Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-96/2024 03.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxx 1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videoçəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təhsil sahəsində sair fəaliyyətlə məşğul olan "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən QUTEP universitetində ali təhsil alan oğlu X3 Bakı şəhərində yerləşən Bakı Avrasiya Universitetində təhsilini davam etdirməsinə köməklik edəcəyi adı ilə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan aldadıb özünə inandırdıqdan sonra 2022-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu ərazisində Zərərçəkmiş şəxs1la görüşərək 5000 manat pulunu, 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu ərazisində 2000 manat pulunu, Zərərçəkmiş şəxs1 "xxxx" ASCyə aid 4098 5844 6850 7916 saylı bank kartına xx.xx.2022-ci il tarixdə göndərdiyi 2000 manat pulu və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “X16” metrosu yaxınlığında Zərərçəkmiş şəxs1la görüşərək sonuncunun 6000 manat pulunu, ümumilikdə isə vahid niyyətlə Zərərçəkmiş şəxs1 15000 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təhsil sahəsində sair fəaliyyətlə məşğul olan "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən QUTEP universitetində ali təhsil alan oğlu X3 Bakı şəhərində yerləşən Bakı Avrasiya Universitetində təhsilini davam etdirməsi üçün Bakı Avrasiya Universitetinə dəvət məktubunun alınmasında köməklik edəcəyi adı ilə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan aldadıb özünə inandırdıqdan sonra özünə məxsus olduğunu bildirdiyi "xxxx" ASC-yə məxsus 4098 5844 6850 7916 saylı bank kartına xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu ərazisində ABB mobil tətbiqi vasitəsilə göndərdiyi 720 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 720 manat məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təhsil sahəsində sair fəaliyyətlə məşğul olan "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 oğlu X2 Ukrayna Respublikası Kiyev şəhərində yerləşən QUTEP Universitetində tələbə olaraq ödəməli olduğu illik ödəniş haqqının universitetin balansına köçürülməsi adı ilə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan aldadaraq ona məxsus olduğunu bildirdiyi "xxxx" ASC-yə aid 4098 5844 6850 7916 saylı bank kartına Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 1 küçəsində yerləşən “Al” marketdəki MilliÖn ödəmə terminalı vasitəsilə xx.xx.2021-ci il tarixdə göndərdiyi 630 manat pulu, xx.xx.2022-ci il tarixdə göndərdiyi 102 manat pulu, xx.xx.2022-ci il tarixdə göndərdiyi 200 manat pulu, xx.xx.2022-ci il tarixdə göndərdiyi 268 manat pulu, xx.xx.2022-ci il tarixdə göndərdiyi 400 manat pulu, xx.xx.2022-ci il tarixdə göndərdiyi 400 manat pulu, xx.xx.2023-cü il tarixdə göndərdiyi 300 manat pulu, xx.xx.2023-cü il tarixdə göndərdiyi 350 manat pulu, xx.xx.2023-cü il tarixdə göndərdiyi 350 manat pulu və xx.xx.2023-cü il tarixdə göndərdiyi 70 manat pulu vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3070 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təhsil sahəsində sair fəaliyyətlə məşğul olan "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanımadığı Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs3 Fərhad qızının xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının İzmir şəhərində yerləşən 9 Eylül Universitetində ali təhsil alan oğlu X5 Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirməsinə köməklik edəcəyi adı ilə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan aldadıb özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs3 bacısı Şahid3 Fərhad qızı vasitəsilə ona göndərmiş olduğu 11000 manat pulu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən “Nizami Mall” ticarət mərkəzinin zirzəmisində götürüb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 Fərhad qızına 11000 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təhsil sahəsində sair fəaliyyətlə məşğul olan "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanımadığı Masallı şəhər sakini Zərərçəkmiş şəxs4 xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 oğlu Şahid1 Bakı şəhərində yerləşən Bakı Avrasiya Universitetinə tələbə olaraq qəbul edilməsi və illik ödəniş haqqının universitetin balansına köçürülməsi adı ilə yalandan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan aldadaraq təhsil sahəsində xidmət göstərilməsi görüntüsü yaratmaqla cinayət əməlini gizlətmək üçün Zərərçəkmiş şəxs4 ilə xx.xx.2022-ci il tarixdə xidmət müqaviləsi bağlayıb sonuncunu özünə tam inandırıb etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs4 ona məxsus olan "xxxx" ASC-yə aid 4098 5844 6850 7916 saylı bank kartına xx.xx.2022-ci il tarixdə göndərdiyi 2000 manat pulu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami Metrosu yaxınlığında Zərərçəkmiş şəxs4 qızı Şahid2 vasitəsilə ona göndərdiyi 2000 manat pulu, xx.xx.2023-cü il tarixdə özünə məxsus olduğunu bildirdiyi "xxxx" ASC-yə məxsus 4098 5844 6850 7916 saylı bank kartına Zərərçəkmiş şəxs4 Masallı şəhəri, Qarabağ küçəsində yerləşən “Al” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 3500 manat pulu və xx.xx.2023-cü il tarixdə özünə məxsus olduğunu bildirdiyi "xxxx" ASC-yə məxsus 523915******8937 saylı bank kartına Zərərçəkmiş şəxs4 Masallı şəhəri, Qarabağ küçəsində yerləşən “Rza” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 150 manat pulu vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 7650 manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyindən VÖEN alaraq "xxxx" adında Məhdud Məsuliyyətli Cəmiyyət yaradaraq təhsil sahəsində sair fəaliyyətlə, yəni tələblərin müraciətlərini, elektron qeydiyyatlarını, illik haqlarının ödənişlərini həyata keçirməklə və bunun qarşılığında pul qazanmaqla məşğul olmağa başlamışdır. O, həmin CRSYTAL-BAKU” adında MMC-in rəhbəri və işçisi olmuşdur. Onun yanında bəzən bir neçə ay müddətinə şifahi razılaşma əsasında ona kömək edən işçilər də olmuşdur. O, hər işi demək olar özü görmüşdür. O, çox sayda şəxsləri Ukrayna Respublikasında müxtəlif universitetlərə qeydiyyatını həyata keçirmişdir. Zərərçəkmiş şəxs1 Eldar oğlu, Zərərçəkmiş şəxs3 Fərhad qızı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə aralarında əvvəllər hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Həmin şəxslərin hər biri ilə ayrı-ayrılıqda övladları üçün əlaqə və münasibət yaranmışdır. Zərərçəkmiş şəxs1 oğlu Eldar Məhsumovu o, 2021-ci ilin dərs ilində Ukrayna Respublikası Kiyev şəhərində yerləşən QUTEP universitetinə qeydiyyatını salmış və Eldar Məhsumov həmin univerisitetdə 1 il onlayn(uzaqdan) təhsil almışdır. 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 onunla yenidən əlaqə saxlamış və ondan oğlu Eldarın yerini Azərbaycan Respublikasında yerləşən universitetlərə dəyişməyini xahiş etmişdir. O da, Familin xahişi üzrə oğlu Eldar Məhsumovu Bakı Avrasiya Universitetinə yerdəyişməsini həyata keçirə biləcəyini demiş və bu istəyinin qarşılığında 15000 manat pul ödəməli olacağını bildirmiş və Famil onunla razılaşmışdır. O, Famil ilə 2022-ci ilin sentyabr ayının 20-dən sonra görüşmüş və sonuncu ona ilk dəfə üçün 5000 manat pul vermişdir. O, Famildən 5000 manat pulu alıb bütün işləri görəcəyinə söz vermiş və Ülkər Davudova ilə əlaqə saxlayaraq ondan özünün yaxud da tanışlarının Azərbaycana tələbə yerdəyişməsini həyata keçirə bilərmi deyə soruşmuşdur. Ülkər ona özünün belə işləri bacarmadığını, lakin Şahin Həsənli adlı şəxsin bu cür işləri görə bildiyini dedikdə, o, Ülkərə Şahinə bu işi görməsi müqabilində 4000 manat pulu 27 sentyabr 2022-ci il tarixdə göndərmişdir. Ülkər də ona həmin 4000 manat pulu Şahin Həsənlinin bank kartına göndərdiyini demişdir. Bu söhbətdən sonra o, Zərərçəkmiş şəxs1la bir daha görüşmüş və Famildən 2000 manat pul almışdır. Famil onunla dekabr ayında əlaqə saxlamış və aldığı 7000 manatı təsdiq edən qəbz verməsini istədikdə, o, 27 dekabr 2022-ci il tarixdə Familə 15000 manatlıq müqavilə üzrə 7000 manat ödəniş edildiyini təsdiq edən kassa mədaxil qəbzi vermişdir. Bunun səhərisi gün, yəni 28 dekabr 2022-ci il tarixdə Famil onun LEO bank kartına 2000 manat pul göndərmiş və həmin tarixdə də Familə 2000 manat ödənişi təsdiq edən qəbz vermişdir. Bundan sonra geriyə qalan 6000 manat pulu isə o, Famildən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində X17 metrostansiyasının yaxınlığında görüşərək əlbəəl almışdır. X1 Bakı Avrasiya Universitetinə yerdəyişməsinin həyata keçirilməsi üçün ümumilikdə 15000 manat pul almışdır. O, Famildən ilk iki dəfə Bakı şəhəri Xətai rayou ərazisində hazırda xatırlamadığı yerlərdə görüşmüş və ilkin 5000 manatla, ikinci dəfə 2000 manat verilən pulu da Xətai rayonu ərazisində almışdır. Familə hər dəfə oğlu Eldarın işinin artıq həll olunduğunu, sənədlərin imzalandığını demişdir. Famil ondan bir neçə ay sonra işi soruşduqda, artıq Eldarın sənədlərinin Bakı şəhərinə göndərilməsini demişdir. xx.xx.2023-cü il tarixdə o, pula ehtiyacı olduğu üçün Famildən yenidən pul istəmişdir. Bu dəfə o, Familə oğlu Eldarın adına Bakı Avrasiya Universitetindən dəvət məktubunun alınmasının lazım olduğunu demiş, Famil də onun bank kartına 720 manat pul göndərmişdir. Lakin bundan sonra Famil ondan şübhələnmiş və dəvət məktubunun bütün sənədlərdən əvvəl alınmalı olduğunu demişdir. O da daha sonra Ülkərlə əlaqə saxlamış və sonuncuya verdiyi 4000 manat pulu geri istəmişdir. O, xaricdə oxuyan tələbələrin Azərbaycana yerdəyişməsini həyata keçirə bilməmişdir. O, Famildən aldığı pulun müəyyən hissəsini Ülkər vasitəsilə yerdəyişmə işini həll edib, qalan hissəsini də özü üçün xərcləməyi düşünmüşdür. O, Familə bu işi özü görə biləcəyini demişdir. Çünki kiminsə adını verdikdə Familin həmin şəxsi tapıb nəsə soruşacağından ehtiyat etmişdir. Zərərçəkmiş şəxs3 Fərhad qızı onunla 2023-cü ilin may ayında əlaqə saxlamış və ondan oğlu X9 Respublikasında təhsil aldığı 9 Eylül Universitetindən Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Universitetinə köçürülməsini xahiş etmişdir. Danışıq zamanı o, Erikaya bu işi görə biləcəyini və qarşılığında 11000 manat pul verməli olduğunu demiş və pulu tez zamanda göndərməsini istəmişdir. Həmin vaxt o, Erikaya bu işi tanışının həll edəcəyini demişdir. Onun sözündən sonra 17 may 2023-cü il tarixdə Erikanın bacısı Şahid3 Fərhad qızı onunla Nizami Mall ticarət mərkəzində gündəlik icarəyə götürdüyü ofisində görüşərək ona 11000 manat pulu əlbəəl vermişdir. O, həmin 11000 manat pulu aldıqdan sonra Vaqifin işləri ilə məşğul olacağını və yeni dərs ilində, yəni 2023-cü ilin sentyabr ayında X10 Universitetində təhsilini davam etdiricəyini bildirmişdir. Daha sonra o, Erika ilə əlaqə saxlayaraq ona da eyni sözləri deyərək vədlər vermişdir. O, Erikanın bacısı Aytən vasitəsilə göndərdiyi 11000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Erika onunla 2023-cü ilin avqust ayının əvvəllərində görüşmüş və həmin zaman o, Erikaya oğlunun artıq bütün işlərinin həll olunduğunu, 28 avqust 2023-cü il tarixə qədər artıq işlərin bitəcəyini demişdir. Erika bundan sonra ona bir daha inanmışdır. O, Zərərçəkmiş şəxs3 aldığı 11000 manat puldan heç kimə heç bir məbləğdə pul verməmişdir. O, Zərərçəkmiş şəxs3 inandırmaq üçün guya təhsil Nazirliyində işləyən tanışı vasitəsilə bu işi görəcəyini və həmin şəxsə pulu çatdıracağını demişdir. Lakin Zərərçəkmiş şəxs3 aldığı 11000 manat pulu öz ehtiyacları üçün istifadə etmişdir. O, bu işi görə bilən birini tapacağını və müəyyən qədər məbləğ qarşılığında X7 Dövlət Universitetinə köçürülməsini həll edə bilər deyə düşünmüşdür. Lakin o, həmin pulu aldığı vaxt və ondan sonrakı vaxtlarda bu işlə bağlı heç kimlə əlaqə qura bilməmişdir. O, Zərərçəkmiş şəxs4 ilə 2022-ci ilin sonlarında tanış olmuşdur. Zərərçəkmiş şəxs4 onunla özü əlaqə saxlayaraq oğlu Şahid1 tələbə kimi Türkiyə Respublikasında yerləşən universitetlərə qəbul etdirməsini istəmişdir. O, həmin vaxt Türkiyə Respublikası deyil Rusiya Federasiyasında oğlu üçün daha asan və tez tələbə kimi qeydiyyata saldıra biləcəyini demişdir. Lakin Zərərçəkmiş şəxs4 oğlundan ayrı qala bilməyəcəyini demiş və Cavidi Azərbaycanda yerləşən hər hansı bir universitetə qəbul etdirməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs4 Bakı Avrasiya Universitetinə oğlunu qəbul etdirə biləcəyinə söz vermiş və bununla bağlı görüşmüşdür. Onlar ilk dəfə 13 dekabr 2022-ci il tarixdə Bakı şəhərində “Nizami Mall” ticarət mərkəzində gündəlik icarəyə götürdüyü ofisdə görüşmüş və Kifayətlə müqavilə bağlamışdır. Həmin vaxt o, Kifayətdən oğlunu Bakı Avrasiya Universitetinə qəbul etdirmək üçün 5500 manat, illik təhsil haqqı adı ilə 2000 manat və Cavidi azərbaycanlılarla bir qrupa saldırmaq üçün 300 manat olmaqla, ümumilikdə 7800 manat məbləğdə pul istəmişdir. Zərərçəkmiş şəxs4 da həmin pulu hissəhissə olmaqla ona ödəyəcəyinə söz vermişdir. İlk dəfə 17 dekabr 2022-ci il tarixdə Kifayət mənim Leo bank ASC-yə məxsus son 4 rəqəmi 7916 olan bank kartına 2000 manat, ikinci dəfə xx.xx.2023-cü il tarixdə 3500 manat eyni bank kartına göndərmişdir. O, Kifayətdən müqavilə üzrə aldığı 5500 manat puldan əlavə 2000 manat da illik təhsil haqqı ödəməsi üçün pul tələb etmişdir. Bu dəfə Kifayət onun yanına oğlu Cavidi göndərmişdir. xx.xx.2023-cü il tarixdə Cavidlə görüşmüş, həmin vaxt Cavidin bacısı Şahid2 da gəlmişdir. O, həmin vaxt Kifayətin göndərdiyi 2000 manat illik təhsil haqqı pulunu Bakı Avrasiya Universitetində almışdır. Onlar universiteti gəzən zaman o, Cavidə və Aytənə gətirdikləri 2000 manatın 1700 manat hissəsini universitetin balansına köçürəcəyini, qalan 300 manat pulu isə başqa işə xərcləyəcəyini demişdir. Bundan sonra Cavidgil çıxıb getmişlər. O, Kifayətdən aldığı ümumilikdə 7500 manat məbləğdə pulu özü üçün xərcləmişdir. Sonuncu dəfə o, 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs4 ilə əlaqə saxlamış və dərslərin artıq başladığını bildirərək Kifayətlə razılaşdıqları pulun 300 manat hissəsini göndərməsini istəmişdir. Bundan sonra Kifayət onun son 4 rəqəmi 8937 olan bank kartına 150 manat pul göndərmişdir. O, həmin 150 manat pulu da özünə xərcləmişdir. O, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə bank kartına göndərdiyi 2000 manat, xx.xx.2023-cü il tarixdə bank kartına göndərdiyi 3500 manat pulu, oğlu Şahid1 göndərdiyi 2000 manat pulu xx.xx.2023-c il tarixdə Bakı Avrasiya Universitetində və son 4 rəqəmi 8937 olan bank kartına göndərdiyi 150 manat pulu, yəni ümumilikdə 7650 manat pul almışdır. O, Kifayətlə ilk dəfə danışan zaman oğlunu Bakı Avrasiya Universitetinə qəbul etdirmək üçün xidmət haqı 5500 manat, illik təhsil haqqı üçün də 2000 manat və azərbaycanlılarla bir qrupa saldırmaq üçün 300 manat olmaq 7800 manat pul istəmiş, lakin o, Kifayətin oğlu Cavidi Bakı Avrasiya Universitetinə qəbul etdirməklə bağlı heç bir iş görə bilməmş və aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. O, Şahid1 adından Bakı Avrasiya Universitetinə tələbə kimi qeydiyyata alınması üçün yox, sonuncunun hazırlıq qruplarında qeydiyyata alınması üçün ödəniş etmişdir. O, həmin pulu guya 2023-cü ilin sentyabr ayında başlayacaq dərs ili üçün illik təhsil haqqı adı ilə almışdır. Həmin qəbz universitet tərəfindən verilmişdir. O, həmin qəbzi təqdim edən şəxsi ilk dəfə görmüş və kim olduğu bilməmişdir. O, qəbzi alıb Şahid2 təqdim etmişdir. O, Zərərçəkmiş şəxs2 əvvəllər tanımışdır. Zülfiyyə ilə tanışlığı 2021-ci ilin oktyabr ayında oğlu Sübhan Mehdiyevin xaricdə təhsil alması üçün müraciət etməsi ilə bağlı yaranmışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Zülfiyyə onunla görüşmüş və onların danışığı 28 may metrosu yaxınlığında yerləşən gündəlik ofisidə baş tutmuşdur. O, Zülfiyyədən oğlu X4 Ukrayna Respublikası Kiyev şəhərində yerləşən QUTEP Universitetinə qəbul etdiricəyini, universitetdən lazımi sənədlərin alınması və komissarlığa təqdim edilərək möhlət alınması müqabilində ondan 980 manat pul istəmişdir. Zülfiyyə onunla razılaşmışdır. Bundan əlavə o, Zülfiyyəyə illik təhsil haqı üçün hər ilə 1800 manat olmaqla 2 il üçün 3600 manat pul ödəməli olduğunu da demişdir. Zülfiyyə onun istəyi ilə 2021-ci ilin oktyabr ayında xatırlamadığı günündə Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən N1 adlı tədris mərkəzində orada işləyən tanışlarına 980 manat pulu verməsini demişdir. Çünki o, özü həmin vaxt bakı şəhərində olmamışdır. Zülfiyyə 980 manatı ödədiyini dedikdən sonra o, Zülfiyyəyə söz verdiyi işləri həll etmişdir. Sübhan Mehdiyev 2021-ci ilin noyabr ayında QUTEP universitetinə qəbul olmuş və onlayn formada təhsil almağa başlamışdır. O, sonradan pula ehtiyacı olduğu üçün Zülfiyyədən hissə-hissə ödəməli olduğu illik təhsil haqlarını özünə götürməyə və şəxsi ehtiyacları üçün xərcləməyə qərar vermişdir. Belə ki, onun niyyəti Zülfiyyənin 3600 manat pulunu ələ keçirmək olmuşdur. Lakin bir dəfə Zülfiyyənin ona göndərdiyi 200 manat pulu QUTEP universitetinə köçürmüşdür. Qalan pulları isə özünə götürmüşdür. Belə ki, Zülfiyyə hər dəfə onun LEO bank kartına pul göndərmişdir. O da Zülfiyyənin istəyi ilə ödədiyi pulları təsdiq edən qəbzlər vermişdir. Onun xatırladığına görə Zülfiyyə xx.xx.2021-ci il tarixdə 630 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 102 manat, xx.xx.2022-ci il tarixdə 200 manat pulu QUTEP universitetində olan təhsil haqları üçün göndərmişdir. O, həmin pullardan 200 manatını universitetə köçürmüş, qalan məbləğləri isə özünə xərcləmişdir. Bundan sonra o, Ukraynada müharibə olmasını bəhanə gətirib xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində yerləşən SİNERQİYA Universitetinə köçürülmə üçün 100 manat pul almışdır. Zülfiyyəyə oğlunun bundan sonra SİNERQİYA-da təhsilini davam etdiricəyini demişdir. O, SİNERQİYA Universitetində də eyni şərtlərin olmasını və ödənişlərdə fərq olmadığını deyib aybaay ödəməsini davam etdirməsini demişdir. Zülfiyyə əvvəldən hər ay 480 manat olmaqla ödəniş etməli olmuş, lakin bəzən az, bəzən çox olmaqla ödədiyindən ödənişlərin məbləğində fərqlər olmuşdur. Bundan sonra o, Zülfiyyədən 30.05. 2022-ci il tarixdə 268 manat, 14.12. 2022-ci il tarixdə 400 manat, 25.12. 2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 70 manat, ümumilikdə 4350 manat pul almışdır. Həmin pulun 980 manat hissəsinə razılaşma üzrə öhdəsinə düşəni etmiş və 200 manat hissəsini də illik təhsil haqqının müəyyən faizi kimi universitetin balansına köçürmüşdür. Qalan 3170 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. O həmin vaxta, yəni 2022-ci ilin aprel ayına qədər Zülfiyyənin ödədiyi illik təhsil haqqının çox hissəsini özünə xərcləmiş, Zülfiyyənin haradansa QUTEP-lə əlaqə saxlamağından və ödənişləri ödəmədiyini öyrənməsindən qorxmuşdur. O da müharibə olmasını bəhanə gətirmiş və transfer üçün də müəyyən müddət qazana biləcəyini fikirləşmişdir. O, ən azından bir neçə ay sənədlərin köçürülməsi və təsdiq edilməsi üçün lazımdır deyərək yenə pul almağa davam etmək niyyətində olmuşdur. Onun məqsədi Zülfiyyədən ümumilikdə həmin o, 3600 manat pulu almaq olmuşdur. Lakin əlavə olaraq da transfer üçün 100 manat pul almışdır. O, Zərərçəkmiş şəxs2 SİNERQİYA ilə bağlı arayış təqdim etmiş, lakin həmin arayış saxta olmamışdır. O, Sübhan Mehdiyevin müraciətinin qeydə alınması barədə arayış təqdim etmiş, həmin vaxt Sübhan Mehdiyevin tələbə kimi qeydiyyata alınması hələ baş tutmamışdır. O da Zülfiyyəni razı salmaq üçün belə bir arayış vermiş və Zülfiyyə oğlu Sübhan Mehdiyevin SİNERQİYA universitetində tələbə olmasını güman etmişdir. O, öz adından 2020-ci ilin xatırlamadığı ayında İqtisadiyyat Nazirliyinə müraciət etmiş və xx.xx.2020-ci il tarixdə onun adına VÖEN verilərək CRYSTAL-BAKU adlı MMC yaratmışdır. O, həmin CRYSTAL-BAKU MMC-nin həm rəhbəri, həm də işçisi olmuşdur. O, tutulduğu günə qədər həmin şirkətin bəzən rəhbəri, bəzən də işçisi kimi özünü müraciət edən şəxslərə təqdim etmişdir. O, fəaliyyət göstərdiyi illər ərzində çoxlu sayda insanların xaricdə təhsil müəssisələrinə yerləşdirilməsinə nail olmuş və işinin qarşılığında da müəyyən qədər pul qazanmışdır. O, həmin şirkətin adından bəzən günlük, bəzən həftəlik olmaqla müxtəlif yerlərdə icarəyə götürdüyü ofislərdə fəaliyyət göstərmişdir. Onun daimi yer icarəyə götürmək niyyəti olmamışdır. Ona müraciət edən şəxslərlə hər dəfə fərqli ünvanlarda görümüşdür. Əsasən 28 may metrosu ətrafında olan obyektlərdə və “Nizami Mall” ticarət mərkəzində gündəlik ofislər icarəyə götürmüşdür. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəyərək aradan qaldırmasını, onlarla barışdığını, sonuncuların ondan şikayət, tələb və iddiaları olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2021-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu onun oğlu X11 Respublikası Kiyev şəhərində yerləşən QUTEP Universitetinə qəbul etdirmişdir. Bundan sonra oğlu təxminən 1 il həmin universitetdə təhsil almışdır. O, Təqsirləndirilən şəxs mobil nömrəsinin whatsapp hesabında xaricdə təhsil alan tələbələrin Bakı Avrasiya Universitetinə köçürülməsi barədə elan görmüşdür. O, bu barədə Elvir ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ona oğlunun Bakı Avrasiya Universitetinə köçürülməsi üçün iş görə biləcəyini və bunun qarşılığında 15000 manat pul ödəməli olduğunu dedikdə, o, Elvirlə razılaşmışdır. O Elvirə həmin 15000 manat pulu ödəyə bilmək üçün Kapital Bank ASC-dən tələbat krediti götürmüşdür. O, ilk dəfə 2022-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu ərazisində Elvirlə görüşərək ona 5000 mamat məbləğdə pul vermişdir. Bir ay sonra Elvir ondan qalan puldan 2000 manat məbləği ödəməsi istədikdə, o, sonuncu ilə Xətai rayonu ərazisində görüşərək ona 2000 manat pul vermişdir. Bundan sonra o, Elvirdən ödədiyi pulları təsdiq edən qəbz verməsini istədikdə, sonuncu 27dekabr 2022-ci il tarixdə ona 7000 manat pulun kassa mədaxil qəbzini vermişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Elvirin LEO bank kartına 2000 manat məbləğdə pul göndərmişdir. O, Elvirdən işlərin nə yerdə olmasını maraqlandıqda, sonuncu 2023-cü ilin sentyabr ayında oğlu Eldarın Bakı Avrasiya Universitetində dərsə başlayacağını bildirmişdir. O, Elvirlə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 50 Qəpik adlı restoranın yanında yenidən görüşərək Elvirə 6000 manat pulu vermişdir. xx.xx.2023-cü il tarixdə Elvir ona zəng edərək Bakı Avrasiya Universitetindən dəvət məktubunun göndərilməsi üçün 720 manat pul lazım olduğunu demiş və o, Elvirin göndərdiyi bank kartına 720 manat məbləğdə pulu ABB mobil tətbiqi vasitəsilə göndərmişdir. Daha sonra Elvirlə əlaqə saxlaya bilmədikdə onun dələduzluq etdiyini başa düşmüşdür. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs vurduğu ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət, tələb və iddiası olmadığı və onunla barışdığını qeyd edib, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, oğlu X6 2022-ci ilin dekabr ayının əvvəllərində universitetə qəbul olmaq istədiyini bildirmişdir. Cavid internet sosial şəbəkəsində “Crystal Baku” adlı səhifə taparaq həmin səhifəni işlədən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onlar Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaratmış və Elvir onlara xarici ölkələrin universitetlərinə qəbul etdirə biləcəyini demişdir. O, Elvirə oğlundan ayrı yaşaya bilməyəcəyini deyərək Cavidi Azərbaycanda hər hansı bir universitetə qəbul etməyə kömək etməsini xahiş etmişdir. Daha sonra Elvir ona zəng edərək, müqavilə bağlanmalı olduğunu və bunun üçün Bakı şəhərinə getmək lazım olmasını demişdir. O, 2022-ci il 16 dekabrda Bakı şəhərində yeləşən “Nizami Mall” ticarət mərkəzinə getmişdir. Orada Elvirin işlədiyi ofisdə sonuncu ona oğlunu Bakı şəhərində yerləşən Avrasiya Universitetinə düzəldəcəyini və bunun üçün xidmət haqqı 5500 manat, illik təhsil haqqı 2000 manat və Cavidin azərbaycanlılarla bir qrupda oxumağı üçün 300 manat olmaqla, ümumilikdə 7800 manat pul lazım olacağını demiş, o da, Elvirlə razılaşmışdır. Onlar razılaşdıqdan sonra Təqsirləndirilən şəxs ilə müqavilə bağlamışdır. O, müqavilə bağladıqdan sonra xx.xx.2022 Masallı rayonu, Qarabağ küçəsində yerləşən “Al” marketdən Milli.ön ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxsnənin ona göndərdiyi **** **** 6850 7916 saylı kart hesabına 2000 manat pul göndərmişdir. Daha sonra Elvirdən pulun qalanını verməsi üçün vaxt versməsini xahiş etmiş, Elvir də ona 2023-cü ilin mart ayına kimi vaxt vermişdir. xx.xx.2023-cü il tarixdə o, yenidən Masallı rayonu, Qarabağ küçəsində yerləşən “Al” marketdən Milli.ön ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi **** **** 6850 7916 saylı kart hesabına 3500 manat pul göndərmişdir. Bundan başqa Elvir ona zənə zəng edərək 2000 manat universitetin illik pulunu ödəməli olduğunu bildirdikdə, o, oğlu Şahid1 2000 manat pulu Elvirə verməsi üçün vermiş və Bakı şəhərinə göndərmişdir. Cavid həmin gün 2000 manat pulu qızı Şahid2 ilə birlikdə Elvirə verib Masallı rayonuna qayıtmışlar. Bundan sonra Elvir ona Avrasiya Universtetinin ödənişini etməsi barədə qəbzin (1700 manatın ödəniş qəbzin) şəklini göndərmiş, 300 manat pulu isə oğlu Cavid üçün portal açacağı adı ilə özünə götürmüşdür. O, 2023-cü ilin avqust ayına kimi Elvirlə mütəmadi olaraq əlaqə saxlamış, lakin sonradan Elvir onun telefonlarına cavab verməmişdir. 2023-cü ilin avqust ayında Elvir ona zəng edərək, yerdə qalan 300 manat pul istəmiş və demişdir ki, artıq dərslər başlayır. O da xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Qarabağ küçəsində yerləşən “Rza” marketdən Milli.ön ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxsnənin ona göndərdiyi 5239 15** **** 8937 saylı kart hesabına 150 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs zəng edərək, universitet barəsində məlumat almaq istədikdə, sonuncu ona oğlu Cavidin artıq Avrasiya Universitetinin tələbəsi olduğunu və ondan aldığı sonuncu 150 manata isə Cavidi Azərbaycanlıların olduğu qrupa salacağını bildirmişdir. Bundan sonra o, dəfələrlə Elvirlə əlaqə saxlamaq istəsə də, mümkün olmamışdır. O, Cavidi 2023-cü ilin sentyabr ayında Avrasiya Universitetinə orada tələbə olaraq düzəlib düzəlməməsi barədə maraqlanması üçün göndərmişdir. Oğlu Cavid universitetə getmiş və orada Təqsirləndirilən şəxs onlara yalan vəd verməsi, aldadaraq pullarını ələ keçirməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs ondan ümumilikdə 7650 manat pul almış və ona Şahid1 Bakı Avirasiya Universitetinə tələbə olaraq qəbul etdirəcəyini vəd vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı 7650 manat pulu tam olaraq qaytarmışdır. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs vurduğu ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət, tələb və iddiası olmadığı və onunla barışdığını qeyd edib, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahidlər Şahid1 və Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadələrindən görünür ki, onlar Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə vermişlər. Zərərçəkmiş şəxs3 Fərhad qızının cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, X8 onun oğludur. Vaqif Türkiyə Respublikasının İzmir şəhərində yerləşən 9 Eylül Universitetinin 2-ci kurs tələbəsi olmuşdur. 2023-cü ilin yanvar ayında Türkiyədə baş vermiş zəlzələ ilə bağlı o, oğlunu Naxçıvan Dövlət Universitetinə yerini dəyişdirmək istəmişdir. O, oğlunun tanışı Rəvan adlı şəxsin vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş və 16 may 2023-c il tarixdə Elvirlə telefon əlaqəsi saxlamışdır. Elvir ona şirkətinin olmasını və bu cür işləri həyata keçirə bildiyini demişdir. O, bundan sonra Elvirin barəsində sosial şəbəkədə maraqlanmış və onun instagram səhifəsində müxtəlif elanlar verməsini görüb inanmışdır. Elvir onunla danışan zaman oğlu X10 Universitetinə köçürlməsini həyata keçirəcəyinə söz vermişdir. Bu işin qarşılığında Elvir ondan 11000 manat pul istəmiş və o Elvirə 11000 manat pulu ödəməyə razı olmuşdur. Elvir ona pulu işi görən kiməsə verəcəyi səbəbindən tez zamanda ödəməsini istəmişdir. O da Bakı şəhərində yaşayan bacısı Şahid3 ilə əlaqə saxlamış və bacısına onda olan 11000 manat pulu Elvirə aparıb verməsini xahiş etmişdir. Bacısı Şahid3 17 may 2023-cü il tarixdə Yasamal rayonu ərazisində yerləşən Nizami Mall ticarət mərkəzinin zirzəmisində yerləşən ofisdə Elvirlə görüşərək ona 11000 manat pulu əlbəəl vermişdir. Təqsirləndirilən şəxs ona Vaqifi 2023-cü ilin iyul ayınadək Naxçıvan Dövlət Universitetinə köçürəcəyi barədə söz vermişdir. O, Elvirlə 2023-cü ilin avqust ayında əlaqə saxlamaq istəmiş, lakin Elvir onun zənglərinə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə o, Elvirlə Bakı şəhəri, Yasamal rayonu ərazisində Nizami Mall ticarət mərkəzində yerləşən ofisində görüşmüş və sonuncu ona işin ən geci 2023-cü ilin avqust ayının 28-dək həll edəcəyini demişdir. O, bundan sonra yenidən Elvirlə əlaqə saxladıqda, sonuncu ona müxtəlif bəhanələr gətirmişdir. O, bir müddət sonra yenidən eyni ünvana gəlmiş və Təqsirləndirilən şəxs 20 manat pul qarşılığında gündəlik ofislər icarəyə götürməsini öyrənmişdir. Elvir ondan aldığı pulu Təhsil Nazirliyində işləyən kiməsə çatdıracağını demiş, lakin həmin şəxsin adını bildirməmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs vurduğu ziyanın anası tərəfindən tam ödənildiyini, ona qarşı şikayəti və tələbi olmadığı qeyd etmişdir. Şahid3 Fərhad qızının cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs3 Fərhad qızı ilə eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yaşayır və X13 adında bir oğlu vardır. O, X2 təhsil alması üçün 2021-ci ildə müxtəlif təhsil şirkətləri ilə maraqlanmış, sonda isə Təqsirləndirilən şəxs işlədiyi CRYSTAL BAKU təhsil şirkətinə üz tutmuşdur. O, Elvirlə əlaqə saxlamış və onlar 2021-ci ilin oktyabr ayının əvvəllərində Elvirin 28 may metrostansiyasının yaxınlığında yerləşən ofisində görüşmüşlər. Elvir həmin ofisi CRYSTAL BAKU şirkətinin ofisi kimi ona təqdim etmişdir. Ofisdə onların söhbəti baş tutmuş və Elvir ondan oğlu Sübhanı Ukrayna Respublikası Kiyev şəhərində yerləşən QUTEP Universitetinə tələbə kimi qeydiyyata salması qarşılığında 980 manat pul istəmişdir. Həmin pulun içərisində həm də oğlunun Hərbi Komissarlıqdan möhlət hüququ alması üçün lazımi sənədlərin alınmasından ötrü haqq da olmuşdur. Bundan başqa Elvir ondan oğlunun QUTEP-də təhsilini davam etdirməsi üçün hər tədris ilinə 1800 manat olmaqla iki il üçün ümumilikdə 3600 manat pul istəmişdir. O da ilk 2 kurs üçün həmin 3600 manat pulu hissə-hissə aybaay verə biləcəyini demişdir. O, Elvirin deməsi ilə 2021-ci ilin oktyabr ayının əvvəllərində Xalqlar Dostluğu adlanan ərazidə yerləşən N1 tədris mərkəzinə yaxınlaşmış və orada tanımadığı bir şəxslə görüşmüşdür. O, Elvirin deməsi ilə həmin 980 manat pulu orada həmin şəxsə vermişdir. O, 2021-ci ilin oktyabr ayının 19-na qədər Elvirin LEO Bank kartına 630 manat pul göndərmişdir. 19 oktyabr 2021-ci il tarixdə Elvirlə görüşmüş və ondan 630 manat illik təhsil haqqı ödəməsini təsdiq edən qəbz almışdır. Sübhan da 2021-ci ilin noyabr ayında QUTEP Universitetinin onlayn dərslərinə qoşulmuşdur. O da Elvirin ondan istədiyi 3600 manat pulu aybaay gücü çatdığı qədər ödməyə başlamışdır. Belə ki, o, Elvirə illik təhsil haqlarını ödəsin deyə xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 102 manat, 17.03. 2022-ci il tarixdə 200 manat, 09.04. 2022-ci il tarixdə 100 manat transfer üçün, 30.05. 2022-ci il tarixdə 268 manat, 14.12. 2022-ci il tarixdə 400 manat, 25.12. 2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cüil tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 70 manat olmaqla ümumilikdə 4350 manat pul vermişdir. O, Elvirin kartına hər dəfə ödənişləri yaşadığı Xətai rayonu, Zığ yolu 1 küçəsində yerləşən Al marketdə yerləşən Milli.Ön ödəmə terminalı vasitəsilə göndərmişdir. O, Elvirdən aldığı ödənşlərini təsdiq edən qəbzlərini hələ də saxlamış və həmin qəbzləri ona Elvir özü təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Elvir qəfl onunla əlaqə saxlayıb Ukraynada müharibə olduğuna görə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən SİNERQİYA Universitetinə yerdəyişməsinin həyata keçirildiyini və oğlu Sübhanın transferi üçün 100 manat pul lazım olduğunu demişdir. Elvir ona oğlu Sübhanın təhsilini artıq SİNERQİYA Universitetində eyni şərtlərlə və eyni təhsil haqqı ilə davam etdirəcəyini bildirmişdir. O da, Elvirlə razılaşmış və yerdəyişmə üçün 100 manat pulu göndərmişdir. O, oğlunun SİNERQİYA-da oxumasını güman edib Elvirə bir neçə ay daha ödənişlər etmişdir. Bİr neçə aydan sonra, yəni 2023-cü ilin iyun ayında o, Elvirin verdiyi SİNERQİYA Universiteti ilə bağlı olan sənədin üzərindəki 8(800)100-00-11 saylı nömrə ilə əlaqə saxlamış və həmin nömrəyə sənədin üzərində olan kodu bildirmişdir. Ona cavab olaraq həmin kod üzrə başqa şəxsin məlumatları çıxması və oğlu Sübhanın ümumiyyətlə həmin universitetdə qeydiyyatda olmaması deyilmişdir. O, bundan sonra QUTEP Universiteti ilə əlaqə saxlamış və QUTEP Universitetindən ona Sübhanın 2021-ci ildə həmin univeristetə tələbə kimi qeydiyyata alınması, illik təhsil haqqından 200 manat pul ödənilməsi, lakin sonradan qalan hissələr ödənilmədiyi üçün Sübahn 1-ci semestrdən sonra universitetdən xaric edilməsi bildirilmişdir. Yəni oğlu 1 ildən çox müddət ərzində heç bir yerdə tələbə kimi qeydiyyatda olmamış, Elvirə göndərdiyi pullardan yalnız 200 manatını universitetin balansına köçürmüş, qalan məbləğləri isə özü üçün xərcləmişdir. Elvir ümumilikdə ona 3170 manat məbləğdə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs vurduğu ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayəti və tələbi olmadığı qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayonu küçə üçlüyü tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-62/2023 saylı, 25 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 noyabr 2023-cü il tarixdən hesablanmaqla 2 ay 18 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-96/2024 saylı, 27 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində secilmiş həbs növündə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə isə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olinaraq məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərclərinin və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdən 03 iyul 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 3 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Gəncə şəhəri Probasiya İdarəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-96/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-96/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver