Məhkəmə qərarları › İş №1(050)-90/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-90/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-90/2025 10.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonu Türkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən qəti olaraq 2 il 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 21 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin fevral ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda saat 23 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 məxsus Masallı rayonu Türkoba kəndində yerləşən çoxmənzilli binanın birinci mərtəbəsində olan evinə yataq otağının plastik pəncərəsinin nəfəsliyini açmaq yolu ilə qanunsuz daxil olub həmin evin mətbəx otağında olan mətbəx mebelinin gözlüyündən sonuncuya məxsus bir ədəd, Türkiyə istehsalı, ağ rəngli, 300 manat dəyərində, “Geepas” markalı elektrikli ətçəkəni və dəhlizində olan bir ədəd, Türkiyə istehsalı, boz-qəhvəyi rəngli, 1,5x4 metr ölüçüdə, 450 manat dəyərində yun materialından hazırlanmış xalçanı gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 750,0 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2000-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmış şəxs olduğu halda, xx.xx.2009-cu il təvəllüdlü, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan sevgi münasibətində olduğu əmisi qızı Zərərçəkmiş şəxs1 ilə xx.xx.2025-ci il tarixdə saat 02 radələrində qohumu X4 məxsus Masallı rayonu Türkoba kəndində yerləşən çoxmənzilli binanın ikinci mərtəbəsində olan evinin qonaq otağındakı divanın üzərində onun üçün aşkar surətdə on altı yaşına çatmadığını bildiyi halda, Zərərçəkmiş şəxs1 razılığı əsasında birlikdə öpüşüb-sevişərək öz kişi cinsiyyət orqanını sonuncunun düz bağırsaq keçəcəyinə sürtüb tam ereksiya vəziyyətinə gətirib ona qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs1 düz bağırsaq keçəcəyinə daxil edib bir dəfə onunla 4-5 dəqiqə müddətində qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli hərəkətlər etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər törətdiyi oğurluq cinayətinə görə həbsdə olarkən əmisi qızı Zərərçəkmiş şəxs1 valideynləri gələcəkdə ərə verəcəkləri ilə bağlı razılaşdıqlarını eşitmişdir. Həbsdən çıxdıqdan sonra İlkinin hərbi xidmətə getdiyini və Səfurənin artıq onu sevmədiyini görmüşdür. Buna görə də 2024-cü ilin payız aylarından başlayaraq əmisi qızı Zərərçəkmiş şəxs1 ilə arasında sevgiməhəbbət münasibətləri yaranmışdır. Səfurə ilə tez-tez görüşüb danışmağa başlamışdır və gələcəkdə ailə həyatı qurmağı planlaşdırmışdır. İlkinin hərbi xidmətdən gəlməsinə az qaldığını və Səfurənin ata-anasının onu məcbur İlkinlə evləndirəcəyini hiss etdiyi üçün 2025-ci ilin fevral ayının əvvəllərində Səfurəyə onunla birlikdə qoşulub getməyini təklif etmişdir və o da buna etiraz etməyib razılaşmışdır. xx.xx.2025-ci il tarixdə gündüz vaxtı Səfurə onunla əlaqə saxlayıb anası Günəşin bacı-qardaşıyla Bakı şəhərinə gəzməyə getdiyini və onunla birlikdə qoşulub getməyə yaxşı imkanın yarandığını bildirmişdir. O, buna etiraz etməmişdir və gecə saat 23 radələrində Səfurənin yaşadığı evə gedib onu ailə qurmaq məqsədilə özü ilə aparmağına razılaşmışdır. Dayısı X1 Federasiyasında yaşadığından onun Türkoba kəndində yerləşən çoxmənzilli yaşayış binasındakı mənzilinin açarının bir nüsxəsi onda olduğundan Səfurəni müvəqqəti olaraq həmin mənzilə aparmağı düşünmüşdür. Həmin günü saat 23 radələrində Səfurənin yaşadığı evin həyətinə gedib ona zəng edib həyətdə olduğunu və həyətə düşüb gəlməsini bildirmişdir. Bundan sonra Səfurə özünə aid bir çanta geyim əşyalarını da götürüb yanına gəlmişdir və piyada birlikdə dayısı Qismətin həmin mənzilinə getmişlər. Gəldikdən təxminən yarım saatdan sonra əmisi Taryel ona zəng edib harada olduğunu soruşmüşdür. O, əmisi şübhələnməsin deyə ona yalandan çayxanada olduğunu demişdir. Buna baxmayaraq əmisi Taryel ona tez evinə gəlməyini dediyi üçün o da Səfurəni evdə tək qoyub çıxıb oraya getmişdir. Evdə Taryel ona qızı Səfurənin harasa çıxıb getdiyini və bundan xəbərinin olub-olmadığını bildirmişdir. O, əmisi Taryelə yalandan qızı Səfurənin hara və kimlə getməsindən heç bir məlumatının olmadığını demişdir. Təxminən bir saat Taryelin evində qaldıqdan sonra Səfurənin yanına geri qayıtmışdır və Səfurəyə atasının birlikdə olduqlarına şübhələndiyini demişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Taryel yenə ona zəng edib harada olduğunu soruşmuşdur və evinə təkrar gəlməyini bildirmişdir. O, Taryelə yalandan öz evində olduğunu və birazdan ora gələcəyini bildirmişdir. Sonra həyətə düşüb bir müddət binanın ətrafında gəzmişdir, lakin Taryelin evinə getməyib yenidən Səfurənin yanına qayıtmışdır. Həmin vaxtı Səfurəya nə qədər ki, atası yerlərini müəyyən edib gəlib onu aparmayıb cinsi əlaqədə olmalarını və belə olan halda onu İlkinə ərə verməyəcəklərini bildirmişdir. Səfurə ondan başqa heç kimlə ailə həyatı qurmaq istəmədiyi üçün könüllü olaraq birlikdə cinsi əlaqədə olmaqlarına razılıq vermişdir. Səfurə ona öndən təbii yolla cinsi əlaqədə olacaqları təqdirdə qızlıq pərdəsinin pozulacağını, buna görə də valideynlərindən qorxduğunu demişdir və arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. O, Səfurə ilə arxadan qeyri təbii yolla cinsi əlaqədə olmağa razılaşmışdır. Bundan sonra yəni, xx.xx.2025-ci il tarixdə saat təxminən 02 radələridə o, həmin evin qonaq otağında Səfurə ilə bir müddət öpüşüb sevişmişdir, Səfurə sonra otaqda olan divana ağzıüstə uzanıb əyinində olan şalvarı və alt paltarlarını yarıya kimi aşağı çəkmişdir. Daha sonra o, öz şalvarını açıb aşağı salıb sərtləşmiş kişi cinsiyyət orqanını Səfurənin arxa keçəcək dəliyinə, yəni düz bağırsağına iki-üç dəfə sürtərək yarıya kimi daxil edib 4-5 dəqiqə müddətində qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur və sona yaxın cinsi oraqınını çıxardıb spermasını kənara boşaltmışdır. Sonra hər ikisi ayrı-ayrı hamama girib özlərini yuyub təmizləmişdir, həmçinin o, spremanı da boşaltdığı yerdən silib tualetə atmışdır. O, heç kim şübhələnməsin deyə saat 05 radələrinə kimi dayısının evində Səfurə ilə birlikdə qalmışdır, sonra yaxınlqda yaşayan babası Şərafətin evinə gedib orada yatmışdır. Səhəri gün isə polis əməkdaşları Səfurənin onunla qoşulub getdiyini bildiklərindən gəlib onu və X10 aparmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada sübut olunmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Onun özünə məxsus Masallı rayonu Türkoba kəndində yerləşən ikimərtəbəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində iki otaqlı evi (mənzili) vardır və ara-sıra ailə üzvləri ilə birlikdə Bakı şəhərindən gəlib həmin evdə 3-4 gün qalıb geri qayıtmışdır. xx.xx.2025-ci il tarixdə o, arvadı Rövsalə ilə birlikdə Bakı şəhərindən Masallı rayonu Türkoba kəndində olan evinə gəlmişdir. Evə daxil olduqdan sonra arvadı Rövsalə evin qonaq otağına girmişdir və qonaq otağının plastik pəncərəsinin açıq olduğunu görüb bu barədə ona bildirmişdir. O, dərhal qonaq otağına gedib baxmışdır və plastik pəncərənin yarıya kimi açıldığını, əl tutacaq yerinə isə iplə keçirilib bağlandığını görmüşdür. Bundan sonra arvadı Rövsalə ilə evə kimlərinsə oğurluğa girdiyini başa düşdükləri üçün evdə olan əşyaların yerində olub-olmadığını yoxlamağa başlamışdır. Evin mətbəxinə baxan zaman mətbəx mebelinin gözlüyündə olan bir ədəd, ağ rəngli, “Geepas” markalı, 300 manat dəyərində elektrikli ətçəkənin və evin dəhlizində olan bir ədəd, Türkiyə istehsalı, boz-qəhvəyi rəngli, 450 manat dəyərində yun materialından hazırlanmış xalçanın yerində olmadığını görmüşlər. Bundan sonra arvadı Rövsalə atası Əfqan İbrahimova zəng edib baş verənlərlə bağlı məlumat vermişdir və Əfqan gəldikdən sonra isə DİN-nin 102 xidmətinə zəng edib oğurluq olduğunu demişdir. Qısa müddət sonra polis əməkdaşları evinə gəlib baxış keçirdərək ondan ərizə və izahat almışdır. O, ərizə və izahat verərkən evindən oğurluq etmiş şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olmasına şübhələndiyini bildirmişdir. Təqsirləndirilən şəxsla arasında əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq Fəryazla barışmadığını, ona dəymiş ziyanın bir qisminin ödənildiyini, dəymiş ziyanın 300 manatının ödənilməmiş qaldığını, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb etdiyini, Bakı şəhərində yaşadığını, işlədiyini və gediş-gəlişlə bağlı gələ bilmədiyini, buna maddi imkanının olmadığını qeyd edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxs barəsində qanunauyğun hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi Qanuni nümayəndənun iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2024-cü ilin payız aylarından başlayaraq əmisi oğlu Təqsirləndirilən şəxs ilə arasında sevgi-məhəbbət münasibətləri yaranmışdır. 3 ay biri-biriləri ilə danışmışlar. Fəryazla bir-birilərini sevmişdir və gələcəkdə ailə həyatı qurmağı planlaşdırmışdır. 2025-ci ilin fevral ayının əvvəllərində Fəryaz ona birlikdə qoşulub qaçmağı təklif etmişdir və o da razılaşmışdır. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olduğu zaman Fəryaz mobil telefona zəng edib ona həyətdə olduğunu demişdir. Həmin vaxtı o, zəruri geyim əşyalarını çantasına yığıb həyətə düşüb Fəryazla görüşüb piyada birlikdə Türkoba kəndində yerləşən Fəryazın X2na məxsus heç kimin yaşamadığı çoxmənzilli binanın ikinci mərtəbəsindəki mənzilə getmişdir. Həmin mənzildə olduqları zaman Fəryaz ona qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. Oda razılaşmışdır. Sonra həmin mənzilin qonaq otağında yerləşən divanda Fəryaz qeyritəbii yolla bir dəfə onunla cinsi əlaqədə olmuşdur. Səhəri gün polis əməkdaşları olduğu yeri müəyyən edib oraya gəlmişlər və onu Polis Şöbəsinə aparmışlar. Fəryazla öz razılığı əsasında könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqəda olmuş, Fəryaz onu buna məcbur etməmiş, ona qarşı hər hansı bir zor tətbiq etməmişdir. Fəryaz cinsi əlaqəda olmazdan əvvəl onun 16 yaşının tamam olmadığını bilmişdir. Valideynləri məhkəmədən nə xahiş edirsə oda olsun. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə gecə vaxtı bir həftəlik Bakı şəhərinə qonaq getmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində olduğu zaman axşam saat təxminən 23 radələrində əri ona zəng vuraraq Səfurənin evdə olmadığını, Səfurənin telefonuna zəng vurmasını bildirmişdir. Bundan sonra o, Səfurənin istifadəsində olan mobil telefonuna zəng etdikdə, həmin nömrənin bağlı, yəni söndürüldüyü məlum olmuşdur. Daha sonra o, əri Taryelə, atası Ələkbərə və anası Nigara onun Bakı şəhərindən gələnə kimi Səfurəni axtarıb tapmalarını demişdir. Bundan sonra gecədən səhərə kimi əri Taryel və valideynləri Səfurəni kənddə axtarsalar da, onun hara və kimlə getdiyini müəyyən edə bilməmişlər. Buna görə də o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhərindən Türkoba kəndindəki evinə geri qayıtmışdır. Geri qayıtdıqdan sonra qızı Səfurədən bir xəbər olub-olmadığını soruşmuşdur. Ona hər hansı bir xəbər olmadığını bildirmişlər. Qızından hər hansı bir xəbər olmadığını görüb polis şöbəsinə müraciət edərək yuxarıda qeyd etdiklərini polis əməkdaşlarına deyərək qızından heç bir xəbər olmadığını bildirmişdir. Polis əməkdaşları şübhələndiyi hər hansı bir şəxsin olub-olmamasını soruşmuşlar, o, heç kimsədən şübhələnmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları axtarışa başlamışlar və bir müddət sonra polis əməkdaşları ona yaxınlaşaraq nə baş verdiyini bildiyini bildirmişlər. O, isə polis əməkdaşlarına nə baş verdiyini bilmiş olsaydı əgər gedib uşağının əlindən tutub gətirərdi, daha polis şöbəsinə müraciət etməzdi deyə bildirmişdir. Daha sonra polis əməkdaşları Fəryazın adını çəkmişlər və onun qaldığı yeri belə bildirmişlər. O, isə heç bir şey bilmədiyini bildirmişdir. Kənd sakinlərindən İlkin adlı oğlan qızından xoşu gəldiyinə və hərbi xidmətə gedəcəyinə görə oğlanın anası ona bu barədə bildirmiş oda sadəcə qızının İlkinlə ad kimi olmasına razılaşmış, heç bir nişan və gediş-gəlişə razı olmamışdır. Qızı həmin vaxtdan İlkinlə “ad kimi” olmuş, İlkində hərbi xidmətə getmişdir. Səfurə qaçdığı gecə İlkinin anasına xəbər çatdırmışlar və İlkinin anası Fəryazdan şübhələnmişdir. Bu səbəbdən də həmin gecə Fəryazı onların evinə çağırmışlar və bu barədə Fəryazdan soruşmuşlar. Fəryazda cavabında “heç bir şey etməmişəm, o, mənim bacımdır mən elə şey edərəmmi, mən onu qaçırarammı” demişdir. Həmin vaxtı oda ev sakinlərinin biri ilə telefonda danışırmış və bu zaman Fəryaz telefonu həmin şəxsdən alıb ona “gəlin bunlara baxın bunlar yapışıblar mənim canımdan mənə belə bir söz deyirlər” demişdir. Polis şöbəsində məlumat verdikdən sonra polis əməkdaşları ona çıxıb getməsini əgər bir məlumat olarsa ona bu barədə xəbər edəcəklərini və əgər onunda nədənsə xəbəri olarsa onlara bu barədə məlumat verməsini bildirmişlər. Oda polis şöbəsindən çıxmışdır. Çıxdıqdan sonra isə evdəkilərə zəng vurub nə xəbər olduğunu soruşmuş, onlarda məlumat olduğunu evə gəlməsini bildirmişlər, o, isə onlara nə xəbər varsa ona demələrini, oda öz növbəsində bu barədə polis əməkdaşlarına məlumat verməsini bildirmişdir. Bundan sonra ona bildirmişlər ki, Fəryaz xalasına məsələ ilə bağlı və qızı harada saxlaması ilə bağlı bildirmiş, Fəryazın xalasıda onun baldızına bildirmişdir. Baldızıda zəng vurub bildirmişdir ki, qız filan yerdə ikinci mərtəbədədir. Oda bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra onun məlumatı əsasında polis əməkdaşları qızı tapıb polis şöbəsinə gətirmişlər. Oğurluqla bağlı nə cəza verilməsindən aslı olmayaraq onlarla bağlı olan işlə əlaqədar ağır cəza çəkməlidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23-24 arası olardı ki, yaşadığı evdə yatdığı zaman arvadı onu yuxudan oyatmışdır ki, qızı Günəş zəng edərək nəvələri Səfurənin evdə olmadığını, telefonuna zəng çatmadığını, gedib bunun nə məsələ olduğunu yoxlamalarını bildirmişdir. Bundan sonra o, arvadı ilə birlikdə nəvəsi Səfurənin yaşadığı atası Taryelin evinə getmişdir və Səfurənin həqiqətən evdə olmadığını görüb yeznəsi Taryel və arvadı Nigarla birlikdə onu axtarmağa başlamışlar. Səfurəni nə qədər axtarsalar da, tapa bilməmişlər. Sonra əmisi Fəryazı çağırmış bu barədə soruşmuş o, isə heç bir yeşi boynuna almamışdır. Səhər açılandan sonra Türkoba kənd ərazi nümayəndəliyinə gedib bu barədə ərazi nümayəndəsinə məlumat vermişdir. Ərazi nümayəndəsidə bu barədə polis şöbəsinə məlumat verəcəyini bildirmişdir. Sonradan onlar polis şöbəsinə getmişlər. Onlar polis şöbəsinə çatdıqdan sonra onlara qızı harada olduğunu bildiklərini bildirmişlər. Daha sonra qızıda oğlanıda Boradigah polis bölməsinə gətirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun nəvəsidi, bir yaşından etibarən Fəryaz onunla yaşayır və Fəryazın bütün təlim tərbiyəsi ilə o, məşğul olur. Masallı rayonu Türkoba kəndində yerləşən çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsində Rusiya Federasiyasında yaşayan oğlu X3 iki otaqlı mənzili vardır. Əliqismət ailəsi ilə birlikdə daimi olaraq Rsuiyada yaşadığından Türkoba kəndində olan mənzilinə nəzarət etməyi ona və nəvəsi Təqsirləndirilən şəxs tapşırmışdır. Buna görə də həmin mənzilin açarının bir nüsxəsi onda və Fəryazda vardır. Onun bu iş barəsində heç bir xəbəri olmayıb Fəryaz qızı qaçırdıqdan sonra xəbəri olmuşdur. Polislər Fəryaz ikinci dəfə apardıqları zaman hadisə ilə bağlı xəbərdar olmuşdur. Birinci dəfə ona bildirmişlər ki, polislər Fəryazı apardılar. İkinci dəfə polis əməkdaşları gəldiyi zaman isə ona qapını açmasını bildirmişlər oda qapını açmışdır. Oğlu Əliqismətin mənzilindən isə Zərərçəkmiş şəxs1 tapılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs2 və digər ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayırlar. Masallı rayonu Türkoba kəndində isə özlərinə məxsus evləri vardır. Onlar ara-sıra Bakı şəhərindən gəlib bir neçə gün həmin evdə yaşayırlar. Hər dəfə gəldikləri zaman o, ilk öncə evdə olan qapı və pəncərələri yoxlayır, çünki əvvəllər evə gəldiklər zamanların birində qapılarının açarı sınmış və onlar açarı dəyişmişlər. Həmin vaxtdanda canında qorxu qaldığından həmişə qapı və pəncərələri yoxlayır. Bu dəfədə əri Kamranla birlikdə Türkoba kəndində yerləşən evlərinə gəldikdən sonra o, pəncərələri yoxlamağa başlamış və qonaq otağının pəncərəsini yoxladığı zaman qonaq otağının pəncərəsinin açıq olduğunu və iplə bağlandığını görmüşdür. Bu zaman ərinə məlumat verərək kiminsə evə girdiyini bildirmişdir. Daha sonra evdə olan əşyalara baxmağa başlamışdır. Baxdığı zaman ilk öncə xalçanın yerində olmadığını görmüş, daha sonra mətbəxə keçmiş şkafları açmış və ətçəkən maşının yerində olmadığını görmüşdür. Bundan sonra atasına zəng vurub hadisə barədə bildirmiş, atasıda DİN-nin 102 xidmətinə zəng vurmuş və polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra isə olanlar barədə məlumat vermişlər. Hadisə ilə bağlı ilk şübhələndiyi şəxs Fəryaz olmuşdur. Çünki əvvəllərdə Fəryazın bənzər əməlləri olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun Masallı rayonu Türkoba kəndində ərzaq dükanı vardır və pulu olmayan bəzi kənd sakinlərinə nisiyə ərzaq məhsullarını satıb sonra həmin şəxslərdən pulunu geri alırmış. Masallı rayonu Türkoba kənd sakini Təqsirləndirilən şəxs da ondan nisyə ərzaq alan şəxslərdən biri olmuşdur və təxminən 2025-ci ilin yanvar ayının ortalarına kimi onun ümumilikdə dükana 120 manat borcu qalmışdır. Həmişə olduğu kimi Fəryaz yenidən dükana gəlib ondan nisyə mal istəmişdir. O, Fəryaza dükanı bağlamaq istədiyini, əgər imkan varsa 120 manat borcunu ödəməsini, ondan sonra onunla yenidən nisyə alış-veriş edəcəyini bildirmişdir. Həmin vaxtı Fəryaz ona borcunu nağd şəkildə ödəyə bilməyəcəyini, lakin evlərində bir ədəd xalça olduğunu, təxminən bir il yarım əvvəl 300 manata aldığı və həmin xalçanı gətirib ona verə biləcəyini bildirmişdir. Oda Fəryazın borcunu başqa yolla ödəyə bilməyəcəyini fikirləşib, Fəryaza gedib xalçanı gətirməsini demişdir. Fəryaz xalçanı gətirdikdən sonra o, xalçaya baxıb “bu xalça deyil axı” demişdir. Çünki Fəryazın xalça dediyi əşya təxminən 1,5 metr eni 3 metr uzunu ölçüdə olmuşdur. Sonra Fəryaz “Arif əmi bizə iş təklif olunub, mən gedib orada işləyərəm, qoy xalça qalsın sizdə pulu sizə verərəm səndə xalçanı qaytararsan mənə” demişdir. Oda razılaşmışdır. Sonradan təxminən iki həftə keçdikdən sonra məlum olmuşdur ki, qonşuda kiminsə evində oğurluq hadisəsi olmuşdur. Bundan sonra o, məsələnin nə yerdə olduğunu başa düşmüşdür. Sonradan Masallı RPŞ-dən müstəntiq ona zəng vurub ifadə verməyə dəvət etdiyi zaman o, həmin xalçanıda özü ilə aparıb müstəntiqə təhvil vermiş və ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 108 nömrəli ekspert rəyindən görünür ki, 1.vət. Zərərçəkmiş şəxs1 hər hansı bir xəsarət aşkar olunmadı. 2.vət. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır.

3. Vət. Zərərçəkmiş şəxs1 qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər (şüavari büküşlərin bir qədər hamarlaşması, düz bağırsaq girəcəyinin büzücü əzələlərinin boşalması və.s bunu sübut edir) vardır. Düz bağırsaq nahiyəsində hər hansı bir xəsarət olmadığından qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqənin müddətini müəyyən etmək mümkün deyildir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 11/136 saylı rəyindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 hadisə zamanı emosional halında hər hansı ekstremal dəyişikliklər baş verməmişdir. Zərərçəkmiş şəxs1 fərdi-psixoloji xüsusiyyətlərinə görə qarşılaşdığı situasiyadan asılı olaraq söylədiyi informasiyaları təhrif edə bilər. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilmiş hərəkətləri qavramaq və həmin hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik olmuşdur. Cinayət işində olan 18 mart 2025-ci il tarixli Cənub Qiymətləndirici MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir ki, təqdim olunmuş bir ədəd Türkiyə istehsalı, bozqəhvəyi rəngli, 1,5x4 metr ölçüdə, yun materialından hazırlanmış xalçanın qiyməti 450 manat və bir ədəd, Türkiyə istehsalı, ağ rəngli, “Geepas” markalı, elektrikli ətçəkənin qiyməti 300 manatdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(050)- 121 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 ay 19 gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 24 gün muddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 13 mart 2022-ci il tarixdən 15 mart 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 21 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan 16 mart 2025-ci il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, Şahid4 olan bir ədəd, Türkiyə istehsalı, boz-qəhvəyi rəngli, 1.5x4 metr ölçüdə, yun materialından hazırlanmış xalça maddi sübut əhəmiyyətli olduğundan Şahid4 götürülmüşdür. Cinayət işində olan 18 mart 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü geri qaytarılması haqqında qərardan görünür ki, işdə olan bir ədəd Türkiyə istehsalı, boz-qəhvəyi rəngli, 1.5x4 metr ölçüdə, yun materialından hazırlanmış xalça maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2 geri qaytarılmışdır. Cinayət işində olan Masall Rayon İcra Hakimiyyəti başçısının Masallı rayonu Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əbilov X8 rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddənin sanksiyasına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və törətdiyi cinayət əməlini etiraf etməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək cəzalar qismən birləşdirilmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-14/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 fevral 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına və məhkəmə-psixoloji ekspertizanın dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından Zərərçəkmiş şəxs2 məxsus evdən oğurlanmış bir ədəd Türkiyə istehsalı, boz-qəhvəyi rəngli, 1.5x4 metr ölçüdə, yun materialından hazırlanmış xalçanın qanuni sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın ödənilməmiş hissəsinin ödənilməsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs iş üzrə mütəxəssis rəyinin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES ******************** hesabına və məhkəmə-psixoloji ekspertizanın dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin (köçürülsün). Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus evdən oğurlanmış bir ədəd Türkiyə istehsalı, boz-qəhvəyi rəngli, 1.5x4 metr ölçüdə, yun materialından hazırlanmış xalçanın qanuni sahibinə geri qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın ödənilməmiş hissəsinin ödənilməsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar