Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-10/2021 05.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Mingəçevir doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 7A, mənzil 90 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov prospekti 7A saylı binanın qarşısında yerdən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,366 qram olan psixotrop maddə - metafetamini taparaq əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində həmin psixotrop maddədən ayırdığı bir ədəd ağ-qara rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,082 qram olan hissəsini tanışı Şahid4 Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən “Heydər” məscidinin yaxınlığında 20 manata qanunsuz olaraq satmış, həmin gün saat 22:30 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə aşkar edilərək götürülmüş, həmçinin xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Azərpoçt”-un yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005–ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların şəxsi istehlak miqdarından artıq miqdarına görə İİ siyahısı" və "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddalərin İİ siyahısı" ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,284 qram olan psixotrop maddə – metafetamin və tanışı Şahid4 satdığı metamfetaminə görə əldə etdiyi C35085543, C04233460 və C02408938 seriya nömrəli 3 ədəd 5 manatlıq, G21818610 və G43078440 seriya nömrəli 2 ədəd 1 manatlıq pul əskinazlar üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilmədi və məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində “Arena” çay evində tanışı Rəsulla oturub söhbət edən vaxt 4 nəfər polis işçisi içəri daxil olmuş və onu Mingəçevir Şəhər Polis Şöbəsinə aparmışlar. Orada onu Qaçay adlı polis işçisinin otağında Kamranı göstərmişlər. O, Kamranı tanısa da, onunla münasibəti olmamışdır. Həmin vaxt əməliyyatçı Şahid2 onu aldadaraq, Kamrana 20 manata narkotik maddə olan metamfetamin satdığını və həmin puldan 3 manat xərclədiyini boynuna almağıvə 2 gün müvəqqəti saxlama yerində saxlayıb sonra da buraxacaqlarını demişdir. O, əvvəlcə etiraz etmiş, lakin sonradan ona polis işçiləri tərəfindən təzyiq olunmuşdur. Ona görə də o, polis işçilərinin təklifi ilə razılaşaraq, narkotik satdığını boynuna almışdır. Ondan sonra Şahid2 həmin narkotik vasitəni onun cibinə qoymuşdur. Daha sonra isə vəkilin iştirakı ilə onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən polislər tərəfindən qoyulmuş bir ədəd sellofana bükülmüş büküm və Kamrana psixotrop maddə metamfetamin satmaqla əldə etdiyi 20 manat puldan qalan C35085543, C04233460 və C02408938 seriya nömrəli 3 ədəd 5 manatlıq, G21818610 və G43078440 seriya nömrəli 2 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 17 manat pul aşkar olunub götürülmüşdür. Həmin vaxt o, bütün ittihamları qorxduğu üçün etiraf etmişdir. Halbuki, onun Kamranla heç bir yaxın əlaqəsi olmamış, həmçinin özü narkotik istifadəçisi və satanı olmamışdır. Lakin o, polis işçilərindən qorxduğu üçün barəsində həbs qətiimkan tədbiri seçilərkən hakimə, həmçinin müdafiəçisinə döyülməyi barədə heç bir söz deməmişdir. Eləcə də, onun barəsində narkomaniyadan əzab çəkməyi ilə bağlı verilmiş ekspert rəyi ilə də razı deyildir. Çünki polis işçiləri onu nə Gəncə şəhərində, nə də 2 saylı istintaq təcridxanasında ekspertizadan keçirməmişlər. O, heç vaxt narkotik vasitədən asılı vəziyyətdə olmamışdır. Hesab edir ki, ona qarşı qərəzli münasibət olmuşdur. Hazırda özünü təqsir li hesab etmir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində tanışı olan Hilala zəng edərək Hilalda psixotrop maddə metamfetamin olub-olmadığını soruşmuşdur. Hilal ona metamfetamin olduğunu bildirmişdir. O buna görə Hilalla görüşməyi təklif etmişdir. Həmin gün təxminən 21:30 radələrində o, Hilalla Mingəçevir şəhəri, A.Məmmədov prospektində yerləşən “Heydər” məscidinin yaxınlığında görüşmüşlər. Hilal cibindən bir ədəd ağ kağıza bükülmüş büküm çıxarıb ona vermiş və bükümün içərisindəkinin metammfetamin olduğunu demişdir. Hilal ona verdiyi metamfetaminin qiymətinin 20 manat olduğunu bildirmiş və o, Hilala 4 ədəd 5 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 20 manat pul vermişdir. O daha sonra içərisində metafetamin olan bükümü əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Sonra isə o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Azərpoçt”-un yaxınlığına getmişdir. Bir qədər orada dayandıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin gün saat 22:30 radələrində polis şöbəsinin müvəqqəti saxlama binasının daxilində hüquqlarını müdafiə etmək üçün vəkil X1 iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş büküm aşkar olunub götürülmüşdür. Həmin büküm açıldıqda orada psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və metamfetaminə oxşar kütlənin ümumi çəkisi 0,1 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində Mingəçevir şəhəri, A.Məmmədov prospektində yerləşən “Heydər” məscidinin yaxınlığından Təqsirləndirilən şəxs 20 manata almışdır. Tərəzidə çəkildikdən sonra həmin bükümlərdə olan psixotrop maddə onun iştirakı ilə qablaşdırılmış və möhürlənmişdir. Büküm qablaşdırıldıqdan sonra üzərinə o özü imza etmişdir. Daha sonra polis işçiləri onun üzərinə baxış zamanı yazmış olduqları protokolu ona ucadan oxumuşlar və həmin protokolun düzgünlüyünə o öz imzasi ilə təsdiq etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilərkən yazmış olduqları protokol ucadan oxunmuş, protokolun doğruluğunu imzayla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər sakini Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında tərəfindən Şahid4 barəsində əməliyyat qeydiyyat işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə “vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbiri keçirilməsi barədə tərəfindən müvafiq qərar qərar qəbul edilmiş və həmin qərar Mingəçevir şəhər polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 22:00 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və o, Şahid4 psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid4 Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında olarkən görüb Şahid4 yaxınlaşaraq barəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Şahid4 polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə Şahid4 hüquqlarının müdafiəsi üçün vəkil Müsaqif Hüseynov dəvət olunmuş və vəkilin iştirak ilə Şahid4 psixotrop maddə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Şahid4 üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid4 üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Şahid4 təklif olunmuşdur ki, üzərində hər hansı psixotrop maddə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Şahid4 əynindəki qara rəngli cins sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin 1 ədəd ağ rəngli kağız büküm Şahid4 və digər iştirakçıların yanında açılarkən bükümün içərisində metamfetaminə oxşar psixotrop maddə olan kütlə olması müəyyən edilmişdir. Həmin psixotrop maddəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Şahid4 üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin psixotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin 1 ədəd içərisində metamfetamin olan kağız bükümün ümumi çəkisi 0,1 qram olmuşdur. Həmin psixotrop maddəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Şahid4 özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Şahid4 üzərindən aşkar edilib götürülmüş 1(bir) ədəd ağ rəngli kağız bükümün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını, həmin psixotrop maddəni xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində Mingəçevir şəhəri, A.Məmmədov prospektində yerləşən “Heydər” məscidinin yaxınlığından Təqsirləndirilən şəxs 20 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlanılması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Mingəçevir ŞPŞ-nin CABnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Mingəçevir ŞPŞ-nin YYÇPİTQ-nin inspektoru polis baş leytenantı Şahid3 və o, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri 20 Yanvar küçəsində, mərkəzi poçtun yaxınlığında yerləşən “Arena” çay evinin qarşısında görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Əsgərov X2 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş büküm və C35085543, C04233460 və C02408938 seriya nömrəli 3 ədəd 5 manatlıq, G21818610 və G43078440 seriya nömrəli 2 ədəd 1 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 17 manat pul aşkar olunub götürülmüşdür. Həmin 1 ədəd sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisində metafetaminə oxşar psixotrop maddə olan kütlə olması müəyyən edilmişdir. Həmin psixotrop maddəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin psixotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin 1 ədəd içərisində metamfetamin olan sellofan bükümün ümumi çəkisi 0,4 qram olmuşdur. Həmin psixotrop maddəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı vət. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tanışı olan Şahid4 adlı şəxsə 20 (iyirmi) manat qarşılığında ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetamin satdığını, cibindin aşkar edilərək götürülmüş 17 manat pulun Şahid4 psixotrop maddə satması nəticəsində əldə etdiyi 20 manat puldan qalan pul olduğunu, Şahid4 satdığı və üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini xx.xx.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov prospekti 7A saylı binanın qarşısında olarkən yerdən tapdığını bildirmişdir. Sonra üzərinə yazmış olduqları protokol ucadan oxunmuş, protokolun doğruluğunu o da imzayla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da şahid Şahid1 ilə eyniməzmunlu iifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iş yerini dəyişdiyi üçün məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə o, məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı veridyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Ona görə də məhkəmə Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə-metafetaminin onun cibinə qoyulması, habelə Şahid4 narkorik vasitə satmaması, ən başlıcası isə özünün narkotik vasitə istifadəçisi olmaması ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında çarpaz dindirmə zamanı Şahid4 narkotik vasitə olan metafitamini təqsirləndirilən şəxsdən Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən “Heydər” məscidinin yaxınlığında 20 manata satın aldığını üzünə qarşı demişdir. Şahid4 ilə əlaqəsinin olmaması ilə bağlı təqsirləndirilən şəxsin dəlilləri isə məhkəmə iclasında Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsi tərəfindən təqdim edilmiş CD-R formalı diskə baxış zamanı Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda Şahid4 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında mütəmadi əlaqə saxladığı müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən çıxdığı videoçəkiliş zamanı öz əksini tapmışdır. Eləcə də, məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının ekspert rəyi ilə təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkdiyi təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə–narkoloji ekspertizasından keçirilməsi ilə bağlı onun ekspertə təqdim edilməməsi barədə bildirdikləri isə Penetensiar Xidmətin 2 saylı istintaq təcridxanası tərəfindən verilmiş və məhkəmə islasında tədqiq edilmiş məktubla təkzib olunmuşdur. Təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı isə Mingəçevir şəhər prokurorluğuna müraciət olunmadığına görə araşdırma aparılmamış, nə də onun xəsarət alması ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydiyyatı aparılmamışdır. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalası ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm, həmçinin Şahid4 psixotrop maddə satması nəticəsində əldə etdiyi C35085543, C04233460 və C02408938 seriya nömrəli 3 ədəd 5 manatlıq, G21818610 və G43078440 seriya nömrəli 2 ədəd 1 manatlıq əskinaslar aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 (bir) ədəd ağ rəngli kağız bükümlər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli diskə baxış protokoldan görünür ki, Şahid4 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 (bir) ədəd ağ rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm, həmçinin Şahid4 psixotrop maddə satması nəticəsində əldə etdiyi C35085543, C04233460 və C02408938 seriya nömrəli 3 ədəd 5 manatlıq, G21818610 və G43078440 seriya nömrəli 2 ədəd 1 manatlıq əskinaslar aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli diskə baxış protokolundan görünür ki, müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında əlaqə saxlanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/275 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,284 qram olan maddə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan – metamfetamindir. - tədqiqata təqdim olunmuş üzərinə “Vət. Şahid4 üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki bir ədəd ağ-qara rəngli kağız bükümdə, təmiz çəkisi 0,082 qram olan maddə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan – metamfetamindir. -Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd zərfin içərisindəki metamfetamin maddələri tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 588 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, üzərinə “Vət. Şahid4 üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki bir ədəd ağ-qara rəngli kağız bükümdə, təmiz çəkisi 0,082 qram olan psixotrop maddə metamfetaminin tədqiqat üçün hər bükümdən 0,040 qramı istifadə edildikdən sonra qalan 0,042 qramı, tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,284 qram olan psixotrop maddə metamfetaminin tədqiqat üçün hər bükümdən 0,050 qramı istifadə edildikdən sonra qalan 0,234 qramı həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş C35085543, C04233460 və C02408938 seriya nömrəli 3 ədəd 5 manatlıq, G21818610 və G43078440 seriya nömrəli 2 ədəd 1 manatlıq əskinaslar maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 17/39 nömrəli məktubdan görünür ki, 2 saylı İstintaq Təcridxanasında saxlanılan həbs edilmiş Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə əlaqədar, istintaq hərəkətlərinin aparılması üçün ibtidai istintaqı aparmış müstəntiq Kərim İsmayılbəyli ilə birlikdə Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin həkim məsləhət komissiyasının üzvü Etibar Xəlilov xx.xx.2020-ci il tarixdə saat 12:40-dan 12:50-yədək təcridxanada olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X5 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 576 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı 08-xx xxx 2020-ci il tarixlərdə xəstəxanaya müraciət edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Şəhər prokuroru tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 294/x-20 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zor tətbiqinə məruz qalması, bu səbəbdən məcbur olub cinayəti etiraf etməsi ilə bağlı şəhər prokurorluğunda heç bir araşdırma aparılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 45 nömrəli məktubdan və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, 17/275 nömrəli ekspert rəyində qeyd olunan tədqiqat nümunələrinə aid maddi sübutlar Mingəçevir RPŞnin manqa komandiri Murad Məmmədzadə tərəfindən xx.xx.2020-ci il tarixdə saat 12:25də Şəki Regional Bölməsinin eksperti Hafiz Rəşidova təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu qanunsuz əldə etdiyi 0,366 qram olan psixotrop maddə - metamfetamini bir ədəd sellofan bükümdə əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində həmin psixotrop maddədən ayırdığı bir ədəd ağ-qara rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,082 qram olan hissəsini tanışı Şahid4 20 manata qanunsuz olaraq satmaqla, həmçinin şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,284 qram olan psixotrop maddə – metamfetamini qanunsuz olaraq daşıyaraq üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs oğlunun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov prospekti 7A saylı binanın qarşısında yerdən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,366 qram olan psixotrop maddə - metafetamini taparaq əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində həmin psixotrop maddədən ayırdığı bir ədəd ağ-qara rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,082 qram olan hissəsini tanışı Şahid4 Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən “Heydər” məscidinin yaxınlığında 20 manata qanunsuz olaraq satmış, həmin gün saat 22:30 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə aşkar edilərək götürülmüş, həmçinin xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Azərpoçt”-un yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005–ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların şəxsi istehlak miqdarından artıq miqdarına görə İİ siyahısı" və "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddalərin İİ siyahısı" ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,284 qram olan psixotrop maddə – metamfetamin və tanışı Şahid4 satdığı metamfetaminə görə əldə etdiyi C35085543, C04233460 və C02408938 seriya nömrəli 3 ədəd 5 manatlıq, G21818610 və G43078440 seriya nömrəli 2 ədəd 1 manatlıq pul əskinazlar üzərindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1və 234.2–ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da narkotik vasitə olan metefetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 0.15 qram müəyyən edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011–ci il tarixli Qərarının 9–cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində xx.xx.2016-cı il tarixdə doğulmuş Hüseyn və xx.xx.2017-ci il tarixdə doğulmuş Ruslan adlı iki nəfər azyaşlı uşaqları var. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər 8 saylı Mənzil İstisimar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun yaşadığı ərazidə sakinlərlə münasibəti yaxşı olmuşvə o, ərazidə abadlıq işlərində fəal iştirak etmişdir. Onun barəsində MİS-ə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, hər bir cinayətə görə ayrılıqda azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulan qaydada təyin olunmuş cəzalardan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2020-ci il tarixdə tərtib olunmuş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, onun cəza çəkdiyi müddət ərzində barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs yaşadığı ərzidə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli əmlak olan, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi və üzərindən aşkar olunaraq götürülmüş, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, C35085543, C04233460 və C02408938 seriya nömrəli 3 ədəd 5 manatlıq, G21818610 və G43078440 seriya nömrəli 2 ədəd 1 manatlıq əskinaslardan ibarət 17 manat məbləğində pul vəsaiti dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, üzərinə “Vət. Şahid4 üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki bir ədəd ağ-qara rəngli kağız bükümdə, təmiz çəkisi 0,042 qramı, üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,234 qram narkotik vasitə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71,94 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-in 234.1–ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.2–ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalardan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxx 2020–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hazırkı cinayət işi üzrə müsadirə edilməli əmlak olan, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi və üzərindən aşkar olunaraq götürülmüş, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, C35085543, C04233460 və C02408938 seriya nömrəli 3 ədəd 5 manatlıq, G21818610 və G43078440 seriya nömrəli 2 ədəd 1 manatlıq əskinaslardan ibarət 17 manat məbləğində pul vəsaiti dövlət nəfinə alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, üzərinə “Vət. Şahid4 üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki bir ədəd ağ-qara rəngli kağız bükümdə, qalıq çəkisi 0,042 qramı, üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki bir ədəd sellofan bükümdə, qalıq çəkisi 0,234 qram narkotik vasitə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi qaydada hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-10/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-10/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver