Məhkəmə qərarları › İş №1(050)-90/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-90/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-90/2023 04.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Masallı rayonu, Gəyəçöl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 232.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı rayonu, Göyəçöl kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 03 fevral 2023cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1985-cı il tarixdə Yardımlı rayonu, Horavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 yaşayış qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 22 fevral 2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Masallı şəhər sakini Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 03:30 radələrində Masallı rayonu, Səmidxan kənd sakini Zərərçəkmiş şəxs4 məxsus Masallı rayonu, Səmidxan kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hinə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin qiyməti 10 manat olmaqla, cəmi qiyməti 250 manat təşkil edən 25 ədəd toyuğu və bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 60 manat təşkil edən 3 ədəd ev quşu olan qazı gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 310 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Masallı rayonu, Tatyanoba kənd sakini Zərərçəkmiş şəxs1 məxsus Masallı rayonu, Tatyanoba kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövləyə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir baş erkək, iki baş dişi cinsli, hər birinin 20 kiloqram ət çəkisi, 2 yaşı və 270 manat qiyməti olan 3 baş ağ rəngli qoyunları gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 810 manat maddi ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 05 radələrində Masallı rayonu, Güllütəpə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus Masallı rayonu, Güllütəpə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hinə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin ət çəkisi 5 kiloqram və qiyməti 50 manat olmaqla, cəmi qiyməti 350 manat təşkil edən 7 ədəd hind quşunu gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 350 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 05:20 radələrində Masallı rayonu, Güllütəpə kənd sakini Zərərçəkmiş şəxs3 məxsus Masallı rayonu, Güllütəpə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hinə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin ət çəkisi 5 kiloqram və qiyməti 50 manat olmaqla, cəmi qiyməti 200 manat təşkil edən 4 ədəd hind quşunu gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 200 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Masallı rayonu, Göyəçöl kənd sakini Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 03:30 radələrində Masallı rayonu, Səmidxan kənd sakini Zərərçəkmiş şəxs4 məxsus Masallı rayonu, Səmidxan kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hinə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin qiyməti 10 manat olmaqla, cəmi qiyməti 250 manat təşkil edən 25 ədəd toyuğu və bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 60 manat təşkil edən 3 ədəd ev quşu olan qazı gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 310 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Masallı rayonu, Tatyanoba kənd sakini Zərərçəkmiş şəxs1 məxsus Masallı rayonu, Tatyanoba kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövləyə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir baş erkək, iki baş dişi cinsli olmaqla, hər birinin 20 kiloqram ət çəkisi, 2 yaşı və 270 manat qiyməti olan 3 baş ağ rəngli qoyunları gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 810 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 05 radələrində Masallı rayonu, Güllütəpə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus Masallı rayonu, Güllütəpə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hinə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin ət çəkisi 5 kiloqram və qiyməti 50 manat olmaqla, cəmi qiyməti 350 manat təşkil edən 7 ədəd hind quşunu gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 350 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 05:20 radələrində Masallı rayonu, Güllütəpə kənd sakini Zərərçəkmiş şəxs3 məxsus Masallı rayonu, Güllütəpə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hinə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin ət çəkisi 5 kiloqram və qiyməti 50 manat olmaqla, cəmi qiyməti 200 manat təşkil edən 4 ədəd hind quşunu gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 200 manat maddi ziyan vurmuşdur. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının 22-də axşam saatlarında Bakı şəhərində olduğu zaman əvvəllər tanıdığı Masallı şəhəri, Seybətin küçəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət edərkən Xəyal ona maddi vəziyyətinin çətin olduğunu bildirmişdir. Həmin vaxt o, Xəyala işsiz olduğunu və heç yerdə iş tapa bilmədiyini demişdir. Xəyalla asan yolla pul qazanmaq haqqında söhbət edən zaman Masallı rayonu ərazisindən toyuq-cücə oğurlayıb satmaqla qazqanc əldə edə biləcəyini bildirmiş və həmin vaxt Xəyal onunla oğurluq etmək barədə razılaşmışdır. Bu səbəbdən o, Xəyalla Xəyalın Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Rent a car” fəaliyyəti ilə məşğul olan adını xatırlamadığı şirkətdən icarəyə götürdüyü qara rəngli, **- HO-*** dövlət qeydiyyat nömrə nişanlı “Hundai Sonata” markalı avtomobillə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Masallı rayonuna getməyə qərar vermişdir. Həmin gün saat 00 radələrində iki ədəd içərisi boş olan un kisəsini Xəyalın avtomobilinin arxa sərnişin oturacağına qoyduqdan sonra birlikdə Masallı rayonuna yola düşmüşlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 03 radələrində Xəyalla birlikdə Xəyalın idarə etdiyi avtomobillə təzə Bakı-Ələt-Astara avtomobil yolunun Masallı rayonu, Səmidxan kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman Səmidxan kəndinin kənarında yerləşən yaşayış evlərinin həyətlərində toyuq hinlərinin ola biləcəyini və oradan oğurluq etməyin əlverişli olduğunu düşünüb Xəyaldan Masallı şəhəri ərazisinə daxil olduqdan sonra avtomobilini Səmidxan kəndinə sürməsini istəmişdir. Həmin vaxt, saat 03:30 radələrində Xəyalla birlikdə onun idarə etdiyi avtomobillə Səmidxan kəndinin daxilində olan kənd qəbirstanlığının yanından keçib kəndin kənarında adının sonradan Zərərçəkmiş şəxs4 olduğunu bildiyi şəxsə məxsus fərdi yaşayış evinin yerləşdiyi küçəyə gəlmişlər. O, Xəyaldan həmin küçədə avtomobili saxlamasını istəmiş, Xəyal avtomobillə həmin küçəyə daxil olub avtomoblin işıqlarını söndürdükdən sonra Zərərçəkmiş şəxs4 məxsus evin qarşısındakı yolda avtomobili saxlamışdır. Bundan sonra o, avtomobilin arxa sərnişin oturacağına qoyduğu iki ədəd kisəni əlində götürüb avtomobildən yerə enmişdir. Həmin vaxt Xəyal da avtomobildən enmişdir. Həmin vaxt küçə qaranlıq olmuş və ətrafda heç kim olmamışdır. O, Xəyala orada qalıb ətrafı müşahidə edib nəzarətdə saxlamasını, özünün isə evin ətrafını gəzib həyətinə daxil ola biləcəyi yer tapmağa çalışacağını demişdir. Xəyal onunla razılaşmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evinin giriş darvazasının yanından keçib evin ətrafında olan daş hasarın sağ tərəfinə getmişdir. Həmin vaxt orada evin həyətinə əlavə giriş kimi istifadə olunan dəmir qapının olduğunu, həmin qapının arxasında isə böyük toyuq hini olduğunu görmüşdür. Bundan sonra o, daş hasarı tullanıb Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşdur. Həyətə daxil olan zaman evin işıqları sönülü olmuş və ətraf səssiz olmuşdur. O, həyətə daxil olub toyuq hininin qarşısına gəldikdən sonra hinin qapısını açıb içərisində çoxlu sayda toyuqların və 3 ədəd qazın olduğunu görmüşdür. O, daha sonra hinə daxil olub qapını bağlamış və hinin içərisində olan toyuqlardan iki-iki, üç-üç tutub əlində olan kisənin birinin içərisinə doldurmağa başlamışdır. Əlində olan kisə dolduqdan sonra isə kisənin ağzını cibində olan iplə bağlamışdır. Daha sonra hində olan 3 ədəd qazı tutub əlində olan ikinci kisənin içərisinə salmışdır. Həmin kisəyə hində qalan 4 ədəd toyuğu tutub saldıqdan sonra həmin kisənin də ağzını eyni qaydada bağlamışdır. Daha sonra cəld iki ədəd kisəni çiyninə atıb hindən çıxmış və hinin qapısını ayağı ilə itələyib bağlamışdır. O, bundan sonra həyətə daxil olduğu yerdən daş hasarı tullanıb küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra dərhal Xəyalın avtomobilinin dayandığı yerə irəliləyib Xəyaldan avtomobilin arxa yük yerini açmasını istəmişdir. Xəyal avtomobilin yük yerini açdıqdan sonra o, əvvəlcə birinci kisəni ağzını bağladığı ipini açıb avtomobilin yük yerinə qoymuşdur. Daha sonra ikinci kisəni də eyni qaydada yük yerinə qoyduqdan sonra toyuqların və qazların çıxa bilməyəcəkləri, eləcə də havasızlıqdan ölməyəcəkləri qədər məsafə saxlmaqla avtomobilin yük yerini yarım açıq vəziyyətə gətirmiş və yük yerinin keçəcəyini iplə bağlamışdır. Bundan sonra avtomobilə əyləşib, Xəyala dərhal avtomobilə əyləşməsini və birbaşa Bakı şəhərinə sürməsini bildirmişdir. Həmin gün o, Xəyalla birlikdə Bakı şəhərinə çatdıqdan sonra saat təxminən 07 radələrində oğurladıqları toyuqları və qazları satmaq üçün Sabunçu bazarına getmişlər. Bazara çatdıqdan sonra avtomobili saxlayıb yük yerini açan zaman yük yerində olan toyuqların sayının 25 olduğunu görmüşlər. Həmin vaxt o və Xəyal yük yerinə nəzarət edib toyuqların və qazların qaçmamasına diqqət etməklə yanaşı onları satmaq üçün müştəri cəlb etmək məqsədilə toyuq və qaz satdıqlarını qışqırmağa başlamışlar. Biraz sonra onlara yaxınlaşan əvvəllər tanımadığı bir nəfər şəxs toyuqları və qazları hansı qiymətə satdığını soruşmuşdur. O, həmin şəxsə toyuqların və qazların özlərinə məxsus olduğunu, rayondan satmaq üçün gətirdikləri, avtomobilin yük yerində ümimilikdə 25 ədəd toyuqlarının və 3 ədəd qazın olduğunu, toyuqların birini 10 manata, qazların birini isə 25 manata olmaqla hamısını ümumilikdə 325 manata satdığını demişdir. Həmin şəxs Xəyalın avtomobilinin yük yerinə baxdıqdan sonra toyuqlara və qazlara ümumilikdə 300 manat verə biləcəyini bildirmişdir. Bundan sonra o, həmin şəxslə razılaşıb 25 ədəd toyuqları və 3 ədəd qazları həmin tanımadığı şəxsə 300 manata satmışdır. Pulu aldıqdan sonra Xəyalla birlikdə toyuqları və qazları tanımadığı həmin şəxsə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli “VAZ 2174” markalı avtomibilin üzəri torla örtülü arxa yük yerinə aparıb qoymuşlar. Bundan sonra həmin şəxs onlarla sağollaşıb avtomobilinə əyləşərək getmişdir. Pulu qurtardıqdan sonra Xəyalla yenidən Bakıda görüşdüyü zaman bu dəfə Xəyala Masallı rayonu ərazisindən xırda buynuzlu heyvan oğurlayıb satmaqla yaxşı qazqanc əldə edə biləcəyini bildirmişdir. Həmin vaxt Xəyal da Masallı rayonunun kəndlərindən qoyun-quzu oğurlayıb satmaqla qazanc əldə etmək barədə onunla razılaşmışdır. Bundan sonra Xəyalla birlikdə qara rəngli, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı “Hundai Sonata” markalı avtomobillə xx.xx.2022-ci il tarixdə axşam radələrində Masallı rayonuna getməyə qərar vermişlər. Həmin gün həftənin cümə günü olduğundan Xəyalla Masallı rayonu, Kosakül kəndi ərazisində hər həftənin şənbə günləri təşkil olunan heyvan bazarından məlumatları olmuşdur. Xəyalla birlikdə oğurluq etmək üçün həmin günü seçməkdə məqsədi də xx.xx.2022-ci il tarixdə saat 01 radələrindən sonra Kosakül kəndi yaxınlığında yerləşən kəndlərdə yol kənarında olan evlərin həyətlərində olan tövlələrdən qoyun-quzu oğurlamaq və həmin gün də yaxınlıqda olan heyvan bazarında satıb qazanc əldə etmək olmuşdur. Həmin vaxt Xəyalla birlikdə onun idarə etdiyi avtomobillə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Masallı rayonu ərazisinə gəldikdən sonra o, Xəyaldan avtomobilini Masalı rayonu, Banbaşı kəndi istiqamətinə sürməsini istəmiş və Xəyal avtomobili idarə edib onu Banbaşı kəndi ərazisinə gətirmişdir. Həmin vaxt o, təxminən 1-2 saat müddətində yol boyu ətrafda olan evlərə nəzər yetirib həyətlərdə malqara tövləsinin olub-olmamasına diqqət yetirmişdir. Xəyal avtomobillə Masallı rayonu, Banbaşı kəndini keçdikdən sonra Tatyanoba kəndi ərazisində olduqları zaman saat təxminən 03 radələrində Tatyanoba kəndinin arxa tərəfində yolun kənarında böyük malqara tövləsinin olduğunu görüb Xəyaldan avtomobili yolun kənarında saxlamasını istəmişdir. Həmin vaxt Xəyal avtomobili saxladıqdan sonra o, avtomobildən düşüb əvvəllər tanımadığı, adının sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsə məxsus kənd yolunun kənarında olan mal-qara tövləsinin yanına yaxınlaşmışdır. Həmin vaxt Xəyal isə ətrafı müşahidə etmək üçün avtomobilin yanında qalmışdır. Tövləyə yaxınlaşıb tövlənin küçəyə çıxışı olan qapısını açmaq istəsə də, qapının içəridən kilidli olduğunu görmüşdür. Bundan sonra tövlənin arxa tərəfindən fırlanıb alçaq dəmir çəpərdən keçərək Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəyə daxil olub tövlənin qarşısına gəlmişdir. Həmin vaxt tövlənin həyətə baxan dəmir şiferdən olan qapısının keçəcəyini itələyib qapını açdığı zaman tövlənin içərisində 20-30 baş qoyunun olduğunu görmüşdür. Bundan sonra o, tövləyə daxil olub həmin qoyunlardan birini əli ilə yapışıb qucağına götürdükdən sonra tövlədən çıxararaq həyətə daxil olduğu yerdən keçərək küçəyə çıxdıqdan sonra qoyunu Xəyalla birlikdə köməkləşib avtomibilin yük yerinə qoymuşdur. Bundan sonra o, iki dəfə dalbadal tövləyə daxil olub eyni qaydada daha iki baş qoyunu da oğurlayıb Xəyalın avtomobilinin yük yerinə qoymuşdur. Daha sonra avtomobilə əyləşmiş və Xəyal avtomobili surətlə idarə edib hadisə yerindən onları uzaqlaşdırmışdır. O, Masallı şəhəri ərazisində olan heyvan bazarında oğurladıqları 3 baş qoyunu əvvəlcə satmaq niyyətinə düşsə də, sonradan bunun riskli ola biləcəyini düşünüb fikrindən daşınmış və Xəyala Bakıya qayıtmaq lazım gəldiyini demişdir. Bundan sonra o, Xəyalla birlikdə birbaşa Bakı şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində Xəyalla birlikdə Tatyanoba kəndindən oğurladıqları 3 baş qoyunu Bakı şəhərində 3-cü mikrorayon dairəsi yaxınlığında körüpünün altında olan yolun kənarında əvvəllər tanımadığı bir nəfər şəxsə 360 manata satmışlar. Qoyunları satdıqları şəxs qoyunları ondan alıb özünə məxsus ağ rəngli “Lexus” markalı cip avtomobilinin yük yerinə qoyub getmişdir. 2022-ci ilin dekabr aynın ortalarında o, Xəyala yenidən Masallı rayonu ərazisində oğurluq etməyi təklif edib bu dəfə Masallı rayonu ərazisindən ev quşları oğurlayıb Bakı şəhərində satmaqla qazqanc əldə edə biləcəyini bildirmişdir. Həmin vaxt Xəyal Masallı rayonunun kəndlərindən hind quşları oğurlayıb satmağın yaxşı fikir olduğunu, yeni il ərəfəsi olduğu üçün yaxşı qazanc əldə edə biləcəklərini deyib onunla birlikdə oğurluq etməyə razılaşmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Xəyalla birlikdə onun icarəyə götürüb idarə etdiyi, dövlət qeydiyyat nişanını xatırlamadığı, qara rəngli “Hundai Sonata” markalı avtomobillə Masallı rayonuna gəldikdən sonra Xəyala əvvəllər Masallı rayonu, Güllütəpə kəndi ərazisində olduğu zaman orada çoxlu sayda hind quşu sürüləri gördüyünü, həmin kənd sakinlərinin çoxlu sayda hind quşlarının olduğunu bildirib ondan avtomobili Masallı rayonunun Güllütəpə kəndi ərazisinə sürməsini istəmişdir və bundan sonra Xəyal avtomobili Güllütəpə kəndi ərazisinə sürmüşdür. xx.xx.2022-ci il tarixdə saat təxminən 05 radələrində Güllütəpə kəndi ərazisində kəndin kənar hissəsində yerləşən yaşayış evlərinin olduğu küçədə avtomobili saxlayıb yerə düşdükdən sonra ətrafa nəzər yetirən zaman əvvəllər tanımadığı, adının sonradan Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxsə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toyuq hininin olduğunu görüb oradan oğurluq etməyə qərar vermişlər. Həmin vaxt Xəyal ətrafı nəzarətdə saxlamaq üçün avtomobilin yanında küçədə qalmış, o, isə Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinin ətrafında olan dəmir çəpərdən keçib evin həyətyanı sahəsində olan hinə yaxınlaşmışdır. Həmin vaxt özündə olan alışqanın işığı vasitəsi ilə hini işıqlandıran zaman toyuq hininin iki qapısının olduğunu görmüşdür. Daha sonra hinin iplə bağlı olan birinci taxta qapısını açdıqda hinin içərisində çoxlu sayda hind quşlarının olduğunu görüb həmin qapıdan içəri daxil olub əlləri ilə iki ədəd hind quşu tutub dərhal çölə çıxmış və daha sonra ayağı ilə qapını itələyib bağlamışdır. Bundan sonra küçədə onu gözləyən Xəyala yaxınlaşıb ondan avtomobilin arxa yük yerini açmasını istəmişdir. Xəyal avtomobilin arxa yük yerini açdıqdan sonra o, iki ədəd hind quşunu avtomobilin arxa yük yerinə qoymuş və Xəyal avtomobilin yük yerini bağlamışdır. Həmin vaxt Xəyala onunla birlikdə gəlməsini deyib təkrar Zərərçəkmiş şəxs2 məxsus həyətə daxil olub Xəyalla birlikdə həmin həyətdə olan hinə yaxınlaşmışdır. Bundan sonra hinin qapısını açıb içəri daxil olduqdan sonra o, 3 ədəd hind quşunu əli ilə tutmuş, Xəyal da həmin vaxt iki ədəd hind quşunu tutduqdan sonra hindən çıxmışlar. Daha sonra küçəyə çıxıb avtomibilin yanına gedib 5 ədəd hind quşunu da avtomobilin arxa yük yerinə qoyduqdan sonra Xəyal avtomobilin yük yerini bağlamışdır. Həmin vaxt 7 ədəd hind quşlarını oğurladıqları Zərərçəkmiş şəxs2 məxsus evin qarşısında olan adının sonradan Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxsə məxsus fərdi yaşayış evinin həyətinə daxil olub oradan da oğurluq etməyə qərar vermişlər. Ətraf qaranlıq və sakitçilik olduğundan Xəyalla birlikdə Zərərçəkmiş şəxs3 həyətinin ətrafında olan çəpəri keçməklə həmin həyətə daxil olmuşlar. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 məxsus evin arxa tərəfinə keçən zaman həmin həyətdə də, toyuq hininin olduğunu görmüşlər. Bundan sonra Xəyalla həmin hinə yaxınlaşmışlar. O, Zərərçəkmiş şəxs3 məxsus həmin ikinci həyətdə yerləşən hinin dəmir qapısının keçəcəyini itələyib qapını açmış və daha sonra Xəyalla birlikdə həmin hinə daxil olmuşdur. Əlində olan alışqanın işığı vasitəsi ilə hini işıqlandıran zaman hində 4 ədəd hind quşunun olduğunu görmüşdür. Həmin vaxt orada olan 4 ədəd hind quşunun ikisini özü, ikisini isə Xəyal əllə tutduqdan sonra hindən çıxmışlar və həyətə daxil olduqları yerdən küçəyə çıxıb avtomobilə yaxınlaşmışlar. Bundan sonra Xəyal avtomobilin arxa yük yerini açmış və əllərində olan iki ədəd hind quşunu yük yerinə qoymuşdur. Həmin vaxt o, da əllərində tutduğu iki ədəd hind quşunu avtomobilin arxa yük yerinə qoyduqdan sonra Xəyal yük yerinin qapısını təkrar bağlamışdır. Zərərçəkmiş şəxs2 və Asəf Ağayevə məxsus ümumilikdə 11 ədəd hind quşlarını oğurladıqdan sonra Xəyalın idarə etdiyi “Hundai sonata” markalı avtomobillə Güllütəpə kəndindən birbaşa Bakı şəhərinə getmişlər. Həmin gün səhər radələrində Bakı şəhərinə çatdıqdan sonra avtomobili Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Şamaxinka” adlanan ərazidə saxlayıb oğurladıqları hind quşlarını satmaq üçün müştəri axtarmağa başlamışlar. Həmin yerdə avtomobilin yük yerinin qapısını yarım açaraq ətrafdan keçən tanımadıqları bir neçə şəxsə hind quşlarını təqdim edib onlara hind quşlarını rayondan satmaq üçün gətirdiklərini bildirib almaları üçün təklif etmişlər. Lakin heç kim hind quşu almaq istəmədiyi üçün o, avtomobilin yük yerində olan əvvəlcədən özü ilə götürdüyü və Xəyalın avtomobilinin yük yerinə qoyduğu bir neçə metr uzunluğundakı ipi üzərində olan bıçaqla kiçik hissələrə böldükdən sonra həmin kiçik iplərlə yük yerində olan hind quşlarından üçünün ayaqlarını bağlamışdır. Daha sonra həmin ayaqlarını bağladığı 3 ədəd hind quşunu əli ilə götürüb “Şamaxinka” adlanan ərazidə dayandığı yerin yaxınlığında yerləşən bir neçə adlarını xatırlamadığı kafelərin qarşısına bir-bir gedib hind quşu satdığını qarşısına çıxan tanımadığı şəxslərə bildirmişdir. Həmin vaxt səhər radələrində hind quşu almağı təklif etdiyi bir nəfər tanımadığı şəxs adını xatırlamadığı kafenin qarşısında ondan hind quşunun birini hansı qiymətə satdığını soruşan zaman o, hind quşunun bir ədədini 50 manata satdığını həmin şəxs bildirmiş, həmin şəxs hind quşunun üçünə 110 manat pul verə biləcəyini, onları həmin qiymətə satıb-satmadığını soruşmuşdur. O, bir qədər fikirləşib həmin şəxsə, ehtiyacı olduğu üçün 3 ədəd hind quşunu ona 110 manata satmağa razı olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs cibindən pullarını çıxarıb sayaraq ona 110 manat pul vermişdir. O da, əlində olan 3 ədəd hind quşunu həmin şəxsə verib onunla sağollaşdıqdan sonra yanından uzaqlaşıb Xəyalın avtomobillə dayandığı yerə getmiş və Xəyaldan hind quşlarını satdığını, onun qalan quşları satıb-satmadığını soruşmuşdur. Xəyal sata bilmədiyini dedikdə qalan 8 ədəd hind quşunu Sabunçu rayonu ərazisində yerləşən bazara aparıb orada sata biləcəklərini Xəyala bildirmişdir. Bundan sonra Xəyal onunla razılaşıb avtomobili Sabunçu bazarına sürmüşdür. Sabunçu bazarı ərazisinə çatdıqdan sonra orada da eyni qaydada dayanıb avtomobilin yük yerini yarım açıq vəziyyətə gətirib hind quşlarını satmaq üçün müştəri axtarmağa başlamışlar. Bir müddət keçdikdən sonra onlara yaxınlaşan tanımadıqları bir nəfər şəxs hind quşlarının hamısını birlikdə hansı qiymətə satdığını soruşmuşdur. O, həmin şəxsə 8 ədəd hind quşunu ümumilikdə 400 manata satdığını demişdir. Həmin vaxt tanımadığı şəxs hind quşlarının hamısına birlikdə 320 manat verə biləcəyini bildirmişdir. O, həmin şəxslə razılaşıb ondan 320 manat aldıqdan sonra Xəyalla birlikdə hind quşlarını tanımadığı həmin şəxsə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli “VAZ 2106” markalı avtomibilin yük yerinə qoymuşdur. Bundan sonra həmin şəxs onlarla sağollaşıb avtomobilinə əyləşərək getmişdir. Oğurladıqları quşların və heyvanların satışından əldə etdikləri pulları Təqsirləndirilən şəxs2 ilə birgə xərcləmişlər. Sonda Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş maddi ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində 2 azyaşlı uşağının olmasını, “44 günlük Vətən Müharibəsi” uğurunda gedən döyüşlərdə iştirak etməsini bildirib, barəsində həbslə əlaqədar olmayan ədalətli və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının 22-də axşam saatlarında tanışı Masallı rayonu, Göyəçöl kənd sakini Təqsirləndirilən şəxs1 ilə Bakı şəhərində görüşən zaman Vücad ona maddi vəziyyətinin çətin olduğunu bildirmişdir. Həmin vaxt o, da Vücada işsiz olduğunu və heç yerdə iş tapa bilmədiyini demişdir. Vücadla asan yolla pul qazanmaq haqqında söhbət edən zaman Vücad ona Masallı rayonuna gedib oradan toyuq-cücə oğurlayıb satmaq barədə danışmış və o, Vücadla birlikdə oğurluq etmək barədə razılaşmışdır. Bu səbəbdən Vücadla birlikdə onun Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Rent a car” fəaliyyəti ilə məşğul olan adını xatırlamadığı şirkətdən öz adına icarəyə götürdüyü qara rəngli, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı “Hundai Sonata” markalı avtomobillə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Masallı rayonuna getməyə qərar vermişlər. Həmin gün saat 00 radələrində Vücad iki ədəd içərisi boş olan un kisəsini onun idarə etdiyi avtomobilinin arxa sərnişin oturacağına qoyduqdan sonra Vücadla birlikdə Masallı rayonuna yola düşmüşlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 03 radələrində Vücadla birlikdə idarə etdiyi avtomobillə təzə Bakı-Ələt-Astara avtomobil yolunun Masallı rayonu, Səmidxan kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman Vücad ona Masallı şəhəri ərazisinə daxil olduqdan sonra avtomobili Səmidxan kəndinə sürməsini istəmişdir. O, da Vücadın dediyi kimi edib saat 03:30 radələrində Vücadla birlikdə idarə etdiyi avtomobillə Səmidxan kəndinin daxilində olan kənd qəbirstanlığının yanından keçib kəndin kənarında adının sonradan Zərərçəkmiş şəxs4 olduğunu bildiyi şəxsə məxsus fərdi yaşayış evinin yerləşdiyi küçəyə getmişdir. Orada Vücad ondan həmin küçədə avtomobili saxlamağını istəmişdir. O, avtomobillə həmin küçəyə daxil olub avtomobilin işıqlarını söndürdükdən sonra Zərərçəkmiş şəxs4 məxsus evin qarşısındakı yolda avtomobili saxlamışdır. Bundan sonra Vücad avtomobilin arxa sərnişin oturacağına qoyduğu iki ədəd kisəni əlində götürüb avtomobildən yerə enmişdir. Həmin vaxt o, da avtomobildən enmişdir. Həmin vaxt ətrafda heç kim olmamışdır. Vücad ona avtomobilin yanında qalıb ətrafı müşahidə edib nəzarətdə saxlamağını, özünün isə həyətə daxil olacağını bildirmişdir. O, Vücadla razılaşıb orada gözləməyə başlamışdır. Vücad isə yanından uzaqlaşıb evin sağ tərəfi istiqamətində getməyə başlamışdır. Vücad qaranlıqda gözdən itmişdir. O, Vücadın Zərərçəkmiş şəxs4 məxsus həyətə haradan daxil olduğunu görə bilməmişdir. Lakin təxminən 10 dəqiqə sonra Vücad çiynində olan iki ədəd kisə ilə onun yanına gəlib avtomobilin arxa yük yerini açmasını istəmişdir. Həmin vaxt o, kisələrdən gələn səslərdən Vücadın toyuq və qaz oğurladığını başa düşmüşdür. O, dərhal avtomobilin yük yerini açmış, bundan sonra Vücad əlindəki kisəni ağzını bağladığı ipini açaraq avtomobilin yük yerinə qoymuşdur. Vücad ikinci kisəni də eyni qaydada avtomobilin yük yerinə qoyduqdan sonra toyuqların və qazların çıxa bilməyəcəkləri, eləcə də havasızlıqdan ölməyəcəkləri qədər məsafə saxlmaqla avtomobilin yük yerini yarım açıq vəziyyətə gətirmiş və yük yerinin keçəcəyini iplə bağlamışdır. Bundan sonra Vücad avtomobilə əyləşib, ona da dərhal avtomobilə əyləşməsini və birbaşa Bakı şəhərinə sürməyini bildirmişdir. Həmin gün Vücadla birlikdə Bakı şəhərinə çatdıqdan sonra saat təxminən 07 radələrində oğurladıqları toyuqları və qazları satmaq üçün Sabunçu bazarına getmişlər. Həmin bazara çatdıqdan sonra avtomobili saxlayıb yük yerini açan zaman yük yerində olan toyuqların sayının 25 olduğunu görmüşlər. Həmin vaxt o və Vücad yük yerinə nəzarət edib toyuqların və qazların qaçmamasına diqqət etməklə yanaşı onları satmaq üçün müştəri cəlb etmək məqsədilə toyuq və qaz satdıqlarını qışqırmağa başlamışlar. Biraz sonra onlara yaxınlaşan əvvəllər tanımadıqları bir nəfər şəxs toyuqları və qazları hansı qiymətə satdıqlarını soruşmuşdur. Həmin vaxt Vücad həmin şəxsə toyuqların və qazların özlərinə məxsus olduğunu, rayondan satmaq üçün gətirdiklərini, avtomobilin yük yerində ümumilikdə 25 ədəd toyuq və 3 ədəd qazın olduğunu, toyuqların birini 10 manata, qazların birini isə 25 manata olmaqla ümumilikdə 325 manata satdıqlarını demişdir. Həmin şəxs avtomobilimin yük yerinə baxdıqdan sonra toyuqlara və qazlara ümumilikdə 300 manat verə biləcəyini bildirmişdir. Bundan sonra Vücad da həmin şəxslə razılaşıb 25 ədəd toyuqları və 3 ədəd qazları həmin tanımadıqları şəxsə 300 manata satmışdır. Vücad pulu aldıqdan sonra onunla birlikdə toyuqları və qazları həmin şəxsə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli “VAZ 2174” markalı avtomibilin üzəri torla örtülü arxa yük yerinə aparıb qoymuşdur. Bundan sonra həmin şəxs onlarla sağollaşıb avtomobilinə əyləşərək getmişdir. Həmin vaxtdan bir neçə gün sonra 2022-ci ilin oktyabr ayının 28-də Vücadla Bakı şəhərində yenidən görüşüb söhbət edən zaman Vücad ona bu dəfə Masallı rayonu ərazisindən xırda buynuzlu heyvan oğurlayıb satmaqla qazqanc əldə edə biləcəklərini bildirmişdir. Həmin vaxt o da Vücada Masallı rayonunun kəndlərindən qoyun-quzu oğurlayıb satmaqla yaxşı qazanc əldə edə biləcəklərini deyib təkrar oğurluq etmək barədə razılaşmışdır. Bundan sonra Vücadla birlikdə icarəyə götürdüyü qara rəngli, **-HO-*** dövlət qeydiyyat nömrə nişanlı “Hundai Sonata” markalı avtomobillə xx.xx.2022-ci il tarixdə axşam radələrində Masallı rayonuna getməyə qərar vermişlər. Həmin gün həftənin cümə günü olduğundan Vücadla Masallı rayonu, Kosakül kəndi ərazisində hər həftənin şənbə günləri təşkil olunan heyvan bazarından məlumatlı olmuşlar. Vücadla birlikdə oğurluq etmək üçün həmin günü seçməkdə məqsədləri də, xx.xx.2022-ci il tarixdə saat 01 radələrindən sonra Kosakül kəndi yaxınlığında yerləşən kəndlərdə yol kənarında olan evlərin həyətlərində olan tövlələrdən qoyun-quzu oğurlamaq və həmin gün də yaxınlıqda olan heyvan bazarında satıb qazanc əldə etmək olmuşdur. Həmin vaxt Vücadla birlikdə idarə etdiyi avtomobillə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Masallı rayonu ərazisinə gəldikdən sonra Vücad ondan avtomobili Masallı rayonu, Banbaşı kəndi istiqamətinə sürməyini istəmiş və o, avtomobili idarə edib Banbaşı kəndi ərazisinə getmişdir. Həmin vaxt onlar təxminən 1-2 saat müddətində yol boyu ətrafda olan evlərə nəzər yetirib həyətlərdə mal-qara tövləsinin olub-olmamasına diqqət yetirmişlər. O, avtomobillə Masallı rayonu, Banbaşı kəndini keçdikdən sonra Tatyanoba kəndi ərazisində olduqları zaman saat təxminən 03 radələrində Tatyanoba kəndinin arxa tərəfində yolun kənarında böyük mal-qara tövləsinin olduğunu görüb avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt o, avtomobili saxladıqdan sonra Vücad avtomobildən düşüb əvvəllər tanımadığı, adının sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsə məxsus kənd yolunun kənarında olan mal-qara tövləsinin yanına yaxınlaşmışdır. Həmin vaxt o, isə ətrafı müşahidə etmək üçün avtomobilin yanında qalmışdır. Vücad həmin vaxt tövləyə yaxınlaşıb tövlənin küçəyə çıxışı olan qapısını açmaq istəsə də, qapının içəridən kilidli olduğunu görmüşdür. Bundan sonra Vücad tövlənin arxa tərəfindən fırlanıb alçaq dəmir çəpərdən keçərək Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəyə daxil olmuşdur. O, isə həmin vaxt avtomobilin yanında gözləmişdir. Bir neçə dəqiqə sonra Vücad qucağında bir baş qoyunla onun yanıma qayıtmış və o, Vücadla köməkləşib həmin qoyunu avtomibilin yük yerinə qoymuşdur. Bundan sonra Vücad iki dəfə dalbadal tövləyə eyni qaydada daxil olub daha iki baş qoyun gətirib onunla köməkləşərək avtomobilinin yük yerinə qoymuşdur. Həmin vaxt gecə olduğu üçün onların oğurluq etmələrini kənardan heç kim görməmişdir. Daha sonra Vücad və o, avtomobilə əyləşmiş və o, avtomobili surətlə idarə edib hadisə yerindən uzaqlaşmışdır.Vücad Masallı şəhəri ərazisində olan heyvan bazarında oğurladıqları 3 baş qoyunu əvvəlcə satmaq niyyətinə düşsə də, sonradan bunun riskli ola biləcəyini düşünüb fikrindən daşınmış və avtomobillə Bakıya qayıtmaq lazım gəldiyini ona demişdir. Bundan sonra o, Vücadla birlikdə birbaşa Bakı şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində Xəyalla birlikdə Tatyanoba kəndindən oğurladıqları 3 baş qoyunu Bakı şəhərində 3-cü mikrorayon dairəsi yaxınlığında körüpünün altında olan yolun kənarında əvvəllər tanımadığı bir nəfər şəxsə 360 manata satmışlar. Qoyunları satdığı şəxs qoyunları ondan alıb özünə məxsus ağ rəngli “Lexus” markalı cip avtomobilinin yük yerinə qoyub getmişdir. 2022-ci ilin dekabr aynın ortalarında Vücad ona yenidən Masallı rayonu ərazisində oğurluq etməyi təklif edib bu dəfə Masallı rayonu ərazisindən ev quşları oğurlayıb Bakı şəhərində satmaqla qazqanc əldə edə biləcəklərini bildirmişdir. Həmin vaxt o, Masallı rayonunun kəndlərindən hind quşları oğurlayıb satmağın yaxşı fikir olduğunu, Yeni il ərəfəsi olduğu üçün yaxşı qazanc əldə edə biləcəyini deyib Vücadla birlikdə oğurluq etməyə razılaşmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Vücadla birlikdə icarəyə götürüb idarə etdiyi, dövlət qeydiyyat nişanını xatırlamadığı, qara rəngli “Hundai Sonata” markalı avtomobillə Masallı rayonuna gəldikdən sonra Vücad ona əvvəllər Masallı rayonu, Güllütəpə kəndi ərazisində olduğu zaman orada çoxlu sayda hind quşu sürüləri gördüyünü, həmin kənd sakinlərinin çoxlu sayda hind quşlarının olduğunu bildirib ondan avtomobili Masallı rayonunun Güllütəpə kəndi ərazisinə sürməyini istəmiş və bundan sonra o, avtomobili Güllütəpə kəndi ərazisinə sürmüşdür. xx.xx.2022-ci il tarixdə saat təxminən 05 radələrində Güllütəpə kəndi ərazisində kəndin kənar hissəsində yerləşən yaşayış evlərinin olduğu küçədə avtomobili saxlayıb yerə düşdükdən sonra ətrafa nəzər yetirən zaman əvvəllər tanımadığı,adının sonradan Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxsə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toyuq hininin olduğunu görüb oradan oğurluq etməyə qərar vermişlər. Həmin vaxt o, ətrafı nəzarətdə saxlamaq üçün avtomobilin yanında küçədə qalmış, Vücad isə Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinin ətrafında olan dəmir çəpərdən keçib evin həyətyanı sahəsində olan hinə yaxınlaşmışdır. Bir müddət sonra Vücad əllərində tutduğu iki ədəd hind quşu ilə küçəyə çıxıb ona yaxınlaşaraq avtomobilin arxa yük yerini açmağını istəmişdir. O, avtomobilin arxa yük yerini açdıqdan sonra Vücad iki ədəd hind quşunu avtomobilin arxa yük yerinə qoymuş və o, avtomobilin yük yerini bağlamışdır. Həmin vaxt Vücad onunla birlikdə gəlməyini istəmiş və o, Vücadla birlikdə Zərərçəkmiş şəxs2 məxsus həyətə daxil olub həmin həyətdə olan hinə yaxınlaşmışdır. Bundan sonra Vücad hinin qapısını açdıqdan sonra o, Vücadla birlikdə hinin içərisinə daxil olmuşdur. Həmin vaxt Vücad əli ilə 3 ədəd hind quşunu tutmuşdur. O, da həmin vaxt iki ədəd hind quşunu tutduqdan sonra Vücadla birlikdə dalbadal hindən çıxmışdır. Daha sonra küçəyə çıxıb Vücadla birlikdə avtomibilin yanına gedib 5 ədəd hind quşunu da avtomobilin arxa yük yerinə qoyduqdan sonra avtomobilin yük yerini bağlamışdır. Həmin vaxt 7 ədəd hind quşlarını oğurladıqları Zərərçəkmiş şəxs2 məxsus evin qarşısında olan adının sonradan Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxsə məxsus fərdi yaşayış evinin həyətinə daxil olub oradan da oğurluq etməyə qərar vermişlər. Ətraf qaranlıq və sakitçilik olduğundan Vücadla birlikdə Zərərçəkmiş şəxs3 həyətinin ətrafında olan çəpəri keçməklə həmin həyətə daxil olmuşlar. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 məxsus evin arxa tərəfinə keçən zaman həmin həyətdə də, toyuq hininin olduğunu görmüşlər. Bundan sonra saat 05:20 radələrində Vücadla həmin hinə yaxınlaşmışlar. Vücad Zərərçəkmiş şəxs3 məxsus həmin ikinci həyətdə yerləşən hinin dəmir qapısının keçəcəyini itələyib qapınısını açmışdır. Daha sonra o, Vücadla birlikdə həmin hinə daxil olmuşdur. Vücad əlində olan alışqanın işığı vasitəsi ilə hini işıqlandıran zaman hində 4 ədəd hind quşunun olduğunu görmüşlər. Həmin vaxt orada olan 4 ədəd hind quşunun ikisini o, ikisini isə Vücad əllə tutduqdan sonra hindən çıxmışlar və həyətə daxil olduqları yerdən küçəyə çıxıb avtomobilə yaxınlaşmışlar. Bundan sonra o, avtomobilin arxa yük yerini açmış və əllərində olan iki ədəd hind quşunu yük yerinə qoydmuşdur. Həmin vaxt Vücad da əllərində tutduğu iki ədəd hind quşunu avtomobilin arxa yük yerinə qoyduqdan sonra o, yük yerinin qapısını təkrar bağlamışdır. O, Vücadla birlikdə Zərərçəkmiş şəxs2 və Asəf Ağayevə məxsus ümumilikdə 11 ədəd hind quşlarını oğurladıqdan sonra idarə etdiyi “Hundai sonata” markalı avtomobillə Vücadla birlikdə Güllütəpə kəndindən birbaşa Bakı şəhərinə getmişdir. Həmin gün səhər radələrində Bakı şəhərinə çatdıqdan sonra avtomobili Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən “Şamaxinka” adlanan ərazidə saxlayıb oğurladıqları hind quşlarını satmaq üçün müştəri axtarmağa başlamışlar. Həmin yerdə avtomobilin yük yerinin qapısını yarım açaraq ətrafdan keçən tanımadıqları bir neçə şəxsə hind quşlarını təqdim edib onlara hind quşlarını rayondan satmaq üçün gətirdiklərini bildirib almaları üçün təklif etmişlər. Lakin heç kim hind quşu almaq istəmədiyi üçün Vücad avtomobilin yük yerində olan əvvəlcədən özü ilə götürdüyü və onun avtomobilinin yük yerinə qoyduğu bir neçə metr uzunluğundakı ipi üzərində olan bıçaqla kiçik hissələrə böldükdən sonra həmin kiçik iplərlə yük yerində olan hind quşlarından üçünün ayaqlarını bağlamışdır. Daha sonra həmin ayaqlarını bağladığı 3 ədəd hind quşunu əli ilə götürüb “Şamaxinka” adlanan ərazidə dayandıqları yerin yaxınlığında satacağını deyib ondan uzaqlaşmışdır. O, Vücad uzaqlaşdıqdan sonra bir neçə şəxsə də hind quşu almağı təklif etsə də, heç kim almaq istəməmişdir. Təxminən 10-15 dəqiqə sonra Vücad yanına qayıdıb 3 ədəd hind quşunu tanımadığı bir nəfər şəxsə 110 manata satdığını bildirib hind quşlarından sata bilibbilmədiyini ondan soruşmuşdur. O, Vücada sata bilmədiyini dedikdə Vücad ona qalan 8 ədəd hind quşunu Sabunçu rayonu ərazisində yerləşən bazara aparıb orada sata biləcəklərini bildirmişdir. Bundan sonra o, Vücadla razılaşıb avtomobili Sabunçu bazarına sürmüşdür. Sabunçu bazarı ərazisinə çatdıqdan sonra orada da eyni qaydada dayanıb avtomobilin yük yerini yarım açıq vəziyyətə gətirib hind quşlarını satmaq üçün müştəri axtarmağa başlamışlar. Bir müddət keçdikdən sonra onlara yaxınlaşan tanımadığı bir nəfər şəxs hind quşlarının hamısını birlikdə hansı qiymətə satdıqılarını soruşmuş, Vücad həmin şəxsə 8 ədəd hind quşunu ümumilikdə 400 manata satdığını demişdir. Həmin vaxt tanımadığı şəxs hind quşlarının hamısına birlikdə 320 manat pul verə biləcəyini bildirdikdə Vücad həmin şəxslə razılaşıb ondan 320 manat aldıqdan sonra onunla birlikdə hind quşlarını tanımadığı həmin şəxsə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli “VAZ 2106” markalı avtomibilin yük yerinə qoymuşdur. Bundan sonra həmin şəxs onlarla sağollaşıb avtomobilinə əyləşərək çıxıb getmişdir. Oğurladıqları quşların və heyvanların satışından əldə etdikləri pulları Təqsirləndirilən şəxs1 ilə birgə xərcləmişlər. Sonda Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməklə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş maddi ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində 2 azyaşlı uşağının olmasını, qardaşının “44 günlük Vətən Müharibəsi” uğrunda gedən döyüşlərdə iştirak etməklə “Qubadlının azad olunmasın görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını bildirib, barəsində həbslə əlaqədar olmayan ədalətli və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Tatyanoba kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəsinin dolanışığını təmin etmək üçün qoyunçuluqla məşğul olur. Başqa heç bir yerdə işləmir. Özünə məxsus fərdi yaşayış evinin həyətəyanı sahəsində tövləsi vardır. O, özünə məxsus 30 baş qoyununu həmin tövlədə saxlamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə keçən gecə ona məxsus tövlədən 3 baş qoyunu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Belə ki, o, xx.xx.2022ci il tarixdə qoyunlarını örüş sahəsindən evə gətirib tövləyə saldıqdan sonra yaşadığı evə getmişdir. Həmin günün səhəri xx.xx.2022-ci il tarixdə isə səhər tezdən qoyunlarını tövlədən çıxarıb örüş sahəsinə aparmaq istəyən zaman qoyunlarının sayının düz olmadığını və ona məxsus 3 baş qoyununun tövlədə olmadığını aşkar etmişdir. Həmin vaxt o, qoyunlarının örüş sahəsində otardığı zaman başqa sürüyə qarışa biləcəyini düşünüb ilk əvvəl qoyunların oğurlanmasını düşünməmiş, lakin iki gün müddətində qoyunlarının harada olması barədə yaşadığı kənddə soraqlaşsa da, 3 baş qoyununun heç bir sürüyə qarışmadığını dəqiqləşdirmiş və xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edib ona məxsus 3 baş qoyununun yaşadığı evin qarşısında olan tövlədən oğurlanması barədə məlumat vermişdir. Ona məxsus 3 baş qoyunundan biri erkək, ikisi isə dişi cinsli olmuş, həmin qoyunların üçü də ağ rəngli olmaqla hər biri 20 kq çəkidə və 270 manat dəyərində olmuşdur. 3 baş qoyunlarının oğurlanması nəticəsində ona ümumilikdə 810 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Güllütəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə yaşadığı Masallı rayonu, Güllütəpə kəndində yerləşən fərdi yaşayış evininin həyətindən ona məxsus 7 ədəd hind quşlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-yə ərizə ilə o, müraciət etmişdir. Təxminən 1 il bundan əvvəl Masallı şəhəri ərazisində yerləşən bazardan 10 ədəd hər biri 2 aylıq olan hind quşları alıb saxlamaq üçün yaşadığı evə aparmışdır. Həmin vaxt yaz ayları olduğu üçün ilk vaxtlar hind quşlarını adətən evinin həyətyanı sahəsində saxlasa da, onları müəyyən vaxtlarda həyətində olan ev quşlarını saxlamaq üçün tikdiyi hində də saxlamışdır. Həmin hind quşlarının 3 ədədi ölsə də, 7 ədədi sağ qalıb böyümüş və hər birinin diri çəkisi təxminən 5 kg olmuşdur. O, 2022-ci ilin payız aylarından etibarən isə 7 ədəd hind quşlarını mütəmadi olaraq axşam saat 20 radələrindən həyətində olan hinə salıb orada saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində də, həmişə olduğu kimi hind quşlarını yemlədikdən sonra onları fərdi yaşayış evinin həyətyanı sahəsində olan hinə salıb hinin qapısını isə qapının üzərindəki ip vasitəsi ilə bağlamışdır. Həmin günün səhəri xx.xx.2022ci il tarixdə saat 09 radələrində yuxudan oyanıb hind quşlarını hindən çıxarıb həyətyanı sahədə yemləmək üçün hinin yaxınlığına getmişdir. Həmin vaxt hinin qapısını açan zaman 7 ədəd hind quşlarının hində olmadıqlarını görmüşdür. O, həyəti gəzib hind quşlarının adətən çıxdıqları həyətdə olan ağaclara baxsa da, hind quşlarını tapa bilməmişdir. Həmin vaxt hind quşlarının oğurlana biləcəyini düşünsə də, onların hindən çıxıb özbaşına həyətyanı sahədən gedə biləcəklərini fikirləşib yaşadığı küçəyə çıxmişdır. Elə həmin vaxt qonşusu Zərərçəkmiş şəxs3 küçədə olduğunu görüb ona yaxınlaşmışdır. Həmin vaxt Asif ona həyətində yerləşən hindən 4 ədəd hind quşlarının gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, bu barədə DİN 102 zəng xidmətinə məlumat verdiyini və az sonra polis əməkdaşlarının yaşadığı evə gələcəklərini bildirmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, hind quşlarını oğurlayan şəxs və ya şəxslər elə qonşusu Asifin də hind quşlarını oğurlamışdır. Bir müddət sonra Asifin həyətinə polis əməkdaşları gəlmiş və baxış keçirmişlər. O, Asifin şikayəti əsasında Masallı RPŞ-də araşdırma aparılacağı halda onun hind quşlarını oğurlayan şəxslərin də tapılacağını fikirləşib həmin vaxt polisə bu barədə şifahi məlumat verməklə kifayətlənib ərizə ilə müraciət etmək istəmədiyini bildirmişdir. Lakin hadisədən 1 gün keçməsinə baxmayaraq, qonşusu Asifə məxsus hind quşlarını oğurlayan şəxs və ya şəxslər polis tərəfindən müəyyən edilə bilmədiyi üçün sonradan fikrini dəyişib xx.xx.2022-ci il tarixdə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə gələrək evinin həyətyanı sahəsinə baxış keçirmişlər və o, ərizə ilə Masallı RPŞ-yə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 350 manat maddi ziyan dəymişdir. Ona məxsus oğurlanmış 2 ədəd dişi cinsli, 5 ədəd erkək cinsli hind quşlarının hər biri 1 yaş, qiyməti 50 manat olmaqla, hər birinin rəngi qara və ət çəkiləri 5 kq olmuşdur. Sonda Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Güllütəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə yaşadığı Masallı rayonu, Güllütəpə kəndində yerləşən fərdi yaşayış evimin həyətində yerləşən hindən ona məxsus 4 ədəd hind quşlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə xx.xx.2022-ci il tarixdə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək və Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Özünə məxsus 4 ədəd hind quşlarını mütəmadi olaraq axşam saat 20 radələrindən yaşadığı evin həyətyanı sahəsində yerləşən ev quşları saxlamaq üçün tikdiyi hinə salıb orada saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində də həmişə olduğu kimi hind quşlarını yemlədikdən sonra onları fərdi yaşayış evinin həyətyanı sahəsində olan hinə salıb hinin qapısının dəmir keçəcəyini keçirib qapını bağlamışdır. Həmin günün səhəri xx.xx.2022-ci il tarixdə saat 09 radələrində yuxudan oyanıb hind quşlarını hindən çıxarıb həyətyanı sahədə yemləmək üçün hininin yaxınlığına getmişdir. Həmin vaxt hinin qapısını açan zaman 4 ədəd hind quşlarının hində olmadıqlarını görmüşdür. O, evin həyətini və küçəni gəzib baxsa da, hind quşlarını tapa bilməmişdir. Həmin vaxt hind quşlarının oğurlandığını başa düşüb DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Elə həmin vaxt küçədə olduğu zaman qonşusu Zərərçəkmiş şəxs2ona yaxınlaşdığını görmüşdür. O, həmin vaxt Abidə həyətində yerləşən hindən 4 ədəd hind quşlarının gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, bu barədə DİN 102 zəng xidmətinə məlumat verdiyini və az sonra polis əməkdaşlarının yaşadığı evə gələcəklərini bildirmişdir. Həmin vaxt Abid də özünə məxsus 7 ədəd hind quşlarının oğurlandığını ona demişdir. Az sonra polis əməkdaşları yaşadığı evə gəlmiş və o, hadisə yerini onlara təqdim edib Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmin vaxt Abid isə ona məxsus hind quşlarının oğurlanması barədə şifahi məlumat verməklə kifayətlənib polis əməkdaşlarına ərizə ilə müraciət etmək istəmədiyini bildirmişdir. 4 ədəd hind quşlarının oğurlanması nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Ona məxsus oğurlanmış 2 ədəd dişi cinsli, 2 ədəd erkək cinsli hind quşlarının hər biri 1 yaş, ət çəkiləri 5 kq, qiymətləri 50 manat olmaqla, ikisi boz, biri qara, biri isə sarı rəngli olmuşdur. Sonda Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Səmidxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus 25 ədəd toyuğu və 3 ədəd qazı mütəmadi olaraq axşam saat 19 radələrindən yaşadığı evin həyətyanı sahəsində yerləşən hinə salıb orada saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində də həmişə olduğu kimi toyuqlarını və qazlarını yemlədikdən sonra onları fərdi yaşayış evimin həyətyanı sahəsində olan hinə salıb daha sonra hinin qapısını bağlamışdır. Həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə saat 08 radələrində toyuqlarına və qazlarına yem vermək üçün hininin yaxınlığına getmiş, həmin vaxt hinin qapısını açan zaman 25 ədəd toyuğun və 3 ədəd qazın hində olmadıqlarını görmüşdür. O, evin həyətini və küçəni gəzib baxsa da, ev quşlarını tapa bilməmişdir. Həmin vaxt toyuqlarının və qazlarının oğurlandığını başa düşmüşdür. Lakin həmin vaxt səhhətində problemlər olduğu üçün DİN-nin 102 xidmətinə zəng edib, eləcə də, Masallı RPŞ-yə gedərək məlumat verməmişdir. Ötən müddət ərzində ev quşlarının kim və ya kimlər tərəfindən oğurlanmasını öyrənməyə çalışsa da, lakin heç bir məlumat əldə edə bilməmişdir. O, xx.xx.2023-cü il tarixdə yaşadığı Masallı rayonu Səmidxan kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən hindən 25 ədəd toyuğunun və 3 ədəd qazının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxsvə ya şəxslər tərəfindən oğurlanması barədə Masallı RPŞ-yə şikayət etmək qərarına gəlmiş və həmin tarixdə Masallı RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Ona məxsus 25 ədəd toyuğun və 3 ədəd qazın oğurlanması nəticəsində ona ümumilikdə 310 manat maddi ziyan dəymişdir. Oğurlanmış 25 ədəd toyuqlarının hər biri dişi cinsli, 1 yaşılarında, ət çəkiləri 1 kq, qiymətləri 10 manat olmaqla rəngləri sarı və ağ rəngli olmuş, ona məxsus oğurlanmış 3 ədəd qaz isə hər biri dişi cinsli, ət çəkiləri 3 kq, qiymətləri 20 manat olmaqla ağ və boz rəngli olmuşdur. Sonda Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 310 manat məbləğində maddi ziyandan 300 manatın tam şəkildə ödənildiyini, qalan 10 manat maddi ziyanı tələb etmədiyini, təqsirləndirilən şəxslərin hər ikisinə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə cəza təyini edilərkən ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan: 24 fevral 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-birlərinin üzünə qarşı ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. İfadənin yerində yoxlanılmasına dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs4 məxsus Masallı rayonu, Səmidxan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hindən 25 ədəd toyuğu və 3 ədəd qazı, Zərərçəkmiş şəxs1 məxsus Masallı rayonu, Tatyanoba kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlədən 3 baş qoyunu, Zərərçəkmiş şəxs2 məxsus Masallı rayonu, Güllütəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hindən 7 ədəd hind quşunu və Zərərçəkmiş şəxs3 məxsus Masallı rayonu, Güllütəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hindən 4 ədəd hind quşunu oğurladıqları yerləri təqdim etməklə ifadəsində qeyd edilən xüsusatları hadisə yerlərində bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs4 məxsus Masallı rayonu, Səmidxan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hindən 25 ədəd toyuğu və 3 ədəd qazı, Zərərçəkmiş şəxs1 məxsus Masallı rayonu, Tatyanoba kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlədən 3 baş qoyunu, Zərərçəkmiş şəxs2 məxsus Masallı rayonu, Güllütəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hindən 7 ədəd hind quşunu və Zərərçəkmiş şəxs3 məxsus Masallı rayonu, Güllütəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan hindən 4 ədəd hind quşunu oğurladıqları yerləri təqdim etməklə ifadəsində qeyd edilən xüsusatları hadisə yerlərində bir daha təsdiq etmişdir. "xxxx" MMC-nin 03 mart 2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakı nəticəyə gəlinmişdir:

1. Qeyd olunmuş 3 baş, ət çəkilər 20 kq olan xırda buynuzlu qoyunların bir başının qiyməti 270 manat olmaqla cəmi qiyməti 810 manatdır.

2. Qeyd olunmuş 11 ədəd orta ət çəkiləri 5 kq olan hind quşlarının bir ədədinin qiyməti 40 manat olmaqla cəmi qiyməti 440 manatdır.

3. Qeyd olunmuş 3 ədəd orta ət çəkiləri 3 kq təşkil edən ev quşu olan qazın bir ədədnin qimyəti 20 manat olmaqla cəmi qiyməti 60 manatdır.

4. Qeyd olunmuş 25 ədəd toyuğun 1 ədədinin orta qiyməti 10 manat olmaqla cəmi 250 manatdır. Qeyd: Qeyd olunmuş ev heyvan və quşlarının qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunan qiymət dəyişə bilər. Masallı Rayon İcra Hakimiyyəti başçısının Gəyəçöl kənd inziabti ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs1 Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olmaqla arvadı xx.xx.1994-cü il təvəllüdlü X4, oğlu-xx.xx.2017-ci il təvəllüdlü X9, qızı-xx.xx.2014-cü il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır, ərazidə yaşadığı müddətdə onun barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 232.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin təqdim etdiyi 10 mart 2023-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını tam çəkib qurtardığından həmin tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədə göstərilir ki, Nəbiyev X7 şəhəri, Seybətin küçəsi, ev 46-da ünvanında qeydiyyatda olmaqla arvadı-xx.xx.1984-cü il təvəllüdlü X5, oğlu-xx.xx.2006-cı il təvəllüdlü X11, oğlu-xx.xx.2010-cu il təvəllüdlü X12 və qızı-xx.xx.2013-cü il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır, son zamanlar ərazidə cəmiyyətə yaraşmayan hüquqazidd hərəkətlərə yol vermiş, onun barəsində Masallı şəhər, inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərin hər ikisinə qarşı şikayət və tələbi yoxdur, cəza təyini zamanı ərizənin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərin hər ikisinə qarşı şikayət və tələbi yoxdur, cəza təyini zamanı ərizənin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs3 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərin hər ikisinə qarşı şikayət və tələbi yoxdur, cəza təyini zamanı ərizənin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs4 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş 310 manat maddi ziyandan 300 manatı tam şəkildə ödənilmiş, 10 manat dəymiş ziyanı tələb etmir, təqsirləndirilən şəxslərin hər ikisinə qarşı şikayət və tələbi yoxdur, cəza təyini zamanı ərizənin nəzərə alınmasını xahiş edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilir ki, xx.xx.1986-cı il təvəllüdlü ehtiyatda olan çavuş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində xidmət keçmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 274 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs1 Qubadlı rayonun mühafizəsində iştirak etmiş, medal və adlarla təltif olunmamışdır. xx.xx.1996-cı il təvəllüdlü ehtiyatda olan əsgər X10 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən il tarixdə Xidmətin Masallı rayon şöbəsi tərəfindən hərbi təlim toplanışlarına çağırılaraq müvafiq hərbi hissəyə təhvil verilmiş və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidmət keçmişdir. X10 N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən Müharbəsində” iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 274 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. X10 “Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin etirafı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə onlara elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs1 Firudiin oğlu və Təqsirləndirilən şəxs2 törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 “44 günlük Vətən Müharibəsi” zamanı Qubadlı rayonun mühafizəsində iştirak etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 03 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qardaşı X3 “Vətən Müharbəsində” iştirak etməklə “Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tutularaq Masallı RPŞ-nin növbətçi hissəsinə təhvil verilmiş və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada qiymətləndirmə xərclərinə dair 30 (otuz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES0038039 **********701) köçürülməlidir. İş üzrə 1670 (bir min altı yüz yetmiş) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 03 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu 22 fevral 2023-cü il tarixindən 04 may 2023-cü il tarixədək olan 02 (iki) ay 12 (on iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 1670 (bir min altı yüz yetmiş) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada qiymətləndirmə xərclərinə dair 30 (otuz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES0038039**********701) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar