Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-97/2025 03.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu ildə Sabirabad rayonu, Poladtoğay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı şəhəri, H.Əliyev prospekti, ev 42, mənzil 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Masallı şəhər, H.Əliyev prospektində yaşadığı evin yaxınlığında tanışı olan Masallı şəhər sakini Şahid3 satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini pay qismində qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, psixotrop maddələri qəbul etməkdə, üzərində gəzdirməkdə və daşımaqda şübhəli olduğundan 17 mart 2025-ci il tarixdə, saat 23:23 dəqiqədə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Masallı şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq üzərinə keçirilən yoxlama və götürmə zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi: 0,552 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Masallı şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldığı zaman üzəri yoxlanılmış və üzərindən psixotrop maddə aşkarlanmışdır. Həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş və üzərində gəzdirmişdir ki, azyaşlı uşağı götürməsin. Həmin psixotrop maddəni tanışı Şahid3 almışdır. Belə ki, o, İsmayılı uzun müddətdir ki, tanıyır, aralarında dostluq münasibəti olmuşdur. İsmayıl onun rəfiqəsinin sevgilisinin dostu olmuş və İsmayıllada onu rəfiqəsi tanış etmişdir. Əvvəllər İsmayıl həbs olunmazdan əvvəl bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. Lakin ötən ilin dekabr ayında İsmayıl azadlığa çıxdıqdan sonra ilk dəfə idiki İsmayıldan onun üçün narkotik vasitə tapmasını xahiş etmiş, İsmayılda tapıb gətirib ona vermişdir. İsmayıl ona həmin psixotrop maddəni pulla deyil pay olaraq vermişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Səhv etmişdir. Himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 oglunun ifadəsindən görünür ki, o, Masallı rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 17 mart 2025-ci il tarixdə Masallı şəhər, H.Əliyev prospekti, ev 42, mənzil 8-də qediyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatı aidiyyatı üzrə rəhbərliyə məruzə etmişdir. Bundan sonra rəhbərlik tərəfindən müvafiq əmr əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri kimi o, təyin edilmiş və üzvləri isə Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Masallı RPŞ-nin KTQ-nin baş inspektoru X9 təyin edilmişlər. Təqsirləndirilən şəxs cinayətkar əməlinin ifşa edilməsi məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə saat 23:23 dəqiqədə Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olduğu zaman saxlanılmışdır. Həmin vaxt Ramal Şükürov tərəfindən video çəkiliş aparılmışdır. Onlar Təqsirləndirilən şəxs əvvəlcə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını demişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını və bununla bağlı üzərinə yoxlama aparılmalı olduğunu demişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs müdaifəçinin yardımından istifadə etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə müdafiəçinin yardımını istəmədiyini və yoxlama aparılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kağız büküm çıxardıb təqdim etmişdir. Onlar həmin kağız bükümün içərisinə baxdıqda içərisində ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminə bənzər kütlələr olması aşkar edilmişdir. O, həmin metamfetaminə bənzər kütlələri bir ədəd kağız bükümlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 0,99 qram olması onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs onun suallarına cavab olaraq həmin bir ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini İsmayıl adlı tanışından aldığını, həmin metamfetamin qarşılığında heç bir pul vermədiyini, İsmayılın həmin metamfetamini pay verməsini, həmin metamfetamini öz üzərində şəxsi istifadəsi üçün daşıyaraq saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin İsmayıl adlı tanışın metamfetamini yaşadığı evin yerləşdiyi küçədə təxminən bir həftə əvvəl verdiyini də demişdir. O, həmin metamfetamini bir ədəd kağız bükümlə birlikdə ağ rəngli kağız zərfə qoymuş və üzəri orada olan bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sol yan cibindən özünə aid olan bir ədəd Redmi markalı mobil telefon aşkar etmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar etməmişdir. O, Nuranə Məmədlinin üzərindən aşkar etdiyi bir ədəd Redmi markalı mobil telefonu da başqa bir ağ rəngli kağız zərfə qoymuş və üzəri imzalandıqdan sonra möhürlənərək qablaşdırılmışdır. Bundan sonra çəkiliş sonlandırılmış və onlar birlikdə Masallı RPŞ-nin inzibati binasına gəlmişlər. Masallı RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama və götürmə ilə bağlı protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra Təqsirləndirilən şəxs Masallı RPŞ-ni Məsul Növbətçisinə təhvil vermiş və yoxlama və götürmə aparılması ilə tərtib edilmiş sənədləri, 01 ədəd DVD diski, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd kağız zərfi və içərisində bir ədəd Redmi markalı mobil telefon olan 01 ədəd kağız zərfi Masallı RPŞ-nin təhqiqatçısı Şahin Mehrabova təqdim etmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi 02 ədəd kağız zərf açılaraq baxılmış və içərisində olan psixotrop maddə yenidən çəkildikdən sonra başqa bir ağ rəngli kağız zərfdə qablaşdırılmaqla möhürlənmişdir. O, daha sonra təyin edilərək keçirilmiş olan məhkəmə fiziki kimyəvi ekspertizasının rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş olan psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,552 qram olmasını öyrənmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və heç bir ədavət, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldıqda, üzərinə yoxlama və götürmə aparıldıqda Masallı RPŞ-nə gətirildikdə heç bir zor və ya güc tətbiq olunmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlayan zaman onun təqdim etdiyi 01 ədəd kağız bükümdə metamfetamini yerin üzərində elektron tərəzi vasitəsilə çəkilmişdir. Həmin vaxt elektron tərəzinin yerdə sabit və düz qalması ola bilsin ki, bir qədər fəqli olduğundan ölçü aparan zaman metamfetaminin çəkisində fərqli rəqəmlər görünmüşdür. Lakin ekspertiza tədqiqatı zamanı həmin metamfetamin təmiz halda çəkilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 oglunun ifadəsindən görünür ki, o, əvvəllər narkotik və psixotrop maddələrdən istifadə etməyə və satışını həyata keçirməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2024-cü ilin sonlarında cəzanı çəkib qurtarmışdır. Azadlığa çıxdıqdan sonra Masallı rayonuna gəlmiş və fərdi əməklə məşğul olmağa başlamışdır. Lakin ara-sıra narkotik və psixotrop maddələrdən də istifadə etmişdir. O, Masallı şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş və tanış olduqdan qısa müddət sonra aralarında sevgi münasibətləri yaranmışdır. Onlar sevgi münasibətlərində olduqları dövrdə Nuranəyə əvvəllər məhkumluq həyatı yaşadığını demişdir. Aralarında inam hissi formalaşdıqdan sonra Nuranə ona özünün də narkotik və psixotrop maddələrdən istifadə etməsini etiraf etmişdir. Lakin heç vaxt Nuranənin narkotik və psixotrop maddələrdən istifadə etməsinə şahid olmamışdır. Bundan başqa o, özü də Nuranənin yanında narkotik və psixotrop maddələrdən istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə o özünə və tanışlarından istəyən olsa satmaq üçün narkotik və psixotrop maddə əldə etmək qərarına gəlmişdir. Beləcə həmin gün saat 16 radələrində o, yaşadığı evdən çıxıb tək Lənkəran rayon Qumbaşı kəndinə getmiş və həmin kənddə bir qədər vaxt keçirdikdən sonra üzdən tanıdığı, lakin adını dəqiq bilmədiyi şəxslə görüşmüşdür. Söhbət zamanı o, həmin şəxsdən narkotik və psixotrop maddə istəmişdir. Həmin şəxs ona üzərində narkotik vasitə qurudulmuş marixuana və psixortrop maddə olan metamftamin olmasını və həmin qanunsuz maddələri ona 200 manat pul qarşılığında sata biləcəyini demişdir. O, həmin şəxslə razılaşmışdır. Həmin şəxsdən 01 ədəd bükülüdə qurudulmuş marixuana və 03 ədəd kağız bükümlərdə metamfetamini aldıqdan sonra yaşadığı Masallı rayonuna gəlmişdir. O, evdə tək olduğu vaxt qurudulmuş marixuananı satışını daha rahat həyata keçirmək üçün 07 ədəd bükümlərə ayırmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə səhər saat 11 radələrində onunla əlaqə saxlamış və ona bədənində ağrılar olmasını, metamfetamin lazım olduğunu demişdir. O da Nuranəyə metamfetamin gətirəcəyinə söz vermişdir. O, 10 mart 2025-ci il tarixdə saat 12 radələrində Masallı şəhər, H.Əliyev prospektinə Nuranənin yaşadığı evin yerləşdiyi məhəlləyə getmiş və Nuranə ilə yaşadığı evin yaxınlığında küçədə görüşmüşdür. Görüş zamanı o, Nuranəyə 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin vermişdir. Lakin o, həmin metamfetaminin qarşılığında Nuranədən heç bir şey almamışdır. Çünki o, həmin metamfetamini Nuranəyə pay qismində vermişdir. Nuranə ondan həmin bir ədəd kağız bükümdə olan metamfetamini alıb əynindəki şalvarının xatırlamadığı cibinə qoymuş və sağollaşıb evinə getmişdir. O, oradan çıxıb geri qayıtmışdır. O, həmin gün saat 15 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, saxlanıldığı zaman üzərinə yoxlama aparılmış və üzərindən 02 ədəd kağız bükümlərdə metamfetamin və 06 ədəd sellofan bükümlərdə qurudulmuş marixuana aşkar edilmişdir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün tutulmuş və hazırda barəsində Masallı RPŞ-nin İB-də cinayət işi vardır. Təqsirləndirilən şəxs ifadəsində doğru danışmışdır. O, Təqsirləndirilən şəxs cəmisi bir dəfə 10 mart 2025-ci il tarixdə 01 ədəd kağız bükümdə metamfetamin vermişdir. Bundan başqa aralarında narkotik və ya psixotrop maddələrin alqı satqısına dair heç bir hal baş verməmişdir. Təqsirləndirilən şəxs ona heç bir vaxt narkotik və ya psixotrop maddələr satmamış və o, Təqsirləndirilən şəxs başqalarına narkotik və ya psixotrop maddələr satmasına, verməsinə şahid olmamışdır. Təqsirləndirilən şəxs sadəcə bir ədəd kağız bükümdə olan metamfetamini çıxardıb təqdim etmiş, digər bükümlərdə olan qurudulmuş marixuana və metamfetaminlər barədə Təqsirləndirilən şəxs heç bir söz deməmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X9 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə saat 23:23-də Masallı şəhəri Heydər Əliyev prospektində saxlanılaraq üzəri yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində boz rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd kağız bükümü və sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmiş, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini tanışı İsmayıldan adlı şəxsdən pay qismində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüş, sonra həmin metamfetaminə bənzər maddəni bükülü ilə birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 0,99 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni və “Redmi” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdr. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X5 tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CABnin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 ədəd bükümdə metamfetaminə bənzər psixotrop maddə olmuş və həmin büküm elektron tərəzidə çəkilərkən 0,88 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis baş leytenantı X14 tərəfindən müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclsasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin materialların məhkəmə ekspertizası, Məhkəmə kimyəvi eskpertizasının 18 mart 2025-ci il tarixli, 19/121 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər 0.88 qram kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,552 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir (metamfetaminin təmiz çəkisi- 0,552 qr., tədqiqata sərf edildi-0,05qr., qalıq-0,502 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X10 Yoxlamanın nəticələrinə dair 08 aprel 2025-ci il tarixli, 190 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-in təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdən 10 aprel 2022-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 2-449/25-62-16 saylı məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum cəzasını tam şəkildə çəkdiyi üçün barəsində olan şəxsi iş xx.xx.2023-cü il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospekti, ev 42, mənzil 8-də yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və qardaşı xx.xx.1997-ci il təvəllüdlü X6 və qızı xx.xx.2018-ci il təvəllüdlü X2 ibarət ailə tərkibi vardır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; - törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də, təmin edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:23-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 15:00-da barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür, yəni onun məcburi müalicəyə ehtiyacının olması qeyd edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,502 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,502 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-97/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-97/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver