Məhkəmə qərarları › İş №1(050)-98/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-98/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-98/2025 11.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı1, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1994-cü ildə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 14 fevral 2025-ci il tarixdə, saat 14:09-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, Qarabağ küçəsində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi-0,466 qram olan ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər N saylı Hərbi Hissədə hərbi qulluqçu xidmət etmiş 27 sentyabr 2020-ci il tarixdən sonrakı dövrlərdə 2-ci Qarabağ müharibəsində iştirak edərkən 6 noyabr 2020-ci ildə və 8 noyabr 2020-ci ildə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almış və sonra müalicəsini davam etdirmək məqsədilə xidmətdən təxris olunmuşdur. Həmin vaxtdan hazıradək bədənində olan ağrıları sakitləşdirmək məqsədilə psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamışdır. Müharibədə yaralandıqdan sonra sağ ayağında uzun müddətdir şiddətli ağrılar olduğundan yaxın günlərdə həmin ayağı amputasiya olunacaqdır. “Tik tok” sosial şəbəkəsində tanış olduğu adını bilmədiyi və şəxsiyyətini tanımadığı, profil adını isə hazırda xatırlamadığı bir nəfər şəxs ona mesaj yazaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu demişdir. O da həmin şəxsdən gələcəkdə istifadə etmək üçün psixotrop maddə alacağını düşünərək söhbətinə davam etmişdir. Lakin, hər mesajlaşmadan sonra bütün mesajları mobil telefonundan silmişdir. Tanış olduğları gündən 14 fevral 2025-ci il tarixədək həmin şəxsdən Masallı şəhəri, Qarabağ küçəsi ərazisində müxtəlif yerlərdə iki dəfə hər birində bir büküm olmaqla psixotrop maddə metamfetamin almış və istifadə etmişdir. 14 fevral 2025-ci il tarixdə “Tik tok” sosial şəbəkəsində həmin şəxs ona mesaj yazaraq metamfetamin istəyib-istəmədiyini ondan soruşmuşdur. O da yenə ayağında ağrılar şiddətləndiyi üçün həmin ağrıları sakitləşdirmək məqsədilə istifadə etməkdən ötrü həmin şəxslə razılaşmışdır. Həmin şəxs özündə bir büküm psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü 19 manat pul müqabilində ona sata biləcəyini mesaj qismində yazaraq bildirmişdir. O da onunla razılaşmış və metamfetaminin pulunu əvvəlcədən kart hesabına göndərməsini sonra Qarabağ küçəsində onunla görüşüb bükümü ona verəcəyini demişdir. O da onunla razılaşmış və ona ilk dəfə olaraq whatsapp tətbiqində istifadə etdiyi mobil nömrəsi göndərib kartın fotoşəklini həmin nömrəyə göndərməsini xahiş etmişdir. Sonra mobil telefonunun whatsapp nömrəsinə tanımadığı və hazırda xatırlamadığı mobil nömrədən Leobank kartının son dörd rəqəminin göndərildiyini görüb Masallı şəhəri, Qarabağ küçəsinə getmişdir. Masallı şəhəri, Qarabağ küçəsində yerləşən “Oba Market” ərzaq mağazasındaki “E-manat” ödəmə terminalı vasitəsilə ona göndərilmiş, Leobank kartının son dörd rəqəmini yazaraq 19 manat pul köçürmə etmiş və qəbzin fotoşəklini həmin whatsapp nömrəsinə göndərmişdir. Sonra həmin şəxs ona “Tik tok” sosial şəbəkəsində mesaj yazaraq pulun hesaba mədaxil olduğunu və bütün mesajları silməyini, daha sonra isə Qarabağ küçəsindəki binaların arasına daxil olmağını və özünün ona yaxınlaşacağını demişdir. O da whatsapp tətbiqində və “Tik tok” sosial şəbəkəsində olan həmin şəxslə aralarında yaranmış söhbətləri əks etdirən bütün mesajları silib Qarabağ küçəsindəki binaların arasına daxil olaraq piyada hərəkət etməyə başlamışdır. Qəbzin isə fotoşəklini çəkdikdən sonra yol kənarına yerə atmışdır. Həmin vaxt həmin şəxs ona yaxınlaşıb salam verərək cibindən çıxardığı bir büküm psixotrop maddə olan metamfetamini ona dərhal verib yanından uzaqlaşıb getmişdir. O, da ondan aldığı bükümü əynində olan gödəkçəsinin sol yan cibinə qoyub mərkəzi küçəyə doğru piyada hərəkət etməyə başlamışdır. Həmin gün saat 14 radələrində Masallı şəhəri, Qarabağ küçəsində piyada hərəkətdə olarkən üç nəfər mülki geyimdə və bir nəfər polis geyimində olan şəxslərin ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərinin Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişdilər. Həmin vaxt özünü Masallı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 kimi təqdim edən şəxs ona üzərində videoçəkiliş aparılmaqla yoxlama aparılacağını və üzərində hər hansı bir narkotik vasitə vardırsa təqdim etməsini təklif etmişdir. O da əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü və gödəkçəsinin sağ yan cibindən isə özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şahid1 onun təqdim etdiyi bükümü açdıqda içərisində psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuşdur. Bundan sonra Şahid1 tərəfindən onun üzərindən aşkar olunan metamfetamin bükümü elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0,52 qram olduğu müəyyən olunmuş, sonra kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Davamında Şahid1 ondan üzərindən aşkar edilərək götürülmüş metamfetamin bükümünü nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, 2-ci Qarabağ müharibəsindən sonra yaralanıb xəsarət aldığını, həmin metamfetamini bədənində olan ağrıları sakitləşdirmək üçün istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Daha sonra Şahid1 tərəfindən təqdim etdiyi özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu kağız zərfə qoyularaq qablaşdırmış, zərfin üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Bundan sonra Şahid1 üzərində yoxlama aparmış və üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Daha sonra Şahid1 tərəfindən Masallı RPŞ-yə aparılacağı barədə ona məlumat verilmiş və o, Masallı RPŞ-yə aparılmışdır. Orada xidməti otaqlardan birində özünü Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Nəsimi Ağayev kimi təqdim edərək qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi tutub hüquq və vəzifələrini elan edib ona bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanının olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra o, Masallı RPŞ-nin MSY-yə təhvil verilmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən himayəsində üç nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə mənə Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış və o həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və RPŞ-nin KTQ-nin baş inspektoru, polis baş leytenantı Şahid4 təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, “Qarabağ” küçəsində olması barədə məlumat əldə etdikdən sonra Şahid2, Şahid3 və Şahid4la birlikdə oraya getmişdir. Həmin küçədə saat 14:09-da Təqsirləndirilən şəxs tək olduğunu görmüş və həmin vaxtı videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışlar. Sonra ona xidməti vəsiqəsini göstərib özünü təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduğlarını və qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə istifadə etməkdə, üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Sonra həmin yerdə özü əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü və əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2025-ci il tarixdə Masallı şəhəri Qarabağ küçəsində tanımadığı şəxsdən 19 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Ona təqdim olunmuş həmin bir ədəd bükümü açıb baxmış onun psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər maddəni kağızla birlikdə elektron tərəzidə çəkdim və ümumi çəkisinin 0,52 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni və “Samsung” markalı mobil telefonu orada ayrıayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmış və üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair protokolun yazılmasına şərait olmadığından onu aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə və mobil telefonla birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdir. Polis Şöbəsində bununla əlaqədar tərəfindən protokol yazılmış, həmin protokolu Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuş, məzmununa dair əlavə və düzəlişlər daxil olmadığı üçün həmin şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin metamfetaminə bənzər kütləni, mobil telefonu və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Nəsimi Ağayevə təqdim etmişdir. Təhqiqatçı N.Ağayev tərəfindən həmin psixotrop maddəyə və əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və götürmə aparılması ilə əlaqədar yazılmış protokolu imzalamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan şübhəli şəxsin saxlanılaraq yerində üzərinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və Masallı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid4 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə, saat 14:09-da Masallı şəhəri, Qarabağ küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,52 qram olan ağ rəngli kristallardan ibarət psixitrop maddə metafetamin aşkar edilərək götrülmüşdür. İş materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Qasım Hüseynov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən video diskə baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün psixotrop maddə metafetamin almaq məqsədilə “Tik tok” sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxsdən 19 manat pul müqabilində Masallı şəhəri, Qarabağ küçəsində görüşərək psixotrop maddə metamfetamini alaraq əynində olan gödəkçəsinin sol yan cibinə qoyaraq mərkəzə doğru piyada hərəkət etməyə başlamışdır. Həmin günü saat 14:09-da Masallı şəhəri, Qarabağ küçəsində saxlanıldığını səmimi etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 15 fevral 2025-ci il tarixli, 19/59 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,466 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metafetamindir (Metamfetaminin təmiz çəkisi-0,466 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,416 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 03 mart 2025-ci il tarixli, 113 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetaminin qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 813 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən olunan psixi pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, qeyd olunan cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan 10 iyul 2024-cü il tarixli, M/V 152336 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, “Vətən müharibəsi” iştirakçısı olmasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və ailəsinin yeganə təminatçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:09-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,416 qram psixotrop maddə metamfetamin məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdən 16 fevral 2025-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00 -dan növbəti gün saat 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,416 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar