziyyətində oyanmışdır. Bu zaman Sakitağanın idarə etdiyi Zil avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “Kamaz” markalı **- CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını və avtobusda olan şəxslərin əksəriyyətini xəsarət almasını görmüşdür. Mahirə avtobusun qabaq sərnişin oturacağında kabinədə sıxışıb hərəkətsiz vəziyyətdə qalmışdır. Hadisə nəticəsində xəsarət aldıqları üçün onları tibbi yardım etmək məqsədi ilə Masallı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Masallı rayon Mərkəzi xəstəxanasında tibbi yardım aldıqdan bir neçə gün sonra isə Respublika Klinik xəstəxanasında çənə nahiyəsindən əməliyyat olunmuşdur. Hazırda isə yaxşıdır və özünü yaxşı hiss edir. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görməmişdir. Çünki hadisə zamanı yuxulu olmuş, həmin gün hava dumanlı, çiskin yağışlı olmuş və səhər saatları olmasına baxmayaraq hava hələ tam işıqlanmamışdır. Hadisə zamanı o, alt çənənin sol və sağ bucaq nahiyəsinin sınığı xəsarətləri almışdır. Zərərçəkmiş şəxs10 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasının olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs11 qızı məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu Göyşaban kəndində yaşayır. Lənkəran rayon Göyşaban kənd M.F.Səhban adına tam orta məktəbdə təhsil alır. Anası Ceyhunə müəyyən vaxtlarda Lənkəran və digər yaxın rayonlarda əkin sahələrində ot, alaq təmizləmək üçün gedib gəlir. O da ara-bir anasına kömək etmək üçün onunla gedib gəlir. Əvvəlcədən tanıdıqları Lənkəran rayonu İstisu qəsəbəsindən olan briqadir Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə anası ilə əlaqə saxlayaraq xx.xx.2023cü il tarixdə Cəlilabad rayonuna işləmək üçün fəhlələri aparacağını bildirib, getmək istəyib istəmədiyini soruşmuşdur. Anası isə gedə bilmədiyi üçün onun yerinə onun gedəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 06 radələrində Lənkəran rayonu Göyşaban kəndində asfalt yolun kənarına çıxmışdır. Mahirəgil isə əvvəllər tanıdıqları Təqsirləndirilən şəxs idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onları yolun kənarından avtobusa mindirmişlər. Bundan sonra isə yol boyu digər fəhlələri avtobusa mindirə-mindirə köhnə Astara-Ələt yolu ilə Cəlilabad rayonu istiqamətinə doğru hərəkət edirmişlər. Hava dumanlı və yağışlı olmuş, nisbətən gec işıqlanmışdır. Avtobusda Mahirə ön sağ sənişin oturacağında, onlar isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Səhər saatları olduğuna görə və yuxudan tez oyandıqları üçün əyləşdikləri oturacaqlarda yuxulamışdır. Saat təxminən 07 radələrində anidən avtobusun içərisində oturacaqlara çırpılıb şok vəziyyətində oyanmışdır. Bu zaman Sakitağanın idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını və avtobusda olan şəxslərin əksəriyyətini xəsarət almasını görmüşdür. Mahirə avtobusun qabaq sərnişin oturacağında kabinədə sıxışıb hərəkətsiz vəziyyətdə qalmışdır. Sakitağa isə rol arxasında kabinədə sıxışıb qalmış və kabinədən bayıra çıxa bilmişdir. Sonradan baş verən hadisənin Masallı rayonu ərazisində Bakı prospektində baş verməsini bilmişdir. Hadisə nəticəsində xəsarət alan şəxsləri isə tibbi yardım etmək məqsədi ilə Masallı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs1 hadisə yerində artıq ölmüşdür. Sonradan o müalicəsini Lənkəran rayon mərkəzi xəstəxanasında davam etdirmişdir. Hazırda isə özünü yaxşı hiss edir. O, hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Çünki yolu bir qədər uzaq olduğu üçün Cəlilabad rayonuna çatana qədər avtobusda yatmışdır. Toqquşmadan sonra isə nə baş verməsini başa düşmədən yuxudan oyanmışdır. Hadisə zamanı o sol bud sümüyünün qapalı sınığı xəsarəti almışdır. Zərərçəkmiş şəxs11 qızı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasının olmadığını odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs9 nümayəndəsi X12 məhəkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 onun arvadıdır. Aida xx.xx.2023-cü il tarixdə Sakitağanın idarə etdiyi Zil avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə işləmək üçün Cəlilabad rayonuna getmişdir. Həmin tarixdə Sakitağanın idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Masallı şəhəri Bakı prospekti ilə üzü Cəlilabad rayonu istiqamətində hərəkətdə olarkən həmin yolda hərəkətsiz vəziyyətdə dayanmış “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını, hadisə nəticəsində Zərərçəkmiş şəxs1 ölməsini, arvadı Zərərçəkmiş şəxs9 və avtobusda olan sərnişlərin müxtəlif bədən xəsarətləri almasını öyrənmişlər. Hadisə zamanı onun arvadı Zərərçəkmiş şəxs9 ağır dərəcəli bədən xəsarətləri almışdır və hazırda yataq xəstəsidir. Zərərçəkmiş şəxs9 nümayəndəsi X12 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin, eləcədə mülki iddiasının olmadığını odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, o Masallı rayon Mühafizə şöbəsində polis nəfəri işləyir. Günaşırı növbəyə xidmətə çıxırlar. Muhafizə şöbəsinə Daxili İşlər Nazirliyi tərəfindən iki avtmobil verilmişdir ki, həmin avtomobillərdən biri, yəni “Fiat Albero” markalı, **-AV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona təhkim olunmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrindən xx.xx.2023-cü il tarixədək növbədə olmuşdur. Növbə olarkən bir sutka ərzində xidməti postlarını və siqnalizasiya təhkim olunmuş obyektlərini yoxlayırlar. xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində xidmət yoldaşı Şahid3la birlikdə idarə etdiyi “Fiat Albero” markalı, **-AV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə şəhər ərazisində olan postları yoxlayıb quratdıqdan sonra Masallı şəhəri Bakı prospekti ilə üzü Masallı rayonu Musaküçə kəndi istiqamətində hərəkətdə iimişlər. İlkinin təzyiqi qalxdığı üçün maşında oturacağı bir qədər arxaya verib söykənmişdir. Yolu bir qədər qət etdikdən sonra o yolun solunda üzü Cəlilabad rayonu istiqamətində Kamaz markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin olmasını görüb avtomobilini həmin avtomobilin yanında saxlamışdır. Kamaz markalı avtmobilin sürücüsü avtomoblin içərisində əyləşmişdir. O, idarə etdiyi maşının şüşəsini aşağı salıb Kamaz markalı avtomobilin sürücüsünə “dayı nə olub” deyə sual vermişdir. Həmin sürücü isə ona “maşın xarab olub indi gederəm” deyə cavab vermişdir. Bundan sonra o idarə etdiyi avtomobil ilə hərəkətini davam etdirmişdir. Həmin gecə hava küləkli imiş. Mühafizə şöbəsinə çatmağa az qalmış Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Şassi ehtiyat hissələri” mağazasından siqnal gəlmişdir. Buna görə də yoxlanış aparmaq məqsədi ilə dərhal ora getmişlər. Sonradan isə “Şassi ehtiyat hissələri” mağazasından birbaşa Mühafizə Şöbəsinə qayıtmışlar. O, həmin kamaz markalı avtomobilin orada olub-olmasını sonradan bilməmişdir. Kamaz markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü Şahid1 ona “zəhmət olmasa Sərçuvarda yerləşən stasionar posta zəng vur gəlib kömək etsinlər” deməmiş, nədə ki o sürücüyə ona “zəngi nə edirsən ki, onsuzda o istiqamətə gedirəm, gedib orada xəbər edərəm” deməmişdir. O, Kamaz markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilin nasaz olması səbəbindən yolda hərəkətsiz qalmasını gördükdən sonra bu barədə rayon polis şöbəsinə hər hansı bir məlumat verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində əri Sakitağanın idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə evdən çıxıb İstisu qəsəbəsindən Mahirəni avtobusa mindirdikdən sonra yol boyu fəhlələri götürə-götürə Köhnə Astara-Ələt yolu ilə Cəlilabad rayonu istiqamətinə doğru hərəkət edirmişlər. Həmin vaxt avtobusda onlardan əlavə Lənkəran rayon sakinləri Zərərçəkmiş şəxs3, Şahid6 Şahvəli qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs10 Emnalı qızı, Şahid8, Zərərçəkmiş şəxs11 qızı, Şahid7, X18, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, X19, Şahid5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Şahid10 var imiş. Hava dumanlı, ciskin yağışlı imiş və nisbətən gec işıqlanırmış. Avtobusda Mahirə ön sağ sənişin oturacağında, onlar isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Səhər saatları olduğuna görə və yuxudan tez oyandıqları üçün əyləşdikləri oturacaqlarda yuxulayırmışlar. Saat təxminən 07 radələrində anidən avtobusun içərisində oturacaqlara çırpılıb şok vəziyyətində oyanmışdır. Bu zaman Sakitağanın idarə etdiyi ZİL avtobus markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə arxa tərəfdən çırpılmasını, Mahirənin avtobusun qabaq sərnişin oturacağında kabinədə sıxışıb hərəkətsiz vəziyyətdə qalmasını, avtobusda əyləşən şəxslərin aldıqları xəsarətlərdən və hadisənin təsirindən qışqırdıqlarını görmüşdür. Eyni zaman da Sakitağanın özü də rol arxasında kabinədə sıxışıb qalmışdır. Sonradan baş verən hadisənin Masallı rayonu ərazisində Bakı prospektində baş verməsini bilmişdir. Zərərçəkmiş şəxs1 hadisə yerində artıq ölmüşdür. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görməmişdir. Çünki hadisə zamanı yuxulu olmuş, lakin hadisə baş verən gün hava dumanlı, çiskin yağışlı olmuş və səhər saatları olmasına baxmayaraq hava hələ tam işıqlanmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5, X17, Şahid7, Şahid8, Şahid9, Şahid10 oxşar məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasnda ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə Lənkəran rayonu Şirin su kəndində yaşayır. X3 mülkiyyətində olan və onun etibarnamə əsasında idarə etdiyi Kamaz markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili var. Təxminən 3 aydır ki, həmin yük avtomobili ilə Bakı şəhəri Qaradağ rayonunda yerləşən daş karxanasından daş alaraq avtomobilə yükləyib Masallı rayonunda yerləşən daş bazarına gətirib satır. Həmişəki kimi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonunda yerləşən daş karxanasından daş alıb Masallı rayonunda yerləşən daş bazarında satmaq üçün həmin tarixdə səhər saatlarında idarə etdiyi Kamaz markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Bakı şəhərinə getmişdir. Bakı şəhəri Qaradağ rayonunda yerləşən daş karxanasına çatdıqdan sonra 820 ədəd mişar daşı alaraq avtomobilin yük yerinə yığdırmışdır. Həmin tarixdə saat təxminən 18 radələrində idarə etdiyi mişar daşları ilə dolu olan Kamaz markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Bakı şəhərindən çıxmışdır. Təxminən 5 saat ərzində Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yolun kənarında olan “Hacıoğlu” ailəvi restoranına çatmışdır. Yorğunluğunu almaq məqsədi ilə avtomobili həmin restortanın həyətində saxlayıb restorana girmişdir. Təxminən saat yarım ərzində restoranda qaldıqdan sonra yenidən kamaz markalı avtomobilinə minərək Masallı rayonu istiqamətində gəlmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində yolun Masallı rayonu istiaqamətinə dönən hissəsindən rayon istiqamətinə dönüb körpünün üzəri ilə hərəkətini davam etdirmişdir. Körpünün üzərindən isə sola, (sağ tərəfə doğru Hüseynhacılı kəndinə tərəf gedir) yəni Masallı şəhəri istiqamətinə dönmüşdür. Masallı şəhəri istiqamətində körpünün qurtaracağına qədər gəlmişdir ki, avtomobilin sürətlər qutusunda nasazlıq yaranmağa başlamışdır. Buna görə də sürətlər qutusunu pillə-pillə dəyişərək iş funksiyasına baxmışdır. Belə ki, 4-cü pillədən 3-cü pilləyə, daha sonra isə 2-ci piləyə ötürcünü dəyişsədə ötürücü pillələrə dəyişilməmişdir. Lakin sonda ötürücünü 1-ci pilləyə dəyişən zaman avtomobilin 1-ci pillədə hərəkət etməsini görmüşdür. Bundan sonra avtomobili 1-ci pillədə idarə edərək Masallı şəhərində yerləşən daş karxanasına doğru sürmüşdür. Yolun Masallı şəhəri Bakı küçəsi ərazisindən keçən hissəsində təxminən daş karxanasına 1 kilometr yol qalmış avtomobilin sürətlər qutusunun 1-ci pilləsindən də ötürücünün çıxmasını və avtomobili artıq hərəkət etdirməyin mümkün olmamasını görmüdşür. Buna görə də avtomobilin ən son gedəcəyi həddə qədər yolun sağına səkiyə tərəf istiqamətləndirmiş və avtomobil tamamən dayanmışdır. Bundan sonra arxa tərəfdən üzü Cəlilabad rayonu istiqamətinə gələn avtomobillərə xəbərdarlıq etmək məqsədi ilə avtomobilinə qabaqcadan qoyduğu iki ədəd dolu su butulkasını sellofanın içərisinə qoyaraq idarə etdiyi kamaz markalı avtomobilin arxa tərəfindən təxminən 10 metr məsəfədə yerə qoymuşdur. Bundan sonra hava çiskinli olduğu üçün avtomobilinə minərək orada bir qədər gözləmişdir ki, tanıdığı yük avtomobil sürücülərindən gələn olarsa avtomobilini dartqı vasitəsilə aparsın. Təxminən yarım saat sonra yolun əks istiqamətindən sayrışan siqnal işıqları olan avtomobilin yaxınlaşmasını görmüşdür. Həmin avtomobil yaxınlaşıqdan sonra isə avtomobilin üzərində olan yazılardan onun mühafizə polisinin xidməti avtomobili olmasını görmüşdür. Həmin avtomobil onun avtomobilinin yanında saxladıqdan sonra avtomobili idarə edən mühafizə polisinin əməkdaşı avtomobilin şüşəsini aşağı salıb “ağsaqqal nə olub” deyə müraciət etmişdir. O isə ona avtomobilinin xarab olmasını və hərəkət etmədiyini bildirmişdir. Bundan sonra həmin əməkdaş ona “nə qulluq edim” demişdir. O, isə mühafizə polisinin əməkdaşına “zəhmət olmasa Sərçuvarda yerləşən stasionar posta zəng vur gəlib kömək etsinlər” demişdir. Mühafizə polisinin əməkdaşı isə ona “zəngi nə edirsən ki, onsuzda o istiqamətə gedirəm, gedib orada xəbər edərəm” demişdir. Bundan sonra o avtomobildə əyləşib gözlədmişdir. Təxminən yarım saat ərzində onu avtomobilin içərisində yuxu aparmışdır. Bundan sonra hava işıqlaşan zaman qəflətən zərbənin təsirindən kabinəyə çırpılıb yuxudan oyanmışdır. Nə baş verməsini bilməmiş və mobil telefonunu götürüb saata baxan zaman saatın 07:27 olmasını görmüşdür. Telefonu avtomobildə qoyub maşından aşağı düşmüşdür. Bu zaman içərisində sənişinlər olan Zil markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun ona məxsus Kamaz markalı avtomobilə çırpılmasını görmüşdür. Zərbənin təsirindən idarə etdiyi Kamaz markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobil bir neçə metr nisbətən sağa tərəf yönəlib hərəkətsiz qalmışdır. Hadisədən sonra Zil markalı avtobusu idarə edən sürücü adının sonradan Təqsirləndirilən şəxs olmasını öyrəndiyi şəxs öz əyləşdiyi tərəfdən qapını açıb avtomobildən yerə düşə bilmirmiş. Onun sağ tərəfində əyləşmiş qadın isə kabinədə sıxışıb hərəkətsiz halda qalmışdır. Digər sərnişinlər isə müxtəlif dərəcəli xəsarətlər almışlar. Bundan qısa müddət sonra ətrafda xeyli avtomobillər saxlamışlar. X28 X26 Xidmətinin əməkdaşları və başqa polis əməkdaşları hadisə yerinə gəlmişlər. Ətrafda olan şəxslər isə təcili tibbi yardım mərkəzinə zəng edib məlumat vermişlər. Hadisə yerinə gəlmiş FHN-nin əməkdaşları isə kabinedə sıxışıb qalmış qadını oradan çıxarmışlar. Lakin həmin qadının hadisə yerində artıq vəfat etməsini bildirmişlər. Hadisə nəticəsində xəsarət alan şəxslər isə təcili tibbi yardım mərkəzinin avtomobilləri ilə xəstəxanaya aparılmışlar. Hadisə xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Masallı şəhəri Bakı küçəsində asfalt yolda baş vermişdir. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini bilmir. Çünki idarə etdiyi “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili gecə saat təxminən 03 radələrindən xarab olduğu üçün Masallı şəhəri Bakı küçəsində mişar daşları ilə yüklənmiş vəziyyətdə hərəkətsiz halda dayanmışdır. Özü isə gecə saatlarından avtomobilin kabinəsində yatmışdır. O, səhər saat 07 radələrində zərbənin təsirindən yuxudan oyanmışdır. Buna görə də Təqsirləndirilən şəxs idarə etdiyi Zil markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun ona məxsus Kamaz markalı yük avtomobilinə arxa tərəfdən çırpılmasını hadisədən sonra bilmişdir. Onun “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi var. Avtomobil idarə etməmişdən əvvəl spirtli içkinin, narkotik vasitələrin və ya psixotrop maddələrin təsiri altında olmamışdır. İdarə etdiyi “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilində qəza dayanma nişanı olmamışdır. İdarə etdiyi “Kamaz” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilində ondan başqa heç kim olmamışdır. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotocədvəldən və yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, köhnə Astara-Ələt şose yolunun Masallı şəhəri Bakı prospekti ərazisindən keçən hissəsində Cəlilabad rayonu istiqamətində yolun sağ kənarında yerləşən səkidən mərkəzə doğru 2.7 metr məsafədə “ZİL” markalı, avtobus modelli, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Kamaz” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpıldığı (toqquşduğu) hadisə yeri yerləşir. Yolun hərəkət hissəsinə sağdan və soldan səki birləşir. Sonra sağdan və soldan meşə salma (ağaclar) yerləşir. Yol iki hərəkət zolağından ibarətdir. Yolun asfalt örtüyünün eni 11 metr, hərəkət hissəsinin eni 5.5 metrdir. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti yoxdur. Yolun hərəkət hissəsi düz, asfaltbeton və yaşdır. Hadisə baş verən zaman hava tutqun, narın yağışlı olmuşdur. Hadisə yerində tormoz izləri aşkar edilməmiş, hadisə yerinə çatmamış sürət həddini göstərən hər hansı yol nişanı olmamışdır. Yolun hər iki hərəkət hissəsində səkilərin kənarı ilə uzununa sarı rəngli xətt çəkilmişdir. Hadisə yerində “ZİL” markalı, avtobus modelli, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşənin zərbədən sonra yaranmış qırıntları, sınmış və zədələnmiş hissələri olunmuşdır. Hadisədən əvvəl “Kamaz” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz olduğu üçün üzü Cəlilabad rayonu istiqamətində nisbətən yolun sağ kənarına meyilli vəziyyətdə mişar daşları ilə yüklü halda hərəkətsiz dayanmış, “ZİL” markalı, avtobus modelli, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə üzü Cəlilabard rayonu istiqamətində içərisində sərnişinlərlə bilikdə hərəkətdə olmuşdur. Hadisədən əvvəl “Kamaz” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə məlumatverici qəza dayanma nişanı olmadığı üçün sürücü tərəfindən yola avtomobilin nasaz olmasını bildirən qəza dayanma nişanı qoyulmamışdır. Hadisədən sonra götürülmüş zəruri ölçülərlə müəyyən edilmişdir ki, toqquşma yerindən yolun sağ kənarına olan məsafə 2.7 metr, yolun sol kənarına olan məsafə 8.30 metrdir. “Kamaz” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ kənarından yolun sağ kənarına qədər olan məsafə 80 sm, qabaq sol kənarından yolun sol kənarına qədər olan məsafə 8.70 metr, arxa sağ kənarından yolun sağ kənarına qədər olan məsafə 1.10 metr olmuşdur. ZİL” markalı, avtobus modelli, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ kənarından yolun sağ kənarına qədər olan məsafə 1.8 metr, arxa sol yolun sol kənarına qədər olan məsafə 6.9 metr olmuşdur. Hadisədən sonra “Kamaz” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil nisbətən sağa meyilli şəkildə üzü Cəlilabad rayonu istiqamətində hərəkətsiz vəziyyətdə, “ZİL” markalı, avtobus modelli, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil isə “Kamaz” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxa hissəsindən çırpılmış vəziyyətdə üzü Cəlilabad rayonu istiqamətində hərəkətsiz vəziyyətdə qalmışdır. “ZİL” markalı, avtobus modelli, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobildə hadisədən sonra qabaq sağ sərnişin yerində olan, hadisə nəticəsində ölmüş sərnişin Zərərçəkmiş şəxs1 dərhal sonra sıxılıb qaldığı hissədən çıxarılaraq avtobusun salonuna uzadılmış vəziyyətdə qalmışdır. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 08 fevral 2024-cü il tarixli, 8/84 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, ZİL 325000 markalı 60BL168 dövlət qeydiyyat nömrə nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Kamaz 55111 markalı 42CG866 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid1 oğunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 55-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı Kamaz 55111 markalı 42CG866 dövlət qeydiyyat nömrə nişanlı avtomobil dayanmış vəziyyətdə olduğunan sürücü Şahid1 hərəkətlərində qeyd olunan maddənin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətlərinə aid deyildir, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Açıq kəllə beyin travması, baş beynin əzilməsi, baş beynin yumşaq qişasının cırılması, baş beyin toxumasına və yumşaq qişasına qansızma, kəllə əsası sümüklərinin sınığı, sağ said nahiyəsinin əzilmiş yaraları, sağ gicgah və sağ bud nahiyəsinin sıyrıqları. Aşkar olunan xəsarətlər bərk küt əşyanın güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb baş beyinin əzilməsi, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma olmuşdur. İlkin meyid əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-5 saat əvvəl baş vermişdir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 94 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol İ qabırğanın yerini dəyişmiş sınığı və alın nahiyəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 95 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün aşağı 1/3-nin yerini dəyişən sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 96 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sol mil sümüyünün tipik yerində sınığı və döş qəfəsinin küt travması müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 113 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 sağ kürək sümüyünün sınığı, üst dodağın və sol budun əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 114 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 döş qəfəsinin küt travması, sol V, Vİ, Vİİ, Vİİİ-İX qabırğaların yerdəyişmiş sınığı, sol kürək sümüyünün sınığı, sağ mil sümüyünün tipik yerdən sınığı və sol tərəfli hemotorak müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 172 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 sağ qamış sümüyünün yuxarı 1/3-nin qapalı qəlpəli sınığı və sol bud nahiyəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 173 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs9 müştərək travma, qapalı fəqərə sütunu onurğa beyni travması, onurğa beyninin ağır dərəcəli əzilməsi, Th9-Th10 fəqərələrin kompression, qəlpəli, fəsadlaşmış sınığı, aşağı paraplegiya, döş qəfəsinin küt travması, hər iki X qabırğa başının yerdəyişmiş sınıqları və sağ tərəfli hemotoraks müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 174 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 sağ bud sümüyünün kondilusunun oynaqdaxili qapalı sınığı, sağ qamış sümüyünün bayır kondilusunun qapalı sınığı, sağ 6-cı və 7-ci qabırğaların sınığı, burun sümüklərinin sınığı, əng sümüyünün sınığı, sol göz yuvasının alt divarının sınığı, sağ sirkə kasasının arxa divarının sınığı, burnun əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 178 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs10 alt çənənin sol parasimfiz və sağ bucaq nahiyəsinin sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 180 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs11 qızında sol bud sümüyünün qapalı sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Lənkəran rayon İcra Hakimiyyəti Başçısının İstisu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Xudiyev X8 rayonu İstisu qəsəbəsində qeydiyyatdadır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 25 dekabr 2023cü il tarixli 642705 qeydiyyat nömrəli alkotesterin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı spirtli içki təsiri altında olmamışdır. İş materiallarında olan AF № 130600 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «BCD» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Sürücülük vəsiqəsinin verilmə tarixi xx.xx.2019, etibarlılıq müddəti xx.xx.2029-cu il tarixədəkdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsinin və ƏN-Vİ № 814834 seriyalı etibarnamənin surətlərindən görünür ki, “ZİL-325000” avtobus markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı vaqon tipli avtobusun mülkiyyətçisi X14 tərəfindən Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsini xx.xx.2029-cu il tarixədək idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 407 saylı arayışından görünür ki, Xudiyev X4 xəstəxanasında qeydiyyatda deyil. İş materiallarında olan Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 161 saylı məktubdan görünür ki, Xudiyev X5 Xəstəxanada qeydiyyatda deyil. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, ona əlavə edilmiş fotocədvəl və yol nəqliyyat hadisəsinin sxemi, yolnəqliyyat hadisələri, məhkəmə-tibbi ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və iş üzrə zərərçəkmiş şəxslərin hər biri ilə barışıq əldə edilməsi və zərərçəkmiş şəxslərin hər birinə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəyərək aradan qaldırması müəyyən edilmişdir. Məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Qeyd olunan həmin plenum qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-in 8, 41.2, 58.3 və 60.1-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, ailə və sosial vəziyyətini, ailəsinin yeganə təminatçısı qazanc gətirəni olmasını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, baş vermiş hadisə nəticəsində özünün sağlamlığa az ağır zərərvurmaya, arvadı Şahid4 isə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almalarını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı RPŞ-nin müvəqqəti dayanacaq yerində saxlanılan “Zil” markalı 325000 modelli, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı vaqon tipli avtobus mülkiyyətçisi X11 qaytarılmalı, “Kamaz” markalı, 55111 yük modelli **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin Şahid1 geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut: Masallı RPŞ-nin müvəqqəti dayanacaq yerində saxlanılan “Zil” markalı, 325000 modelli, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı, vaqon tipli avtobus mülkiyyətçisi X11 qaytarılsın, “Kamaz” markalı, 55111 yük modelli, **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin Şahid1 geri qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin **********, X9 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar