Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-93/2023 25.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şirvan Şöbəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Masallı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxxxx 1993-cü ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş və qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda barəsində olan digər cinayət işi üzrə həbsdə saxlanılan, bu iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Masallı şəhəri, H.Əliyev prospektində yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Masallı rayon Mənzil Kommunal Təsərrüat Birliyinin balansında olan Masallı şəhəri H.Əliyev prospektində yerləşən Masallı şəhər Heydər Əliyev adına Mərkəzi Parkının yaxınlığında yerləşən elektrik dirəklərinə birləşdirilmiş elektrik lampalarının işıqlandırılması üçün çəkilmiş bir metrinin qiyməti 4.55 manat olmaqla cəmi qiyməti 1001 manat təşkil edən 220 metr uzunluğunda 6mm x 4mm ölçüdə mis elektrik naqillərini gizli yolla talayıb oğurlamaqla, Masallı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ümumilikdə 1001 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmaqdan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 10 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan iç tərəfindən 01 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi -450 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə aydır narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Son dövrlər marixuana almağa maddi imkanı olmamışdır. Odur ki, oğurluq etmək niyyətinə düşmüşdür. xx.xx.2023-cü il tarixdə günorta saat 13 radələrində Masallı şəhəri Heydər Əliyev adına Mərkəzi parkın yaxınlığında piyada hərəkət edərkən bir hissəsi qırılıb yerə düşmüş vəziyyətdə, digər hissəsi isə elektrik dirəyinə birləşmiş vəziyyətdə olan mis elektrik naqilinin olmasını görmüşdür. Həmin mis elektrik naqilini neçə metr olmasını dəqiq bilmir. O, yaşadığı evə qayıdıb bir ədəd kəlbətin və bir ədəd kisə götürüb həmin yerə qayıtmış və mis elektrik naqilini kəsib topa halına salaraq kisənin içərisinə yerləşdirmiş və həmin kisəni götürüb Masallı şəhəri Bakı prospektində yerləşən dəmir əşyaların yığımı məntəqəsinə getmişdir. Orada bir nəfər ona özünü Teymur kimi təqdim etmiş, o, Teymura əlindəki kisəni göstərib içərisində mis elektrik naqili olduğunu və satmaq istədiyini ona bildirmişdir. Teymur adlı şəxs mis elektrik naqilini götürüb baxdıqdan sonra ona həmin naqilin özünə məxsus olub-olmamasını soruşmuşdur. O, ona anasının xəstə olduğunu və pul ehtiyacı olduğu üçün özünə məxsus olan mis elektrik naqilini satmaq istədiyini bildirmiş və 150 manata Teymura satmışdır. Bundan sonra əvvəlcədən saxladığı əlavə pul qoyaraq 370 manat pulla 10 fevral 2023-ci il tarixdə narkotik vasitə olan qurudulmuş marixuana almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Orada əvvəllər tanımadığı bir nəfər şəxsə yaxınlaşıb bir qədər söhbət etdikdən sonra onun narkotiki vasitələrinin satışı ilə məşğul olduğunu bilmiş və ona 300 manat pul verərək çəkisi təxminə 450 qram olan narkotik vasitə qurudulmuş marixuana almişdır. Məqsədi hər dəfə narkotik vasitə alanda tutulma ehtimalı olduğuna görə, birdəfəlik uzun müddət istifadə etmək olmuşdur. Həmin gün saat təxminən 14 radələrində Masallı şəhəri Seybətin dairəsi adlanan yerdə olarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu Masallı RPŞ-yə dəvət etmişlər. Masallı RPŞ-də dəvət edilmiş müdafiəçinin iştirakı ilə və videokameranın müşahidəsi altında üzərinə baxış keçirilmişdir. Baxış zamanı könüllü olaraq əynində olan gödəkçənin sol yan iç tərəfindən sol qoluna sıxıb saxladığı qara rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Ona qarşı fiziki güc və yaxud zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Masallı rayon Mənzil Kommunal Təsərrüfat Birliyində baş elektrik vəzifəsində işləyir. Masallı şəhəri ərazisində şəhər elektrik lampalarının işıqlandırılması üçün çəkilmiş mis elektrik naqilləri Masallı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır və həmin elektrik naqillərinin çəkilməsində o, iştirak etməklə yanaşı, həmçinin nəzarəti də həyata keçirir. Oğurlanmış naqil təmir məqsədi ilə əsas elektrik xəttindən ayrılmışdır. Bu səbəblə naqilin uc hissəsi çöldə olmuşdur. Çünki həmin naqillər yerin altı ilə çəkilir. xx.xx.2023-cü il tarixdə məlum olmuşdur ki, 220 metr uzunluğunda mis elektrik naqili oğurlanmışdır. Bu barədə dərhal işlədiyi müəsissəyə məlumat vermişdir. Həmin mis elektrik naqillərinin bir metri bazar qiyməti ilə 4.55 manatdır və oğurlanmış 220 metr uzunluğunda mis elektrik naqilinin ümumi dəyəri 1001 manat təşkil edir. Baş vermiş oğurluq hadisəsi nəticəsində işlədiyi Masallı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ümumilikdə 1001 manat maddi ziyan dəymişdir. Lakin təqsirləndirilən şəxa tərəfindən onlara dəymiş maddi ziyandan heç bir ödəniş etməmişdir.Təqsirləndirilən şəxs Masallı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə vurmuş olduğu ziyanı ödəmiş olduğu təqdirdə ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadələrində göstərmişdir ki, xx.xx.2023-cü il Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik maddələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və o, qrupun rəhbəri təyin edilmişdir. Qrupun üzvləri isə Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X3 və RPŞnin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 təyin edilmişlər. Həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Heydər Əliyev prospektində piyada hərəkət etməsi barədə məlumat əldə etmiş və polis nəfəri Şahid2 ilə birlikdə həmin əraziyə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə gəzdirməsini, qəbulunda şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər və onunla birlikdə Masallı RPŞ-nə getmişlər. X4 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qismində dəvət edilmiş, X4 tərəfindən onun, müdafiəçinin və polis əməkdaşı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan iç tərəfindən qara rəngli sellofana bükülmüş maddəni çıxarıb stolun üzərinə qoymuş və həmin vaxt əynində olan şalvarın arxa sağ cibindən özünə məxsus 50 manatlıq kağız pul əskinazını da çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin bükümü xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 300 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuş, həmin narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 462 (dörd yüz altmış iki) qram olduğu müəyyən olunmuşdur. Bundan sonra X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Daha sonra X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol X4 tərəfindən uca səslə oxunmuş və o da iştirakçılarla birlikdə həmin protokola imza çəkib təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ilə oxşar məzmunlu ifadələr vermişlər. İş üzrə Şahid3 məhkəməyə teleqramla müraciət edərək ilkin istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Onun məhkəmə istintaqında elan olunmuş ifadəsində 2017-ci ildən Masallı şəhərində plastik və əlvan metalların alqı-satqısı ilə məşğul olmasını, xx.xx.2023-cü ildə sonradan adını X6 olduğunu bildiyi şəxsin 220 metr uzunluğunda 16 kq çəkidə mis elektrik naqilini öz əmlakı kimi satmaq istədiyini və 1776 manat müqabilində həmin naqili almasını, iki gün sonra misi əridərək Sumqayıt şəhərinə göndərməsini bildirmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-ci il tarixli 19/181 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd qara sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi -450.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 450 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 449,95 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizanın 20 fevral 2023-ci il tarixli 205 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç hissəsindən 01 ədəd bükümü təqdim etməsi, həmin maddənin qurudulmuş marixuana olmasını, şəxsi istifadəsi üçün almasını bildirməsi müəyyən edilir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 11 fevral 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuşdur. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış rəydən görünür ki, qeyd olunmuş ümumi uzunluğu 220 metr (6mmx4mm) ölçüdə olan mis materiallardan hazırlanan elektrik naqilinin bir metr qiyməti 3,40 manat olmaqla cəmi qiyməti 748 manatdır. Tələb və təklifə görə qiymət dəyişə bilər. Masallı rayon Məhkəməsinin 23 aprel 2023-cü il tarixli, 4(050)-57/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan digər cinayət işi üzrə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxsin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, ekspertiza rəyləri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1.və 234.1.-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı RİHB-nın Masallı şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə edilir, himayəsində xx.xx.2017-ci ildə anadan olmuş Nazlı Hüseynzadə və xx.xx.2018-ci ildə anadan olmuş Paşa Hüseynzadə adlı iki azyaşlı uşağı, o cümlədən Aygün Hüseynova adlı arvadı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki nəəfər azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.2.-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmin Məcəllənin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını da cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, bu cinayət işi üzrə məhkəmə istinaqı dövründə yenidən oğurluq cinayət əməli törətməsi, cinayətləri törətmə mexanizmi, xarakteri, əməlinin icctimai təhlükəliliyi ona əsas verir ki, o, azadlıqdan məhrumetmə cəzası çəkməklə islah oluna bilər. Bununla belə təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, yüngülləşdirici hallar nəzərə alınmalıdır və orta həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X5 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apelyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət təyin olunacaq cəzaya hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalı, digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1.-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri-149,74 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 25 manat "xxxx" MMC-nin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 449,,95 qram qalan narkotik vasitə qurudulmuş marexuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, CD diski cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur, zərərşəkmiş tərəfə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44,, 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək olan saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasına daxil edilsin və üzərində 02 (iki) il, 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, Masallı rayon Məhkəməsinin 23 aprel 2023-cü il tarixli, 4(050)-57/2023 saylı qərarı ilə ibtidai istintaqı aparılan digər cinayət işi üzrə həbs qətimkanı tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı şəkisi 449,95 qram qalan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********00 00003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE**********000 ******* hesabına, 25 manat "xxxx" MMC-nin “Bank Respublika” Lənkəran Fililalı, KOD 504357, VÖEN **********, Müxbir hesab AZ80NABZ********************, SWİFTBRESAZ22 hesabına ödənilsin. Zərərçəkmiş şəxs Masallı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ödənilməmiş 1001 manat maddi ziyanla bağlı mülki icraat qaydada məhkəməyə müraciət etmək barədə hüquqları izah edilsin. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-93/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-93/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver