Məhkəmə qərarları › İş №1(050)-99/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-99/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-99/2025 16.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi: Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Masallı rayonu Banbaşı kəndində anadan olmuş, orta təhsilli, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 08 iyul 2025-ci il tarixdən tutularaq həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 aprel 2019-cu ildən başlayaraq 10 avqust 2001-ci ildə doğulmuş X7, 01 may 2004-cü ildə doğulmuş X10 və 12 mart 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsinə dair Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(050)-1585/2019 nömrəli və 01 may 2004-cü il təvəllüdlü X2 və 12 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(050)-1585/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən olunmasına dair Masallı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(050)-1434/2021 nömrəli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(050)-98/2021 nömrəli qərarı ilə 08 (səkkiz) gün müddətinə və həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(050)-514/2022 nömrəli qərarı ilə AR İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək yenidən 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs 12840 (on iki min səkkiz yüz qırx) manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 10 avqust 2001-ci ildə Qalib, 01 may 2004-cü ildə Azad və 12 mart 2012-ci ildə Aylin adlı üç uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılmaqlarına səbəb Gülərin ona xəyanət etməsi olmuşdur. Gülər nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 30 aprel 2019-cu ildən başlayaraq 10 avqust 2001-ci ildə doğulmuş X7, 01 may 2004-cü ildə doğulmuş X10 və 12 mart 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Alimenti vaxtında ödəmədiyindən Gülər alimentin artırılması ilə əlaqədar təkrar məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən olunmuşdur. Bu barədə icra sənədi Masallı rayon icra və probasiya şöbəsinə icraya yönəldilmişdir. İcra şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Masallı Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. İfadəsinin davamında Təqsirləndirilən şəxs göstərdi ki, Gülərlə nikahları zamanı anadan olmuş 12 mart 2012-ci il təvəllüdlü X5 onun övladı deyildir. Həmin məsələnin araşdırılmasını tələb edir. Maddi imkansızlıqdan, o cümlədən səhhətində ciddi problemləri olmuş, işləmək qabiliyyəti yoxdur. Ona görə də üzərinə düşən aliment öhdəliyini yerinə yetirə bilməmişdir. Aliment borcunu ödəmədiyini etiraf edir. Sonda Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 10 avqust 2001-ci ildə Qalib, 01 may 2004-cü ildə Azad və 12 mart 2012-ci ildə Aylin adlı üç uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Cəlil uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2019-cu ildən başlayaraq 10 avqust 2001-ci ildə doğulmuş X7, 01 may 2004-cü ildə doğulmuş X10 və 12 mart 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Uşaqlar böyüdüyündən və tələbatları artdığından alimentin artırılması ilə əlaqədar təkrar məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən olunmuşdur. X16 və Azad Qasımov vətən müharibəsi iştirakçılarıdır. Hər iki hərbi əməliyyatlar zamanı xəsarət almışlar və müalicəyə ehtiyacları var. Lakin Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəsi alandan hazıradək aliment borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs maşın ustası işləyir. Aylıq 2000 (iki min) manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. İcra müddətində Təqsirləndirilən şəxs aliment borcundan ödəniş etməmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs 12840 (on iki min səkkiz yüz qırx) manat olan alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İfadəsinin davamında X6 göstərdi ki, təqsirləndirilən şəxs onunla bugünədək aliment pulu ilə bağlı hər hansı razılığa gəlməmişdir. Bundan başqa Aylin Cəlilin qızıdır, Cəlil ona şər və böhtan atır. Bundan sonra Cəlilin ona hər hansı aliment pulu lazım deyil, məhkəmədən onun tutulmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-1585/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 30 aprel 2019-cu il tarixdən başlayaraq 10 avqust 2001-ci ildə doğulmuş X7, 01 may 2004-cü ildə doğulmuş X10 və 12 mart 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay, hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Masallı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü olaraq icra olunmasından ötrü borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə göstərilən tələbi təmin etmədiyindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən borclunun əmlak və gəlirlərinin öyrənilməsi ilə bağlı müvafiq orqanlara rəsmi sorğu edilmiş, lakin alınmış sorğu cavablarından borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar olunmamışdır. Aparılmış araşdırmalar nəticəsində borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamaması müəyyən olunmuşdur. Bundan sonra “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsini rəhbər tutaraq borclu Təqsirləndirilən şəxs barəsində axtarış qərarı qəbul edilərək icra edilməsindən ötrü Masallı RPŞ-yə göndərilmiş və xx.xx.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində Masallı RPŞdə 640222 saylı axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixdə borclu Qasımov X9 RPŞ-nin əməkdaşları tərəfindən Masallı rayon İcra və probasiya şöbəsinə gətirilmiş və borcludan icra sənədi üzrə göstərilən tələbi təmin etməsi tələb olunmuşdur. Lakin borclu icra sənədi üzrə göstərilən tələbi təmin etmədiyindən barəsində toplanmış materiallar inzibati qaydada tədbir görülməsindən ötrü Masallı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Masallı Rayon Məhkəməsinin 3(050)-98/2021 nömrəli, xx.xx.2021-ci il tarixli inzibati qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs olunmuşdur. Tələbkar aliment məbləğinin miqdarını artırmaqdan ötrü Masallı Rayon Məhkəməsinə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 2(050)-1434/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 01 may 2004-cü il təvəllüdlü X2 və 12 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1585/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən olunmuşdur. Alimentin artırılmış məbləğinin tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Qətnamə 21 iyun 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Masallı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü olaraq icra olunmasından ötrü bildirişlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. xx.xx.2021-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 54.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs borclu olduğu iki icra sənədi ümumi icraatda birləşdirilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə göstərilən tələbi könüllü olaraq təmin etmədiyindən, həmçinin borclunun yaşayış yeri məlum olmadığından “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən xx.xx.2021-ci il tarixdə borclu barəsində axtarış qərarı qəbul edilərək icra olunmasından ötrü Masallı RPŞ-nə göndərilmiş və Masallı RPŞ-də xx.xx.2021-ci il tarixdə borclu barəsində 640706 saylı axtarış işi açılmışdır. xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən borclu Qasımov X9 rayon icra və probasiya şöbəsinə gətirilmiş və borclu izahatında aliment borcunu ödəyə bilməyəcəyini qeyd etdiyindən barəsində toplanmış materiallar inzibati qaydada tədbir görülməsindən ötrü Masallı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Masallı Rayon Məhkəməsinin 3(050)-514/2022 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Masallı Rayon Məhkəməsinə müraciət olunmuş və Masallı Rayon Məhkəməsinin 8(050)-10/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə AR ƏN İcra Baş idarəsinə müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixində icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Masallı rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlərin görülməsini xahiş etmişdir. Hal-hazırda borclu Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-1585/2019 saylı, xx.xx.2019-cu il tarixli və Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-1434/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixə 12840 manat aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs indiyədək heç bir aliment borcu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnamələri qərəzli olaraq icra etmədiyi üçün barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İsintaq idarəsinə təqdimat verilmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(050)-1585/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Masallı Rayon İcra Hakimiyyəti başçısının Banbaşı kənd ərazi icra nümayəndəliyi tərəfindən bağlanmış 02 yanvar 2004-cü il tarixli 01 saylı nikah pozulması Tərəflərin birgə nikahdan 01 may 2004-cü ildə doğulmuş X8 və 12 mart 2012-ci ildə doğulmuş X5 adlı uşaqları anaları Zərərçəkmiş şəxs yanında qalmaqla 30 aprel 2019-cu il tarixdən başlayaraq 10 avqust 2001-ci ildə doğulmuş X7, 01 may 2004-cü ildə doğulmuş X8 və 12 mart 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay, hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 sentyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(050)-1585/2019 nömrəli qətnaməsi üzrə Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən 25 sentyabr 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş borclunun axtarılması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, icra çağırışlarından yayındığına görə xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən axtarış elan edilməsi haqqında qərar çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 3(050)-98/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 səkkiz (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(050)-1434/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 01 may 2004-cü ildə doğulmuş X8 və 12 mart 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(050)-1585/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 120 manat olmaqla iki uşaq üçün 240 manat məbləğində aliment müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 iyul 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(050)-1434/2021 nömrəli qətnaməsi üzrə Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən 28 iyul 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 09 avqust 2021-ci il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1585/2019 saylı, xx.xx.2019-cu il tarixli və Masallı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(050)- 1434/2021 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş borclunun axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, icra çağırışlarından yayındığına görə xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən axtarış elan edilməsi haqqında qərar çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 3(050)-514/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 səkkiz (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(050)-10/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Qasımov X4 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İŞ-i tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon rayon Polis İdarəsindən daxil olmuş 04 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edlan edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə Binəqədi rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv edilmiş, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon, Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında nəzərdə tutulmuş tələblərin müəyyən edilmiş müddət ərzində dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, məhkəmə qərarını icra etməməsinə görə iki dəfə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün yetərli tədbirləri görməməsi və qərəzli olaraq icra etməməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında qətnaməni maddi imkansızlığı və səhətində olan problem ilə əlaqədar icra edə bilməməsi barədə ifadəsinə münasibətdə qeyd edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və həmin ifadə işin halları ilə təkzib olunduğu üçün, məhkəmə onun ifadəsini sübut kimi rədd edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1.-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Beləliklə məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 306.1.ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməiki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakteriz olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cəzanın məqsədinə gəldikdə isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat zamanı axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür və xx.xx.2024-cü tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün axtarışda olan şəxs kimi xx.xx.2024-cü il tarixdə saat 17:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu ərazisində saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat zamanı axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür və qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün axtarışda olan şəxs kimi xx.xx.2025-ci il tarixdə saat 11:30 dəqiqədə Masallı rayon ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilmiş, xx.xx.2025-ci il tarixdə polisin nəzarəti altınavermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 1(050)-99/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün Masallı rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altınavermə qətimkan tədbiri dəyişdirilmiş, həbs qətimkan tədbiri seçilmişdir və haqqında axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında məlumat məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilməklə növbətçi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni 08 iyul 2025-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 7,3 saat vaxt sərf etmişdir. Ona görə də, 82,5 (səksən iki manat 50 qəpik) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 08 noyabr 2024-cü il tarixdən 09 noyabr 2024-cü il tarixədək və 04 mart 2025-ci il tarixdə tutulduğu müddət 02 (iki) gün kimi nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına daxil edilsin və onun üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 08 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 82 manat 50 qəpik məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara AbbasovaDüzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar