Məhkəmə qərarları › İş №1(051)-100/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-100/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-100/2020 24.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1961-ci ildə Ağdaş rayonu Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə təqtimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə təmiz çəkisi 0,714 qram və 0,583 qram ümumi təmiz çəkisi 1,297 qaram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,97 qarm olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində və idarə etdiyi “VAZ 2106” markalı 44CD323 dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağın arxasında yerləşən şüşənin qarşısında, ümumi təmiz çəkisi 380,00 qram olan qurudulmuş marixunanı saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞnin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Şəhriyar küçəsi 3-də yerləşən yaşayış binasının qarşısnda polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 17:35-də üzərinə şəxsi axtarış və idarə etdiyi avtomaşına baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd siqaretin gümüşü-rəgli kağız bükümündə təmiz çəkisi 1,297 qram təşkil edən narkotik vasitə olan heroin və bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,97 qarm qurudulmuş marixuana, idarə etdiyi avtomaşının salonundan isə təmiz çəkisi 380,00 qram olan qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Bundan sonra o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,216 qaram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki üzərində və idarə etdiyi “VAZ 2106” markalı 44CD323 dövlət qeydiyyat nişanlı avtomaşının qabaq oturaçaqların arasında olan əşya qutusunda ümumi təmiz çəkisi 33,104 qram olanxaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.Məmmədov küçəsi 17 saylı orta məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 19:50-də üzərinə şəxsi axtarış və idarə etdiyi avtomaşına baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman gödəkçəsinin sol cibindən bir ədəd prima markalı siqaret qutusundan şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,216 qram təşkil edən narkotik vasitə olan tiryək və avtomaşının qabaq oturacaqların arasında olan əşya qutusunda ümumi təmiz çəkisi 33,104 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 5 saylı binanın yaxınlığındakı zibilliyə məişət tullantılarını atan zaman təsadüfən yerdə bir ədəd rəngli içərisi dolu sellofan torba görüb götürdü. Həmin sellofan torbanın içərisinə baxan zaman narkotik vasitə olan marixuana olduğunu, həmçinin həmin sellofan torbanın içərisində 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm gördü. Bükümlərin içərisini açıb baxarkən hər birində narkotik vasitə olan heroinə oxşar kütlə gördü. O, əvvəllər narkotik vasitə həm heroin, həm də marixuana istifadə etdiyinə görə tapdığı kütlələri, iyindən, rəngindən, görünüşündən tanıdı. Həmin sellofanın içərisində olan 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan bükümləri və bir ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuananı əynimdəki gödəkçənin cibinə qoydu. Sellofanı isə təzədən büküb idarə etdiyi “VAZ 2106” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobilin salonunda arxa oturacaqla arxa şüşənin arasında olan panel hissəyə qoyub orada saxladı. xx.xx.2020-ci il tarixdə saat 16.40 radələrində idarə etdiyi “VAZ 2106” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri Şəhriyar küçəsi 3 №li binanın qarşısına gəlib avtomobildən aşağı düşdü. Bu zaman ona üç nəfər mülki paltarda yaxınlaşaraq, polis əməkdaşları olduğunu bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsinə vəkil dəvət edib, onun iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış zamanı onun əynində olan gödəkcənin cibində saxladığı 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlərə və bir ədəd kibrit qutusunun içərisində isə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildi. Sonra onun və vəkilin iştirakı ilə idarə etdiyi “VAZ 2106” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobilin salonuna baxış keçirildi. Baxış zamanı o, idarə etdiyi avtomobilin salonunda arxa oturacaqla arxa şüşənin arasında olan panel hissəyə qoyduğu bir ədəd selofana bükülmüş içərisində narkotik vasitə olan marixuananı çıxarıb polis əməkdaşlarına təhvil verdi. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri karyer yolu adlanan Kür çayının sahilində özünə məxsus avtomobili yuyurdu. Həmin vaxt təsədüfən yerdən bir ədəd selofan torba tapdı. Həmin sellofan torbanın içərisinə baxdıqda içərisindəkinin narkotik vasitə olan tiryək olduğunu gördü. O, tapdığı kütlənin bir qədərini kəsib başqa bir sellofana qoydu. Həmin kütləni əynində olan idman gödəkçəsinin cibinə qoydu. Qalan hissəsini isə idarə etdiyi “VAZ 2106” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobilin salonunda qabaq oturacaqların arasında olan qoltuq altı əşya qutusuna qoydu. xx.xx.2020-ci il tarixdə saat 18.50 radələrində o, idarə etdiyi “VAZ 2106” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 17 saylı orta məktəbin qarşısında dayanan zaman ona yenə mülki paltarda olan adamlar yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etdilər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsinə vəkil dəvət edib, onun iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış zamanı əynində olan idman gödəkcəsinin cibində saxladığı sellofana bükülmüş büküm aşkar olunaraq götürüldü. Sonra onun idarə etdiyi “VAZ 2106” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobilin salonunda baxış keçirdi. Baxış zamanı qabaq oturacaqların arasında olan qoltuq altının içərisində saxladığı, içində narkotik vasitə olan sellofan aşkar edilib götürüldü. O, üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olmasını və özü istifadə etmək üçün həm üstündə, həm də avtomobilində saxladığını bildirdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində NMQ-nin baş əməliyyat müvəkili vəzifəsində işləyir.xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 17 saylı tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı onun əynində olan idman gödəkcəsinin cibində saxladığı bir ədəd sellofana bükülmüş büküm aşkar olundu. Aşkar olunmuş həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində tiryəkə oxşar narkotik vasitə olan kütlə müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində daha başqa narkotik vasitə olmadığını, lakin qalan narkotik vasitənin idarə etdiyi “Vaz 2106” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobildə saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə idarə etdiyi “Vaz 2106” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobilin salonuna baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2106” markalı ** CD *** dövlət nömrə nişanlı avtomobilin salonunda qabaq oturacaqların arasında olan qoltuq altının içərisindən bir ədəd sellofana bükülmüş içərisində narkotik vasitə olan tiryəkə bənzər kütləni oradan çıxarıb təqdim etdi. Həmin sellofana da baxış keçirilən zaman içərisində narkotik vasitə olan tiryək olması müəyyən olundu. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitələrin özünə məxsus olmasını və özü istifadə etmək üçün həm üzərində, həm də avtomobilində saxladığını bildirdi. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkili vəzifəsində işləyir. xx.xx.2020-ci il il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri Şəhriyar küçəsi 3-də yerləşən yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi, baxış zamanı onun əynindəki tünd qara rəngli gödəkcəsinin cibindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm, bir ədəd kibrit qutusu, bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, digər ciblərindən isə idarə etdiyi avtomobilə aid açarlar və sənədlər, alışqan, bir ədəd cib dəsmalı, 3 ədəd bir manatlıq pul əskinazı və 3 ədəd dəmir 20 qəpik aşkar edildi. Aşkar edilən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər açılarkən içərisində tünd qəhvəyi rəngli, toz şəkilində, spesifik iyli narkotik vasitə-heroinə bənzər kütlələr olması, həmçinin bir ədəd kibrit qutusu açılarkən isə içərisində rəngindən spesifik iyli narkotik vasitə-marixuanaya bənzər kütlənin olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd bükümdə olan həmin kütlələr narkotik vasitə olan heroin, kibrit qutusunun içərisində olan kütlə isə narkotik vasitə olan marixuana olduğunu narkotik vasitələri bir həftə əvvəl yaşadığı şəhərin N.Nərimanov küçəsi 5 saylı binanın yaxınlığında olan zibilliyə məişət tullantılarını atan zaman təsadüfən yerdə həmin narkotiki vasitəni özü üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bidirdi. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid2 və Şahid4 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 75-77-ci vərəqlərində olan xx xxxxxx 2020-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli gödəkcəsinin sağ yan cibindən iki ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm , bir ədəd kibrit qutusu , bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, sol cibindən isə idarə etdiyi avomobilə aid açarlar, bir ədəd papaq, bir ədəd daraq, digər ciblərində isə bir ədəd alışqan, bir ədəd cib dəsmalı, 3 ədəd bir manatlıq pul əskinazı və 3 ədəd dəmir 20 qəpik könüllü surətdə təqdim etdi. Təqdim edilən iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər açılarkən içərisində tünd qəhvəyi rəngli toz şəklində, spesifik iyli narkotik vasitə-heroinə bənzər kütlələr olması, həmçinin, bir ədəd kibrit qutusu açılarkən isə içərisində rəngində spesifik iyli narkotik vasitə- marixuanaya bənzər kütlənin olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərində aşkar olunmuş iki ədəd bükümdə olan həmin kütlələr narkotik vasitə olan heroin, kibrit qutusunun içərisində olan kütlə isə narkotik vasitə olan marixuanadır. Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitələri bir həftə əvvəl N.Nərimanov küçəsi 5 saylı binanın yaxınlığında olan zibilliyə məişət tullantılarını atan zaman təsadüfən yerdə bir ədəd rəngli sellofana bükülmüş büküm tapdığını, həmin bükümün içərisinə açıb baxarkən iki ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin, əlavə olaraq sellofanın içərisində narkotik vasitə olan marixunananın olmasını gördüyünü narkotik vasitələri tanıdığı üçün özünün istifadəsi məqsədilə götürərək, iki ədəd gümüşü kağızına bükülmüş bükümləri içərisində narkotik vasitə olan heroinə bənzər kütlələri və bir ədəd kibrit qutusuna qablaşdırıldığı narkotik vasitə olan marixuanaya bənzər kütləni gödəkcəsinin sağ yan cibinə qoyduğunu, tapdığı bir ədəd rəngli sellofanın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni isə idarə etdiyi VAZ 2106 markalı ** CD *** dövlət nömrə nişanlı avtomobilin salonundakı arxa oturaclar arxa şüşənin arasında olan panelə saxladığını bildirdi. İşin 25-26-cı vərəqlərində olan xx xxxx 2020-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon və idarə etdiyi avomobilə aid açarlar, əynindəki tünd göy rəngli idman gödəkçəsinin sol cibindən isə içərisində bir ədəd şəffaf sellofan büküm olan bir ədəd “Prima” markalı siqaret qutusunu könüllü surətdə təqdim etdi. Təqdim edilən bir ədəd “Prima” siqaret qutusunun içərisindəki bir ədəd şəffaf sellofan büküm açılarkən içərisində tünd qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə-tiryəkə bənzər kütlənin olması müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərində aşkar olunmuş bir ədəd bükümdə olan həmin kütlə narkotik vasitə olan tiryəkdir. Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitəni xx.xx.2020-ci il tarixdən saat 11:00 radələrində Mingəçevir şəhərində yerləşən karyer yolunda suyun qırağında özünə məxsus avtomobili yuyan zaman təsadüfən yerdə bir ədəd şəffaf sellofana bükülmüş büküm tapdığını, həmin bükümün içərisinə açıb baxarkən içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlənin olmasını gördüyünü, narkotik vasitələri tanıdığı üçün özünün istifadəsi məqsədilə götürərək həmin sellofan bükümdə bir qədər kəsib sellofana büküb əynindəki gödəkçəsinin sol yan cibindəki “Prima” siqaret qutusunun içərisinə qoyduğunu, qalan hissəsini isə idarə etdiyi VAZ 2106 markalı ** CD *** dövlət nömrə nişanlı avtomobili salonundakı oturacaqların arasındakı saxlanc yerinə qoyub saxladığını bildirdi. İşin 89-92-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 25 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,714 qram və 0,583 qram, ümumi təmiz çəkisi – 1,297 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Heroinin təmiz çəkisi 0,714 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,664 qram. Heroinin təmiz çəkisi 0,583 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,533 qram. Həmin zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,97 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 6,95 qram. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış ağ kağızda «Vət. Təqsirləndirilən şəxs avtomobilindən çıxan...» sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi - 380,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 380,00 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 379,98 qram. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 37-40-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/209 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 3,216 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryəkin təmiz çəkisi 3,216 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 3,116 qram. Tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs məxsus…avtomobildən aşkar olunmuş...» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 33,104 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Tiryəkin təmiz çəkisi 33,104 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 33,004 qram. Tədqiqata təqdim edilmiş, tiryəklər tərkiblərinə görə eynidirlər. İşin 182-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 311 saylı xx xxx 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd gümüşü-ağ rəgli kağız bükümlərdə təmiz çəkisi 0,714 qram və 0,583 qram ümumi təmiz çəkisi 1,297 qaram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,97 qarm olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində və idarə etdiyi VAZ 2106 markalı 44CD323 dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağın arxasında yerləşən şüşənin qarşısında ümumi təmiz çəkisi 380,00 qram olan qurudulmuş marixunanı saxlayaraq daşımış xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Şəhriyar küçəsi 3də yerləşən yaşayış binasının qarşısnda polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞyə aparılaraq həmin tarixdə saat 17:35-də üzərinə şəxsi axtarış və götürmə bundan sonra idarə etdiyi avtonmmaşına baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd siqaretin gümüşü-rəgli kağız bükümündə təmiz çəkisi 1,297 qram təşkil edən narkotik vasitə olan heroin və bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,97 qarm qurudulmuş marixuana və idarə etdiyi avtomaşının salonundan təmiz çəkisi 380,00 qram olan qurudulmuş marixunanı aşkar edilərək götürülmüşdür. Bundan sonra o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,216 qaram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki üzərində və idarə etdiyi VAZ 2106 markalı 44CD323 dövlət qeydiyyat nişanlı avtomaşının qabaq oturaçaqların arasında olan əşya qutusundan ümumi təmiz çəkisi 33,104 qram olanxaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki saxlayaraq daşımış xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.Məmmədov küçəsi 17 saylı orta məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 19:50-də üzərinə şəxsi axtarış və götürmə bundan sonra idarə etdiyi avtonmmaşına baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman gödəkçəsinin sol cibindən bir ədəd prima markalı siqaret qutusundan şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,216 qram təşkil edən narkotik vasitə olan tiryək və avtomaşının qabaq oturacaqları arasında olan əşya qutusundan ümumi təmiz çəkisi 33,104 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 132-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 134-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi isə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə cəza təyini məsələsini həll edərkən cinayətin xarakterini, təkrar törədilməsini, təqsirləndirilən şəxsin saxlamış olduğu narkotik vasitələrin çəkilərini, növlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunması cəzanın məqsədini təmin edə bilər. İşin 70-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 119-120-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. İşin 20-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 170-171-ci vərəqlərində olan Mingəçevir şəhər prokurorunun xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatəti rədd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə, xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci tarixə kimi şübhəli şəxs qismində saxlandığı 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, təqsirləndirilən şəxs Həsənov Pərviz Rövşən oğlunun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 3,116 qram və 33,004 olan narkotik vasitə tiryək, 0,664 qram və 0,533 qram narkotik vasitə –heroin, 6,95 qram və 379,98 qram qurudulmuş marixuana məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərcləri olan 51,06 (əlli bir manat altı qəpik) manat və 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 102 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə, xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 4 (dörd) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə təqtimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə ekspertiza xərcləri olan 51,06 (əlli bir manat altı qəpik) manat və 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 3,116 qram və 33,004 olan narkotik vasitə tiryək, 0,664 qram və 0,533 qram narkotik vasitə –heroin, 6,95 qram və 379,98 qram qurudulmuş marixuana məhv edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 102 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar