Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-1/2022 06.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər- X6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, iştirakı ilə xx.xx.1957-ci ildə Ağdaş rayonu, Orta Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Rəsulov X7 şəhər sakini Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə edib onu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhər şöbəsinə işə düzəldəcəyini vəd edib aldadaraq, bunun qarşılığında 2014-cü ilin iyun ayının ortalarında Mingəçevir şəhərində Zərərçəkmiş şəxs1 8000 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs Əslan Yusifova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Mingəçevir şəhəri, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evlə bağlı məhkəmədə olan mülki iş üzrə məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarılmasını təmin edəcəyini və qeyd olunan Mingəçevir şəhəri, Samux küçəsi, 48 saylı fərdi yaşayış evini onun adına keçirdəcəyini vəd edib aldadaraq, bunun qarşılığında 2014-cü ilin iyun ayından dekabr ayınadək olan müddət ərzində Mingəçevir şəhərində Zərərçəkmiş şəxs2 hissə-hissə 9750 manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs6 məhkəmədə olan mülki iş üzrə məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarılmasını təmin edəcəyini vəd verib, həmin mülki tələblə bağlı heç bir yardım göstərmədən, bunun qarşılığında 2015-ci ilin avqust ayının əvvəllərindən oktyabr ayının əvvələrinədək olan müddət ərzində Mingəçevir şəhərində Zərərçəkmiş şəxs6 hissə-hissə 870 manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə o, Bərdə rayonu, Balaca Qacar kəndində yaşayan Zərərçəkmiş şəxs3 Bərdə rayonu, Şirvanlı kəndində yerləşən mərhum atasının adına olan torpaq sahəsini sənədləşdirəcəyini vəd edib, onun xeyrinə heç bir hərəkət etmədən, onu aldadaraq, 2014cü ilin sentyabr ayından 2015-ci ilin dekabr ayınadək olan müddət ərzində əvvəlcə Mingəçevir şəhəri, sonralar isə Bərdə rayon ərazisində Zərərçəkmiş şəxs3 hissə-hissə ümumilikdə 2930 manat məbləğdə pulunu alıb ələ keçirərək, təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs5 Mingəçevir şəhər, Gəncə şossesi yaxınlığında yerləşən mərhum atasına məxsus torpaq sahəsini məhkəmə qaydasında onun adına sənədləşdirəcəyini vəd verib onu aldadaraq, 2016-cı il iyun ayında Mingəçevir şəhərində Zərərçəkmiş şəxs5 hissə-hissə ümumilikdə 600 manat məbləğdə pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs4 ona olan etibarından istifadə edib vəkillər kollegiyasının üzvü olmadığı və bununla da təqsirləndirilən şəxsə hüquqi yardım göstərmək səlahiyyətinə malik olmadığı halda, özünü Zərərçəkmiş şəxs4 vəkil kimi təqdim edib Ağdaş rayon prokurorluğunda istintaqı davam etdirilən cinayət işi üzrə onun həbs olunan qardaşı Şahid11 həbsdən azad etdirəcəyini və eyni zamanda qeyd olunan cinayət işi ilə əlaqəli olan Şahid11 bank tərəfindən alınmış evini məhkəmə qaydasında qaytaracağını vəd edib aldadaraq, 2017-ci ilin fevral ayının ortalarından mart ayının ortalarınadək müddət ərzində əvvəlcə Mingəçevir şəhəri, sonralar Yevlax rayonu ərazisi, sonuncu dəfə Mingəçevir şəhəri ərazisində Zərərçəkmiş şəxs4 hissə-hissə ümumilikdə 1450 manat məbləğdə pulunu alıb ələ keçirərək, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında cinayət təqibi altında saxlanan bacısı oğlu X1 ilə qısamüddətli görüşə gəlmiş, üzərində və gətirdiyi sovqatların içərisində cəzaçəkmə müəsssisələrinin X9’' ilə qadağan olunmuş əşya olmaması barədə iltizamı nəzarət-buraxılış məntəqəsində imzalamış, görüntü yaratmaq naminə özünə məxsus mobil telefonu yoxlama otağına daxil olmamışdan əvvəl saxlanca təhvil verərək daxilində danışıq kartı olan 1 ədəd “Samsung Galaxy S 111 markalı” “GT-19300" modelli, “3559xx/xx/174081/4” imei kodlu mobil telefonu əynində olan pencəyinin sol yan cibində saxlamış, onu bu üsulla müəssisəyə keçirib məhbusa vermək istəsə də iradəsindən asılı olmayan səbəblərdən istəyinə nail olmamış, saat 12:15 radələrində həmin mobil telefon üzərinə baxış zamanı müəssisə nəzarətçisi tərəfindən aşkar olunaraq ondan götürülmüşdür. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1–ci maddəsində göstərilən ardıcıllığa uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad ediməsi üçün əsaslar olduğuna görə xx.xx.2017–cı il tarixdə törətdiyi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə həmin hissədə xitam verilməlidir. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında cinayət təqibi altında saxlanan bacısı oğlu X1 ilə qısamüddətli görüşə gəlmiş, üzərində və gətirdiyi sovqatların içərisində cəzaçəkmə müəsssisələrinin “X9’' ilə qadağan olunmuş əşya olmaması barədə iltizamı nəzarətburaxılış məntəqəsində imzalamış, görüntü yaratmaq naminə özünə məxsus mobil telefonu yoxlama otağına daxil olmamışdan əvvəl saxlanca təhvil verərək daxilində danışıq kartı olan 1 ədəd “Samsung Galaxy S 111 markalı” “GT-19300" modelli, “3559xx/xx/174081/4” imei kodlu mobil telefonu əynində olan pencəyinin sol yan cibində saxlamış, onu bu üsulla müəssisəyə keçirib məhbusa vermək istəsə də, iradəsindən asılı olmayan səbəblərdən istəyinə nail olmamış, saat 12:15 radələrində həmin mobil telefon üzərinə baxış zamanı müəssisə nəzarətçisi tərəfindən aşkar olunaraq ondan götürülmüşdür. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli protokoldan görünür ki, daxilində nar danışıq kartı olan "Samsung Galaxy S 111" markalı "GT-19300” modelli telefon Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə komputer-texniki ekspertizasının xx.xx.2017ci il tarixli 27640 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan "Samsung Galaxy S 111" markalı "GT-19300” modelli arxa tərəfindəki markirovka göstəricisinə görə “ 3559xx/xx/174081/4 ime kodlu mobil telefon olmaqla, hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Göründüyü kimi təqsirləndirilən şəx Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli xx.xx.2017–cı il tarixdə baş vermişdir. Yəni, xx.xx.2022–ci il tarixədək həmin cinayətin törədilməsindən 2 ildən çox müddət keçmişdir. Belə ki, cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən onun barəsində xx.xx.2019cu il tarixli qərar ilə axtarış elan edilmiş, cinayət işinin icraatı məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı təzələnmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən məhkəmədən gizləndiyindən və məhkəmə iclasına gəlmədiyindən barəsində məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs yenidən məhkəmədən gizləndiyindən və məhkəmə iclasına gəlmədiyindən barəsində məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq, Mingəçevir şəhər Polis Şöbəsinə təhvil verildiyindən, onun barəsində olan cinayət işinin icraatı məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 1 il 3 ay 29 gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci i tarixədək olan müddət ərzində 1 ay 27 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində isə 21 gün olmaqla, ümumilikdə 1 il 6 ay 17 gün müddətinə dayandırılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı ümumilikdə 1 il 6 ay 17 gün müddətinə dayandırılmışıdr. Nəzərə alsaq ki, Təqsirləndirilən şəxs AR CM-nin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini xx.xx.2017ci il tarixdə törətmiş və həmin vaxtdan xx.xx.2022-ci il tarixədək olan müddət ümumilikdə 4 il 7 ay 26 gün təşkil edir, belə olan halda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayandığı 1 il 6 ay 17 gün, cinayətin törədildiyi gündən hazırkı qərarın çıxarıldığı müddətədək olan 4 il 7 ay 26 gündən çıxılmalıdır. Belə olan halda isə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti 3 il 1 ay 12 gün təşkil edir ki, həmin müddət də AR CM-nin 29, 317-1.1.ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti olan 2 il müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1–ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2–ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Prosessual Cinayət Məcəlləsinin 39.1.3–cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3–cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xx.xx.2017–cı il tarixdə bitməsini, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına həmin hissədə xitam verilməlidir. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, hazırda onun cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Ona görə də cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Dövlət ittihamçısı X3 məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsinə görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1–ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1–ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibini istisna edən hallar olduğuna, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1–ci maddəsi üzrə başlanmış cinayət təqibinə xitam verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş 1 (bir) ədəd ‘'Samsung Galaxy S İİİ markalı” “GT-19300" modelli, “3559xx/xx/174081/4” imei kodlu mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilsin. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis şöbəsində saxlanılan 1 (bir) ədəd ‘'Samsung Galaxy S İİİ markalı” “GT-19300" modelli, “3559xx/xx/174081/4” imei kodlu mobil telefon qərara qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə Qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-1/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-1/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver