Məhkəmə qərarları › İş №1(051)-101/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-101/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-101/2020 13.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı və müdafiəçi – Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 2 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatmış, Mingəçevir şəhəri M.Müşfiq küçəsi ev 11/19, mənzil 14-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd selofan bükümündə təmiz çəkisi 42,119 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki üzərində saxlayaraq daşımış və xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.Məmmədov küçəsində 1 saylı yaşayış binasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb PŞ-nə aparılmış, həmin tarixdə saat 19:00 radələrində üzərinə şəxsi axtarış və götürmə kuçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd selofan bükümündə təmiz çəkisi 42,119 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020ci ilin mart ayının əvvəllərində Mingəçevir şəhər Qum-Çınqıl Karxanası «Karyer-yolu» adlanan ərazidə balıq tutarkən yerdən bir ədəd ağ sellofana bükülmüş büküm tapmış, bükümü açıb baxdıqda içərisində narkotik maddəyə oxşar kütlənin olduğunu gördü. Bükümün içərisində olan tiryəkdən bir dəfəözü istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxarkən içərisində tiryək olan bükümü əynindəki gödəkçənin sol iç cibinə qoymuşdur. Yaşadığı evdən çıxanda yolda polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil Müdafiəçi iştirakı ilə onun üzərinəşəxsi axtarış keçirilmiş, axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən içərisində tiryək olan sellofana bükülmüş bir ədəd büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisindəçəkilmiş və bükümün çəkisi 42,119 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o və vəkili də imza etmişlər. Daha sonra polis işçiləri üzərinəşəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18:05 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid3, Şahid2 və o ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Yusifov X2 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinəöz razılığı iləşəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuşəşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan büküm aşkar olunmuş və həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində narkotik vasitə tiryəkə oxşar kütlə aşkar edilmişdir.Həmin narkotik vasitəyə oxşar kütlələnin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş və həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidəçəkilmişdir. İçərisində narkotik vasitə tiryək olan sellofan bükümün çəkisi 42,119 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxsin özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1(bir) ədəd sellofan bükümün içərisində olan kütlənin tiryək olduğunu, həmin tiryəki özü istifadə etmək məqsədiləüstündə saxladığını, həmin narkotik vasitə olan tiryəki 2020-ci ilin mart ayının əvvəllərində Mingəçevir şəhər Qum-Çınqıl Karxanası «Karyer-yolu» adlanan ərazidə balıq tutarkən yerdən tapdığını vəözü bir dəfə istifadə etdiyini, istifadə etmək məqsədi iləüstündə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin PPXB-nin polis baş serjantı Şahid3 və Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da oxşar məzmunlu ifadələr verərək, Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Cinayət işinin 26-27-ci səhifələrində olan xx xxxx 2020-ci il tarixdə tərtib olunmuşşəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə, Mingəçevir şəhər Polis Şöbəsində Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən, onun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən içərisində tiryək olan bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin narkotik vasitə tiryək olan sellofan büküm elektron tərəzi iləçəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və həmin zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol və zərfin üzəri Təqsirləndirilən şəxs, proses iştirakçıları tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuşməhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/163 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 42,119 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdır. Ekspertiza zamanı həmin narkotik vasitənin 0,100 qramı tədqiqata sərf olunmuş, 42,019 qramı isə qalıq qalmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 533 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Tərkibində tiryək alkaloidləri saxlayan narkotik vasitələrdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinentdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd selofan bükümündə təmiz çəkisi 42,119 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki üzərində saxlayaraq daşımış və xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.Məmmədov küçəsində 1 saylı yaşayış binasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb PŞ-nə aparılmış, həmin tarixdə saat 19:00 radələrindəüzərinəşəxsi axtarış və götürmə kuçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd selofan bükümündə təmiz çəkisi 42,119 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür.. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan RespublikasıCM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünün surətindən və DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Yusifov X2 şəhər məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 2 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən hazırki cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsi və peşimançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətindən çıxılaraq, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdəşübhəli şəxs kimi tutulmuş və xx xxxx 2020-ci il tarixədək 2(iki) gün müddətinə həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomanlıq xəstəliyindən məcburi müalicəyə cəlb olunmalı, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 69,10 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinəödənilməlidir. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 42,019 qram çəkidə tiryək Azərbaycan Respublikası CPMnin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 168 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X3 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, cəmi dörd gün ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İşüzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 42,019 qram tiryək məhv edilsin. İşüzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 168 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X3 filialında olan VÖEN: **********. Hesan № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar