Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-98/2024 16.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, şikayət vermiş şəxs X2 ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər Masallı RPŞ-nin DYPBnin baş dövlət avtomobili müfəttişi X4 və Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X5 iştirakları ilə, Masallı RPŞ-nin DYPB-nin rəisi X7, Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobili müfəttişi X10 və Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmalarına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X8 məhkəməyə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək Masallı RPŞnin DYPB-nin rəisi X7, Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobili müfəttişi X10 və Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X5 cinayət məsuliyyətinə cəlb edilməsi və cəzaya məhkum olunması haqqında hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobilini təmir edən X1 avtomobili 31 mart 2024-cü il tarixdə Masallı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, inzibati protokol tərtib edilməklə müvəqqəti duracağa yerləşdirilmişdir. Özünə məxsus avtombilin təmiri ilə əlaqədar lazım olan ehyiyyat hissələri X1 avtomobilində olduğundan və həmin ehtiyat hissələrini götürmək zərurəti yarandığından 31 mart 2024-cü il tarixdə saat 12 radələrində o, Yusif Şirəliyevlə birlikdə Masallı RPŞ-yə gəlmiş, orada ona məxsus olan avtomobil ehtiyat hissələrinin Yusif Şirəliyevin avtomobilinin yük yerindən götürülməsinə şərait yaradılmasını növbətçi polis əməkdaşlarından xahiş etmişdilər. Onlar bildirmişdilər ki, bunun üçün şöbənin DYPB-nin əməkdaşlarına müraciət etmək lazımdır. Elə bu vaxt DYPB-nin baş dövlət avtomobil müfəttişi X4 Masallı RPŞ-nin inzibati binasına yaxılaşmaqda olduğunu görmüşdür. Şəmşir Kərimova yaxınlaşıb salam vermiş və Yusif Şirəlivevin müvəqqəti duracaqda yerləşdirilmiş avtomobilinin yük yerindən ona məxsus avtomobilin ehtiyat hissələrinin götürülməsinə şərait yaradılmasını ondan xahiş etmişdir. Şəmşir Kərimov isə cavabında ona “rədd ol burdan qoduq, məndən şikayət yazmağın az deyil, hələ məndən xahiş də edirsən?" demişdir. O, Şəmşir Kərimovu intizama, nəzakətli davranmağa dəvət etsə də, o, onun dediklərinə məhəl qoymadan “qoduğa elə qoduq da deyərlər, cındır” deməklə onu təhqir etməkdə davam etmişdir. Şəmşir Kərimovun onu təhqir etməsi faktı 31 mart 2024-cü ildə tarixdə Masallı RPŞnin inzibati binasının qarşısında Yusif Şirəliyevin yanında saat 17 radələrində baş vermişdir. Bundan sonra o, Şəmşir Kərimovun onu təhqir etməsi barədə 102 və 902 xidmətinə istifadəsində olan mobil telefonla məlumat vermişdir. Bu fakt Masallı RPŞ-nin inzibati binasının giriş qarşısında quraşdırılmış müşahidə kamerasında da əksini tapmamış deyil. Yusif Şirəliyevin hazırki iş üzrə şahid qismində dindirilməsini, müşahidə kamerasının görüntülərini Masallı RPŞ-dən, 102 xidmətinə Şəmşir Kərimovla bağlı verdiyi məlumatın DİN 102 xidmətindən alınmasını xahiş edir. Ertəsi gün, yəni 01 aprel 2024-cü il tarixdə o, avtomobil ehtiyat hissələrini Yusif Şirəliyevin müvəqqəti duracaqda yerləşdirilmiş avtomaşının yük yerindən götürmək üçün yenidən onunla birlikdə Masallı RPŞ-yə gəlmişdilər. O, Masallı RPŞ-nin giriş qapısının qarşısında qalmış, Yusif Şirəliyev isə DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X5 xidməti otağına yollanmışdır. Az sonra Yusif Şirəliyev geri qayıdaraq, Ariz İsmayılovun onu öz yanına dəvət etməsini demişdir. O, X14 İsmayılovun xidməti otqağına daxil olarkən, onun ünvanına nəlayiq söyüşlər, təhqiramiz ifadələr işlədərək, masasının üstündəki sənədlərdə dəlik açan dəftərxana diləyini onun üstünə tullamış, o, yana çəkildiyindən əşya ona dəyməmişdir. X19 Yusif İsmayılovun yanında masasının üstündəki sənədləri nizamsız şəkildə döşəməyə tökərək demişdir ki, guya bunları onlar etmişlər və hər ikisinin qolundan tutaraq, onları DYPB-nin rəisi X3 xidməti otağına aparmışdır. Onlar içəri daxil olanda Asəf Mustafayev DİN-nin 102 və 902 xidmətinə şikayət etdikləri üçün onu və Yusif Şirəliyevin ləyaqətini aşağılayan nəlayiq söyüşlərlə, kobud ifadələrlə təhqir etmiş, Ariz İsmayılova göstəriş vermişdir ki, apar bunları rəsmiləşdir, həbs et ki, ağılları başlarına gəlsin. Ariz İsmayılov onun və Yusif Şirəliyevin qolundan tutub, onları öz xidməti otağına gətirmiş və otağa daxil olarkən yumruqla onun alt çənəsinə zərbə endirməklə alt dodağına xəsarət yetirmişdir. Masallı RPŞ-nin DYPB-nin rəisi X7, Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobili müfəttişi X10 və Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X11 onu təhqir etməklə, ləyaqətini alçaltmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayətdə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, döyülməsi faktı ilə əlaqədar etdiyi şikayət əsasında hazırda Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Sonda T.N.Nəzərov şikayətin məhkəmə icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 şikayəti qəbul etməyərək bildirdi ki, şikayətdə göstərilənlər əsassızdır. X6 təhqir etməmiş, ona qarşı zor tətbiq olunmamış, əksinə Tərlan Nəzərov özü əsaslı səbəb olmadan tanışı Yusif Şirəliyevi müdafiə etmək məqsədi ilə qərəzli şəkildə Masallı RPŞ-nin DYPB-yə gələrək mübahisə yaratmış, bu səbədən Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X11 tərəfindən şöbə rəisinə raportla məruzə edilmişdir. Sonda Ş.D.X12 təhqir edib, şərəf və ləyaqətini alçaltmadığını, şikayət əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsi barədə qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 şikayəti qəbul etməyərək göstərdi ki, şikayətdə göstərilənlər əsassızdır. X6 təhqir etməmiş, ona qarşı zor tətbiq olunmamışdır. Tərlan Nəzərov özü əsaslı səbəb olmadan xx.xx.2024-cü il tarixdə tanışı Yusif Şirəliyevi müdafiə etmək məqsədi ilə qərəzli şəkildə Masallı RPŞ-nin DYPB-yə gələrək, onun xidməti otağına daxil olmaqla kobud surətdə özünü intizamsız aparmış, dəfələrlə onu nizam-intizama dəvət etsə də, qərəzli hərəkətlərindən əl çəkməmiş, Tərlan Nəzərova duracaqda saxlanılan avtomobilin ona aidiyyəti olmadığını bildirmişdir. X20 hüquqazidd hərəkətlərini davam etdirdiyindən onun barəsində şöbə rəisinə raportla məruzə etmişdir. Sonda A.R.X9 təhqir edib şərəf və ləyaqətini alçaltmadığını, şikayət əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsi barədə qəbul edilməsini xahiş etdi. Barəsində şikayət verilmiş şəxs Masallı RPŞ-nin DYPB-nin rəisi X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 302.1. Aşağıdakı halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Beləliklə, məhkəmə X3, X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Məhkəmə şikayət vermiş şəxsə xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib etməklə məhkəməyə müraciət etmək hüququnun olmasını izah edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3, X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-98/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-98/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver