Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-100/2025 19.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1, xx.xx.2008-ci il tarixdə Yevlax rayonu, Varvara kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivi 4-cü küçədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2007-ci il tarixində Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivi 3-cü küçədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2024-cü il tarixdə saat 11-12 radələrində tanışı yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətyanı sahəyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 həyətyanı sahədə yerləşən yarımtikili vəziyyətdə olan evin birinci mərtəbəsində yerləşən plastik materialdan olan pəncərəsini yumruqla vuraraq açdıqdan sonra fərdi yaşayış evinə qanunsuz daxil olub evin ikinci mərtəbəsinə qalxaraq Təqsirləndirilən şəxs2 əlində olan istintaqa məlum olmayan mişardan istifadə etməklə onunla (Təqsirləndirilən şəxs1) birlikdə oradan 1 ədədinin qiyməti 130 manat olmaqla 5 ədədinin qiyməti 650 manat olan 160x140 sm ölçülərində, üzərilərində 2 qat rəngi dəyişən (xamilyon) şüşələr olan “İnterpen” markalı plastik pəncərələri sökərək yerindən çıxarıb, daha sonra evə daxil olduqları 60x160 sm ölçüdə, üzərində 2 qat büllur şüşə olan 1 ədəd 70 manat dəyərində “İnterpen” markalı plastik pəncərəni də sökərək ümumilikdə 6 ədəd plastik materialdan olan pəncərələri şüşələri ilə birlikdə talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 720 (yeddi yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2024-cü il tarixdə saat 11-12 radələrində tanışı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətyanı sahəyə daxil olduqdan sonra o, (Təqsirləndirilən şəxs2) həyətyanı sahədə yerləşən yarımtikili vəziyyətdə olan evin birinci mərtəbəsində yerləşən plastik materialdan olan pəncərəsini yumruqla vuraraq açdıqdan sonra fərdi yaşayış evinə qanunsuz daxil olub evin ikinci mərtəbəsinə qalxaraq əlində olan istintaqa məlum olmayan mişardan istifadə etməklə Təqsirləndirilən şəxs1 ilə birlikdə oradan 1 ədədinin qiyməti 130 manat olmaqla 5 ədədinin qiyməti 650 manat olan 160x140 sm ölçülərində, üzərilərində 2 qat rəngi dəyişən (xamilyon) şüşələr olan “İnterpen” markalı plastik pəncərələri sökərək yerindən çıxarıb, daha sonra evə daxil olduqları 60x160 sm ölçüdə, üzərində 2 qat büllur şüşə olan 1 ədəd 70 manat dəyərində “İnterpen” markalı plastik pəncərəni də sökərək ümumilikdə 6 ədəd plastik materialdan olan pəncərələri şüşələri ilə birlikdə talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 720 (yeddi yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı vermiş olduğu ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən Kəlbəcər rayon 114 nömrəli tam orta məktəbdə 4-cü sinifdən 9-cu sinfə kimi birlikdə oxumuşdur. Bir müddətdir ki, Mingəçevir şəhəri, Mərkəzi Bazarın yaxınlığında velosiped təmiri işi ilə məşğul olmuşdur. Təxminən 2024-cü ilin dekabr ayının ortalarında Bəxtiyar ilə birlikdə yaşadıqları Mingəçevir şəhəri, Şəfa bağ massivində gəzən zaman orada olan evlərin birinin hələ tam şəkildə təmir olunmadığını görmüşlər və evə bayırdan baxan zaman evdə yaşayış olmadığı qənatinə gəlmişlər. Bəxtiyar da, o da kiçik işlərdə işlədiklərindən xərcləmək üçün pulları olmamışdır. Ona görə də özlərinə cib xərcliyi etmək üçün aralarında olan danışıq zamanı həmin evə girib oğurluq edərək əldə etdikləri əşyaları satıb özlərinə xərclik etmək qərarına gəlmişlər. Lakin evə daxil olana qədər oradan pəncərə oğurlamağı tam şəkildə qərarlaşdırmamışlar. xx.xx.2024-cü il tarixdə təxminən səhər saat 11 radələrində Bəxtiyarla birlikdə oğurluq etmək üçün həmin evin qarşısına gəlmişlər. Fərdi yaşayış evinin darvazasının sağ tərəfində yerləşən qaz borusunun üzərinə qalxaraq hər ikisi fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. Həyətə daxil oluqdan sonra Bəxtiyar evin həyətində yerdən dəmir kəsmək üçün nəzərdə tutulmuş mişarın kəsici hissəsini tapmış və istifadə etmək üçün onu özü ilə götürmüşdür. Belə ki, oğurluq üçün gəlib evin qarşısında dayanan zaman evin pəncərələrini söküb yerində çıxararaq satıb pul əldə etməyi fikirləşmişlər. Bundan sonra onlar evin sağ tərəfinə keçmişlər. Bəxtiyar evin birinci mərtəbəsində yerləşən plastik materialdan olan pəncərəsinə 1 dəfə əli ilə vurmuş və pəncərə açılmışdır. Pəncərədən evə daxil olub pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışlar. Evin ikinci mərtəbəsində yerləşən və həyətə giriş hissəyə baxan ön tərəfə keçmişlər. Orada Bəxtiyar evin həyətində tapdığı mişarın kəsici hissəsi ilə pəncərələrin bərkidildiyi plastik hissələri (penaları) kəsmiş və birlikdə köməkləşib evin ön hissəsinə baxan 2 ədəd pəncərəni yerindən çıxarmışlar. Pəncərələri çıxardıqca bir-bir onları evin həyətinə atmışlar. Sonra evin 2-ci mərtəbəsində, sağ tərəfdə yerləşən 2 ədəd pəncərəni də eyni üsulla üzərində şüşələri ilə birlikdə söküb yerindən çıxarmış və onları da birlikdə həyətə atmışlar. Daha sonra evə daxil olduqları evin birinci mərtəbəsində yerləşən pəncərəni də söküb yerindən çıxarmışlar. Ümumilikdə sökdükləri 5 ədəd pəncərəni evin həyətinə giriş hissəsi olan darvazanın arxasına gətirib yığmışlar. Sonra darvazanın arxasında qapıları bir-birinə bağlayan və darvazanın açılmasına imkan verməyən şurubları əlləri ilə açmışlar və darvaza açılmışdır. Pəncərələri darvazanın qarşısına bayıra yığmışlar və pəncərələri oradan götürmək üçün taksi axtarmaq üçün Mərkəzi Bazar istiqamətində getmişlər. Mingəçevir şəhəri, Mərkəzi Bazarda kömürlərin satıldığı yerə getdikdə orada qabaqcadan tanımadıqları VAZ 2104 markalı dövlət qeydiyyat nişanını xatırlamadıqları şəxsə yaxınlaşaraq pəncərə olduğunu və onları satmaq üçün bazara gətirəcəklərini demişlər. Avtomobillə əyləşib taksi ilə oğurluq hadisəsini törətdikləri evin qarşısına getmişlər. Avtomobili darvazanın qarşısında saxlatdırıb darvazanı açmışlar. Sonra Bəxtiyar ilə birlikdə oğurluq pəncərələri avtomobilin üst baqaj hissəsinə yükləmişlər. Pəncərələri baqaja yükləyən zaman Bəxtiyarla onları aparıb hara satmaq barədə aralarında danışmışlar. Yekunda onları qardaşı Cavidin Mingəçevir şəhəri, M.Rəhimov küçəsində işlədiyi plastik sexinə satmaq qərarına gəlmişlər. Cavidin işlədiyi Mingəçevir şəhəri Mərkəzi Bazarın yaxınlığında yerləşir və həmin sex Fərhad adlı şəxsə məxsusdur. Sonra taksi ilə Fərhada məxsus plastik sexinə getmişlər və pəncərələri satmaq istədiklərini demişlər. Baş vermiş oğurluq hadisəsindən heç kimin, o cümlədən qardaşı Cavidin də məlumatı olmamışdır. Fərhad əvvəlcə pəncərələrin oğurluq ehtimalının olduğuna görə almaq istəmədiyini demişdir. Bəxtiyar Fərhada nənəsinə məxsus evin pəncərələrini yenilədiklərini, bu pəncərələrin də nənəsinə məxsus evdən çıxarılmış köhnə pəncərələr olduğunu dediyindən Fərhad onları almağa razılaşmışdır. Fərhad pəncərələri almaq üçün ümumilikdə 100 manat verə biləcəyini demiş və onlar da Fərhadla razılaşmışlar. Pəncərələri avtomobildən düşürüb sexə yığmışlar. Həmin vaxt Cavid də orada olmasına baxmayaraq iş gördüyündən başı qarışıq olmuş və onların yanma gəlməmişdir. Fərhad pulu verən zaman onların ad, soyad və digər məlumatlarını da soruşmuşdur. Fərhadın verdiyi pulun 10 manatını pəncərələri gətirdikləri taksiyə vermişlər. Qalan 90 manatı isə öz aralarında bölüb şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, törətdikləri cinayət hadisəsindən sonra zərərçəkmiş şəxsə vurduqları maddi ziyanı tam şəkildə ödəmişlər. Belə ki, zərərçəkmiş şəxs ona məxsus evdən 6 ədəd pəncərəni oğurladıqlarını bildirməsinə baxmayaraq oradan Bəxtiyarla birlikdə 5 ədəd pəncərə oğurlamışlar. Şikayətin aradan qaldırılması üçün həmin 5 ədəd pəncərəni, o cümlədən zərərçəkmişin oğurlandığını iddia etdiyi 1 ədəd pəncərəni də yenidən hazırlatdıqdan sonra ümumilikdə 6 ədəd pəncərəni həmin evə quraşdırmışlar. Həmçinin aparılmış istintaq nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın dəyərinin ümumilikdə 720 manat olması ilə bağlı olaraq müvafiq rəy alınaraq iş materiallarına əlavə edilmişdir. Həmin rəylə tanış olduğunu və rəyə dair heç bir etirazı olmadığını bildirmişdir. Verilən suallara cavab olaraq o, Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyi oğurluq hadisəsini heç kimin görmədiyini və bu barədə heç kimə məlumat vermədiklərini qeyd etmişdir. Zərərçəkmiş şəxs ona məxsus 6 ədəd plastik pəncərənin şüşələri ilə birlikdə oğurlandığını bildirməsi və hadisə yerinə keçirilmiş baxış zamanı da həqiqətən evin 6 ədəd pəncərəsinin yerində olmadığının müəyyən olunması ilə bağlı olaraq evə daxil olan zaman evin 2-ci mərtəbəsində ən sağ tərəfdə yerləşən pəncərənin yerində olmadığını, qalan 5 ədəd pəncərəni isə Bəxtiyarla birlikdə oğurlayaraq 100 manat müqabilində Fərhada satdıqlarını bildirmişdir. O, taksi sürücüsünə, pəncərələri satdıqları Şahid3, o cümlədən qardaşı Şahid1 pəncərələrin oğurluq olması barədə heç bir məlumat vermədiklərini bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir və zərərçəkmiş şəxslə barışmışdır. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən Kəlbəcər rayon 114 nömrəli tam orta məktəbdə 4-cü sinifdən 9-cu sinfə kimi oxumuşdur. Təxminən 1-2 gündür ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində şəhər polis şöbəsinin yaxınlığında yerləşən “Play Boom” adlı oyun zalında ofsinat kimi işə başlamışdır. Təxminən 2024-cü ilin dekabr ayının ortalarında Ağamirzə ilə birlikdə yaşadıqları Mingəçevir şəhəri, Şəfa bağ massivində gəzən zaman orada olan evlərin birinin hələ tam şəkildə təmir olunmadığını və evdə yaşayış olmadığını görmüşlər. Onun və Ağamirzənin xərcləyi olmadığından həmin evə girib oğurluq edərək əldə etdikləri əşyaları satıb özlərinə xərclik etmək qərarına gəlmişlər. Lakin evdən pəncərə oğurlamağı tam şəkildə qərarlaşdırmamışlar. xx.xx.2024-cü il tarixdə təxminən səhər saat 11-12 radələrində Ağamirzə ilə birlikdə oğurluq etmək üçün həmin evin qarşısına gəlmişlər. Fərdi yaşayış evinin darvazasının sağ tərəfində yerləşən qaz borusunun üzərinə qalxaraq hər ikisi fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. Həyətə daxil oluqdan sonra yerdən dəmir kəsmək üçün nəzərdə tutulmuş mişarın kəsici hissəsini tapmış və həmin kəsici hissəni istifadə etmək üçün özü ilə götürmüşdür. Evin qarşısında olan zaman Ağamirzə ilə evin pəncərələrini söküb yerində çıxararaq satıb pul əldə etmək barədə fikirləşmişlər. Bundan sonra evin sağ tərəfində birinci mərətəbədə yerləşən plastik materialdan olan pəncərəsinə 1 dəfə əli ilə vurmuş və pəncərə açılmışdır. Pəncərədən evə daxil olub pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışlar. Evin ikinci mərtəbəsində yerləşən və həyətə giriş hissəyə baxan tərəfə keçmişlər. Orada o, əlində olan mişarın kəsici hissəsi ilə pəncərələrin bərkidildiyi plastik hissələri (penaları) kəsmiş və Ağamirzənin köməkliyi ilə evin ön hissəsinə baxan 2 ədəd pəncərəni yerindən çıxarmışlar. Pəncərələri çıxardıqca bir-bir onları pəncərədən evin həyətinə atmışlar. Sonra evin 2-ci mərtəbəsində, sağ tərəfdə yerləşən 2 ədəd pəncərəni də eyni üsulla üzərində şüşələri ilə birlikdə söküb yerindən çıxarıb onları da Ağamirzə ilə birlikdə həyətə atmışlar. Daha sonra evə daxil olduqları, evin birinci mərtəbəsində yerləşən pəncərəni də söküb yerindən çıxarmışlar. Ümumilikdə sökdükləri 5 ədəd pəncərəni evin həyətinə giriş hissəsi olan darvazanın arxasına gətirib yığmışlar. Sonra darvazanın arxasında qapıları bir-birinə bağlayan və darvazanın açılmasına imkan verməyən şurubları əlləri ilə açmışlar və darvaza açılmışdır. Pəncərələri dərvazanm qarşısına bayıra yığmışlar və pəncərələri oradan götürmək üçün taksi axtarmağa getmişlər. Əlində olan və pəncərələri yerindən sökmək üçün istifadə etdiyi mişarın kəsici hissəsi olan ağzını evin qarşısında qaz borusunun yanma qoymuşdur. Mingəçevir şəhəri, Mərkəzi bazarda kömürlərin satıldığı yerə gedib orada tanımadıqları “VAZ 2104” markalı dövlət qeydiyyat nişanını xatırlamadıqları şəxsə yaxınlaşaraq pəncərə olduğunu və onları satmaq üçün bazara gətirəcəklərini demişlər. Avtomobillə oğurluq hadisəsini törətdikləri evin qarşısına getmişlər və Ağamirzə ilə birlikdə oğurluq pəncərələri avtomobilin üst baqaj hissəsinə yükləmişlər. Elə həmin vaxt oğurladıqları pəncərələri Ağamirzənin qardaşı Cavidin işlədiyi Mingəçevir şəhəri Mərkəzi Bazarda yerləşən Fərhad adlı şəxsə məxsus sexə aparıb satmaq barədə danışıb razılaşmışlar. Fərhadın işlədiyi plastik sexinə gedib pəncərələri satmaq istədiklərini demişlər. Baş vermiş oğurluq hadisəsindən Cavidin məlumatı olmamışdır. Fərhad əvvəlcə pəncələrin oğurluq ehtimalının olduğuna onları görə almaq istəmədiyini demiş, lakin o, and içərək pəncələrin nənəsinin evindən çıxıldığını dediyindən Fərhad onları almağa razılaşmışdır. Fərhad pəncərələri almaq üçün ümumilikdə 100 manat verə biləcəyini demiş və onlar da razılaşmışlar. Pəncərələri avtomobildən düşürüb sexə yığmışlar. Həmin vaxt Cavid də orada olmasına baxmayaraq iş gördüyündən başı qarışıq olmuş və onların yanma gəlməmişdir. Fərhad pulu verən zaman onlardan ad, soyad və digər məlumatları demələrini istəmiş, lakin onların qeydiyyatını aparmasını görməmişdir. Pulun 10 manatını pəncərələri gətirdikləri taksiyə vermişlər. Qalan 90 manatı isə öz aralarında bölüb şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirirmişdir ki, törətdikləri cinayət hadisəsindən sonra zərərçəkmiş şəxsə vurduqları maddi ziyanı tam şəkildə ödəmişlər. Belə ki, zərərçəkmiş şəxs ona məxsus evdən 6 ədəd pəncərəni oğurladıqlarını bildirməsinə baxmayaraq oradan 5 ədəd pəncərə oğurlamışlar. Şikayətin aradan qaldırılması üçün həmin 5 ədəd pəncərəni, o cümlədən zərərçəkmişin oğurlandığını iddia etdiyi 1 ədəd pəncərəni də yenidən hazırlatdıqdan sonra ümumilikdə 6 ədəd pəncərəni həmin evə quraşdırmışlar. Həmçinin aparılmış istintaq nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın dəyərinin ümumilikdə 720 manat olması ilə bağlı olaraq müvafiq rəy alınaraq iş materiallarına əlavə edilmişdir. Həmin rəylə tanış olmuş və rəyə dair heç bir etirazı olmadığını bildirmişdir. Verilən suallara cavab olaraq o, törətdikləri oğurluq hadisəsini heç kimin görmədiyini və bu barədə heç kimə məlumat vermədiklərini bildirmişdir.O, Zərərçəkmiş şəxs müraciət edərək ona məxsus evdən 6 ədəd plastik pəncərənin şüşələri ilə birlikdə oğurlandığını bildirməsi və hadisə yerinə keçirilmiş baxış zamanı da həqiqətən evin 6 ədəd pəncərəsinin yerində olmadığının müəyyən olunması ilə bağlı olaraq evə daxil olan zaman evin 2-ci mərtəbəsində ən sağ tərəfdə yerləşən pəncərənin yerində olmadığını, qalan 5 ədəd pəncərəni isə Ağamirzə ilə birlikdə oğurlayaraq Fərhada satdıqlarını bildirmişdir. O, oğurluq hadisəsi törədən zaman pəncərələri sökmək üçün istifadə etdiyi kəsici xassəyə malik mişar ağızlığını pəncərələri bayıra çıxan zaman qaz borusunun yanma qoyduğunu, sonradan həmin yerə getmədiyimdən onun orada olub-olmamasını bilmədiyini, ona görə də onu təqdim edə bilməyəcəyini bildirmişdir. O, taksi sürücünə və pəncələri satdıqları Şahid3 həmin pəncərələrin oğurluq olması barədə heç bir məlumat vermədiklərini bildirdi. Törətdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir və zərərçəkmiş şəxslə barışmışdır. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanını xx.xx.2023-cü il tarixdə almış və həyat yoldaşı X2 adma qeydiyyatdan keçirmişdir. Həmin torpaq sahəsi 6 sotdan ibarətdir və orada 2 mərtəbə və 7 otaq ibarət fərdi yaşayış evi tikdirmişdir. Ev tam şəkildə təmir olunmamış, yaşayış üçün hazırda yararsızdır. O, özü işdən sonra vaxt edib həmin fərdi yaşayış evinə nəzarət edir və eyni zamanda orada qonşuluqda yaşayn Əli adlı şəxsdən özü olmayan vaxtlarda evə nəzarət etməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə o, yenə də evə baş çəkmək üçün getmişdir. Evdə olan zaman hər şey qaydasında olmuş və təxminən saat 17 radələrində evdən çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Əli ona zəng edərək evin darvazasının açıq vəziyyətdə olmasını, həmçinin evin plastik materialdan olan pəncərələrinin oğurlanmasını bildirmişdir. O, həmin gün evə getmiş və fərdi yaşayış evinin darvazasının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmçinin evin həyətində oraya daxil olmuş şəxslərin çəkdikləri siqaretlərin kötüklərinin olmasını görmüşdür. Daha sonra evə qalxıb evin hansı pəncərələrinin oğurlanması üçün baxmış və evin birinci mərtəbəsindən 1 ədəd, 2-ci mərtəbəsindən isə 5 ədəd olmaqla cəmi 6 ədəd plastik materialdan olan pəncələrinin üzərində olan 2 qat şüşələrlə birlikdə oğurlanmasını bilmiş, bundan sonra baş vermiş hadisə barədə polis şöbəsinə məlumat vermişdir. Verialən suallara cavab olaraq ona məxsus evdən təxminən 1.500 manat dəyəri olan ümumilikdə 6 ədəd plastik materialdan olan pəncərələrin üzərilərində olan şüşələri ilə birlikdə oğurlandığını bildirmişdir. O, həmin pəncərələrin “İnterpen” markalı plastik pəncələr olduqlarını, 2-ci mərtəbədən çıxarılmış 5 ədəd pəncərənin 160x140 sm ölçülərində və üzərilərində 2 qat rəngi dəyişən (xamilyon) şüşələr olduğunu, 1-ci mərtəbədən oğurlanmış 1 ədəd pəncərənin isə 60x160 sm ölçüdə olmaqla üzərində 2 qat büllur şüşə olduğunu bildirmişdir. Əlavə olaraq verdiyi ifadəsində göstərmişdir ki, ona məxsus evdən oğurluq etmiş Ağamirzə Məmmədov və Təqsirləndirilən şəxs2 oğurladıqları pəncərələrin 5 ədədini satdıqları Mingəçevir şəhəri, M.Rəhimov küçəsində yerləşən plastik sexinə keçirilən baxışda iştirak etdiyini və ona məxsus pəncərələri tanıdığını, istintaqın gedişatmda həmin 5 ədəd pəncərə, o cümlədən digər 1 ədəd pəncərə də hazırlanıqdan sonra ümumilikdə 6 ədəd pəncərənin ona məxsus evə quraşdırıldığını və ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyini bildirmişdir. Həmçinin o. heç bir şikayət və tələbinin olmadığını, ona məxsus plastik materialdan olan pəncərələrin üzərilərində olan şüşələrlə birlikdə dəyərinin müəyyən edilməsi üçün alınmış müvafiq rəydə dəymiş ziyanın mövcud bazar qiymətinin ümumilikdə 720 manat olması ilə bağlı rəydə göstərilən qiymətlə razılaşdığını və buna dair heç bir etirazı, tələb və şikayəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın ödənildiyini, onlarla barışdığını və onlara qarşı heç bir şikyayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, özünə məxsus VAZ 21043 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Puşkin küçəsində “Mərkəzi Bazarın yaxınlığında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamışdır. Şahid3 İsbəndiyar oğlunu isə Mərkəzi Bazarda plastik sexi işlədən sahibkar kimi tanımışdır. xx.xx.2024-cü il tarixdə təxminən günorta saatlarında Ağamirzə Məmmədov və Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq avtomobilinin üst baqajının olduğunu, bazardan bir qədər yuxarıda yerləşən Şəfa bağ massivində plastik pəncələrin olduğunu, onları gətirib Fərhad adlı şəxsin sexinə düşürəcəklərini demişlər. O da həmin şəxslərlə razılaşmış, lakin qiymətlə bağlı olaraq aralarında heç bir danışıq olmamışdır. O, Bəxtiyar və Ağamirzə ilə birlikdə Şəfa bağ massivinə getmiş və ona yaşıl rəngli darvazası olan fərdi yaşayış evinin qarşısında avtomobili saxlamasını demişlər. Sonra Bəxtiyar və Ağamirzə həyətə daxil olub oradakı plastik materialdan olan pəncərələri avtomobilin üst baqaj hissəsinə yığmağa başlamışlar. Pəncərələri avtomobilin baqajına yığdıqdan sonra onları Fərhadın Mərkəzi Bazarın yaxınlığında yerləşən plastik sexinin qarşısına aparmışlar. Onlar orada pəncərələri avtomobildən düşürmüşlər. Onları gətirmək üçün 10 manat pul almışdır. Bundan bir neçə gündən sonra o, Mingəçevir şəhəri, Mərkəzi Bazarın yaxınlığında olarkən polis əməkdaşları onunla əlaqə saxlayaraq özünə məxsus avtomobildə plastik pəncərə aparıb-aparmadığını soruşmuşlar. O da baş verənləri olduğu kimi danışmış və pəncərələri götürüdüyü yeri polis əməkdaşlarına göstərmişdir. Bundan sonra Ağamirzə və Bəxtiyar adlı şəxslərin ona məxsus avtomobillə götürüb Fərhada məxsus sexə gətirdikləri həmin pəncərələrin oğurluq yolu ilə əldə edildiyi məlum olmuşdur. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona məxsus avtomobilə yüklənərək Şahid3 məxsus sexə aparılmış plastik materildan olan pəncərələrin oğurluq olması barədə qabaqcadan məlumatının olmadığını və bu barədə ona heç bir məlumat vermədiklərini, yalnız polis əməkdaşlarının ona bu barədə məlumat verdiklərini bildirmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən 6 ədəd plastik materildan olan pəncərələrin oğurlanmasını bildirdiyi halda, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 5 ədəd pəncərə oğuradıqlarmı bildirməsi ilə bağlı yaranmış zidiyyətlə bağlı olaraq pəncərələrin neçə ədəd olmasını bilmədiyini, həmçinin Fərhadın sexindən başqa yerə də avtomobili sürmədiyini, həmin pəncərələrin evin həyətindən onun avtomobilinə yükləndiyini və onları Fərhadın sexinə aparıb düşürdüyünü bildirmişdir.O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona məxsus avtomobilə oğurluq yolu ilə əldə etdikləri pəncələri yükləyən zaman onların yanında başqa heç kimin olmadığını və avtomobilinə pəncərələrdən başqa heç nə yükləmədiklərini söylədi. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs1 onun doğma qardaşıdır və onun əleyhinə ifadə verməkdən imtina etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, M.Rəhimov küçəsində 3 obyekti var ki, onlardan biri plastik qapı, pəncərə və mebellərin yığılması üçün nəzərdə tutulmuş sex, digəri özünün əyləşdiyim kabinet və hazır məhsulların satışını həyata keçirdiyi mağazadan ibarətdir. Təqsirləndirilən şəxs1 qardaşı Şahid1 ona məxsus sexdə çalışan vaxtdan tanımışdır. Təqsirləndirilən şəxs2 də Ağamirzənin yanında onun mağazasına gələn zaman görmüşdür. Bəxtiyarla və ya onun valideynləri ilə heç bir tanışlığı olmamışdır. xx.xx.2024cü il tarixdə xatırladığı qədəri ilə saat 17 radələrində mağazada olan zaman Ağamirzə və Bəxtiyar birlikdə oraya gəlmişlər. Bəxtiyar ona yaxınlaşaraq nənəsigilin evindən 5 ədəd plastik materiladan olan pəncərə çıxardıqlarını, onları ala bilib-bilməyəcəyini soruşmuşdur. O, Bəxtiyardan pəncələrin vəziyyətini soruşduqda Bəxtiyar pəncərələri şüşələri ilə birlikdə satdığını demişdir. O, pəncərəyə baxmamış hər hansı bir qiymət deyə bilməyəcəyini, pəncərəni gətirməsini baxıb qiymət verəcəyini demişdir. Bəxtiyar və Ağamirzə gedib təxminən 10 dəqiqədən sonra bazarın qarşısında taksi kimi işləyən şəhər sakini kimi tanıdığı Mehman adlı şəxsin idarə etdiyi yaşıl rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ 2104” markalı avtomobilin üst baqajında plastik pəncərələri gətirmişlər. O, yaxınlaşıb pəncərələrə baxmış və onların materialı ucuz materildan olduğundan, şüşələrin araları pis vəziyyətdə olduğundan, pəncərələr uzun müddət istifadə edildiyindən və ikinci əl olduğundan ümumilikdə 5 ədəd pəncərəyə görə 100 manat pul verə biləcəyini demişdir. Bəxtiyar 100 manat pula razı olduğundan o, Bəxtiyara pəncərələri düşürüb sexə yığmalarını demişdir. Sonra Bəxtiyar və Ağamirzə 100 manat pulu götürüb getmişlər. O, həmin pəncələrdən birini 2-ci əl kimi satış məqsədilə sexin bayır hissənə qoymuşdur. Qalan pəncərələri isə sexə yığımışdır. xx.xx.2024-cü il tarixdə mən Bakı şəhərində olan zaman polis əməkdaşları ona zəng edərək aldığı plastik pəncələrin oğurluq olmasını demişlər. Həmin vaxta kimi əşyaları oğurluq olması barədə məlumatı olmamışdır. Verilən suallara cavab olaraq o, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona 100 manat müqabilində satılmış pəncərələrin oğurluq olması barədə qabaqcadan məlumatı olmadığını, onların bu barədə heç bir məlumat vermədiklərini, yalnız polis əməkdaşlarının ona bu barədə məlumat verdikdən sonra xəbəri olmasını bildirmişdir. O, Zərərçəkmiş şəxs ona məxsus evdən 6 ədəd plastik materildan olan pəncərələrin oğurlanmasını bildirdiyi halda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona 5 ədəd pəncərəni satmasını qeyd etməsi ilə bağlı yaranmış zidiyyətlə əlaqədar olaraq ona 5 ədəd pəncərənin satıldığını, 5 ədəd pəncərəyə görə onlara ümumilikdə 100 manat pul verdiyini, zərərçəkmişə məxsus evdən oğurlanmış 6-cı pəncərə barədə heç bir məlumatı olmadığını bildirdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Zeynalov X5 şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin daxil olaraq evin plastik materialdan olan pəncərələrinin üzərində olan şüşələr ilə birlikdə oğurlanması və nəticədə ona ümumilikdə 1.500 manat dəyərində maddi ziyan dəyməsini bildirmişdir. Daxil olmuş məlumat əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etmiş şəxslərin Mingəçevir şəhər sakinləri xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. Həmin şəxslərin olduqları yer müəyyən edilərək barələrində aidiyyəti üzrə tədbir görülməsi üçün Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişlər. Daha sonra həmin tədbirlərin davamı kimi keçirilən tədbirlərlə onların oğurluq yolu ilə əldə etdikləri əşyaları Şahid2 məxsus VAZ 21043 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə, Mingəçevir şəhəri, M.Rəhimov küçəsində plastik materialların hazırlanması və satışı ilə məşğul olan Şahid3 satmaları müəyyən olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid6 və İTB-nin sahə rəisi, polis leytenantı Şahid5 istintaq zamanı vermiş olduğu ifadələrində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 14:50-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 oğlu müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Mingəçevir şəhər, Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslər evin hasarından aşaraq fərdi yaşayış evinə daxil olmaqla evin birinci mərtəbəsində quraşdırılmış 1 ədəd 60x160sm ölçülü, evin ikinci mərtəbəsində quraşdırılmış 5 ədəd 140x160 sm ölçülü plastik materialdan olan pəncərələri şüşələri ilə birlikdə oğurlamış, daha sonra evin giriş hissəsi olan darvazasının arxa hissəsində yerləşən qapıların bir-birinə bağlandığı şurupları açmaqla pəncərələri evdən çıxarmasına dair fotoçəkiliş aparılmaqla protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən plastik materialdan olan pəncərələri oğurladıqdan sonra onlardan 5 ədədini satdıqları Mingəçevir şəhəri, M.Rəhimov küçəsində Şahid3 məxsus sexə baxış keçirilmiş, sexdən 1 ədəd 60x160 sm ölçüdə və 4 ədəd 140x160 sm ölçüdə olmaqla ümumilikdə 5 ədəd plastik pəncərə aşkar olunaraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. xx.xx.2025-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq üçün daxil olduqları fərdi yaşayış evini, evə pəncərədən daxil olduqları yeri, daha sonra evdən plastik materialdan olan pəncərələrini oğurladıqları yerləri göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq üçün daxil olduqları fərdi yaşayış evini, evə pəncərədən daxil olduqları yeri, daha sonra evdən plastik materialdan olan pəncərələrini oğurladıqları yerləri göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. 26 dekabr 2024-cü il tarixdə maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, iş üzrə 160x140 sm ölçülərində, üzərilərində 2 qat rəngi dəyişən (xamilyon) şüşələr “İnterpen” markalı 4 ədəd plastik pəncərə, 1 ədəd 60x160 sm ölçüdə, üzərində 2 qat büllur şüşə olan “İnterpen” markalı plastik pəncərə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs ona məxsus Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq nəticəsində evdən oğurlanmış və daha sonra aşkar olunaraq polis şöbəsində saxlanılan 4 ədəd 160x140 sm ölçülərində, üzərilərində 2 qat rəngi dəyişən (xamilyon) şüşələr “İnterpen” plastik pəncərə, 1 ədəd 60x160 sm ölçüdə, üzərində iki qat büllur şüşə olan “İnterpen” markalı plastik pəncərə olmaqla ümumlikdə 5 ədəd pəncərəni Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Nurlan Yusifovdan təhfil almışdır. xx.xx.2025-ci il tarixli, 26 saylı mütəxəssis rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə daxil olaraq oğurladıqları “İnterpen” markalı olmaqla 160x140 sm ölçülərində, üzərilərində 2 qat rəngi dəyişən (xamilyon) şüşələr olan 1 ədəd istifadə olunmuş plastik pəncərənin qiyməti 130 (yüz otuz) manat olmaqla 5 ədədinin qiyməti 650 (altı yüz əlli) manat və 60x160 sm ölçüdə olmaqla üzərində 2 qat büllur şüşə olan 1 ədəd istifadə olunmuş, “İnterpen” markalı plastik pəncərənin qiyməti 70 manat olmaqla, cəmi ümumi məbləğ 720 manat dəyərindədir. xx.xx.2025-ci il tarixində məhkumluğa dair DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. xx.xx.2025-ci il tarixində məhkumluğa dair DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Mingəçevir şəhər, Mənzil-Təsərrüfat Kombinatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 207 saylı arayışdan görünür ki, Məmmədzadə X3 şəhəri Naxçıvan küçəsi ev 29, mənzil 46-da qeydiyyatdadır. Kəlbəcər rayonu 114 №li Tam orta Məktəbin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1, həqiqətən də, sakit, ağıllı, qavraması zəif olsa da, idman bacarıqlarıyüksək, sinif yoldaşları ilə davranışları yaxşı, dərsə davamiyyəti zəif olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 barədə qonşulardan və ictimaiyyətdən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmayıb. Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Məmmədzadə X3 şəhər rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda qeydiyyata durmur. Mingəçevir şəhər rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Quliyev X4 şəhər rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda qeydiyyata durmur. Mingəçevir şəhər rayonlararası Narkoloji Dispaner tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 6 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə qeydiyyata durmur. Mingəçevir şəhər rayonlararası Narkoloji Dispaner tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünr ki, ünvan 7 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs2 narkoloji dispanserdə qeydiyyata durmur. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim etmişdir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanımışdır. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onlar barışmışlar. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs1 CM-nin 59.1.1-ci maddəsinə əsasən, ilk dəfə az ağır cinayətin törədilməsi, CM-nin 59.1.2-ci maddəsinə əsasən, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.12-ci maddəsinə əsasən, səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxs2 CM-nin 59.1.1-ci maddəsinə əsasən, ilk dəfə olaraq az ağır cinayətin törədilməsi, CM-nin 59.1.2-ci maddəsinə əsasən, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.12-ci maddəsinə əsasən, səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. Belə ki, «Yetkinlik yaşına çatmayanların Ədalət Mühakiməsinin icrası üçün Birləşmiş Millətlər Təşkilatının X8»nın (Pekin Qaydalarının) İİİ hissəsinin 17-ci maddəsinin «c» bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin, digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilər. Azərbaycan Respublikası CPM-nin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusi ilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 iyun 2008-ci il tarixli Qərarının 15-ci bəndinə görə yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-in 85-ci maddəsinə uyğun olaraq CM-nin xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məkhəmə Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların az olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məkhəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların az olması, habelə ilk dəfə cinayət əməlini törətməsi, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 23 dekabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət cəzaya hesablanmalı, azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə cəza çəkdiyi bütün dövr ərzində üzərinə Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin digər Təqsirləndirilən şəxs2 barəsində gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların az olması, habelə ilk dəfə cinayət əməlini törətməsi, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 23 dekabr 2024cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət hesablanmalı, azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə cəza çəkdiyi bütün dövr ərzində üzərinə Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi 160x140 sm ölçülərində, üzərilərində 2 qat rəngi dəyişən (xamilyon) şüşələr “İnterpen” markalı 4 ədəd plastik pəncərə, 1 ədəd 60x160 sm ölçüdə, üzərində 2 qat büllur şüşə olan “İnterpen” markalı plastik pəncərə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 23 dekabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 23 dekabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 160x140 sm ölçülərində, üzərilərində 2 qat rəngi dəyişən (xamilyon) şüşələr “İnterpen” markalı 4 ədəd plastik pəncərə, 1 ədəd 60x160 sm ölçüdə, üzərində 2 qat büllur şüşə olan “İnterpen” markalı plastik pəncərə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-100/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-100/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver