Məhkəmə qərarları › İş №1(051)-10/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-10/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-10/2023 20.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Kəlbəcər rayonunda Abdullauşağı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri 3-cü Naxçıvan döngəsi 23A№-li evdə qeydiyyatda olmaqla Yevlax rayonu Havarlı kəndində yaşamış, Yevlax rayon Məhkəməsinin 1(039)-74/2022 saylı, 30 noyabr 2022-ci il tarixli hökmünə əsasən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 "xxxx" ASC “Mərkəzi Aran” X6 və Satışı İdarəsinə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs3 aldadılmasına nail olduqdan sonra 29 mart 2020-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivində Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 sonuncunun tanışı Zərərçəkmiş şəxs4 Azərişıq” ASC “Mərkəzi Aran” X6 və Satışı İdarəsinə sürücü vəzifəsinə işə qəbul olunmasına köməklik edəcəyini Zərərçəkmiş şəxs3 yalandan vəd edib Zərərçəkmiş şəxs3 vasitəsi ilə Zərərçəkmiş şəxs4 aldadılmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivində Zərərçəkmiş şəxs3 vasitəsi ilə Zərərçəkmiş şəxs4 məxsus 2700 (iki min yeddi yüz) manat məbləğdə pulu Zərərçəkmiş şəxs3 alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sonuncunun istifadəsində olan Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə yerləşən 0,05 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs2 məxsusluğunu təsdiq edən arxiv sənədlərinin bərpa edilməsinə köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadılmasına nail olduqdan sonra 2020-ci ilin iyun ayında Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən 4 saylı Mənzil İstismar Sahəsinin yerləşdiyi inzibati binanın yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus 1400 (min dörd yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1400 (min dörd yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qızma əmək pensiyası almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadılmasına nail olduqdan sonra 04 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsində 156/ll№-li yaşayış binasının yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus 750 (yeddi yüz əlli) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllərdə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda da barəsində Yevlax rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri cinayət işi üzrə məhkəmə istintaqı aparılır. Zərərçəkmiş şəxs3 2020-ci ilin əvvəllərindən tanıyır. Belə ki, Turalı tanışı X3 vasitəsi ilə tanımışdır. Beləlci, 2020-ci ilin mart ayında Rəşad mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq Tural adlı şəxsin Mingəçevir İşıq İdarəsinə işə düzəlmək istədiyini köməklik edib edə bilməyəcəyini onadn soruşmuşdur. O da köməklik edə biləcəyini demişdir. Rəşad oan Turalın mobil telefon nömrəsini vermişdir. O da sonradan Turalla telefon vasitəsi əlaqə saxlayaraq Mingəçevir şəhəri Günəşli bağ massivində görüşmüşlər. Söhbət zamanı Tural ona Mingəçevir şəhərində yerləşən “İşıq İdarəsinə” işə düzəlmək istədiyini bildirmişdir. O da Turala bu işdə köməklik edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra o, Turalla telefon vasitəsi ilə əlaqə saxlayaraq Mingəçevir şəhəri Günəşli bağ massivində görüşmüşlər. Həmin zaman Tural ona 2500 manat məbləğdə pul vermişdir. O da Turalı pul aldıqdan sora 1 ay ərizində işi həll edəcəyini bildirmişdir. Söhbət zamanı Tural ona başqa tanışı Elşad adlı şəxsi də işə düzəltmək istədiyini bildirirək həmin şəxsi də işə düzəldə bilib bilməyəcəyini soruşmuşdur. O da həmin şəxsə də köməklik edə biləcəyini demişdir. Bir neçə gün sonra yenə də Turalla Mingəçevir şəhəri Günəşli bağ massivi ərazisində görüşmüşlər. Orada Tural ona dostu Elşadı da “İşıq İdarəsinə” işə düzəltməyi üçün 2500 manat məbləğdə pul vermişdir. Lakin, Elşadın özü ilə şəxsən görüşməmiş, həmin şəxsdən hər hansı məbləğdə pul almamışdır. Elşadın pulunu da ona Tural vermişdir. Aldığı pulları gündəlik tələbat xərclərinə istifadə etmişdir. Bundan başqa bildirmişdir ki, Yaşar adlı şəxsi tanışı Şahid5 adlı şəxsə görə tanımışdır. Belə ki, 2020-ci ilin yay aylarında Rasim onunla telefon vasitəsi ilə əlqə saxlayaraq bir nəfər tanışına məxsus torpaq sahəsinə sənədlərin hazırlanmalı olduğunu bildirərək ondan köməklik edə bilib bilməyəcəyini soruşduqda o da köməklik edə biləcəyini demişdir. Bundan sonra o, Rasimlə Rasimin iş yerinin yaxınlığında görüşmüşlər. Həmin zaman Rasim ona Xəyyyamla Yaşarı təqdim edərək həmin şəxslərin torpaq sənədlərinin hazırlanmasına köməklik göstərməyi bildirmişdir. O da Yaşar və Xəyyam adlı şəxslərlə danışaraq ona məxsus torpaq sənədlərinin hazırlanmasını 1400 manat məbəğdə pula həll edəcəyini bildirmişdir.Bundan sonra Yaşar cibindən 1400 manat məbləğdə pulu çıxarıb ona vermişdir. O da Yaşardan pulu almışdır. Lakin sonrdan əldə etdiyi pulu gündəlik tələbat xərclərinə sərf etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 da həmkəndlisi Şahid3 görə tanımışdır. Beləki, 2021-ci ilin may ayında Namiq onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bir nəfər şəxsə yaşa görə pensiya düzəldib düzəldə bilməyəcəyini soruşmuş, o da Narniqə həll edə bildiyini demişdir. Namiq Ziyvərin mobil telefon nömrəsini ona verərək Ziyvərlə danışmağını bildirmişdir. O da Ziyvərlə danışdıqdan sonra Ziyvərin yaşadığı binanın qarşısında Ziyvərlə görüşmüşdür. Ziyvərdən əlliklə bağlı təqaüd almasına köməklik etmək məqsədi ilə 750 manat məbləğdə pul almışdır. Lakin həmin pulu da gündəlik tələbat xərclərinə sərf etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək iş üzrə təqsirli bilindiyi bütün epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötdüyünü və buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ona məxsus olan Mingəçevir şəhər Günəşli bağ massivi 12-ci küçədə yerləşən 0,05ha torpaq sahəsinin sənədi təxminən 20 il qabaq Bağlar İdarəsi dağılan zaman itmişdir. Buna görə də həmin torpaq sahəsinə çıxarış ala bilməmişdir. Buna görə də müxtəlif şəxslərdən həmin torpaq sahəsinə ilkin sənədin hazırlanması maraqlanmışdır. Həmin ərafədə qayını Şahid4 ona Rasim adlı MİS müdirinin vasitəsi ilə tanış olduğu Rauf adlı şəxs barəsində məlumat verərək Raufun həmin sənədlərin düzəldilməsində onlara köməkilik göstərə biləcəyini demişdir. Bundan sonra onlar razılaşıb Raufla Rasimin işlədiyi 4 saylı MİS-nin yerləşdiyi inzibati binanın qarşısında görüşmüşlər. Söhbət zamanı onlar Günəşli bağ massivində yerləşən torpaq sahəsi barədə Raufa məlumat vermişlər, Rauf da onlara həmin torpaq sahəsinə dair ilkin sənədləri hazırlanmasına köməklik göstərə biləcəyini demişdir. O da bu barədə Raufla razılaşmışdır. Bir neçə gün sonra yəni 2020-ci ilin iyun ayının ortalarında Raufla təkrarən Mingəçevir şəhəri N.Nərimanov prospektin yerləşən 4 saylı MİS-in yerləşdiyi inzibati binanın yaxınlığında görüşərək 1400 manat məbləğdə pulu Raufa vermişdir. Lakin, sonradan Rauf nə f'P') ondan aldığı pulu geri qaytarmış nədə ki, vəd etdiyi işi yerinə yetirdi. Həmçinin o, ifadəsində 2020-ci ilin iyun ayında Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən 4 saylı MİS-in inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinin ilkin sənədlərinin əldə edilməsinə köməklik etməsi üçün 1400 manat məbləğdə pul verdiyini, həmin zaman onun yanında qayınım Xəyyam və 4 saylı MiS-in rəisi Rasimin olduğunu, Rasim adlı şəxsə hər hansı məqsədlə hər hansı məbləğdə pul vermədiyini göstərmişdir.. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, hazırda X5 fəhlə işləyir. 2020-ci ilin mart ayında heç bir yerdə işləmədiyi üçün iş axtarmışdır. Həmin zaman tanışı Rəşad Musayevlə danışarkən Rəşada işsiz olduğunu Mingəçevir şəhəri ərazisində iş olsa ona məlumat verməsini bildirmişdir. Rəşad həmin zaman Ukrayna Respublikasında olmuşdur. Rəşadla telefon vasitəsi ilə əlaqə saxlayarkən Rəşad Rauf adlı tanışı olduğunu həmin şəxsin vasitəsi ilə işə düzələ biləcəyini ona demişdir. O da Raufun telefon nömrəsini Rəşaddan istədikdə Rəşad Raufun özünün onunla əlaqə saxlayacağını demişdir. Bundan bir neçə gün sonra onun istifadəsində olan mobil telefon nömrəsinə bir nəfər şəxs zəng edərək özünü Rauf kimi təqdim etmişdir. Mən həmin şəxslə yaşadığı Mingəçevir şəhəri günəşli bağ massivində görüşmək barədə razılaşmışlar. Görüşüb söhbət edərkən o, Raufa işə düzəlmək istədiyini bildirmişdir. Rauf da onu "xxxx" ASC “Mərkəzi Aran’' X6 və Satışı İdarəsinə nəzarətçi mühəndis vəzifəsinə düzəldə biləcəyini deyərək bunun müqabilində ondan 2500 manat məbləğdə pul və sənədlərin sürətini istəmişdir. Həmin zaman o, Raufa sənədlərin surətini vermişdir. Sonradan yəni, xx.xx.2020-ci ilin mart ayının 29-da Raufla yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivində görüşərək Raufa onu işə düzəltməsi üçün 2500 manat məbləğdə pul vermişdir. Söhbət zamanı Rauf ona bir nəfər şəxsi də həmin idarəyə sürücü vəzifəsinə işə düzəldə biləcəyini demişdir. O da həmin zaman Raufa dostu Zərərçəkmiş şəxs4 həmin vəzifəyə işə düzəldə biləcəyi barədə Raufla maraqlandıqda Rauf da ona Elşadı da işə düzəldə biləcəyini demişdir. Bu barədə o, Elşadla görüşüb söhbət etmiş, Elşad da ona işə düzəlmək istədiyini bildirmişdir. Mən də ilkin olaraq Elşaddan müvafiq sənədlərin surətini götürüb xx.xx.2020-ci il tarixdə Raufa görüşərək Raufa vermişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə Raufla Mingəçevir şəhər Günəşli bağ massivində görüşüb Elşadın ona verdiyi 2700 manat məbləğdə pulu Raufa vermişdir. Həmin zaman Rauf ona təxminən aprel ayının 15-dək işə çıxacaqlarını bildirmişdir. Lakin, buna baxmayaraq Rauf hər dəfə müxtəlif bəhanələrlə onları aldatmağa başlamışdır. Sonradan aldandıqlarını başa başa düşüb ərizə ilə polis şöbəsinə müraciət etmişlər. Həmçinin o, ifadəsində xx.xx.2020-ci il Mingəçevir şəhəri Günəşli bağ massivində Təqsirləndirilən şəxs onu "xxxx" ASC “Mərkəzi Aran” X6 və Satışı İdarəsinə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmağıma köməklik etməsi məqsədi ilə 2500 manat məbləğdə, bundan başqa dostu Zərərçəkmiş şəxs4 da "xxxx" ASC “Mərkəzi Aran” X6 və Satışı İdarəsinə sürücü vəzifəsinə işə düzəlməsinə köməklik göstərməsi üçün xx.xx.2020-ci il tarixdə yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivində 2700 manat məbləğdə pul verdiyini, həmin pulu ona dostu Elşadın verdiyini, Rəşad Musayevə hər hansı məqsədlə hər hansı məbləğdə pul vermədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun dostudur. Təqsirləndirilən şəxs isə tanımamışdır. 2020-ci ilin mart ayının sonlarında dostu Tural onunla görüşən zaman bir nəfər Rauf adlı şəxslə tanış olduğunu həmin şəxsin Turalı "xxxx" ASC “Mərkəzi Aran” X6 və Satışı İdarəsinə nəzarətçi mühəndis vəzifəsinə işə düzəldəcəyini bu məqsədlə də Raufa 2500 manat məbləğdə pul verdiyini bildirmişdir. Həmçinin, ona da həmin idarədə sürücü vəzifəsi də olduğunu Raufun onu da həmin vəzifəyə işə düzəldə biləcəyini təklif etmişdir. Həmçinin, ona Raufun həmin iş üzün 2700 manat məbləğdə pul istədiyini də demişdir. O da Turaldan maraqlandıqda Tural ona Raufun aprel ayında işə çıxa biləcəklərini dediyini demişdir. Buna görə də o, Turalla razılaşmış və Turala 2700 manat məbləğdə pul və müvafiq sənədlərin surətini vermişdir. Tural isə xx.xx.2020-ci il tarixdə yaşadıqları Mingəçevir şəhəri Günəşli bağ massivində Raufla görüşərək onun işə düzəlməyi üçün Turala verdiyim 2700 manat məbləğdə pulu və müvafiq sənədlərin surəti Raufa vermişdir. Lakin sonradan keçən müddət ərizində Rauf nə onu nədəki Turalı işə düzəltməmiş, eləcə də onlardan aldığı pulları geri qaytarmamışdır. Bundan sonra onlar hüquq mühfizə orqanlarına müraciət etmişlər. Həmçinin o, ifadəsində özü şəxsən Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul vermədiyini, lakin dostu Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il Mingəçevir şəhəri Günəşli bağ massivində Təqsirləndirilən şəxs onu "xxxx" ASC “Mərkəzi Aran” X6 və Satışı İdarəsinə sürücü vəzifəsinə işə qəbul olunmağına köməklik etməsi məqsədi ilə 2700 manat məbləğdə pul verdiyini, bundan başqa dostu Zərərçəkmiş şəxs3 özünü də "xxxx" ASC “Mərkəzi Aran” X6 və Satışı İdarəsinə nəzarətçi mühandis vəzifəsinə işə düzəlməsinə köməklik göstərməsi üçün xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivində 2500 manat məbləğdə pul verdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, Namiq və Rauf adlı şəxsləri 2021-ci ilin may aylarında tanımışdır. Rauf və ya Namiqlə düşmənçiliyi və ya ədavəti yoxdur. Belə ki, övladı Şahid1 orta-ixtisas təhsillidir (tibb kollecini bitirib) və işsiz olduğuna görə Samirəni Mingəçevir şəhər mərkəzi xəstəxanasına işə düzəltmək istəmişdir. Bu səbəbdəndə xx.xx.2021ci il tarixdə təxminən saat 13-radələrində o, qızı Samirə ilə birlikdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının yan tərəfində yerləşən köşkə getmişlər ki, oradan anket blankı alıb doldurub sonra həmin anketi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına təqdim etsinlər. Orada qızı Samirə köşkdən anket almaq istəyən zaman adı ona sonradan məlum olan Namiq adlı şəxs eşidib onlara yaxınlaşaraq "bu anket keçərsizdi, qaytar həmdə hörmət etməsən götürən deyillər" deyəndə qızı Samirə də nə qədər hörmət lazım olduğunu soruşaraq çox pul vermək imkanı olmadığını Namiqə bildirmişdir. Bu zaman Namiq onlara 1500 manat pul lazım olduğunu və vermək imkanları olub-olmadığını soruşanda Samirə də 1500 manatı tapıb verə biləcəklərini bildirmişdir. Bundan sonra Namiq adlı şəxs "qoy işi düzüb qoşan adam var ona zəng edib soruşum görüm həmin pula işi düzəldə bilirmi" deyib kiməsə zəng edərək həmin şəxsə Rauf adı ilə müraciət etmişdir. Danışıb qurtardıqdan sonra Namiq 1500 manata Samirəni xəstəxanada hər hansı bir şöbəyə hansısa bir işə düzəldə biləcəyini demiş, Samirə də etiraz etməmişdir. Bundan sonra Namiqlə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən binanın qeyri yaşayış sahəsində yerləşən dəftərxana ləvazimatları satılan yerə mağazaya gedərək oradan anket blankı alıb, yenidən birlikdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının yaxınlığına qayıtmışlar, orada Namiq Samirəyə aid məlumatları soruşub anketi doldurub sonra onlara "siz gedin axşama kimi 1000 manat pulu tapıb düzəldin, məndə anketi ya bu gün ya da sabah xəstəxanaya təqdim edəcəm" dediyi üçün onlar da Namiqdən aralaşıb getmişlər. Həmin gün o, 1000 manat pul hazırlamışdır. Həmin gün təxminən saat 18-radələrində Namiq ona zəng edərək pulun hazır olub olmadığını soruşduqda o da Namiqə "1500 manatı tam düzəldə bilmədiyini 1000 manatı hazır etdiyini" deyəndə Namiqdə ona "eybi yox 1000 manatını verin qalanı da bir neçə günə çatdırın" demişdir. O, Namiqə Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən Qədiroğlu restoranına gedəcəyini bildirərək Namiqin də ora gəlməsini xahiş etmişdir. Bundan sonra o, qızı Samirə ilə birlikdə Qədiroğlu restoranına getmişlər, Namiq də ora gəlmişdir. Orada oturub söhbət edən zaman o, Namiqə övladı Samirəni Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına işə düzəltməsi üçün 1000 manat məbləğdə pul vermişdir. Namiq də həmin Rauf adlı şəxsə zəng edib 1000 manat pulu verdiklərini bildirmişdir. O da təşəkkür etmək üçün özünü Rauf kimi təqdim edən şəxslə telefonda danışaraq təşəkkür etmişdir, həmin vaxt Rauf telefonda onlara "siz ayın 30-na kimi yerdə qalan 500 manatı çatdırın ki, qızınız Samirənin işi tez alınsın" demişdir. Sonra o, Namiqə heç bir yerdə işləmədiyini təqaüd almaq üçün ona köməlik göstərməsini xahiş etmişdir. Namiq də ona onun əvəzindən icra hakimiyyətinə yardım almaları üçün müraciət edə biləcəyini də demişdir. xx.xx.2021-ci il tarixdə Rauf onun istifadəsində olan mobil telefon nömrəsinə "mən Bakıya gedirəm siz pulu sabaha kimi düzəldin ki, mən işi düzüb qoşa bilim" deyəndə o da hazır edəcəklərini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o Namiqə zəng edib 500 manat pulu da hazır etdiyini bildirərək görüşmək istədiyini Namiqə demişdir. Namiqlə Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən 1 saylı orta məktəbin qarşısında görüşərək qızı Samirənin yaşadıqları evə getmişlər. O rada Namiqə əlavə olaraq 500 manat məbləğdə də pul vermişdir. Namiq getdikdən sonra Raufla ***-***-**-** saylı mobil nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq 500 manatı da Namiqə verdiklərini bildirmişdir. Bu zaman Rauf ondan neçə yaşı olduğunu, harada və neçə il işlədiyini soruşanda o da tekstil zavodunda təxminən 6-7 il işlədiyini və 58 yaşı olduğunu bildirmişdir. Rauf da ona "Tekstil zavodu ağır iş yeri olduğuna görə və yaşının da kifayət qədər olduğuna görə sənə pensiya düzəldə bilərəm" deyəndə o, Raufa saxta iş istəmədiyini bildirmişdir. Rauf isə ona qanuni pensiya düzəldəcəyini demişdir. Bu zaman Rauf ondan əmək kitabçası olub-olmadığını soruşmuş, o, isə olmadığını bildirəndə Rauf ona “narahat olma hamiya 10 manatdısa sənə 5 manata düzəldirəcəm” deyərək getmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 11-radələri olardı Rauf ona zəng edərək yaşadıqları binanın qarşısında görüşmüşlər. Orada o, Raufa şəxsiyyət vəsiqəsini vermişdir. xx.xx.2021-ci il tarixdə saat 14-radələrində Raufla yenə də yaşadıqları binanın qarşısında görüşmüşlər. Həmin zaman Rauf onun adına olan əmək kitabçasını ona göstərmişdir. Bundan sonra Rauf ona həmin əmək kitabçasının hazırlanması üçün 1200 manat pul verdiyini bildirmiş, lakin, o, Raufa həmin məbləğdə pulu verə bilməyəcəyini demişdir. Rauf isə 800-900 manat pul verməyini yenə də ona demişdir. Sonradan o, özünə məxsus qızıl zinət əşyalarını sataraq 750 manat məbləğdə pul əldə etmişdir.Həmin günü təxminən saat 17-radələrində o, Mingəçevir şəhəri 20 Yanvar küçəsində Raufla görüşərək 750 manat məbləğdə pulu Raufa ona əmək pensiyası almasına köməklik etməsi məqsədi ilə vermişdir. Rauf isə ona 1 aydan sonra hər ay 270 manat məbləğdə pensiya alacağını bildirmişdir. Lakin, sonradan Raudfla dəfələrlə əlaqə saxlamasına baxmayaraq Rauf onun nə pulunu qaytarmış nədə ki, vəd etdiyi işi yerinə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid5 ifadələrində Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 və Şahid2 istintaq zamanı vermiş olduğu ifadələrində Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 istintaq zamanı vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi baədə qərarın ləğv edilməsi material üzrə cinayət işinin başlanması haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CMnin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. Cinayət işinin icraata qəbul edilməsi haqqında 07 may 2022-ci il tarxli qərardan görünür ki, ********* saylı cinayət işinin istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir. zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. əməlin tövsif tövsif edilməsi haqqında 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. 01 iyul 2022-ci iltarixli cinayət işi üzə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib istintaqa təqdim olunduğu vaxtadək dayandırılmışdır. 09 avqust 2023-cü il tarixli dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraatına qəbul esdilərək istintaq davam etdirilmişdir. 10 avqust 2022-ci il tarixli təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. 12 avqust 2022-ci vil tarixli 365 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaçqın kimi Yevlax rayonu Havarlı kəndində yaşayır. Yevlax rayonu Havarlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəndin ictimai işlərində fəal iştirak etmiş onun haqqında nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax rayon Məhkəməsinin 1(039)-74/2022 saylı, 30 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək AR CM-nin 66.5-ci maddəsinə əsasən 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Hüseynov X4 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 30 iyun 2022-ci il tarixli 130/3-12№-li məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzanın icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən qeydiyyata götürülməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə bütün epizodlar üzrə özünü təqsirli bidiyini, cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötdüyünü və buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarındakı mövqeyini rəhbər tutur. Belə ki, həmin qərara əsasən təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan CM-in Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda bir daha vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CM-in 16 və 75ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2020-ci ilin mart ayının 29-da törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs4 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2020-ci ilin mart ayının 31-də törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2020-ci ilin iyun ayının dəqiq bilinməyən günündə törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2021-ci ilin iyun ayının 4-də törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. CPM-in: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 35-ci bəndində məhkəmələrə izah edilmişdir ki, dələduzluğun təkrarən törədilməsi (CM-in 178.2.2-ci maddəsi) məsələsi CM-in 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin mart ayının 29-da dələduzluq edilməsi ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməli, Zərərçəkmiş şəxs4 qarşı Təqsirləndirilən şəxs tərəfindən 31 mart 2020-ci il tarixdə dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməli, bu epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməli, Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin iyun ayının dəqiq olmayan günündə dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməli, bu epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməli, habelə Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin iyun ayının 4-də dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməli, bu epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Yevlax rayon Məhkəməsinin 1(039)-74/2022 saylı, 30 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, 7350 manat məbləğində maddi ziyanla bağlı zərərçəkmiş şəxslər mülki qaydada Təqsirləndirilən şəxs qarşı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada iddia qaldıra bilərlər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs3 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin mart ayının 29-da dələduzluq edilməsi ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs4 qarşı Təqsirləndirilən şəxs tərəfindən 31 mart 2020-ci il tarixdə dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməli, bu epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin iyun ayının dəqiq olmayan günündə dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməli, bu epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin iyun ayının dəqiq olmayan günündə dələduzluq edilməsi ilə bağlı epizoddan “təkrarən” sözü xaric edilməli, bu epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. 7350 manat məbləğində maddi ziyanla bağlı zərərçəkmiş şəxslərin mülki qaydada Təqsirləndirilən şəxs qarşı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Yevlax rayon Məhkəməsinin 1(039)-74/2022 saylı, 30 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar