Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-91/2023 25.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X32 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Masallı rayon vəkillər bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Masallı rayon vəkillər bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Masallı rayon vəkillər bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmələ məşğul olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, 19 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)- 9/2023 saylı, 21 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1994-cü ildə Masallı rayonunda anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, 19 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-10/2023 saylı, 21 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1996-cı ildə Masallı rayonunda anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının müddəti başa çatmış, məhkumluğu ödənilməyən, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, 20 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)- 11/2023 saylı, 21 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə daircinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq fərdi yaşayış evinin divarına bərkidilmiş 1000 manat dəyərində 01 ədəd “İmergas 32” markalı su qızıdırıcısını gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs6 məxsus həmin kənddə yerləşən iki mərtəbəli fərdi yaşayış evinə evin birinci mərtəbəsinin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan mətbəxdən 130 manat dəyərində 01 ədəd qaz piltəsini, 90 manat dəyərində 01 ədəd somavarı, yataq otağından 250 manat dəyərində “Şhivaki” markalı plazma ekran televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs5 Yusub oğluna məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq dəhlizdən 150 manat dəyərində 01 ədəd somavarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs8 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin içərisində olan hamamın qapısının yanına quraşdırılmış 130 manat dəyərində 01 ədəd elektriklə işləyən “ariston” markalı su qızdırıcısını gizli yolla talamaq məqsədi ilə borularını kəsərək çıxarmış, lakin su qızdırıcısının su ilə dolu olması və ətrafda olan itlərin hürməsi səbəbindən cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan əlavə o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini X6 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə evin ikinci mərtəbəsinin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq qardaşı Zərərçəkmiş şəxs1 məxsus evin birinci mərtəbəsində giriş qapısının sağ tərəfində quraşdırılmış 150 manat dəyərində olan 01 ədəd “Alev” markalı su qızıdırıcısını, evin birinci mərtəbəsinin qonaq otağından 750 manat dəyərində 01 ədəd “LG” markalı 107 diaqonal plazma ekran televizoru, 150 manat dəyərində 01 ədəd Sony markalı DVD aparatını və 100 manat dəyərində 01 ədəd Krosna antenasının aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs4 Dadaşəli oğluna məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə evin seyf qapısını qıfılını sındırmaq yolu ilə qanunsuz daxil olaraq evin giriş qapısının sol tərəfində quraşdırılmış 150 manat dəyərində olan 01 ədəd su qızıdırıcısını, evin yataq otağından hər biri 125 manat dəyərində olan 02 ədəd tikiş maşınlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs7 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə qapını açmaq yolu ilə qanunsuz daxil olaraq giriş qapısının qarşısından 120 manat dəyərində 01 ədəd elektriklə işləyən somavarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 120 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinin yardımçı tikilisinə qapını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1000 manat dəyərində olan 01 ədəd “Honda” markalı elektrik generatorunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq fərdi yaşayış evinin divarına bərkidilmiş 1000 manat dəyərində 01 ədəd “İmergas 32” markalı su qızıdırıcısını gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs6 məxsus həmin kənddə yerləşən iki mərtəbəli fərdi yaşayış evinə evin birinci mərtəbəsinin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan mətbəxdən 130 manat dəyərində 01 ədəd qaz piltəsini, 90 manat dəyərində 01 ədəd somavarı, yataq otağından 250 manat dəyərində “Şhivaki” markalı plazma ekran televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs5 Yusub oğluna məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq dəhlizdən 150 manat dəyərində 01 ədəd somavarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs8 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin içərisində olan hamamın qapısının yanına quraşdırılmış 130 manat dəyərində 01 ədəd elektriklə işləyən “ariston” markalı su qızdırıcısını gizli yolla talamaq məqsədi ilə borularını kəsərək çıxarmış, lakin su qızdırıcısının su ilə dolu olması və ətrafda olan itlərin hürməsi səbəbindən cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan əlavə o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini X6 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə evin ikinci mərtəbəsinin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq qardaşı Zərərçəkmiş şəxs1 məxsus evin birinci mərtəbəsində giriş qapısının sağ tərəfində quraşdırılmış 150 manat dəyərində olan 01 ədəd “Alev” markalı su qızıdırıcısını, evin birinci mərtəbəsinin qonaq otağından 750 manat dəyərində 01 ədəd “LG” markalı 107 diaqonal plazma ekran televizoru, 150 manat dəyərində 01 ədəd Sony markalı DVD aparatını və 100 manat dəyərində 01 ədəd Krosna antenasının aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs4 Dadaşəli oğluna məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə evin seyf qapısını qıfılını sındırmaq yolu ilə qanunsuz daxil olaraq evin giriş qapısının sol tərəfində quraşdırılmış 150 manat dəyərində olan 01 ədəd su qızıdırıcısını, evin yataq otağından hər biri 125 manat dəyərində olan 02 ədəd tikiş maşınlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs7 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə qapını açmaq yolu ilə qanunsuz daxil olaraq giriş qapısının qarşısından 120 manat dəyərində 01 ədəd elektriklə işləyən somavarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 120 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinin yardımçı tikilisinə qapını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1000 manat dəyərində olan 01 ədəd “Honda” markalı elektrik generatorunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs3 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq fərdi yaşayış evinin divarına bərkidilmiş 1000 manat dəyərində 01 ədəd “İmergas 32” markalı su qızıdırıcısını gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs6 məxsus həmin kənddə yerləşən iki mərtəbəli fərdi yaşayış evinə evin birinci mərtəbəsinin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan mətbəxdən 130 manat dəyərində 01 ədəd qaz piltəsini, 90 manat dəyərində 01 ədəd somavarı, yataq otağından 250 manat dəyərində “Şhivaki” markalı plazma ekran televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs5 Yusub oğluna məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq dəhlizdən 150 manat dəyərində 01 ədəd somavarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə gecə saatlarında Masallı rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs8 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin içərisində olan hamamın qapısının yanına quraşdırılmış 130 manat dəyərində 01 ədəd elektriklə işləyən “ariston” markalı su qızdırıcısını gizli yolla talamaq məqsədi ilə borularını kəsərək çıxarmış, lakin su qızdırıcısının su ilə dolu olması və ətrafda olan itlərin hürməsi səbəbindən cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, həmkəndlisi olan Təqsirləndirilən şəxs2 ilə aralarında dostluq münasibətləri var. Buna görə də rayon ərazisində mütəmadi olaraq bir yerdə olurlar, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Qəfərlə birlikdə Masallı rayonu Çaxırlı kəndində yerləşən Nazim adlı həmkəndlilərinin çayxanasında olan zaman Qəfər ona kənd ərazisində faktiki yaşayış olmayan evlərin olmasını bildiyini, həmin evlərdən müəyyən məişət əşyaları oğurlayıb satmalarını demişdir. İşsiz olduqları üçün və gündəlik tələbatların ödəyə bilmədikləri üçün o, Qəfərlə razılaşmış və həmin əşyaları Sumqayıt şəhərinə aparıb sata biləcəklərini demişdir, əvvəllər Sumqayıt şəhərində yerləşən “Köhnə Şərq Bazarı”da santexnik işləmişdir. Sumqayıt şəhərində yaşayan əmisi X8 həmin “Köhnə Şərq bazarı”da işlənmiş məişət əşyalarının alqı-satqısı ilə məşğul olur. Həmçinin həmin bazarda Masallı rayonu Böyük Xocavar kəndindən olan tanıdığı Raci adlı şəxs də eyni qaydada işlənmiş məişət əşyalarının satışı ilə məşğul olur. Buna görə də oğurlayacaqları əşyaları aparıb sata biləcəkllərini bildirmişdir. Onlar kafedə olan zaman digər həmkəndliləri Mehrab da onların yanına gəlmişdir. Mehraba da oğurluq etmək qərarına gəldiklərini bildirdikdən sonra o, da onlarla oğurluq etmək istədiyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Masallı rayonu, Çaxırlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs3un yaşayış olmayan evinin yanına getmişlər. Əvvəllər həmin evdə Qədirin bacısı Məhluqə öz ailəsi ilə yaşayırmış. Evin həyətyani sahəsinə bayır tərəfdən çatdıqdan sonra mişar daşlarından inşa edilmiş hasardan aşaraq həyətə daxil olmuşlar. Həyəti axtardıqları zaman evin divarına birləşdirilmiş halda “İmergas" markalı kombinin olduğunu görmüşlər. Onlar kombini divardan sökmək istəsələr də kombi kauçuk borulara birləşdirildiyi üçün sökə bilməmişlər. Həmin vaxt Qəfər onların yanından gedərək həmin boruları açmaq üçün açar gətirmiş və onlar birlikdə kombini sökdükdən sonra onu stadionun yaxınlığında həmkəndliləri Əjdər Əmənova məxsus yarım tikilinin içinə apararaq orada gizlətmişlər. Bundan sonra Qəfərə məxsus ağ rəngli Vaz 2106 markalı **-CE-*** dovlət qeydiyyat nömrə nişanlı avtomaşına əyləşib kənd ərazisində yerləşən poçtun binasının yaxınlığına gəlmişlər. Qəfər maşını orada saxladıqdan sonra Mehrab və Qəfərlə birlikdə kəndlərinin ərazisində yerləşən mərhum Fərəcullanın evinin həyətinin yaxınlığına getmişlər. Evin daş hasarını aşdıqdan sonra Qəfər evin sağ hissəsində olan mətbəx otağının pəncərəsini açmış və onlar evə daxil olmuşlar. Həmin vaxt evdən 1 ədəd somavar, 1 ədəd markasını bilmədiyi televizor və 1 ədəd təbii qazla işləyən 4 gözlü qaz piltəsini götürüb həmin yeri tərk edib Fərəcullagil ilə qonşuluqda yerləşən həmkəndliləri Zərərçəkmiş şəxs7 yaşayış olmayan evinin setkadan ibarət olan həyətinə yığmışlar. Bundan sonra Mehrab və Qəfərlə birlikdə həmkəndliləri Zərərçəkmiş şəxs5 Yusub oğlunun yaşayış olmayan fərdi yaşayış evinin daş hasarından aşıb həyətə daxil olmuşlar. Qəfər evin birinci mərtəbəsində olan pəncərəni açmış və onlar pəncərədən evə daxil olmuşlar. Həmin vaxt oradan bir ədəd somavar götürüb həmin yeri terk edib həmin əşyanı da Zərərçəkmiş şəxs7 yaşayış olmayan evinin həyətinə gətirmişlər. Bundan sonra Qəfər onlara “siz burada qalın, mən gedib maşınımı götürüb gəlim” demişdir. Təxminən 10 dəqiqə sonra Qəfər Vaz 2106 markalı avtomaşını ilə birlikdə Zərərçəkmiş şəxs7 evinin qarşısında olan küçəyə gəlmişdir. Bundan sonra həyətdə topladıqları 2 ədəd somavar, 1 ədəd markasını bilmədiyi televizor və 1 ədəd təbii qazla işləyən 4 gözlü qaz piltəsini götürüb Qǝfərə məxsus avtomaşına yığıb həmin avtomaşına əyləşmişlər. Bundan sonra Qəfərin maşını ilə həmkəndliləri Məğrurun evinin həyətinə getmişlər. Orada Mehrab küçədə gedib-gələnləri güdməyə başlamışdır. O, Qəfərlə birlikdə Məğrurun yaşayış olmayan evinin qarşı hissəsində olan pəncərəni açmış və Qəfərlə birlikdə evə daxil olmuşlar. Bundan sonra evin içərisində olan hamamın giriş qapısının yanına quraşdırılmış ariston aparatını görüb həmin ariston aparatını sökmək qərarına gəlmişlər. Buna görə də aristonun borularını dartıb yerindən çıxarmışlar. Lakin aristonun içərisində su qaldığı və arsiton ağır olduğu üçün aristonu oğurlaya bilməmişlər. Həmçinin ətrafda olan kənd itləri hürdüyünə görə evdən hər hansı bir əşya götürmədən çıxmışlar. Bundan sonra Mehrab və Qəfərlə birlikdə Qəfərin idarə etdiyi avtomaşınla Əjdər Əmənovun yarımtikilisinin yanına getmişlər və orada saxladıqları "İmergas 32” markalı kombini Qəfərin idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar. Qəfər avtomobili ilə onu yaşadığı evə apararkən, Mehrab mərhum Fərəcullanın evindən oğurladıqları 1 ədəd markasını bilmədiyi televizoru istədiyi üçün onlar televizoru Mehraba vermişlər və o yaşadığı evə getmişdir. Aralarında olan razılığa əsasən taksi fəaliyyəti ilə məşğul olan həmkəndliləri Osmana zəng edib onun avtomobili ilə oğurladıqları əşyaları Sumqayıt şəhərinə aparmalı imişlər. Lakin Osmana gecə saatlarında nə qədər zəng etsələr də ona zəng çatmamışdır. Buna görə də Mehrabı Osmangilə göndərib yalandan övladının xəstə olmasını və təcili Bakı şəhərinə getməli olmasını deməsini bildirmişlər. X29 gedib onu çağırmasına baxmayaraq Osmanın atası Mehrabı qovduğu üçün məcbur səhərin açılmasını gözləməli olmuşlar. Gecə saatlarında anası oyaq olduğu üçün o evdən çıxa bilməmişdir. Qəfər isə oğurladıqları əşyalarla birlikdə Cəilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən "Yamal" restoranının yanına gedib onu gözləyirmiş. Bundan sonra onlar gecə saatlarında həmkəndliləri Osmana məxsus mobil telefon nömrəsinə dəfələrə zəng etsələr də, zəng çatmamışdır. Səhər saat təxminən 09 radələrində həmkəndlisi Osman ona zəng edib Qəfərin ona zəng etməsini və Sumqayıt şəhərinə müxtəlif əşyalar satmaq üçün aparacaqlarını dediyini bildirib onun harada olmağını soruşmuşdur. O isə Osmana evdə olduğunu bildirib yola çıxacağını, onu yoldan götürməsini və birlikdə getmələrini demişdir. Bundan sonra o kənd yoluna çıxmış və Osman yanına gələrək onu yoldan götürmüşdür. Onlar birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən "Yamal" restoranının yanına getmişlər. Ora çatdıqdan sonra Qəfərin avtomobilinin yük yerində olan 2 ədəd somavarı, 1 ədəd "İmergas 32" markalı kombini və 1 ədəd təbii qazla işləyən 4 gözlü qaz piltəsini götürüb Osmanın idarə etdiyi "Kia" markalı avtomobilin yük yerinə yığmışlar. Osmanın onları aparmaqdan imtina etməməsi üçün ona həmin əşyaları haradan əldə etdiklərini bildirməmişlər. Bundan sonra oğurladıqları əşyaları Osmanın idarə etdiyi maşını ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Köhnə Şərq Bazarı" na aparmışlar. Həmin vaxt əmisi Fikrət Masallı rayonunda yas mərasimində imiş. Buna görə də "Köhnə Şərq Bazarı"na apardıqları 2 ədəd somavar, 1 ədəd "İmergas 32" markalı kombi və 1 ədəd təbii qazla işləyən 4 gözlü qaz piltəsini əmisi oğlu X3 göstərmişlər. Hikmət həmin əşyalara ümumilikdə 350 manat pul verə biləcəyini dedikdən sonra onlar etiraz etmişlər və aralarında bir qədər söhbətləşdikdən sonra Hikmət həmin əşyaları ümumilikdə 400 manata onlardan almışdır. Həmin gün təxminən saat 19 radələrində Osmanın idarə etdiyi avtomaşınla Cəlilabad rayonu, Göytəpə şəhəri ərarazisində yerləşən "Yamal" restoranının yanına gəlmişlər. Orada Qəfərlə birlikdə Osmanın avtomobilindən düşüb Qəfərin idarə etdiyi maşına əyləşib Masallı rayonu, Çaxırlı kəndinə qayıtmışlar. Həmin 400 manat pulun 100 manatını Osmana yol haqqı kimi, 50 manatını isə Mehraba düşən pay kimi vermişlər. 250 manat pulu isə Qəfərlə özləri bölmüşlər. Əldə etdikləri pulu xərclədikdən üç gün sonra isə Qəfərlə ikisi oğurluq etmək qərarına gəlmişlər. Belə ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində Qəfərlə birlikdə həmkəndliləri X4 həyət qapısından həyətə daxil olub evin çöl hissəsinə quraşdırılmış dəmir pilləkən ilə evin ikinci mərtəbəsinə qalxmışlar. Qəfər ikinci mərtəbədə olan pəncərənin şüşəsini sındırmışdır. Bundan sonra Qəfərlə birlikdə pəncərədən evin ikinci mərtəbəsinə daxil olub oradan evin birinci mərtəbəsinə düşmüşlər. Evin birinci mərtəbəsindən 1 ədəd "LG" markalı televizoru, 1 ədəd "DVD, 1 ədəd Krosna antenasının "Anten box” pristafkasını ve 1 ədəd divara birləşdirilmiş qazla işləyən su qızdırıcısını divardan söküb götürmüşlər. Bundan sonra evin birinci mərtəbəsində giriş qapısını açıb bayıra çıxaraq oğurladıqları əşyaları həyətə yığmışlar. Daha sonra Qəfərlə birlikdə qonşuluqda yaşayan Qəribəli adlı şəxsin vəfat etmiş bacısına məxsus olmuş evinə getmişlər. Evin həyət hasarı və həyət qapısı dəmir şiferdən ibarət imiş, onlar həyət qapısını əlləri ilə itələmişlər və qapı açıldıqdan sonra həyətə daxil olmuşlar. Bundan sonra Qəfərlə birlikdə evə doğru yaxınlaşmışlar. Qəfər evin seyf qapısının qıfılını sındırmış və onlar evə daxil olmuşlar. Həmin vaxt evdən 2 ədəd paltar tikən maşını və giriş qapısının sol yan tərəfində quraşdırılmış 1 ədəd qazla işləyən su qızdırıcısını oğurlayıb evi tərk etmişlər. Oğurladıqları əşyaları evin dəmirdən olan həyət hasarının yanına gətirib yığmışlar. Bundan sonra Qəfərlə birlikdə Qəribəlinin mərhum bacısının evinin həyətindən çıxıb həmkəndilləri Zərərçəkmiş şəxs7 məxsus yaşayış olmayan fərdi yaşayış evinə getmişlər. Evin həyətyanı sahəsinin setka hasarından həyətə daxil olub evə doğru yaxınlaşmışlar. Həmin vaxt o evin sağ tərəfində yerləşən qapını təpiklə vurub açmışdır. Bundan sonra Qəfərlə birlikdə evə daxil olmuşlar. Həmin qapıdan evə daxil olan zaman qapının yanında 1 ədəd elektiriklə işləyən somavarı görmüşlər və həmin samovarı götürüb həyətin setka hasarının yaxınlığına gətirib qoymuşlar. Bundan sonra Qəfərlə birlikdə həmkəndliləri Ziyafətin yaşadığı evinə doğru getmişlər. Ziyafətin evinin həyətinə daxil olduqdan sonra evin arxa hissəsində olan yardımçı tikiliyə daxil olub oradan 1 ədəd generatoru oğurlayıb generatoru yola tərəf gətirmişlər. Bundan sonra Qəfər kəndin mərkəzində yolun kənarında saxladığı avtomobili götürüb gəldikdən sonra onlar oğurladıqları həmin əşyaları saxladıqları yerlərdən Qəfərin avtomobilinə yığaraq avtomobil ilə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən "Yamal" restoranının yanına getmişlər. Gecə saatlarından başlayaraq onları Sumqayıt şəhərinə aparması üçün həmkəndliləri Osmana nə qədər zəng etsələr də onun telefonuna zəng çatmamışdır. Səhər saatlarında isə Osmanın telefonu açmasını görüb özləri Osmana zəng etmişlər və onları yenidən Sumqayıt şəhərinə aparmasını deyib Cəlilabad rayonu Göytəpə şəhərində birinci dəfə əşyaları götürdüyü yerdə gözlədiklərini demişlər. Saat təxminən 11 radələrində Osman idarə etdiyi "Kia" markalı avtomaşını ilə "Yamal restoranın yanına gəlmişdir. Orada Qəfərin avtomobilinin yük yerində olan əşyaları götürüb Osmanın idarə etdiyi "Kia" markalı avtomobilinin yük yerinə yığmışlar. Lakin oğurladıqları əşyalardan 1 ədəd DVD aparatını və 1 ədəd krosna antenasının "Anten box” pristafkasının satılmaycağını düşündükləri üçün Qəfərin maşınında saxlamışlar. Bundan sonra Osmanın idarə etdiyi maşınla oğurladıqları 1 ədəd "LG" markalı televizoru, 2 ədəd qazla işləyən su qızdırıcısını, 2 ədəd paltar tikən maşını, 1 ədəd elektiriklə işləyən somavarı və 1 ədəd elektrik genetratorunu yenə də Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Köhnə şərq bazarı”na aparmışlar. Bu dəfə gətirdikləri əşyaları həmin bazarda köhnə əşyaların alqı-satqısı ilə məşğul olan Masallı rayonundan olan Şahid1 göstərmişlər. Raci isə həmin əşyaların hamısına ümumilikdə 150 manat pul verəcəyini desə də onlar Raci ilə əşyaların hamısı üçün 200 manata razılaşmışlar və 200 manatı ondan alıb geri qayıtmışlar. Həmin puldan isə Osmana yol haqqı kimi 70 manat pul vermişlər, qalan 130 manat pulu isə Qəfərlə öz aralarında bölmüşlər. Təqsirləndirilən şəxs1 məhkəmədə sərbəst ifadəsinin davamında bildirdi ki, Mehrab və Qəfəri cinayət əməli törətməyə o, sövq etmişdir. Cinayət yolu ilə əldə etdikləri pulu Qəfərlə aralarında bölmüşlər, həmin puldan Təqsirləndirilən şəxs3 verməmişlər. Törətdiyi cinayət əməllərindən peşmandır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdi və əlavə olaraq ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində ona məxsus olan Vaz 2106 markalı **-CE-*** dovlət qeydiyyat nişanlı avtomaşınla Elton və Mehrabla birlikdə Masallı rayonu, Çaxırlı kəndi ərazisində Zərərçəkmiş şəxs3un yaşayış olmayan evinin yanına gedib hasardan aşaraq həyətə daxil olmuşlar. Həyəti axtardıqları zaman evin divarına birləşdirilmiş halda “İmergas 32" markalı kombinin olduğunu görmüşlər. Onlar kombini divardan sökmək istəsələr də kombi kauçuk borulara birləşdirildiyi üçün sökə bilməmişlər. O, maşından boruları açmaq üçün açar gətirmiş və onlar birlikdə kombini sökdükdən sonra stadionun yaxınlığında həmkəndliləri Əjdər Əmənova məxsus yarı tikilinin içinə apararaq orada gizlətmişlər. Bundan sonra ona məxsus ağ rəngli Vaz 2106 markalı **-CE-*** dovlət qeydiyyat nişanlı avtomaşına əyləşib kənd ərazisində yerləşən poçtun binasının yaxınlığına gəlmişlər. O, maşını orada saxladıqdan sonra Mehrab və Eltonla birlikdə kəndlərinin ərazisində yerləşən mərhum Fərəcullanın evinin həyətinin yaxınlığına getmişlər. Daş hasarı aşdıqdan sonra o evin sağ hissəsində olan mətbəx otağının pəncərəsini açmış və onlar evə daxil olmuşlar. Həmin vaxt evdən 1 ədəd somavar, 1 ədəd markasını bilmədiyi televizor və 1 ədəd təbii qazla işləyən 4 gözlü qaz piltəsini götürüb həmin yeri tərk edib qonşuluqda yaşayan Zərərçəkmiş şəxs7 məxsus yaşayış olmayan evinin hayətinə yığmışlar. Bundan sonra həmin günü Mehrab və Eltonla birlikdə həmkəndliləri Zərərçəkmiş şəxs5 Yusub oğlunun yaşayış olmayan evinin daş hasarından aşıb həyətə daxil olmuşlar. O, evin birinci mərtəbəsində olan pəncərəni açmış və onlar evə daxil olmuşlar. Həmin vaxt oradan bir ədəd somavar götürüb həmin yeri tərk edib həmin əşyanı da Zərərçəkmiş şəxs7 yaşayış olmayan evinin həyətinə gətirmişlər. Bundan sonra o Eltongilə gözləmələrini gedib maşını gətirəcəyini demişdir. O, maşını gətirdikdən sonra həyətdə topladıqları 2 ədəd somavar, 1 ədəd markasını bilmədiyi televizor və 1 ədəd təbii qazla işləyən 4 gözlü qaz piltəsini götürüb maşına yığıb maşınla həmkəndliləri Məğrurun evinin həyətinə getmişlər. Mehrab küçədə gedib-gələnləri güdməyə başlamış, o isə Eltonla birlikdə Məğrurun yaşayış olmayan evinin qarşı hissəsində olan pəncərəni açmış və Eltonla birlikdə evə daxil olmuşlar. Bundan sonra evin içərisində olan hamamın giriş qapısının yanına quraşdırılmış ariston aparatını sökmək qərarına gəlmişlər. Buna görə də aristonun borularını dartıb yerindən çıxarmışlar. Lakin aristonun içərisində su qaldığı və arsiton ağır olduğu üçün aristonu oğurlaya bilməmişlər. Həmçinin ətrafda olan kənd itləri hürdüyünə görə evdən hər hansı bir əşya götürmədən çıxmışlar. Bundan sonra Mehrab və Eltonla birlikdə onun idarə etdiyi avtomaşınla Əjdər Əmənovun yarımtikilisinin yanına getmişlər və orada saxladıqları "İmergas 32” markalı kombini Qəfərin idarə etdiyi avtomobilinin yük yerinə qoymuşlar. Bundan sonra avtomobil ilə Eltonu yaşadığı evə apararkən, Mehrab mərhum Fərəcullanın evindən oğurladıqıları 1 ədəd markasını bilmədiyi televizoru istədiyi üçün onlar həmin televizoru Mehraba vermişlər, o, isə Eltonu paltarını dəyişməsi üçün evlərində düşürtmüşdür. Aralarında olan razılığa əsasən taksi fəaliyyəti ilə məşğul olan həmkəndliləri Osmana zəng edib onun avtomobili ilə oğurladıqları əşyaları Sumqayıt şəhərinə aparmalı imişlər. Lakin Osmana gecə saatlarında nə qədər zəng etsələr də ona zəng çatmamışdır. Buna görə də Mehrabı Osmangilə göndərib övladının xəstə olmasını və təcili Bakı şəhərinə getməli olmasını deməsini bildirmişlər. X29 gedib onu çağırmasına baxmayaraq Osmanın atası Mehrabı qovduğu üçün məcbur səhərin açılmasını gözləməli olmuşlar. Elton gecə evdən çıxa bilmədiyi üçün o Mehrabı evlərinə düşürüb oğurladıqları əşyalarla birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən "Yamal" restoranının yanına gedib Eltonu gözləməli olmuşdur. Bundan sonra onlar gecə saatlarında həmkəndliləri Osmana məxsus mobil telefon nömrəsinə dəfələrə zəng etsələr də Osmana məxsus mobil telefon nömrəsinə zəng çatmamışdır. Səhər saat təxminən 09 radərində Osmanın nömrəsinə zəng çatdıqdan sonra ona təcili Eltonu götürüb Göytəpə şəhərinə gəlməsini, onun maşını ilə Bakı şəhərinə əşya aparacaqlarını demişdir. Bundan sonra Osman Eltonla birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən "Yamal" restoranının yanına gəlmişdir. Orada onun avtomobilinin yük yerində olan 2 ədəd somavar, 1 ədəd "İmergas 32" markalı kombini və 1 ədəd təbii qazla işləyən 4 gözlü qaz piltəsini götürüb Osmanın idarə etdiyi "Kia" markalı avtomobilin yük yerinə yığmışlar. Lakin Osmana həmin əşyları haradan əldə etdiklərini bildirməmişlər. Bundan sonra Osmanın idarə etdiyi maşınla Eltonla birlikdə həmin əşyaları Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən "Köhnə Şərq Bazarı"na aparmışlar. Həmin vaxt Eltonun əmisi Fikrət Masallı rayonunda imiş. Buna görə də gətirdikləri avtomobilin yük yerində olan 2 ədəd somavar, bir ədəd "İmergas 32" markalı kombini və 1 ədəd təbii qazla işləyən 4 gözlü qaz piltəsini Eltonun əmisi oğlu X3 400 manata satmışlar. Həmin gün təxminən saat 19 radələrində Osmanın idarə etdiyi avtomaşınla Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən "Yamal" restoranının yanına gəlmişlər. Oradan isə ona məxsus maşınla birlikdə Masallı rayonu Çaxırlı kəndinə qayıtmışlar. Həmin 400 manat pulun 100 manatını Osmana yol haqqı kimi, 50 manatını isə Mehraba ona düşən pay kimi vermişlər. 250 manat pulu isə Eltonla bölmüşlər. Bundan üç gün sonra isə Eltonla ikisi də oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində Eltonla birlikdə həmkəndliləri X4 yaşayış olmayan evinin qarşısında olan küçəyə getmişlər və orada həyət qapısından həyətə daxil olub evin çöl hissəsinə quraşdırılmış dəmir pilləkən ilə evin ikinci mərtəbəsinə qalxmışlar. O, ikinci mərtəbədə olan pəncərənin şüşəsini sındırmış və birlikdə evin ikinci mərtəbəsinə daxil olub oradan evin birinci mərtəbəsinə düşmüşlər. Evin birinci mərtəbəsindən 1 ədəd "LG" markalı televizoru, 1 ədəd "DVD, 1 ədəd Krosna antenasının "Anten box” pristafkasını və 1 ədəd divara birləşdirilmiş qazla işləyən su qızdırıcısını divardan söküb götürmüşlər. Bundan sonra evin birinci mərtəbəsində giriş qapısını açıb oğurladıqları əşyaları həyətə yığmışlar. Daha sonra Eltonla birlikdə qonşuluqda yaşayan Qəribəli adlı şəxsin vəfat etmiş bacısına məxsus olmuş evinin həyətinin giriş qapısının yanına getmişlər. Orada həyətin şiferdən ibarət həyət hasarından həyətə daxil olub evə yaxınlaşmışlar. O, evin seyf qapısının qıfılını sındırmış və onlar evə daxil olmuşlar. Həmin vaxt evdən 2 ədəd paltar tikən maşın və 1 ədəd qazla işləyən su qızdırıcısını oğurlayıb həmin evi tərk etmişlər. Oğurladıqları əşyaları evin dəmirdən olan həyət hasarının yanına yığmışlar. Bundan sonra Eltonla birlikdə həmkənililəri Zərərçəkmiş şəxs7 məxsus yaşayış olmayan fərdi yaşayış evinə getmişlər. Evin həyətyanı sahəsinin setka hasarından həyətə daxil olub evə yaxınlaşmışlar. Həmin vaxt Elton evin sağ tərəfində yerləşən qapını təpiklə vurub açmışdır. Bundan sonra birlikdə evə daxil olmuşlar və oradan elektiriklə işləyən 1 ədəd somavarı götürüb həyətin setka hasarının yaxınlığına gətirmişlər. Bundan sonra Eltonla birlikdə həmkəndliləri Ziyafətin yaşadığı evin həyətinə daxil olduq. Evin arxa hissəsində olan yardımçı tikiliyə daxil olub oradan 1 ədəd elektrik generatorunu oğurlayıb həmin yeri terk etmişlər. Bundan sonra o kəndin mərkəzində yolun kənarında saxladığı avtomobili götürüb gəldikdən sonra onlar oğurladıqıları həmin əşyaları qoyduqları yerlərdən onun avtomobilinə yığaraq Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən "Yamal" restoranının yanına getmişlər. Gecə saatlarından başlayaraq onları Sumqayıt şəhərinə aparması üçün həmkəndliləri Osmana nə qədər zəng etsələr də onun telefonuna zəng çatmamışdır. Səhər saatlarında isə Osmanın telefonu açmasını görüb özləri ona zəng etmişlər və onları yenidən Sumqayıt şəhərinə aparmasını deyib Cəlilabad rayonu Göytəpə şəhərində birinci dəfə əşyaları götürdüyü yerdə gözlədiklərini demişlər. Saat təxminən 11 radələrində Osman idarə etdiyi "Kia" markalı avtomaşını ilə "Yamal restoranının yanına gəlmişdir. Orada onun avtomobilinin yük yerində olan 1 ədəd "LG" markalı televizoru, 2 ədəd qazla işləyən su qızdırıcısını, 2 ədəd paltar tikən maşını, 1 ədəd elektriklə işləyən somavarı və 1 ədəd elektrik generatorunu götürüb Osmanın idarə etdiyi "Kia" markalı avtomobilinin yük yerinə yığmışlar. Lakin oğurladıqları əşyalardan 1 ədəd DVD aparatını və 1 ədəd krosna antenasının "Anten box” pristafkasını satılamaycağını düşündükləri üçün həmin əşyaları maşınında saxlamışdır. Bundan sonra Osmanın idarə etdiyi maşınla oğurladıqları əşyaları Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Köhnə şərq bazarı”na aparmışlar. Bu dəfə gətirdikləri əşyaları həmin bazarda köhnə əşyaların alqı-satqısı ilə məşğul olan Masallı rayonundan olan Şahid1 göstərmişlər. Raci isə həmin əşyaların hamısına ümumilikdə 150 manat pul verəcəyini desə də onlar onunla 200 manata razılaşmışlar və 200 manatı ondan alıb geri qayıtmışlar. Həmin puldan isə Osmana yol haqqı kimi 70 manat pul vermişlər. Qalan 130 manat pulu isə Eltonla öz aralarında bölmüşlər. Avtomobilində qalan 1 ədəd DVD aparatını və 1 ədəd krosna antenasının "Anten box” pristafkasını isə bir neçə gün sonra Masallı rayonu ərazisində xatırlamadığı yerdə yolun kənarına atmışdır, cinayət yolu ilə əladə edilmiş pulları Eltonla birlikdə bölmüşlər, həmin puldan Təqsirləndirilən şəxs3 verməmişlər. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini və himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, hər hansı bir işlə məşğul olmamış, xx.xx.2022-ci il tarixdə axşam saatlarında kənd ərizində yerləşən Nazim adlı şəxsin çayxanasına gedən zaman həmkəndliləri və münasibəti olduğu Qəfərlə Eltonun çayxanada olmasını görmüş, onlarla salamlaşıb əyləşdikləri masada əyləşmişdir. Həmin vaxt Eltongil ona kənd ərizində boş evlərdən oğurluq etmək istədiklərini bildirib onlarla getmək istəyib istəmədiyini soruşmuşlar, o, isə onlara razılıq verdikdən sonra Elton və Qəfərlə birlikdə Masallı rayonu, Çaxırlı kəndi ərazisində Zərərçəkmiş şəxs3 məxsus yaşayış olmayan evinin yanına getmişlər. Həmin evdə uzun müddət əvvəl Qədirin bacısı Məhluqə Qədirova öz ailəsi ilə yaşamışdır. Lakin həmin evdə hazırda yaşayış olmamasını əvvəlcədən bilirmişlər. Hasardan aşaraq Məhluqənin həyətinə daxil olmuşlar. Həyəti axtardıqları zaman evin divarına birləşdirilmiş halda “İmergas 32" markalı kombinin olduğunu görmülər. Onlar kombini divardan sökmək istəsələr də kombi kauçuk borulara birləşdirildiyi üçün sökə bilməmişlər. Həmin vaxt Qəfər onların yanından gedərək həmin boruları açmaq üçün açar gətirmiş və Elton kombini sökdükdən sonra kombini götürüb kənd ərazisində yerləşən stadionun yaxınlığında həmkəndliləri Əjdər Əmənova məxsus yarımtikilinin içinə apararaq orada gizlətmişlər. Bundan sonra Qəfərə məxsus ağ rəngli Vaz 2106 markalı **-CE-*** dovlət qeydiyyat nişanlı avtomaşına əyləşib kənd ərazisində yerləşən poçtun binasının yaxınlığına gəlmişlər. Qəfər maşını orada saxladıqdan sonra Elton və Qəfərlə birlikdə kəndlərinin ərazisində yerləşən mərhum Fərəcullanın evinin həyətinin yaxınlığına getmişlər. Evin həyətinin mişar daşlarından inşa edilmiş daş hasarını aşdıqdan sonra Qəfər evin sağ hissəsində olan mətbəx otağının pəncərəsini açmış və onlar evə daxil olmuşlar. Həmin vaxt evdən 1 ədəd somavar, 1 ədəd markasını bilmədiyi televizor və 1 ədəd təbii qazla işləyən 4 gözlü qaz piltəsini götürüb həmin yeri tərk edib qonşuluqda yaşayan Zərərçəkmiş şəxs7 yaşayış olmayan evinin hayətinə yığmışlar. Bundan sonra Elton və Qəfərlə birlikdə kəndlərinin ərazisində yerləşən Zərərçəkmiş şəxs5 Yusub oğlunun yaşayış olmayan evinin kənarında olan daş hasardan aşıb həyətə daxil olmuşlar. Qəfər evin birinci mərtəbəsində olan pəncərəni açmış və evə daxil olmuşlar. Həmin vaxt oradan bir ədəd somavar götürüb həmin somavarı da Zərərçəkmiş şəxs7 yaşayış evinin həyətinə yığdıqları digər əşyaların yanına gətirib qoymuşlar. Bundan sonra Qəfər onlara demişdir ki, “siz burada qalın, mən gedib maşınımı götürüb gəlim”. Təxminən 10 dəqiqə sonra Qəfər Vaz 2106 markalı avtomaşını ilə birlikdə Zərərçəkmiş şəxs7 evinin qarşısında olan küçəyə gəlmişdir. Bundan sonra həyətdə topladıqları 2 ədəd somavar, 1 ədəd markasını bilmədiyi televizor və 1 ədəd təbii qazla işləyən 4 gözlü qaz piltəsini götürüb Qǝfərə məxsus avtomaşına yığıb hamin avtomaşına əyləşmişlər. Bundan sonra Qəfərin maşını ilə həmkəndliləri Məğrurun evinin həyətinə getmişlər. Orada o küçədə avtomobildən düşüb gedib-gələnləri güdməyə başlamışdır. Elton Qəfərlə birlikdə Məğrurun yaşayış olmayan evinə girmişlər. Lakin bir qədər sonra evdən bayıra çıxaraq evdə olan aristonun ağır olmasına görə onu götürə bilmədiklərini demişlər. Bundan sonra o Elton və Qəfərlə birlikdə Qəfərin idarə etdiyi avtomaşınla Əjdər Əmənovun yarımtikilisinin yanına getmişlər və orada gizlətdikləri “İmergas 32” markalı kombini Qəfərin idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar. Qəfər avtomobili ilə Eltonu yaşadığı evə apararkən, Elton mərhum Fərəcullanın evindən oğurladıqları 1 ədəd markasını bilmədiyi televizoru istifadə etməyi üçün ona vermişdir. Daha sonra onlar Eltonu paltarını dəyişməsi üçün yaşadığı evə qoymuşlar. Aralarında olan razılığa əsasən Eltonla Qəfər oğurladıqları əşyaları satmalı imişlər. Buna görə də taksi fəaliyyəti ilə məşğul olan həmkəndliləri Osmana zəng edib onun avtomobili ilə oğurladıqları əşyaları Sumqayıt şəhərinə aparmalı imişlər. Lakin Osmana gecə saatlarında nə qədər zəng etsələr də ona zəng çatmamışdır. Buna görə də o Osmanı çağırmaq üçün onlara getmişdir. Osmanı bir qədər çağırdıqdan sonra Osmanın atası bayıra çıxmış və o Osmanın atasına yalandan övladının xəstə olmasını bildirib Osmanın maşını ilə övladını Bakı şəhərinə aparmağını xahiş etmişdir. Lakin Osmanın atası gecə saatları olmasını bildirib onu qovmuşdur. Bundan sonra Qəfər onu evdə qoyduqdan sonra çıxıb getmişdir. Növbəti gün isə X35 adlı həmkəndlilərinin Kia markalı avtomobili ilə oğurladıqları əşyaları Sumqayıt şəhərində satıb qayıtdıqdan sonra axşam saatlarında kənd ərazisində görüşmüşlər. Qğurladıqları əşyalar satılmış, lakin həmin əşyaların satılması nəticəsində əldə edilmiş puldan Eltan və Qəfər ona verməmişlər. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində üç nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhərində yaşayır, Bakı şəhərində işlədiyi üçün bir neçə ildir ki, Bakı şəhərinə gedib gəlir, Masallı rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evinə isə qaynatası X20 nəzarət edirmiş, xx.xx.2023-cü il tarixdə qaynatası Nasir ona zəng edərək fərdi yaşayış evinə naməlum şəxslərin pəncərəni açmaq yolu ilə daxil olmasını və evin qonaq otağında hamamın qapısının çöl hissəsində quraşdırılmış, 50 litr su tutumuna malik, elektriklə işləyən, 130 manat dəyərində olan su qızdırıcısının (ariston) borularının kəsildiyini, lakin su qızdırıcısının (ariston) aparılmadığını bildirmişir, Bakı şəhərində olduğu üçün ilkin olaraq qaynatası Nasir bu barədə ərizə ilə Masallı rayon Polis şöbəsinə müraciət etmişdir. Lakin həmin oğurluq hadisəsinə cəhd nəticəsində ona maddi ziyan dəymişdir. Oğurluq hadisəsinə cəhd edilməsi ilə bağlı onun əvvəlcə şübhələndiyi şəxslər olmamışdır. Lakin həmin oğurluğun törədilməsinə cəhd edən şəxslərin həmkəndliləri Elton, Qəfər və Mehrab olmasını öyrənmişdir. Həmin şəxslərlə əvvəllər aralarında hər hansı bir ədavət düşmənçiliyi olmamışdır. Ona məxsus evdən hər hansı bir əşya, əmlak oğurlanmamışdır. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərə qanunauyğun cəza verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qardaşı X9 uzun müddətdir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Buna görə də ata mülkləri olan və qardaşı Fəxrəddinə atasından mülk olaraq qalan fərdi yaşayış evinə onlar nəzarət edirlər. Onların yaşadıqları evlə qardaşı Fəxrəddin Rəhimovun evi arasında təxminən 80-90 metr məsafə var. Mütəmadi olaraq evə nəzarət edirlər. Bir müddət əvvəl öz yaşadıqları fərdi yaşayış evlərində təmir işləri aparacaqları üçün hissə-hissə evlərinin bəzi əşyalarını qardaşı evinə aparıb yığırmış. Qardaşı Fəxrəddinin evində olan su qızıdrıcı yararsız hala düşdüyü üçün noyabr ayında Masallı rayonundan 150 manata Türkiyə istehsalı olan 24 litrlik təzə su qızdırıcısı alaraq qardaşının evində köhnəsi ilə əvəz etmişdir. Ev tam təmir işlərinə hazır olduqdan sonra isə özləri qardaşının evinə köçüb təmir işləri bitənə qədər orada qalmalı imişlər. 2022-ci ilin dekabr ayının 20-si ərəfələrində isə özlərinə məxsus olan 750 manata aldıqları “LG” markalı 107 diaqonal plazma ekran televizoru da aparıb qardaşının evinə qoymuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə evə baxan zaman əşyaların hamısı öz yerində imiş, xx.xx.2022-ci il tarixdə gündüz saatlarında təkrar olaraq qardaşı Fəxrəddinin evinə baxan zaman evin birinci mərtəbəsində olan seyf qapısının açıq halda olmasını, seyf qapısından sol tərəfdə quraşdırılmış 150 manat məbləğində aldığı “Alev” markalı Türkiyə istehsalı olan 24 litrlik su qızdırıcısının yerində olmadığını görmüşdür. Evin birinci mərtəbəsində yerləşən qonaq otağına baxan zaman həmin otağa qoyduğu 750 manata aldıqları “LG” markalı 107 diaqonal plazma ekran televizorun da olmadığını görmüşdür. Oğurluq edən şəxs və ya şəxslər evə evin ikinci mrətbəsində yerləşən pəncərədən daxil olaraq seyf qapıdan çıxmışlar. Çünki evin ikinci mərtəbəsində yerləşən pəncərənin şüşəsi qırılmış halda olmaqla pəncərə açıq vəziyyətdə imiş, evin birinci mərtəbəsində olan seyf qapısı isə çöldən açarla bağlansa da evin içərisindən açarsız qapının açılması mümkün imiş, həmin tarixdə rayon polis şöbəsinə yaxınlaşaraq bu barədə ərizə ilə müraciət etmişdir. Ərizə verdikdən bir müddət sonra isə təkrar evə baxan zaman evdən əlavə olaraq təxminən bir il əvvəl 150 manata aldıqları Sony markalı DVD aparatının və 100 manat dəyərində olan təxminən bir il əvvəl aldıqları Krosna antenasının aparatının oğurlanmasını müəyyən etmişdir. Lakin ilkin ərizə verən zaman həmin əşyaların oğurlanmasını bilmədiyi üçün ərizəsində yalnız televizor və su qızırıcısının oğurlanmasını göstərmişdir. Lakin həmin əşyalardan əlavə olaraq evdən Sony markalı DVD və Krosna antenasının aparatı da oğrulanmışdır. Hesab edir ki, oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə ərzində baş vermişdir. Buna görə də rayon polis şöbəsinə bu barədə ərizə yazaraq müaraciət etmişdir. X17 məxsus Masallı rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evindən ona məxsus olan 1 ədəd “LG” markalı 107 daqonal plazma ekran televizor, 1 ədəd “Alev” markalı Türkiyə istehalı olan 24 litrlik su qızdırıcısı, 1 ədəd Sony markalı DVD aparatı və 1 ədəd Krosna antenasının aparatı oğurlanmışdır. Həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 1150 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, tədsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, işləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək işə qanunauyğun baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Masallı rayonu Çaxırlı kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadıqları fərdi yaşayış evinə bitişik şəkildə yardımçı tikililəri var ki, həmin tikilinin içərisində gündəlik istifadə etmədikləri əşyaları yığıb saxlayırlar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yardımçı tikiliyə baxan zaman tikilinin içərisindən təxminən 6-7 ay əvvəl 1000 manata aldığı 2,2 klv gücündə “Honda” markalı elektrik generatorunun olmamasını görmüşdür. İlk əvvəl oğurluq hadisəsinin olub-olmamasını dəqiq bilmədiyi üçün bu barədə şəxsən maraqlandıqdan sonra şikayət etmək qərarına gəlmişdir. Belə ki, bir neçə gün həmin generator aparatını yaxın qohumlardan kimlərinsə götürüb işlətməsini düşünüb qohumlarla soraqlaşmışdır. Lakin bir nəticə əldə edə bilməmişdir, sonradan isə kənd içərisində müxtəlif şəxslərin evlərindən də oğurluq hadisələrinin baş verməsini eşitdiyi üçün həmin generoatorun oğurlanması qənaətinə gəlmiş və polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona məxsus fərdi yaşayış evinin yardımçı tikilisindən yalnız “Honda” markalı elektrik generatoru oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, tədsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək işə qanunauyğun baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 bildirmişdir ki, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olsa da təxminən 3 ildir ki, övladları Bakı şəhərində təhsil almalarına görə Bakı şəhəri Yeni Yasamal rayonunda özlərinə məxsus fərdi yaşayış evinə köçmüşlər. X1 vəfat etdikdən sonra atasına məxsus Masallı rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evi mülk olaraq ona qalmışdır. Hər ay azı bir dəfə Masallı rayonuna gələrək evə baş çəkib gedirmiş. Mütəmadi olaraq isə evə Çaxırlı kəndində yaşayan bacısı Mehbarə Almasova nəzarət edirmiş. Həmin evdən dekabr ayının axırlarında oğurluq hadisəsinin baş verməsindən bacısı Mehbarədən öyrənmişdir. Lakin işləri ilə əlaqədar Masallı rayonuna gələ bilmədiyi üçün oğurluq barədə müvafiq ərizəni polis şöbəsinə bacısı yazmışdır. Atasından ona mülk olaraq qalmış fərdi yaşayış evinin birinci mərtəbəsində mətbəxdən 1 ədəd 90 manat dəyərində olan 5 litrlik somavar, 1 ədəd 130 manata olan dörd gözlü qaz piltəsi, evin birinci mərtəbəsində yerləşən yataq otağında küncə qoyduqları 250 manata aldıqları 1 ədəd 62 dioqanal “Şhivaki” markalı plazma ekran televizor oğurlanmaqla ona ümumilikdə 470 manat məbləğində maddi ziyan dəymişdir. İstintaqın gedişatından sonra ona məxsus evdən oğurluq edən şəxslərin öz həmkəndliləri Elton, Qəfər və Mehrab olmasını bilmişdir, həmin şəxslərlə əvvəllər aralarında hər hansı bir ədavət düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın Qəfər Əhmədlinin valideynləri tərəfindən tam ödənildiyini, ona qarşı şikayəti və tələbi olmadığı, Bakı şəhərində işlədiyi üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasınının onun iştirakı olmadan keçirilməsini, Qəfər Əhmədli barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmiş və digər təqsirləndirilən şəxslər barəsində isə cəzanın təyin olunma məsələsinin məhkəmənin mülahizəsinə buxardığını qeyd etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Yusub oğlu bildirmişdir ki, Masallı rayou Çaxırlı kəndində fərdi yaşayış evi olsa da hazırda Bakı şəhərində işlədiyi üçün orada yaşayır, işi ilə əlaqədar olaraq Masallı rayonuna ay ərzində yalnız bir dəfə gəlib gedə bilir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində olduğu zaman bacısı Gülər ona zəng edərək evinin pəncərəsinin açılması yolu ilə evə naməlum şəxs və ya şəxslərin daxil olmasını bildirmişdir, bacısı Gülərə evə baxmasını və evdən hansı əşyaların oğurlanmasını dəqiqləşdirməsini bildirmişdir. Bir qədər sonra bacısı Gülər ona zəng edərək evdən 150 manat dəyərində olan 7 litrlik qədimi somavarın oğurlanmasını bildirmişdir. Bundan sonra o dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Lakin həmin tarixdə Masallı rayonuna gələ bilmədiyi üçün ərizəni bacısı Gülər yazmış və hadisə yerini özü təqdim etmişdir. Gülər evdən başqa əşyaların da oğurlanmasını düşündüyü üçün əlavə olaraq ərizə və izahatında somavardan başqa əşyaların da oğrulanmasını bildirmişdir. Lakin sonradan o evə gəlib baxmış və evdən yalnız bir ədəd 150 manat dəyərində olan qədimi somavarın oğurlanmasını müəyyən etmişdir. Sonradan həmin oğurluq hadisəsini həmkəndliləri Elton, Qəfər və Mehrabın törətməsini bilmişdir. Onlarla əvvəllər aralarında hər hansı bir ədavət düşmənçiliyi olmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona məxsus 1 ədəd 7 litrlik odun somavarı oğurlanmaqla ona ümumilikdə 150 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 Yusub oğlu məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs X24 ilə barışdığını, ona dəymiş ziyanın Fariz Əhmədli tərəfindən tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxs Qəfər Əhmədliyə qarşı şikayət və tələbinin olmadığını, digər tədsirləndirilən şəxslərlə barışmadığını, onlardan şikayətçi olduğunu, təqsirləndirilən şəxslər barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onun Masallı rayonu Çaxırlı kəndində iki fərdi yaşayış evi var. Həmin evlərdən birində özü ailəsi ilə birlikdə yaşayır. Digərində isə əvvəllər bacısı Məhluqə Qədirova ailəsi ilə birlikdə yaşamışdır. Lakin uzun müddətdir ki, onlar Bakı şəhərinə köçdükləri üçün artıq həmin evi də ona təhvil vermişlər. Belə ki, evdə olan bütün əşyalar onun özünə məxsus olan əşyalardır. Buna görə də hazırki iş üzrə zərərçəkmiş şəxs onun özüdür. Təxminən 5 il əvvəl oğurluq edilmiş həmin evin istilik sistemini kombi ilə əvəz etmişlər. Buna görə 5 il əvvəl 1000 manat məbləğində “İmergas 32” markalı kombi istilik sistemini alıb evin çöl tərəfinə divara bitişik halda yerləşdirmişlər. Sonuncu dəfə evə xx.xx.2022-ci il tarixdə gedib nəzarət etmiş və hər şeyin qaydasında olmasını görmüşdür. xx.xx.2023-cü il tarixdə isə evə nəzarət etmək üçün gedib baxan zaman evin çöl hissəsinə quraşdırılmış 1000 manat dəyərində olan “İmergas 32” markalı kombi istilik sisteminin oğrulandığını müəyyən etmişdir. Həmin oğurluq hadisəsini həmkəndliləri Elton, Qəfər və Mehrabın etməsini sonradan bilmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək təqsirləndirilən şəxslərə qanunauyğun cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Mərhum bacısı Gülafət Əzizova vəfat etdikdən sonra Gülafətə məxsus Masallı rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evi ona qalmışdır. Sonuncu dəfə həmin evə xx.xx.2022-ci il tarixdə nəzarət etmək üçün gedib baxmışdır. Həmin vaxt evdə olan bütün əşyalar yerində olmuş, evdən hər hansı bir oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2022-ci il tarixdə isə yenidən evə nəzarət etmək üçün baxan zaman evin giriş qapısının qıfılının sındırılmasını, evə daxil olan naməlum şəxs və ya şəxslərin qapıdan daxil olmaq yolu ilə evin giriş qapısının sol tərəfində quraşdırılmış 1 ədəd su qızıdırıcısını və evin yataq otağında pəncərənin kənarından 2 ədəd paltar tikən maşını oğurladığını müəyyən etmişdir. 2023-cü ilin yanvar ayının 9-u, 10-u ərəfələrində Çaxırlı kəndində başqa şəxslərə məxsus fərdi yaşayış evlərindən də oğurluq hadisələrinin baş verməsini öyrənmişdir. Bundan sonra xx.xx.2023cü il tarixdə polis şöbəsinə ərizə ilə müraciət etmiş, oğurluq nəticəsində ona ümumilikdə 400 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, paltar tikən maşınların hər ikisi Rusiya istehsallı olmaqla biri elektriklə, digəri isə əl ilə işləyirmiş, elektriklə işləyən paltar tikən maşın “Çayka-143” makalı olmaqla 150 manat dəyərində, əl ilə işləyən paltar tikən maşın isə “Singer” markalı olmaqla 100 manat dəyərində imiş, su qızdırıcısı isə “Nova Star” markalı 20 litrlik su qızdırcısı olmaqla maddi dəyəri 150 manat olmuşdur. Sonradan həmin oğurluq hadisəsini həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməsini bilmişdir. Həmin şəxslərlə əvvəllər aralarında hər hansı bir ədavət düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, xəstəliyi ilə bağlı Bakı şəhərində yerləşən xəstəxanada olacağı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək işə qanunauyğun baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 bildirmişdir ki, halhazırda ailəsi ilə birlikdə Sumqayıt şəhərində “Sumqayıt çay stansiyası”nda özlərinə məxsus fərdi yaşayış evində yaşayır. Onun Masallı rayonu Çaxırlı kəndində özünə məxsus olan fərdi yaşayış evi var. Mütəmadi olmasa da ayda bir dəfədən az olmayaraq Masallı rayonu Çaxırlı kəndinə gəlib evə baş çəkib gedir. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Masallı rayonuna gəlib evə baxıb, evin qapı və pəncərəsini kilidləyib Sumqayıt şəhərinə qayıtmışdır. Həmin ərəfələrdə evindən hər hansı bir oğurluq hadisəsi baş verməmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində Çaxırlı kəndində ayrı-ayrı həmkəndlilərinə məxsus fərdi yaşayış evlərindən oğurluq hadisələrinin olmasını öyrənib xx.xx.2023-cü il tarixdə Masallı rayonuna gəlmişdir. Çaxırlı kəndində yerləşən fərdi yaşayış evinin iki giriş qapısı var. Evin giriş qapılarından biri ön tərəfdə, digər isə sağ yan tərəfdəndir. Fərdi yaşayış evinə baxan zaman evinin sağ yan tərəfindən olan giriş qapısının açıq olmasını görmüşdür. Bu zaman ona məxsus fərdi yaşayış evindən oğurluq hadisəsinin baş verməsini bilmişdir. Belə ki, açıq olan qapıdan evə daxil olduqdan sonra qapıdan içəridə otağın sağ yan tərəfində divara söykənmiş vəziyətdə qoyduqları bir ədəd 120 manat dəyərində 3 litr su tutumu olan elektriklə işləyən somavarın naməlum şəxslər tərəfindən oğrulanmasını bilmişdir. Həmin otaqdan ümumilikdə istifadə etməmişlər. Lakin müəyyən məişət əşyalarını həmin otağa yığırmışlar. Oğurluq hadisəsinin baş verməsini bildikdən sonra xx.xx.2023-cü il tarixdə rayon polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan həmin oğurluq hadisəsinin həmkəndliləri Eltonun və Qəfərin törətməsini bilmişdir. Onlarla əvvəllər aralarında hər hansı ədavət düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs Qəfər Əhmədli ilə barışdığını, anasının ona dəymiş ziyanı ödədiyini, ailə vəziyyəti ilə bağlı məhkəmədə iştirak edə bilmədiyini və işinə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o əslən Masallı rayonu Binə Xocavar kəndində qeydiyyatda olsa da 4 ildir ki, Sumqayıt şəhərində yaşayır. Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Köhnə şərq bazarı”da kiçik dükan icarəyə götürərək məişət əşyalarının təmiri ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə həmişəki kimi dükanda olan zaman əvvəllər tanıdığı Masallı rayonu Çaxırlı kəndindən olan Təqsirləndirilən şəxs1 və əvvəllər tanımadığı adının sonradan Qəfər olmasını bildiyi bir nəfər şəxs günorta saatlarında Kia markalı avtomobil ilə Sumqayıt şəhərində yerləşən “Köhnə şərq bazarı”na gəlmişlər. Həmin vaxt Elton avtomobilin yük yerindən bir ədəd “LG” markalı 107 diaqonal plazma ekran televizor, biri 20 litrlik “Nova Star” digəri 24 litrlik “Alev” markalı olmaqla iki ədəd su qızıdırıcıları, biri “Çayka-143” markalı digəri “Singer” markalı olmaqla iki ədəd paltar tikən maşınları, bir ədəd 3 litrlik elektriklə işləyən samovarı və bir ədəd “Honda” markalı generatoru gətirərək dükanının yanında yerə boşaltmışdır. Bir qədər sonra isə ona yaxınlaşaraq həmin əşyaların özlərinə məxsus olmasını və pula ehtiyacları olduğundan satmaq üçün gətirdiklərini, həmin əşyaları onun almaq istəyib istəmədiyini soruşmuşdur, Eltondan əşyalar barədə bir qədər maraqlandıqdan sonra həmin əşyaların həqiqətən onlara məxsus olmasına inanmışdır. Bundan sonra Eltongilə ilk olaraq həmin əşalara görə 100 manat pul təklif etmişdir. Elton isə onun ucuz qiymət təklif etdiyini bildirib əşyalara görə 200 manat pul verməyini demişdir. Aralarında bir qədər pul ilə bağlı müzakirə olmuşdur. Elton isə ona evdə xəstəsinin olmasını, buna görə də vacib pula ehtiyacının olmasını bildirib ona 200 manat verməyini xahiş etmişdir, əşyalara bir daha baxdıqdan sonra həmin əşyaları bir qədər baha sata biləcəyimi düşünmüş və Eltonla razılaşıb 200 manat pulu ona vermişdir. Bundan təxminən 20 gün sonra isə polis əməkdaşları ona zəng edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona satılan əşyaların oğurluq əşyalar olmasını bildirib həmin əşyaları polis şöbəsinə təqdim etməyini demişlər. Aldığı “Singer” markalı tikiş maşınını, 24 litrlik “Alev” markalı su qızıdırıcısını və 01 ədəd elektriklə işləyən samovarı bazara gələn tanımadığı ayrı-ayrı müştərilərə satmışdır. Lakin digər əşyalar onun özündədir. Həmin əşyaları istintaqa təqdim edə bilər, həmin əyaları Seyfula Elton və Təqsirləndirilən şəxs2 alan zaman əşyaların oğurluq olmasından məlumatı olmamışdır. Elton və Qəfər əşyaların onlara məxsus olmasını bildirmişlər. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X2 ifadəsindən görünür ki, Sumqayıt şəhəri 9cu mikrorayon ev 23/8 mənzil 31-də qeydiyyatda olmaqla yaşayır. Atası Firkət uzun müddətdir ki Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Köhnə şərq bazarı”nda dükan icarəyə götürərək işlənmiş məişət əşyalarının alqı-satqısı ilə məşğul olur. Aradabir o özü də dükana gedərək atasına köməklik edir. xx.xx.2022-ci il tarixdə atası Fikrət Masallı rayonuna yas mərasiminə getdiyi üçün həmin gün dükanda atasını o əvəz edirmiş. Günorta saatlarına doğru əmisi oğlu Elton işlədiyi dükana gələrək rayon ərazisindən ucuz qiymətə məişət əşyaları almalarını və həmin məişət əşyalarını onlara satmaq istədiklərini demişdir. Elton onunla söhbət etdiyi ərəfələrdə isə adının sonradan Qəfər olmasını bildiyi şəxs onlara yaxınlaşmışdır. Bundan sonra o Eltongilin gətirdikləri əşyalara baxmaq üçün onların gəldikləri Kia markalı avtomobilə yaxınlaşmışdır. Avtomobilin yük yerini açıb baxan zaman avtomobilin yük yerində bir ədəd “İmergas 32” markalı kombi su qızdırıcısının, biri beş digəri isə yeddi litrlik olan iki ədəd odun samovarının, bir ədəd 4 gözlu qaz piltəsi olmasını görmüşdür, həmin əşyaları onlardan almaq qərarına gəlmiş və aralarında bir qədər qiymətlə bağlı söhbət olmuşdur, yekun olaraq həmin əşyaların hamısına birlikdə 400 manat pul ödəməklə razılığa gəlmişlər. Bundan sonra 400 manat pulu Eltongilə vermiş və həmin əşyaları onlardan almışdır. Bir neçə gün sonra isə aldığı əşyalardan iki ədəd odun somavarını atası bazara gələn tanımadıqarı müştəriyə satmışdır. Təxminən 20 gün sonra isə polis əməkdaşları atasına zəng edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona satılan əşyaların oğurluq əşyalar olmasını bildirib həmin əşyaları polis şöbəsinə təqdim etmələrini demişlər. “İmegras 32” markalı kombi su qızıdırcısı və 4 gözlu qaz piltəsi özündədir. Həmin əşyaları istintaqda təqdim edə bilər, həmin əyaları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alan zaman əşyaların oğurluq olmasından məlumatı olmamışdır, Elton və Qəfər əşyaların onlara məxsus olmasını bildirmişlər. Cinayət işində olan 17 fevral 2023-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir ki, təqdim olunmuş 01 ədəd “Emergas 32” markalı kombi su qızdırıcısı 1000 manat, 01 ədəd “Shivaki” markalı 62 dioqanal ekran plazma televizoru 250 manat, 01 ədəd dörd gözlü qaz piltəsi 130 manat, 01 ədəd “LG” markalı 107 dioqanal plazma ekran televizor 750 manat, 01 ədəd “Honda” markalı elektrik generatoru 1000 manat, 01 ədəd 20 litrlik “Nova Star” markalı su qızdırıcısı 150 manat, 01 ədəd “Çayka - 143” markalı elektrik paltar tikən maşın 125 manat, 01 ədəd 5 litrlik odun samovarı 90 manat, 01 ədəd 7 litrlik odun somavarı 150 manat, 01 ədəd elektriklə işləyən 50 litrlik (ariston) su qızdırcısı 130 manat, 01 ədəd “Alev” markalı 24 litrlik su qızdırıcısı 150 manat, 01 ədəd “Sony” markalı DVD aparatı 150 manat, 01 ədəd krosna antenasının (pristafka) aparatı 100 manat, 01 ədəd “Simger” markalı əl ilə işləyən paltar tikən maşın 125 manat və 01 ədəd 3 litrlik elektrik samovarı 120 manatdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs6 özünə məxsus olan bir ədəd dördgözlu qaz piltəsi və 01 ədəd “Shivaki” markalı televizoru saz vəziyyətdə Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X7 təhvil almışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 özünə məxsus olan 01 ədəd “İmergas 32” markalı kombi istilik sistemini saz vəziyyətdə Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X7 təhvil almışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus olan 01 ədəd “LG” markalı 107 dioqanal plazma ekran televizoru saz vəziyyətdə Masallı RPŞnin İstintaq Bölməsinin müstəntiqi X7 təhvil almışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 özünə məxsus olan 01 ədəd “Çayka-143” markalı elektriklə işləyən paltar tikən maşını və 01 ədəd 20 litrlik “Nova Star” markalı su qızdırıcısını saz vəziyyətdə Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X7 təhvil almışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus olan 01 ədəd “Honda” markalı elektrik generatoru saz vəziyyətdə Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X7 təhvil almışdır. İş materiallarında olan Masallı RİH Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin 1(050)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. İş materiallarında olan Masallı RİH Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əhmədi X21 rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla arvadı 1994-cü təvəllüdlü X25, övladları 2017-ci il təvəllüdlü X28 və 2018-ci il təvəllüdlü X14 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı RİH Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla arvadı 1993cü il təvəllüdlü X15, övladları 2017-ci il təvəllüdlü X11, 2018-ci il təvəllüdlü X12 və 2021-ci il təvəllüdlü X10 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-113/2019 saylı, 02 iyul 2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Binəqədi Rayon Məhkəməsinin 1(001)-379/2018 saylı, 21 dekabr 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 1 il 4 ay 26 gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 1 il 3 ay 1 gün müddət yeni hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində 2 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-in 68-ci maddəsinə əsasən onun həbsdə olduğu 03 aprel 2019-cu il tarixdən 02 iyul 2019-cu il tarixədək olan 2 ay 29 gün müddətin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə hesablanmaqla 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hesablanmış, CPM-nin 158.6-cı maddəsinə əsasən çəkilmiş 5 ay 28 gün müddət azadlığın məhdudlaşdılrıması cəzası təyin edilmiş cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 2 il 2 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işində olan Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 103 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Masallı Rayon Məhkəməsinin 1(050)-113/2019 saylı, 02 iyul 2019-cu il tarixli hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2021-ci il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. Hazırkı cinayət əməllərini törədərkən məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirildiyi üçün onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın ona aid hissəsini tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar üzrə Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 1(050)-37/2023 saylı hökmü ilə təyin olunmuş cəza ilə hazırki iş üzrə təyin olunacaq cəza qismən toplanmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan və Masallı Rayon Məhkəməsinin 21 yanvar 2023-cü il nömrəli, 4(050)-9/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi üzrə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 19 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 həbs olunduğu 19 yanvar 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək olan 01 (bir) ay 10 (on) gün müddət ona təyin ediləcək azadlıqdan mərhumetmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanın ona aid hissəsini tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs3 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan və Masallı Rayon Məhkəməsinin 21 yanvar 2023-cü il nömrəli, 4(050)-11/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində hazırki cinayət işi üzrə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 20 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın ona aid hissəsini tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 19 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-10/2023 saylı, 21 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs2 19 yanvar 2023-cü il tarixdən 25 aprel 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə mütəxəssis rəyinin dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evindən oğurlanmış bir ədəd dördgözlu qaz piltəsinin və 01 ədəd “Shivaki” markalı televizorun, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “İmergas 32” markalı kombi istilik sisteminin, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “LG” markalı 107 dioqanal plazma ekran televizorun, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “Çayka -143” markalı elektriklə işləyən paltar tikən maşın və 01 ədəd 20 litrlik “Nova Star” markalı su qızdırıcısının və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “Honda” markalı elektrik generatorun qanuni sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 1(050)- 37/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 19 yanvar 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay 10 (on) gün müddət ona təyin edilmiş azadlıqdan mərhum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 20 (iyirmi) gün müddətə azadlıqdan mərhum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq saxlanıldığı 19 yanvar 2023-cü il tarixdən 25 aprel 2023cü il tarixədək olan 03 (üç) ay 06 (altı) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından azad edilsin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 münasibətdə hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES ******************** hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evindən oğurlanmış bir ədəd dördgözlu qaz piltəsinin və 01 ədəd “Shivaki” markalı televizorun, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “İmergas 32” markalı kombi istilik sisteminin, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “LG” markalı 107 dioqanal plazma ekran televizorun, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “Çayka 143” markalı elektriklə işləyən paltar tikən maşın və 01 ədəd 20 litrlik “Nova Star” markalı su qızdırıcısının və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “Honda” markalı elektrik generatorun qanuni sahiblərinə geri qaytarılması nəzərə alınsın. Hökm elan edildiyi vaxtdan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-91/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-91/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver