Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-10/2022 22.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–ünvan 3ir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə ünvan 3ir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 12 may 2021 -ci il tarixdə saat 13 radələrində qardaşı 11.11.2003cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan X7, tanışları 27.02.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X13, 12.02.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X8, 28.10.2003-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan X10, xx.xx.2004-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan Şahid5, xx.xx.2004-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan Şahid6, 20.04.2004-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan X1 və şəxsiyyətləri istintaqa tam olaraq bəlli olmayan Vəli və Mövlud adlı şəxslərlə birlikdə Şahid1 işlətdiyi ünvan 3ir şəhəri, Ərəş küçəsi “Şok” marketin yaxınlığında yerləşən avtomobil təmiri sexinin qarşısına gedərək, ictimai yer sayılan küçədə, bir gün əvvəl ünvan 3ir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Dostluq” parkında qardaşı X14 Əsədov, sonuncunun uşaqları Bürhan və Şahid2lar, habelə Şahid7 arasında baş vermiş, lakin sonradan səngiyərək başa çatmış mübahisəni, sonuncuların onun qardaşı Akşin Hüseynovun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə kimi göstərib, özünü ətrafdakılara qarşı qoymaqla, ilkin olaraq bir gün əvvəl qardaşı ilə arasında mübahisə edən Şahid1la həmin mübahisə barədə “söhbət” etməyə başlamış, həmin vaxt Şahid1 bir qədər əvvəl mobil telefon danışığı zamanı onun ünvanına söyüşlər söyən şəxsin kim olduğunu, həmin şəxsin orada olub-olmadığını ondan soruşduqda, o, Şahid1 orada olan 15 yaşlı Kamran Alıyevi göstərərək, «budur söyüş söyən, bunu döyəcəksən?» sözlərini deməklə, həmçinin qardaşı Akşin Hüseynovun da kiminsə tərəfindən söyüşə və təhqirə məruz qaldığını Şahid1 diqqətinə çatdırdıqda, sonuncunun oğlu Şahid3 Akşin Hüseynovun ünvanına söyüş söyən şəxsin özü olduğunu demiş, həmin vaxt bunu eşidən X17 Əsədova arxadan yaxınlaşıb yumruqla onun baş nahiyəsindən vurduqdan sonra, tərəflər arasında qəfil olaraq başlayan dava-dalaş zamanı Şahid1 tanışı, hadisə yerində olan Zərərçəkmiş şəxs oradan istintaqa məlum olmayan taxta parçasını götürdükdə, şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən təpiklə Zərərçəkmiş şəxs qarın nahiyəsinə vurub onu yerə yıxdıqdan sonra digər şəxslərlə birlikdə bir qrup şəxs halında, ictimai yer sayılan və insanların gediş-gəlişinin çox olduğu küçədə, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına etinasızlıq və laqeydlik nümayiş etdirərək, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib, ətrafda olan hadisənin şahidlərindən Şahid4 Mamed qızı və digər şəxslərin dincliyini pozmaqla və özünü onların fövqündə qoymaqla, qarşı tərəfdən olan, xx.xx.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid3, sonuncunun qardaşı 25.09.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid2, Şahid1, xx.xx.2006-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid7 və Zərərçəkmiş şəxs ilə aralarında baş verən, təxminən 5-10 dəqiqə ərzində davam edən və ictimai qaydanın kobud surətdə pozulması ilə müşayiət olunan kütləvi dava-dalaş zamanı o, Zərərçəkmiş şəxsla hər hansı bir əsaslı səbəb olmadan baş verən dava-dalaşın axarı gedişatında qarşılıqlı dalaşdıqları zaman ətrafa toplaşan şəxslərin gözləri önündə, əvvəlcədən yaşadığı evin mətbəxindən götürdüyü və əynindəki qara rəngli gödəkçəsinin sol iç cibinə qoyub üzərində saxladığı, istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçağı çıxarıb, Zərərçəkmiş şəxs sağ yanının aşağı tərəfinə bir zərbə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmasına baxmayaraq, ayağa qalxıb qaçmaq istədiyi zaman əlindəki həmin bıçaqla Zərərçəkmiş şəxs büzdüm nahiyəsinə arxadan bir zərbə də endirərək, sonuncuya həyat üçün təhlükəli olmayan, düz bağırsağın aşağı 1/3-nin dəlib-keçən yarası, sağ baldırın və sağ budun kəsilmiş-deşilmiş yarası kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdən pozan, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərindən zor tətbiq olunması ilə müşayiət olunan silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 127.2.3 və 221.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, 12.05.2021-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı evin yaxınlığında olan zaman istifadəsində olan mobil telefon vasitəsilə qardaşı Akşin Hüseynovun harda olmasını bilmək üçün onun istifadəsində olan mobil telefona qısa zəng etmiş, daha sonra Akşin tanımadığı nömrə ilə zəng edib, onun harda olduğunu soruşduqda, o, yaşadığı evin yaxınlığında olduğunu bildirmişdir. Qardaşı Akşin isə bir neçə nəfər şəxslə aralarında mübahisə yarandığı üçün ünvan 3ir şəhərində “Zərif” Şadlıq sarayının yanında olduğunu demişdir. Qardaşına orada gözləmələrini deyib yaşadığı mənzilə qalxıb mətbəxdən tutacağı qara rəngli olan mətbəx bıçağını götürüb əynində olan qara rəngli gödəkcənin sol iç cibinə qoymuşdur. Həmin vaxt valideynləri həmin mənzildə olmadıqlarından, bıçaq götürməsi barədə onların məlumatları olmamışdır. Qardaşı Akşinin olduğu həmin yerə getməsi haqqında heç kimə məlumat verməyib və yaşadığı evin yaxınlığında tanımadığı “VAZ 2107” markalı taksiyə əyləşərək “Zərif ”şadlıq sarayının yanına tək getmişdir. Akşinə zəng etdikdən təxminən 10-15 dəqiqə sonra həmin əraziyə çatmışdır. Həmin yerə çatanda əvvəlcə orada heç kim olmamışdır. Ona görə də Zərif şadlıq sarayının qarşısından bazarın qarşısına çıxan yol ilə irəliləyən zaman arxadan fit səsi eşidib geri baxanda qardaşının, Kamranın, həmçinin üzdən tanıdığı, lakin adlarını bilmədiyi qardaşı Akşinin tanışlarının həmin yerdə olduğunu görmüşdür. Bundan sonra həmin şəxslərə tərəf yaxınlaşmış və adını bilmədiyi şəxsin ona qarşı söyüş söyüldüyünə görə qardaşına və onunla gələnlərə öz iradlarını bildirdiyini görmüşdür. Bu zaman o, orada olan yaşlı şəxslərdən birinə yaxınlaşaraq onların uşaq olduğunu bildirmiş və ona mübahisəni həll etməyi təklif edərək həmin şəxsi kənara çəkmişdir. Həmin şəxs uzunboylu, 40-45 yaşlarında, qaraşın, bığlı və əynində çirkli usta paltarı olan biri olmuşdur. Bu zaman arxada olanlardan kiməsə zərbə vurulması və hər kəsin birbirinə qarşı zərbələr endirdiyini görmüşdür. Bundan sonra kənara çəkdiyi şəxsin onu vurmaması üçün kənara çəkilmişdir. Bu zaman ondan 2-3 metr kənarda dayanan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs orda olan şəxslərin birindən taxta dəyənək götürərək onun üzərinə gəlmişdir, onu özündən kənar etmək və qorxutmaq üçün əvvəlcədən üzərində gətirdiyi bıçağı gödəkçənin sol iç cibindən çıxartmışdır. Həmin vaxt orada olan şəxslərdən biri Məhəmmədə təpiklə zərbə vurmuş və o bir qədər aralı düşüb yıxılmışdır. Lakin ona təpiklə kimin vurduğunu dəqiq görməyib. Bundan sonra Məhəmmədə yaxınlaşan zaman Məhəmməd fənd işlədərək onu yerə yıxmışdır. Ondan sonra onun başı yerə dəyərək zədələnmiş, həmçinin sol biləyi də altında qalaraq oynaqdan çıxmışdır. Yenidən ayağa qalxıb Məhəmmədə yaxınlaşaraq mübahisəyə son qoymasını istədikdə Məhəmməd yenidən onun sağ diz nahiyəsinə əlində olan taxta dəyənəklə zərbə endirmişdir. Həmin vaxt sağ əlində olan bıçaqla Məhəmmədin sağ ayağının bud nahiyəsindən 1 dəfə bıçaqla zərbə vuraraq ondan aralaşmışdır. Sonra Məhəmməd yenə dəyənəklə onun sağ diz nahiyəsinə zərbə vurub arxasını çevirərək qayıtdıqda onun büzdüm (oturacaq) nahiyəsinə 1 dəfə bıçaqla zərbə vurmuşdur. Bu zaman ətrafdakı şəxslərdən kim isə polisin gəldiyini demiş, bundan sonra geri çəkilərək bazar istiqamətində qaçmağa başlamışdır. Digər uşaqlar da oradan qaçmışlar, lakin onların hara qaçmalarını bilməmişdir. Bundan sonra həmin bıçağı ünvan 3ir kəndi adlanan ərazidə Kür çayına atmış, sonra isə yaşadığı evə getmişdir. Evin qarşısında atası ilə görüşüb birgə evə qalxmışlar. Atası nə baş verdiyini soruşduqda, hadisəni ona danışmışdır. Bir qədər sonra qardaşı Akşin də evə gəlmişdir. Həmin mübahisə təxminən 8- 10 dəqiqə ərzində baş vermişdir. Şahid3 baş nayihəsindən zərbənin kim tərəfindən vurulmasını görməmişdir. Ona qardaşı Akşin zəng edib mübahisəsi olacağını bildirərkən ondan nə baş verməsini soruşanda, Akşin demişdir ki, bir gün əvvəl özündən böyük bir kişini döyüblər. Buna görə də mübahisəsi olan şəxslərin ola bilsin ki, böyük adamlar olacağını bildirmişdir. Onun da bıçaq götürüb getməkdə məqsədi konkret olaraq hər hansı şəxsi vurmaq və yaxud qorxutmaq olmamışdır. Çünki mübahisə yerinə getməklə ümumilikdə mübahisəni sözlə danışıb həll etmək və münaqişədən yayınmaq olmuşdur. Lakin qarşı tərəf barədə məlumatsız olması və onlara qarşı nə edəcəklərini bilmədiyi, habelə qardaşının və digərlərinin qəbirstanlığa dəvət edilməsi dava olacağından xəbər verdiyindən, əgər qardaşına qarşı hər hansı cinayət edilərsə, onu və özünü müdafiə etmək məqsədi ilə o da bıçaq götürmüşdür. Buna görə də hadisə yerinə çatanda, hətta bir qədər sonra da Yavər ilə söhbət etmiş, həmçinin Məhəmmədin üzərinə gedib dəyənəyi əlindən almaq istəyərkən, bıçağı nümayiş etdirməmişdir. Hətta bıçaqla vurmaq niyyətində olmamışdır. Məhəmməd onu dəyənək ilə bir neçə dəfə vurub xəsarət yetirdikdən sonra o, bıçağa əl ataraq Məhəmmədi vurmuşdur. Ona qədər bıçağı cibindən çıxartmamışdır. Ona görə də onda bıçaq olmasını heç kim bilməmişdir. Məhəmmədi vurarkən isə ətrafdakı şəxslərin bunu görmədiyini zənn etmişdir. Çünki Məhəmməd onu taxta dəyənək ilə vurandan sonra yaxın məsafədə dava edərkən qəfildən bıçağa əl ataraq çıxarmış və onu bıçaqla vurandan sonra dərhal qaçıb getmişdir. Bıçaqla vurduqdan sonra isə Məhəmməd ona zərbə endirməmişdir. Daha sonra ona bıçaqla zərbə endirməyə və yaxud onu döyməyə imkanı olsa da, ətrafdakıların toplaşmaması üçün oradan qaçıb getmişdir. Məhəmmədə yaxınlaşanda məqsədi dəyənəyi onun əlindən alıb kənara atmaq olmuşdur. Ona görə də nə söyüş söyməmiş, nə də bıçağı olmasını heç kimə bildirməmişdir. Bıçağı xəsarət aldıqdan sonra cibindən çıxarıb vurmuş və daha sonra da qaçıb getmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş zərəri könüllü olaraq ödəyib onunla barışıq əldə etmişdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 11.05.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdə oğlu Murad ilə evdə söhbət edərkən oğlu həmin gün saat 21 radələrində ünvan 3ir şəhər Nərimanov prospektində yerləşən “Dostluq” parkı adlanan ərazidə dostları Bürhan və Sübhan ilə birlikdə gəzərkən Akşin, Elmir, Mövlüd və Qəhrəman adlı şəxslər onlara yaxınlaşaraq pul istədiklərini bildirmişdir. Oğlu Murad və dostları həmin şəxslərə pul vermədikdə, aralarında mübahisə yaranmışdır. Həmin mübahisədən sonra Sübhan evlərinə gedərək atası Şahid1 həmin mübahisənin baş verdiyi yerə çağırıb aparmışdır. Həmin parkda Şahid1la oğlanları və oğlu Murad həmin adlarını qeyd etdiyi şəxslərlə əlbəyaxa dava edib daha sonra aralaşıblar. Həmin dava zamanı Şahid1 da xəsarət almışdır. Daha sonra mobil telefon vasitəsilə Bürhan və atası parkda dalaşdıqları şəxslərlə yenidən mübahisə edərək bir- birilərini təhqir edərək növbəti dəfə dava üçün yer təyin ediblər. Bu olanlar barədə oğlu Murad Eyyubov ona danışmış və o, oğlu Murada davadalaşdan uzaq olmasını bildirmişdir. 12.05.2021-ci il tarixdə səhər saatlarından etibarən evində tavan təmir edirmiş, həmin vaxt saat 12 radələrində oğlu Murad onun mobil telefonuna zəng edərək üzərlərinə çoxlu şəxslərin dava məqsədilə gəldiklərini bildirmişdir. X18 şəhər Ərəş küçəsində yerləşən maşın təmiri sexində Şahid1 işlədiyi yerdə onlarla birlikdə işləyirmiş. Bundan sonra həmin yerin yaxınlıqda yerləşdiyi üçün qaçaraq dərhal özünü oraya çatdırmışdır. Həmin vaxt onlar arasında dava olmadığını, lakin sözlə mübahisə olduğunu görmüşdür. O, mübahisə yerinə çatan zaman oğlu Muradı oradan uzaqlaşdırmaq və aparmaq istəmişdir. Bundan sonra adlarını bilmədiyi şəxslərin arasına yaxınlaşmış və onların içərisindən bir nəfər şəxs mobil telefonda olan söyüşləri ona göstərərək davanın səbəbini izah etmişdir. O isə həmin şəxsə və onunla birlikdə gələnlərə davaya ehtiyac olmadığını bildirərək getməklərini xahiş etmişdir. Həmin vaxt görmüşdür ki, Bürhan və Sübhan qardaşları çəkilib kənara, oğlu Murad isə həmin şəxslərin arasında qalmışdır. Mübahisə əsnasında bir nəfər şəxs əlində olan əşya ilə Yavərin oğlu Bürhanı başından vurmuş və Bürhan yerə yıxılmışdır. Həmin şəxs əlində olan eyni əşya ilə oğlu Muradı çiyin nayihəsindən vuran zaman oğlu Muradı qorumaq üçün ətrafdakı şəxsləri itələyib və bundan sonra onun üstünə düşərək onu da vurublar. Bir nəfər şəxs adını sonradan bildiyi Hüseyn adlı şəxs onu vurmaq istərkən o, fənd işlədərək onu yıxmış, lakin Hüseyn özü ilə gətirdiyi bıçaq ilə onun arxa ətrafından bir neçə dəfə vurmuşdur. Həmin vaxtda görə bilmədiyi şəxs onu ağız nayihəsindən vurmuşdur. Adını sonradan bildiyi Akşin adlı şəxs onu taxta ilə vurduqdan sonra hiss edib ki, bıçaq xəsarətləri alıbmış. Bundan sonra oğlu Murad onu kənara çəkib və onlarla davaya gəlmiş şəxslər oradan uzaqlaşıblar. Bundan sonra Yavər özünə məxsus avtomaşını ilə onu mərkəzi xəstəxanaya aparıb. Dava ünvan 3ir şəhər Ərəş küçəsində baş verib, həmin vaxt ətrafda olan şəxslərdən qapıpəncərə ustası Rafiq, tüstü borusu təmir edən Xəyal və Səxavət adlı ustalar və xeyli sayda şəxslər orada olub, münaqişəyə müdaxilə etməyib, lakin dava barədə polisə məlumat verməyərək davanı müşahidə ediblər. Münaqişənin baş verdiyi yerə çatanda əlbəyaxa dava başlamamış, şəxslərə yaxınlaşıb sakitləşdirməyə çalışanda adını bilmədiyi şəxs söyüş söyəni axtardıqlarını bildirdikdə Bürhan yaxşı edib söymüşəm dedikdə əlbəyaxa dava başlamış və təxminən əlbəyaxa dava yarım saat davam etmişdir. Dava yerinə gedəndə əlində heç bir əşya olmayıb, lakin orada Hüseyn əlində taxta ilə onun üstünə gəlib vurmaq istəyəndə Hüseyni qolundan tutub taxta ilə birlikdə dartıb yerə itələyib və üstünə gedib taxtanı almaq istəyəndə Hüseyn onu bıçaq ilə vurmuşdur. Özü əvvəlcədən davada tərəf olmaq və ya dalaşmaq məqsədilə getməmişdir, oğlu Muradı oradan uzaqlaşdırmaq və davanı sakitləşdirmək məqsədilə getmişdir. Hadisədən sonra ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən göstərdikləri halları nəzərə alaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Nizami oğlunun iştirakı ilə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, təxminən bir neçə ay əvvəl o, dostu Bürhan ilə yol gedərkən, bir nəfər şəxs onlara yaxınlaşıb marşruta veriləsi pulu olmadığını bildirərək pul istəmişdir O isə həftənin şənbə günü marşrut işləmədiyini bildirmişdir. Sonradan həmin şəxsin adının Elmir olduğunu bilmişdir. Həmin vaxtdan sonra onunla şəhər ərazisində rastlaşanda salamlaşıb hal əhval tutmuşlar. Elmir ondan bir dəfə on manat, bir dəfə iyirmi manat pul istəmiş, lakin o, verməmişdir. 11.05.2021 -ci il tarixdə saat 21 radələrində o, dostları Sübhan və Bürhan ilə ünvan 3ir şəhər “Dostluq Parkı” adlanan yerdə oturmuşlar. Həmin vaxt Elmir, Aqşin, Qəhrəman və onun qardaşı Mövlüd və başqa 7-8 nəfər şəxs birlikdə həmin parka gəlmişlər. Həmin vaxt Akşin ona yaxınlaşıb pul istəmişdir. O, pulu olmadığını dedikdə, Qəhrəman adlı şəxs telefonu satıb onlara pul verməsini bildirmişdir. O isə razılaşmamışdır. Bundan sonra Akşin və Elmir Şahid2 yanına yaxınlaşıb ondan pul və ya telefon istəmişlər. Sübhan pul və ya başqa əşya vermədikdə Bürhan onlara müdaxilə etmişdir. Həmin vaxt mübahisə yaranmışdır. Buna görə də Sübhan qaçaraq evə gedib atası Şahid1 çağırmışdır. Şahid1 oraya gəldikdə Akşinə nə üçün pul istədiyini dedikdə Akşinlə mübahisələri yaranmış və Akşin təpiklə Şahid1 vurduqda dava düşmüşdür. Dava zamanı Akşin zibil qutusu ilə onu belindən vurub, daha sonra isə zibil qutusunun dəmiri ilə Sübhanı baş nayihəsindən vurmuşdur. Daha sonra parkın işçiləri onlara yaxınlaşmış və davanı sakitləşdirmişlər. 12.05.2021 -ci il tarixdə səhər saatlarında o, işlədiyi sexdə olarkən həmin yerə atası Məhəmmədi çağırmışdır. Həmin gün saat 13 radələrində sexdə olarkən görmüşdür ki, Akşin, Elmir, Qəhrəman Rəsulov, adını sonradan bildiyi Hüseyn, Qəhrəmanın qardaşı Mövlüd və başqa adlarını bilmədiyi təxminən 15 nəfər şəxs onların işlədiyi yerə gəlmişlər. Bu zaman onunla qonşu sexdə işləyən dostu Sübhan, Bürhan və atası Şahid1lar da küçəyə çıxmışdır. Adları qeyd edilən şəxslər və tanımadığı digər şəxslər onlara doğru Ərəş küçəsi ilə gəldiklərini görmüşlər. Akşinin əlində qonur rəngli taxta qulplu çəkic, Hüseynin əlində tiyəsi qara rəngli bıçaq, Mövludun əlində kəskin uclu rezak və adını bilmədiyi şəxsin əlində isə taxta dəyənək olmuşdur. Həmin şəxslər onlara çatanda əvvəlcə Şahid1 kənara çəkmişlər. Elmir Şahid1 qucaqlayıb saxlamış, Akşin isə yumruqla vurmuşdur. Bundan sonra Akşin oradan ayrılıb Bürhanın üzərinə gəlmiş və çəkiclə Bürhanı baş nahiyəsindən vurmuşdur. Bu zaman Bürhan yerə yıxılmış, orada olan Mövlud əlindəki rezakı açaraq onun üstünə gəlmiş lakin Bürhan qaçaraq uzaqlaşdığı üçün Mövlud onu vurmamışdır. Daha sonra Akşin çəkiclə onu başından vurmaq istədikdə o, çəkilmiş və çəkic çiynindən dəymişdir. Həmin vaxt atası Məhəmməd də orada olmuş və münaqişə əsnasında adını sonradan bildiyi Hüseyn adlı şəxs əlində olan bıçaqla atasına hücum etmişdir. Bir neçə nəfər atasını vurub yerə yıxmışlar və Hüseyn adlı şəxs bıçaqla atası Zərərçəkmiş şəxs bir neçə dəfə vurub ona xəsarət yetirmişdir. Dava əsnasında Vəli onu təpiklə bir neçə dəfə vurmuş, daha sonra isə özü ilə gətirdiyi küt alətlə onu vurub xəsarət yetirmişdir. Dava qurtaranda atası Məhəmmədin bıçaqlanaraq yerə yıxıldığını görmüşdür. Bürhan isə özündən gedərək yerdə qalmışdır. Dərhal maşın vasitəsilə atası və Bürhanı xəstəxanaya aparmışlar. Şahid1 yumruqla sol gözündən vuran Akşin, atası Zərərçəkmiş şəxs bıçaqla vuran şəxs isə Hüseyn olmuşdur. Hüseynin atasını bıçaqla vuran zaman görmüşdür. Hüseynin bir qolunun bilək nayihəsində bintlə sarğısı olmuşdur. O və onunla birlikdə olan Bürhan, Sübhan, Yavərin əlində taxta dəyənək olmamışdır. Atası Məhəmmədi təpiklə vurduqdan sonra atası yerdən taxta parçası götürmüşdür. Atasının əlində olan həmin taxta parçası olmuşdur. Lakin dəyənək olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11.05.2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evə gedəndə binanın dəhlizində övladları Sübhan və Bürhan ilə rastlaşmışdır. Hara getdiklərini soruşduqda parka getdiklərini və Murad da onlarla gedəcəyini bildirmişlər. Onlara bir söz deməmiş və evə getmişdir. Təxminən 15-20 dəqiqə sonra oğlu Sübhan evə gəlib bildirmişdir ki, tanımadığı şəxslər Muraddan pul istədiklərinə görə mübahisə yaranmışdır. O, da bundan sonra düşüb parka getmişdir. Çatanda Sübhan, Bürhan və Muradın bir neçə şəxs ilə mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, bu zaman bir nəfər şəxs Muradın on manat borc pul aldığını və qaytarmadığını bildirmişdir. Bu zaman onlara böyük kimi irad bildirmiş və aralaşmaqlarını tələb edən zaman adını sonradan bildiyi Akşin adlı şəxs onunla kobud danışmışdır. Bu zaman onunla aralarında mübahisə yaranmışdır. Bu zaman oğlu Bürhan araya girərək Akşini itələmiş və həmin vaxt dava başlamışdır. Dava zamanı adını sonradan bildiyi və nitq qüsuru olan Mövlüd adlı şəxs ona yumruq atmış və sol gözündən vuraraq xəsarət yetirmişdir. Həmin gün dava qurtardıqdan sonra Muradın atası Məhəmmədə zəng edib oğlu Murada görə mübahisəyə düşdüyünü və gözündən xəsarət aldığını bildirmişdir. Həmin gün Məhəmməd ilə görüşüb mübahisəni həll etmək üçün uşaqları axtarmış və uşaqlar arasında ağır nəticəyə səbəb olan dava yaranmasının qarşısını vaxtında almağa çalışmışlar. Lakin tapa bilməmişlər. Növbəti gün 12.05.2021-ci il tarixdə saat 12 radələrində işlədiyi Ərəş küçəsində yerləşən sexdə olarkən, Sübhan, Bürhan və Murad da sexdə olmuşlar. Məhəmməd də saat 10 radələrində mübahisə olacağını bildiyi üçün sexə gəlmişdir. Həmin gün saat 12 radələrində təxminən 10-15 nəfər şəxs oraya gəlib onları soraqladıqlarını görmüşdür. Bu zaman o, və övladları küçəyə çıxaraq gələn şəxslərə yaxınlaşaraq mobil telefonda danışan zaman nalayiq söyüşlərlə təhqir edən şəxsin kim olmasını soruşmuşdur. Bu zaman bir nəfər adını sonradan bildiyi Vəli adlı şəxs onu qolundan tutub kənara çəkmək istəyəndə Məhəmməd də oraya gəlirmişdir. Məhəmməd oraya çatanda qoluna girərək kənara çəkmək istəyən şəxs onu buraxıb qaçaraq Məhəmmədi təpiklə vurmuş, Məhəmməd isə yerə yıxılmışdır. Dava zamanı onun da bədəninin müxtəlif nayihələrindən vuraraq döymüşlər. Lakin adamlar çox olduğundan həmin şəxsləri görə bilməmişdir. Oğlu Sübhan və Bürhanın xəsarət almalarını və kimin tərəfindən vurulmalarını görə bilməmişdir. Lakin dava əsnasında görmüşdür ki, Murad əlində olan taxta dəyənək ilə tanımadığı bir nəfər şəxsi başından vurduqdan sonra həmin şəxs yerə yıxılmışdır. Dava qurtarandan sonra ona məlum olmuşdur ki, oğlu Bürhanın başına zərbə vurulmuş və huşunu itirmişdir. Məhəmməd isə bıçaqlanaraq xəsarət almışdır. Münaqişəyə gəlmiş həmin şəxslərin əlində hər hansı əşya və ya predmet olduğunu görməmişdir. Məhəmmədin Vəli adlı şəxs tərəfindən təpiklə vurulmasından sonra onun yıxılmasını görmüş, lakin hansı zamanda bıçaqla xəsarət yetirilməsini görməmişdir. Məhəmmədin təpiklə vurulub yıxılmasını görmüş olsa da, onun daha sonra yerdə olarkən döyülməsi və bıçaqlanmasını görə bilməmişdir, çünki həmin vaxt onu da tanımadığı uşaqlar vuraraq döydükləri üçün hadisəni tam görə bilməmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Akşin Hüseynov və onun tanışlarını əvvəllər tanımamışdır. Akşin Hüseynovu qismən tanımışdır. Belə ki, onu üzdən tanısa da, hər hansı münasibəti olmamışdır. 11.05.2021-ci il tarixdə saat 21 radələrində o, qardaşı Bürhan və dostları Murad ilə birlikdə ünvan 3ir şəhər N.Nərimanov küçəsində yerləşən Dostluq parkında oturub söhbət edirmişlər. Həmin vaxt Akşin adlı üzdən tanıdığı şəxs və 4-5 nəfər yanında olan şəxslərlə parka gəlib onlara yaxınlaşmış və Muradı kənara çağırıb aparmışlar. Bir qədər keçdikdən sonra Murad ilə həmin şəxslərin kənarda söhbət etməsini görmüşdür. O və qardaşı Bürhan da onlara yaxınlaşıb bir az aralıda dayanmışlar. Həmin vaxt söhbətə qulaq asanda məlum olmuşdur ki, həmin şəxslər Muraddan 10 manat pul istəmişdir. Hansı səbəbdən və nə məqsədlə Muraddan pul istəməsini bilməmişdir. Daha sonra həmin şəxslərdən biri ona yaxınlaşıb 10 manat istəmişdir. O isə pulu olmamasını dedikdə, həmin şəxs bildirmişdir ki, mobil telefonunu satıb ona on manat versin. O isə razılaşmamış və nə üçün pul verməli olduğunu soruşmuşdur. Bu zaman mübahisə yaranmağa başlamışdır. O isə mübahisənin böyüməsini görüb evə gedərək atası Yavərə bu barədə demişdir. Atası Yavər ilə birlikdə parka geri qayıtmışlar. Atası ora gəldikdən sonra həmin uşaqlarla söhbət edərkən, Akşin atası Yavərə kobud cavab qaytardığı üçün orada dava başlamış, daha sonra dağılışıb getmişlər. Daha sonra qardaşı Bürhan Akşin adlı şəxsə instaqram vasitəsilə yazaraq yenidən söhbət etməyə çağırmışdır. Sosial şəbəkədə baş tutan həmin söhbət zamanı qardaşı Bürhan atası Yavərin işlədiyi maşın təmiri yerində olacağını bildirmiş və onu ünvan 3ir şəhər Ərəş küçəsinə çağırmışdır. 12.05.2021-ci il tarixdə o, qardaşı Bürhan və Murad atası Yavərin işlədiyi təmir sexində olarkən, saat 12 radələrində görmüşlər ki, Akşin və onunla birlikdə gələn təxminən 10-15 nəfər şəxs bir nəfər şəxslə söhbət edir. O, qardaşı Bürhan və Murad “Şok” marketin qarşısında dayanıb onlara baxmışlar. Daha sonra Muradın atası Məhəmməd də gəlib oraya çatmışdır. Bu zaman atası Yavər də onların yanında olmuşdur. Bu zaman Muradın atası Məhəmməd də gəlmiş və yanlarından keçib Akşinlə birlikdə gələn şəxslərə yaxınlaşmışdır. Həmin vaxt Məhəmmədin əlində hər hansı alət və əşya olmamışdır. Məhəmməd həmin şəxslərə yaxınlaşaraq onun oğlu Muradın barəsində söyüş söyən şəxsin kim olmasını soruşaraq Akşinlə birlikdə gələn şəxslərin ünvanına nalayiq söyüş söymüşdür. Həmin uşaqlardan bir nəfər tanımadığı və görə bilmədiyi şəxs təpiklə Məhəmmədi vurub yerə yıxmışdır. Bu zaman o, qardaşı Bürhan, Murad və atası Yavər də həmin yerin yaxınlıqda olublar, Məhəmmədlə aralarında təxminən 4-5 metr məsafə olmuşdur. Məhəmmədi təpiklə vurduqdan sonra onların üstünə gəlib və qarşılıqlı dava başlamışdır. Dava əsnasında kimin kim tərəfindən vurulmasını görə bilməmiş, lakin o, qardaşı Bürhan və atası Yavər dava zamanı xəsarət almışlar. Orada baş vermiş dava zamanı isə Məhəmmədin təpiklə vurulmasından əlavə hər hansı xəsarət yetirmə hadisəsini görməmişdir. Çünki kütləvi dava başlayandan qısa zaman sonra o, yerə yıxılmışdır və buna görə də çox hadisənin şahidi ola bilməmişdir. Dava qurtarandan sonra görmüşdür ki, qardaşı Bürhan yerdə oturmuş, Məhəmməd yerdə qan içində, atası Yavər isə xəsarət almış vəziyyətdədirlər. Atası Yavər 11.05.2021 -ci il tarixdə Dostluq parkında baş vermiş dava zamanı gözündən, 12.05.2021 -ci il tarixdə baş vermiş dava zamanı isə digər gözündən və müxtəlif nayihələrindən xəsarət almışdır. Hər iki dava zamanı atası Yavərə hansı şəraitdə və kim tərəfindən xəsarət yetirilməsinin şahidi olmamışdır. Həmin münaqişə zamanı Akşin ilə birlikdə gəlmiş şəxslərdən hər hansı birinin əlində taxta və ya hər hansı alət olmasını görməmişdir. Lakin davadan əvvəl Muradın atası Məhəmməd taxta dəyənəyi gətirib onların işlədiyi sexə qoymuşdur. Daha sonra yaşadığı evə gedib və geri qayıdanda isə əlində heç nə olmamışdır. Həmin taxta dəyənək Muradın əlində olmuşdur. Lakin daha sonradan Məhəmməd ola bilsin ki, təpiklə vurulub yerə yıxılandan sonra yerdən taxta götürmüşdür. Onun, atası Yavərin və qardaşı Bürhanın əlində hər hansı əşya olmamışdır. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 11 may 2021 -ci il tarixdə saat 21 radələrində o, qardaşı Sübhan və dostu Murad ilə birlikdə Nərimanov küçəsində yerləşən parkda oturub söhbət edərkən adını sonradan bildiyi Akşin, Mövlüd, Qəhrəman, batya ləqəbli Elmir və digər adlarını bilmədiyi şəxslər cəmi beş nəfər şəxs həmin parka gəlmişlər. Həmin şəxslər parkda onları görüb yaxınlaşmış və Muradı kənara çağırmışlar. Murad da onlarla bir qədər aralıya getmişdir. Təxminən 5 dəqiqə sonra Muradın qayıtmadığını görüb o və qardaşı Sübhan da onlara yaxınlaşmışlar. Onlardan nə məsələ olmasını soruşduqda Akşin adlı şəxs bildirmişdir ki, Muradın ona on manat borcu var və qaytarmır. Murad dostu olmasını dedikdə Akşin telefonunu sat 10 manat pulu ver demişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Bir qədər sonra atası Yavər də oraya gəlmişdir. Nə məsələ olmasını soruşduqda Akşin atasına Muradın ona borcu olmasını demişdir. Bu zaman onlara böyük kimi irad bildirmiş və aralaşmaqlarını tələb edən zaman adını sonradan bildiyi Akşin adlı şəxs onunla kobud danışmışdır. Bu zaman o, qabağa gələrək Akşini sinəsindən geri itələmiş və atası ilə artıq əskik danışmamasını tələb etmişdir. Bu zaman dava düşmüş və Mövlüd yumruqla atası Yavərin göz nayihəsindən vurmuşdur. Bu zaman qarşılıqlı əlbəyaxa dava başlamışdır. Murad isə qaçıb getmişdir. Həmin vaxt onu da Batya ləqəbli Elmir zibil qutusu ilə kürək nayihəsindən vurmuşdur. Sonra dava qurtarmış və onlar qaçıb getmişlər. Həmin dava zamanı Akşin nalayiq küçə söyüşləri söydüyünə görə bu səbəbdən də o, evdə olarkən Akşinin instaqram hesabını öyrənmiş və ona instaqram vasitəsilə sms yazaraq görüşməyə dəvət etmişdir. Həmin danışıq zamanı aralarında mübahisə dərinləşmiş, o da Akşinə işlədiyi Ərəş küçəsini deyərək 12.05.2021-ci il tarixdə ora gəlməsini və söhbət edərək məsələni aydınlaşdırmalarını bildirmişdir. 12.05.2021-ci il tarixdə o, qardaşı Sübhan və Murad atası Yavərin işlədiyi təmir sexində olarkən, bir neçə nəfər şəxsin gəlib onu axtardıqlarını eşitmişdir. O da bundan sonra mübahisəyə gəldiklərini qardaşına və Murada deyərək Şok marketin yanına getmişdir. Bu zaman 10-15 nəfər şəxs oraya gəldiyini görmüşdür. Həmin şəxslərin əlində hər hansı əşya və ya predmet olmasını görməmişdir. Bu zaman Muradın atası Məhəmməd də oraya gəlmişdir. Vəli adlı şəxs atası Yavəri kənara çəkmək istəyəndə atasının dostu Elmir adlı şəxs araya girmişdir. Bundan sonra Məhəmməd çatan zaman oğlu Muraddan kimin pul tələb etdiyini soruşmuş və nalayiq ifadə işlətmişdir. Bu zaman Vəli adlı şəxs Məhəmmədi təpiklə vurmuş və Məhəmməd yerə yıxılmışdır. Eyni zamanda əlində nə olmasını görə bilmədiyi Akşin adlı şəxs ona qəfil yaxınlaşaraq başından vurmuş və o, zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. Bundan sonra xəstəxanada ayılıb özünə gəlmiş və başqa hər hansı şahidi olduğu hadisə olmamışdır. Dava başlamazdan əvvəl o, atası və qardaşı Sübhan özləri ilə hər hansı alət və ya əşya aparmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, “Qusi” ləqəbi ilə tanınsa da, adı Hüseyndir. Şahid7 və Sübhan və Bürhan qardaşlarını bir iki ay müddət olar ki, tanısa da dərin münasibətləri olmamış, həmçinin aralarında əvvəllər hər hansı ədavət və ya münaqişə olmamışdır. Şahid7 tanısa da, onun atasını, həmçinin Bürhan və qardaşı Sübhanın ataları Şahid1 tanımamışdır. Onlarla aralarında hər hansı ədavət olmamışdır. 11.05.2021-ci il tarixdə dostları Akşin, Kamran, Qəhrəman, Mövlud və Elmir ünvan 3ir şəhəri “Dostluq Parkı” adlanan yerdə olarkən Murad və onun dostları ilə parkda rastlaşmışlar. Əvvəlcə salamlaşıb birlikdə dayanıb söhbət etməyə başlamışlar, lakin sonradan aralarında mübahisə yaranmışdır. Belə ki, Akşin onlardan harada qalmalarını soruşduqda verilən cavab xoşagəlməz olmuş və buna görə də mübahisə yaranmışdır. Daha sonra isə Akşin Sübhandan bir neçə gün istifadə etməsi üçün qol saatını istədikdə, o, razılaşmamışdır. Bundan bir qədər keçdikdən sonra Sübhanın atası Yavər ora gəlmiş və mübahisə etməyə başlamış, daha sonra isə mübahisə əlbəyaxa davaya çevrilmişdir. Həmin vaxt Sübhan əlində bıçaq onun üstünə gəldiyi üçün ona əl qol ataraq özündən uzaqlaşdırmışdır. Dava qurtardıqdan sonra isə çıxıb getmişlər. Sonradan 12.05.2021-ci il tarixdə saat 12 radələrində həyətə düşdükdə xəbər tutmuşdur ki, dostu Akşinin və digər dostlarının Bürhan adlı şəxs və qohumları ilə mübahisəsi vardır. Həmin şəxsləri rus qəbiristanlığına mübahisəyə çağırmışlar. Akşin və qardaşı Hüseyn, Elmir, Qəhrəman və qardaşı Mövlüd, Kamran və qardaşı Məhəmməd, Vəli, Emil və Məhəmmədəli adlı şəxslərlə birlikdə rus qəbiristanlığına getmişlər. Gedərkən üzərində özü ilə heç bir əşya aparmamış, həmçinin uşaqların hər hansı əşya aparmasından məlumatı olmamışdır. Rus qəbirstanlığına doğru gedib orada bir müddət gözləsələr də, heç kim gəlməmişdir. Bundan sonra telefonla Bürhan ilə əlaqə saxlayanda onlardan kimsə polis şöbəsinə getdiklərini bildirmişdir. Bundan sonra isə dağılışıb evə getmək üçün Ərəş küçəsi ilə geri qayıtmağa başlamışlar. “Şok” marketin qarşısından keçib gedərkən onları arxadan səsləmişlər. Həmin vaxt Bürhan, Sübhan və onların atası Yavər, həmçinin Şahid7 və atası, daha şəxsiyyətləri ona bəlli olmayan təxminən 40 yaşında iki nəfər şəxs onların üstünə gəlmişlər. Çatan zaman Bürhanın atası Yavər onların ünvanına nalayiq söyüşlər söymüşdür. Daha sonra dava düşmüş və elə həmin məqamda Muradin əlində dəyənək ilə üstünə gəlməsini görmüş, çatan zaman dəyənək ilə onu başından iki dəfə vuraraq, yerə yıxmışdır. Daha sonra isə nə baş verməsi barədə məlumatı olmamışdır. Evə gedərkən yolda özünə gəlmiş və başqa bir məlumat xatırlamamışdır. Qeyd olunan tarixdə Dostluq Parkında olarkən Bürhan, Sübhan və Murad ilə rastlaşıb söhbət edərkən onlardan heç kim pul və ya əvəzinə mobil telefon satılmasını tələb etməmiş, lakin Akşin Sübhandan bir neçə günlük qol saatını taxıb qaytarmağı istəmiş, Sübhan isə razılaşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Bürhan, qardaşı Sübhan və onların dostu Şahid7 ilə hər hansı münasibəti olmasa da, lakin şəhər sakini olaraq onları tanımışdır. 11.05.2021 -ci il tarixdə saat 21 radələrində o, dostları Akşin, Kamran, Qəhrəman və onun qardaşı Mövlud ilə birlikdə ünvan 3ir şəhər “Dostluq Parkı” adlanan parka getmişlər. Orada olarkən Bürhan və Sübhan qardaşları həmçinin onların dostu Şahid7 parkda görmüşlər. Onlara yaxınlaşıb və hal-əhval tutub daha sonra Şahid7 siqaret istəmişlər. O da hər birinə siqaret vermişdir. Söhbət əsnasında Akşin Sübhan adlı şəxsdən şəhərin hansı tərəfində qalmasını soruşmuş, Sübhan isə buralarda qaldığını bildirmişdir. Akşin isə parkda qalırsan dedikdə, mübahisə yaranmışdır. Lakin həmin mübahisə dava-dalaşa çevrilməmişdir. Daha sonra söhbət əsnasında Akşin Sübhandan qol saatını bir neçə günlük taxmaq məqsədilə istədikdə Sübhan onunla razılaşmamışdır. Təxminən bir neçə dəqiqə keçdikdən sonra Sübhanın atası Yavər adlı şəxs ora gəlib onlara yaxınlaşaraq nə üçün onun uşaqlarından pul istəmələrini soruşmuş, həmin vaxt Akşin cavab olaraq pul istəmədiyini dedikdə Yavər adlı şəxs Akşini təhqir etmiş, Aqşin də cavab olaraq eyni sözləri ona qaytarmışdır. Bu zaman Yavər adlı şəxs Akşini sillə ilə vurmuş və həmin vaxt dava düşmüşdür. Sübhan əlində olan bıçaqla Akşinin üstünə hücum etmiş, daha sonra isə dava sakitləşmişdir. Həmin davada o, iştirak etsə də, nə kimsəni, nə də kimsə onu vurmamışdır. Davanı sakitləşdirdikdən sonra onlar oradan çıxıb getmişlər. 12 may 2021 -ci il tarixdə səhər saatlarında məhləyə düşmüş və həmin vaxt Akşin ilə rastlaşmışdır. Bu zaman Akşin ona bildirmişdir ki, axşamkı davaya görə Bürhan onu nalayiq söyüşlərlə Zərif şadlıq sarayının yaxınlığında yerləşən rus qəbirstanlığına davaya çağırmışdır. O da onun söyüşlü səslərinə qulaq asmış və birlikdə qeyd olunan yerə davaya getməyə razılaşmışdır. Tanıdığı şəxslərdən Qəhrəman, Mövlud, Kamran, qardaşı Məhəmməd, Akşinin qardaşı Hüseyn, Məhəmmədəli və “Qusi” ləqəbli şəxslər və adları qeyd edilən şəxslərdən başqa 4-5 nəfər şəxs də onlarla birlikdə bir yerə toplaşmış və həmin gün saat 12 radələrində ünvan 3ir şəhər rus qəbirstanlığma doğru getmişlər. Orada bir müddət gözləsələr də, heç kim gəlməmişdir. Bundan sonra telefonla Bürhan ilə əlaqə saxlayan zaman onlardan kim isə bildirmişdir ki, polis şöbəsinə şikayətə getmişlər. Onlar da dağılışıb evə gedəcəklərini deyib Ərəş küçəsi ilə geri qayıtmağa başlamışlar. “Şok” marketin qarşısından keçib gedərkən arxadan səsləyərək onları çağırmışlar. Həmin vaxt Bürhan, Sübhan və onların atası Yavər, həmçinin Şahid7 və atası, daha şəxsiyyəti ona bəlli olmayan təxminən 40 yaşında iki nəfər şəxsin onların üstünə gəldiklərini görmüşlər. Çatanda Bürhanın atası Yavər onların ünvanına nalayiq söyüşlər söymüşdür. Hüseyn qabağa durub böyük olduğunu və söyüş söymək lazım olmadığını demiş, həmin vaxt Yavər Təqsirləndirilən şəxs yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs da dəyənək ilə Təqsirləndirilən şəxs vurmuşdur. Həmin vaxt dəyənək yerə düşmüş və Murad onu yerdən götürərək həmin dəyənək ilə onlarla gəlmiş “Qusi” ləqəbli Hüseyni vurmuşdur. Daha sonra qarşılıqlı dava başlamışdır. O, isə dava zamanı kənarda dayanmışdır. Dava sakitləşdikdə isə oradan çıxıb getmişdir. Özü və adlarını qeyd etdiyi dostları dostluq parkında olarkən Bürhan və qardaşı Sübhan, Murad ilə rastlaşanda onlardan heç kim pul tələb etməmiş və onlardan telefon satmasını istəməmişdir. Lakin Akşin onlardan birindən qol saatını bir neçə günlük istəmiş, o isə razılaşmadıqdan sonra istəməmişdir. Təqsirləndirilən şəxs dava zamanı dəyənək ilə vurub xəsarət yetirən şəxs sonradan bıçaqlanaraq xəsarət alan Muradın atası Məhəmməd adlı şəxs olmuşdur. Muradın atası dəyənək ilə Təqsirləndirilən şəxs vurduqdan sonra dəyənək yerə düşmüş və Muradda da həmin dəyənəyi götürüb “Qusi” ləqəbli Hüseyni başından iki dəfə vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Murad Eyyubovu tanısa da, onun atası, həmçinin Bürhan və qardaşı Sübhanı və ataları Şahid1 tanımamışdır. Onlarla aralarında hər hansı ədavəti olmamışdır. 11.05.2021-ci il tarixdə dostları Akşin, Kamran, Qəhrəman, Mövlud və Elmir ünvan 3ir şəhəri “Dostluq Parkı” adlanan yerdə olarkən Murad və onun dostları ilə parkda mübahisə etmişlər, lakin o bu barədə sonradan məlumat tutmuşdur. Lakin 12.05.2021-ci il tarixdə saat 12 radələrində həyətdə olarkən xəbər tutmuşdur ki, dostu Akşin və digər dostlarının Bürhan adlı şəxs və qohumları ilə mübahisəsi vardır. Həmin şəxsləri rus qəbiristanlığına mübahisəyə çağırmışlar. Akşin və onun qardaşı Hüseyn, Qusi ləqəbli Hüseyn, Elmir, Qəhrəman və qardaşı Mövlüd, Kamran və qardaşı Məhəmməd, Vəli və Emil adlı şəxslərlə birlikdə rus qəbiristanlığına getmişlər. Gedərkən üzərində özü ilə heç bir əşya aparmamış, həmçinin uşaqların hər hansı əşya aparmasından məlumatı olmamışdır. Rus qəbirstanlığına gedib orada bir müddət gözləmişlər, lakin heç kim gəlməmişdir. Bundan sonra telefonla Bürhan ilə əlaqə saxlayanda onlardan kimsə bildirmişdir ki, polis şöbəsinə şikayətə getmişlər. Bundan sonra dağılışıb evə gedəcəklərini deyib Ərəş küçəsi ilə geri qayıtmağa başlamışlar. “Şok” marketin qarşısından keçib gedərkən arxadan onları səsləyib çağırmışlar. Həmin vaxt, Bürhan, Sübhan və onların atası Yavər, həmçinin Şahid7 və atası, daha şəxsiyyəti ona bəlli olmayan təxminən 40 yaşında iki nəfər şəxs onların üstünə gəldiklərini görmüşlər. Çatan zaman Bürhanın atası Yavər onların ünvanına nalayiq söyüşlər söymüşdür. Hüseyn qabağa durub böyük olduğunu və söyüş söymək lazım olmadığını dedikdə həmin vaxt Yavər Təqsirləndirilən şəxs yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs da dəyənək ilə Təqsirləndirilən şəxs vurmuş, həmin vaxt dəyənək yerə düşmüşdür. Həmin vaxt Murad dəyənəyi yerdən götürərək “Qusi” ləqəbli Hüseyni vurmuşdur. Daha sonra qarşılıqlı dava baş vermiş, o, özü isə kənarda dayanmışdır. Dava sakitləşəndə isə oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs dava zamanı dəyənək ilə vurub xəsarət yetirən şəxs sonradan bıçaqlanaraq xəsarət alan Muradın atası Məhəmməd adlı şəxs olmuşdur. Murad “Qusi” ləqəbli Hüseyni başından iki dəfə dəyənək ilə vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Mamed qızı ifadəsində göstərdi ki, ünvan 3ir şəhər Şəfa küçəsi ev ünvanda yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. 12.05.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb piyada ünvan 3ir şəhər kolxoz bazarına ev üçün ərzaq almaq məqsədilə geden zaman, ünvan 3ir şəhər Samux küçəsində yerləşən “Zərif’ şadlıq sarayının qarşısından keçib Ərəş küçəsinə keçəndə, həmin küçədə sol tərəfdə yerləşən “şok” marketin qarşısına çatan zaman küçədə çox sayda şəxslərin səs-küylü davasını görüb qorxduğu üçün həmin dava baş verən yerə çox yaxınlaşmamış, lakin aralıdan onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döyüldüyünü və üst-başı qan içində yerdə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Aralıdan dava yerinə doğru bir qədər irəliləmiş, təxminən bir dəqiqə sonra ətrafda olan şəxslər dağılışan zaman Məhəmmədin yolun kənarında maşın təmiri sexləri olan hissədə asfaltın üzərində yerdə yıxılmış vəziyyətdə dayandığını görüb yaxınlaşmaq istəmiş, lakin həmin vaxt bir nəfər şəxs Məhəmmədi ağ rəngli avtomaşına əyləşdirərək aparmışdır. Bundan sonra Məhəmmədi tanıdığı üçün dərhal onun anası Rüzgar Eyyubovaya məlumat vermişdir. Həmin vaxt davada olan şəxslərdən yalnız Zərərçəkmiş şəxs və oğlu Şahid7 görüb tanıya bilmişdir. Məhkəmə istintaqı zamanı şahid X7 təqsirləndirilən şəxsin qardaşı olduğu üçün yaxın qohumuna qarşı ifadə verməmək hüququndan istifadə edərək, ifadə verməkdən imtina etmişdir. Bununla belə məhkəmə nəzərə alır ki, şahid X7 məhkəməyədək icraat zamanı yaxın qohumuna qarşı ifadə verməmək hüququ izah edilməklə dindirildiyindən, onun ifadəsinə istinad edilməlidir. Belə ki, AR Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24.12.202-ci il tarixli 15 saylı plenum qərarının 11-ci bəndində qeyd edilir ki, təqsirləndirilən şəxsin yaxın qohumları məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə, onların məhkəməyədək icraat zamanı şahid qismində verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, məhkəməyədək icraatda dindirilərkən onlara AR CPM-in 20-ci maddənin mahiyyəti izah edilmiş olsun. Odur ki, məhkəmə şahid X3 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəni də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Şahid7 təxminən 2 ay müddət olarkı tanımışdır. ünvan 3ir şəhər “Qələbə Meydanı” adlanan ərazidə bir neçə dəfə görüşüb tanış olmuşlar. Həmin vaxtdan sonra bir daha görüşməmişlər. 11 may 2021-ci il tarixdə saat 21 radələrində o, Kamran, Elmir, Qəhrəman və sonuncunun qardaşı Mövlud ilə birlikdə ünvan 3ir şəhər "Dostluq Parkı" adlanan parkda olarkən Şahid7 yenidən görmüşdür. Muradın yanında adını sonradan bildiyi Bürhan və Sübhan adlı qardaşlar da olmuşlar. Onları gördükdə yanlarına yaxınlaşıb salamlaşmışlar, daha sonra Muradla söhbət edərək çoxdandı görünmədiyini və nə işlə məşğul olmasını soruşmuş, Murad da onunla normal salamlaşmışdır. Bundan sonra Muraddan onunla birlikdə olan şəxslərdən birində olan qol saatını müvəqqəti taxmaq üçün verə biləcəyini soruşmasını xahiş etmiş, Murad isə kənarda onunla söhbət edəcəyini deyərək getmişdir. Bir qədər sonra geri qayıtmış və həmin şəxsin qol saatını vermədiyini bildirmişdir. Bundan bir qədər sonra həmin şəxslərin atası, adını sonradan bildiyi Yavər adlı şəxs gəlmişdir. Yavər adlı şəxs gəlib çatanda nə üçün onun övladlarından pul istədiyini soruşmuş, o isə təkzib edərək pul istəmədiyini bildirmişdir. Həmin vaxt Şahid1 öz övladlarından nə istənildiyini soruşanda böyük oğlu onlardan pul tələb edildiyini bildirmişdir. Bu zaman Şahid1 ona dönərək sillə ilə sifətindən vurmuş, bundan sonra o, da yumruqla Şahid1 sifətindən vurmuşdur. Bu zaman Şahid1 oğlu da onu vurduqda cavab olaraq onu yumruqla belindən vurmuşdur. Onunla birlikdə gəlmiş dostları həmin vaxt onları aralaşdırmış və bundan sonra münaqişə qurtarmışdır. Bundan sonra Bürhan adlı şəxs ona “İnstagram” sosial şəbəkəsi vasitəsilə sms yazaraq bir gün sonra görüşə çağırmış və gəlməyəcəyi halda ünvanına nalayiq sözlər yazmışdır. O isə onunla sabah görüşə gələcəyini bildirmiş və bu söhbəti qardaşı Təqsirləndirilən şəxs danışmışdır. Qardaşı isə birlikdə gedəcəklərini bildirmişdir. 12.05.2021-ci il tarixdə saat 12 radələrində Bürhan ilə görüşmək üçün qardaşı Hüseynlə birlikdə ünvan 3ir şəhər Ərəş küçəsinə yola düşmüşlər. Yolda dostları Kamran və qardaşı Məhəmməd, Elmir, Qəhrəman və qardaşı Mövlud, Qusi ləqəbli Hüseyn, Emil, Vəli adlı tanışlarına həmin gün mübahisəsi düşməsi barədə məlumat vermişdir. Həmin gün saat 12 radələrində Ərəş küçəsində Bürhanın işlədiyi yerə gedəcəyini bildirmişdir. Bundan sonra adlarını qeyd etdiyi şəxslər ilə ünvan 3ir şəhərində müxtəlif ünvanlarda görüşərək toplaşmış və birlikdə Ərəş küçəsində yerləşən “Zərif’ şadlıq sarayı istiqamətində yola düşmüşlər. Davaya gedərkən qardaşı Hüseyn onun çətinliklə üzləşəcəyi təqdirdə istifadə etmək üçün mətbəx bıçağı götürmüşdür. Yerdən tapdığı dəmir parçasını isə özü ilə götürüb mübahisəyə getmişdir. Onlarla birlikdə gələn digər şəxslər özləri ilə birlikdə hər hansı əşya gətirmələri barədə məlumatı olmamışdır. Şahid3 işlədiyi yerə yaxınlaşanda Bürhanı tapa bilməmiş və geri qayıdarkən küçədə onları arxadan söyüşlərlə çağıran zaman onlar dayanmış, bundan sonra təxminən 5-6 nətər şəxs onlara doğru gəlmişlər. Bürhan, qardaşı Sübhan və onların atası Yavər, Murad və onun atası Məhəmməd və başqa iki nəfər şəxs onların üstünə gəlmiş, çatdıqda Yavər adlı şəxs ona telefonda söyüş söyən şəxsin kim olmasını soruşaraq aralarında dayanmışdır. Bu zaman o, kənara keçmiş və Bürhanın yanına gəlib ona çatdıqda yumruqla başından vurmuşdur. Bürhanın əlində olan çəkic yerə düşmüş, Bürhan isə qaçıb getmişdir. Həmin vaxt əlbəyaxa dava başlamış və dava əsnasında Bürhanın atası Yavəri yumruqla sifətindən və bədəninin müxtəlif nayihələrindən vurmuşdur. Dava əsnasında Muradın atası Məhəmməd qardaşı Hüseynin üstünə taxta dəyənək ilə gəlib onu ayağından vurmuş və qardaşı Hüseyn də onu özü ilə gətirdiyi bıçaqla arxa nayihəsindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs bıçaqlandığını gördükdə hamı qaçaraq oradan uzaqlaşmışdır. O, Şahid7 və Şahid2 pul istəməmiş, yaxud onlardan pulu olmadığı təqdirdə telefon satıb pulu vermələrini bildirməmişdir. Sadəcə olaraq dəqiq xatırlamadığı şəxsdən qolunda olan qol saatını bir neçə günlük taxmaq üçün istəmiş, lakin o da razılaşmamışdır. 11.05.2021-ci il tarixdə Dostluq parkı adlanan ərazidə baş vermiş münaqişə zamanı zibil qutusu ilə Şahid2 və Şahid7 vurmamış, münaqişə zamanı Şahid1 onu sillə ilə vurduğu üçün qarşılıq olaraq onu, Sübhanı və Şahid7 yumruqla vurmuşdur. 12.05.2021-ci il tarixdə baş vermiş dava-dalaş zamanı isə Bürhanı yumruqla vurmuş, bu zaman çəkic onun əlindən düşmüş və Bürhan oradan qaçmışdır. Gedərkən özü ilə çəkici aparmamış və o, Bürhanı çəkiclə vurmamışdır. X9 dava zamanı yumruqla və təpiklə vurmuş, lakin onu qucaqlamamış və bıçaqla vurulmasına şərait yaratmamışdır. Dava zamanı qardaşı Hüseynin üstünə dəyənək ilə gələrək vurduğu üçün qardaşı Hüseyn Məhəmmədi bıçaqla vuraraq xəsarət yetirmişdir. Şahid3 başından yumruqla vuran zaman, onun üstündə olan çəkic yerə düşmüşdür. Lakin onun çəkici yerə düşdükdən sonra da onu çəkiclə başından vurmamışdır. Şahid7 əlində dəyənək ilə onlarla birlikdə gələn şəxslərin üzərinə hücum etdiyini görüb onun üstünə gedəndə dəyənək ilə bədənindən vurulduğu üçün yumruqla Şahid7 vurmuşdur, həmçinin Şahid1 ilə əlbəyaxa dava zamanı onu müxtəlif nayihələrindən vurarkən o da qarşılıqlı olaraq əli ilə onu vurmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 12.05.2021-ci il tarixdə ünvan 3ir ŞMX-da tərtib olunmuş baxış və götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs üzərindən çıxarılmış geyim əşyaları və 1 ədəd şalvar təqdim edilmiş və baxış zamanı şalvarın orta hissəsində yarıqlar müəyyən olunduğu üçün iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 12.05.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, münaqişə ünvan 3ir şəhər Ərəş küçəsində saat 13 radələrində insanların mütəmadi hərəkətdə olduğu yerdə baş vermişdir. Cinayət işinin materiallarında olan AR Səhiyyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in 262 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəninində aşkar olunan xəsarətlər: - düz bağırsağın aşağı 1/3-nin dəlib keçən yarası, sağ baldırın və sağ budun kəsilmiş-deşilmiş yarası kəsici-deşici əşyanın (alətin -lərin) ola bilsin bıçağın təsirindən, sağ bud sümüyünün böyük burmasının fraqmental yerdəyişən sınığı küt əşyanın təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən 12.05.2021-ci il tarixə uyğundurlar. Ağırlıq dərəcələrinə görə sağ bud və sağ baldır nayihələrində olan yaralar, düz bağırsağın aşağı 1/3-nin dəlib keçən yarası ilə müşayiət olunan büzdüm nayihəsinin kəsilmiş deşilmişkəsilmiş yarası sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. Sağ bud sümüyünün böyük burmasının qapalı fraqmental qəlpəli sınığı sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan məhkəmə trasoloji ekspertizasının 06.07.2021-ci il tarixli 3/1008 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şalvarın üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Şalvarın səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan alətin (məs: bıçaq və ya bənzər xassəli alətin) təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Tədqiata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anotomiya ETT Birliyinin 13.05.2021-ci il tarixli 262 saylı ekspert rəyinə göstərilmiş bədənə yerləşən xəsarətlər ilə təqdim edilmiş şalvarın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş şalvarın səthində olan zədə yerləşmə sahəsinə görə nisbi uyğunluq təşkil edir, yəni zədə və xəsarət nisbətən üst-üstə düşür. Cinayət işinin materiallarında olan 17.09.2021–ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–in 228.4 və 170.1–ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və ona AR CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edimişdir. Məhkəmə tibbi ekspertizasının 14.05.2021-ci i tarixli, 262 saylı rəyi, məhkəmə trasoloji ekspertizasının 06.07.2021-ci il tarixli 3/1008 saylı rəyi, 12.05.2021-ci il tarixli hadisə yerinə baxış, baxış və götürmə barədə protokollar, üzləşdirmə protokolu və iş üzrə şahid ifadələri sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Həmçinin 12.05.2021-ci il tarixli baxış və götürmə protokoluna əsasən Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar maddi sübut kimi tanınaraq sellofan torbada qablaşdırılaraq götürülmüş və saxlanması üçün ünvan 3ir ŞPŞ-nin saxlanc otağına verilmişdir. X10, X7 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-in 127.2.3, 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi ayrıca icrata ayrılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 12 may 2021 -ci il tarixdə saat 13 radələrində qardaşı 11.11.2003-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan X7, tanışları 27.02.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X13, 12.02.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X8, 28.10.2003-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan X10, xx.xx.2004-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan Şahid5, xx.xx.2004-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan Şahid6, 20.04.2004-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan X1 və şəxsiyyətləri istintaqa tam olaraq bəlli olmayan Vəli və Mövlud adlı şəxslərlə birlikdə Şahid1 işlətdiyi ünvan 3ir şəhəri, Ərəş küçəsi “Şok” marketin yaxınlığında yerləşən avtomobil təmiri sexinin qarşısına gedərək, ictimai yer sayılan küçədə, bir gün əvvəl ünvan 3ir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Dostluq” parkında qardaşı X14 Əsədov, sonuncunun uşaqları Bürhan və Şahid2lar, habelə Şahid7 arasında baş vermiş, lakin sonradan səngiyərək başa çatmış mübahisəni, sonuncuların onun qardaşı Akşin Hüseynovun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə kimi göstərib, özünü ətrafdakılara qarşı qoymaqla, ilkin olaraq bir gün əvvəl qardaşı ilə arasında mübahisə edən Şahid1la həmin mübahisə barədə “söhbət” etməyə başlamış, həmin vaxt Şahid1 bir qədər əvvəl mobil telefon danışığı zamanı onun ünvanına söyüşlər söyən şəxsin kim olduğunu, həmin şəxsin orada olub-olmadığını ondan soruşduqda, o, Şahid1 orada olan 15 yaşlı Kamran Alıyevi göstərərək, «budur söyüş söyən, bunu döyəcəksən?» sözlərini deməklə, həmçinin qardaşı Akşin Hüseynovun da kiminsə tərəfindən söyüşə və təhqirə məruz qaldığını Şahid1 diqqətinə çatdırdıqda, sonuncunun oğlu Şahid3 Akşin Hüseynovun ünvanına söyüş söyən şəxsin özü olduğunu demiş, həmin vaxt bunu eşidən X17 Əsədova arxadan yaxınlaşıb yumruqla onun baş nahiyəsindən vurduqdan sonra, tərəflər arasında qəfil olaraq başlayan dava- dalaş zamanı Şahid1 tanışı, hadisə yerində olan Zərərçəkmiş şəxs oradan istintaqa məlum olmayan taxta parçasını götürdükdə, şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən təpiklə Zərərçəkmiş şəxs qarın nahiyəsinə vurub onu yerə yıxdıqdan sonra digər şəxslərlə birlikdə bir qrup şəxs halında, ictimai yer sayılan və insanların gediş-gəlişinin çox olduğu küçədə, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına etinasızlıq və laqeydlik nümayiş etdirərək, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib, ətrafda olan hadisənin şahidlərindən Şahid4 Mamed qızı və digər şəxslərin dincliyini pozmaqla və özünü onların fövqündə qoymaqla, qarşı tərəfdən olan, xx.xx.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid3, sonuncunun qardaşı 25.09.2006-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid2, Şahid1, xx.xx.2006-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid7 və Zərərçəkmiş şəxs ilə aralarında baş verən, təxminən 5-10 dəqiqə ərzində davam edən və ictimai qaydanın kobud surətdə pozulması ilə müşayiət olunan kütləvi dava-dalaş zamanı o, Zərərçəkmiş şəxsla hər hansı bir əsaslı səbəb olmadan baş verən dava-dalaşın axarı gedişatında qarşılıqlı dalaşdıqları zaman ətrafa toplaşan şəxslərin gözləri önündə, əvvəlcədən yaşadığı evin mətbəxindən götürdüyü və əynindəki qara rəngli gödəkçəsinin sol iç cibinə qoyub üzərində saxladığı, istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçağı çıxarıb, Zərərçəkmiş şəxs sağ yanının aşağı tərəfinə bir zərbə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmasına baxmayaraq, ayağa qalxıb qaçmaq istədiyi zaman əlindəki həmin bıçaqla Zərərçəkmiş şəxs büzdüm nahiyəsinə arxadan bir zərbə də endirərək, sonuncuya həyat üçün təhlükəli olmayan, düz bağırsağın aşağı 1/3-nin dəlib-keçən yarası, sağ baldırın və sağ budun kəsilmiş-deşilmiş yarası kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdən pozan, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərindən zor tətbiq olunması ilə müşayiət olunan silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 127.2.3-cü və 221.3–cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamış qardaşı Akşin Hüseynov və digər şəxslərlə birlikdə bir gün əvvəl baş vermiş, lakin sonradan səngiyərək başa çatmış mübahisəni, həmçinin qardaşı Akşin Hüseynovun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə kimi edərək, əvvəlcədən yaşadığı evin mətbəxindən bıçaq götürməklə özünü ətrafdakılara qarşı qoymaqla, ilkin olaraq bir gün əvvəl qardaşı ilə mübahisə edən Şahid1la həmin mübahisə barədə “söhbət” etmək məqsədilə ünvan 3ir şəhəri, Ərəş küçəsi “Şok” marketin yaxınlığında yerləşən avtomobil təmiri sexinin qarşısına getməsi, həmçinin gedərkən yaşadığı evin mətbəxindən bıçaq götürməsi, onda qabacadan xuliqanlıq niyyətinin olmasını ifadə edir. Belə ki, təqsirləndirilən şəxs öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etmiş və bu hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görmüş və onu arzu etmişdir. Eyni zamanda ictimai yer sayılan küçədə əvvəlcədən yaşadığı evin mətbəxindən götürdüyü və əynindəki qara rəngli gödəkçəsinin sol iç cibinə qoyub üzərində saxladığı, istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçağı çıxarıb, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət yetirməsi, onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarını qərəzli surətdə pozan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3–cü maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, ümumi təhükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə edib barışmasını, habelə həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hazırda tələbə olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 20.09.2021–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, hadisədən sonra təqsirləndirilən şəxs onunla barışıb dəymiş ziyanı ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan 622/068YN18 nömrəli tələbə biletindən görünür ki, Hüseynov X2 Dövlət Universitetinin mühəndislik fakultəsinin əyani şöbəsində təhsil alır. Cinayət işinin materiallarında olan ünvan 3ir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli 41 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və yaşadığı müddət ərzində onun barəsində 7 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı–ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs 12.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmçinin ünvan 3ir Şəhər Məhkəməsinin 15.05.2021-ci il tarixli 4(051)-56/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 12.05.2021-ci il tarixdən hesablanmışdır. Eləcə də, cinayət işinin materiallarında olan ünvan 3ir Şəhər Məhkəməsinin 21.05.2022-ci il tarixli, 4(051)–59/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmçinin məhkəmənin 11.08.2021-ci il tarixli 4(051)-100/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 12.08.2021-ci i tarixdən 12.10.2021-ci il tarixədək uzadılmışdır. Hazırki hökmün çıxarıldığı 22.04.2022–ci il tarixədək Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 11 ay 10 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 11 ay 10 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Bununla yanaşı, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin xarakterini dərk edərək ictimai təhlükəli əmələ yol verdiyini bilmiş, zərərçəkmiş şəxsə ziyan vurduğu əmələ görə peşman olduğunu bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla razılıq əldə edərək barışmışdır. Bununla da Təqsirləndirilən şəxs törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi ilk vaxtdan etibarən islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM–nin 70.1–ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2–ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 70– ci maddəsinin tələblərinə əsasən 1 il 6 ay sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Bununla belə, iş üzrə maddi sübut olan və ünvan 3ir Şəhər Polis şöbəsində saxlanılan sellofan torbada qablaşdırılmış bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də,məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının dəyəri olan 77 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq ünvan 3ir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının ünvan 3ir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü və 221.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12.05.2021–ci il tarixdən 21.05.2022-ci il tarixədək həbsdə saxlanıldığı və 21.05.2022-ci il tarixdən 22.04.2022–ci il tarixədək ev dustaqlığında olduğu 11 (on bir) ay 10 (on) gün müddət, Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrası ünvan 3ir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 77 (yetmiş yeddi) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq ünvan 3ir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının ünvan 3ir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut olan və ünvan 3ir şəhər Polis şöbəsində saxlanılan sellofan torbada qablaşdırılmış bir ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində ünvan 3ir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-10/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-10/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver