Məhkəmə qərarları › İş №1(050)-95/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-95/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-95/2024 15.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X21 Mərkəzinin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, Müdafiəçilər-Masallı rayon Vəkil Bürosunun vəkilləri X10, Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi5 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Lənkəran rayonu, Köhnəgəgir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, Masallı rayonu 1 saylı X13 meşə gözətçisi işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Köhnəgəgir kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, xx xxxxx 1989-cu ildə Lənkəran rayonu, Köhnəgəgir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Köhnəgəgir kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, xx xxxxxx 1996-cı ildə Lənkəran rayonu, Köhnəgəgir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Köhnəgəgir kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, xx xxxxxx 1982-ci ildə Lənkəran rayonu, Köhnəgəgir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, ali təhsilli, Lənkəran rayonu, Köhnəgəgir kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 8 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayonu, Köhnəgəgir kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Masallı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 24 iyun 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X21 Mərkəzinin Qəriblər meşəbəyliyinin 3 A saylı meşə dolayında meşə gözətçisi vəzifəsində işlədiyi müddət ərzində vəzifə təlimatına əsasən meşələrin qorunub mühafizə olunmasına bilavasitə məsuliyyət daşımasına, meşə qanunvericiliyinin pozulması hallarını aşkar edib yazılı məlumat verməli olmasına və meşələrin qorunması üzrə digər vəzifələr daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə mühafizəsi xüsusi qaydada təşkil olunan dövlətin mülkiyyətində olan 11 saylı X21 Mərkəzinin Qəriblər meşəbəyliyinin 3A saylı meşə dolayında qanunsuz ağac kəsmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2, əmisi Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün müvafiq dövlət orqanına müraciət etmədən 2023-cü ilin avqust ayının ortalarında istintaqla müəyyən edilməyən tarix və saatda Masallı rayonu, Qəriblər meşəbəyliyinin 3A saylı meşə dolayında yerləşən meşə massivində 2 ədəd “Ural 2-Elektron” markalı zəncirli mişardan istifadə etməklə 4 ədəd vələs cinsindən olan ağacı vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməklə təbiətə xeyli miqdarda, yəni 1364,01 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə mühafizəsi xüsusi qaydada təşkil olunan dövlətin mülkiyyətində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X21 Mərkəzinin Qəriblər meşəbəyliyinin 3A saylı meşə dolayında qanunsuz ağac kəsmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1, əmisi Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün müvafiq dövlət orqanına müraciət etmədən 2023-cü ilin avqust ayının ortalarında istintaqla müəyyən edilməyən tarix və saatda Masallı rayonu, Qəriblər meşəbəyliyinin 3A saylı meşə dolayında yerləşən meşə massivində 2 ədəd “Ural 2- Elektron” markalı zəncirli mişardan istifadə etməklə 4 ədəd vələs cinsindən olan ağacı vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməklə təbiətə xeyli miqdarda, yəni 1364,01 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə mühafizəsi xüsusi qaydada təşkil olunan dövlətin mülkiyyətində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X21 Mərkəzinin Qəriblər meşəbəyliyinin 3A saylı meşə dolayında qanunsuz ağac kəsmək məqsədi ilə qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün müvafiq dövlət orqanına müraciət etmədən 2023-cü ilin avqust ayının ortalarında istintaqla müəyyən edilməyən tarix və saatda Masallı rayonu, Qəriblər meşəbəyliyinin 3A saylı meşə dolayında yerləşən meşə massivində 2 ədəd “Ural 2- Elektron” markalı zəncirli mişardan istifadə etməklə 4 ədəd vələs cinsindən olan ağacı vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməklə təbiətə xeyli miqdarda, yəni 1364,01 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə mühafizəsi xüsusi qaydada təşkil olunan dövlətin mülkiyyətində olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X21 Mərkəzinin Qəriblər meşəbəyliyinin 3A saylı meşə dolayında qanunsuz ağac kəsmək məqsədi ilə qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün müvafiq dövlət orqanına müraciət etmədən 2023-cü ilin avqust ayının ortalarında istintaqla müəyyən edilməyən tarix və saatda Masallı rayonu, Qəriblər meşəbəyliyinin 3A saylı meşə dolayında yerləşən meşə massivində 2 ədəd “Ural 2- Elektron” markalı zəncirli mişardan istifadə etməklə 4 ədəd vələs cinsindən olan ağacı vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməklə təbiətə xeyli miqdarda, yəni 1364,01 manat məbləğində ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 6 ildir Masallı rayonu X14 meşə gözətçisi vəzifəsində işləyir. O, qardaşı Təqsirləndirilən şəxs2, əmisi Təqsirləndirilən şəxs3 və dayısı oğlu olan Elburus İbrahimov ilə birlikdə meşədəki kəsilməsi qadağan olan ağacları kəsərək satışını həyata keçirib pul əldə etmək fikrinə düşmüş və onlara ağacları kəsdikdən sonra müştəriləri taparaq onların istədiyi sayda ağacla təmin edəcəyini bildirmişdir. Aqil, Rövşən və Elburus isə meşədə ağacların kəsilməsi və yük maşınına yüklənməsini həyata keçirməli imişlər. Ağaclar hazır olduqdan sonra Masallı rayonu, Rüdəkənar kəndində yaşayan tanışı Şahid3 məxsus evin həyətinə yığıb oradan satışını etməyi planlaşdırmışlar. Ona bir müddət qabaq Şahid2 müraicət edərək material kimi meşə ağacları istədiyini söylədikdə, ona tanımadığı şəxsdən aldığı təxminən 35-40 kub metr arası ağac vermişdir. Həmin ağacların qanunsuz yol ilə kəsildiyini bilməmişdir. Şahid2 bu ağacları satdığına görə təxminən 10000 manat pul almışdır. Bundan sonra ondan yenə ağac istəyən zaman o, ilk dəfə ağac aldığı tanımadığı şəxsi çətinliklə də olsa yenidən tapmış, ona ağac lazım olduğunu demiş, o isə özündə ancaq ağcaqayın və fıstıq cinsindən olan ağacların olduğunu bildirmişdir. O, həmin ağacları ondan almış, lakin ağacların qeyri-qanuni yol ilə kəsilməsi barədə ona heçnə deməmişdir. O da elə bilmişdir ki, həmin ağaclar qanuni formada əldə edilmişdir. Lakin həmin şəxsdən aldığı ağaclar Süleymana satmaq üçün kifayət etmədiyindən qohumları Aqil, Rövşən və Elburus ilə birlikdə 2023-cü ilin avqust ayının ortalarında əmisi Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd və qardaşı Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd motorlu mişarlarla Masallı rayonu Qəriblər meşəbəyliyinin 3A saylı dolayında yerləşən meşə massivindən qardaşı Təqsirləndirilən şəxs2, əmisi Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs4 ilə birlikdə vələs cinsində olan 04 ədəd ağacı kəsib özünə məxsus QAZ-66 markalı yük avtomobili vasitəsilə daşıyaraq Səfailin həyətində yığmışlar. Tanımadığı şəxsdən aldığı ağcaqayın və fıstıq cinsindən olan ağaclarla birlikdə meşədən kəsdikləri 04 ədəd vələs cinsindən olan ağacları Şahid2 7100 manat pul müqabilində verə biləcəyini bildirmiş və onunla razılaşmışdır. 2023-cü ilin avqust ayının ortalarında həmin ağacları 7100 manata satışını edib Şahid2 gətirdiyi yük maşınına yükləyən zaman polis əməkdaşları gələrək həmin ünvanda onların kəsilməsi qadağan olan meşə ağaclarını kəsərək satışını etmələri barədə Şahid2 tərəfindən daxil olmuş müraciət əsasında tədbir keçirilməsini söyləmişlər. Bu zaman onun yanında qardaşı Aqil, əmisi Rövşən və dayısı oğlu Elburus da olmuşdur. Həmin yerə baxış zamanı onların vələs cinsindən olan kəsərək yığdıqları, həmçinin tanmadığı şəxsdən aldığı ağcaqayın və fıstıq cinsindən olan ağaclar aşkar edilmişdir. Orada təxminən 9 kub metr taxta material olmuşdur. Sonra o, taxtaları satmağa görə aldığı 7100 manat pul vəsaitini təqdim etmiş və 4 ədəd kəsdiyi ağacların kötüyünü polis əməkdaşlarına göstərmişdir. Qalan digər ağacları isə tanımadığı şəxsdən əldə etmişdir. Ağacların qanunsuz kəsilməsində özü, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 başqa heç kim iştirak etməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, vurulmuş maddi zayanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayəti, tələbi və iddiası olmamasını, ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin yay aylarında dayısı oğlu Təqsirləndirilən şəxs4, qardaşı Təqsirləndirilən şəxs1 və əmisi Təqsirləndirilən şəxs3 ilə birgə Masallı rayonunun Qəriblər meşəbəyliyində olan dövlət tərəfindən kəsilməsi qadağan olunan ağacları kəsib sataraq əlavə qazanc əldə etmək fikrinə düşmüşdür. 2023cü ilin avqust ayının ortalarında o və əmisi Təqsirləndirilən şəxs3 özlərinə məxsus motorlu mişarı götürərək Qəriblər meşəbəyliyində dövlət tərəfindən kəsilməsi qadağan olunan ağacları kəsmək üçün qardaşı Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs4 ilə birlikdə razılığa gəlmişlər. 2023-cü ilin avqust ayının ortalarında Qəriblər meşəbəyliyinin 3A dolayında yerləşən meşə massivindən 04 ədəd vələs cinsindən olan ağacları birlikdə kəsmişlər və qardaşı Təqsirləndirilən şəxs1 məxsus QAZ-66 markalı yük avtomobilinə yükləyərək Masallı rayonu, Rüdəkənar kəndində yerləşən Şahid3 həyətinə gətirmişlər. 08 sentyabr 2023-cü ildə Səfailin həyətində olan kəsilmiş ağacları yük maşınına yükləyərkən polis əməkdaşları gələrək onları saxlamışdır. Həmin vaxtı o, ağacların dövlət tərəfindən kəsilməsi qadağan olunan ağaclar olduğunu bilmişdir. O, fəhlə kimi kəsdiyi, doğradığı, yük maşınına yüklədiyi hər bir ağac yüklədikləri maşına görə hər biri 100- 120 manat pul alırmışlar. Sonra polis əməkdaşları ilə birlikdə Masallı rayonu Qəriblər Meşəbəyliyinə gedərək ağacların kəsildiyi yeri və ağac köklərini göstərmişlər. Qalan ağacları onlar kəsmədiyini, onları Nizaminin kimdənsə aldığını, həmin ağacların, yəni ağcaqayın və fıstıq ağaclarının qanunsuz kəsilməsi, hətta kim tərəfindən kəsilməsi barədə heç bir məlumatı yoxdur. Ağacların qanunsuz kəsilməsində özü, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 başqa heç kim iştirak etməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən vurulmuş maddi zayanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayəti, tələbi və iddiası olmamasını, ailəli olmaqla himayəsində üç nəfər azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin yay aylarında bibisi oğlu Təqsirləndirilən şəxs2, digər bibisi oğlu Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs3 ilə birgə Masallı rayonu, Qəriblər Meşəbəyliyində olan dövlət tərəfindən kəsilməsi qadağan olunan ağacları kəsib sataraq əlavə qazanc əldə etmək qərarına gəlmişlər. 2023cü ilin avqust ayının ortalarında o, Nizami, Aqil və Rövşən ilə birlikdə 4 ədəd vələs cinsindən olan ağacları elektrikli mişarla kəsdikdən sonra Masallı rayonu, Rüdəkənar kəndində yerləşən Şahid3 həyətinə gətirmişlər. 08 sentyabr 2023-cü ildə Səfailin həyətində olan kəsilmiş ağacları yük maşınına yükləyərkən polis əməkdaşları gələrək onları saxlamışdır. Həmin vaxtı o, ağacların dövlət tərəfindən kəsilməsi qadağan olunan ağaclar olduğunu bilmişdir. Fəhlə kimi kəsdiyi, doğradığı, yük maşınına yüklədiyi hər bir ağac yüklədikləri maşına görə ona 60 manat pul vəsaiti verilmişdir. Sonra polis əməkdaşları ilə birlikdə Masallı rayonu Qəriblər Meşəbəyliyinə gedərək ağacların kəsildiyi yeri və ağac köklərini göstərmişlər. Qalan ağacları onlar kəsmədiyini, onları Nizaminin kimdənsə aldığını, həmin ağacların, yəni ağcaqayın və fıstıq ağaclarının qanunsuz kəsilməsi, hətta kim tərəfindən kəsilməsi barədə heç bir məlumatı yoxdur. Ağacların qanunsuz kəsilməsində özü, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 başqa heç kim iştirak etməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, vurulmuş maddi zayanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayəti, tələbi və iddiası olmamasını, ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, qardaşı oğlanları Nizami və Aqil, həmçinin qohumu Elburus adlı şəxs ilə birlikdə meşə zolağında kəsilməsi qadağan olan ağacları kəsərək satışını həyata keçirib pul əldə etmək fikrinə düşmüşdür. Bu işdə Nizaminin rolu ağacları kəsmək üçün müştəri tapmaq, həmçinin o, Aqil və Elburus ilə birlikdə ağacların kəsilməsində və daşınmasında iştirak etməkdən ibarət olmuşdur. 2023-cü ilin avqust ayının ortalarında o, Nizami, Aqil və Elburus ilə birlikdə 4 ədəd vələs cinsindən olan ağacları elektrikli mişarla kəsdikdən sonra Masallı rayonu, Rüdəkənar kəndində yerləşən Şahid3 həyətinə gətirmişlər. 08 sentyabr 2023-cü ildə Səfailin həyətində olan kəsilmiş ağacları yük maşınına yükləyərkən polis əməkdaşları gələrək onları saxlamışdır. Həmin vaxtı o, ağacların dövlət tərəfindən kəsilməsi qadağan olunan ağaclar olduğunu bilmişdir. Fəhlə kimi kəsdiyi, doğradığı, yük maşınına yüklədiyi hər bir ağac yüklədikləri maşına görə ona 100-120 manat pul vəsaiti verilmişdir. Sonra polis əməkdaşları ilə birlikdə Masallı rayonu Qəriblər Meşəbəyliyinə gedərək ağacların kəsildiyi yeri və ağac köklərini göstərmişlər. Qalan ağacları onlar kəsmədiyini, onları Nizaminin kimdənsə aldığını, həmin ağacların, yəni ağcaqayın və fıstıq ağaclarının qanunsuz kəsilməsi, hətta kim tərəfindən kəsilməsi barədə heç bir məlumatı yoxdur. Ağacların qanunsuz kəsilməsində özü, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 başqa heç kim iştirak etməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən vurulmuş maddi zayanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayəti, tələbi və iddiası olmamasını, ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduqları cinayət əməli özlərinin ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X21 Mərkəzinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, 11 saylı X21 Mərkəzinin baş mütəxəssis-hüquqşünası vəzifəsində işləyir. 08 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində yerləşən Qəriblər Meşəbəyliyinin 3A dolayındakı meşə massivində qanunsuz kəsilmiş ağacların kötüklərinin müəyyən edilərək ağac gövdələrinin diametrinin, hansı ağac olmasını, neçə gün öncə kəsilməsini, üzərindəki torpaq hissəciklərə görə meşə, yol kənarı və digər şəraitdə yetişməsi, həmçinin digər halların müəyyən edilməsi üçün 11 saylı X21 Mərkəzinin mütəxəssisi dəvət edilmişdir. 08 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində Masallı rayonu Qəriblər meşəbəyliyinin 3A dolayında yerləşən meşə massivində polis əməkdaşları və ağacları qanunsuz kəsməsi müəyyən edilmiş şəxslərlə birlikdə baxış keçirilmiş və ağac kötüklərinin vələs ağacına məxsus olması, təxminən 2023-cü ilin avqust ayının ortalarında kəsilməsini müəyyən edilmiş və kəsilmiş ağac kötüklərinin diametri hesablamışdır. Baxış video çəkilişlə qeydə alınmış, daha sonra protokol tərtib edilərək onlara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Keçirilmiş baxış zamanı aşkar edilmiş 04 ədəd kötüklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı Qərarına əsasən həcm-qiymət cədvəli tərtib edərək, təbiətə dəymiş maddi ziyanı 1364,01 manat miqdarında olduğunu müəyyən edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək təbiətə vurulmuş 1364,01 manat məbləğində ziyanın təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı şikayət, tələb və iddialarının olmamasını nəzərə alaraq, barələrində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 11 saylı X21 Mərkəzinin baş mühəndisi vəzifəsində işləyir. 08 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində yerləşən Qəriblər Meşəbəyliyinin 3A dolayındakı meşə massivində qanunsuz kəsilmiş ağacların kötüklərinin müəyyən edilərək ağac gövlərinin diametrinin, hansı ağac olmasını, neçə gün öncə kəsilməsini, üzərindəki torpaq hissəciklərə görə meşə, yol kənarı və digər şəraitdə yetişməsi, həmçinin digər halların müəyyən edilməsi üçün dəvət edilmişdir. 08 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində Masallı rayonu Qəriblər meşəbəyliyinin 3A dolayında yerləşən meşə massivinə polis əməkdaşları və ağacları qanunsuz kəsməsi müəyyən edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə baxışda iştirak etmişdir. Baxış zamanı o, ağac kötüklərinin vələs ağacına məxsus olmasını və təxminən 2023-cü ilin avqust ayının ortalarında kəsilməsini bildirmişdir. Daha sonra kəsilmiş ağac kötüklərinin diametrini hesablayarkən qanunsuz olaraq kəsilmiş 4 ədəd ağac kötüyü aşkarlanmış, həmin ağac kötüklərindən 1-ci kötüyün diametri 56 sm, 2-ci kötüyün diametri 75 sm, 3-cü kötüyün diametri 32 sm, 4-cü kötüyün diametri 60 sm olduğunu müəyyən etmişdir. Baxış video çəkiliş ilə qeydə alınmış, daha sonra protokol tərtib edilərək onlara ucadan oxunmuş və iştirakçılar tərəfində imzalarla təsdiq edilmişdir. O, keçirilmiş baxış zamanı aşkar edilmiş 4 ədəd kötüklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı Qərarına əsasən həcm-qiymət cədvəli tərtib edərək, təbiətə dəymiş maddi ziyanı 1364,01 manat miqdarında olduğunu müəyyən etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, yeni ev aldığına görə həmin evi təmir etdirməli olmuş və buna görə də ona vələs və ağcaqayın ağacından əldə edilən taxta lazım olmuşdur. Bu məqsədlə taxta satan şəxsləri maraqlandıqda hazırda adlarını xatırlamadığı tanışları cənub zonasından olan Nizami adlı şəxsin adını demişlər. Onunla əlaqə saxlayıb taxta lazım olduğunu bildirdikdə, sonuncu ona taxta sata biləcəyini demişdir. Beləliklə 2023-cü ilin avqust ayında Nizamidən Masallı rayonunda 10.000 manat dəyərində taxta almışdır. Həmin taxta materiallarını Nizaminin Masallı rayonunda satdığını bilmiş, taxta materialı vələs və ağcaqayın ağaclarından olmuşdur. O, həmin materialın ölçüsünə və görünüşünə baxdıqda, onların meşə ərazisindən qanunsuz olaraq kəsilmə ehtimalı ağlına gəlmiş və bu barədə polis orqanına ərizə ilə müraciət edərək Nizami adlı şəxsin barəsində qanuni tədbir görülməsi istiqamətində zərurət olarsa onun müəyyən edilməsi və doğranmış, kəsilmiş vələs və ağcaqayın ağaclarını satmasının aşkar edilməsi barədə polisə kömək etmək qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən nömrələri əvvəlcədən qeyd edilmiş ümumilikdə 7100 manat 100 manatlıq və 50 manatlıq əskinaslardan ibarət pul təqdim olunmuşdur. Həmin pul ilə Təqsirləndirilən şəxs1 taxta materialı üçün ağac almağı bildirilmişdir. 08 sentyabr 2023-cü il tarixdə Masalı rayonu Rüdəkənar kəndində o, Təqsirləndirilən şəxs1 6,65 kub metr miqdarında vələs, ağcaqayın və fıstıq cinsindən ağacları 7100 manat qarşılığnda almışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, uzun müddətdir kənd təsərrüfatı, yəni heyvandarlıqla məşğul olur. Təxminən 2023-cü ilin yanvar ayında o, Təqsirləndirilən şəxs1 və onun ailə üzvləri ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 ailə üzvləri dedikdə onun qardaşı Təqsirləndirilən şəxs2 və əmisi Təqsirləndirilən şəxs3 nəzərdə tutmuşdur. Onlar arasında tanışlıq xırda və iri buynuzlu heyvanları onlardan alan zaman yaranmışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində Nizami onun yaşadığı Masallı rayonu, Rüdəkənar kəndində yerləşən evə gələrək onun həyətyanı sahəsində bir avtomobildən digərinə yük boşaltmaq istədiyini bildirmiş, lakin nə boşaltdığını deməmiş və o da bu barədə heçnə soruşmamışdır. Həmin vaxt orada Nizaminin yanında qardaşı Aqil, əmisi Rövşən və qohumu Elburus da olmuşdur. Nizami onun razılığını aldıqdan sonra səhəri gün onun həyətində avtomobilə yük yığarkən o, evdə olmamışdır. İş materiallarında olan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli protokoldan və CD diskə keçirilən baxışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 08 sentyabr 2023-cü il tarixdə saat 07:34-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Masallı rayonu, Rüdəkənar kəndində yerləşən həyətyanı sahəyə nəzarət qaydasında mal alınması ilə bağlı baxış keçirilən zaman həyatyanı sahədə və orada olan “Mercedes” markalı **-LY-*** qeydiyyat nişanlı yük avtomobilində 130-140 ədəd olmaqla 6,65 kub metr miqdarında taxta materialı müəyyən edilmiş və Şahid2 tərəfindən taxta alınması üçün Təqsirləndirilən şəxs1 verilmiş 28 ədəd 100 manatlıq 86 ədəd 50 manatlıq əskinaslar olmaqla ümumilikdə 7100 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli protokoldan və CD diskə keçirilən baxışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 08 sentyabr 2023-cü il tarixdə saat 15:56-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq Masallı rayonu, Qəriblər Meşəbəyliyi 3A saylı dolayda yerləşən meşə massivinə baxış keçirilən zaman meşə massivinin sıx ağac və kollardan ibarət olması, meşə massivində müxtəlif yerlərdə 04 ədəd ağac kötüyü müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 bir-birindən aralı olan 04 ədəd ağac kötükləri göstərərək həmin ağaclar qardaşı Təqsirləndirilən şəxs2, əmisi Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs4 ilə birlikdə kəsdiyi, qeyd ediən ağacların kəsilməsinin qadağan olunduğundan xəbərdar olduğunu bildirmişdir. 11 saylı regional X18 baş mühəndisi Şahid1 tərəfindən göstərilən ağac kötüklərinə baxış keçirilərək onların vələs ağacına məxsus olması, təxmninən 2023-cü ilin avqust ayının ortalarında kəsildiyini qeyd edərək, ağac kötüklərinin diametrini hesablayaraq 1-ci ağac kötüyünün 56 sm, 2-ci ağac kötüyünün 75 sm, 3-cü ağac kötüyünün 32 sm və 4-cü ağac kötüyünün isə 60 sm olmasını müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-13-39/2-907/2023 nömrəli rəyindən görünür ki, 11 saylı Masallı X21 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən istifadə edilməklə, ümumilikdə 2.25 kub metr kəsilmiş formada fıstıq cinsli, 1.06 kub metr kəsilmiş formada ağcaqayın cinsli, 3.34 kub metr vələs cinsində ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 939,84 manat müəyyən edilir. 11saylı Masallı X21 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli həcm qiymət cədvəlindən istifadə edilməklə, ümumilikdə 04 ədəd vələs cinsində ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 1364,01 manat müəyyən edilir. İş materiallarında olan sübytların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 02 ədəd disk işi üzrə maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmiş, 6,65 kub metr miqdarında taxta materialı və 02 ədəd üzərində “Ural 2-Elektron” yazısı olan zəncirli mişar Azərbaycan Respublikası DİN-in KMBİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, əməliyyat-axtarış tədbirində istifadə edilən 7100 manat pul vəsaiti də maddi sübut hesab edilərək DİN əməliyyat xərclərinə qaytarılması üçün təqdim edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə əməliyyat-axtarış tədbirində istifadə edilmiş 28 ədəd 100 manatlıq və 86 ədəd 50 manatlıq pul əskinası olmaqla, ümumilikdə 7100 manat pul vəsaiti DİN-nin əməliyyat xərclərinə qaytarılması üçün Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X16 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin ********* saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cinayət işi üzrə maddi sübut hesab edilmiş, əməliyyataxtarış tədbirində istifadə edilən 7100 manat pul vəsaiti Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyat təsərrüfatına təhvil verilmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Tuado kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Tuado kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12/24/119 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ilə X4 birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X17 adlı uşaqları vardır. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Tuado kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12/24/120 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ilə X5 birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X20 adlı uşaqları vardır. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Tuado kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12/24/121 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ilə X2 birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X29 və xx.xx.2016-cı il təvəllüdlü X24 adlı uşaqları vardır. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Tuado kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12/24/122 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 ilə X1 birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və İbrahimzadə Fizuli oğlu əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 İdriz oğlunun isə məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin PX00116433/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 8 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayəti nəticəsində dəymiş ziyanı tamamilə ödəyərək aradan qaldırmasını CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayəti və tələbi olmamasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayəti nəticəsində dəymiş ziyanı tamamilə ödəyərək aradan qaldırmasını CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayəti və tələbi olmamasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayəti nəticəsində dəymiş ziyanı tamamilə ödəyərək aradan qaldırmasını CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayəti və tələbi olmamasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayəti nəticəsində dəymiş ziyanı tamamilə ödəyərək aradan qaldırmasını CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayəti və tələbi olmamasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 25 fevral 2021-ci il tarixli qərardadında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayətin törədilməsində təqsirli hesab edilmiş şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə əlavə cəzanın təyin edilib-edilməməsi məhkəmənin səlahiyyətindədir. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Əlavə cəza növünün təyin edilməməsinin motivlərinin hökmdə göstərilməsi cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın ailələrinin həyat şəraitinə təsirini və onların cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə cəzasını, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin ediləcək cəzaya qismən toplanmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran, Lerik və Masallı rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşadıqları Lənkəran rayonu, Köhnəgəgir kəndi Lerik və Masallı rayonları ilə sərhəd olduğundan, eyni zamanda yaşadıqları Köhnəgəgir kəndinə gedişgəliş Masallı rayonunun ərazisindən keçdiyindən və Lerik rayonu da çox yaxın olduğundan oraya gündəlik təlabat malları ilə bağlı alış-verişə getdikləri üçün məhkəmə hesab edir ki, onların ərazi hüdudları Lənkəran, Lerik və Masallı rayonları müəyyən edilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin «Maddi sübutları saxlama otağı»nda saxlanılan 6,65 kub metr miqdarında taxta materialı və 02 ədəd üzərində “Ural 2-Elektron” yazısı olan zəncirli mişar xüsusi müsadirə edilməklə dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut olan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut olan 7100 manat məbləğində pulun Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyat təsərrüfatına təhvil verilməsi və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9000 (doqquz min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran, Lerik və Masallı rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Barəsində seçilmiş seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran, Lerik və Masallı rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Barəsində seçilmiş seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) 8 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplansın və üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran, Lerik və Masallı rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Barəsində seçilmiş seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşadığı yer üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli Lənkəran rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındıqları vaxtdan hesablansın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin «Maddi sübutları saxlama otağı»nda saxlanılan 6,65 kub metr miqdarında taxta materialı və 02 ədəd üzərində “Ural 2-Elektron” yazısı olan zəncirli mişar xüsusi müsadirə edilməklə dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar