Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-98/2023 10.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1989-cu ildə Ukrayna Respublikasının Nikolayev vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Masallı şəhəri Digah küçəsi ev 98, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan, əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-262/2021 saylı, 15 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 22 yanvar 2023-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-14/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 22 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri H.Aslanov küçəsində saxlanılaraq Masallı rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki sarı rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,265 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, 2 övladı var, fərdi əməklə məşğuldur. Qısa müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən Masallı şəhəri H.Aslanov küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə getmişdir. Polis şöbəsində üzərinə baxış keçirilən zaman onun üzərindən bir bükümdə narkotik vasitə metamfetamin, 253 manat pul, bir ədəd plastik bank kart və bir ədəd Samsung A32 markalı telefon aşkar olunmuşdur. O, həmin narkotik vasitəni həmin gün Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün almışdır. Lakin ibtidai istintaq zamanı ilkin dindirmədə qorxduğu üçün törətmiş olduğu əməli etiraf etməyərək narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Lakin istintaqın sonrakı mərhələsində törətdiyi əməli səmimi olaraq etiraf etmişdir, hazırda da, tam səmimi əməli törətməsini etiraf edir. Saxlanıldığı zaman və üzərində şəxsi axtarış aparılarkən polis əməkdaşları ona heç bir fiziki və psixi təsir göstərməmişdir. Törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirir. Məhkəmədən təqsirini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, fəhləlik etməklə ailəsinin yeganə qazanc gətirəni olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Masallı rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkilidir. xx.xx.2023-cü il tarixdə Masallı şəhəri Digah küçəsi ev 98, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi X8dən, NMQ-nun əməliyyat müvəkkili Şahid9 və PPXB-nin polis nəfəri Şahid4 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olan zaman görüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman o, üzərində qanunsuz hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Masallı rayon polis şöbəsinə dəvət edilmiş və o, onların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə Masallı rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs X8in xidməti otağına dəvət etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə fotoçəkilişlə şəxsi axtarış keçirləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında onun hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə iki nəfər hal şahidinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirib iş üzrə hər hansı bir marağı olmayan iki nəfər vətəndaşın dəvət edilməsini xahiş etmişdir. Tərəflərindən rayon polis şöbəsinin inzibati binasının qarşısı ilə piyada hərəkətdə olan iki nəfər vətəndaş Şahid2 və Şahid1 hal şahidi kimi dəvət edilmişdir. Bundan sonra təhqiqatçı fotoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamışdır. X8 şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predment olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynində olan paltarlarına şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülü, bir ədəd Samsung A32 markalı mobil telefon, həmin şalvarın sol yan cibindən ümumilikdə 253 manat pul əskinazları və qara rəngli birbank kartı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofan bükülüyə baxış zamanı bükülünün içərsində olan maddənin psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını, haradan və kimdən alması barədə sual verilsə də Təqsirləndirilən şəxs verilən suallara cavab verməkdən imtina etmişdir. Bundan sonra X8 Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş içərisində metamfetaminə bənzər kütlə olan bükümü elektron tərəzidə çəkmiş və həmin bükümün ümumi çəkisi 0,31 qram müəyyən olunmuşdur. Bundan sonra içərisində metamfetaminə bənzər kütlə olan büküm zərfin içərisinə qoyularaq möhürlənmiş və zərfin üzəri tərəflərindən imzalanmaqla təsdiq edilmişdir. Daha sonra isə eyni qayda ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd Samsung A32 markalı mobil telefon, birbank kartı və 253 manat pul əskinazları da zərfləşdirilərək möhürlənmiş və tərəflərindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 və Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Masallı rayonu Ağakişibəyli kəndində yaşayır. Fərdi əməklə məşğul olaraq dolanır. Əvvəllər psixotrop maddələrdən, narkotik vasitələrdən istifadə etmişdir. Lakin təxminən son iki ay müddətdir ki, psixotrop maddələrdən istifadə etmir. Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır. Belə ki, bir neçə dəfə Vüqarla birlikdə narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmişlər. Bundan əlavə o özü köhnə bazarda balıq satışı ilə də məşğul olur. Vüqarla aralarında olan telefon danışıqlarının, smslərin bir çoxu da Vüqarın ondan balıq istəməsinə görə olmuşdur. Təxminən son iki-üç aydır ki, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmir. ***-***-**-** saylı mobil telefon nömrəsi ona aiddir. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə həmin nömrə arasında smslər onun tərəfindən Vüqara, Vüqarın tərəfindən isə ona yazılmışdır. Aralarında olan telefon danışıqlarını da onlar qarşılıqlı olaraq etmişlər. Təqsirləndirilən şəxs ona narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Sadəcə onlar birlikdə bir neçə dəfə narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Masallı şəhəri C.Cabbarlı küçəsində yaşayır. Konkret olaraq hər hansı bir işlə məşğul olmur. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. Belə ki, əvvəllər o, da ailəsi ilə birlikdə Masallı şəhəri Digah küçəsində Təqsirləndirilən şəxs yaşadığı binada yaşamışdır. Sonradan isə onlar hazırda yaşadıqları Masallı şəhəri C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evlərinə köçmüşlər. Təqsirləndirilən şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edir. Onun özünün də bədənində ağrılar olduğu üçün əvvəllər narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmişdir. Buna görə də bir neçə dəfə Vüqarla birlikdə narkotik vasitə və ya psixotrop maddə istifadə etmişlər. Onun özü də əvvəllər qanunsuz narkotik vasitələrdən istifadə etdiynə görə məhkum olmuşdur. Təqsirləndirilən şəxs həbs edilməmişdən qabaq özünə məxsus olan ***-***-**-** və ***-***- **-** saylı mobil telefon nömrələri ilə ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlamışlar. Belə ki, aralarında olan telefon danışıqlarının bir çoxu narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Sadəcə olaraq o narkotik vasitə və ya psixotrop maddə əldə etdikdə Vüqara zəng edib demiş, Vüqar əldə etdiyi halda isə ona zəng edib deyib və birlikdə narkotik vasitə və ya psixotrop maddə istifadə etmişlər. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Masallı rayonu Qodman kəndində qeydiyyatda olmaqla yaşayır. Qodman kənd orta məktəbində kitabxana müdiri işləyir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Masallı rayonu Polis şöbəsinin qarşısı ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, onun da həmin istintaq hərəkətində iştirak etməyini xahiş etmişlər. O, polis əməkdaşlarının xahişi ilə rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Bundan sonra onu xidməti otağa dəvət etmişlər. Özünü X8 kimi təqdim edən şəxs ona Masallı şəhəri Digah küçəsində yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasını, onun üzərinə şəxsi axtarış keçiriləcəyini, onun da həmin istintaq hərəkətində hal şahidi kimi iştirak etməyini bildirmişdir. Bundan sonra onun və digər proses iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sarı rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf bükülü, Samsung markalı mobil telefon, sol yan cibindən isə iki ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq, 6 ədəd beş manatlıq və üç ədəd bir manatlıq olmaqla ümumilikdə 253 manat pul əskinazları və bir ədəd birbank kartı aşkar edilmişdir. X8 aşkar edilmiş bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bəznər kütlənin olmasını bildirmiş və Təqsirləndirilən şəxs həmin bükülünü haradan əldə etməsini üzərində nə məqsədlə gəzdirməsini soruşmuşdur. Lakin Təqsirləndirilən şəxs verilən suala cavab verməmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,31 qram olması müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş bükülü zərfləşdirilərək möhürlənmişdir. Zərfin üzəri isə tərəflərindən imzalanaraq təsdiq edilmişdir. Həmçinin daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon, 253 manat pul və birbank kartı eyni qaydada zərfləşirilərək götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolun doğruluğu tərəflərindən imzalanmaqla təsdiq edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və aralarında heç bir ədavət, düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 Məlikmməmməd oğlunun ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Masallı şəhəri Qarabağ küçəsində yaşayır. Təxminən 13 il müddətdir ki Masallı şəhəri Qarabağ küçəsində ərzaq dükanı işlədir. Təqsirləndirilən şəxs təxminən 13 il müddətdirki tanıyır. İşlətdiyi dükanı valideyni ilə birlikdə işlədir. Qış aylarında dükan gecə saat 01, 02 radələrinə qədər, yay aylarında isə demək olar ki, 24 saat ərzində işlək olur. İşlətdiyi dükanda isə “e-manat” pul köçürmə aparatı quraşdırılmışdır. Vüqar mobil telefona online oyunlar yazdıraraq həmin oyunlardan pul vasitəsi ilə istifadə edir. Buna görə də pul lazım olduğu hallarda ona zəng edərək bank kartına “e-manat” pul köçürmə aparatı vasitəsi ilə pul köçürməyi xahiş edirmiş. Belə ki, o Vüqara lazım olan qədər bank kartına pulu köçürürmüş. Növbəti gün isə Vüqar dükana gələrək kartına köçürdüyü pulu ona verirmiş. O, Vüqarın narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməsini eşitmişdir. Lakin onun narkotik vasitələri istifadə edən zaman görməmişdir. Özü narkotik vasitələrdən istifadə etmir. Bu günə qədər də istifadə etməmişdir. Vüqarla aralarında da bu barədə heç bir söhbət olmamışdır. Azərcel MMC-dən daxil olmuş diskə baxış zamanı 2022-11-26 tarixdə saat 01:51:37-də Təqsirləndirilən şəxs məxsus **********86 saylı mobil nömrədən sizin istifadənizdə olan **********52 saylı mobil nömrəyə “Memi seni gozleyrem sen anvanin cani. Dranzit eleme axsam axsam. Qardas cani. Dilxoramada. Seni gozleyrem. Tez at” məzmunlu mesaj göndərilmişdir. İşlətdikləri dükanda “e-manat” pul köçürmə aparatı quraşdırılmışdır. Vüqara pul klazım olanda özü dükana gəlmədən ona mesaj yazaraq və ya zəng edərək xahiş edirmiş. O Vüqarın kartına pul köçürürmüş. Növbəti gün isə özü köçürdüyü pulu ona verirmiş. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Masallı şəhər H.Əliyev prospektində yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdirki tanıyır. X1 adına olan ***-***-**-** saylı mobil telefon nömrəsini o işlədir. Təqsirləndirilən şəxsla da mütəmadi olaraq mobil telefonla danışmışdır. O, Vüqarın narkotik vasitələrdən istifadə etməsini bilirmiş. Onun özü də narkotik vasitələrdən istifadə etdiyi üçün əvvəllər Vüqarla birlikdə narkotik vasitə olan qurudulmuş marixuanalardan istifadə etmişdir. Lakin onun psixotrop maddələrdən istifadə edib etməməsindən və ya onların satışı ilə məşğul olmasından heç bir məlumatı olmamışdır. Yalnız Vüqar həbs olunduqdan sonra Vüqarın psixotrop maddələrdən də istifadə etməsini bilmişdir. O, narkotik vasitərdən istifadə etmişdir. Hazırda RPŞ-nin İB-də narkotik vasitə hesab edilən qurudulmuş marixuana istifadə etməsi ilə bağlı barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi araşdırılır. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin materialların məhkəmə ekspertizası, məhkəmə fiziki-kimyəvi eskpertizasının 23 yanvar 2023-cü il tarixli 19/96 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir (metamfetaminin təmiz çəkisi-0.256 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,215 qr). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X14 Yoxlamanın 24 yanvar 2023-cü il tarixli 82 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə olunmuş hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-262/2021 saylı, 15 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya Şöbəsinin 14 fevral 2023cü il tarixli 104 saylı məktubundan görünür ki, məhkum Aslanov X7 Rayon Məhkəməsinin 1(050)-262/2021 saylı, 15 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş hissəsi 10 ay 15 gün təşkil edir. İş materiallarında olan iltizamın surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixində Masallı Rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata düşmüş və həmin tarixdən cəzasının icrasına başlamışdır. İş materiallarında olan Masallı Rayon Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş arayış, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Aslanov X7 şəhəri, Digah küçəsi, ev 98, mənzil 16-da qeydiyyatdadır, anası X4, arvadı X11, övladları xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X5 ibarət ailə tərkibində yaşyır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzrərinə keçirilən şəxsi axtarış və götürmə zamanı götürülmüş iki ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq, altı ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq olmaqla ümumilikdə 253 manat pul və ibr ədəd Samsung A32 markalı mobil telefon və kapital banka aid bir bank plastik kartı ona təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə təminatçisi olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Masallı Rayon Məhkəməsinin 1(050)- 262/2021 saylı, 15 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq saxlanılmış 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə törətmişdir. Lakin onun əməlində cinayətlərin residivi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla, cinayət əməlindən sonrakı müddətdə olan davranışları ilə islah yolundadır. Onun yaşı, ailə vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah oluna bilər. Bu səbəbdən də, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun və ailəsinin həyat şəratinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəza siyasətinin məqsədlərini təmin edir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan və iltizamdan görünür ki, Aslanov X7 Rayon Məhkəməsinin 1(050)-262/2021 saylı, 15 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi ilə əlaqədar 13 dekabr 2021-ci il tarixdə icra şöbəsi tərəfindən qeydiyyata götürülmüş və qanunvericiliyə əsasən onun həmin hökm üzrə cəza çəkməsinin əvvəli 13 dekabr 2021-ci il tarixdən hesablanmağa başlamış, 22 yanvar 2023-cü il tarixədək cəzasını çəkmiş və həmin tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs ona təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 1 il 1 ay 9 gününü çəkmiş, cəzanın 10 ay 17 gün hissəsi çəkilməmiş qalmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırıması cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-262/2021 saylı, 15 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 10 ay 17 gün hissəsi qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində qeyd edilmişdir ki, Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Masallı Rayon Məhkəməsinin 4(050)-14/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 22 yanvar 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək olan müddət cəza müddətinə daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,215 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-262/2021 saylı, 15 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilsin və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 22 yanvar 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək olan 03 (üç) ay 18 (on səkkiz) gün müddətin hər 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,215 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-98/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-98/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver