Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-91/2025 11.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı1, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1977-ci ildə Masallı rayonu, Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)- 187/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cazası bitmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükülüdə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə, saat 16:40-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, Azərbaycan küçəsi ərazisində yerləşən “Təzə bazar” adlanan yerin yaxınlığında saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükülüdə təmiz çəkisi 6,744 qram təşkil edən xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra da ara-sıra narkotik vasitə qurudulmuş marixuana çəkməyə davam etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana əldə etmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı evdən çıxıb tanımadığı şəxsə məxsus avtomobillə Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən “Təzə bazar” adlanan əraziyə gəlmişdir. Həmin yerin ətrafında bir qədər piyada gəzdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı kişi cinsli şəxsi görüb ona yaxınlaşaraq bədənində ağrılar olduğunu demiş və narkotik vasitə qurudulmuş marixuana tapmaqda köməklik etməyini xahiş etmişdir. Həmin tanımadığı şəxs ona bir qədər diqqətlə baxıb düşündükdən sonra onda narkotik vasitə qurudulmuş marixuana olduğunu və əgər istəsə ona 7-8 qramını 15 manata sata biləcəyini demişdir. Razilaşdıqdan sonra həmin şəxs oradan gedib 5-6 dəqiqədən sonra olduğu yerə qayıdaraq içərisində narkotik maddə qurudulmuş marixuana olan şəffaf rəngli sellofanı gətirib heç kimin görmədiyi şəraitdə gizlicə ona vermiş, o isə əvəzində üzərində olan 15 manat pulu həmin şəxsə vermişdir. Bundan sonra o, içində qurudulmuş marixuana olan sellofanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq oradan uzaqlaşıb “Təzə bazar” adlanan ərazinin arxa yolu ilə piyada olaraq gedib, həmin narkotik vasitəni istifadə etməyi üçün münasib yer axtarmışdır. Həmin yolla piyada hərəkətdə olarkən üç nəfər şəxsin videokamera ilə ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, Masallı RPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişlər. Sonra polis əməkdaşları hüquq və vəzifələrini izah edib ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar. O da üzərində narkotik maddə qurudulmuş marixuana olduğunu demişdir. Sonra həmin yerdə özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanı və həmin gödəkcənin sol yan cibindən bir ədəd “M- Horse” markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu, həmin marixuananı Masallı şəhərində tanımadığı şəxsdən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 onun təqdim etdiyi həmin bir ədəd şəffaf rəngli sellofan bükümü açıb yaxından baxdıqda bükümdə həqiqətəndə narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Sonra həmin qurudulmuş marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 7,74 qram olduğu müəyyən etmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuana və “M-Horse” markalı mobil telefon ayrı-ayrılıqda qablaşdırılıb üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra orada üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əlavə heç bir şey aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə gətirmiş, orada əməliyyat müvəkkili Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə əlaqədar protokol yazmış, həmin protokolu ucadan oxumuş və o, protokolu imzalamışdır. X8 təhqiqatçısı Elşad Məmmədovun xidməti otağına aparılmış, təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana saxladığı üçün onu şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək maddi imkanım olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili X7 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra təhqiqatçı zəruri sənədləşmə işlərini aparmış və o, həmin sənədləri də müdafiəçi ilə birlikdə imzalamışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025ci il tarixdə ona Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış və əmrə əsasən o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin PPXB-nün polis nəfəri polis baş serjantı Şahid2 və Masallı RPŞ-nin KTQ-nun baş inspektoru, polis baş leytenantı Şahid3 təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 16:35 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, Azərbaycan küçəsi ərazisində “Təzə bazar” adanan yerin yaxınlığında olması barədə məlumat əldə etdikdən sonra əməliyyat qurpunun üzvləri ilə birlikdə həmin ünvana getmişlər. Həmin ünvanda saat 16:40-da Təqsirləndirilən şəxs küçə ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirib, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bunun ardınca Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin yerdə özü əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd mobil telefonu, sağ cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə Masallı şəhəri ərazisində tanımadığı şəxsdən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. O, təqdim olunmuş həmin bir ədəd bükümü açıb yaxından baxmış və həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə olduğunu görmüşdür. Sonra həmin narkotik vasitə qurudulmuş marixuana bənzər kütləni sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 7,74 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuana bənzər kütləni içi boş olan kağız zərfə qoyaraq qablaşdırmış və üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürləyərək imzalatdırmışdır. Bunun ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mobil telefona baxış keçrilmiş, həmin mobil telefon “M-Horse” markalı olmaqla 01 ədəd ağ rəngli zərfdə qablaşdırmış, zərfin üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürləyərək imzalatdırmışdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair parotokolun yazılmasına şərait olmadığından onu aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə ilə birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis Şöbəsində bununla əlaqədar tərəfindən protokol yazılmış, həmin protokolu Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuş, məzmununa dair əlavə və düzəlişlər daxil olmadığı üçün həmin şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana bənzər kütləni, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qablaşdırmada olan mobil telefonu və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Elşad Məmmədova təqdim etmişdir. Təhqiqatçı E.Məmmədov tərəfindən həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə və əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürmüş və götürmə aparılması ilə əlaqədar yazılmış protokolu imzalamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-ın polis nəfəri polis baş serjantı Şahid2 və Masallı RPŞ-nin KTQ-nin baş inispektoru Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan şübhəli şəxsin saxlanılaraq yerində üzərinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin NMQ-nın əməliyyat müvəkkilli Şahid1, RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid2 və KTQ-nin baş inispektoru Şahid3 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçrilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:40-da Masallı şəhəri, “Azərbaycan” küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində bir ədəd sellefon bükülüdə təmiz çəkisi 7,74 qram təşkil edən xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxana aşkar edilərək götrülmüşdür. İş materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Eşqin Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən video diskə baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş mariuxana almaq məqsədilə Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən “Təzə bazar” adlanan getdiyini, orada üzdən tanımadığı şəxsdən 15 manat pul müqabilində bir ədəd şəffaf sellefon bükümdə narkotik vasitə olan qurudulmuş mariuxana alaraq əynində olan qara rəngli gödəkçənin sağ cibinə qoyub həmin günü saat 16:40-da Masallı şəhəri, “Azərbaycan” prospektində saxlanıldığını səmimi etiraf etmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(050)-21/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 131 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X5 adlı azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 28 mart 2025-ci il tarixli 19/130 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qurudulmuş mariuxanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -6,744 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxanadır. (Marixuananın təmiz çəkisi-6,744 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-6,694 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 01 aprel 2025-ci il tarixli 166 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-187/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cazası bitmiş, məhkumluğu ödənilməmiş və ya götrülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən eyni xarakterli az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və ailəsinin yeganə təminatçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvələr məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya götürülməməsini, habelə narkotik vasitələrin aludəçisi olduğunu və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 6,694 qram narkotik vasitə qurudulmuş mariuxuana məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 6,694 qram narkotik vasitə qurudulmuş mariuxana məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-91/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-91/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver