Məhkəmə qərarları › İş №1(050)-9/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-9/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-9/2023 17.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxxxxx 1960-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Boradigah qəsəbəsi, Təbriz küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Boradigah qəsəbəsi Təbriz küçəsində yerləşən fərdi yaşayış evinə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq evin yataq otağındaki rəfin üzərində olan çaydanın içərisindən bir ədəd qiyməti 162 manat olan 585 əyarlı, üzərində ərəb hərfləri ilə Allah sözü yazılmış 3,13 qram çəkisi olan qızıl aralığı, bir ədəd qiyməti 900 manat olan 585 əyarlı 15,77 qram çəkisi olan qızıl boyunbağını, bir ədəd qiyməti 195 manat olan 585 əyarlı 2,89 qram çəkisi olan qızıl boyunbağını, bir ədəd qiyməti 88 manat olan 1,77 qram çəkisi olan qızıl üzüyü, bir ədəd qiyməti 155 manat olan 2,10 qram çəkisi olan qızıl üzüyü gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat maddi ziyan vurmuşdur. Bu hərəkətlərinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3.-cü maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu Boradigah qəsəbəsi Təbriz küçəsində yaşayan Zərərçəkmiş şəxs onun keçmiş arvadının bacısıdır. Yeganə ilə arasında əvvəllər hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. Uzun müddətdir ki, maddi dolanışığı zəif olduğundan və başqa yerdə işləmək istəmədiyi üçün oğurluq edib pul qazanc əldə etmək niyyətində olmuşdur. Bu məqsədlə Zərərçəkmiş şəxs evinə daxil olub oradan oğurluq edib qazanc əldə etmək niyyətinə düşmüşdür. xx.xx.2022-ci il tarixdə gündüz saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus evin həyətinə gedərək Yeganəni səsləmişdir. Lakin, Yeganənin evdə olmadığını bilib evin taxta materialından olan giriş qapısına yaxınlaşaraq giriş qapısını əlləriylə itələyib açmışdır. Daha sonra evə daxil olub evin yataq otağına keçmiş, orada dəyərli əşya və yaxud pul axtarmağa başlamışdır. Evin yataq otağında olan divardaki rəfin üzərində çaydan görüb həmin çaydanın içərisinə baxdıqda orada iki ədəd qızıl boyunbağının, iki ədəd qızıl üzüyün və bir ədəd qızıl aralığın olmasını görüb, həmin qızıl-zinət əşyalarını oğurlayıb şalvarının cibinə qoymuşdur. Daha sonra evin digər hissələrinə baxmadan oradan çölə çıxmışdır. Bundan sonra həmin qızıl zinət əşyalarından iki ədəd qızıl boyunbağını və bir ədəd qızıl aralığı xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Masallı rayonu Qəzvinoba kəndində yerləşən “Kafe Bülbül” deyilən kafenin qarşısında əvvəllər tanıdığı Şahid1 ümumilikdə 130 manat pula, daha sonra iki ədəd qızıl üzüyü isə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Masallı rayonu Boradigah qəsəbəsində yerləşən ərzaq mağazasının qarşısında Afəddin adlı şəxsə 140 manat pula satmışdır. Oğurluq yolu ilə ümumilikdə 270 manat qazanc əldə etmiş, həmin pulu ayrı-ayrı tarixlərdə öz şəxsi istifadəsi üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan qalmış 243 manatı razılaşmalarına əsasən ödəyəcəkdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə DİN-in 102 zəng xidməti mərkəzinə və Masallı RPŞ-nə fərdi yaşayış evindən oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar olaraq ərizə ilə müraciət etmişdir. Ona məxsus Masallı rayonu Boradigah qəsəbəsi Təbriz küçəsində yerləşən fərdi yaşayış evi vardır. Həmin evdə vəfat etmiş bacısı Natavan Məhərrəmova ilə birlikdə yaşamışdır. Bacısı Natavan vəfat etdikdən sonra isə orada tək yaşamağa başlamışdır. Özünə məxsus olan bir ədəd 585 əyarlı, üzərində ərəb hərfləri ilə Allah sözü yazılmış 3,13 qram çəkisi olan qızıl aralığı, bir ədəd 585 əyarlı 15,77 qram çəkisi olan boyunbağını, bir ədəd 585 əyarlı 2,89 qram çəkisi olan boyunbağını, bir ədəd 1,77 qram çəkisi olan qızıl üzüyünü, bir ədəd 2,10 qram çəkisi olan qızıl üzüyünü yataq otağındaki divarın içərisinə hörülmüş rəfin üzərində olan çaydanın içərisinə qoyaraq orada saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evin yataq otağına keçib çaydanın içərisinə baxdığı zaman orada olan qızıl-zinət əşyalarının yerində olmadığını görmüşdür. Həmin vaxt fikirləşmişdir ki, onun qızıl-zinət əşyaları bacısı Reyhanə Əskərovanın keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Belə ki, Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olduğundan bacısı Reyhanə ondan ayrılaraq Bakı şəhərinə köçmüşdür. Onun isə Təqsirləndirilən şəxs ilə arasında hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. Təqsirləndirilən şəxs həmçinin onun xalası oğlu olduğuna görə ara-bir onun evinə gəlibgetmişdir. Buna görə də o, Ədaləti dəfələrlə yaşadığı evə çağırıb ona qızıl-zinət əşyalarını oğurlayıbsa geri qaytarmasını bildirmiş, Ədalət isə ona qızıl-zinət əşyalarını oğurlamadığını iddia etmişdir. Lakin, o, Ədalətə inanmamış və buna görə də xx.xx.2022-ci il tarixdə DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə müraciət etmişdir. Daha sonra Masallı RPŞ-nin əməkdaşları gələrək hadisənin baş verdiyi yerə baxış keçirib onun ərizəsini almışlar. Ona məxsus bir ədəd 585 əyarlı, üzərində ərəb hərfləri ilə Allah sözü yazılmış 3,13 qram çəkisi olan qızıl aralığın qiyməti 162 manat, bir ədəd 585 əyarlı 15,77 qram çəkisi olan boyunbağının qiyməti 900 manat, bir ədəd 585 əyarlı 2,89 qram çəkisi olan boyunbağının qiyməti 195 manat, bir ədəd 1,77 qram çəkisi olan qızıl üzüyün qiyməti 88 manat, bir ədəd 2,10 qram çəkisi olan qızıl üzüyün qiyməti isə 155 manatdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəymiş, ondan 1257 manat ödənilmişdir. Qalan 243 manatı razılaşmalarına əsasən Ədalər ödəyəcək. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Ədalətlə arasında əvvəllər hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, Masallı rayonu Qəzvinoba kəndində yerləşən “Kafe Bülbül” deyilən kafenin qarşısında olarkən Ədalət ona yaxınlaşıb “ailəmnən boşanmışam, evimdə xəstə olduğundan özümə məxsus olan qızılları satmaq istəyirəm, istəyirəsənsə sənə satım ” sözlərini demişdir. O da Ədalətə kömək etmək məqsədilə qızılları ona təqdim etməsini xahiş etmişdir. Ədalət cibindən iki ədəd qızıl sepi çıxarıb ona təqdim etmişdir. Həmin qızıl seplərdən birinin üzərində ərəb hərfləri ilə Allah sözü yazılmış qızıl aralıq da olmuşdur. Lakin, o, həmin vaxt fikrini dəyişib ondan qızılları ala bilməyəcəyini bildirmişdir. Daha sonra Ədalət onun yanından uzaqlaşıb getmiş, təxminən 1 saat sonra yenidən onun yanına qayıdıb təkrarən qızılların özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O da Ədalətlə razılaşmış və qızıllara təkrar baxıb üzərində bir ədəd aralıq olan qızıl sep üçün 80 manat pul, digər sadə qızıl sep üçün isə 50 manat pul verə biləcəyini bildirmişdir. Ədalətdə onunla razılaşmış və o, Ədalətə ümumilikdə 130 manat pul verib həmin qızılları ondan almışdır. Daha sonra həmin qızılları gələcəkdə satıb qazanc əldə edə biləcəyini düşünərək yaşadığı evə aparıb evində olan şkafda saxlamışdır. Lakin, ailə üzvlərinin bundan məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, Ədalət adlı şəxs ona satdığı qızılları qohumunun evindən oğurluq yolu ilə əldə etmişdir. Lakin, Ədalət adlı şəxs ona həmin qızılları satarkən onların oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumat verməmiş və bu barədə aralarında heç bir razılaşma olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, Masallı rayonu Boradigah qəsəbəsində yaşayan Ədalət adlı şəxsi uzun müddətdir ki, tanıyır. Ədalətlə aralarında əvvəllər hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, özünə məxsus olan Masallı rayonu Boradigah qəsəbəsində işlətdiyi ərzaq mağazasının qarşısında olarkən Ədalət ona yaxınlaşıb ailəsindən boşandığını, üç nəfər uşağa baxdığını, özünə məxsus olan iki ədəd qızıl üzüyü satmaq istədiyini, istəyirsə ona sata biləcəyini bildirmişdir. O da Ədalətə qızılzinət əşyaları almadığını, sadəcə olaraq ona kömək etmək məqsədilə həmin iki ədəd qızıl üzüyü satıb pulunu ona verə biləcəyini bildirmişdir. Ədalət isə ondan heç olmaya ona pul verməyini xahiş etmişdir. O da cibindən 40 manat pul çıxararaq Ədalətə verib ondan uzaqlaşaraq Masallı rayonu ərazisinə gəlmişdir. Masallı rayonu 20 Yanvar küçəsində yerləşən “Köhnə Bazar” adlanan ərazidəki qızıl alqı-satqısı mağazasının giriş qapısında əvvəllər tanımadığı qızıl-alqı satqısı ilə məşğul olan şəxsə yaxınlaşıb ona özündə qızıl olmasını və satmaq istədiyini bildirmişdir. Həmin şəxs qızılları ona təqdim etməyini bildirdikdə o, cibindən iki ədəd qızıl üzüyü çıxarıb həmin şəxsə təqdim etmişdir. Həmin şəxs də ona iki ədəd qızıl üzük üçün 140 manat pul verə biləcəyini bildirmişdir. O da həmin şəxslə razılaşıb iki ədəd qızıl üzüyü ona təqdim etmiş və ondan 140 manat pulu alıb oradan uzaqlaşmışdır. Daha sonra bazar ərazisində bir sıra işlərini gördükdən sonra Masallı rayonu Boradigah qəsəbəsi ərazisinə geri qayıtmışdır. Masallı rayonu Boradigah qəsəbəsində yerləşən ərzaq mağazasına getdikdən sonra Ədalət ora gəlib ondan iki ədəd qızıl üzüyü satıb-satmadığını soruşduqda o, cibindən 100 manat pul çıxarıb Ədalətə vermişdir. Ədalət də ona verdiyi ümumilikdə 140 manat puldan 10 manat pulu ayırıb zəhmət haqqı kimi geri qaytarmışdır. Daha sonra mağazasından çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, Ədalət adlı şəxs mənə satmaq üçün verdiyi iki ədəd qızı üzüyü qohumunun evindən oğurluq yolu ilə əldə etmişdir. Lakin, Ədalət adlı şəxs ona həmin qızılları verərkən onların oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumat verməmiş və bu barədə aralarında heç bir razılaşma olmamışdır. Hazırda həmin qızılların harada olması barədə heç bir məlumatı yoxdur. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış rəydən görünür ki, qeyd olunmuş bir ədəd 585 əyarlı, üzərində ərəb hərfləri ilə Allah sözü yazılmış 3,13 qram çəkisi olan qızıl aralığın bir qramının alış qiyməti 56 manat olmaqla cəmi qiyməti 175,28 manatdır. -Qeyd olunmuş bir ədəd 585 əyarlı 15,77 qram çəkisi olan boyunbağının bir qramının alış qiyməti 56 manat olmaqla cəmi qiyməti 883,12 manatdır. -Qeyd olunmuş bir ədəd 585 əyarlı 2,89 qram çəkisi olan boyunbağının bir qramının alış qiyməti 56 manat olmaqla cəmi qiyməti 161,84 manatdır. -Qeyd olunmuş bir ədəd 585 əyarlı 1,77 qram çəkisi olan qızıl üzüyün alış qiyməti 56 manat olmaqla cəmi qiymti 99,12 manatdır. -Qeyd olunmuş bir ədəd 585 əyarlı 2,10 qram çəkisi olan qızıl üzüyün bir qramının alış qiyməti 56 manat olmaqla cəmi qiymti 117,60 manatdır. -Qeyd olunan əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. Maddi sübutun tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus iki ədəd qızıl boyunbağı və bir ədəd qızıl aralıq iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxs və şahidlərin ifadəsi, eləcə də işin faktiki halları ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3.cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.3.-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon İHB Boradigah qəsəbə İƏRDÜ Nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əskərov X2 rayonu Boradigah qəsəbəsi, Təbriz küçəsində qeydiyyatdadır, o, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12. və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən halllar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla, dəyən ziyanın çox hissəsi ödənilməklə islah yolundadır. Odur ki, məhkəmə hesab edir ki, o, cəmiyyətdən təcrid olunmadan islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini, əməlində olan yüngülləşdirici halları, şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun və ailəsinin həyat şəratinə təsirini nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş orta həddində təyin edilməsi cəzanın məqsədlərini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə xərci 20 (iyirmi) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES******************** hesabına köçürülməlidir. Maddi sübut Zərərçəkmiş şəxs məxsus iki ədəd qızıl boyunbağı və bir ədəd qızıl aralıq iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut iki ədəd qızıl boyunbağı və bir ədəd qızıl aralığın zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə xərci 20 (iyirmi) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES******************** hesabına köçürülsün. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduqdan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar