Məhkəmə qərarları › İş №1(050)-99/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-99/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-99/2023 08.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Masallı rayonu, Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Musaküçə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı rayonu, Boradigah qəsəbəsində saxlanılaraq RPŞ-nin Boradigah PB-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçəsinin sağ iç tərəfindən 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 430,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin Boradigah PB-in sahənin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə bölmənin baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat-təhqiqat qrupunun üzvü təyin olunmuşdur.xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində olması barədə məlumat daxil olduqdan sonra Şahid1 və Şahid3 ilə birlikdə həmin yerə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Boradigah PB-nin polis əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra Təqsirləndirilən şəxs şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir cavab vermədiyini görüb ona üzərinə baxış keçirilməsindən ötrü onlarla birlikdə Masallı RPŞ-nin Boradigah PB-yə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə getdikdən sonra onu TB-nin təhqiqatçısı Əli Sadıqovun xidməti otağına aparmışlar və Şahid1 bu barədə raportla məruzə etmişdir. Daha sonra təhqiqatçı Əli Sadıqov Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq Boradigah PB-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, sonra istəyinə əsasən müdafiəçi qismində Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı Əli Sadıqov ona üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı Ə.Sadıqov əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ iç tərəfindən 01 ədəd qara rəngli sellofan bükülünü və şalvarının arxa sol cibindən bir ədəd 10 manatlıq pul əskinazını çıxarıb təqdim edərək təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 230 manat pulun müqabilində alıb üzərində saxladığını bildirmişdir. Təhqiqatçı Ə.Sadıqov təqdim edilmiş bir ədəd qara rəngli sellofan bükülünün üzərini qayçı ilə bir az kəsib içərisinə baxdıqda onun narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğunu və kəskin qoxu gəldiyini görmüşdür. Sonra təhqiqatçı ona üzərində təqdim etdiklərindən başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını demişdir. Buna baxmayaraq təhqiqatçı Ə.Sadıqov onun üzərinə şəxsi axtraış keçirmiş və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Ə.Sadıqov Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bir ədəd qara rəngli sellofan bükülünü elektron tərəzidə çəkmiş və onun çəkisinin 457,0 qram olduğunu müəyyən edilmişdir. Sonra həmin sellofan bükülü təhqiqatçı tərəfindən içərisi boş olan kağız zərfə qoyularaq bağlanmış və zərfin üzəri Boradigah PB-nin 107 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd 10 manatlıq pul əskinası isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Daha sonra təhqiqatçı Əli Sadıqov tərəfindən Təqsirləndirilən şəxs üzərinə keşirilmiş şəxsi axtarışla əlaqədar protokol tərtib edilmiş və həmin protokol o, və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PBnin polis nəfəri Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin Boradigah PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Boradigah PB-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında həmin günü tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr imzalanmış və o, qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin təhqiqatçısı Əli Sadıqov, Boradigah PB-nin polis nəfəri Şahid3 və Şahid2 təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində olması barədə məlumat əldə edib Şahid3 və Şahid2lə birlikdə həmin yerə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özülərini təqdim edərək Masallı RPŞ-nin Boradigah PB-nin polis əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişdirlər. Sonra Təqsirləndirilən şəxs şifahi formada üzərində narkotik vasitə olubolmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona üzərinə baxış keçirilməsindən ötrü birlikdə Masallı RPŞ-nin Boradigah PB-yə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra onu TB-nin təhqiqatçısı Əli Sadıqovun xidməti otağına aparmış və bu barədə raportla məruzə etmişdir. Daha sonra təhqiqatçı Əli Sadıqov Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq Boradigah PB-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra istəyinə əsasən müdafiəçi qismində Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı Əli Sadıqov ona üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı Ə.Sadıqov əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ iç tərəfindən 01 ədəd qara rəngli sellofan bükülünü və şalvarının arxa sol cibindən bir ədəd 10 manatlıq pul əskinazını çıxarıb təqdim edərək təqdim etdiyi 01 ədəd qara rəngli sellofan bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 230 manat pulun müqabilində alıb üzərində saxladığını bildirmişdir. Təhqiqatçı Ə.Sadıqov təqdim edilmiş bir ədəd qara rəngli sellofan bükülünün üzərini qayçı ilə bir az kəsib içərisinə baxdıqda onun narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğunu və kəskin qoxu gəldiyini görmüşdür. Sonra təhqiqatçı ona üzərində təqdim etdiklərindən başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa yenə özünün təqdim etməyi barədə təklif etmiş və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını demişdir. Buna baxmayaraq təhqiqatçı Ə.Sadıqov onun üzərinə şəxsi axtarış keçirmiş və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Daha sonra təhqiqatçı Ə.Sadıqov Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bir ədəd qara rəngli sellofan bükülünü elektron tərəzidə çəkmiş və onun çəkisinin 457,0 qram olduğunu müəyyən etmişdir. Sonra həmin sellofan bükülü təhqiqatçı tərəfindən içərisi boş olan kağız zərfə qoyularaq bağlanmış və zərfin üzəri Boradigah PB-nin 107 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd 10 manatlıq pul əskinazı isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Daha sonra təhqiqatçı Əli Sadıqov tərəfindən Təqsirləndirilən şəxs üzərinə keşirilmiş şəxsi axtarışla əlaqədar protokol tərtib edilmiş və həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, üzərində aşkar edilmiş narkotik vasitə ona məxsus deyildir, üzərinə polis əməkdaşları tərərfindən qoyulmuşdur. Həmçinin, polis əməkdaşları onu Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində saxlamamışlar.xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, “Xətai” parkında piyada gəzərkən tanımadığı iki nəfər şəxs mülki geyimdə arxadan ona yaxınalaşaraq saxlamış, onu X7 aparmışlar. Polis Bölməsində olduğu müddətdə polis əməkdaşları ona zor tətbiq etmək istədikdə əməliyyat olunduğunu bildirmiş, bu səbəbdən polis əməkdaşları ona fiziki güc tətbiq etməmişlər. Polis bölməsinə gətirildiyi zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Müdafiəçi dəvət olunduqdan sonra əvvəlcədən polis əməkdaşlarının planlaşdırdıqları kimi içərisində narkotik vasitə selofan bağlama ona təqdim edilmiş, videoçəkiliş zamanı təqdim edəcəyini bildirmişlər. Üzərində narkotik vasitə olmadığı halda üzərinə narkotik vasitə qoyularaq video çəkiliş zaman söylədiyi sözlərin təkrarlanması bildirilmişdir. O, da məcbur olub polis əməkdaşlarının sözlərini eyni ilə təkrarlamışdır. Narkotik vasitəni almaq üçün maddi imkanı ümumiyyətlə olmamışdır. Bu barədə heç kimə, eləcə də müdafiəçisinə heç bir məlumat verməmişdir. İfadəsi alınarkən özünü itirdiyindən müdafiəçinin iştirakını bilməmiş, bu səbəbdən narkotik vasitənin ona məxsus olmaması barədə müdafiəçiyə heç bir söz bildirməmişdir. İfadəsini imzası ilə təsdiq etmişdir. Həqiqəti məhikəmədə söyləyəcəyini düşünmüşdür. Sonda Təqsirləndirilən şəxs himayəsində yaşlı anası olmaqla onkoloji xəstəlikdən əziyyət çəkdiyini, anasının xəstəliyinin ciddi olduğundan Türkiyə Respublikasına müalicə olunması üçün göndərildiyini, özünün də xəstə olmasını nəzərə alıb məhkəmədən ədalət qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs X2 ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki bədənində olan ağrılar ilə əlaqədar olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 15 mart 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdə olarkən bədənində ağrılar hiss etmişdir. Özündə narkotik vasitə marixuana olmadığından o, Lənkəran rayon, Separadi kəndinə gedib oradan istifadə etmək üçün marixuana əldə etmək qərarına gəlmişdir. Masallı şəhər ərazisində yerləşən “Seybətin dairəsi” adlanan yerdə Lənkəran rayon istiqamətinə gedən tanımadığı taksi sürücüsünə əl etmiş və həmin avtomobilə əyləşib Lənkəran rayon, Separadi kəndinə getmişdir. Separadi kəndində olarkən bir nəfər tanımadığı şəxsin yolun kənarında dayanmasını görmüş və zahiri görünüşündən narkotik vasitə aludəçisinə oxşatmışdır. O, həmin şəxsə yaxınlaşmış, bədənində ağrıların olmasını və narkotik vasitə marixuanaya ehtiyacının olduğunu demişdir. Həmin şəxs də ətrafa nəzər salmış və sonra ona satmaq üçün narkotik vasitə qurudulmuş marixuana gedib gətirməsindən ötrü olduğu yerdə gözləməyini demiş və oda bir qədər gözləmişdir. Həmin şəxs az sonra onun yanına gəlmiş və əlində qara rəngli sellofanın içərisində olan bükümü göstərib demişdir ki, qurudulmuş marixuanadır və 230 manata ona satacaq. O, da həmin kütləni alıb bədənində ağrılar olduqda mütəmadi istifadə etmək qərarına gəlmiş və 230 manat verərək marixuananı almışdır. Aldıqdan sonra sellofanın içərisində olan bükümü götürüb sellofanı isə kənara atmış və qara rəngli sellofana bükülmüş qurudulmuş marixuananı əynində olan göy rəngli gödəkçənin sağ iç tərəfinə qoymuşdur ki, görən olmasın. Təxminən 2 saatdan çox Separadi kəndində piyada gəzmiş və əmin olmaq istəmişdir ki, onu kimsə izləmir. Saat təxminən 15 radələri olarmış ki, Separadi kəndində avtomobil yolunun kənarında dayanaraq Masallı rayonuna qayıtmaq üçün taksi gözləmişdir. Həmin vaxt tanımadığı bir nəfər şəxs idarə etdiyi “Mercedes” markalı avtomobili saxlamış və o, həmin şəxsə Masallı rayonuna gedəcəyini bildirib avtomobilinə əyləşmişdir. Həmin şəxs Masallı rayonu, Boradigah qəsəbəsinə getdiyini, yolu tanımadığını və onu Boradigah qəsəbəsinə aparmağını xahiş etmişdir. O, da Masallı rayonuna getmək istədiyi üçün onunla razılaşmış və avtomobilə oturduqdan sonra həmin şəxs avtomobili sürmüşdür. Boradigah qəsəbəsinə çatdıqda o, maşından düşmüş, həmin şəxs isə harasa getmişdir. Saat təxminən 16 radələri olarmış ki, əynindəki gödəkçənin sağ iç tərəfinə qoyduğu qurudulmuş marixuananı Boradigah qəsəbəsində gizlətmək məqsədilə Boradigah qəsəbəsində piyada gəzmişdir. Marixuananı gizlətmək üçün əlverişli yer axtaran zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələrin gəzdirməkdə şübhəli olduğunu deyərək onu Masallı RPŞ-nin Boradigah PB-yə dəvət etmişdilər. Polis əməkdaşları ilə razılaşmış, polis bölməsində onu təhqiqatçı Əli Sadıqovun xidməti otağına aparılmış və şübhəli şəxs qismində tutulmuşdur. Ona bölmədə hüquq və vəzifələri izah edildikdən sonra Müdafiəçi iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə sual verilmişdir. Üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan tünd göy rəngli gödəkçənin sağ iç tərəfində gizlətdiyi qara rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı, həmçinin şalvarının sol arxa cibinə qoyduğu 10 manatlıq pul əskinazını polis əməkdaşlarına təqdim etmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi bükülüdəki narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 457,0 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunaraq tərəfindən imzalanmışdır. 10 manatlıq pul əskinazı isə iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis böləməsinə gətirilən zaman və polis bölməsində üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmuş, həmin narkotik vasitə qurudulmuş marixuananı satan şəxsi əvvəllər tanımamış, onun xarici görünüşü və əlamətləri yadında qalmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ iç tərəfində gizlətdiyi qara rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı, həmçinin şalvarının sol arxa cibinə qoyduğu 10 manatlıq pul əskinazının aşkar olunması müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 16 mart 2023-cü il tarixli, 19/708 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd qara rəngli sellofanda qurudulmuş marixuanaya bənzər maddə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi: -430,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi 430,0 qram, tədqiqata sərf olundu, 0,05 qram, qalıq 429,95 qramdır.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X3 X9 Yoxlamanın nəticələrinə dair 17 mart 2023-cü il tarixli 306 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi haqında qərardan görünür ki, 15 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi - 429,95 qram narkotik vasitə olan qurudulmuş marixuana xx.xx.2023-cü il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞnin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Masallı Rayon İHB-ın Musaküçə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla, anası X1 ibarət ailə tərkibində yaşayır. Onun barəsində ərazi nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsini əks etdirən video çəkiliş aparılması barədə CD-dən, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verməsinə tənqidi yanaşaraq, hesab edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilmiş cəzanı yüngülləşdirən hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəyə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində yaşlı və xəstə anasının olmasını, özünün də səhhətində müəyyən problemlərin olmasını (Hepatit C) və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 16:25-də şübhəli şəxs qismində tutulmuş və 17 mart 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 429,95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd video CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 15 mart 2023-cü il tarixindən 17 mart 2023-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 429,95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar