Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-100/2021 23.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi oğlu, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2 iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1980-ci ildə Kəlbəcər rayonu Abdullauşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X15 ilə qabacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Azərbaycan Respublikası DİO-dan xaric edilmiş oğlu Şahid1 10000 (on min) manat müqabilində DİO-ya bərpa edəcəyinə yalan vəd verib aldadaraq, 22 iyun 2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20/1 saylı binanın qarşısında Rəşad Musayevin vasitəsi ilə sonuncuya məxsus VAZ 21014 markalı **- DB-*** dövlət qeydiyyat nömrəli avtomobilin salonunda alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 10 000 (on min) manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə X4 etibarından suiistifadə edib 550 manat müqabilində Anar Balakşiyevin anası Mətanət Balakşiyevanın aldığı təqaüdün məbləğini artırılmasını yalan vəd verib aldadaraq, 2018-ci ilin aprel ayında Anar Balakşiyevin dayısı Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 37/49 saylı binanın 1-ci mərtəbəsində yerləşən “Kişi geyimləri” mağazasında, Zərərçəkmiş şəxs2 vasitəsi ilə ayrı-ayrılıqda 300 manat və 250 manat pulu vahid niyyətlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Anar Balakşiyevə ümumilkdə 550 (beş yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib 650 manat müqabilində Zərərçəkmiş şəxs2 sosial müavinat düzəldəcəyini və arvadı Könül Qədirovaya gələcəkdə təqaüd almaq üçün iş təcrübəsi yazdıracağını yalan vəd verib aldadaraq, 2018-ci ilin aprel ayında Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 37/49 saylı binanın 1-ci mərtəbəsində yerləşən “Kişi geyimləri” mağazasında, ayrı-ayrılıqda 400 manat və 250 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilkdə 650 (altı yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib 1600 manat müqabilində Zərərçəkmiş şəxs3 azyaşlı oğlu X6 1-ci qrup əlillik dərəcəsi düzəldəcəyini yalan vəd verib aldadaraq, 2017-ci ilin oktyabr ayında Mingəçevir şəhəri, 20 yavar küçəsində yerləşən “Lombard Exeprs” lombardın yerinin qarşısında 1600 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib 1000 manat müqabilində Zərərçəkmiş şəxs4 təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin may ayında X1 vasitəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin yaxınlığında 700 manat, 14 dekabr 2018-ci il tarixdə Mingəçevir şəhər mərkəzi poçt vasitəsi ilə 300 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilkdə 1000 (bir min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib 1500 manat müqabilində Zərərçəkmiş şəxs5 təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin fevral ayında X1 vasitəsi ilə Yevlax rayonu Tanrıqulular kəndində Zərərçəkmiş şəxs5 əri Şahid3 600 manat, 2018-ci ilin iyun ayında Yevlax rayonu Tanrıqulular kəndində Qədir Tanrıverdiyevin vasitəsi ilə 500 manat, 2018-ci ilin noyabr ayında Yevlax rayonu Tanrıqulular kəndində Şahid3 400 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilkdə 1500 (bir min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib 1000 manat müqabilində təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2016-ci ilin may ayında Yevlax rayonu Havarlı kəndində 1000 (bir min) manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib 1500 manat müqabilində azyaşlı oğlu Bayraməliyev Rəvan Ramin oğluna sosial müavinət düzəldəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin iyun ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin yaxınlığında 700 manat, 2018-ci ilin iyun ayının sonlarında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin yaxınlığında 800 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 ümumilkdə 1500 (bir min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib 1100 manat müqabilində təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin iyul ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin yaxınlığında 500 manat, 2018-ci ilin iyul ayının sonlarında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin yaxınlığında 600 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilkdə 1100 (bir min yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib 1250 manat müqabilində Zərərçəkmiş şəxs10 təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2016-ci ilin mart ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən Sevil adlı şəxsin işlətdiyi paltar mağazasında 200 manat, səhəri gün Mingəçevir şəhəri, H.Əliyev prospektində 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən paltar mağazasında 550 manat, 1 həftə sonra 2016-cı ilin mart ayında X12 vasitəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən paltar mağazasında 500 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilkdə 1250 (bir min iki yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib 1550 manat müqabilində Zərərçəkmiş şəxs10 bacısı Şahid4 təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2016-ci ilin mart ayında X12 vasitəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən Sevil adlı şəxsin işlətdiyi paltar mağazasında 1050 manat, bir neçə gündən sonra isə həmin ünvanda 500 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilkdə 1550 (bir min beş yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib 1450 manat müqabilində Zərərçəkmiş şəxs10 anası X2 təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2016-ci ilin aprel ayında X12 vasitəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən Sevil adlı şəxsin işlətdiyi paltar mağazasında 1000 manat, bir həftədən sonra isə həmin ünvanda 450 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilkdə 1450 (bir min dörd əlli yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Rəşad Musayev onun ilə Yevlax rayonu Havarlı kəndində qonşuluqda yaşayırdı. 2019-cu ildən Rəşadla yaxın münasibətləri yaranmışdı. 2020-ci ilin iyun ayında o və Rəşad Mingəçevir şəhərində çayxanaların birində çay içən zaman Mingəçevir şəhəri 4 saylı MİSnin rəisi Şahid2 Rəşada zəng vurub bir məsələ barədə görüşmək istədiyini bildirdi. Şahid2 qohumu olan keçmiş polis əməkdaşı Şahid1 DİO-na xidmətə bərpa olunmaq istədiyini bildirdi. Rəşad və o, Rasimə bu məsələni həll edə biləcəklərini, lakin bir müddət onlara vaxt lazım olduğunu bildirdi. 2020-ci ilin iyun ayının ortalarında Rəşad və o Rəşada məxsus avtomobil ilə Bakı şəhərinə DİN-də işləyən Paşa Orucovdan bu məsələ ilə maraqlanmağa getdilər. O, Paşa Orucovu uzun müddət öncə tanıyırdı. Bakı şəhərinə çatdıqdan sonra Paşa Orucovla görüşdü və o, X17 şəhərində yaşayan keçmiş polis əməkdaşı Şahid1 DİO-na xidmətə hansı yolla qayıda biləcəyini soruşdu. Paşa Orucov isə ona həmin şəxsin yalnız rəsmi qaydada DİN-nə müraciət etməsini və yalnız DİNdə qəbulda olduqdan sonra DİO-na xidmətə qəbul oluna biləcəyini bildirdi. Rəşad və o həmin günü Mingəçevir şəhərinə gəldilər. O və Rəşad, Rasimə Şahid1 DİO-na xidmətə bərpa etmək üçün 20 000 manat pul istəməyə razılaşdı və düşündülər ki, Şahid1 rəsmi qaydada müraciət edib qəbul olsa 20 000 manat onlara qalacaqdır. Əgər Seymurun müarciəti qəbul olunmazsa Seymurdan aldıqları 20 000 manat pulu geri qaytararlar. Onlar Mingəçevir şəhərinə gəldikdən sonra o, Rəşada Rasimlə görüşməsini və Şahid1 DİO-na xidmətə qəbul olunması üçün 20 000 manat pul vermək lazım olduğunu deməsini bildirdi. Mingəçevir şəhərinə gəldikdən sonra 2020-ci ilin iyun ayının ortalarında Rəşad Rasimlə görüşməyə getdi. O, həmçinin Rəşada Seymurun DİN-nin rəsmi saytına müraciət etməsini deməsini bildirdi. Həmin günü Rəşad ona zəng vurub Seymurun yanında olduğunu və kənara çəkildiyini, Seymurun 20 000 manat pul verməyə imkanı olmadığını, DİO-na xidmətə bərpa olunmaq üçün 10 000 manat verə biləcəyini bildirdi. O isə Rəşada Seymurla razılaşmasını və Seymuru inanadırmaq üçün Seymurun xidmətə bərpa olunacağı halda işləmədiyi xidmət illərinə görə alacağı pulları onlara verməsini bildirdi. Həmin gün axşam saatlarında Rəşadla Mingəçevir şəhərində görüşdü. Rəşad Seymurun razı olduğunu və Seymurdan xəbər gözlədiyini bildirdi. 22.06.2020-ci il tarixdə günorta saatlarında Rəşad ona zəng vurub Şahid1lə görüşüb 10 000 manat pulu alacağını və onu Mingəçevir şəhəri H.Əliyev prospekti “Qaçqın qəsəbəsi” yaxınlığında yerləşən Azpetrolun yanında gözləməyimi bidirdi. Təxminən yarım saat sonra Rəşad özünə məxsus avtomobil ilə onun yanına gəldi. O, Rəşadın avtomobilinə əyləşdi, Rəşad və o, Şahid1 DİO-na xidmətə bərpa etmək adı ilə aldıqları 10 000 manat pulu hərəsinə 5 000 manat olmaqla böldülər. O, həmin puldan borclarını verdi və bir qismini də övladının müalicəsinə xərclədi. Bir müddət sonra Rasim onu yığıb Seymur və Zərərçəkmiş şəxs1lərin verdiyi pulları geri tələb etdiyini bildirsələr də onun maddi durumu yaxşı olmadığı üçün həmin pulu geri qaytara bilmədi. 2018-ci ilin əvvələrində o, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 37/49 saylı binanın birinci mərtəbəsində yerləşən kişi geyimləri mağazasına daxil oldu. O, həmin mağazadan özünə bir neçə geyim əşyası aldı, bundan sonra o, mütamadi olaraq həmin mağazadan geyim aldığı üçün mağazanın sahibi Elçin adlı şəxslə normal münasibətləri yarandı. O arada Elçindən nisyə paltar götürürdü və yeni paltar alan zaman keçmiş borcunu ödəyib yenidən nisyə paltar alırdı. Onun azyaşlı fiziki inkşafdan və əqli inkşafdan geri qalan xəstə qız övladı var. O, hər ay qızını Bakı şəhərində həkimlərin müayinəsinə aparırdı. 2018-ci ilin mart ayının sonunda qızı Mədinənin səhhəti pisləşdiyi üçün o, qızını Bakı şəhərinə apardı. Daha sonra o, yenidən Mingəçevir şəhərinə gəldi. O, qızının müalicəsi üçün pul axtarırdı və bu zaman münasibəti yaxşı olduğu üçün kişi geyimlərinin satışı ilə məğul olan Elçin adlı şəxsin yanına getdi. O, Elçinə pensiya düzəldə bildiyini və pensiya məbləğinin artılmasına kömək edə bildiyini, əgər qohumlarında belə bir şəxs varsa kömək edə biləcəyini bildirdi. Elçin isə bacısı Mətanətin pensiya aldığını, lakin pensiyanın məbləğinin az olduğunu bildirdi. O, Elçinə bacısının pensiyasının məbləğinin artıra biləcəyini, lakin bunun müqabilində Elçini tanıdığı üçün hörmət edib 550 manat müqabilində bunu edə biləcəyini bildirdi. Elçin isə bacısı oğlu ilə danışıb ona xəbər edəciyini bildirdi. 2-3 gün sonra, yəni 2018-ci ilin aprel ayının əvvələrində Elçin ona zəng vurub bacısının pensiyası üçün pulun bir hissəsinin hazır olduğunu bildirdi və onu işlədiyi kişi geyimləri mağazasına çağırdı. O, yarım saat sonra Elçinin işlədiyi mağazaya getdi. 2018-ci ilin aprel ayının əvvəllərində Elçin işlədiyi kişi geyimləri mağazasında ona bacısının pensiyasının məbləğinin artırılması üçün 300 manat pulu verdi. Bu zaman onların yanında heç kim olmamışdır. Elçin ona qalan 250 manat pulu isə qısa müddət ərzində hazırlayacağını bildirdi. O, Elçinlə razılaşdı. O, Elçindən 300 manat pulu alıb dərhal mağazadan çıxmış və həkimin qızı Mədinənin səhhətinin yaxşılaşması üçün yazdığı dərmanları almaq üçün aptekə gedib həmin dərmanları aldı. 2018-ci ilin aprel ayının ortalarında Elçin ona yenindən zəng vurdu və bacısının pensiyasının məbləğinin artırması üçün qalan 250 manat pulun hazır olduğunu və gəlib həmin pulu götürməyini istədi. O, həmin günü, yəni 2018-ci ilin aprel aytının ortalarında Elçinin işlədiyi Mingəçevir şəhər 20 yanvar küçəsində 37/49 saylı binanın birinci mərtbəsində yerləşən kişi geyimləri mağazasına getdi və Elçin mağazada ona bacısının pensiyasının məbləğinin artırlması üçün qalan 250 manat pulu verdi. O, Elçinə 2-3 ay müddətində bacısının pensiya məbləğinin artacağına söz verdi. O, Elçindən pulu aldıqdan sonra qızı Mədinəni müayinədən keçirtmək üçün Bakı şəhərinə apardı. Bundan başqa 2018-ci ilin may ayında o, Bakı şəhərindən qayıtdıqan sonra ona müalicə üçün yenidən pul lazım idi və o yenədə pul almaq məqsədi ilə Elçinin işlədiyi kişi geyimləri mağazasına getdi. O, Elçinə sosial müavinət alıb almadığını soruşdu, Elçin isə ona sosial müavinət almadığını bildirdi. O, Elçinə sosial müavinət düzəldə biləcəyini bildirdi, lakin bunun müqabilində onu tanıdığı üçün 400 manat və şəxsiyyət vəsiqəsinin sürətini ona verməli olduğunu bildirdi. Elçin onunla razılaşdı və 2018-ci ilin aprel ayının sonunda Elçin işlədiyi kişi geyimləri mağazasında ona sosial müavinət düzəltməyi üçün 400 manat pul və sənədlərin sürətini verdi. O, Elçindən 400 manat alıb müəyyən borclarını ödədi. 2018-ci ilin may ayının əvvələrində ona pul lazım olduğu üçün o, Elçinin yanına yenidən gedib sosial müavinət düzəltdiyi şəxsin iş təcrübəsi yazdıra bildiyini və tanışlarından kiminsə iş təcrübəsi yazdırmaq lazım olsa düzəldə biləcəyini bildirdi. Elçin isə arvadı Könülə iş təcrübəsi yazdırtmaq istədiyini bildirdi. O, Elçinin arvadı Könülə iş təcrübəsi yazıdırmaq üçün 300 manat pul lazım olduğunu, lakin Elçinlə münasibətinin yaxşı olduğu üçün 250 manat müqabilində Elçinin arvadı Könülə iş təcrübəsi yazdıra biləcəyini bildirdi. Elçin isə razılaşdı və həmin günü, yəni 2018-ci ilin may ayının əvvələrində işlədiyi kişi geyimləri mağazasında ona arvadı Könülə iş təcrübəsi yazdırmaq üçün 250 manat pul verdi. O, Elçindən aldığı 250 manat pulu xəstə övladının müalicəsi üçün xərclədi. Lakin Elçinə verdiyi vədlərin heç birini yerinə yetirmədi. Elçin ona zəng vuranda o işin qısa müddətdə hazır olacağını deyib aldatdı. Zərərçəkmiş şəxs3 onun universitet vaxtı tələbə yoldaşı olub. Onların münasibəti çox yaxşı olmuşdu. Mingəçevir şəhərində tez-tez çayxanada bir yerdə oturub çay içirdilər. Onun xəstə övladı olduğu üçün övladının müayinəsinə ona təcili olaraq pul lazım idi. 2017-ci ilin oktyabr ayının əvvəllərində o, Taleh ilə Mingəçevir şəhərində çayxanada oturub çay içən zaman Talehdən xəstə övladının pensiya alıb- almadığını soruşan zaman Taleh ona övladının pensiya almadığını bildirdi. O,Talehə onun xəstə övladı üçün 1-ci qrup əlillik dərəcəsi ala biləcəyini bildirdi və Taleh ona övladına 1-ci qrup pensiya düzətməyini istədi. O isə Talehə 1-ci qrup əlillik dərəcəsi almaq üçün 2500 manat pul lazım olduğunu, lakin Talehə onunla yaxşı münasibəti olduğu üçün özünə heç bir məbləğdə gəlir istəmədiyini, yalnız həkimlərin pulunu vermək üçün 1600 manat pul lazım olduğunu dedi. Taleh razılaşdı.Təxminən 3-4 gün sonra, yəni 2017-ci ilin oktyabr ayının 11-də Taleh ona zəng vurub pulun hazır olduğunu və ona gəlib pulu özünün işlədiyi Mingəçevir şəhəri Lombard Expressdən götürməyini dedi. O, həmin günü Talehin yanına getdi, Taleh ona 2017-ci ilin oktyabr ayının 11-də işlədiyi Lombard Expressi qarşısında övladına 1-ci qrup əlillik dərəcəsi üzrə pensiya almağı üçün 1600 manat pul verdi. Bu zaman onların yanında heç kim olmadı. O, Talehə 4 ay müddətində Talehin övladının 1-ci qrup əlillik üzrə pensiya alacağın bildirdi. O,Talehdən 1600 manat pulu aldıqdan sonra həmin pulu azyaşlı xəstə övladının müalicəsi üçün xərclədi. Talehin övladına pensiya düzəlməsi üçün hər hansı bir hərəkət etmədi və bundan sonra müxətlif vaxtlarda o vaxt qazanmaq və Talehi inandırmaq üçün Talehin övladının xəstəlik sənədlərinin, şəxsiyyəti vəsiqəsini təsdiq edən sənədlərin süətini götürdü. Taleh ara sıra ona zəng vuran zaman o, Talehə narahat olmamağı bildirirdi. 2018-ci ilin fevral ayında Taleh ona zəng vurub 4 ay vaxtın tamam olduğunu, lakin işin düzəlmədiyini bildirən zaman o, Talehə 2018-ci il yeni başlandığı üçün sənədləşmənin gecikdiyini və qısa bir müddətdə işin alınacağını bildirdi. Bir müddət o, Talehi belə aldatsa da Taleh daha sonra ona pulunu geri qaytarmasını istədi. Lakin onun maddi durumu yaxşı olmadığı üçün Talehdən aldığı 1600 manat pulu geri qaytara bilmədi. X5 ilə 2014-cü təsadüfən Mingəçevir şəhəri, Kür sahilində çay içərkən tanış olmuşdu. Söhbət əsnasında o, Qədirə sosial müavinət və pensiya düzəltmək işi ilə məşğul olduğunu bildirdi. Qədirlə onun yaxşı dostluq münasibətləri yarandı. 2014-cu il tarixdə Mingəçevir şəhər ərazisində görüşən zaman Qədir ona yaşadığı Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Flora adlı şəxsin pensiya almaq istədiyini və onun Floraya kömək etməyini istədi. O Qədirin vasitəsi ilə Flora haqqında məlumat aldıqdan sonra Floranı pensiyaya çıxartmaq üçün 2550 manat pul vermək lazım olduğunu dedi. Həmin günü axşam saatlarında Qədir ona zəng vurub Floranın 2550 manat pul verməyə razı olduğunu bildirdi. Qədir ona Floraya pensiya almaq üçün 2550 manat pul verdi. O, həmin pulu övladının müalicəsinə xərclədi və Floradan Qədir vasitəsi ilə aldığı pulu geri qaytara bilmədi. O, Qədirə pulu övladına xərclədiyini və maddi durumunun yaxşı olmadığını dedikdən sonra Qədir onun yerinə Flora adlı qadına 2550 manat pulu öz hesabına qaytardı. 2018-ci ilin fevral ayında övladının səhhətində ciddi problemlər yarandığı üçün o, Qədirə yenə də istəyən olsa müəyyən şəxslərin vasitəsi ilə pensiya düzəldə biləcəyini bildirdi. Qədir isə ona artıq inanmadığını bildirsə də o, Qədirə yaxın dostlarının Əmək və Əhalinin Sosial Müdafiə Fondunda işlədiyini və həmin şəxslərin vasitəsi ilə bu işləri gördüyünü bildirdi. Qədir isə istəyən olsa müəyyən şəxslərə xəbər edəcəyini bildirdi. 2-3 gün sonra axşam saatlarında Qədir onu mobil telefon vasitəsi ilə yığıb Floranın yenidən pensiyaya çıxarda bilcəyini soruşan zaman o Floranı pensiyaya çıxarda biləcəyini bildirdi və bunun müqabilində 4500 manat pul istədi. O bu dəfə həqiqətən də Floranı pensiyaya çıxartmaq üçün cəhd etmək istəyirdi və düşündü ki, Floranı pensiyaya çıxarda bilsə Floradan aldığı 4500 manat puldan 2550 manat Qədirin borcunu geri qaytarsın. Bu məqsəd ilə o, ilk olaraq Mingəçevir şəhəri əmək və əhalinin sosial müdafiə fonduna yaxınlaşdı və pensiyaya çıxmaq üçün olan şərtlərlərlə maraqlandı. Lakin Floranın yaşı tamam olmadığı üçün onu pensiyaya çıxarda bilməyəcəyini başa düşdü. Həmin vaxtlar övladının səhhəti pisləşdiyindən 2018-ci ilin fevral ayında o, Qədirə zəng vurub təcili olaraq Floraya iş təcrübəsi yazdırmaq məqsədi ilə 600 manat pul vermək lazım olduğunu bildirdi. 2-3 gün sonra Qədir ona zəng vurdu və onlar Mingəçevir şəhəri H.Əliyev prospekti, polis şöbəsinin yaxınlığında görüşdülər. Qədir ona Floradan aldığı 600 manat pulu verdi və ona Flora ilə eyni kənddə yaşadığını və onu utandırmamağını xahiş etdi. O, Qədirə narahat olmamağı bildirdi. Qədirdən aldığı 600 manat pulu borclarının bir qismini geri qaytardı. 2018-ci ilin iyun ayında o, Qədirə Floranın pensiyasının düzəlməsi üçün əmək və əhalinin sosial müdafiə fonduna pul vermək lazım olduğunu və Floradan 500 manat almaq lazım olduğunu bildirdi. Qədir isə bu barədə Flora ilə telefon ilə danışdı və sabahsı gün yəni 2018-ci ilin iyun ayında Floradan 500 manat pul alıb ona Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında çayxanada verdi. O, Qədirə narahat olmamağı bildirdi. Təxminən 1 həftə sonra Qədir ona zəng vurub Floranın ya pensiya düzəltməsini, ya da verdiyi pulları geri qaytarmasını bildirdi. O isə Floranın doğum tarixini bildiyi üçün Floraya yalnız 52 yaşı tamam olduqdan sonra pensiya verilə biləcəyini bildirdi. 2018-ci ilin noyabr ayında Qədir onu yığıb Floranın zəng vuraraq narazılıq etdiyini bildirdi, o da Qədirə Floranın sənədlərinin hazır olduğunu və sənədləri məhkəmədə təsdiqlətdirmək üçün əlavə olaraq 400 manat pul vermək lazım olduğunu dedi. Qədir isə ona bunu Flora və Floranın əri İbrahimə deyə bilməyəcəyini və onun özünün gəlib Floraya və əri ilə danışmağını bildirdi. Bundan sonra o, Yevlax rayonu Tanrıqulular kəndinə getdi və orada Qədir ilə görüşüb Floranın yaşadığı evə getdi, evin qarşısında onları Floranın əri İbrahim qarşıladı, o İbrahimə narahat olmamağı, Floranın pensiya sənədlərinin hazır olduğunu və sənədlərinin məhkəmədə təsdiqlətdirdikdən sonra Floranın pensiya alacağını, lakin bunun üçün 400 manat pul vermək lazım olduğunu dedi. İbrahim isə ona sonuncu dəfə pul verdiyini, bundan sonra Flora pensiya ala bilmədiyi halda ona verdiyi pulları geri tələb edəcəyini bildirdi. O, razılaşdı və 2018-ci ilin sonuna kimi Floranın pensiya alacağını dedi. O, İbrahimdən Yevlax rayonu Tanrıqulular kəndində 400 manat pulu Qədirin yanında aldı. O, pulu alıb Mingəçevir şəhərinə gəldi və həmin pulu övladının müalicəsinə xərclədi. Bundan əlavə 2018-ci ilin may ayında Qədir ona Yevlax rayonu Tanrıqulular kəndində maddi durumu yaxşı olmayan Validə adlı qadının 60 yaşının olduğunu və pensiya almaq istədiyini və Validəyə köməklik etməyini xahiş etdi. O, isə Qədirə Validəni pensiyaya çıxartmaq müqabilində 1000 manat pul vermək lazım olduğunu bildirdi. 2018-ci ilin may ayında Qədirlə Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında görüşən zaman Qədir Validənin pensiya almaq üçün ilkin olaraq 700 manat pul verdiyini, qalan 300 manat pulu isə pensiya aldıqdan sora verəcəyini bildirdi. O, razılaşdı və Qədirdən 700 manatı Validəyə pensiya düzəltmək adı ilə aldı. O, Validəyə pensiya düzəltmək üçün aldığı 700 manat puldan Qədirə heç bir məbləğdə pul vermədi. O, Validəyə pensiya düzəltmək üçün heç bir hərəkət etmədi. Həmçinin Qədir ona hansı səbəbdən Validəni pensiyaya çıxartmaq üçün 1000 manat lakin Floranı pensiyaya çıxartmaq üçün 4500 manat pul istədiyini soruşan zaman o Qədirə Validənin yaşının çox olduğunu, lakin Floranın pensiya almaq üçün yaşının az olduğunu bildirdi. O, Validəyə görə aldığı 700 manat pulu xərclədi, ara bir Qədir Validə ilə bağlı soruşan zaman o, Qədirə ilin sonuna kimi sənədin hazır olacağını deyirdi. 2018-ci ilin dekabr ayında ona pul lazım olduğundan o, Qədirə təcili olaraq Validədən 300 manat pulu verməsini xahiş etdi, lakin Qədir Floranın işi gecikdiyindən ona Validəyə zəng vurmağa utandığını bildirdi və Validə ilə əlaqə saxlaması üçün validənin mobil nömrəsini ona verdi. 2018-ci ilin dekabr ayında o, Validəyə zəng vurub özünü təqdim etdi və sənədlərin təsdiqlənməsi üçün onun yerinə 300 manat borc alıb verdiyini və təcili olaraq 300 manat pulu ona göndərməsini bildirdi. 2018-ci ilin dekabr ayında Validə ona Bakı şəhərindən Mingəçevir şəhərinə mərkəzi poçt vasitəsi ilə 300 manat pul göndərdi. O, həmin pulu alıb öz xərclərinə xərclədi və Validənin pensiya alması üçün heç bir hərəkət etmədi. 2018-ci il sonundan başalayaraq Qədir, Validə və Flora ondan mütamadi olaraq verdikləri pulları geri tələb edirlərdi lakin maddi durumu yaxşı olmadığı üçün o, həmin şəxslərin pullarını geri qaytara bilmədi. 2016-cı ilin əvvəllərindən o, Mingəçevir şəhəri H.Əliyev prospekti 47 saylı binanın birinci mərtəbəsində yerləşən Sevil adlı qadının satıcı kimi işlədiyi kişi geyimləri mağazasından daimi olaraq özünə kişi geyimləri alırdı. Həmin vaxtlar o, mağazanın daimi müştərisi olduğu üçün Sevil adlı qadınla normal münasibətləri yarandı. Mağazada söhbət zamanı Sevil adlı qadın ona nə işlə məğul olduğunu soruşan zaman o, maklerlik, yəni müəyyən şəxslərə tanıdığı şəxslərin vasitəsi ilə pensiya, müvinət düzəltməyini və özü üçün müəyyən məbləğdə gəlir əldə etdiyini bildirdi. Bu zaman Sevil adlı qadın ona işlədiyi mağazanın yanında yerləşən dərzi sexində işləyən Kifayət adlı qadının sosial müavinət almaq istədiyini bildirdi və gedib Kifayət adlı qadını çağırdı. Sevil adlı qadının mağazasında Kifayətlə tanış oldu və Kifayət ona sosial müavinət almaq istədiyini bildirdi. O, isə ona sosial müavinət düzəltmək üçün ilkin olaraq əmək təcrübəsi yazdırmaq lazım olduğunu və buna görə 200 manat pul və şəxsiyyətini təsdiq edən sənədlərin sürətini vermək lazım olduğunu bildirdi. Həmin günü günortadan sonra yəni 2016-cı ilin mart ayında o, Sevilin geyim mağazasında Kifayətdən əmək təcrübəsi yazdırmaq üçün 200 manat aldı. O, Kifayətdən sənədləri və 200 manatı aldıqdan sonra çıxıb getdi. Sabahsı gün o yenidən Sevilin mağazasına getdi və Kifayətlə Sevilin mağazasında görüşdü. O, Kifayətə əmək təcrübəsi yazıdırmaqdan əlavə olaraq Kifayətə sosial müavinət düzəltməyi üçün 1100 manat pul vermək lazım olduğunu dedi. Kifayət isə onunla razılaşdı və 2-3 gün sonra yəni, 2016-cı ilin mart ayında 1100 manat pulu o Sevilin mağazasında Kifayətə sosial müavinət düzəltmək üçün aldı. Təxminən 1 həftə sonra Kifayət ona zəng vurub bacısı Qəndafa da sosial müavinət düzəltdirmək istədiyini bildirdi. O, Kifayətə bacısı Qəndafa sosial müavinət düzəltmək üçün ümumilikdə 1550 manat pul vermək lazım olduğunu bildirdi. Kifayət ondan hansı səbəbdən ümumilikdə 1300 manat, bacısı Qəndafa görə isə 1550 manat pul vermək lazım olduğunu soruşan zaman o, Kifayətə sosial müavinət almaq üçün əmək və əhalinin sosial müdaifə fondunda işləyən tanışının əmək təcrübəsi yazdırmaq üçün qiymətlərin qalxdığını bildirdi. 2016-ci ilin mart ayının ortalarında o, Sevil adlı qadının mağazasında Kifayətdən Qəndafa sosial müavinət düzəltmək üçün 1550 manat pul aldı. Bir müddət sonra ona pul lazım olduğu üçün Kifayətə zəng vurub qohumlarından pensiya alan şəxs varsa pensiyanın məbləğini artıra biləcəyini bildirdi. Kifayət isə anası Qızılnazın pensiya aldığını və pensiya məbləğini artırmasını xahiş etdi. O, isə buna görə 1000 manat pul vermək lazım olduğunu bildirdi. Kifayət isə pulu hazır edib ona xəbər verəcəyini bildirdi. 2016-cı ilin aprel ayında Kifayət ona zəng vurdu və o, Sevil adlı qadının işlədiyi kişi geyimləri mağazasına getdi. Mağazada Kifayət ilə görüşdü. Kifayət ona anasının pensiyasının məbləğinin artırılması üçün 1000 manat pulu verdi. Bundan sonra Kifayət mütamadi olaraq ona zəng vurub işin nə vaxta hazır olacağını soruşduqda, o, Kifayətə sənədlərin hazır olduğunu, lakin təsdiq olunmasını gözlədiyini deyib Kifayəti aldadırdı. 2016-cı ilin iyul ayında o Kifayətə zəng vurub bütün sənədlərin hazır olduğunu lakin anası Qızılnazın pensiya məbləğinin məhkəmədə təsdiqlənməsi üçün əlavə 450 manat pul vermək lazım olduğunu bildirdi. Kifayəti inandırıb 2016-cı ilin iyul ayında Sevil adlı qadının işlədiyi kişi geyimləri mağazasında anasının pensiyasının məbləğinin məhkəmədə təsdiqlənməsi adı ilə 450 manat pulu aldı. O, Kifayətə 2016-cı ilin sentyabr ayında Kifayətin və bacısının sosial müavinət alacağını, anasının pensiya məbləğinin artacağını inandımışdır. Lakin həmin vaxtdan Kifayət ona zəng vurub ona verdiyi ümulikdə 4300 manat pulu geri tələb etsə də o, Kifayətin pullarını geri qaytara bilmədi. Kifayət, bacısı Qəndafın sosial müavinət alması və anası Qızılnazın isə pensiya məbləğinin artırılması üçün heç bir hərəkət etmədi. Zərərçəkmiş şəxs10 aldığı pulları xəstə övladının müayinəsinə xərclədi və borclarını geri qaytardı. Zərərçəkmiş şəxs8 onun sinif yoldaşı olubdu və 1986-ci ildən tanıyırdı. 2018-ci ilin yay aylarında Nərgizlə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın yaxınılğında görüşdü. Nərgiz ondan nə işlə məğul olduğunu soruşanda o, Nərgizə sosial müavinət və pensiya düzəlməsi işi ilə məğul olduğunu bildirdi. Nərgiz ona övladı üçün pensiya düzəltməyə köməklik etməyini istədi. O, isə Nərgizə pensiya düzəltməkdə köməklik edə biləcəyini, lakin bunun müqabilində 1500 manat pul vermək lazım olduğunu dedi. O, Nərgizə ilkin olaraq 700 manat pul vermək lazım olduğunu dedi. Nərgiz razılaşdı. 2018-ci ilin iyun ayının əvvəllərində o, Nərgizlə əlaqə saxlayıb Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında yerləşən parkda Nərgiz və Nərgizin yanında adını sonradan bildiyi Malik ilə görüşdü. Nərgiz Malikin yanında ona 700 manat pul və azyaşlı övladının şəxsiyyət vəsiqəsinin kserekopiyasını verdi. O, Nərgizin övladı üçün pensiya düzəltmək fikri oldu, lakin həmin vaxtı borcu olduğundan həmin 700 manat pulu borcuna verdi. Təxminən 15-20 gün sonra o yenidən övladı xəstə olduğundan vəziyyəti kəskinləşdiyindən o, Nərgizə zəng vurub qalan 800 manat pulu vermək lazım olduğunu bildirdi. 2018-ci ilin iyun ayının sonunda o, Nərgizlə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Mİngəçevir ŞPŞ-nin yaxınlığında parkda görüşdü. Nərgiz Malikin yanında ona 800 manat pul verdi. O, Nərgizdən 800 manatı aldıqdan dərhal sonra övladını Bakı şəhərinə xəstəxanaya apardı. Lakin o daha sonra pul düzəldib Nərgizin övladı üçün pensiya düzəltmək istəsə də maddi imkanı olmadı və Nərgizin övladı üçün pensiya düzəldə bilmədi. O, Nərgizdən pensiya düzəltmək adı ilə pul aldıqdan sonra Nərgizin yanında gələn Malik adlı şəxs ona pensiyaya çıxmaq istədiyini bildirdi. 2018-ci ilin iyul ayında o, Maliklə Mingəçevir şəhər polis şöbəsi yaxınlığında görüşdülər. Malikin yanında sinif yoldaşı Nərgiz də gəldi. Malik ona pensiyaya çıxmaq istədiyini lakin pensiyaya çıxmaq üçün yaşı çatmadığını bildirdi. O, Malikə onu vaxtından qabaq pensiyaya çıxarda biləcəyini bildirdi lakin, bunun üçün ona iş təcrübəsi yazdımaq lazım olduğunu və buna görə də 500 manat pul verməli olduğunu dedi. 2018-ci ilin iyul ayında Malik Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında olan parkda ona vaxtından qabaq pensiyaya çıxartmağı üçün iş təcrübəsi yazdırtmaq məqsədi ilə 500 manat pul verdi. O, Malikdən pulu aldıqdan sora dərhal həmin pulu övladının dərmanlarına xərclədi. Təxminən 10 gün sonra övladını təcili olaraq Bakı şəhərinə aparmaq lazım olduğu üçün o, Malikə zəng vurdu və görüşmək lazım olduğunu bildirdi. O, Maliklə Mingəçevir şəhərində polis şöbəsinin yaxınlığında çayxanada görüşdü. O, Malikə iş təcrübəsini hazırladığını, lakin həmin sənədi məhkəmədə təsdiqlətdirmək üçün 600 manat pul vermək lazım olduğunu bildirdi. Malik razılaşdı. Sabahsı gün, yəni 2018-ci ilin iyul ayının ortalarında o Maliklə Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında parkda görüşdülər. Malikin yanında Nərgiz də gəldi və o, Malikdən 600 manat pulu Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında olan parkda onun iş təcrübəsini məhkəmədə təsdiqlətdirib pensiya təyin elətdirmək adı ilə aldı. 2018-ci ilin sentyabr ayında onun pensiya alacağına söz verdi, lakin o, Malikdən pulu aldıqdan sonra övladını Bakı şəhərinə müayinə üçün apardı. 2018-ci ilin sentyabr ayında Malik və Nərgiz ona mütamadi olaraq zəng vurub pullarını istəyirlərdi. 2018-ci ilin noyabr ayında Nərgizə 400 manat pulu Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında parkda, Malikə isə 600 manat pulu isə Mingəçəvir şəhəri mərkəzi xəstəxanasının qarşısında qaytardı. Lakin qalan pulu maddi durumu yaxşı olmadığı üçün geri qaytara bilmədi. 2016-ci il tarixdə o yaşadığı Yevlax rayonu Havarlı kəndinə gedirdi. Avtobusdan düşən zaman bir nəfər şəxsin yəni Zərərçəkmiş şəxs6 şəxsiyyət vəsiqəsinin yerə düşdüyün gördü və həmin şəxsin yaşı çox olduğu üçün əyilib vəsiqəni həmin şəxsƏ verdi. Onun orada Zərərçəkmiş şəxs6la tanlışlığı yarandı. Zərərçəkmiş şəxs6 ilə piyada kəndə tərəf gedən zaman söhbət etdilər. O, Zərərçəkmiş şəxs6 pensiya alıb-almadığını soruşdu, Zərərçəkmiş şəxs6 isə pensiya almadğını bildirdi. O, Zərərçəkmiş şəxs6 yalandan Yevlax rayonu Sosial Müdafiə Fondunda işlədiyini bildirdi və pensiya düzəldə biləcəyini bildirdi. Adil isə pensiya almaq istədiyini bildirdi. O, Adilə pensiya almaq üçün 1000 manat pul verməli olduğunu bildirdi. Adil isə hazırda maddi durumu yaxşı olmadığını bildirdi və onun əlaqə nömrəsini götürdü. 3 gün sonra Adil ona zəng vurub 1000 manat pulu hazırladığını bildirdi. Ona təcili pul lazım olduğu üçün o, Zərərçəkmiş şəxs6la Yevlax rayonu Havarlı kəndində görüşdü, Adilə pensiya düzəltmək adı ilə aldadıb 1000 manat pulunu ələ keçirtdi. O, Adilə 2 ay sonra pensiya alacağını bildirdi. Adil razılaşdı. O, Adildən onu inandırmaq üçün şəxsiyyətini təsdiq edən sənədi və əmək kitabçasının sürətini götürdü. O, Adildən aldığı 1000 manat pulu xəstə övladının müalicəsnə xərclədi, 2 ay keçdikdən sonra Adil ona pensiyanın hansı səbəbdən düzəlmədiyini bildirən zaman o Adilə işin uzandığını qısa müddət ərzində pensiya alacağını bildirdi. Lakin daha sonra Adil ona verdiyi 1000 manat pulu geri qaytarmağını və pensiya istəmədiyini bildirdi. Onun maddi durumu yaxşı olmadığı üçün kimi Adildən aldığı 1000 manat pulu ona geri qaytara bilmədi. Əməlindən peşimandır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş olduğu zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, oğlu Şahid1 2001-ci il tarixdən 2018-ci il tarixədək Azərbaycan Respublikası DİO-da xidmət edirdi. 2018-ci il tarixdə oğlu Şahid1 DİO-dan xidmətdən xaric edildi və həmin gündən heç harda işləmədi. O, oğlu Şahid1 X16 xidmətə bərpa etmək üçün dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət etdi. 2018-ci ilin iyun ayının əvvəllərində qohumu Mingəçevir şəhəri 4 saylı MİS-in müdiri Şahid2 oğlu Seymura zəng vurub onu DİO-na bərpa etmək üçün köməklik edə biləcəyini bildirdi və təxminən 3-4 gün sonra idarəyə yanına çağırdı. O, oğlu Seymurla axşam saatlarında telefon ilə danışarkən Seymur ona qohumu Mingəçevir şəhəri 4 saylı MİS-in müdiri Rasimin tanışı olan Rəşad adlı şəxsin Seymuru DİO-na xidmətə bərpa edə biləcəyini bildirdi. Həmin gün axşam saatlarında o, Seymurla evdə söhbət edən zaman Seymur Rasimin işlədiyi 4 nömrəli MİS-in qarşısında Rəşad adlı şəxslə danışdığını və Rəşadın onuişə bərpa etmək üçün 20 000 manat pul istədiyini bildirdi. Lakin həmin şəxsə 10 000 manat pul verə biləcəyini bildirmişdi, Rəşadla 10000 manat pul və oğlunun işə bərpa olduqdan sonra 1 il 9 ay işləmədiyi xidmət illərinə görə alacağı pulları verməsi barədə razılaşdılar. Sabahsı gün o özü Rasimin yanına getdi və Rasim rəhbərlik etdiyi idarədə onu qarşılayıb oğlunun DİO-na xidmətə bərpa edəcəklərini bildirdi. Rasim Rəşad adlı tanışının onun oğlu Orxanı da işə düzəltdiyini və ona Seymuru da Daxili İşlər Nazirliyində Paşa Orucov adlı polkovnik vasitəsi ilə xidmətə bərpa edə biləcəyini bildirdi. Onların maddi durumları yaxşı olmadığı üçün oğlu Seymur bankdan kredit götürmək qərarına gəldi. Bundan sonra o, Rasimin yanına bir neçə dəfə getdi. Sonuncu dəfə gedəndə isə onun yanında Rasimə Rəşad adlı şəxs zəng vurdu, Rasim isə həmin şəxsə Seymurun hazırda bankdan kredit pul götürmək üçün getdiyini bildirdi. Həmin günü oğlu Seymur bankdan 6000 manat kredit pul götürdü. Qalan 4000 manat pulu isə qohumlardan borc aldılar. 22 iyun 2020-ci il tarixdə günorta saatlarında o, oğlu Seymur ilə yaşadıqları binanın qarşısında olan zaman Rəşad adlı şəxs onlara zəng vurub pulun hazır olub-olmadığını soruşdu. Onlar isə həmin şəxsə pulun hazır olduğunu bildirdilər. Rəşad adlı şəxs özünə məxsus “VAZ 21014” markalı avtomobil ilə onları yaşadıqları binanın yaxınlığında olan 5+ marketin qarşısından götürdü. Onlar Rəşadla birgə Mingəçevir şəhəri S.Vurğun parkına getdilər. Şahid2 artıq onları orada gözləyirdi. Rasim onlara narahat olmamağı və 10 gün müddətində oğlu Seymurun DİO-na xidmətinə bərpa olacağını bildirdi. Rəşad 10000 manat pulu Bakıya oğlu Seymur ilə birgə aparıb verəcəklərini bildirdi. Lakin Rəşad onların yanından durub kənarda bir neçə dəqiqə telefon ilə danışdı və bundan sonra Rasim 10000 manat pulu S.Vurğun parkında çay evində verilməsinin düzgün olmadığını və pulun özünün yaşadığı binanın qarşısında avtomobildə verməyin daha uyğun olduğunu bildirdi. Bundan sonra onlar çayxanadan durub və Rasimi yaşadığı binanın qarşısına apardılar. Rəşad avtomobili Rasimin yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən binanın qarşısında olan qarajın qarşısında saxladı. O, oğlu Seymurun, qohumu Rasimin yanında 100 ədəd 100 manatlıq əskinaz olmaqla 10 000 manat pulu Rəşada oğlu Seymuru DİO-da xidmətə bərpa etmək məqsədi ilə verdi. Rəşad isə onlara 10 gün müddətində oğlu X24 Nazirliyinə çağıracaqlarını və DİO-da xidmətə bərpa olacağına söz verdi. Rasim avtomobildən düşdükdən sonra Rəşad onları yaşadıqları binanın qarşısına düşürtdü. Bundan sonra onlar Rasim və Rəşadla mütamadi əlaqə saxlayan zaman həmin şəxslər onlara narahat olmamağı və qısa müddət ərzində oğlu X24 Nazirliyinə qəbula çağıracaqlarını bildirdilər. Lakin onlar Rəşada 10 000 manat verməklərindən bir müddət keçməsinə baxmayaraq Rəşad və Rasim müxətlif bəhanələr gətirərək onları aldadırlardı. Bu səbəbdən onlar pullarını geri tələb etməyə başladılar. 30 iyul 2020-ci il tarixdə o və oğlu Seymur Rasim adlı şəxsin yaşadığı evinə getdilər. Onlar Rasimdən inadla pullarını tələb edən zaman Rasim onların yanında Rauf adlı şəxsə zəng vurub onların Rasimdən pullarını tələb etdiklərini bildirdi. Rauf isə Rasimə Rəşada zəng vurmağını bildirdi. X21 kim olduğunu soruşan zaman Rasim onlara polkovnik Paşa Orucovun qohumu olduğunu və əsas işi Raufun vasitəsi ilə hazırlandığını bildirdi. Rasim və Rəşada oğlu Seymuru DİO-na xidmətə bərpa etmək məqədi ilə verdiyikləri 10000 manat pulu geri qaytarmadı. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs10 Məhərrəm qızı məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Mingəçevir şəhəri, H.Əliyev küçəsində 47 saylı binanın birinci mərtəbəsində dərzi fəaliyyəti ilə məğul olur. 2016-ci ilin mart ayında onunla yaxınlıqda geyim əşyalarının satışı ilə məşğul olan tanıdığı Sevil adlı qadın onun yanına gəlib tanıdığı Rauf adlı şəxsin sosial müavinət almaqda köməklik edə biləcəyini bildirdi. O, həmin şəxsin ona sosial müvainət düzəltməsini istədi. Həmin günü o, Sevilin geyim mağazasında Rauf adlı şəxslə tanış oldu. Rauf ona sosial müavinət düzəldə biləcəyini, lakin ilkin olaraq ona əmək təcrübəsi yazdırmaq lazım olduğunu dedi. Həmin gün, yəni 2016-cı ilin mart ayında o, Sevilin geyim mağazasında Raufa ona əmək təcrübəsi yazdırmaq üçün 200 manat verdi. Rauf isə həmin günü onun şəxsiyyət vəsiqəsini alıb ona əmək təcrübəsi yazdırmaq üçün getdi. Həmin gün geri qayıdıb onun vəsiqəsini ona geri qaytardı və ona əmək təcrübəsi yazdırdığını bildirdi. Rauf ona sosial müavinət düzəlməsi üçün 1100 manat pul vermək lazım olduğunu dedi. Sabahsı gün 1100 manat pulu o, Sevilin mağazasında Raufa verdi. Daha sonra o, bacısı Qənadafa Rauf adlı şəxsin vasitəsi ilə sosial müavinət almaq bardə məlumat verdikdən sonra bacısı Qəndaf da Raufun ona da sosial müavinət düzəltməsini istədi. O, Raufla telefon vasitəsi ilə danışdıqdan sonra Rauf ona bacısı Qəndafa sosial müavinət düzəldə biləcəyini, lakin Qəndafa sosial müavinət düzəltməsi üçün 1550 manat pul vermək lazım olduğunu bildirdi. O, bacısı Qəndafa bu barədə dedikdən sonra bacısı Qəndaf razılaşdı. 2016-ci ilin mart ayının ortalarında o Sevilin mağazasında Raufa bacısı Qəndafa sosial müavinət düzəltməsi üçün 1550 manat pul verdi. Bacısı Qəndafın maddi durumu yaxşı olmadığı üçün bacısı Qəndafın yerinə 1550 manat pulu o verdi. Rauf bu işlərlə bağlı onun yanına gəlib gedən zaman ona qohumlarından pensiya alan şəxs varsa həmin adamın pensiya məbləğinin artıra biləcəyini demiş, o da anasının pensiya aldığını dedi. O anası Qızılnazın pensiyasını artırmaq üçün özünə məxsus 1000 manat pulu 2016-cı ilin aprel ayının ortalarında Sevilin mağazasında Raufa verdi. 2016-cı ilin iyul ayında Rauf onun yanına gəlib anası Qızılnazın pensiya məbləğini artırılması üçün məhkəmə xərclərinə görə 450 manat pul vermək lazım oluğunu dedi və sabahsı gün o, Raufa anasının pensiyası ilə bağlı məhkəmə xərclərinə görə 450 manat pul verdi. Rauf ona 2016-cı ilin sentyabr ayında sosial müavinət alacaqlarını və anasının pensiyasının məbləğinin artacağını bildirdi. Bu müddət ərzində o, Raufa zəng vurub işin nə vaxt hazır olacağını soruşduqda Rauf hər dəfə ona müxtəlif bəhanərlə yalan danışırdı. O, Raufun onu aldatdığını başa düşüb Raufa verdiyi pulları geri tələb etsə də Rauf onun nə pulunu qaytardı, nə də ona sosial müavinət düzəltdirdi. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Mingəçevir şəhəri 20 yanvar küçəsi 37/49 saylı binanın birinci mərtəbəsində fərdi kişi geyimlərin satışı ilə məşğul olur. 2018-ci ilin fevral ayında Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gəldi. Əvvəlcə bir neçə geyim alıb pulunu verdi. Daha sonra gündəlik olaraq onun yanına gəlirdi. Beləliklə, Təqsirləndirilən şəxsla onun münasibəti yarandı. Rauf söhbət zamanı ona sosial yardım və pensiya düzəldə və pensiyanın məbləğini artıra bildiyini dedi. Ondan qohumlarımdan az məbləğdə pensiya alıbalmayan olduğunu soruşduqda o, bacısının az məbləğdə pensiya aldığını dedi. Təqsirləndirilən şəxs isə bacısının pensiyasının məbləğini artıra biləcəyini dedi, lakin Rauf bunu görə ona 550 manat pul verməli olduğunu bildirdi. O bu barədə bacısı oğlu Anara məlumat verdi, bacısı oğlu Anar isə anası Mətanətin pensiyasının artırılmağını istədiyini və buna görə 550 manat verəcəyini dedi. 2018-ci ilin aprel ayının əvvəllərində bacısı oğlu Anar onun işlədiyi mağazaya gəldi və anası Mətanətin pensiyasının məbləğinin artırılması üçün ona 300 manat pul verdi, qalan 250 manat pulu isə qısa müddət ərzində hazırlayıb gətirəcəyini bildirdi. Bundan sonra o, Raufa zəng vurub pulun hazır olduğunu bildirdi, bir neçə saatdan sonra Rauf onun yanına gəldi. O, 2018-ci ilin aprel ayının əvvələrində Mingəçevir şəhəri 20 yanvar küçəsi 37/49 saylı binanın birinci mərtəbəsində yerləşən mağazada 300 manat pulu Raufa bacısı Mətanət Qədirovanın pensiyasının məbləğinin artırılması məqsədi ilə verdi. 2018-ci ilin aprel ayının ortalarında bacısı oğlu Anar qalan 250 manat pulu onun işlədiyi mağazaya gətirdi və Raufa verməyi dedi. Bacısı oğlu Anar getdikdən sonra o, Raufa zəng vurub qalan pulun hazır olduğunu və gəlib götürməyini bildirdi. Təxminən yarım saat sonra Rauf onun yanına gəldi və Təqsirləndirilən şəxs verdi. Bundan sonra Rauf ona 2-3 ay müddətində işin hazır olacağını bildirdi. Bir müddət sonra Təqsirləndirilən şəxs ona sosial yardım alıb almadığını soruşduqda o, sosial yardımın ona düşmədiyini bildirdi, Rauf isə ona sda osial yardım düzəldə biləcəyini bildirdi. Lakin işin düzəlməsi üçün 400 manat pul verməli olduğunu bildirdi. O, sosial yardım almaq üçün 2018-ci ilin aprel ayının sonunda işlədiyi mağazada Təqsirləndirilən şəxs 400 manat pul verdi. Rauf 2-3 ay müddətində hər ay 170 manat sosial müavinət alacağını bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs ona arvadı Könülə iş təcrübəsi yazıdıra bildiyini və bunu müqabilində 250 manat pul verməli olduğunu bildirdi, o isə arvadı Könülə iş təcrübəsi yazdırmaq üçün Raufa 250 manat pul verməyə razı oldu. 2018-ci ilin may ayının əvvəllərində o, arvadı Könülə iş təcrübəsi yazdırmaq üçün 250 manat pulu Raufa verdi. Rauf 2-3 ay müddətində ona sosial müavinət düzəldəcəyini, bacısı Mətanətin pensiya məbləğinin artıracağını və arvadı Könülə iş təcrübəsi yazıdacağını bildirsə də Raufun dediyi vaxt keçdikdən sonra o, Raufdan işin nə vaxta hazır olacağını soruşduqda Rauf hər dəfə ona yalandan vədlər verərək işin qısa müddət ərzində hazır olacağını bildirdi. Ancaq Təqsirləndirilən şəxs nə vəd etdiyi işləri gördü, nə də ona verdiyi 1200 manat pulu geri qaytardı. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmişlər, lakin sonra məhkəməyə gəlməmişlər. Zərərçəkmiş şəxs3 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, o, Təqsirləndirilən şəxs 1997-ci ildən tanıyırdı. Təqsirləndirilən şəxs onun tələbə yoldaşı olmuşdur. O, Raufla asudə vaxtlarında tez tez görüşüb çayxanalarda çay içib söhbət edirdilər. Onun xəstə azyaşlı övladı var və Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olduğu üçün Rauf onun xəstə övladı olduğunu bilirdi. Söhbət edərkən Rauf müxtəlif şəxslərə sosial müavinət və pensiya düzəltdiyini bildirirdi. 2017-ci ilin oktyabr ayının əvvəllərində o və Rauf Mingəçevir şəhərində yerləşən çayxanaların birində çay içərkən Rauf ona xəstə övladının sosial müavinət və ya pensiya alıb-almadığını soruşduqda o, övladının heç bir yardım, pensiya almadığını bildirdi. Rauf ona əgər istəsə övladına 1-ci qrup əlillik dərəcəsi ilə pensiyaya çıxarda biləcəyini dedi. O, Raufdan bunu üçün nə qədər pul lazım olduğunu soruşduqda Rauf ona 1-ci qrup əlillik dərəcəsinə görə pensiyanı 2500 manat düzəltdiyini, lakin onunla münasibətləri yaxşı oduğu üçün ona öz qiymətinə, yəni ondan əlavə heç bir gəlir gözləmədən yalnız həkimlərə vermək üçün 1600 manat pul istəmişdir. O da razılaşmışdır. O pulu hazırladıqdan sonra 2017-ci ilin oktyabr ayının 11-də Raufa zəng vurub pulun hazır olduğunu və görüşmək istədiyini bildirmiş, Raufla həmin gün Mingəçevir şəhəri H.Əliyev küçəsi 47/2 saylı binanın birinci mərtəbəsində yerləşən “Lombard Express” bank olmayan kredit təşkilatının qarşısında görüşmüş və o həmin ünvandan 1600 manat pulu Raufa onun xəstə övldadına 1-ci qrup əlilik dərəcəsinə görə pensiya düzəltməsi məqsədi ilə vermişdir. Bundan sonra Rauf pensiyanın düzəlməsi üçün övladının şəxsiyyətini təsdiq edən sənədlərin surətini və övladının xəstəliyini təsdiq edən sənədlərin surətini müxtəlif vaxtlarda ondan almışdır. O, Raufdan neçə ay müddətində pensiyanı düzəldə biləcəyini soruşduqda Rauf 4 ay müddətində övladının pensiya alacağını dedi. 2018-ci ilin fevral ayında o, Raufdan söz verdiyi 4 ayın keçdiyini bildirdikdə Rauf ona il təzə başladığından və bu səbəbdən də pensiya düzəlməsinin gecikdiyini bildirirdi. Bundan sonra o, tez-tez Raufa zəng vurub maraqlandıqda Rauf hər dəfə ona müxtəlif bəhanələr gətirərək onu aldadırdı. Bir neçə ay belə davam etdikdən sonra o, Raufa pulunu geri qaytarmasını tələb etdi. Rauf isə yenə də ona narahat olmamağı deyirdi. Bundan sonra o, pulunu Raufun atasından almaq qərarına gəlib Raufun atasına yanına getmək istədi. Lakin Rauf ona zəng vurub atasının yanına getməməyini və onunla görüşmək istədiyini bildirdi. 2018-ci ilin yay aylarında o, Raufla Mingəçevir şəhəri, Havarlı küçəsində görüşdülər. Görüş zamanı Rauf ona ondan aldığı 1600 manat pulu onun övladına pensiya düzəltmək üçün yox, başqa şəxsə borcu olduğu və pis vəziyyətdə olması səbəbindən aldığını könüllü boynuna almışdır. Həmçinin yaxın bir müddətdə onun pulunu geri qaytaracağını bildirdi. Lakin Rauf ondan aldığı 1600 manat pulu geri qaytarmadı. Bu səbəbdən də o şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs5 Müdahət qızı iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, o, 2014-cü il tarixdə yaşadıqları Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Qədir adlı şəxsin tanıdığı, adını sonradan bildiyi Rauf adlı şəxsin vasitəsi ilə pensiya və sosial müavinət düzəltməsini eşitmişdir.. Bundan sonra o və həyat yoldaşı İbrahim Qədir ilə kənddə görüşüb söhbət edən zaman ona pensiya düzətdirmək istədiyini demiş, Qədir isə həmin şəxslə danışıb ona bu işin müqabilində 2550 manat pul lazım olduğunu demişdir. O, 2550 manat pulu Qədirə pensiya düzəltməsi üçün vermiş, lakin sonradan iş alınmadığı üçün Qədir onun 2550 manat pulunu geri qaytarmışdır. 2018-ci ilin fevral ayında həyat yoldaşı özlərinə məxsus avtomobil ilə Mingəçevir şəhərinə gələn zaman kəndin yolunda Qədirin piyada gəldiyini görüb onuda şəhərə gətirmək üçün dayanmış, yolda söhbət əsnasında Qədir ona əvvəlki işi düzəldə bilmədiyinə görə utandığını və Raufun vasitəsi ilə pensiya düzəltmək istədiyini bildirmişdir. Lakin pensiya düzəltmək üçün Raufa 4500 manat pul verməyini demişdir. Onlar razılaşmışlar. Təxminən 10 gün sonra Qədir həyat yoldaşı İbrahimə zəng vurub ona iş təcrübəsi yazdımaq üçün 600 manat pul vermək lazım olduğunu bildirmişdir. 2018-ci ilin fevral ayının sonunda əri İbrahim ona pensiya almaq üçün iş təcrübəsi yazdımaq məqsədi ilə Qədirə 600 manat pul vermişdir. Bu zaman əri İbrahimin dediyinə görə onların yanında heç kim olmamışdır. 2018-ci ilin iyun ayında Qədir ona zəng vurub Mingəçevir şəhəri dövlət sosial müdafiə fonduna 500 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmin günü əri İbrahim 500 manat pulu Qədirə Yevlax rayonu Tanrıqulular kəndində vermişdir. İbrahimin deməsinə görə bu zaman onların yanında heç kim olmamışdır. Bundan sonra Qədir dövlət sosial müdafiə fondunun onun 52 yaşının tamam olduqdan sonra pensiyaya çıxa biləcəyini demişdir. 2018-ci ilin noyabr ayında onun 52 yaşı tamam olduqdan sonra Qədirə pensiyanın alınması barədə soruşduqda Qədir işin yaxın müddətdə alınacağını bildirmişdir. 2018-ci ilin noyabr ayının sonunda Qədir və Rauf adlı şəxslər onların yaşadıqları Yevlax rayonu Tanrıqulular kəndində yerləşən evlərinə gəlmişlər.Qədir və Rauf sənədin Şəki Apellayasiya məhkəməsində təsdiqlənməsi üçün əlavə olaraq 400 manat pul lazım olduğunu bildirib əri İbrahimdən 400 manat pul almışlar. Lakin daha sonra o və əri X9rı aldatdığını başa düşmüşlər və pulu geri qaytarmağı tələb etmişlər.Pulu qaytarmadıqlarına görə şikayət ərizəsi yazmışdır. Ona dəymiş ziyan hazırda tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs6 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, o, 2016-ci ilin may ayında valideyinin yaşadığı Yevlax rayonu, Havarlı kəndinə getmişdir. Avtobusdan düşən zaman ona məxsus şəxsiyyət vəsiqəsi cibindən yerə düşdü, bu zaman arxadan gələn adının sonradan bildiyi Rauf adlı şəxs onun yerə düşmüş şəxsiyyət vəsiqəsini yerdən götürüb ona verərkən ondan bu kənddən olub olmadığını soruşdu. O da Raufa bu kənddən olduğunu bildirdi və Rauf şəxsiyyət vəsiqəsində onun yaşını görüb pensiya alıb almadığımı soruşdu. O, Raufa pensiya almadığımı bildirdi və Rauf Yevlax rayonu Dövlət Sosial Müdaifə Fondunda işlədiyini və ağır iş şəraiti ilə əlaqədar onu pensiyaya çıxarda biləcəyini bildirdi. O, heç bir yerdə işləmədiyi və maddi durumu yaxşı olmadığı üçün Raufun təklifi ilə razılaşdı. Rauf ona pensiya düzəltməsi üçün 1000 manat pul vermək lazım olduğunu bildirdi və bundan sonra o, Raufdan əlaqə saxlamaq üçün Raufun telefon nömrəsini götürmüşdür. Sabahsı gün o, Mingəçevir şəhəri, Beynəlxalq bankdan 1000 manat kredit pul götürdü. 2016-ci ilin may ayının sonunda Yevlax rayonu Havarlı kəndində Təqsirləndirilən şəxs ona pensiya düzəltməsi üçün 1000 manat pul verdi. Bu zaman onların yanlarında heç kim olmamışdır. Rauf ona 1-2 ay müddətinə ona ağır iş şəraiti ilə bağlı pensiya düzəldəcəyini bildirdi və onun şəxsiyyət vəsiqəsin özündə saxladı. Həmin 2 ay müddətində o, Raufla mütamadi əlaqə saxlayırdı. Lakin Rauf yalan vədlərlə onu aldadırdı. Daha sonra Rauf onun telefon zənglərinə cavab vermirdi. Bundan sonra o yenədə Raufla mütamadi olaraq əlaqə saxlayıb Raufdan ona verdiyi 1000 manat pulu geri tələb edirdi. 2018-ci ilin yaz aylarında Rauf ona sənəd düzəldəcəyini bildirdi, lakin Raufun onu aldatdığını başa düşüb pensiya düzəltməyini istəmədiyini və verdiyi 1000 manat pulu geri qaytarmağını dedi. Lakin Rauf isə pulu qaytarmadı, ya da pensiya düzəlmədi. Ona görə də şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etdi. Ona dəymiş ziyan hazırda tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs8 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olub və münasibətləri yaxşı olmuşdur. 2018-ci ilin iyun ayında Raufla Mingəçevir şəhəri H.Əliyev prospetində yerləşən mərkəzi bazarın yanında görüşən zaman o, Raufa nə işlə məşğul olduğunu soruşduqda Rauf ona pensiya və sosial müavinət düzəltdiyini bildirmişdir. O, isə azyaşlı xəstə övladı Bayraməliyev Rəvan Ramin oğlu üçün sosial müavinət düzəltmək istəyirdi və bu barədə Raufa dedikdə Rauf onun oğluna pensiya düzəldə biləcəyini dedi. Lakin bu işin müqabilində 1500 manat pul verməli olduğunu, ilkin olaraq isə 1500 manat puldan 700 manatını verməyini, qalan 800 manatını isə sonrada verəcəyini dedi. O, bu baradə tanışları ilə məsləhət elədikdən sonra xəbər edəcəyini dedi. O, iş yoldaşı Ravil və Ravilin atası Malik dayı ilə bu barədə danışıb məsləhət etdikdən sonra 2018-ci ilin iyun ayının əvvəllərində Raufla əlaqə saxlayıb Mingəçevir şəhəri, H.Əliyev prospekti Mingəçevir ŞPŞ-nin yaxınlığında yerləşən parkın içərisində Raufa 700 manat pul və onun övladının şəxsiyyət vəsiqələrinin kserekopiyasını verdi. Bu zaman onun yanında iş yoldaşı Ravilin atası Malik var idi. Raufun yanında isə heç kim yox idi. Rauf ona 3 ay müddətində övladına pensiya düzəldə biləcəyini dedi. Təxminən 15 gün sonra Rauf ona zəng vurub sənədlərin hazırlanması üçün qalan 800 manat pulun verilməsini ibildirdi. O, pulu hazırladıqdan sonra 2018-ci ilin iyun ayının sonunda Raufla yenədə Mingəçevir şəhəri, H.Əliyev prospekti, Mingəçevir ŞPŞ-nin yaxınlığında yerləşən parkda azyaşlı övladına pensiya düzəltməsi üçün qalan 800 manat pulu verdi. Bu zaman yanında yenə də iş yoldaşı Ravilin atası Malik olmuşdur. Rauf ona 2018-ci ilin sentyabr ayında pensiya alacağını demişdir. Bundan sonra Malik dayı pensiyaya çıxmaq istədiyini bildirmiş, lakin yaşı tamam olmadığına görə pensiyaya çıxa bilmədiyini və ondan Raufun köməklik etməsini istəmişdir. O, Raufla əlaqə saxlamış və görüşmək istdəyinii bildirmiş, 2018-ci ilin iyul ayında o və Malik dayı Mingəçevir şəhər polis şöbəsinin yaxınlığında yerləşən parkda Raufla görüşmüşlər. Malik dayı Raufa vaxtından qabaq pensiyaya çıxmaq istədiyini, lakin pensiya almaq üçün yaşı tamam olmadığını bildirmişdir. Rauf isə Malik dayıya yalnız ona iş təcrübəsi yazdırdıqdan sonra onu pensiyaya çıxara biləcəyini deyərək bunun müqabilində Malik dayıdan 500 manat pul istəmişdir. Malik dayı əvvəlcədən pul verəcəyini bildiyi üçün özü ilə müəyyən məbləğdə pul götürmüşdü. Həmin gün, yəni, 2018-ci ilin iyul ayında Malik dayı Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında yerləşən parkda onun yanında pensiya almaq məqsədi ilə iş təcrübəsi yazdırtmaq üçün Raufa 500 manat pul verdi. Rauf isə Malik dayıya iş təcrübəsi yazdırdıqdan sonra asanlıqla pensiya ala biləcəyini bildirdi. Təxminən bir həftə sonra Malik dayı onu yığıb Raufla görüşdüyünü və Raufun onun sənədlərini məhkəmədə təsdiqlətdirmək lazım olduğunu və bunun müqabilində 600 manat pul vermək lazım olduğunu bildirdi. 2018-ci ilin iyul ayının sonunda o və Malik dayı Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında yerləşən parkda Raufla görüşmüş və Malik dayı onun yanında Raufa iş təcrübəsi yazdırdığı sənədi məhkəmədə təsdiqlətdirmək üçün 600 manat pul vermişdir. Rauf 2018-ci ilin sentyabr ayında onun və Malik dayının sənədlərinin hazır olacağını bildirmişdir. Lakin 2018-ci ilin sentyabr ayında onlar Raufa zəng vuran zaman Rauf hər gün onlar müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Bundan sonra onlar Raufunun onları aldatdığını başa düşmüş və Raufa verdikləri pulu geri tələb etmişlər. Rauf ondan aldığı 1500 manat puldan 400 manat, Malik dayıdan aldığı 1100 manat puldan isə 600 manat pulu geri qaytarmış qalan məbləği geri qaytarmamışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, o, istəyirdi, lakin 65 yaşına çatmadığı üçün pensiyaya çıxa bilmirdi. Oğlu Ravil iş yoldaşı Nərgizin sinif yoldaşı olan Təqsirləndirilən şəxs müəyyən şəxsləri vaxtından qabaq pensiyaya çıxarda bildiyini dedi. Oğlu Ravilin iş yoldaşı Nərgizlə münasibətləri ailəvi olaraq çox yaxşıdır. Nərgiz təxminən 1 həftə öncə xəstə övladı Bayraməliyev Rəvan Ramin oğluna pensiya düzəltmək üçün sinif yoldaşı Rauf adlı şəxs 1500 manat pul vermək istədiyini demişdir. O da Nərgizə əgər Raufun həqiqətən də bu işi edə bilirsə 1500 manat pulu verməsinə etiraz etməmişdir. 2018-ci ilin iyun ayının əvvəllərində Nərgiz ona onunla birgə Raufa pul veməyə getməyini xahiş etdi, o, Nərgizlə birgə Rauf adlı şəxslə Mingəçevir şəhəri H.Əliyev prospekti Mingəçevir şəhər polis şöbəsinin yaxınlığında yerləşən parkda görüşdü və Nərgiz onun yanında ilkin olaraq 700 manat pulu övladına pensiya düzəltməsi üçün Raufa verdi. Rauf, həmçinin, Nərgizdən onun övladına aid bəzi sənədlərin sürətlərinidə götürdü. Təxminən 15 gün sonra, yəni 2018-ci ilin iyun ayının sonunda Nərgiz ona zəng vurub Raufun qalan 800 manatı istədiyini və onunla birgə Raufla görşüməyə getməyini xahiş etdi. O da etiraz etmədi və o və Nərgiz Mingəçevir şəhər polis şöbəsinin yaxınlığında Raufla görüşdü, Nərgiz ouun yanında Raufa övladına pensiya düzəltməsi üçün qalan 800 manat pulu verdi. Rauf sentyabr ayında Nərgizin övladının pensiya alacağını bildirmişdi. Bundan sonra onun Raufa inamı yaranmış və Nərgizdən Raufa ona da pensiya düzəltməsini xahiş etmişdir. Sonra o, Raufla əlaqə saxlayıb görüşmək istədiyini bildirmiş və 2018-ci ilin iyul ayında o və oğlunun iş yoldaşı Nərgiz Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında yerləşən parkda Raufla görüşmüşlər. O, Raufa pensiyaya çıxmaq istədiyini lakin yaşının tamam olmadığını bildirdi. Rauf ona vaxtından qabaq pensiyaya çıxarda biləcəyini demiş və bunu üçün ona əlavə olaraq iş təcrübəsi yazdırmaq lazım olduğunu və bunun üçün 500 manat pul vermək lazım olduğunu demişdir. O, Raufdan bu işin düzgün iş olubolmadığını soruşduqda Rauf ona narahat olmamağını bildirmişdir. O həmin günü, yəni 2018-ci ilin iyul ayınının əvvəllərində Nərgizin yanında Rauf 500 manat pul, şəxsiyyət vəsiqəsi və hərbi biletini verdi. Təxminən 7-8 gün sonra Rauf ona zəng vurub görüşmək lazım olduğunu dedi. O, Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında Raufla çayxanada görüşmüş və Rauf ona iş təcrübəsi yazılan boş kitabça göstərib az bir müddətdə ona pensiya düzəldə biləcəyini dedi. Sabahsı gün Rauf ona zəng vurub sənədini məhkəmədə təsdiq elətdirmək üçün təcili olaraq 600 manat pul vermək lazım olduğunu bildirdi. 2018-ci ilin iyul ayının sonunda o və Nərgiz Mingəçevir şəhəri polis şöbəsinin yaxınlığında Rauf adlı şəxslə görüşüb Raufa onun sənədinin məhkəmədə təsdiqlətdirmək üçün 600 manat pul verdi. Rauf ona bir ay müddətində pensiyanı ala biləciyini dedi. Lakin bir ay keçdikdən sonra zəng vursa da Rauf ona hər dəfə müxtəlif bəhanələrlə aldadıb işinin tez bir zamanda həll olunacağını deyirdi. Daha sonra o, Raufun yalançı bir şəxs olduğunu öyrənib Raufdan pulunu istəməyə başladı. Çox zəng vurmağından sonra Rauf 2018-ci ilin noyabr ayında onunla Mingəçevir şəhəri Bayraq meydanın yanında görüşüb ona 250 manat pul verdi. Təxminən 2 həftə sonra o, yenə də hər gün Raufa zəng vurmağından sonra 2018-ci ilin noyabr ayının sonunda 350 manat pulu Raufdan şəxsdən Mingəçevir şəhəri Mərkəzi Xəstəxnanasının qarşısında almışdır. Rauf qalan 500 manat pulu qaytarmadığına görə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxılması mümkündür. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 2018-ci ilin may ayının əvvəllərində yaşadığı Yevlax rayonu, Tanrıqulular kəndində kənd camaatından Qədir adlı qonşularınnı pensiya və müavinət düzəltdiyini eşitmişdir. O da pensiya almaq istəyirdi. Bu məqsəd ilə qonşuları Qədirin yanına getdi. Qədirlə söhbət zamanı onun pensiya düzəltdiyini eşitdiyini və ona pensiya düzəlməsində köməklik etməyini dedi. Qədir isə bir nəfər şəxsin vasitəsi ilə ona pensiya almağa köməklik edə biləcəyini bildirdi. Sabahsı gün o, qonşusu Qədir ilə Yevlax rayonu, Tanrıqulular kəndində görüşən zaman Qədir həmin şəxslə danışdığını, ona pensiya düzəldə biləcəyini, lakin bu işin müqabilində 1000 manat pul lazım olduğunu bildirdi. Bundan sonra o, Bakı şəhərinə getdi. Təxminən 10 gün sonra yenidən qayıtdı və Qədir Mingəçevir şəhəri, polis şöbəsinin yaxınlığında yerləşən parkda görüşərək pensiya düzəltməsi üçün 700 manat pul verdi. Qalan 300 manatı isə pensiyanı alanda verəcəyini bildirdi. Həmçinin o, Qədirə işin alınması üçün şəxsiyyət vəsiqəsinin əslini verdi. Qədir ona 3-4 ay müddətində pensiya ala bilcəyini bildirmişdir. 3-4 ay müddətinə o, mütamadi olaraq Qədirlə əlaqə saxlayıb işin gedişatı ilə maraqlanırdı. Lakin 3-4 ay keçdikdən sonra o Qədirdən işin nə səbəbə gecikdiyini soruşduqda Qədir işi düzələdən adamın telefonlara cavab vermədiyini və yaxud da işin yaxın müddətdə alınacağını deyərək ona yalandan vədlər verirdi. 2018-ci ilin dekabr ayında ona tanımadığı nömrədən zəng gəldi və o, telefonu açdıqda ona zəng vuran şəxs özünü Qədirin vasitəsi ilə pensiya düzəldən Rauf olduğunu bildirdi. Rauf ona işin hazır olduğunu,onun pensiya işinə görə öz yeznəsindən 300 manat borc alıb onun işini həll etdiyini və təcili olaraq onun yerinə xərc çəkdiyi 300 manatı ona göndərməsini dedi. O, Bakı şəhərində olduğundan 300 manat pulu poçt vasitəsi ilə öz adından Təqsirləndirilən şəxs adına Mingəçevir şəhər mərkəzi poçtuna göndərdi. Lakin o, 300 manat pulu Raufa göndərikdən sonrada Rauf və Qədir nə ona pensiya düzəltmiş nə də ondan aldıqları 1000 manat pulu geri qaytarmamışlar. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X10 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma dayısıdır. Təxminən bir il öncə, yəni 2018-ci ilin aprel ayının əvvəllərində dayısı Elçin ona zəng vuraraq Rauf adlı şəxsin anası Mətanətin aldığı pensiyanın məbləğini artıra biləcəyini dedi. O da əgər həqiqətən Rauf adlı şəxsin pensiyanı məbləğini artıra bilirsə, anası Mətanətin aldığı pensiyanının məbləğini artırdırtmaq istədiyini dedi. X25 danışıb bu barədə ona məlumat verəcəyini bildirmişdir. Təxminən 2 gün sonra dayısı Elçin ona zəng vurub anası Mətanətin pensiyasını artırmaq üçün ümumilikdə 550 manat vermək lazım olduğunu bildirdi. O, anası Mətanətin pensiya məbləğinin artırılması üçün razılaşdı. Təxminən 2-3 gün sonra o, dayısı Elçinə 300 manat pul hazırladığını bildirmiş, dayısı Elçin də 300 manatı gətirib verməyini istəmişdir. O, Mingəçevir şəhərinə dayısı Elçinin işlədiyi kişi geyimləri mağazasına gəlmiş, mağazada dayısı Elçinə Rauf adlı şəxsin anası Mətanətin pensiya məbləğinin artırması üçün 300 manat vermiş, qalan 250 manat pulu isə qısa zamanda hazırlayacağını bildirmişdir. Dayısı Elçin razılaşmışdır. Həmin günü axşam saatlarında dayısı Elçinə zəng vurmuş, dayısı Elçin o mağazadan çıxdıqdan yarım saat sonra Raufla görşüdüyünü və 300 manat pulu Raufa verdiyini bildirmişdir. 2018-ci ilin aprel ayının ortalarında o qalan 250 manat pulu hazırladıqdan sonra dayısına zəng vurub pulun hazır olduğunu və Mingəçevir şəhərinə gəldiyini bildirdi. Dayısı Elçin isə onu mağazada gözlədiyini dedi. 2018-ci ilin aprel ayının ortalarında o, Mingəçevir şəhərində dayısına məxsus kişi geyimləri mağazasında Mətanətin pensiyasını artırılması üçün qalan 250 manat pulu Rauf adlı şəxsə verməsi üçün vermişdir. Daha sonra işləri olduğu üçün Yevlax rayonuna geri qayıtmışdır. Təxminən bir saat sonra dayısı ona zəng vurub Raufla görüşdüyünü və qalan 250 manat pulu Raufa verdiyini bildirdi. Dayısı Elçin Raufun 2-3 ay müddətində anası Mətanətin pensiyasının məbləğinin artacağına söz verməsini demişdi. O, Rauf adlı şəxslə görüşüb ona pul verməmişdir. Raufa 550 manat pulu dayısı Elçinin vasitəsi ilə vermişdir. Dayısı Elçin özünə sosial müavinət düzəltməsi və arvadı Könülə iş təcrübəsi yazdırmaq üçün Raufa 650 manat pul verməsindən xəbərdar idi. Lakin Rauf onun və dayısı Elçnin etibarından istifadə edərək nə onlara pensiya və sosial müavinət almaqlarını həll etmiş, nə də ki onların pullarını geri qaytarmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, 2001-ci il tarixdən 2018-ci il tarixədək Azərbaycan Respublikası DİO-da xidmət etMİŞdi. 2018-ci il tarixdə o, DİO-dan xidmətdən xaric edilmiş və həmin gündən heç harda işləmir. O, X16 xidmətə bərpa edilmək üçün dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. 2020-ci ilin iyun ayında qohumu Mingəçevir şəhəri 4 saylı MİS-in müdiri Şahid2 ona zəng vurub onu DİO-na bərpa etmək üçün köməklik edə biləcəyini bildirdi. Təxminən 3-4 gün sonra Şahid2 onu idarəyə yanına çağırdı. O, Rasimin yanına getdi. Rasimin yanına gedən zaman Rasim onu Rəşad adlı şəxslə tanış etdi. Rasim, o və Rəşad Mingəçevir şəhəri 4 saylı MİS-in qarşısında söhbət edən zaman Rəşad ona polkonvik Paşa Orucovun vasitəsi ilə onu DİO-na 20 000 manat müqabilində xidmətə bərpa edəcəyini bildirdi. O isə Rəşada 20 000 manat pula gücü çatmadığını, bankdan kredit götürüb 10 000 manat pul verə biləcəyini dedi. Rəşad isə bundan kənara çəkilib mobil telefon ilə danışdıqdan sonra 10 000 manat pula razı olduqlarını, lakin onun DİO-na xidmətə bərpa olunacağım halda işləmədiyi 1 il 9 ay müddətinə hesablanıb ona geri qaytarılan pulu həmin şəxslərə verəcəyini bildirdi. O, DİO-na xidmətə bərpa olunmaq istədiyi üçün razılaşdı. O Rəşad ilə razılığa gəldikdən sonra Rasim onu inandırmaq üçün Rəşadın oğlu Orxanı da işə düzəltiyini bildirdi. O, Rasimin onlarla qohum olmasına və Rasimin oğlu Orxanı işə düzəldə bildiyinə görə inandı. 22.06.2020-ci il tarixdə DİO-na xidmətə bərpa olmaq üçün Mingəçevir şəhər Kapital bankdan 6000 manat pul kredit götürdü. Qalan 4000 manat pulu isə qohumlardan borc aldı. 22 iyun 2020-ci il tarixdə günorta saatlarında o və atası Adil ilə yaşadıqları binanın qarşısında olan zaman Rəşad adlı şəxs onlara zəng vurub pulun hazır olub-olmadığını soruşdu. Onlar isə həmin şəxsə pulun hazır olduğunu bildirdilər. Rəşad özünə məxsus “VAZ 21014” markalı avtomobil ilə onları yaşadıqları binanın yaxınlığında olan 5+ marketin qarşısından götürdü. Onlar Rəşadla birgə Mingəçevir şəhəri S.Vurğun parkına getdilər. Şahid2 onları orada gözləyirdi. Orada çay içən zaman Rasim onlara narahat olmamağı və 10 gün müddətində oğlu Seymurun DİO-na xidmətinə bərpa olacağını bildirdi. Bundan sonra Rasim 10 000 manat pulu S.Vurğun parkında çay evində verilməsinin düzgün olmadığını və pulun onun yaşadığı binanın qarşısında avtomobildə verilməyin daha uyğun olduğunu bildirdi. Bundan sonra onlar çayxanadan durub Rasimi yaşadığı binanın qarşısına getdilər. Rəşad avtomobili Rasimin yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən binanın qarşısında olan qarajın qarşısında saxladı. Atası Adil onun və qohumları olan Rasimin yanında 100 ədəd 100 manatlıq əskinaz olmaqla 10 000 manat pulu Rəşada onu DİO-da xidmətə bərpa etmək məqsədi ilə verdi. Rəşad və Rasim isə 10 gün müddətində onu Daxili İşlər Nazirliyinə çağıracaqlarını və DİO-da xidmətə bərpa olacağına söz verdi. Bundan sonra onlar Rasim və Rəşadla mütamadi əlaqə saxlayan zaman həmin şəxslər onlara narahat olmamağı və qısa müddət ərzində onu Daxili İşlər Nazirliyinə qəbula çağıracaqlarını bildirdilər. Lakin onlar Rəşada 10 000 manat verməklərindən 15 gün keçməsinə baxmayaraq Rəşad və Rasim müxətlif bəhanələr gətirərək onları aldadırdılar. Bu səbəbdən onlar Rəşad və Rasimdən pullarını geri tələb etməyə başladılar. 30 iyul 2020-ci il tarixdə o və atası Adil, Rasimin yaşadığı evinə getdilər. Onlar Rasimdən inadla pullarını tələb edən zaman Rasim onların yanında Rauf adlı şəxsə zəng vurub onların pullarını tələb etdiklərini bildirdi. X21 kim olduğunu soruşan zaman Rasim onlara polkovnik Paşa Orucovun qohumu olduğunu və əsas işi Raufun vasitəsi ilə hazırlandığını bildirdilər. Sonra başa düşdülər ki, onları aldadıblar. Şahid2 ifadəsində bildirdi ki, o, 2019-cu ilin dekabr ayında oğlunu Mingəçevir şəhər Qaz İdarəsinə daimi işə düzəltmək istəyirdi. Yevlax rayonu Havarlı kəndində yaşayan dostu Telman adlı şəxs ona tanışı Rəşad adlı şəxsin əlaqələrinin geniş olduğunu və onun oğlunu qaz idarəsinə daimi işə düzəldə biləcəyini bildirdi. Həmin vaxt onu Rəşad adlı şəxslə tanış etdi və o, 2019-cu ilin dekabr ayında oğlunu qaz idarəsinə işə düzəltmək üçün 3000 manat pulu Yevlax rayonu Havarlı kəndində Telman adlı dostunun yanında Rəşada verdi. 2020-ci ilin iyun ayında oğlunun mobil telefonuna qaz idarəsindən mesaj gəldi və o bundan sonra Rəşadın oğlunu işə düzəltməyinə inandı. 2020-ci ilin iyun ayında Rəşad ona zəng vurub oğlunu tezliklə qaz idarəsinə işə düzələcəyinə inandırdı. Rəşad ona, əlaqələrinin geniş olduğunu və digər nazirliklərdədə tanışı olduğunu, həmçinin, Daxili İşlər Nazirliyində tanışı oldğunu bildirdi. Bundan sonra o, X27 Nazirliyində tanışının kim olduğunu soruşan zaman Rəşad polkovnik Paşa Orucov ilə münasibətlərinin yaxşı olduğunu və həmin şəxsin vasitəsi ilə müəyyən işlər gördüyünü bildirdi. O da qohumu Şahid1 X16 xidmətə bərpa etmək üçün Rəşada bu barədə bildirdi. Həmçinin bildirdi ki, qohumu Şahid1 Daxili X3 qəbul olunmasında vaxtı ilə köməklik etmişdir. Lakin 2018-ci il tarixdə qohumu Şahid1 xidmətdə yol verdiyi nöqsanlara görə X11 xidmətdən xaric edilmişdir. O, Seymura yazığı gəldiyi üçün onun X16 bərpa olmasını istəyirdi. Rəşad isə qohumu Seymuru X16 xidmətə Daxli İşlər Nazirliyində işləyən polkovnik Paşa Orucovun vasitəsi ilə bərpa edə biləcəyini bildirdi. 2020-ci iin iyun ayında Rəşada zəng vurub yanına dəvət etdi. Rəşad onun yanına əvvəlcədən tanıdğı Rauf adlı şəxslə birgə gəldi. O, Rəşaddan qohumu Şahid1 DİO-dan xidmətdə göstərdiyi nöqsanala görə xaric olunduğunu və Seymuru DİO-na xidmətə bərpa edilməsinə köməklik edə biləcəyini soruşdu. Bu zaman Rəşad və Rauf DİN-də işləyən Paşa Orucovun vasitəsi ilə Seymuru xidmətə bərpa edə biləcəklərini və bu səbəbdən Bakı şəhərinə getməli olduqlarını bildirdilər.Təxminən 2 gün sonra Rəşad və Rauf Bakı şəhərində Paşa Orucovla görüşdüklərini və Seymuru DİO-na xidmətə bərpa etmək üçün 20 000 manat pul vermək lazım olduğunu bildirdilər. Bundan sonra o, Seymura zəng vurub Rəşad adlı şəxsin X16 xidmətə nazirikdə işləyən polkovnik Paşa Orucovun vasitəsi ilə bərpa edə biləcəyini bildirdi. O həmçinin, Seymura uzun müddət X14 xidmət etdiyi üçün polkovnik Paşa Orucvla özünündə maraqlanmasını bildirdi. Həmin günü o, Seymuru işlədiyi 4 saylı MİS-nə dəvət etmişdir. O Seymur və Rəşadı tanış etdikdən sonra, Rəşad Seymuru DİO-na xidmətə bərpa etmək üçün 20 000 manat pul istədi. Lakin Seymur 10 000 manat pul verə biləcəyini bildirmiş, Rəşad ilk olaraq razılaşmasa da sonra mobil telefin ilə kimləsə danışdıqdan sonra Seymura 10 000 manat pul verməsini və DİO-na xidmətə bərpa olduqdan sonra işləmədiyi 1 il 9 ay müdətinə görə veriləcək birdəfəlik xidmət pullarının da verilməsini bildirdi. Seymur isə Rəşadla razılaşdı və Seymuru qısa müddət ərzində DİO-na xidmətə bərpa edəcəyinə söz verdi. Bir neçə gün sonra Seymur onun yanına gəlib DİN-nə ərizə ilə müraciət etdiyini və həmin günü də ona cavab gəldiyini bildirdi. Bu səbəbdən Seymur işə Rəşadın tanıdığı polkovnik Paşa Orucovun vasitəsi ilə bərpa olunacağına inanadığını bildirdi. Təxminən 4-5 gün sonra yəni 22.06.2020ci il tarixdə o evdə oturan zaman Rəşad ona zəng vurdu və Mingəçevir şəhəri S.Vurğun küçəsində yerləşən çayxanada gözləməyini bildirdi. O, Mingəçevir şəhəri S.Vurğun meydanında yerləşən çayxanaya getdi, təxminən 15-20 dəqiqə sonra Rəşad, Seymur və Adil Rəşada məxsus “VAZ 21014” markalı avtomobil ilə çayxanaya gəldilər. Çayxanada oturub söhbət edən zaman ilk öncə Rəşad və Seymur Bakıya DİN-nə getməli oldular. Lakin Rəşad kənara çəkilib telefon ilə danışdıqdan sonra Bakı şəhərinə getmək lazım olmadığını bildirdi. Seymur və Adil Rəşada 10 000 manat pulu vermək istədilər. Lakin o, çayxanada pulu verməməyi, pulu başqa yerdə verməyi təklif etmişdir. Bundan sonra onlar avtomobilə əyləşib onun yaşadığı binanın qarşısına getdilər. 2020-ci ilin iyun ayının 22-də onun yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20/1 saylı binanın qarşısında Seymurun atası Adil cibindən ağ kağızda 10 000 manat pulu çıxardıb onun və Seymurun yanında Rəşada Seymuru X16 xidmətə bərpa etmək məqsədi ilə verdi. Rəşad isə onların yanında 100 ədəd 100 manatlıq əskinazı sayıb avtombilin saxlanc yerinə qoydu. Bundan sonra Rəşad qısa müddət ərzində Seymurun işə bərpa olunacağını bildirdi. Daha sonra o, Rəşadın Seymuru aldatdığını, Seymur və Adilin pullarını vermədiyini öyrəndi. O dəfələrlə Rauf və Rəşada zəng vurub Zərərçəkmiş şəxs1 aldıqları 10 000 manat pulu geri qaytarmalarını bildirirdi. Bir müddət sonra isə Seymur və atası Adil onun yaşadığı binanın qarşısına gəlib ona böhtan ataraq onun Rəşadla pulu yarıbayarı böldüyünü bildirdilər. O isə onlara heç bir məbləğdə pul almadığını, məqsədi isə yalnız Seymurun DİO-da xidmətə bərpa olunmasına kömək etmək olduğunu bildirdi. Şahid Şahid4 Məhərrən qızı ifadəsində bildirdi ki, o, Mingəçevir şəhəri istilik sistemləri mərkəzi idarəsində mühasibvəzifəsində işləyir. 2016-cı ilin mart ayında Mingəçevir şəhəri H.Əliyev küçəsində 47 saylı binanın birinci mərtəbəsində dərzi fəaliyyəti ilə məşğul bacısı Kifayət ona zəng vurub Rauf adlı şəxsin ona 1300 manat müqabilində sosial müavinət düzəldəcəyini bildirdi. Bacısı Kifayət ona Raufun inamlı adam olduğunu və istəsə ona da sosial müavinət düzəldə biləcəyini bildirdi. O, bacısı Kifayət maddi durumu yaxşı olmadığını bildirdi. Bacısı Kifayət isə hazırda pulu olduğunu, əgər istəsə onun yerinə pul verə biləcəyini və onun pulunu sonra geri qaytaracağını bildirdi. O, razışladı.Təxminən 2 gün sonra o, bacısına zəng vurub Raufla danışıb-danışmadığını soruşan zaman Kifayət ona Raufla danışdığını və ona sosial müavinət düzəltməsi üçün 1550 manat pul verməli olduğunu bildirdi. Mən bacısı Kifayətdən Raufdan hansı səbəbdən Kifayət 1300 manata, ona isə 1550 manata sosial müavinət düzəltdiyini soruşan zaman Kifayət ona Raufun sosial müavinət düzəltməsi üçün ondan əlavə pul istəyəcəyini bildirdi. O, razışladı. Kifayət isə ona şəxsiyyətini təsdiq edən sənədlərin sürətini ona gətirməyini bildirdi. Həmin günü o, bacısı Kifayətin yanına getdi və şəxsiyyətini təsdiq edən sənədlərinin sürətini bacısına verdi. 2016-cı ilin mart ayında bacısı Kifayət ona zəng vurub, onun sosial müavinət almağı üçün Rauf adlı şəxsə işlədiyi Mingəçevir şəhəri H.Əliyev prospekti 27 saylı binanın birinci mərtəbəsində yerləşən dərzi sexinin yanında Sevil adlı qadının geyim mağazasında 1450 manat pul verdiyini bildirdi. O da bacısına sosial müavinət düzələn kimi ona onun yerinə verdiyi 1550 manat pulu kredit götürüb geri qaytaracağını bildirdi. Həmçinin onu da bildirdi ki, bacısı Kifayətin 2016-ci ilin iyul ayında onların yaşadıqları evə gələrək anası Qızlınaza Rauf adlı şəxsin vasitəsi ilə anasının aldığı pensiyanın məbləğinin artıracağını bildirdi və buna görə Raufa 1450 manat pul verdiyini bildirdi. Rauf onlara 2016-ci ilin sentyabr ayına kimi sosial müavinət alacaqlarını bildirsə də həmin vaxt keçdikdən sonra bacısı Kifayət ilə danışan zaman Kifayət Raufun müxtəlif bəhanələr gətirərək vaxtı uzatdığını bildirdi. O, bacısına Raufun onları aldatdığını və ona verdiyi pulları geri tələb etməsini bildirdi. Şahid Lətifova Sevil Əlipaşa qızı ifadəsində bildirdi ki, Mingəçevir şəhəri, H.Əliyev küçəsində 47 saylı binanın birinci mərtəbəsində kişi geyimləri mağazasında satıcı işləyir. Zərərçəkmiş şəxs10 isə onun işlədiyi kişi geyimləri mağazasının yanında yerləşən dərzi sexində işləyir. Onun Zərərçəkmiş şəxs10 ilə çox yaxşı münasibəti olmuşdur. 2016-ci il tarixdən onun işlədiyi kişi geyimləri mağazaya Rauf adlı şəxs mütamadi olaraq gəlib özü üçün kişi geyimləri alırdı. Rauf mağazanın daimi müştərisi idi. Raufla söhbət əsasında o, Raufun nə işlə məğul olduğunu soruşdu. Rauf isə müəyyən şəxslərə təqaüd və sosial müavinət düzəltdiyini bildirdi. O, Kifayətin pensiya almaq istədiyini bildiyi üçün bu barədə Kifayətə bildirdi. Kifayət isə həmin şəxsi görmək istədiyini dedi. 2016-cı ilin mart ayında Rauf mağazaya gələn zaman o, Kifayəti çağırdı. Rauf Kifayətə sosial müavinət və təqaüd düzəldə bildiyini bildirdi. Kifayət isə Raufa ona sosail müavinət düzəltməsini xahiş etdi. Rauf ilkin olaraq sosial müavinət düzəltmək üçün Kifayətdən 200 manat pul istədi. 2016cı ilin mart ayında Kifayət onun yanında Raufa ona sosial müavinət düzəltmək üçün 200 manat pul və və şəxsiyyət vəsiqəsinin verdi. Sabahsı gün Rauf yenidən onun işlədiyi mağazaya gəldi və Kifayətə mağazada sosial müavinət almaq üçün 1100 manat pul vermək lazım olduğunu dedi. Kifayət də razılaşdı və günortadan sonra Kifayət onun yanında sosial müavinət almaq üçün Raufa 1100 manat pul verdi. 2016-cı ili mart ayında Kifayət onun mağazasına gəldi və Raufu çağırdığını, bacısı Qəndafa sosial müavinət düzəltmək üçün Raufla danışdığını və Raufa bunun müqabilində 1550 manat pul verəcəyini bildirdi. 2016-cı ilin mart ayının ortlarında Rauf onun işlədiyi kişi geyimləri mağazasına gəldi və Kifayət onun yanında Raufa bacısı Qəndafa sosial müavinət düzəltməsi üçün 1550 manat pul verdi. O, Kifayətdən Raufun ona və bacısına nə vaxt sosial müavinət düzəldəcəyini soruşan zaman Kifayət ona Raufun 2016-cı ilin sentyabr ayında sosial müavinət alacağını bildirdi. 2016-cı ilin aprel ayında Rauf onun işlədiyi mağazaya gəldi və Kifayətlə mağazada söhbət edən zaman Kifayətə qohumlarından pensiya alan varsa həmin şəxsin pensiyasının məbləğini artıra biləcəyini bildirdi. Kifayət də anası Qızılnazın pensiya aldığını və anasının pensiyasının məbləğini artırtmaq istədiyini bildirdi. Rauf da Kifayətə buna görə 1000 manat pul vemək lazım olduğunu bildirdi. Kifayət razılaşdı.Təxminən 4-5 gün sonra yəni 2016-cı ilin aprel ayının ortlarında Kifayət onun işlədiyi kişi geyimləri mağazasında anası Qızılnazın aldığı pensiyasının məbləğinin artırılması üçün Raufa 1000 manat pulu onun yanında verdi. Bu zaman onların yanında heç kim olmamışdır. 2016-cı ilin iyul ayında Rauf yenidən mağazaya gəldi və Kifayətə mağazada anasının pensiya məbləğinin artırılması üçün sənədlərin məhkəmədə təsdiqlənməsi üçün əlavə olaraq 450 manat pul vermək lazım olduğunu bildirdi. Kifayət narazılıq etsə də Rauf Kifayətə ona 2016-cı ilin aprel ayında bütün sənədlərin hazır olacağına yendiən vəd verdi. Təxminən 3-4 gün sonra Kifayət onun işlədiyi kişi geyimləri mağazasında Raufa anası Qızılnazın pensiyasının artırılması üçün əlavə olaraq 450 manat pul verdi. 2016-cı ilin sentyabr ayında Kifayət Raufla danışan zaman Rauf yalan vədlərlə işin uzandığını və Kifayətə gözləməyi bildirdi. Təqsirləndirilən şəxs əməli digər şahid-Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X15 ilə qabacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Azərbaycan Respublikası DİO-dan xaric edilmiş oğlu Şahid1 10000 (on min) manat müqabilində DİO-ya bərpa edəcəyinə yalan vəd verib aldadaraq, 22 iyun 2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20/1 saylı binanın qarşısında Rəşad Musayevin vasitəsi ilə sonuncuya məxsus VAZ 21014 markalı **- DB-*** dövlət qeydiyyat nömrəli avtomobilin salonunda alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 10 000 (on min) manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə X4 etibarından suiistifadə edib 550 manat müqabilində Anar Balakşiyevin anası Mətanət Balakşiyevanın aldığı təqaüdün məbləğini artırılmasını yalan vəd verib aldadaraq, 2018-ci ilin aprel ayında Anar Balakşiyevin dayısı Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhəri, 20 yavar küçəsi 37/49 saylı binanın 1-ci mərtəbəsində yerləşən “Kişi geyimləri” mağazasında, Zərərçəkmiş şəxs2 vasitəsi ilə ayrı-ayrılıqda 300 manat və 250 manat pulu vahid niyyətlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Anar Balakşiyevə ümumilkdə 550 (beş yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib 650 manat müqabilində Zərərçəkmiş şəxs2 sosial müavinat düzəldəcəyini və arvadı Könül Qədirovaya gələcəkdə təqaüd almaq üçün iş təcrübəsi yazdıracağını yalan vəd verib aldadaraq, 2018-ci ilin aprel ayında Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhəri, 20 yavar küçəsi 37/49 saylı binanın 1-ci mərtəbəsində yerləşən “Kişi geyimləri” mağazasında, ayrıayrılıqda 400 manat və 250 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilkdə 650 (altı yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib 1600 manat müqabilində Zərərçəkmiş şəxs3 azyaşlı oğlu X6 1-ci qrup əlillik dərəcəsi düzəldəcəyini yalan vəd verib aldadaraq, 2017-ci ilin oktyabr ayında Mingəçevir şəhəri, 20 yavar küçəsində yerləşən “Lombard Exeprs” lombardın yerinin qarşısında 1600 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib 1000 manat müqabilində Zərərçəkmiş şəxs4 təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin may ayında X1 vasitəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin yaxınlığında 700 manat, 14 dekabr 2018-ci il tarixdə Mingəçevir şəhər mərkəzi poçt vasitəsi ilə 300 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilkdə 1000 (bir min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib 1500 manat müqabilində Zərərçəkmiş şəxs5 təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin fevral ayında X1 vasitəsi ilə Yevlax rayonu Tanrıqulular kəndində Zərərçəkmiş şəxs5 əri Şahid3 600 manat, 2018-ci ilin iyun ayında Yevlax rayonu Tanrıqulular kəndində Qədir Tanrıverdiyevin vasitəsi ilə 500 manat, 2018-ci ilin noyabr ayında Yevlax rayonu Tanrıqulular kəndində Şahid3 400 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilkdə 1500 (bir min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib 1000 manat müqabilində təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2016-ci ilin may ayında Yevlax rayonu Havarlı kəndində 1000 (bir min) manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib 1500 manat müqabilində azyaşlı oğlu Bayraməliyev Rəvan Ramin oğluna sosial müavinət düzəldəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin iyun ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin yaxınlığında 700 manat, 2018-ci ilin iyun ayının tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin yaxınlığında 800 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 ümumilkdə 1500 (bir min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib 1100 manat müqabilində təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin iyul ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin yaxınlığında 500 manat, 2018-ci ilin iyul ayının sonlarında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ana dili” abidəsinin yaxınlığında 600 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilkdə 1100 (bir min yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib 1250 manat müqabilində Zərərçəkmiş şəxs10 təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2016-ci ilin mart ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən Sevil adlı şəxsin işlətdiyi paltar mağazasında 200 manat, səhəri gün Mingəçevir şəhəri, H.Əliyev prospektində 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən paltar mağazasında 550 manat, 1 həftə sonra 2016-cı ilin mart ayında X12 vasitəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən paltar mağazasında 500 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilkdə 1250 (bir min iki yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib 1550 manat müqabilində Zərərçəkmiş şəxs10 bacısı Şahid4 təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2016-ci ilin mart ayında X12 vasitəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən Sevil adlı şəxsin işlətdiyi paltar mağazasında 1050 manat, bir neçə gündən sonra isə həmin ünvanda 500 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilkdə 1550 (bir min beş yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib 1450 manat müqabilində Zərərçəkmiş şəxs10 anası X2 təqaüd düzəldəcəyini yalan vəd verib aldadaraq, 2016-ci ilin aprel ayında X12 vasitəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində 27 saylı binanın 1-ci mərtəbəsində yerləşən Sevil adlı şəxsi işlətdiyi paltar mağazasında 1000 manat, bir həftədən sonra isə həmin ünvanda 450 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs10 ümumilkdə 1450 (bir min dörd əlli yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 2-ci cild 172-187-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 1(051)-117/2018 saylı hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkəmə baxışınadək 3 (üç) ay müddətində təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınıb Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cəza yüngülləşdirilərək üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 7(051)-43/2020 saylı qərarından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 1(025)-117/2018 saylı, 12.11.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2500 manat məbləğində cərimə cəzası 450 (dörd yüz əlli) saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 11 avqust 2021-ci il tarixli, 543/P-3-3 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzası tam icra edildiyi üçün 25.12.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İşin 2-ci cild 151-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayətləri və tələbləri yoxdur. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.03.2010-cu il təvəllüdlü Mədinə adlı bir azyaşlı uşağı var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olması, əməlini etiraf edib peşiman olması, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 01.11.2021-ci il tarixli, 1(051)-100/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər Polis şöbəsinin 08 dekabr 2021-ci il tarixli, 158-159335- 1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08.12.2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08.12.2021-ci il tarixdən 23.12.2021-ci il tarixədək həbsdə olduğu 15(on beş) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonun ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki tələb yoxdur. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 2400 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08.12.2021-ci il tarixdən 23.12.2021-ci il tarixədək həbsdə olduğu 15 (on beş) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonun ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-100/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-100/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver