Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-97/2023 26.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, 26 avqust 1997-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Masallı MTE və PA Birliyinin Masallı rayon Şöbəsində tibb qeydiyyatçısı işləyən, əvvəllər məhkum olunmamış, Masallı şəhəri 1-Dadva küçəsi ev 22 yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Masallı şəhəri 1- Dadva küçəsi ev 22-də yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətin giriş darvazasının qarşısında qayınatası Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək valideynləri ilə mübahisə etməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq sonuncuya burun nahiyəsində şişkinlik və sıyrıq, burun sümüyü cisminin natamam sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 onun arvadıdır. Onların birgə nikahlarından 1 azyaşlı qız övladı olmuşdur. 26 dekabr 2022-ci il tarixdə saat 12 radələrində işdə olarkən, həmin vaxtı mobil telefonuna anası zəng edərək qayınatası Zərərçəkmiş şəxs və sonuncunun baldızı qızı Şahid2 onların yaşadıqları evə gəldiklərini, anası Şahid4 ilə guya arvadı Şahid1 maaş kartından xeyli pulun çıxarılıb xərclənməsi ilə əlaqədar mübahisə etdiklərini, mübahisə zamanı Zərərçəkmiş şəxs anasının ünvanına nalayiq ifadələr işlətməsini, daha sonra evə atası Şahid3 gəldiyini və mübahisənin bir azda böyüdüyünü bildirmişdir. Bu səbəbdən də o, işdən çıxıb yaşadığı evə getmiş, evə gəldikdə qayınatası Zərərçəkmiş şəxs valideynləri ilə mübahisəsinin və onları söyməsinin səbəblərini aydınlaşdırmağa çalışmışdır. Bu zaman qayınatası onun üzərinə hücum çəkmiş və onun boğaz nahiyəsindən tutaraq yerə yıxmışdır. Zərərçəkmiş şəxs bundan sonra bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq zərbələri vurmuş və xəsarət almışdır. O, da qayınatası Zərərçəkmiş şəxs canını qurtarmaq üçün ona müqavimət göstərərək Əzizin burun və sol yanaq nahiyyəsindən vurmuşdur. Mübahisə vaxtı arvadı Şahid1 vurmamış, atası Şahid3 Zərərçəkmiş şəxs vurmamış, Zərərçəkmiş şəxs aşkar olunan bütün xəsarətlər onun tərəfindən mübahisə vaxtı yumruq zərbələri ilə yetirilmişdir. Hazırda əməlini səmimi etiraf edərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini nəzərə alaraq məhkəmədən ona qanunauyğun cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada sübut olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Pəncəli qızı Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verdilər. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 övladıdır. X3 Hüseynli ilə ailə həyatı qurmuş, həmin vaxtdan qızı Şahid1 Təqsirləndirilən şəxs Masallı şəhərində yaşadığı evinə gəlin köçmüş və Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Ötən müddət ərzində qızı Şahid1 həyat yoldaşı ilə ailədaxli mübahisələri olmuş, bu barədə xəbər tutmuş, sonuncu belə ailədaxili mübahisə 21 dekabr 2022-ci il tarixdə baş vermiş, qızı Fəridəni əri İmanverdi ona məxsus evə gətirmişdir. Daha sonra 24 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs atası Şahid3 ona məxsus evə gəlmiş, Üzeyir qızı Fəridəni ondan istəmiş, bir daha belə bir mübahisə baş verməyəcəyini, cavan ailənin dağılmasına icazə verməməsini ondan xahiş etmişdir. Həmin vaxtı qızı Fəridəni özünün icazəsilə ər evinə getməsinə razılıq vermiş, qızı Fəridə onlara inanmış və yenidən ər evinə qayıtmışdır. 26 dekabr 2022-ci il tarixdə baldızı qızı Şahid2 ilə birlikdə qızı Fəridənin yaşadığı evə qonaq getmiş, həmin vaxtı oraya getməkdə məqsədi qızının vəziyyəti ilə maraqlanmaq olmuş, qızının Masallı şəhərində yaşadığı evin həyətinə daxil olduqda qızının qayınanası Şahid4 onu qarşılamışdır. Həmin vaxtı Qızılgül salamlaşmadan ona qızı Fəridənin yuxarıda olduğunu və qızını götürüb aparmasını demişdir. Qızı Fəridənin qayınanasına qızına məxsus maaş kartından ötən müddət ərzində xeyli miqdarda pul xərclədiklərini və qızına bir dəst paltar belə almadıqlarını deyərək irad bildirmiş, bundan sonra aralarında mübahisə baş vermişdir. Bir qədər sonra Qızılgülün əri Üzeyir evə gəlmiş, Üzeyir arvadı ilə birlikdə onunla sözlə mübahisə etməyə başlamışdır. Üzeyir və Qızılgül yaşadıqları evdən çxıb gedib oğlanları İmanverdini evə gətirmişlər. Qızı Fəridə və baldızı qızı ilə birlikdə evdə gözləmiş, İmanverdi evə gələrək onu evdən həyətə çıxartmış, həmin vaxtı qızı da onun arxasınca həyətə düşmüş, İmanverdi həyətdə ünvanına nalayiq ifadələri işlətmişdir. İmanverdiyə baş qoşmaq istəməmişdır. Daha sonra ailəlikcə ona hücum edərək onu vurub xəsarət yetirmişlər, əynində olan paltarlarını çırmışlar. Daha sonra İmanverdi qızı Fəridəni vurmuşdur. Bu zaman uşaq qızının əlində düşmüş oda uşağı yerdən götürmüş, bu zaman İmanverdi onu vuraraq burnunu sındırmışdır. Daha sonra İmanverdi onun xəsarət aldığını görüb özünü divara vurmuş və özünə xəsarətlər yetirməyə başlamışdır. Təqsirləndirilən şəxslə barışmayıb, şikayətçidir, təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, 1145 saylı rəydə qeyd edilmişdir ki, Vət. Zərərçəkmiş şəxs burun və sol almacıq nahiyəsində şişkinlik və sıyrıq, burun sümüyü cisminin natamam sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, əl ilə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə burun nahiyəsində şişkinlik, sıyrıq və burun sümüyü cisminin natamam sınığı vahid kompleks təşkil edib sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Masall Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsiilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf edərək əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-97/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-97/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver