Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-9/2025 15.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1990-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Qarabağ küçəsi bina 26, mənzil 27-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30 iyun 2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat sabit pul məbəğində aliment və xx.xx.2014-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə hər ay 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (050)- 2166/2022 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 05 mart 2024-cü il tarixədək zərərçəkmiş şəxs X2 5280 (beş min iki yüz səksən) manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ərəbova (Talıbova) Qiymət Loğman qızı ilə 2012-ci ildə evlənmişdir. xx.xx.2014-cü ildə rəsmi nikaha daxl olmuşlar. Birgə nikahdan xx.xx.2014-cü ildə Elşən və xx.xx.2017-ci ildə Turan adlı iki uşaqları doğulmuşdur. Evləndikdən sonra Qiymət ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Qiymət nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi ondan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay bir uşağa görə 120 manat olmaqla, iki uşaq üçün cəmi 240 manat sabit pul məbləğində aliment və Elşən Talıbovun müalicəsi ilə bağı əlavə xərclərdə iştiraka görə hər ay 40 manat məbləğində alınıb Zərərçəkmiş şəxs ödəməlməsi qərara alınmışdır. Bu barədə olan icra sənədi Masallı rayon İcra və Probasiya icraya yönəldilmişdir. Masallı rayon İcra və Probasiya şöbəsndə həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qətnamə üzrə aliment borcundan hissə-hissə 800 manat ödəniş etmişdir. Qalıq aliment borcunu imkanı olmadığından vaxtında ödəyə bilmədiyi üçün Masallı rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. İcra məmurunun protokoluna əsasən Masallı Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Lakin buna baxmayaraq aliment borcunu ödəyə bilməmişdir. Belə ki, o, Masallı rayonunda yerləşən “Rexo” restoranında xidmətçi işləməklə aylıq qazancı 300 manat təşkil etmişdir. Eyni zamanda sonradan Cahan Nəcəfova ilə evlənmiş və həmin evlilikdən də bir azyaşlı uşağı vardır. Bundan başqa mülkiyyətində olan Masallı şəhəri, Qurtuluş küçəsində yerləşən evini aliment borcunun əvəzində Zərərçəkmiş şəxs mülkiyyətinə verməyə razıdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən himayəsində bir nəfər azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə evlənmiş və birgə nikahdan Elşən və Turan adlı iki uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Rövşən uşaqları ilə maraqlanmamışdır. Bu səbəbdən də o, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 27.02. 2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay bir uşağa görə 120 manat olmaqla, iki uşaq üçün cəmi 240 manat sabit pul məbləğində aliment və Elşən Talıbovun müalicəsi ilə bağı əlavə xərclərdə iştiraka görə hər ay 40 manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Uşaqları məktəbə getmir. X13 autizm xəstəliyindən əziyyət çəkir. Övladının xətəliyi ilə əlaqədar dövlət tərəfindən 220 manat və ona qulluq ilə bağlı 120 manat, cəmi 320 manat pul verilir. Həmin pul da uşaqlarının ehtiyacını ödəməyə çatmır. Təqsirləndirilən şəxs isə restoranda müxtəlif işlərdə işləməklə aylıq qazancı təxminən 1000 manat təşkil edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. İcra müddətində Təqsirləndirilən şəxs aliment borcundan az miqdarda ödənişlər etmişdir. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam tələb edir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2166/2022 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Masallı rayon icra şöbəsinə daxil olaraq onun icraatına verilmişdir. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin, Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək xx.xx.2023-cü il tarixdə Masallı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Eyni zamanda Masallı Rayon Məhkəməsinin 8 (050)-326/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüquq müvvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 4800 manat aliment pulunu və Elşən adlı uşağın müalicəsi ilə bağı əlavə xərclərdə iştiraka görə 480 manatı, ümumilikdə 5280 manat pulu ödəməmişdir. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirib məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından 08 noyabr 2021-ci il təvəllüdlü X6 adlı uşaqları vardır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli 1(050)-222/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilərək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş və haqqında həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 09 dekabr 2024-cü il tarixli məktubdan və ona əlavə olunmuş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində tutularaq Masallı Rayon Polis Şöbəsinə gətrilməklə MSY-yə təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Talıbov X7 Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)- 2166/2022 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin 09 iyun 2023-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 beş yüz manat inzibati qaydada cərimə edilmiş, daha sonra həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 3(050)1199/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətə inzibat qaydada həbs edilmiş, eyni zamanda Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(050)-326/2023 saylı qərardadı ilə ölkədən getmək hüququ müvvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs həbsdən azad olunduqdan sonra ona icra üçün yeni müddət təyin edilmiş, həmçinin məsuliyyəti barədə 12 yanvar 2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilmiş, lakin Təqsirləndirilən şəxs bütün bunlara baxmayaraq yenə məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da 22 may 2024cü il tarixdə hazırki cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və ailəsinin yeganə təminatçısı olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə zərərçəkmiş şəxsə olan aliment borcunu ödəməməsini, onunla razılıq əldə etməməsini, bu səbəbdən də sonuncunun ona qarşı şikayətçi olmasını və ona ağır cəza təyin edilməsi barədə xahişini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda məhkəmə xərclərinin, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-9/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-9/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver